B №42 XƏBƏRLƏr bülleteni Azərbaycanda və dünyada




Yüklə 13.24 Kb.
tarix29.04.2016
ölçüsü13.24 Kb.

www.azpenalreform.org
14.04.2005 B № 42

XƏBƏRLƏR BÜLLETENİ
Azərbaycanda və dünyada
QAT üzvlərini azadlığa buraxıblar
QAT-ın üzvləri Manaf Kərimov və Nemət Şahverdiyev müvəqqəti saxlama təcridxanasından azadlığa buraxılıb. Bu məlumat; təşkilatın mətbuat xidməti verib.

Xatırladaq ki, M.Kərimov və N.Şahverdiyev Şəhidlər Xiyabanında ingilis əsgərlərinin şərəfinə ucaldılmış abidəni qara rəngə boyayarkən həbs olunublar. Onlar bu aksiyanı ingilis iş adamının Azərbaycan bayrağını təhqir etməsinə etiraz əlaməti olaraq keçiriblər.


Mənbə: 525-ci qəzet

Səlifova qarşı ittiham hələ də irəli sürülməyib
İnformasiya mənbələrindən alınan məlumata görə, “Qulu” ləqəbi ilə tanınmış Nadir Səlifov yenidən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən 1 saylı istintaq təcridxanasına köçürülüb. N.Səlifovun vəkili Namizəd Səfərov bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs barəsində heç bir ittiham irəli sürülməyib. O həmçinin qeyd edib ki, bu günədək N.Səlifov qanunsuz olaraq həbsdə saxlanılıb və ona qarşı irəli sürülmüş ittihamlar sübuta yetirilməyib.

Xatırladaq ki, N.Səlifov fevral ayının əvvəllərində Qobustan qapalı həbsxanasından DİN-in BMCMİ-yə gətirilib. Buna səbəb isə həbsxanada kriminal qruplaşma yaratmaq, cəzaçəkmə müəssisəsinə qadın gətirmək idi.


Mənbə: 525-ci qəzet
Perm hüquq müdafiəçiləri qadın koloniyasında
Perm (Rusiya) mülki palatasının əməkdaşları УТ-389/18 saylı qadın islah müəssisəsində hüquqi məsləhətlər aparıblar. Cəza çəkən 16 qadın və 2 İM-nin əməkdaşı hüquqi məsləhət alıblar. Perm regional hüquq müdafiə mərkəzinin mətbuat xidmətindən alınan məlumata görə, məhbuslar üçün ən vacib məsələlərdən biri onlara məxsus olan mənzil sahəsinin saxlanılması idi.

Müəssisəyə baş çəkmə zamanı Perm mülki palatasının əməkdaşları islah müəssisəsinin müdiriyyəti ilə müsahibələr aparıblar. Onlar həmçinin saxlanma şəraitləri ilə də tanış olmuşlar. Hal-hazırda həmin islah müəssisəsində 300 nəfər məhbus saxlanılır. İşçilərin ştatı isə 200 nəfərdir.


Mənbə: IA Reqnum

NEWS BULLETIN
In Azerbaijan and in the world
The members of KLO are released
The members of KLO, Manaf Kerimov and Nemet Shahverdiyev are released from isolator of the temporary allowance. The press-service of the organization informed us about it.

We remind that M.Kerimov and N.Shahverdiyev have been arrested during black coloring of English soldier’s monument which erected in Martyr Avenue. They maid it in reply to the insult of the English businessman to the Azerbaijan flag.


Source: 525 newspaper

Till now isn’t brought an accusation against Salifov
According to information sources, Nadir Salifov known as "Qulu" again transferred to the investigatory isolator #1 from the ASAOC of the Ministry of Internal Affairs. Namizad Safarov, the lawyer of Salifov noted that there is no accusation against to him. He also added that N.Salifov illegally detained in prison till now and accusations against him failed to be proved.

We remind that in the beginning of February N.Salifov transferred from Gobustan closed prisons to the ASAOC of the Ministry of Internal Affairs. The reason of it is to organize criminal group and to bring women.


Source: 525 newspaper

Perm human rights activities are in a female colony
The employees of Perm (Russia) civil chamber carried out a legal consultation in women’s prison УТ-389/18. 16 women and 2 employees of prison got legal consultation. According to the press-service of Perm regional human rights center, the most important question for convicted was preservation of housing.

During the visit, the employees of the Perm civil chamber carried out a conversation with representatives of administration. They also have familiarized with conditions of the maintenance. Now there are detaining 300 prisoners. Staff of employees is 200.


Source: REGNUM IA

Materiallar Heydərova Samirə tərəfindən hazırlanmışdır

Information was prepared by Heydarova Samira



“Prison Watch” Public Association

Bulbul Av. 11, apt # 1, AZ 1000 Baku, Azerbaijan

Tel/Fax.: (994 12) 498 07 89

Email: office@azpenalreform.org



Website: www.azpenalreform.org


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə