B variantı Hansı bənddəki sözlərdə qalın saitlərin hamısı iştirak edir?




Yüklə 14.41 Kb.
tarix23.04.2016
ölçüsü14.41 Kb.
Azərbaycan dili III sinif

I bölmə üzrə kiçik summativ qiymətləndirmə

Şagirdin soyadı, adı: __________________________________

B variantı

1. Hansı bənddəki sözlərdə qalın saitlərin hamısı iştirak edir?

A) qapı, quzu B) sarı, çovğun C) qutu, polad

D) qızıl, yorğunluq E) futbol, meydança

2. Hansı sözün tərkibində dodaqlanmayan incə saitlərin hamısı var?

A) becərmək B) döyüşçü C) gecikmək

D) seçki E) komanda

3. Tərkibində dodaqlanan incə saitlərin ikisinin də işləndiyi sözü gostərin:

A) kömür B) külək C) gözəl D) ürək E) qayçı

4. Cərgələrin birində bitişdirici samitlər verilmişdir:

A) r,l,n B) b,v,m C) n,y, s

D) t,r,s E) n,p,l

5. Sözün sonundakı samitin kar və ya cingiltili olduğunu bilmək üçün nə etmək lazımdır?

A) Samitlə başlanan şəkilçi artırılmalıdır.

B) Qalın saitli heca əlavə olunmalıdır.

C) Sözə saitlə başlanan şəkilçi artırılmalıdır.

D) Sözə cəm şəkilçisi artırılmalıdır.

E ) Həmin söz yerlik və çıxışlıq hallarında olmalıdır.

6. Hansı sözdə ahəng qanunu pozulmuşdur?

A) şadlıq B) zəfər C) iradə

D) bəşər E) sonar

7. Hansı sözdə dodaqlanan incə saitlərin ahəngi var?

A) ovlaq B) ömür C) incə

D) maşın E) işıq

8. Sözlərdən neçəsi ahəng qanununa tabe olur?

Kitab, sədaqət, önlük, qarışqa, şölə

A) biri B) ikisi C) üçü

D) dördü E) hamısı

9. Ahəng qanunu pozulmuş sözlər cəgəsini göstərin.

A) otlaq, ömür, qayğı

B) ələk, gümüş, durğu

C) vüsal, ilxı, həyat

D) əmək, səpin, imla

E) itki, qüvvə, hakim

10. Ahəng qanunu nəyə deyilir?

A) sözdə sait və samit səslərin növbələşməsinə

B) sözdə qalın və ya incə saitlərin bi-birini izləməsinə

C) sözdə incə saitlərin bir-birini izləməsinə

D) sözdə qalın saitlərin bir-birini izləməsinə

E) sözdə cingiltili samitlərin bir-birini izləməsinə

11. Hansı sözdə səs və hərflərin sayı bərabərdir?

A) dairə B) zənginlik C) müalicə

D) müəyyən E) Səidə

12. Sözlərin birində səslərin sayı hərflərin sayından azdır:

A) alim B) müəllim C) vəzifə

D) ulduz E) təvazökar

13. Ahəng qanununun pozulması nədir?

A) Sözün səs tərkibinin hərf tərkibindən fərqlənməsi.

B) Sözdə eynicinsli satlərin bir-birini izləməsinə

C) Qoşasaitli və qoşasamitli sözlərin yazıldığı kimi deyilməməsi

D) Sözün yazılışı ilə tələffüzünün fərqləndirilməsi

E) Sözdə yalnız incə saitlərin bir-birini izləməməsi.

14. Səslərin sayı hərflərin sayından çox olan sözü göstərin.

A) maarif B) zəif C) dahi

D) maaş E) məskən
15Yazılışı ilə deyilişi fərqlənən sözü göstərin.

A) ibtidai B) silah C) yoldaş

D) qüvvə E) döyüş

Düzgün cavabların sayı: _________________

Yanlış cavabların sayı: __________________

Yazılmamış : __________________________

Qiymət:________________________________


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə