Bakı Biznes və Kooperasiya Kolleci Ugurlu iqtisadi siyasət




Yüklə 22.26 Kb.
tarix17.04.2016
ölçüsü22.26 Kb.

Ugurlu iqtisadi siyasət.
Azərbaycan mənim ürəyimdir, Azərbaycan mənim vətənimdir, Azərbaycan mənim həyatımdır. Həyatım boyu vətənimə, ölkəmə, xalqıma xidmət etmişəm. Mən bəxtəvərəm ki, xalqıma etdiyim xidmətlərim qiymətləndirilibdir.Heydər Əliyev.

Hamıya məlumdur ki, ölkəni ağır vəziyyətdən 1993 cü ildə xalqın istəyi ilə yenidən hakimmiyyətə qayıdan ümummilli lider Heydər Əliyev çıxardı. Azərbaycan Resbublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi:” Belə bir cətin dövrdə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın tələbi ilə ümummilli liderimiz Heydər Əliyev Azərbaycana qayıtdı, xalq onu Prezident seçdi və ondan sonra öıkəmizin inkişaf dövrü başladı. Bir sözlə, Azərbaycan inkişaf yoluna qədəm qoydu.”

Azərbaycan xalqı öz tarixi taleyinin çox məsul və şərəfli bir dövrünü yaşayır. Milli müstəqilliyini qazanmış ölkə, cəmiyyət həyatının bütün sahələrində bir-birinin ardınca qazandığı böyük ugurlarla dünyəvi sivil dövlət yaratmaq yolunda inamla irəlliləyir.

Dövlət müstəqilliyinin bərpasından sonra ümümmilli lider Heyder Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərə baxmayaraq,ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Ən böyük nailiyyət ondan ibarətdir ki,bu dövrdə ölkəmizdə apalılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli-Azərbaycan modelı yaranmışdır. Beləliklə, Heydər Əliyev strategiyasının həyata kecirilməsi nətıcəsində müstəqilliyin ilk illərində baş vermiş tənəzzülün qarşısı uğurla alındı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tətəfindən uğurla davam etdirilən və yeni çalarlarla zənginləşdirilmış sosial-iqtisadi siyasətin strateji məqsədləri sərbəst bazar münasibətlərinə və dünya təsərrüfat sisteminə inteqrasiyasının təmin olunmasıdır.

Müstəqillik dövründən bu günə kimi ölkədə mövcud iqtisadi inkişafı 2 əsas mərhələyə ayırmaq olar. Birincisi, 1991-1995-ci illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül dövrü. İkincisi, 1996-cı ildən başlayaraq davam edən manroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü.

Azərbaycan Respublikasının tələb olunan səviyyədə hərtərəfli kompleks iqtisadi inkişafı ücün ölkənin həm çoxlu təbii sərvətləri, həm də onlardan səmərəli istifadə etmək məqsədilə əvvəlki inkişaf mərhələlərində yaranmış böyük istehsal potensialı var. Bu potensialı təmsil edən yüzlərlə müəssisə və təsərrüfat obyektləri müasir tələblər səviyyəsində yeni texnika və texnalogiyalar əsasında beynəlxalq ölçülərə uyğun şəkildə yenidən qurulmuşdur. Nəzərə alınmalı belə bir hal da çox əhəmiyyətlidir ki, iqtisadiyyatın əksər həlledici sahələrini əhatə edən respublikada xeyli miqdar yüksək ixtisaslı kadr potensialı, müxtəlif peşə sahələri üzrə mütəxəssislər və güclü elmi-texniki baza vardır. Həmin amillər müvafiq istehsal sahələrinin yeni güclə çox faydalı işlənməsini daha surətli və azxərcli həyata kecirməyə əlverişli şərait yaradır. Azərbaycan iqtisadiyyatının inkişafına xarici iş adamlarının investisiya qoyması ücün əlverişli mühit yaradılmışdır.

Müstəqil Azərbaycan Respublikasının yeni tarixinə qızıl hərflərlə həkk olunmuş 20 sentyabr 1994-cü il bugünki və gələcək nəsillərin yaddaşında əbədi yaşayacaqdır. Əsrin müqaviləsi adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması və onun gercəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və Heydər Əliyev tərəfindən işlənib hazırlanmış yeni neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

1999-cu il dekabrın 29-da ümummilli lider Heydər Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında “fərman imzalamışdır. Neft Fondunun yaradılması fəlsəfəsinin əsas layihəsini Azərbaycan xalqına Tanrı tərəfindən bəxş edilmiş neft sərvətlərinin nəsillər arasında ədalətlı bölüşdürülməsinin təmin olunması təşkil edir. Fondun qarşısında qoyulan əsas məqsədlərdən biri neft gəlirlərinin gələcək nəsillər ücün toplanaraq artırılmasıdır. Digəri isə bu gəlirlərin ölkəmizin cari sosial ehtiyaclarını iqtisadi tərəqqi və inkişaf tələblərini nəzərə almaqla, bugünki nəsillər ücün istifadə edilməsidir.

Ulu öndərimiz Heydər Əliyevin qərarı əsasında Neft Fondundan ilk vəsait Azərbaycan xalqının ən agır şəraitdə yaşayan və ən həssas sosial təbəqəsi olan qaçqın və məcburi köçgünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə istiqamətləndirilmişdir.

İqtisadiyyatın və əhalinin enerji daşıyıcılarına olan təlabatın ödənilməsi istiqamətində də, əhəmiyyətli işlər görülməkdədir. Azərbaycan Resbublikasının Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqətinin nümunəsi kimi ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi və enerji daşıyıcılarına artan təlabatların ödənilməsinin təmin edilməsi məqsədilə Sənaye və Energetika Nazirliyi tərəfindən hazirlanmış və Azərbaycan Resbublikası Prezidentinin 14 ferval 2004-cü il tarixli Fərmanı ilə təsdiq edilmış “Azərbaycan Resbublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-çi illər) üzrə Dövlət Proqramını göstərmək olar.

Artıq bölmədəki islahatlar öz radikallığı və sürəti ilə Azərbaycan iqtisadiyyatının digər sahələrində aparılan islahatlardan fərqlənmişdir. Bununla da o, ölkədə özəl mülkiyyətin formalaşmasında və sahibkarlıgın inkişafında xüsusi rol oynamışdır. Azərbaycan sənaye aqrar respublikasıdır. Azərbaycanın cox sahəli iqtisadiyyatı zəngin və müxtəlif növ faydalı qazıntılardan istifadədən əlavə,sənaye mənimsənilməsinə dəmir, sink, molibden filizi, duz, daş, tərkibində yod, brom olan buruq suları, gips, əhəng habelə hidroenergetika ehtiyatları cəlb edilmışdir.

Resbublikanın kənd təsərrüfatı tərəvəz, meyvə, pambıq, tütünvə, qoyunculuq sahəsində ixtisaslaşır. Azərbaycan xeyli dərəcədə əmək ehtiyatlarına da malikdir. Bu da bir cox halda əhalinin təbii artımı ilə izah olunur. Beynəlxalq əmək bölgəsində azərbaycan neftin hasilatı və emalı, qara və əlvan metallurgiya, tikinti materiallarının istehsalı, meşə və yeyinti sənayesi ərazisi kimi fərqlənir. Bütün ağır sənaye sahələri respublika iqtisadiyyatının mühüm hissəsidir.

Respublikada stabilləşdirmə proqramı, Azərbaycan iqtisadiyyatının stabil inkişaf yoluna çixarilması ücün zəruri olan struktur və sahələr üzrə islahatlar həyata keçirilir. Bütün bu və digər təkliflər, şübhəsiz ki, sahibkarlığın inkişafına kömək edir. Bu da öz növbəsində respublikanın inkişafına təkan verir.

Qlobal böhranın mənfi əsirlərindən sığortalanaraq sosial-iqtisadı modernləşmənin yeni mərhələsinə uğurla transformasiya edən Azərbaycan regionda nüfuzlu dövlətlərdən birinə çevrilmişdir. O, ilk növbədə elmi əsaslar üzərində irəli sürülmüş milli iqtisadi inkişaf modelinə əsaslanır. Bu model öz unikalığı ilə Azərbaycana hər bir mərhələdə dinamik inkişaf yaradır. 2008, 2009, 2010-cu illər dünyada iqtisadi böhran kimi yadda qaldı. Ən böyük bir iqtisadi potensiala malik olan dövlətlərdə iqtisadi böhran özünü göstərdi. Lakin bizim ölkəmizə bu təsir etmədi. Artıq dünya iqtisadi böhrandan cıxma mərhələsindədir. Eyni zamanda bizim əsas strateji məhsulumuz olan neftin qiyməti dünya bazarında artır. Artıq dünyada Azərbaycanın iqtisadi modeli formalaşıb. Azərbaycanın özünün iqtisadi texnalogiyası və iqtisadi metodologiyası var. Prezident İlham Əliyev tərəfindən orta və xırda sahibkarlıqlara olan diqqət, qayğı ona gətirib çıxaracaq ki, bu il bizim iqtisadi artımımız daha da yüksələcək.

Ölkə iqtisadiyyatının iqtisadi artımını təmin etmək məqsədilə Azərbaycanda bundan sonra makroiqtisadi sabitlik qorunub saxlanacaq. Energetika,ekoloji və ərzaq təhlükəsizliyinin gücləndirilməsi üzrə sistemli tədbirlər görüləcəkdir.

2009-2010-cu illərdə dünyada hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda iqtisadiyyat inkişaf edib. Son 2 il ərzində ölkə iqtisadiyyatı 15% artıb. Bunu 01.03.2011-ci il tarixdə Bakı Biznes Mərkəzində regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafi Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarında həsr olunmuş konfransda prezident İlham Əliyev demişdir: İlham Əliyev deyib ki, Azərbaycan Qarşıda duran bütün vəzifələri ugurla yerinə yetirəcək.

“Biz dövlət və özəl sektorun inkişafı ilə xarici ölkələrə daha cox sərmayə qoya bilərik. Bu, Azərbaycanın beynəlxalq əməkdaşlığını daha da genişləndirəcək. Ötən il Azərbaycan iqtisadiyyatına 15.4 milyard dollar sərmayə qoyulub. Son 6-7 ildə öıkədə 2 mindən çox məktəb, 400 mindən artıq səhiyyə ocağı tikilərək istifadəyə verilib”.

Prezident regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikincı ilinin yekunlarını yüksək qiymətləndirib. Azərbaycanın dünyada ən surətlə inkişaf edən ölkə olduğunu vurğulayıb.

“Azərbaycan iqtisadiyyatı iştirakcılarının 86%-ni özəl sektor təşkil edir. Bu da ölkə rəhbərliyinin liberal iqtisadiyyata sadiqliyinə dəlalət edir”.

Azərbaycan iqtisadiyyatinda dövlət və özəl sektorun pioritetinə üstünlük verir. Cünki bu yanaşma daha səmərəlidir. 20 aparıcı sənaye dövləti liderlərinin gürüşündə məhz bu yanaşma nümayiş olunub. “Hec kim özəl sektorun rolunu inkar etmir. Maliyyə böhranının aradan qaldırılmasında dövlətin rolu danılmazdır. Dövlət tərəfindən tənzimlənmə olmasa sabit inkişaf ola bilməz”. 2012-ci ildə “Eurovision”mahnı müsabiqəsinin Azərbaycanda kecirilməsi ölkə iqtisadiyyatının inkişafını daha da sürətləndirəcək. Bu il növbədə turizm sahəsinin canlanmasına səbəb olacaq. Turizm ili çərçivəsində iri infrastruktur layihələrin həyata kecirilməsi, o cümlədən 2011-2013cü illərdə Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkışafi üzrə dövlət proqramının qəbul edilməsi də bu işə öz töhfəsini verəcək. Möhtəşəm tədbir iqtisadiyyatın digər sahələrinə də müsbət təsir edəcək. Mütəxəssislər hesaab edir ki, ”Eurovision”müsabiqəsi Azərbaycana investisiya axınına da təkan verə bilər.

Beləliklə, iqtisadiyyatın bütün sahələrində aparılan islahatların qısa zaman ərzində verdiyi çoxsaylı müsbət nəticələr bir daha Azərbaycan Respublikasının rəhbərliyinin əzmlə həyata kecirdiyi iqtisadi siyasətin düzgünlüyünü sübüt edir.


Əliyeva İlahə


Əliyeva İlahə




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə