Азярбайжан республикасы тящсил назирлийи азярбайжан дювлят игтисад университети “Маркетинг” кафедрасы




Yüklə 131.51 Kb.
tarix20.04.2016
ölçüsü131.51 Kb.
АЗЯРБАЙЖАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ
АЗЯРБАЙЖАН ДЮВЛЯТ ИГТИСАД УНИВЕРСИТЕТИ
Маркетинг” кафедрасы

Magistr щазырлыьы цчцн
«TURİZM МАРКЕТИНГİ»

Fənninin
Т Я Д Р И С П Р О Г Р А М Ы

БАКЫ -2015
АЗЯРБАЙЖАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ
АЗЯРБАЙЖАН ДЮВЛЯТ ИГТИСАД УНИВЕРСИТЕТИ
Маркетинг” кафедрасы

Magistr щазырлыьы цчцн
«TURİZM МАРКЕТИНГİ»

Fənninin
Т Я Д Р И С П Р О Г Р А М Ы

Азярбайъан Республикасы Тящсил Назирлийинин

22.07.2015-ъи ил тарихли 800 сайлы ямри иля гриф

верилмишдир.

БАКЫ -2015

Тяртиб едянляр: дос. T.İ.İmanov

дос. M.M.Əhmədov

дos. Л.А.Щажыйева
Ряйчиляр:
Azərbaycan Dövlət İqtisad Universitetinin

Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi”



кafedrasının müdiri,

i.e.d.,проф. Ə.Q.Əlirzayev
Turizm və Menecment Universitetinin

Marketinq” kafedrasının müdiri



i.f.d., A.Eminov
Редактор: дос. İ.M.Xeyirxəbərov

ИЗАЩАТ ВЯРЯГИ

Bazar iqtisadiyyatının formalaşması və inkişafı dünya iqtisadi proseslərinin təcrübəsində istifadə olunan istehsal-kommersiya fəaliyyətinin forma və metodlarına marağı artırmışdı. İstehsal-kommersiya fəaliyyətinin formalarından xüsusi olaraq marketinq fəaliyyətini qeyd etmək olar. Marketinq- bazarın ehtiyac və tələbatlarının tam ödənilməsinə və müəssisələrin rəqabət mübarizəsində uğur əldə etməsinə yönəldilmiş idarəetmə konsepsiyasıdır. İstehsal sahəsində meydana gəlmiş idarə-etmə konsepsiyası kimi, marketinq turizm sferasında lazım olan tətbiqini uzun zaman ərzində tapmamışdı. Lakin rəqabət mübarizəsinin güclənməsi və turizm sferasının kommersiyalaşması turizm müəssisələrinin təcrübəsində marketinq fəaliyyətinin elementlərinin tətbiqinə zərurət yaratmışdır. Turizm məhsullarının və xidmətlərinin spesifikliyi, bu sahədə satışın və qiymətqoymanın özünəməxsus xüsusiyyətləri turizm marketinqini müstəqil elm sahəsi və tədris fənni kimi qeyd etməyə əsas verir.

Bazarda uğur əldə etmək üçün turizm müəssisələri marketinqin metodologi-yasını mənimsəməli, onun alətlərindən situasiyaya uyğun istifadə etməyi bacarma-lıdırlar. Bu səbəbdən “Turizm marketinqi” fənninin tədrisi müasir zamanın tələb-lərinə uyğundur və “Marketinq”, “Sosial sferanın iqtisadiyyatı və idarə olunması”, “Turizm” ixtisaslarında təhsil alan magistrlərin bilik səviyyəsinin artırılması üçün nəzərdə tutulub.

Fənnin tədrisinin əsas məqsədi: turizm marketinqi sahəsində zəruri olan bilik-lərə yiyələnməkdir, o cümlədən: turizm marketinqinin spesifik xüsusiyyətlərinin, turizm bazarının tədqiqinin və seqmentləşdirilməsinin, turizm məhsullarının spesi-fikasının, turizmdə reklam və həvəsləndirmənin özəlliyinin, turizm müəssisələrində düzgün strategiya və taktikanın formalaşması məsələlərini öyrənməkdir.

“Turizm marketinqi” kursunu keçən magistrlər aşağıdakı biliklərə yiyələn-məlidirlər:

-turizm biznesinin aparılmasının ümumi aspektləri;

-turizm marketinqinin predmeti, məqsədi, vəzifələri və xüsusiyyətləri;

-turizm bazarının strukturu və turizm məhsullarına olan tələbin spesifikliyi;

-turizm bazarında marketinq tədqiqatlarının aparılmasının metodiki əsasları;

-turizm müəssisələrində marketinqin informasiya sisteminin formalaşması xüsusiyyətləri;

-turizm xidmətlərinin istehlakçılarının davranış modellərinin xüsusiyyətləri;

-turizm məhsullarının hazırlanması, formalaşması və idarə edilməsi metodikası;

-turizmdə qiymətqoyma mexanizmi və qiymətlərin uyğunlaşdırılması strate-giyası;

-turizm sferasında marketinq kommunikasiyalarının qurulması xüsusiyyətləri;

-turizm müəssisələrinin marketinq strategiyaları və s.

“Turizm marketinqi” fənninin proqramı (magistr təhsil pilləsi üçün) “Marke-tinq”, “Turizm”, “Sosial sferanın idarə edilməsi” ixtisaslarında təhsil alan magistrlər və turizm sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.

“Turizm marketinqi” фяннинин тядрис програмы илк дяфядир ки, тяртиб олунур. Бунунла ялагядар олараг програмын тяртибчиляри эяляъякдя онун даща да тякмил-ляшдирилмяси бахымындан тяклиф вя тювсиййялярини верян щяр бир кяся яввялъядян юз тяшяккцрцнц билдирир.

Редактордан

МЮВЗУЛАР ВЯ ОНЛАРЫН МЯЗМУНУ

Mövzu 1. Turizmdə marketinqin mahiyyəti və məzmunu

Marketinqin sosial-iqtisadi mahiyyəti və bazar iqtisadiyyatında rolu. Marketinq fəaliyyətinin məqsədi və əsas vəzifələri. Marketinq iqtisadi proses kimi. Marketinq təsərrüfat funksiyası kimi. Marketinq təsərrüfat konsepsiyası kimi. Marketinq konsepsiyasının təkamülü.

Xidmət sahələri və onların iqtisadiyyatın inkişafında rolu. Xidmət marketinqi-nin özünəməxsus xüsusiyyətləri. Xidmət marketinqinin funksiyaları və əsas vəzi-fələri. Xidmət marketinqinin əsas modelləri. Azərbaycanda xidmət bazarının müasir vəziyyəti və inkişafı təmayülləri.

Turizmin inkişafı. Turizm sferasının spesifik cəhətləri. Turizm xidmətlərinin təsnifatı. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunu. Turizmin inki-şafının dövlət tənzimlənməsi. Turizmin inkişafının iqtisadi və sosial göstəricilərinin işlənib hazırlanması və qiymətləndirilməsi. Turizm marketinqinin əsas anlayışları, mahiyyəti və məqsədi. Turizm marketinqinin vəzifələri və funksiyaları. Daxili və xarici turizm xidmətlərinin marketinqi.


Mövzu 2. Turizmdə marketinqin konsepsiyası və əsas səviyyələri

Turizmdə kommersiya fəaliyyətinin inkişafı konsepsiyası. İstehsal, kommersiya səylərinin intensivləşdirilməsi və marketinq konsepsiyaları, onların xüsusiyyətləri. Marketinq konsepsiyası ilə kommersiya səylərinin intensivləşdirilməsi konsepsi-yasının müqayisəli təhlili. Sosial-etik konsepsiyanın turizmdə inkişafı.

Turizmdə marketinqin əsas səviyyələri. Turizm müəssisələrinin marketinqi. Turist xidmətlərinin istehsalçılarının marketinqi. İctimai turizm təşkilatlarının marketinqi. Ərazilərin və regionların marketinqi. Turizmin idarə edilməsinin dövlət və yerli orqanlarının marketinq vəzifələri. Turizm müəssisələrinin əsas marketinq funksiyaları.

Milli səviyyədə həyata keçirilən turizm marketinqi. Dövlətin turizm sahəsində apardığı siyasət. Dövlət siyasətinin formalaşmasına təsir edən əsas amillər: ölkənin təbii resursları; turizm obyektlərinin əlverişliliyini müəyyən edən nəqliyyat şərtləri; turizmin inkişafının sosial, iqtisadi və hüquqi aspektləri. Milli turizmin əsas məqsədi kimi - ölkənin turizm imicinin formalaşması. Ölkənin imicinin müxtəlif səviyyələri- məişət, sosial-iqtisadi və işgüzar səviyyələr. Bu səviyyələrin formalaşmasında isti-fadə olunan göstəricilər.


Mövzu 3. Turizm xidmətləri bazarı: əsas anlayışları, əlamətləri və növləri

Turizm bazarı anlayışı, onun strukturu və əsas elementləri. Turizm bazarında təklifin əsas komponentləri. Turizm bazarının təsnifləşdirilməsi. Subbazarlar: əmtəə bazarlarının differensiallaşdırılması. Nəqliyyat xidmətləri bazarı, ənənəvi turist xidmətləri bazarı, sığorta xidmətləri bazarı və informasiya xidmətləri bazarı. Turizm bazarında rəqabətin əsas formaları.

Turizm bazarında tələbin əsas komponentləri. Bazar seqmentləri: istehlak tələ-binin differensiallaşdırılması. Demoqrafik, sosial-iqtisadi, motivasiya-psixoloji seqmentlər. Turizm xidmətlərinə tələbin xüsusiyyətləri.

Turist məhsulu, onun strukturu. Tur, “package-tour”, eksklüziv turlar haqqında anlayış. Turların təsnifləşdirilməsi. Turizm təyinatlı məhsullar. Turizm məhsulunun bir xidmət növü kimi xarakteristikası. Turizm məhsulunun fərqləndirici xüsusiy-yətləri. Turizm və qonaqpərvərlik xidmətlərinə tələbin xüsusiyyətləri.


Mövzu 4. Turizm bazarının marketinq tədqiqatları

Marketinq tədqiqatlarının mahiyyəti və əsas vəzifələri. Marketinq tədqiqat-larının növləri. Marketinq tədqiqatlarının metodik əsasları. Marketinq tədqiqatlarının ümumi və analitik-proqnoz metodları. Marketinq təhlili metodları.

Marketinq tədqiqatları prosesi. Marketinq tədqiqatlarının aparılması qaydaları. Marketinq tədqiqatlarının məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi. Marketinq problemlərinin müəyyən edilməsi. Turizm müəssisəsinin marketinq informasiyası sistemi. İlkin və təkrar informasiya, onların əsas mənbələri. Təkrar informasiyanın daxili və xarici mənbələri. İlkin informasiyanın toplanması metodları. Məlumatların təhlili və təklif və tövsiyyələrin hazırlanması. Marketinq tədqiqatlarının nəticələrinə dair hesabatın hazırlanması.

Marketinq tədqiqatlarının təşkili formaları. Turizm firmaları tərəfindən həyata keçirilən marketinq tədqiqatları. Müstəqil marketinq şirkətləri tərəfindən həyata keçirilən marketinq tədqiqatları. Tədqiqat brifinqi və onun keçirilməsi prosesi. Brifin əsas elementləri.

Marketinq tədqiqatlarının əsas istiqamətləri. Makromühit amillərinin tədqiqi. Turizm bazarının əsas göstəricilərinin tədqiqi. Turizm məhsullarının tədqiqi. Rəqabət mühitinin və əsas rəqiblərin tədqiqi. İstehlakçıların tədqiqi.
Mövzu 5. Turizm xidmətləri istehlakçılarının davranışı

Turizm sahəsində istehlakçıların tələbatlarının öyrənilməsinin zəruriliyi. Isteh-lakçı davranışının əsas prinsipləri. İstehlakçı davranışının modeli və bu modelin struktur elementləri.

Turizm xidmətləri istehlakçılarına təsir edən əsas amillər. Xarici təhrikedici amillər və fərdi amillər. Xarici təhrikedici amillər: marketinq amilləri və xarici mühit amilləri. Marketinq amilləri: turist məhsulu, qiymət, satış, kommunikasiyalar, heyət, xidmətin göstərilməsi prosesi, əhatə. Xarici mühit amilləri: iqtisadi, siyasi, mədəni, sosial.

Turizm xidmətləri istehlakçılarına təsir edən fərdi amillər: yaş, həyat dövranının mərhələsi, fəaliyyət növü, təhsil, iqtisadi vəziyyət, şəxsiyyətin tipi və yaşam tərzi. Avropa ölkələrində yaşam tərzinin tipologiyası: Ehtiyat edənlər (Prudent), Müdafiə olunanlar (Defensives),Diqqətlilər (Vigilante),Yaddan çıxanlar (Olvidados), Roman-tiklər (Romantics), Komanda (Squadra), Naşılar (Rookies), Dendi (Dandies), Biznes akulalar (Business Sharks), Protest (Protest), Pionerlər (Pioneers), Skautlar (Skouts), Vətəndaşlar (Citizens),Moralistlər (Moralists),Alicənablar (Gently), Ciddilər (Strict).

İstehlakçıların davranış motivlərinin öyrənilməsi. Motivasiya prosesi və onun mərhələləri. Turizm xidmətlərinin alışı barəsində qərarın qəbul edilməsi. Alış prose-sinin mərhələləri.İstehlakçıların tələbatlarının ödənilməsi səviyyəsinin qiymətləndi-rilməsi.
Mövzu 6. Turizm bazarının seqmentləşdirilməsi

Turizm bazarının seqmentləşdirilməsinin mahiyyəti və əsas məqsədi. Seqment-ləşdirmə əlamətlərinin təhlili: coğrafi, demoqrafik, sosial-iqtisadi, davranış və psixo-qrafik əlamətlər.Demoqrafik əlamət üzrə seçilən seqmentlər və onların qısa xarak-teristikası. Səyahətin məqsədinə və müddətinə görə seqmentləşdirmə.

Turizm bazarının bir neçə əlamət üzrə seqmentləşdirilməsi. Turizm bazarının gəlirlərin və təhsilin səviyyəsinə görə seqmentləşdirilməsi. Q.Qanın təsnifatına görə turizm bazarının bir neçə əlamət üzrə seqmentləşdirilməsi. S, F, W1, W2, A və B tipli turist qrupları və onların xarakterik cəhətləri.

Məqsəd bazarlarının seçilməsi. Bazar seqmentinin potensialının təhlili. Bazar seqmentinin əlverişliliyinin qiymətləndirilməsi. Seqmentin mahiyyətinin qiymətlən-dirilməsi. Bazar seqmentinin mənimsənilməsi imkanlarının təhlili. Risklərin qiymət-ləndirilməsi. Rəqiblərin fəaliyyətinin təhlili.

Məqsəd bazarlarının seçilməsi üçün istifadə olunan metodlar: təmərküzləşdirmə və dispersiya metodu, onların mahiyyəti və fərqləndirici xüsusiyyətləri. Məqsəd bazarlarının əhatə edilməsi strategiyalarının seçilməsi. Mövqeləşdirmə. Turizm bazarlarında mövqeləşdirmə strategiyasının seçilməsi və həyata keçirilməsi. Turizm məhsullarının fərqləndirici xüsusiyyətlərinə əsaslanan mövqeləşdirmə. Turizm məhsulunun mövqeləşdirilməsi strategiyasının seçilməsinə təsir edən amillər. Məhsulun mövqeləşdirilməsi ilə əlaqəli meydana gələn problemlər və onların aradan qaldırılması.
Mövzu 7. Turizm müəssisəsinin marketinq strategiyasının formalaşması

Marketinq planlaşdırılmasının mahiyyəti. Strateji planlaşdırma və onun mərhələləri. Turizm müəssisəsinin mövcud fəaliyyətinin təhlili – situasiyalı təhlilin həyata keçirilməsi. Xarici və daxili mühitin təhlili. Bazar imkanlarının müəyyən olunması. Rəqabət üstünlüklərinin müəyyən edilməsi. SWOT – matrisin qurulması.

Turizm müəssisəsinin məqsədlərinin planlaşdırılması. Məqsədlərə qarşı irəli sürülən tələblər. İqtisadi, sosial və “eqoistik” məqsədlər.

Alternativ strategiyaların hazırlanması. “Məhsul-bazar” matrisi. “Dərin nüfuz-etmə” strategiyası. Məhsulların hazırlanması strategiyası. Bazarın inkişafı strate-giyası. Diversifikasiya strategiyası. “Məhsul-bazar” matrisi əsasında alternativ stra-tegiyaların qiymətləndirilməsi.

“Bazarın inkişaf tempi - müəssisənin bazar payı” matrisi. Turizm müəssisəsinin bazar payına görə marketinq strategiyasının seçilməsi. Hücum strategiyaları. Müdafiə strategiyaları. Geri çəkilmə strategiyası. M.Porterin rəqabət modeli. Kütləvi marketinq strategiyası. Differensiallaşdırılmış marketinq strategiyası. Təmərküzləş-dirilmiş marketinq strategiyası.

Marketinq strategiyalarının qiymətləndirilməsi və seçilməsi. Marketinq proqra-mının hazırlanması. Marketinq proqramının strukturu. Turizm müəssisəsinin marke-tinq büdcəsi və onun formalaşması metodları.


Mövzu 8. Turizm müəssisəsinin məhsul siyasəti

Turizm müəssisəsinin məhsul strategiyasının formalaşması. Məhsul strategi-yasının əsas vəzifələri. Məhsulun səviyyələri. Turizm sferasında genişləndirilmiş məhsul siyasəti. Təklif olunan məhsulların strukturunun optimallaşdırılması. Turizm müəssisəsinin məhsul qrupları: əsas, köməkçi, strateji, taktiki.

Turizm məhsulunun həyat dövranı və onun mərhələləri. Müxtəlif mərhələlərdə istifadə olunan marketinq strategiyaları. Tur anlayışı. Tur-turizmin əsas məhsulu kimi. Turun əsas komponentləri. Marşrutların seçilməsi və hazırlanması. Marşrutun hazırlanmasına qoyulan tələblər. Xidmət paketinin formalaşması. Kompleks xidmətin baza modelləri: tam və qısaldılmış. Fərdi və qrup turları.

Xidmətin səviyyəsi. Kompleks xidmət sistemləri: “tac”, “litera”, “5 ulduz”, “9 kateqoriya” sistemləri. Xidmətin keyfiyyət göstəriciləri. Restoran xidmətləri paketi. Xidmətin əsas kateqoriyaları:“pansion”,“yarımpansion”,“gecələmə və səhər yeməyi”, “yalnız gecələmə”. Əlavə xidmətlərin göstərilməsi.

Turların formalaşması metodikası. Sifarişli turlar: kataloq (advertized tour) və sifariş (tailored tour) turları. Turların sərbəst formalaşdırılması: qısamüddətli turlar, “fiksturlar”, “blokturlar”. Müştərilərə informasiya xidmətləri sistemi: mahiyyəti və təyinatı.

Yeni məhsul strategiyası. Yeni ideyaların generasiyası və seçilməsi. “Firma və müştərilər üçün xidmətin faydalılığı” matrisi. Yeni turizm məhsulunun konsepsi-yasının hazırlanması və sınaqdan keçirilməsi. Marketinq strategiyasının hazırlanması. Biznes təhlilin aparılması. Məhsulun bazara çıxarılması. Sınaq marketinqi. Kommer-siya mərhələsi.

Turizm müəssisəsinin brend siyasəti. Brendin hazırlanması. Brendin yaradıl-masına təsir edən amillər. Brend kapitalı.
Mövzu 9. Turizm müəssisəsinin qiymət strategiyası

Turizm müəssisəsinin marketinq kompleksində qiymətin yeri və rolu. Turizm firmalarının fəaliyyətində qiymət strategiyasının hazırlanmasının zəruriliyi. Turizmdə qiymətqoymaya təsir edən spesifik amillər. Qiymətqoymanın səviyyələri: strateji və taktiki qiymətqoyma.

Qiymətqoyma prosesinə təsir edən xarici amillər: tələblə təklifin mütanasibliyi; rəqabət qiymətlərinin səviyyəsi və dinamikası; iqtisadiyyatın, o cümlədən, turizm sferasının dövlət tənzimlənməsi; istehlakçılar.

Qiymətqoymanın məqsədlərinin müəyyən edilməsi. Cari mənfəətin maksimum həddə çatdırılması məqsədi və ondan istifadənin əsas şərtləri. Bazar mövqelərinin qorunması məqsədi və ondan istifadənin şərtləri. Bazarda liderlik məqsədi. Təklif olunan məhsulların keyfiyyəti üzrə liderlik məqsədi.

Qiymətqoyma metodları: xərclərə əsaslanan qiymətqoyma metodları, rəqabətin səviyyəsinə əsaslanan qiymətqoyma metodları, tələbin səviyyəsinə əsaslanan qiymətqoyma metodları. Metodların üstün və zəif cəhətləri. Qiymətqoymanın psixo-loji metodları.

Qiymət strategiyasının müəyyən edilməsi və həyata keçirilməsi. Yeni və mövcud turizm məhsullarına qiymətin təyin olunması. “Qaymaqların yığılması” və “Bazara dərin nüfuzetmə” strategiyaları. Prestijli qiymətlər strategiyası. Lideri təqib-etmə strategiyası. Qiymətin manipulyasiyası strategiyası. Bazar seqmentinin qiyməti strategiyası.


Mövzu 10. Turizm məhsulları və xidmətlərinin bölüşdürülməsi kanalları

Turizm müəssisələrində satış strategiyasının formalaşdırılması. Bölüşdürmə sistemlərinin mahiyyəti və təyinatı. Satış şəbəkəsinin mahiyyətini yüksəldən amillər: bazarın qloballaşması, rəqabət şəraiti, elektron kommersiyanın inkişafı, məhsulun (xidmətin) saxlama müddətinin az olması. Bazar vasitəçilərindən istifadə olunması səbəbləri. Bölüşdürmə kanallarının funksiyaları.

Kanalların səviyyələrinin sayı. Birbaşa və dolayı kanallar. Bazar vasitəçiləri. Turizm agentləri. Turizm xidmətlərinin topdansatış satıcıları. Turizm brokerləri. Mehmanxana nümayəndələri. Milli, dövlət və yerli turizm agentlikləri. Konsorsi-umlar. Yerlərin bronlaşdırılması sistemləri. Aviaşirkətlərin kompüter şəbəkələrinin əsasında rezervləşdirmə sistemləri. Elektron bölüşdürmə sistemləri.

Satış kanallarının davranış sistemləri və onların təşkili. Satış kanallarında münaqişə situasiyalarının təhlili. Üfuqi və şaquli münaqişələr. Satış kanallarının təşkili. Şaquli marketinq sistemlərinin inkişafı. Korporativ, müqavilə və idarə olunan şaquli marketinq sistemləri. Françayzinq - mehmanxana və restoranlarda satışın təşkilinin ən məşhur forması kimi. İttifaqlar -müqavilə münasibətlərinin forması kimi. Üfüqi marketinq sistemlərinin inkişafı. Çoxkanallı marketinq sistemləri.

Satış kanallarının layihələndirilməsi üzrə idarəetmə qərarlarının qəbulu. Xidmət sahəsində istehlakçıların arzu və ehtiyaclarının təhlili. Satış kanallarının məqsədinin müəyyən edilməsi. Şirkətin və məhsulların xarakteristikası. Vasitəçilərin xarakteris-tikası. Marketinq mühitinin amillərinin təsiri. Satış kanallarının iştirakçılarının vəzi-fələri. Satış kanalının əsas alternativlərinin qiymətləndirilməsi: iqtisadi amil, nəzarət amili, adaptivlik amili. Kanalın idarə edilməsi ilə bağlı qərarların qəbulu.
Mövzu 11. Turizm müəssisəsinin kommunikasiya strategiyası

Turizm müəssisəsinin kommunikasiya strategiyasının mahiyyəti. Şəxslərarası və qeyri-fərdi kommunikasiyalar. Turizmdə kommunikasiyaların rolu. Kommunika-siya sisteminin əsas elementləri: reklam, fərdi satış, satışın həvəsləndirilməsi və ictimaiyyətlə əlaqələr. Kommunikasiya modellərinin əsas tipləri. kommunikasiya modellərinin elementləri. Kommunikatorun məqsədi və vəzifələri.

Turizm müəssisəsinin marketinq kommunikasiyasının məqsəd auditoriyasının xüsusiyyətləri. Marketinq kommunikasiyasının əsas adresatları: turizm firmasının işçi heyəti, mövcud və potensial müştərilər, marketinq vasitəçiləri, kontakt auditori-yaları, turizm xidmətləri istehsalçıları, dövlət idarəetmə orqanları. Arzuolunan cavab reaksiyasının formalaşması.

Kommunikasiya məlumatının məzmunu. Rasional və emosional məlumatlar. Turizm sahəsində emosional məlumatlardan geniş istifadə olunması. Mənəvi məlu-matlar və onların xüsusiyyətləri. Məlumatın strukturu. Məlumatın formatı. Məlu-matın mənbələri. İnformasiya vasitələrinin seçilməsi. Kommunikasiyaların fərdi və kütləvi kanalları. Məlumat aparıcılarının seçilməsi və onların səmərəliliyini müəyyən edən əsas amillər. Əks əlaqənin formalaşması və qiymətləndirilməsi.Turizm müəssi-səsinin müsbət imicinin formalaşması.

Irəliləməyə ayrılan ümumi büdcənin müəyyən edilməsi. Turizm müəssisəsinin imkanlarına əsaslanan metod. “Satışlardan faiz” metodu. Rəqiblərin irəliləmə xərclərinə əsaslanan metod. Turizm müəssisəsinin kommunikasiya proqramının məqsəd və vəzifələrinə əsaslanan metod. Metodların müqayisəli xarakteristikası.

İrəliləmə vasitələrinin seçilməsi. İrəliləmə sisteminin formalaşması amilləri. Məhsulun və bazarın tipi. “Pull” və “push” strategiyaları. Müştərilərin alışa hazırlıq səviyyəsi. Məhsulun həyat dövranının mərhələsi.



Mövzu 12. Turizm marketinqində fərdi satışların idarə edilməsi

Turizm müəssisəsinin marketinqində fərdi satışların yeri və rolu. Fərdi satışların kommunikasiya xüsusiyyətləri. Fərdi satışların müxtəlif formaları. R.Bleyk və C. Muton tərəfindən təklif olunan satıcı tiplərinin xarakteristikaları. Satıcı tipləri: müəyyən məqsədə nail olmaq üçün qurulan ünsiyyət; “peşəkar satıcı”; satıcı-müştərinin dostudur; “istəyirsən al, istəyirsən alma”, “məqsəd- satmaqdır”. Alıcıların tipologiyası: “müştəri – satıcının dostudur”; imicin alıcısı, laqeyd alıcı, ehtiyatlı alıcı.

Fərdi satışların idarə edilməsi. Ticarət nümayəndələrinin mövqeləri. Mehman-xana sferasında satışların xarakterik xüsusiyyətləri. Satış nümayəndələrinin əsas vəzifələri. Satış şöbəsinin işçilərinin məqsədləri. Satış heyətinin sayı və strukturu. Satış şöbəsinin təşkili. Münasibətlər marketinqi və strateji əməkdaşlıq. Satış heyətinin seçilməsi və treninqi. Satış heyətinin idarə edilməsi. Satış strategiyasının seçilməsi.

Fərdi satış prosesi. Müştəri ilə görüş və kontaktın yaradılması. Kontaktın yaradılması məqsədilə istifadə olunan metodlar. Müştərinin tələbatlarının müəyyən edilməsi. Istehlakçıların dəyərlər sisteminin öyrənilməsi. Fərdi satış prosesində əsas davranış tipləri. Məhsulun təqdimatı: AİDA modelinə uyğun prezentasiyanın keçiril-məsi. J.Şandezon və A.Lansestrin “Satış metodları”ndakı tövsiyyələrdən istifadə. Mümkün etirazların aradan qaldırılması. Müştərinin mümkün etirazlarının psixoloji və məntiqi xarakteri, onların yaranması səbəbləri. Satışın həyata keçirilməsi. Fərdi satışın reallaşdırılması üçün istifadə olunan üsullar. Müştərilərlə satışdan sonrakı kontaktlar. Satış heyətinin işinin qiymətləndirilməsi.


Mövzu 13. Turizm marketinqində reklam, ictimaiyyətlə əlaqələr və satışın həvəsləndirilməsi

Turizm müəssisəsinin kommunikasiya sistemində reklamın yeri və rolu. Reklamın növləri. Turizm sahəsində reklam xidmətlərinin spesifikliyi. Reklam proqramlarının hazırlanması. Reklama aid əsas qərarların qəbul edilməsi. Reklamın məqsədinin müəyyən edilməsi. Reklam agentlikləri və onların əsas tipləri. Reklam büdcəsinin tərtib edilməsi və ona təsir edən amillər. Reklam məlumatının məzmunu ilə əlaqəli qərarın qəbul edilməsi. Reklam məlumatlarının ideyalarının hazırlanması. Reklam məlumatlarının mövzularının qiymətləndirilməsi və seçilməsi. Kütləvi informasiya vasitələrinin seçilməsi. İnformasiya vasitələrində reklamın yerləşdiril-məsi vaxtının seçilməsi. Assosiasiyaların reklamı. Reklam kampaniyasının səmərə-liliyinin qiymətləndirilməsi.

Birbaşa marketinqin əsas xüsusiyyətləri. Telemarketinq. Münasibətlər marke-tinqi. İnteqrasiya olunmuş birbaşa marketinqin inkişafı. Marketinqin məlumatlar bazası sisteminin inkişafı.

Turizmdə satışın həvəsləndirilməsi. Turizm sferasında satışın həvəsləndirilməsi proqramının mərhələləri. Satışın həvəsləndirilməsinin məqsədlərinin müəyyən edilməsi. Satışın həvəsləndirilməsi vasitələrinin seçilməsi. İstehlakçıların həvəslən-dirilməsi vasitələri. Ticarət vasitəçilərinin həvəsləndirilməsi. Satışın həvəsləndiril-məsi proqramının planlaşdırılması. İlkin testləşdirmə və proqramın həyata keçiril-məsi. Nəticələrin qiymətləndirilməsi.

Turizm sferasında ictimaiyyətlə əlaqələrin mahiyyəti. PR şöbələrinin əsas fəaliyyət növləri. Pablisiti. Məhsulla əlaqəli olan pablisiti. Turizmdə təbliğatın mahiyyəti və məqsədləri. Korporativ kommunikasiyalar. Media və informasiyalar. Korporativ imicin yaradılması. İctimaiyyətlə əlaqələrin həyata keçirilməsi. PR-ın planlaşdırılması. İctimaiyyətlə əlaqələrin əsas alətləri: nəşrlər, tədbirlər, xəbərlər, çıxışlar, ictimaiyyətin xeyrinə fəaliyyət. İctimaiyyətlə əlaqələrin nəticələrinin qiymət-ləndirilməsi.
Mövzu 14. Sərgilər və yarmarkalar, turizm müəssisəsinin firma tərzinin formalaşması

Sərgilərin xarakteristikası, turizmdə sərgilərin yeri və rolu. Sərgi və yarmar-kaların özünəməxsus xüsusiyyətləri. Turizm sahəsində sərgi-yarmarka tədbirlərinin növləri, spesifikası və xarakteristikası. Sərgilərin təsnifləşdirilməsi. Turizm sahəсin-də keçirilən sərgilər. Beynəlxalq turizm birjaları.

Turizm firmasının sərgidə iştirakı prosesi. Sərgidə iştiraketmə barəsində qərarın qəbul edilməsi. Firmanın sərgidə iştirakının məqsədlərinin müəyyən edilməsi. İştirak üçün konkret sərginin seçilməsi (sərginin yeri, tarixi, nüfuzu, iştirakçıların tərkibi və s.). Təşkilati -hazırlıq müddəti. Sərgidə iştirakın smetasının hazırlanması. Sərginin keçirilməsi zamanı görülən işlər. Firmanın sərgidə iştirakının nəticələrinin təhlili. Təşkilati və kommersiya nəticələrinin təhlil olunması.

Sərgi stendinin hazırlanması. Stendin ölçüsü, orijinal tərtibatı, reklamın cəlb-ediciliyi, stendçilərin qonaqlara münasibəti. Stendin tərtibatı zamanı istifadə olunan konsepsiyalar: vizual aspektə və informasiya aspektinə önəm verən konsepsiyalar. Sərgi ekspozisiyasının zonaları: ictimai zona, iş zonası, işgüzar zona. Stendlərin müxtəlif tipləri: xətti, künc, “yarımada”, “ada”, “vizavi” və s.

Turizm firmasının heyətinin sərgidə iştirakı. Stendçilərə qarşı qoyulan tələblər. Stendçilərin treninqi. Qonaqların əsas kateqoriyaları və onlarla davranış modellərinin qurulması. Sərginin qonaqlarının əsas tipləri.

Turizm müəssisəsinin firma tərzinin formalaşması. Brendinq. Firma tərzinin formalaşmasının əsas məqsədləri. Firma tərzinin sahibkar üçün üstünlükləri. Firma tərzinin əsas elementləri. Firma tərzinin daşıyıcıları. Əmtəə nişanı. Əmtəə nişanları-nın növləri. Turizm firmasının tərzinin formalaşmasında əmtəə nişanlarının rolu və əsas funksiyaları.


Mövzu 15. Turizm müəssisəsində marketinqin təşkili və ona nəzarətin həyata keçirilməsi

Turizm müəssisəsində marketinqin təşkili xüsusiyyətləri. Marketinq şöbəsinin təşkilati strukturları. Funksional təşkilati strukturun xüsusiyyətləri. Marketinq şöbəsinin məhsul prinsipinə əsaslanan strukturu. Marketinq şöbəsinin regional təşkilati strukturu. Qeyd olunan təşkilati strukturların üstün və zəif cəhətləri. Turizm müəssisəsinin marketinq strukturunun təşkilinə qoyulan tələblər. Marketinq şöbəsinin rəhbərinin və mütəxəssislərinin məqsədləri və vəzifələri, onlara qarşı qoyulan tələblər.

Turizm marketinqində nəzarət sistemi. Nəzarətin mahiyyəti. Nəzarət prosesinin əsas mərhələləri. Nəzarətin məqsədi və vəzifələri. Nəzarətin növləri. Nəticələrə nəzarət. Strateji nəzarət. Marketinq təftişi. Daxili və xarici audit. Daxili auditdən istifadə şərtləri, onun üstün və zəif cəhətləri. Xarici auditdən istifadə şərtləri, onun üstünlükləri və çatışmamazlıqları.

Turizm marketinqi” курсунун мювзулары цзря айрылмыш тядрис саатларынын бюлэцсц




Мювзунун ады

Саатларын мигдары

Мювзулар цзря саат-лар

Мцща

зиря


Семинар

1

Turizmdə marketinqin mahiyyəti və məzmunu

4

2

2

2

Turizmdə marketinqin konsepsiyası və əsas səviyyələri

4

2

2

3

Turizm xidmətləri bazarı: əsas anlayışları, əlamətləri və növləri

4

2

2

4

Turizm bazarının marketinq tədqiqatları

4

2

2

5

Turizm xidmətləri istehlakçılarının davranışı

4

2

2

6

Turizm bazarının seqmentləşdirilməsi

4

2

2

7

Turizm müəssisəsinin marketinq strategiyasının forma-laşması

4

2

2

8

Turizm müəssisəsinin məhsul siyasəti

4

2

2

9

Turizm müəssisəsinin qiymət strategiyası

4

2

2

10

Turizm məhsulları və xidmətlərinin bölüşdürülməsi kanalları

4

2

2

11

Turizm müəssisəsinin kommunikasiya strategiyası

4

2

2

12.

Turizm marketinqində fərdi satışların idarə edilməsi

4

2

2

13

Turizm marketinqində reklam, ictimaiyyətlə əlaqələr və satışın həvəsləndirilməsi

4

2

2

14

Sərgilər və yarmarkalar, turizm müəssisəsinin firma tərzinin formalaşması

4

2

2

15

Turizm müəssisəsində marketinqin təşkili və ona nəza-rətin həyata keçirilməsi

4

2

2




ЪЯМИ

60

30

30


Гейд: Саатларын бюлэцсц тяхминидир. Кафедралар юз мцлащизяляриня эюря онлары дяйишдиря биляр.

Тювсиййя едилян ядябиййат сийащысы


  1. “Азярбайъан Республикасында 2010-2014-ъц иллярдя туризмин инкишафына даир дювлят програмы”, 2010.

  2. “Туризм щаггында” Азярбайжан Республикасынын Гануну, 1999

  3. Ахундов Ш.Я. Маркетингин ясаслары.”Ябилов, Зейналов вя оьуллары”, Бакы, 2001

  4. Иманов Т.И., Гулийев Е.Н. Маркетингин ясаслары. Бакы, 2003

  5. Ящмядов М.М.,Щаъыйева Л.А. “Хидмят сащяляринин маркетинги” курсу-нун програмы. Бакы, “Игтисад Университети” няшриййаты, 2012

  6. Щаъыйева Л.А. Xidmət sahələrinin маркетинги. Бакы, “Biznes Universi-teti”, 2013, 276 с.

  7. Ялирзайев Я.Г. Сосиал сферанын игтисадиййаты вя идаря едилмяси. Дярс вясаити. Бакы, 2009.

  8. Разумовская Анна. Маркетинг услуг. Настольная книга российского маркетолога-практика. М., 2006, 378 с.

  9. Восколович Н.А. Маркетинг туристских услуг. Экономический фак-т МГУ, ТЭИС, 2004

  10. Волков Ю.В. Введение в гостиничный и туристический бизнес. Ростов на Дону, финикс, 2003

  11. Гуляев В.Г.Организация туристской деятельности.-М.Финансы и статис-тика, 2003

  12. Дурович А.П. Маркетинг в туризме. М. ООО «Новое знание». 2001, 470 c

  13. Джанджугазова Е.А. Маркетинг индустрии гостеприимства. Уч.пос. М.: Академия, 2005

  14. Котлер Ф. Маркетинг, гостеприимство, туризм. -М., 1998, 787 с.

  15. Лавлок Кристофер. Маркетинг услуг: персонал, технология, стратегия, 4 изд., пер.с англ. М., изд.дом «Вильямс», 2005, 1008 с.

  16. Организация и управление гостиничным бизнесом.Под ред.Лесника А., Масицкого И., Чернышова А. -М., 2000

  17. Пузакова Е., Честникова В. Международный туристический бизнес.-М.: Экспертное бюро, 1997.

  18. Сапрунова В. Туризм: эволюция, структура, маркетинг. - М.: Ось-89, 1997.

  19. Сенин В.С. Организация международного туризма: Учебник.-М.: Финан-сы и статистика, 1999. -400 с.

  20. Тультаев Т.А. Маркетинг услуг. Моск. Финанс.пром. Академия - М. 2005, 97 с.

  21. Уваров В., Борисов К., Международные туристские организации: Справочник. -М.: Международные отношения, 1990.

  22. Хаксевер К., Рендер Б., Рассел Р., Мердик Р. Управление и организация в сфере услуг. Теория и практика. - СПб., Питер, 2002, 752 с.

  23. Янкевич В.С., Безрукова Н.Л. Маркетинг в гостиничной индустрии и туризме: российский и международный опыт. М.: Финансы и статистика, 2002, 416 с.

  24. Bateson J. Managing services marketing. United States of America, 1995.

  25. Bateson, J. E. аnd Hoffman, D. K. Managing Services Marketing: Text and Readings. -New York: The Dryden Press, 1999.

  26. Gronroos C. Service management and marketing. -West Sussex, 2000.

  27. Landlois R., Robertson P. Firms, markets and economic. -London and New York, 1995.

  28. Lovelock C. Services marketing.-London, 2001.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə