B №40 XƏBƏRLƏr bülleteni Azərbaycanda və dünyada




Yüklə 9.86 Kb.
tarix21.04.2016
ölçüsü9.86 Kb.

www.azpenalreform.org
12.04.2005 B № 40

XƏBƏRLƏR BÜLLETENİ
Azərbaycanda və dünyada
Qross və Herkelin Bakıya səfəri
İnformasiya mənbələrindən alınan məlumata görə, AŞPA-nın Azərbaycan üzrə həm məruzəçiləri Andreas Qross və Andres Herkelin aprel ayının 17-də Bakıya səfəri gözlənilir. Qross və Herkel ilk görüşləri Avropa Şurasına üzv ölkələrin Bakıdakı səfirləri ilə keçirəcək.

Həmməruzəçilərin səfər proqramına Azərbaycanda insan haqları ilə məşğul olan QHT nümayəndələri ilə Azərbaycanda insan haqları ilə cari vəziyyətinin müzakirəsi daxildir. Aprelin 19-da avropalı diplomatlar AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvləri, hakim Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov, bu partiyanın Milli Məclisdəki təmsilçiləri ilə görüşəcəklər. Bundan başqa həmməruzəçilər daxili işlər naziri Ramil Usubov, ədliyyə naziri Fikrət Məmmədov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Südabə Həsənova, Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, MSK sədri Məzahir Pənahovla görüşəcəklər. Prezident İlham Əliyev, baş nazir Artur Rəsizadə və Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevlə keçirilən görüşlərdən sonra həmməruzəçilər mətbuat konfransı keçirməyi nəzərdə tutur.


Mənbə: www.xeber.net
Hakimiyyət meharibə iştirakçılarını bağışlayacaq.
Məhbuslar və onların yaxınlarının səbirsizliklə gözlədikləri Qalibiyyətin 60 illiliyi münasibbəti ilə qəbul olunacaq amnistiya aktı onları çox güman ki, sevindirməyəcək. İş burasındadır ki, bu dəfə azadlığa on və ya yüz minlərlə insan deyil, yalnız bir neçə min insan buraxılacaqdır. Dövlət Dumasının Qanunvericilik üzrə Komitəsinin başçısı Pavel Kraşeninnikovun bəyyanatına görə, amnistiya genişmiqyaslı olmayacaqdır və nisbətən az saylı məhkumlara aid olunacaqdır. Amnisiyaya, əsasən Vətən müdafiəçilərinin müxtəlif kateqoriyaları düşəcək. Həbsxanaları törətdikləri cinayətlərin ağırlığından asılı olmayaraq Böyük Vətən Müharibəsinin veteranları, mühasirədə olmuş Leninqradın əhalisi, konslaqerlər və hettoların keçmiş məhbusları tərk edəcəklər. Bundan başqa amnistiya altına ağır cinayətlər törətməmiş digər “hərbi hərəkətlərin veteranları”, “çeçenlər”, “əfqanlar” “koreyalılar” və sairə düşəcəklər.

Qeyd etmək lazımdır ki, barmaqlılar arasında qəsdən adam öldürmə, soyğunçuluq, quldurluq, saxta pul və ya qiymətli kağız hazırlama və satma, xüsusilə külli miqdarda vergilərin ödənilməsindən yayınma, terrorizm, ekstremizm, girov götürmə, banditizm cinayətlərini törədənlər və xüsusilə təhlükəli resedevistlər qalacaqlar. Həbsxana və ya koloniyalarda vərəmdən, alkoqolizmdən, narkomaniyadan və zöhrəvi xəstəliklərdən müalicə olunanlar azadlığa yalnız müalicə kursunu tam keçdikdən sonra çıxa bilərlər.


Mənbə: www.utro.ru
Materiallar Heydərova Samirə tərəfindən hazırlanmışdır

“Prison Watch” Public Association

Bulbul Av. 11, apt # 1, AZ 1000 Baku, Azerbaijan

Tel/Fax.: (994 12) 498 07 89

Email: office@azpenalreform.org



Website: www.azpenalreform.org


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə