Азяр­бай­ъан Мил­ли Елм­ляр Ака­де­ми­йа­сы Фял­ся­фя, Сосиолоэийа вя Щц­гу­г Инс­ти­ту­ту




Yüklə 3.72 Mb.
səhifə9/31
tarix11.03.2016
ölçüsü3.72 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   31

İstifadə olunmuş ədəbiyyat
1. Кравченко А.И. Культурология. М., «Академический проект», 2000.

2. Бабосов Е.М. Прикладная социология. М., «Тетра-Системс», 2000.

3. Süleymanov Ə.D. Kütlə mədəniyyəti XXI əsrin qlobal problemi kimi //Cəmiyyət keçid dövründə. Sosial-psixoloji aspektlər. Bakı, 2005.

4. Məmmədov İ.A. Mənəvi dəyərlərin fəlsəfi təhlili və Azərbaycan reallıqları. Dissertasiya. Bakı, 2002.

5. İslam, qadın və müasirlik //Elmi-praktik konfransın materialları. Bakı, 1998.

6. Faradov T. Dini düşüncənin xüsusiyyətləri və müasir mərhələdə Azərbaycan əhalisinin davranışı //Dirçəliş – XXI əsr jurn., 2002, № 50.

7. Abbasov F.F., Əliyev Z.F. Həyat tərzimizin mənəvi əsasları. Bakı, 1990.

8. Abdullayev O.İ. İctimai münasibətlər sistemi və adət-ənənələr. Bakı, «Elm», 1998.


Анар ГАСАНлы
влияние глобальных и национально-

духовных ценностей на образ жизни
Резюме
В статье рассматривается вляиние глобальных и национально-духовных ценностей на образ жизни людей в современных условиях и отмечается, что этот процесс особенно проявляется в городских условиях.

Автор статьи подчеркивает большее влияние этих ценностей на молодежь и считает необходимым принятие некоторых мер для защиты национально-духовных ценностей от деградации. Он обосновывает свои мысли, исходя из материалов проведенного опроса. Далее автор отмечает, что современная эпоха характеризуется огромным глобальным влиянием и становится причиной создания новых этнокультурных качеств.



Anar HASANLI
the influence of global and national-spiritual

values on way of life
Summary
In the article the influence of global and national-spiritual values on the way of life of the people in modern conditions is considered and it is noted that this process is observed, in particular, in urban conditions.

The author of the article underlines greater influence of these values on the youth and considers the necessity of undertaking some measures of protecting the national-spiritual values from the harmful influences. He grounds his thoughts proceeding from the materials from the interrogation held. Further the author notes that the contemporary epoch is characterized by the great global impact and becomes the reason of creation of the new ethnocultural qualities.



UOT 1.17. 241
Kamil XUDİYEV
АМЕА Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun

Etika və Estetika şöbəsinin aspirantı

İCTİMAİ İNKİŞAFIN VƏ MƏNƏVİ DƏYƏRLƏRİN

FORMALAŞMASI PROSESİNDƏ MÜNAQİŞƏ AMİLİ

Açar sözlər: mənəvi dəyərlər, ictimai inkişaf, münaqişə, ziddiyyət, münasibət, qütbləşmə, əxlaqi dəyərlər.

Ключевые слова: духовные ценности, общественное развитие, конfликт, противоречие, отношение, полярность, моральные ценности.

Key words: moral values, social development, conflict, contradiction, relation, polarity, moral values.
Tarix boyu münaqişələr insanları müşayiət etmişlər. Müharibələr və inqilablar, nümayişlər və tətillər, hakimiyyət uğrunda ardı-arası kəsilməz mübarizələr daim ictimai həyatın ayrılmaz bir tərkib hissəsi olmuşdur. Cəmiyyət üçün onların nəticələri birmənalı olmamışdır. Müasir həyatda müxtəlif tipli münaqişələrin meydana gəlməsi təbii bir haldır. Eyni zamanda demokratik cəmiyyətlər ictimai həyatın müxtəlif sahələrində meydana çıxan münaqişələri həll etməklə öz inkişafının daha yüksək mərhələsinə çatmışlar. Münaqişələrin cəmiyyət üçün təbii bir hal olması ideyasını ilk dəfə XIX əsrin ortalarında Q. Zimmel söyləmişdir. Məhz “sosial münaqişə” anlayışını da ilk dəfə elmə o gətirmişdir. Onun fikrincə ictimai qrupların iştirak etdiyi bütün münaqişələr sosial xarakter daşıyır. Yalnız münaqişələrin baş verdikləri sahələrdən asılı olaraq onlar siyasi, hüquqi, iqtisadi, ideoloji, bioloji və s. formaları ilə seçilirlər (1, 20).

Bəşəriyyətin inkişaf tarixi aydın şəkildə göstərir ki, cəmiyyət həyatının hansı bir sahəsində böhranlı vəziyyət yarandıqda insanlar həmişə belə vəziyyətdən çıxmağın yollarını axtarmışlar. Antik dövrdə, orta əsrlərdə və yeni dövrdə münaqişələrin mahiyyətinin açıqlanmasına böyük səylər göstərilmişdir. Ona görə də münaqişə problemi dünyanın özü qədər qədimdir. Heraklit yazırdı ki, hər şey mübarizədən və zərurətdən irəli gəlir. O, müharibəni bütün mövcud olanların atası və hökmdarı hesab edirdi. Platon isə cəmiyyətdə baş verən ziddiyyətləri böyük bədbəxtçilik adlandırırdı. Siseron ədalətli müharibənin tərəfdarı idi. Onun fikrincə insanlar ölkələrinə soxulmuş qəddar düşmənə qarşı müharibə etməlidirlər. (2, 41).

Qeyd etmək lazımdır ki, münaqişələrin tədqiqinə Makiavelli böyük diqqət yetirmişdir. Makiavelli öz əsərlərində münaqişələri müxtəlif səviyyələrdə nəzərdən keçirmiş və ictimai proseslərdə onların müsbət rolunu qeyd etmişdir. Onun fikrincə, münaqişələrdən süni şəkildə qaçmaq düzgün deyildir. O, münaqişələri cəmiyyət üçün vacib və daha rasional vasitə hesab edirdi.

Alman mütəfəkkiri İ.Kant cəmiyyətdə münasibətlərin qütbləşməsində dövlət başçısının müstəsna rolunu xüsusi qeyd edirdi. O, həmçinin hesab edirdi ki, zorakı yolla digər dövlətlərin siyasi həyatına qarışmaq gec-tez müharibəyə gətirib çıxaracaqdır (3, 21-22).

İngilis filosofu T. Hobbs da münaqişələrə dair maraqlı fikirlər söyləmişdir. Ona görə “hamının hamıya qarşı müharibəsi” prinsipi cəmiyyətdə təbii hal kimi qəbul edilməlidir. O, hesab edirdi ki, təbiət insanları fiziki və əqli qabiliyyətlərinə görə bərabər yaradıb. Qabiliyyətlərin bu bərabərliyi tərəflər arasında hansısa sərvəti əldə etmək uğrunda münaqişəyə gətirib çıxarır və onlarda qarşılıqlı inamsızlıq hissini gücləndirir (4, 18).

Ümumiyyətlə münaqişələrdən danışarkən, hər şeydən əvvəl qeyd etmək lazımdır ki, hər bir münaqişənin əsasını subyektlər arasında meydana çıxan fikir ayrılığı təşkil edir. Məhz bu cür fikir ayrılıqları son nəticədə onlar arasında qarşıdurmalara gətirib çıxarır. Lakin fikir ayrılığı problemin tam mahiyyətini açıqlamaq üçün kifayət etmir. Bir çox mütəxəssislər bu məsələyə aydınlıq gətirərək qeyd edrlər ki, münaqişələr yalnız insanlar arasında ziddiyyətlərin kəskin forması deyil, bəlkə də onların həlli yollarından biridir (5, 110-111).

Münaqişələrdən bəhs edərkən bir faktı da nəzərdən qaçırtmamaq lazımdır ki, cəmiyyət onun üçün xarakterik olan daxili münaqişələr sayəsində bütöv bir tam kimi qorunub saxlanılır. İctimai həyatda çoxsaylı münaqişələrin olması və onların vaxtında həll edilməsi cəmiyyətin vətəndaş müharibəsinə, inqilablara və digər anomaliya formalarına gətirib çıxara biləcək qütbləşməsinin qarşısını almış olur. Qeyd olunduğu kimi münaqişələrin meydana gəlməsi bir qayda olaraq sosial ziddiyyətlərin yaranması, münaqişə subyektləri tərəfindən bu ziddiyyətlərin mövcudluğunun və həllinin vacibliyinin dərk edilməsi ilə şərtlənir. Münaqişənin əsasında dayanan ziddiyyətin düzgün dərk edilməsi eyni zamanda münaqişənin növünü müəyyən etməyə imkan verir.

Münaqişələr nə qədər arzu olunmaz olsa da, onlar cəmiyyətdə inkişafa təkan verən və birmənalı olmayan bəzi funksiyaları həyata keçirirlər. Çünki münaqişələr heç də həmişə ancaq dağıdıcı xarakter daşımır. Siyasi münaqişələrin, ümumilikdə münaqişələrin mənfi tərəfləri ilə yanaşı həmçinin müsbət tərəfləri də vardır. Beləliklə, münaqişələr cəmiyyətdə konstruktiv və destruktiv funksiyalara malikdirlər. İstənilən münaqişələrdə insanlar bu və ya digər məqsədlər güdürlər və öz maraqlarının təmin olunması uğrunda mübarizə aparırlar. Bu mübarizələr isə əksər hallarda neqativ meyllərlə müşayiət olunur. Münaqişələrin mahiyyətinin bu cür izahını ümumiləşdirərək belə nəticəyə gəlmək olar: münaqişə öz məqsədlərinə çatmaq üçün bir- biri ilə ilə qarşıdurma vəziyyətində olan tərəflər arasındakı qarşılıqlı fəaliyyət formasıdır.

Münaqişələrin daha geniş, məzmunlu izahını vermək üçün onun fəlsəfi izahına böyük ehtiyac vardır. Münaqişə amili fəlsəfədə ictimai inkişafın, ümumiyyətlə bütün sahələrdə baş verən inkişafın əsas hərəkətverici qüvvəsi kimi çıxış edir. Bir çox filosoflara görə cism və hadisələrin bir- biri və daxili tərəfləri arasındakı ziddiyyətlər, onların arasında baş verən münaqişə və bu münaqişənin həll edilməsi hərəkət və inkişafın mənbəyi, səbəbidir; bunsuz heç bir inkişaf və tərəqqi baş verə bilməz. Hadisələr arasındakı müxtəliflik, fərqlilik cəhətləri mütləqdir, onlar inkişaf edərək, ziddiyyətə gətirib çıxara bilərlər. Ziddiyyət, predmet, hadisə, proses və onların daxili tərəfləri arasındakı fərqliliyin dərinləşməsi, kəskinləşməsidir. Deməli, ziddiyyət mənafe uyğunsuzluğu və əksliyin ifadəsidir. Bir sözlə, ziddiyyət obyektivdir, predmet və hadisənin başqa hadisələrlə və daxili tərəflərlə qarşılıqlı münasibətindən irəli gəlir. Həyat və ölüm, maqnitin müsbət və mənfi qütbləri, canlı və cansız, müsbət və mənfi yük, təsir və əks təsir, maddələrin assimilyasiyası və dissimilyasiyası, siniflərin mübarizəsi məhz bu obyektiv ümumi qanunauyğunluğu ifadə edir. Deməli cism ancaq daxili tərəfləri arasındakı qarşılıqlı münasibətdə mövcuddur. Bu münasibətlər bir- biri ilə fərqlənən, ziddiyyətə girən tərəflərin vəhdətini yaradır. Burada münaqişə tərəfləri bir- birini həm tamamlayır və həm də inkar edir. Başqa sözlə bu inkişaf üçün əbədi və obyektiv olan qanunauyğunluğu, əksliklərin vəhdətini və mübarizəsini doğrurur. Bu isə öz növbəsində təbiətdə, cəmiyyətdə və təfəkkürdə fəaliyyət göstərən ən universal qanunauyğunluqdur.

Münaqişənin qarşısıalınmazlığı zəminində mənafe əkslikləri kəskinləşir, bir tərəf digərinin qələbəsi üçün buxova çevrilir. Bu şəraitdə ziddiyyətlər kəskinləşir, münaqişə və toqquşma baş verir. Hər hansı qüvvələr qalib gəlir, digərləri isə geri çəkilir və ya bunun nəticəsində yeni keyfiyyət dəyişiklikləri baş verir. İctimai inkişafa səbəb olan və münaqişələri şərtləndirən ziddiyyətlərə antoqonist və qeyri antoqonist ziddiyyətlər daxildir. Bunlar təbiətdə və eləcədə cəmiyyətdəki müxtəlif ictimai və sosial- siyasi mənafeləri olan siniflər, sosial təbəqələr, qruplar, xalq və millətlər, ictimai hərəkatlar, partiyalar və s. arasında mövcud olan qarşılıqlı əlaqə və münasibətləri əks etdirən ziddiyyətlərdir.

Bir sözlə, ictimai inkişafın əsasında konflikt, konflikti doğuran ziddiyyətlər durur. Konfliktsiz heç bir ictimai inkişafdan söhbət gedə bilməz. İctimai inkişafın bütün əhatə dairəsində konfliktlər mövcud olur və onlar inkişafın əsas aparıcı qüvvələri rolunda çıxış edirlər. Konfliktlərin bu xüsusiyyətləri ictimai inkişafın eləcə də idrak prosesinin özündə də təzahürünü tapır. İdrak prosesində biz daxili ziddiyyətləri həll etmək yolu ilə inkişafa nail oluruq. İdrakımız azdan çoxa, sadədən mürəkkəbə, dolğun olmayan biliklərdən kamil biliklərə doğru istiqamət götürür. Elmlərin öz daxili inkişafı üçün də konfliklətirn böyük əhəmiyyəti var. Elmin öz daxilində inkişaf tənqid və özünütənqidə, fikirlərin toqquşmasına əsaslanır. Deməli fikirlərin mübarizəsi və tənqid azadlığı elmin inkişaf qanunudur. Məhz bu mübarizə şəraitində elmlər öz inkişaf prinsiplərini müəyyən edir və irəliyə doğru addım ataraq, yeni biliklərin əldə olumasına nail olurlar. Elmlərin daxilində gedən bu proseslər onların başqa elmlərlə münasibətində də öz müsbət rolunu oynayır və elmlərin inteqrasiyası prosesini daha da gücləndirir.

Münaqişə amili ictimai inkişafla bərabər mənəvi dəyərlərin tərəqqisinə də böyük təsir göstərir. Cəmiyyətdə baş verən mənəvi dəyərlərin inkişafı da məhz mənəvi sferada mövcud olan əksliklərin mübarizəsi şəriatində baş verir. Etika elminin daha geniş yer ayırdığı bu məsələ bu günümüz üçün olduqca mühüm problemlərdən biridir. Müasir dövrdə aktual sayılan bu məsələ istər siyasi elitada, istərsə də cəmiyyətin digər sahələrində önəmli məsələlərdən biridir.

Mənəvi dəyərlərin formalaşması prosesi etikanın əsas kateqoriyları olan xeyir və şərin münaqişəsi zəminində reallaşır və yeni mərhələyə qədəm qoyur. İnsan bu münaqişə prosesində seçim vəziyyətinə düşür. Bu vəziyyətdə insan müstəqil surətdə seçim etməkdə azad olur. Azadlıq əsas məqsəd deyil, əsl əxlaqi mahiyyətləri seçməyə yardım edən vasitələri, daha doğrusu, əsl insani keyfiyyətdir. Belə olduqda heç bir ideologiya heç bir kəsi özünə ram edə bilməz.

Bəs “xeyir” nədir? Xeyir insanın mənəvi və ruhi keyfiyyətlərini müsbət mənada birləşdirən amildir. Təsadüfi deyil ki, qədim və müasir dövrün filosofları xeyiri əsas kateqoriya, etik anlayış hesab ediblər. Təsadüfü deyil ki, Rene Dekartda əxlaqı iradə azadlığı, insanın həqiqəti və xeyiri dərk etmək qabiliyyəti, ədalətin xeyirxahlıqla eyniliyi kimi qələmə vermişdir (6, 256). Müasir Qərb etikasında isə əxlaq bir qayda olaraq ya xeyir kateqoriyası ilə, ya da xeyir və şərin münaqişəsi prosesində insanın xeyir və şərdən birini seçməsi ilə müəyyən edilir. Erix Frommun biofil etikasındakı xeyir və şər prinsipi çox maraqlıdır- həyata xidmət edən hər şey- xeyirdir (7, 36). İnsan ideal vəziyyətdə elə hərəkətlərlə rastlaşır ki, onlar özündə həm səmimi, həm də maksimum xeyirxahlıq daşıyır. Ancaq əslində xeyir kateqoriyası öz növbəsində müxtəlif qiymətlər oriyentasiyası yaradır. Ən başlıcası, dərk etməliyik ki, oriyentasiyalar, davranışlar arasında məlum gərginlik yaranır ki, bu da ideal səviyyədə xeyirlə şərin münaqişəsinə gətirib çıxarır. Əgər həyatımızda istənilən qədər tamahkarlıq, yalan və s. varsa və bunlar xeyirin antipodları kimi fəaliyyət göstərirsə, onda aydındır ki, həyatın müəyyən anları şərə həsr ediləcəkdir. Şərin özünün təhlili də olduqca mürəkkəb məsələdir. Çünki şər müxtəlifdir. O, qərəzli və qərəzsi ola bilər. Lakin şərin təhlilini çətinləşdirən əsas amil onun mühitə uyğunlaşması, xeyir obrazında özünü göstərməsidir. Xeyir və şərin mübarizəsində heç də həmişə xeyir qalib gələ bilmir, şər daha əzmli olur.

Praqmatiklər həyatda nəzəri xarakter daşıyan əxlaqi dəyərlərlə praktik dəyərlərin arasındakı fərqi dərk edərək əxlaqın real mövcudluğunda qətiyyətlə üz döndərir, onu ideallara, xəyali nümunələrə çevirir, mənəviyyatdan, mədəniyyətdən ayırırlar. Beləliklə, bu prinsip fərdin gündəlik praktik fəaliyyətləri “imiralizmi” ni doğrultmalı olur və onda praqmatizm əxlaqı cəmiyyət üçün əhəmiyyətini itirir (8 , 22). Bütün bu deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, böyük mənada insanın daxili aləminin vəhdətini “xeyir və şərin” mübarizəsi təşkil edir. Qədim hind eposunda deyildiyi kimi, xeyir və şər insanın qəlbində döyünürlər. Bəlkə də insanın mahiyyətinin sirri də elə bundadır. Xeyir şərsiz mümkün deyil, ancaq insan onlardan birini seçir. Xeyirlə şər arasındakı mülahizə və onların önə çıxarılması imkanı insanın təbiətində, onun məzmunundadır. Deməli insan özlüyündə həm şəri, həm də xeyri gəzdirir, başqa sözlə sanki insanda iki aləm birləşir, bir aləmin “iki məni”. Bu səbəbdən də, insan həmişə daxili narahatçılıq hissi, daxili ikiləşmə duyğusu keçirir (9,46).

Sonda bütün bu deyilənləri ümumiləşdirərək qeyd etmək olar ki, ictimai inkişafın mühüm tərkib hissəsi olan mənəvi dəyərlərin formalaşmasında münaqişə amili olduqca mühüm yer tutur. Nəticə etibarı ilə zidd qüvvələr arasında baş verən bu proses hadisələrin əsas, aparıcı tərəfi kimi çıxış edərək inkişafın daha da sürətlənməsinə böyük təsir göstərir. Başqa sözlə münaqişənin bu xüsusiyyəti həyatın bütün sferalarında özünü büruzə verərək hər zaman öz aktuallığını qoruyub saxlayır.



İstifadə olunmuş ədəbiyyat
1. Зайцев А.К. Социальный конfликт. М., 2001, с.456.

2. Zeynalov M.B. Fəlsəfə tarixi. B., 2000, s. 542.

3. Андреев В.И. Конfликтология. М., 1992, с.251.

4. Mustafayev A.X. Fəlsəfədə ziddiyyətlər və münaqişələr problemi. B., 2000, s.57.

5. Бандурка А.М, Друзъ В.А. Конfликтология. Харъков, 1997, с. 335.

6. Р. Декарт. Об произведении. М., 1950, с. 371.

7. Е. Фромм. Душа человека. М., 1992, с. 95.

8. Məmmədzadə İ.R, Məmmədzadə R.H. Xeyir və şər arasında, B., 1993, s.57.

9. Ж. Бруно. О героическом энтузиазме. М., 1953, с. 62.
Камил Худиев
Фактор конfликта в процессе формирования

социального развития и моральных ценностей
Резюме
Фактор конfликта носит важный характер в процессе общественного развития и формирования духовных ценностей. Фактор конfликта выступает в философии как одна из движущих сил общественного развития, в общем, а также во всех сферах развтия. Конfликты, происходящие в природе и в обществе источник и причина их развития. Основной конfликт в формировании духовных ценностей – боръба категорий добра и зла, которые способствуют развитию данных ценностей.
Kamil Khudiyev
The factor of conflict in the process of formation

in public development and spiritual values
Summary
The conflict factor is of great importance in the process of social development and formation of moral values. In philosophy the conflict factor comes out as a one of the basic moving forces of social development in general and in all fields of as well. The conflicts arising in a nature and society and are the source and principal cause of development. An essential conflict in formation of moral values is the strussle between good and evil categories, which stimulates development of values.

UOT 1.091
Rasim Məcİdov

BDU-nun Fəlsəfə tarixi və mədəniyyətşünaslıq

kafedrasının aspirantı

SİVİLİZASİYALARIN DİALOQU, YOXSA SONU?
Açar sözlər: sivilizasiya, İslam, fəlsəfə, xristianlıq, qloballaşma, Şərq, Avropa, Asiya.

Ключевые слова: цивилизация, ислам, философия, христианство, глобализация, Восток, Европа, Азия.

Key words: civilzation, Islam, philosophy, christianity, globalization, East, Europe, Asia.
XXI əsrin əvvəllərində ən müasir silahları və silah texnologiyalarını əlində cəmləşdirən iri hərbi sənaye kompleksləri müxtəlif təhlükələrin mövcudluğunu və bu təhlükələrin kənar, yad mədəniyyətlərdən gəldiyini dünya ictimaiyyətinə “nümayiş” etdirmək üçün xüsusi təbliğat mexanizmlərinə milyonlarla dollar xərcləndiyini desək, heç də yanılmarıq.

Bu səbəbdən bəşəriyyəti düşündürən, eyni zamanda müxtəlif tarixi çətinliklərə salan “sivilizasiyaların və dinlərin qarşılıqlı dialoq” problemi, həmçinin bu problemin həlli heç bir zaman öz aktuallığını itirməmişdir. Son dövrlərdə baş verən bütün münaqişələr, müharibələr müxtəlif qüvvələr tərəfindən bəşəriyyətə sivilizasiyaların, mədəniyyətlərin və dinlərin toqquşması kimi təqdim edilir. Eyni zamanda onun həll olunmasının mümkünsüzlüyü haqqında xüsusi təbliğatda aparılır və həm də bu münaqişələri daim alovlandırmaq cəhdləri göstərilir. Son dövrlərdə baş verən proseslərə bizim nəzər yetirməyimiz heç kimdə belə bir təəsürrat yaratmamalıdır ki, bu münaqişələrin mənşəyi yaxın zamanlarda yaranmışdır. Qeyd etmək lazımdır ki, vaxtilə xristian dini təşkilatları gostərilən mədəni əlaqələrin əleyhinə çıxış edirdi. Məsələn, «1209-cu ildə Parisdə toplanan xristian ruhanı məclisində qəbul edilmiş bir qərarda Aristotelin təbiət fəlsəfəsi, metafizikası, bunların şərhləri və ərəbcə bunların oxunması qadağan edilmişdir” (1.12) dedikdə dünyanın müxtəlif yerlərində baş verən bir çox münaqişələr və bu münaqişələr nəticəsində yaranan qarşıdurmalar dini faktorlarla əlaqələndirilmiş, baş verən zorakılıqlara haqq qazandırılmışdır. Bu səbəbdən də bəzi insanlar İslam dinini zorakılıq dini hesab etmişlər, İslam dini haqqında heç bir təsəvvürə malik olmadan ona qərəzli yanaşma nəticəsində yaranan belə fikirlər ən yaxşı halda düzgün qələmə verilmir, ən pis halda isə sui-istifadəyə yol açır. Məhz bu cür meyllənmələr sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında ayırıcı faktorunu oynayır və fərqli dini ehkamlı insanların biri-birinə düşmənçilik mövqeyini gücləndirir.

Bu münaqişələrdən Ərəb-İsrail Fələstin münaqişəsini, Hindistan-Pakistan Kəşmir münaqişəsini və ən ağrılısı, bizə birbaşa aidiyyatı olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini göstərə bilərik. Bu münaqişələrdəki faktorlara diqqətlə yanaşdıqda yəhudi-müsəlman, buddist-müsəlman və xaçpərəst-müsəlman dini dünyagörüşləri arasında olan sağlam rəqabətin kənar qüvvələrin təsiri ilə qatı düşmənçiliyə çevrilməsini müşahidə etmək olar. Maraqlı məqam ondan ibarətdir ki, bu qüvvələrin ən əsas məqsədi yuxarıda göstərilən birinci sivilizasiyaları ikinciyə qarşı (pis mənada) səfərbər etməsi olmuşdur. Bu münaqişələr bu bölgədə yaşayan xalqlara və onlara mənsub olan mədəniyyətlər, sivilizasiyalar arasında olan dialoqa, qarşılıqlı fəaliyyətə böyük əngəllər törədir. Baxmayaraq ki, bu mədəniyyət sistemləri arasında oxşar cəhətlər mövcuddur. “...biz “İncil”lə və “Quran”la başlayan dəyərləri öz aralarında tərəfmüqabil kimi deyil, sivilizasiya ilə tərəf müqabil olan eyni dəyərlər sistemi kimi götürməyin tərəfdarıyıq. Əlbəttə, buradakı “eyniyyət” nisbi xarakter daşıyır, belə ki, xristianlıq və islam öz aralarında müəyyən fərqlərə malikdir. Lakin böyuk miqyasda yanaşdıqda və sivilizasiya ilə qarşılaşdırıldıqda onlar hər ikisi bir din olaraq məhz Şərq dəyərlərini təmsil etməklə vahid cəbhədə dayanmağa məhkumdurlar” (2.114).

Son illərdə Qərb dövlətlərinin bir neçə müsəlman ölkəsinə qoşun yeritməsi və bu bölgələrdə həddindən artiq güc işlədilməsi təbii olaraq Qərbə qarşı düşmənçilik mövqelərinin və radikal meyllərin güclənməsinə səbəb oldu. Eyni zamanda Yaxın və Orta Şərq bölgəsində olan bir sıra müsəlman ölkəsində hakim elitanın istər dini, istər siyasi “don geyinmiş” müxalifətə qarşı etdiyi hərəkətlər və islahtların gecikdirilməsi bu proseslərdə sanki katalizator rolunu oynayır.

Dünyada baş verən tarixi proseslər göstərir ki, bütün sivilizasiyalar canlı orqanizmlərə bənzəyərək genezis mərhələsindən, yüksəliş və çökmə proseslərindən keçmişdir. Ən qədim sivilizasiyalardan olan Misir sivilizasiyasını buna nümunə kimi göstərmək olar. Bu ölkə öz qədim və müasir tarixində bir neçə sivilizasiyanın mənbəyi olmuş, fironların dövrü, Roma idarə üsulu və sonda islam sivilizasiyasının mərkəzlərindən biri kimi fəaliyyət göstərmişdir. Bu tarixi prosesləri araşdırarkən biz iki sualla qarşılaşa bilərik.

Birincisi bu sivilizasiyaların yüksəlişi prosesi hansı həyati məqamlar və hansı münasibətlər nəticəsində əmələ gəlmişdir. İkincisi bu sivilizasiyaların əmələ gəlmə prosesində xalqlar həyat gücünü hansi mənbədən almışlar. İlkin cavab olaraq biz cəmiyyəti, mütəşəkkil ümumi həyatı və azad vaxtı göstərə bilərik. Bu üç əsaslı faktorlardan birincisi məhsuladarlığın yüksəlişini təmin edərək rəssamların, memarların, şairlərin, ilahiyyatçı və inzibatçıların doğulmasını təmin edir. İkinci faktor olan mütəşəkkil ümumi həyat böyük insan enerjisinin toplandığı mənbə kimi çıxış edərək nəhəng layihələri həyata keçirir. Sonuncu faktor olan azad vaxt isə insanların yaradıcılıq qabiliyyətini gücləndirir və insanı yeni nailiyyətlər əldə etməyə ruhlandırırdı.

Hər bir zaman kəsiyində yeni sivilizasiyanın meydana gəlməsində dinin rolu çox böyük olmuşdur. İnsanların yeni mədəniyyəti, yeni sivilizasiyanı başa düşməsi üçün ən əlverişli vasitə din və fəlsəfə olmuşdur. Din ilə fəlsəfə kimi güclü müttəfiqə malik olan müxtəlif dövrlərdə yaranan sivilizasiyaların eyni zamanda sosial xəstəlikləri də mövcud olmuşdur. Bu xəstəliklərin əsasını müharibələr və sosial ədalətsizliklər təşkil etmiş və mütərəqqi qüvvələr bu xəstəliklərə qarşı dünyəvi dinlər vasitəsilə mübarizə aparmışlar. Yeni yaranan sivilizasiya üçün dinin əsas funksiyası insan varlığında mövcud olan problemlərin həlli üçün mədəni, sivil normativlərin ortaya qoyulması olmuşdur. Müxtəlif dövrlərdə mövcud olan sivilizasiyaların çökmə proseslərinin başlanması məhz dini mədəniyyətin tənəzzülə uğraması prosesindən sonra başlanmışdır. Başqa sözlə desək, dini inamın itirilməsi hər hansı bir sivilizasiyanın dağılmasından xəbər verir. Yeni sivilizasiyanın yaranma prosesi yeni dini inamın yaranma prosesi ilə eyni vaxtda baş verir. Nümunə kimi Şərq bölgəsində yerləşən Çin konfusiçilik sivilizasiyasının çöküşünü və yeni ideya olan kommunist ideyası ilə əvəzələnməsini, Misir firon sivilizasiyasının və Yunan-Roma sivilizasiyasının çökərək yeni Xristian-İslam sivilizasiyaları ilə əvəzlənməsini göstərsək, heç də yanılmarıq. “Dinlərin yaranması və fəlsəfi təfəkkürə təsiri nəticəsində təşəkkül tapmış və formalaşmış dünyagörüşlərin, fəlsəfi cərəyanların inkişaf proseslərini nəzərdən keçirərkən onları, bəzi spesifik cəhətlər istisna olmaqla, təqribən eyni mərhələlərə ayirmaq olar...» (3.109).

Keçmiş sivilizasiyalar haqqında qısa məlumat verməyimiz heç də təsadüfi deyildir. Belə ki, keçmiş sivilizasiyaların sonrakı mərhələlərdə transformasiyaya məruz qalıb başqa mədəniyyətlərə, sivilizasiyalara çevrilməsi danılmaz faktdır. Dünya dinlər arasında yeni sivilizasiya formatını almış xristian-müsəlman sivilizasiyasında mövcud olan problemlərin araşdırılması və öyrənilməsi müasir dövrün tələblərinə uyğundur. Məhz məqalədə bu problemə toxunaraq Azərbaycanda tarixən müxtəlif sivilizasiyaların və dinlərin mövcud olması faktı bizi dərindən düşünməyə vadar edir. Son dövrlərdə baş verən hadisələr onu göstərir ki, bir çox qüvvələr Qafqazda, xüsusən də Azərbaycanda dini və mədəni tolerantlığa güclü zərbə vurmağa çalışırlar. Lakin bu qüvvələrin sanki xəbəri yoxdur ki, Azərbaycan dövləti tolerantlıq mərhələsini tam uğurla başa çatdırıb yeni mərhələyə qədəm qoymuşdur. Bizim dövlət yeni sivilizasiyanın ilkin şərtləri olan bütün xalqlar, bütün millətlər arasında azadlıq, bərabərlik və ədalət prinsiplərinin bərqərar olması uğrunda çətin və müxtəlif qüvvələrin maneələri altında öz çətin yolunu başlamışdir. Dini, milli, etnik, mədəni tolerantlıq yolunu keçməyən bəzi xalqlar o cümlədən erməni xalqı bizi heç vaxt başa düşməyəcək. Sevindirici haldır ki, dünyada mövcud olan bir çox tərəqqipərvər xalqlar bu yolu bizimlə birlikdə keçəcəkdir. Azərbaycan xalqının İslam mədəniyyəti ilə sıx bağlı olduğunu, ədalət, bərabərlik, azadlıq prinsiplərinin İslam dininin əsasını təşkil etməsini nəzərə alsaq hesab edirik ki, biz bu işi müvəffəqiyyətlə başa çatdıracağıq. Lakin əsrlər boyu şər qüvvələr bizim bu prinsipial mövqeylərimizin təhrifi ilə məşğul olmuş və onlara müxtəlif, ekstremizmlə, radikalizmlə, millətçiliklə əlaqəsi olan adlar vermişlər.

Lakin qeyd etdiyimiz kimi bu fitnəkar və məsuliyyətsiz hərəkətlərə bəşəriyyətdə mövcud olan tərəqqipərvər xalqlar yox deyəcək və sahib olduğu mədəniyyətlərə və sivilizasiyalara sadiq qalacaqlar. Mütərəqqi dövlətlər sivilizasiyaların və dinlərin tarixi qovuşağında yerləşən Azərbaycana düzgün qiymət verəcəklər. Ümumiyyətlə isə tarixə nəzər saldıqda Qərb xalqlarının keçdiyi həyat proseslərini öyrəndikdə məlum olur ki, son beş yüz ildə bütün xalqlar kimi Qərbdə yaşayan xalqlar da özlərinə məxsus sivilizasiyanın düzgünlüyünü, insan həyatında mühüm rol oynadığını göstərməyə çalışmışlar. Xüsusi bir məqamı qeyd etməyimiz yerinə düşərdi. Qloballaşdırılma proseslərinin geniş vüsət alması müxtəlif sivilizasiyalar arasında ziddiyyətlərin güclənməsinə arzuolunmaz şəraitlər yaratmışdır. Belə ki, bir çox xalqlar qlobal ideyaları öz mədəniyyətlərinə, dini dəyərlərinə, milli orijinallığına təhlükə və təcavüz hesab edir. Dünyada olan bərabərsizliklər, yoxsulluqlar, mövcud olan dini dözümsüzlüklər bu hisslərin artmasına daha çox səbəb olur. Varlı dövlətlərlə kasıb dövlətlər arasında olan fərq çox sürətlə artıb qlobal miqyasda problemə çevrilmiş, qlobal həmrəyliyin çürüməsinə səbəb olmuşdur. Bu yaxınlarda İspaniyanın paytaxtı Madrid şəhərində keçirilmiş “Sivilizasiyaların alyansı” forumu məhz bu problemlərin həlli yollarını tapmaq üçün çağırılmışdır. Yüzdən çox ölkənin iştirak etdiyi bu foruma Azərbaycanın qatılması və orada ölkəmizə sivilizasiyaların-dinlərin tolerantlıq nümunəsi kimi baxılması sevindirici bir haldır.

Qeyd etdiyimiz kimi, sivilizasiyanın müvəffəqiyyəti və ya məğlubiyyəti xalqın mənsub olduğu dindən bilavasitə asılıdır. Əlbəttə, müasir dövr üçün din qəbuledilməz variantda başa düşülürsə arzu edilən sivilizasiyada özünə yer tapa bilməyəcək. Artıq göründüyü kimi müasir dövrün tələbləri dini mədəniyyət üçün xüsusi xarakter daşımağa başlamışdır. Bu xüsusi xarakter maddi rifah və elmi inkşafa söykənmiş inam formatında başa düşülür. Bəzi ideoloqlar təsdiq edirlər ki, Qərb dünyası öz dini inamını itirmiş, artıq mənəvi iflasa uğramışdır. ”XVII əsrdə ingilislər Karl I – boynunu vurduqları kimi Allahın da “boynunu” vurdular: onlar bütün bəşəriyyəti öz mülkiyyəti elan edərək işçi, qulluğçu statusundan çıxmalarını, azad sahibkar, ali mülkiyyətçi olmalarını bəyan etdilər. Artıq elmə olan dini inam millətçilik kimi bütün yer kürəsinə yayılmışdır...Məhz qərb dünyasında mövcud olan postxristian dini müasir dövrdə bəşəriyyəti həqiqi bədbəxtçiliyə gətirib çıxardı (4.385).



Bu fikirlərlə qətiyyən razılaşmaq olmaz. Belə ki, müasir dövr üçün Qərb öz dini inamını itirməmiş yalnız onu zamanın tələbinə uyğun dəyişmişdir. Bu proseslər Şərq dünyasında da baş vermiş, sivilizasiyaların və dinlərin tarixi inkişaf prosesi Azərbaycan dövlətində də vaxtilə təkrar olunmuşdur. Keçmiş tarixə nəzər saldıqda Azərbaycanın atəşpərəstlikdən İslam dininə və mədəniyyətinə transformasiya olması Avropanın bir çox dövlətlərində mövcud olan Katolisizm cərəyanının islahatlar nəticəsində dəyişərək Protestant cərəyanına çevrilməsi prosesini xatırladır. Bəşər tarixində mövcud olan sivilizasiyalar müxtəlif xalqların bəzilərinə güclə, bəzilərinə isə azad seçim vasitəsilə yayılırdı. Hər iki halda din bu proseslərdə fəal iştirak edirdi. Son iki yüz ildə Avropada başlanan yeni xristian sivilizasiyası mövcud olan İslam sivilizasiyası ilə qovuşaraq uzaq Çin-Konfusiçilik sivilizasiyasiyasına qədər uzun bir yolu dialoq, qarşılıqlı hörmət, ümumiyyətlə tolerantlıq ənənələrinin möhkəmləndirilməsi kimi vacib fəaliyyət vasitəsilə başlamış və müəyyən zaman kəsiyində bu proseslərə qısa fasilələr vermişdir. Bu proseslərdə Azərbaycan kimi bütün dünyəvi dinlərə hörmətlə yanaşan bir dövlətin iştirak etməsi bizi daha da çox sevindirir. Bu məqalədə müzakirə obyektinə çevrilən problemlər qlobal miqyasda müzakirə və tədqiq edilən problemlər çərçivəsinə daxildir, desək yanılmarıq. Lakin bu faktorlar bizim düşündüyümüz qədər də heç də sadə və asan bir məsələ olaraq qalmayacaqdır. Məqalənin əvvəlində qeyd edildiyi kimi, Qafqaz bölgəsində XX əsrin sonu XXI əsrin əvvəllərində baş verən hadisələr onu göstərir ki, geosiyasi proseslərə nəzarət etmək istəyən qüvvələr tərəfindən xüsusi hazırlanmış dinlə, mədəniyyətlə ümumiyyətlə sivilizasiya ilə heç bir əlaqəsi olmayan fərdlər, qurumlar, missioner təşkilatlar böyük maliyyə institutlarına söykənərək dağıdıcı planlar hazırlamış və bu planları məhz bizim regionda Şərqlə Qərbin kəsişdiyi yerdə, Avropa ilə Asiyanı ayıran nöqtədə həyata keçirməyə çalışırlar. Bu qurumların söykəndiyi əsas ideoloji istiqamət “təməlçilik” prinsipləri bütün tərəqqipərvər insanlara məlum olduğu qədər, ona qarşı birgə, kəskin fəaliyyət tələb edir. Məhz XVII əsrdən XX əsrə qədər dünyada mövcud olan dinlərdə baş verən islahatçılıq prosesləri bəzi hallarda dindən, dini mədəniyyətdən uzaqlaşma kimi təhlükəli tendensiyalara yol açmış və bu boşluqdan yuxarıda qeyd etdiyimiz qurumlar ustalıqla istifadə etmişlər. Tarixdən məlumdur ki, bu uzaqlaşmalar və elmin sistemli şəkildə iqtisadi inkişaf prosesinə tətbiqi yeni inanc mənbəyinə, millətçiliyə və kommunist ideyalarının inkişafına yol açdı. Sonrakı mərhələlərdə bu ideyaların tam iflası və texnoloji proseslərin yeni mərhələyə keçməsi sürətlə tamamlandı. Lakin son vaxtlar Qafqaz bölgəsində şovinizm və revanşizm ideyalarının geniş vüsət alması təhlükəli məqamlardan xəbər verir. Bu təhlükələrə qarşı yeganə təsir edici qüvvə kimi dini mədəniyyətin inkişaf etdirilməsi, müxtəlif dini konfessiyalar arasında başa düşülüb qəbul olunan prioritetlərin ortaya qoyulması və ümumi düşmənə qarşı müxtəlif dinlərin birgə fəaliyyətinin qəbul edilməsi olardı. Belə ki, bütün dünyəvi dinlərin ən böyük vəzifəsi xalqlar arasında dostluğun, əmin-amanlığın və ədalət prinsiplərinin bərqərar edilməsi sayılır. Sonrakı mərhələlərdə bu ideyaların tam iflası və texnoloji proseslərin yeni mərhələyə keçməsi sürətlə tamamlandı. Lakin son vaxtlar Qafqaz bölgəsində şovinizm və revanşizm ideyalarının geniş vüsət alması təhlükəli məqamlardan xəbər verir. Bu təhlükələrə qarşı yeganə təsir edici qüvvə kimi dini mədəniyyətin inkişaf etdirilməsi, müxtəlif dini konfessiyalar arasında başa düşülüb qəbul olunan prioritetlərin ortaya qoyulması və ümumi düşmənə qarşı müxtəlif dinlərin birgə fəaliyyətinin qəbul edilməsi olardı. Belə ki, bütün dünyəvi dinlərin ən böyük vəzifəsi xalqlar arasında dostluğun, əmin-amanlığın və ədalət prinsiplərinin bərqərar edilməsi sayılır.

XX əsrin sonu və XXI əsrin əvvəli bəşəriyyətin qloballaşma proseslərinə sistemli şəkildə daxil olması ilə mövcud olan bütün köhnə stereotiplər öz əhəmiyyətini itirdi. Məlum oldu ki, qloballaşma prosesi yer üzündə bütün ictimai fəaliyyətin beynəlmiləlləşməsi ilə əlaqədardır və bu proses bəşəriyyəti vahid sosial-mədəni, iqtisadi, siyasi və digər ənənələr, qarşılıqlı təsir və münasibətlər sisteminə daxil edir.

Qloballaşma dini görüşlərə, mədəniyyətə və s. mühüm təsir göstərməkdədir. Eyni zamanda qloballaşma dinlərin və mədəniyyətlərin dialoquna da hərtərəfli şərait yaradır.

Məqalənin sonuna yaxın bildirmək istəyirik ki, mövcud olan sivilizasiyaları kənar, yabançı elementlərdən qorumağın ən əsas şərtlərindən biri həmin sivilizasiyaların daxilində mövcud olan dinlər arasında dialoqdan, qarşılıqlı məhəbbətdən və biri-birinin ənənələrinə hörmətdən asılıdır.

Şərq və Qərb sivilizasiyalarının paralel öyrənilməsi üçün xüsusi dövlət tədqiqat mərkəzinin yaradılması və bu tədqiqat mərkəzinin aparıcı dövlətlərin kütləvi informasiya vasitələri ilə sıx təmasda olması zamanın tələbinə uyğundur. Artıq heç kimə sirr deyil ki, kütləvi informasiya vasitələri dünya ictimai fikirlərinin formalaşmasının əsas elementi hesab edilir. Bu tədqiqat mərkəzinin əsas fundamental işi dövlətlərin, xalqların, mədəniyyətlərin unifikasiyası əvəzinə çoxqütblü mədəniyyətlər və sivilizasiyalar arasında balans və qarşılıqlı hörmət siyasətinin tədqiq edilməsi olacaqdır. Hər halda biz yeni bir mədəniyyət axtarışında olmayıb özümüzə məxsus olan sivilizasiyanı islam mədəniyyəti kontekstində çox diqqətlə öyrənib tədqiq etməliyik.

1   ...   5   6   7   8   9   10   11   12   ...   31


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə