Азяр­бай­ъан Мил­ли Елм­ляр Ака­де­ми­йа­сы Фял­ся­фя, Сосиолоэийа вя Щц­гу­г Инс­ти­ту­ту




Yüklə 3.72 Mb.
səhifə8/31
tarix11.03.2016
ölçüsü3.72 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   31

Список использованной литературы

1. В.Ф.Дружинин, Л.А.Дёмина. Этика. Курс лекций, М., 2005.

2. K.Yaspers. Рhilosophie. Berlin, 1956.

3. Р.М.Габитова. Индивид и личность в философии К.Ясперса. М., 1989.

4. В.Губин, Е.Некрасова. Философская антропология. М., 2000.

5. G.Marsel. Journal metaphysique. Paris, 1935.

6. G.Marsel .Les homes contrelhumain. Paris, 1951, p. 220.

7. В.Карпушин. Творчество Г.Марселя. М., 1992.

8. Личность в XX столетии. М., 1977.

9. И.Мамедзаде. Введение в этику. М., 2004.



Fəxriyyə Məmmədzadə

Ekzİstensİalİzmİn dİnİ İstİqamətİ

Xülasə

Məqalə K.Yaspers və Q.Marselin simasında dini ekzistensializmə həsr olunur. Onlar ekzistensializmin inkişafına böyük təkan verən alimlərdir.

Müəllif qeyd edir ki, dini ekzistensializm insanı fani dünyadanTanrıya doğru səsləyir; insan həyatının mənasını Tanrıya ibadətdə görür.

Qeyd olunur ki, K.Yaspersin və Q.Marselin əsərlərində və fəlsəfi ideyalarının əsasında şəxsiyyət problemi durur.Məgalə İnsanın şəxsiyyət kimi mövcud olması və onun şuurlu, mənəvi həyatının dəyişməsi üçün müəyyən şərtlərə riayət edilməsi vurğulanır. Bu yolla başqa insanlarla da gözəl münasibət qurmaq mümkündür. Nəhayət, dini ekzistensializm yeniləşmiş, müasir cəmiyyətdə dinsizliyin yayılmasını və dini böhranı ortadan qaldıran düşüncə tərzi kimi xarakterizə olunur.


Fahriya Mammadzada

Religious direction of existentialism

Summary

This article is dedicated religious existentialism in C.Yaspers`s and Q.Marcel’s conceptions. These scientists gave powerful intensive to improving this religious thought.

The author notes that religious existentialism calls the human being from the transitory world to God. According to this conception worship to God is the meaning of human life.

The basic problem in the works and philosophical ideas of both scientists is the personality problem. For existing a man as an individual and changing his conscious and spiritual life, it is necessary to observe the certain terms. By this way it is possible to establish the good relations with the other people too.

Finally, in the renewed contemporary society religious existentialism is characterized as a thought style preventing spread of irreligion and religious crisis.

UOT 34.342.1
Rasim QULİYEV

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq

İnstitutunun dissertantı
HÜQUQİ DÖVLƏTİN MEYDANA GƏLMƏSİNİN

SOSİAL-FƏLSƏFİ VƏ TARİXİ KÖKLƏRİNƏ DAİR
Açar sözlər: hüqüqi dövlət, şəhər-dövlət, ədalət, qanun, respublika, cəmiyyət, birlik, təbii vəziyyət, siyasi cəmiyyət.

Ключевые слова: правовое государство, город-государство, справедливость, закон, республика, общество, единство, естественное состояние, политическое общество.

Key words: legal state, city-state, justice, law, republic, society, unity, natural state, political society.
Sosial fəlsəfədə hüquqi dövlət ideyasının tarixi çox qədim dövrlərlə əlaqələndirilir. Hələ qədim yunanlarda bütün ictimai həyatı "polis" anlayışı ilə ifadə edirdilər. Polis (yunanca mənası şəhər, dövlət deməkdir) vətəndaş icması qədim Yunanıstan və Romada antik sivilizasiyanın sosial varlığının universal forması idi (19, 17).

Polis ilkin demokratiyanın, xalq iradəsinin, xalq suverenliyinin hökm sürdüyü ilk hüquqi dövlət forması olmuşdur: onu hüquq və əxlaqın uyğun gəldiyi hüquqi dövlət kimi səciyyələndirirlər. Russo polisi tam və hissə arasında ziddiyyətlərin aradan götürüldüyü siyasi ideal hesab edirdi. Polisdə vətəndaş, cəmiyyət və dövlət vəhdət təşkil edirdi.

Rusiya tədqiqatçıları Ə.Hüseynov və Q.İrlits polisi kollektiv, dövlət və dinin vəhdəti (5, 18), Azərbaycan tədqiqatçısı D.Müslimzadə isə erkən polisi cəmiyyət və dövlət vəhdətinin idealı, sonrakı polisi isə öz vətəndaşları arasında qeyri-bərabərliyi aradan qaldıra bilməyən dövlət forması (10, 19) kimi səciyyələndirirlər.

Platonun dövlət təlimində ədalət və qanun əsas yer tutur. Onun ideal dövlətinin səciyyəvi cəhətləri aşağıdakılardır: burada cəmiyyət qapalı xarakter daşıyır, sadəlik, aydınlıq, qanunçuluq, ciddilik hökm sürür, etnik yekcinslik var, cəmiyyət qohum vətəndaşlardan ibarətdir, vəzifələr dəqiq bölüşdürülmüşdür.

Platon cəmiyyəti və dövləti bir-birindən ayırmağa cəhd etdi. O, dövlət hüququ və ilahi hüququ fərqləndirməyə, fərdin və cəmiyyətin ayrılmasını aradan qaldırmağa çalışırdı.

Aristotel "Siyasət" əsərində dövlət anlayışını belə müəyyənləşdirdi: "Hər cür dövlət özündə ümumi birgəyaşayış formasını əks etdirir". O, dövləti vətəndaşların yeganə birgəyaşayış forması hesab edirdi. Dövlətin əsas əlaməti kimi siyasi quruluş və qanunları hesab edən Aristotel yazır ki, siyasi quruluşun əsasında hakimiyyət bölgüsü və dövlətdə ali hakimiyyəti və hər cür birgəyaşayış normasını müəyyən edən qaydalar durur (1, 7). Aristotel siyasi quruluş dedikdə qanunun hökmranlığını nəzərdə tuturdu, qanunların olmadığı yerdə siyasi quruluşdan söhbət gedə bilməz. Qanunlar dövləti müdafiə edir, cəmiyyəti idarə edir, burada hər bir vətəndaş dövlət hakimiyyəti qanunlarına uyğun olaraq ayrı-ayrılıqda cəmiyyətə xidmət edir.

Beləliklə, qədim Yunanıstanda mövcud dövlət quruluşu – polisin hüquqi dövlətin ilkin forması olması ilə yanaşı, qədim dünyanın dahi filosofları Platon və Aristotel hüquqi dövlət haqqında təlimlərilə özlərindən sonrakı social-fəlsəfi fikrə güclü təsir edən ideyalar irəli sürdülər.

Ellinizm dövründən Roma – ellinizm dövrünə, respublikadan imperiyaya keçid dövründə Siseron hüquqi dövlətə dair görüşlərini "Dövlət haqqında" əsərində şərh etmişdir.

Siseron dövlət idarəçiliyi haqqında görüşlərində yunanların klassik ənənələrinə, xüsusən Platon və Aristotelin konsepsiyalarına əsaslanırdı. Siseron Roma dövlətini "imperiyaya" xidmət edən yeganə, düzgün "vətəndaş icması quruluşu" hesab edirdi. Siseron Roma dövlətinin nümunəsində hüquqi dövlət ideyası irəli sürür və onun əsas əlamətlərini – vətəndaşların və xalqların hüquqlarını, ədalətli qanun, ədalətli məhkəməni və s. göstərirdi. Dövləti "xalqın ümumi sərvəti» (18, 39) kimi qəbul edən Siseron "respublika"nı konkret idarəetmə forması kimi deyil, hakimiyyətin konkret təşkili üsulundan asılı olmayan "ümumi sərvət" kimi təqdim edirdi. M.Haydeqqer "respublika" sözünün mənşəyinə toxunarkən qədim yunanlarda və romalılarda onun "dövlət" mənasında deyil, "ictimai müzakirə" mənasında işləndiyini xatırladır (17, s. 321).

Hüquqi dövlət nəzəriyyəsi əsasən, XVII-XIX əsrlərdə formalaşmış, XX-XXI əsrlərdə özünün ən yüksək inkişaf mərhələsinə çatmışdır.

Orta əsrlərin sonlarınadək dövlət cəmiyyətdən ayrılmadan mövcud olmuşdur. Bu dövrlərdə dövlət anlayışını ifadə etmək üçün "polis", "politiya", "respublika", "despotiya", "imperiya", "çarlıq", "monarxiya", "krallıq", "knyazlıq", "xanlıq" terminlərindən istifadə edilmişdir.

XVI əsrdən etibarən "cəmiyyət", "dövlət", "hüquqi dövlət" anlayışları bir-birindən fərqləndirilmişdir, hər biri qarşılıqlı əlaqədə olan sosial-fəlsəfi təsisatlar kimi tədqiq olunmuşdur. Güclü dövlət ideyasını və respublika idarəetmə formasını müdafiə edən Makiavelli fəlsəfəyə ilk dəfə olaraq "stato" terminini gətirmişdir. "Stato" o dövrdəki yeni siyasi reallığı – mərkəzləşmiş dövlət anlayışını ifadə edirdi (8, 13).

Makiavelli güclü hakimiyyəti, spesifik siyasi davranışı, azad iradəni, siyasi məsuliyyəti, qanunları, ağıllı hökmdarı dövlətin əsas əlamətləri hesab edirdi.

Yeni dövrə qədər "cəmiyyət" və "dövlət" insanların təbii əlaqələrindən ayrılmırdı. Antik dövrdə cəmiyyət və dövlət "polis"də vəhdət təşkil edərək ümumi ənənələrə, qan qohumluğuna, vətəndaş vəzifələrinə əsaslanan vətəndaş icması (polis) çərçivəsindən kənara çıxmırdı. Orta əsrlərdə dövlət və cəmiyyət sosio-antropomorfik xarakteri kəsb edib şaquli və üfqi münasibətlər və icma korporativ əlaqələr sistemi daxilində idi. Hobbsun "cəmiyyət" və "dövlət" anlayışlarında ciddi transformasiya baş verdi. Hobbs özündən əvvəlki təlimlərə tənqidi yanaşaraq özünün rasional siyasi fəlsəfəsində hüquqi dövləti ilk dəfə olaraq "vətəndaş cəmiyyəti"lə əlaqələndirdi. Hobbsun "vətəndaş cəmiyyət" və hüquqi dövlət ideyası azadlığa, mülkiyyətin və həyatın özünün təhlükəsizliyinə qarant ola bilməyən mövcud siyasi-dini rejimə qarşı çevrilmişdi. A.Çanışev O.Hobbsun "cəmiyyət" və "dövlət" anlayışından bəhs edərkən Hobbsda onun dini-dəyərli mahiy­yətinin itdiyini və rasional hüquqi xarakter kəsb etdiyini, həyat və mülkiyyətin təhlükə­sizliyinə təminat verən sosial təsisata çevrildiyini göstərir. "Vətəndaş cəmiyyəti" kiçik və qısa ömürlü ayrı-ayrı birliklərdən, ittifaqlardan üstün idi. Vətəndaş cəmiyyəti birlik və təbəqələrdən deyil, müqavilə yolu ilə təbəələrin vətəndaş ittifaqını yaradan eyni fərdlərdən təşkil olunur (15, 253).

Hobbsun etatizm – hüquqi dövlət nəzəriyyəsi sosial fəlsəfədə mühüm yer tutur. Dövlətin təbii gücünü dəyərləndirən filosof göstərir ki, hökmdar vətəndaşları öz iradəsinə tabe edir. O, təbii, paternalist, despotik və siyasi dövlətləri bir-birindən fərqləndirir. Vətəndaş cəmiyyətində vətəndaş ümumiliyinə – xalqa əsas önəm verən filosofun fikrincə, "xalq təbii vəziyyətdən vətəndaş cəmiyyətinə keçid dövründə meydana gələn xüsusi kollektiv subyektdir. Xalq yalnız bu məqamda suveren iradəyə malik olur, sonra isə bu suverenlik vətəndaş cəmiyyətinin tələbatından yaranan dövlət üzərində öz hakimiyyət hüququnu həyata keçirir" (15, 265).

XVII-XVIII əsrlərdə Yeni Avropa sosial fəlsəfəsində C.Lokk "Dövlət haqqında iki traktat" əsəri ilə hüquqi dövlət və vətəndaş cəmiyyəti nəzəriyyəsinin inkişafında xüsusi rol oynamışdır. Lokk da təbii hüquq konsepsiyasını – xüsusi mülkiyyət, azadlıq və bərabərlik hüququnu əsaslandırmışdır. O, hüquqi dövlətə insanların təbii hüquqlarının qoruyucusu kimi baxırdı. Lokkun hüquqi dövlət konsepsiyasında konstitusiyalı monarx və onun üzərində parlament nəzarəti, siyasi hakimiyyətin bölüşdürülməsi – qanunverici, icraedici və ittifaq olmaqla üç yerə bölünməsi, əbədi, təbii, insani, ilahi qanunlar əsas yer tutur.

C.Lokk dövlət dedikdə demokratiyanı və ya hər hansı idarəetmə formasını deyil, hər hansı ilə müstəqil birliyi (community) nəzərdə tutur ki, bu da latınca "civitas" mənasında ingilis dilində "dövlət" (commonwealth) sözünə uyğun gəlir (7, 76).

Lokk ali qanunvericilik hakimiyyətinin hüdudlarını müəyyəndəşdirərkən göstərir ki, hakimiyyət xalqın rifahına xidmət edən vahid qanunla idarə olunmalıdır. Mütəfəkkir siyasi cəmiyyətin mənəvi əsasını və müqavilə nəzəriyyəsi və onun əsas prinsiplərini "təbii vəziyyət, "təbii qanun" və azadlıq anlayışlarını Hobbsla müqayisədə daha əsaslı dəyişdirmişdir. Lokk funksio­nal-məqsədli yanaşma çərçivəsində hüquqi dövlət nəzəriyyəsinə dair Hobbsa xas ənənəvi baxışları aradan qaldıraraq erkən burjua hüquqi dövlət idealını yaratmışdır. Bu hüquqi dövlətə ali qanun, hakimiyyət bölgüsü, xalqın ali suveren iradəsi, azadlığın əsas dəyər kimi qəbul edilməsi, hakimiyyət özbaşınalığına nəzarət və s. mütərəqqi prinsiplər xasdır. Bu hüquqi dövlət idealı sonralar Qərb maarifçiləri və sosial-fəlsəfi fikrin görkəmli nümayəndələri tərəfindən inkişaf etdirilmişdir.

Hüquqi dövlət ideyasının inkişafında XVIII əsr Qərb maarifçilik fəlsəfəsinin, onun görkəmli nümayəndələri Monteskyö, Volter, Didro, Holbax və başqalarının böyük rolu olmuşdur. Bu dövrdə hüquqi dövlət nəzəriyyəsinin tarixilik metodu tətbiq edildi. Hobbs və Lokka xas olan funksional-məqsədli metod öz yerini funksional dəyərli metoda verdi.

XVII əsr ingilis sosial-fəlsəfi fikir ənənələrinin davamçısı olan Monteskyö hüquqi dövlət ideyasına novatorcasına öz nəzəri-metodoloji nöqteyi-nəzərindən yanaşdı, bu sahədə özünün sosial-fəlsəfi, siyasi-hüquqi anlayışlar sistemini yaratdı. O, "təbii zəkanı", mənəvi ruhu din və siyasətin, kilsə və dövlətin, qanunların, müxtəlif hüquq sahələrinin qarşılıqlı münasibətlərində universal meyar hesab edirdi. Təbii hüquqa, azadlığa hüquqi dövlətin əsas əlamətləri kimi baxan Monteskyö "böyük cəmiyyəti" – "cəmiyyətlər cəmiyyəti"ni Hobbsun "siyasi cəmiyyətin"dən fərqləndirir (10, 176).

Monteskyö hüquqi dövlət nəzəriyyəsinin inkişafına öz töhfəsini verən filosofdur. O, hakimiyyət bölgüsü, cəmiyyətdə plüralizm, siyasi qüvvələrin müxtəlifliyi, idarəetmə vasitələrinin zənginliyi və s. kimi hüquqi dövlətə xas əlamətlərin despotizmə qarşı durduğunu göstərir.

Jan-Jak Russonun hüquqi dövlət ideyası, xalq suverenliyi və xalq hakimiyyəti haqqındakı baxışları inqilabiliyinə görə Lokkun və Monteskyönün liberal görüşlərindən fərqlənir. J.J.Russonun rasionalizmə qarşı etirazı, sosial etirazını, eqalitarizm nöqteyi-nəzərdən qeyri-bərabərliyi tənqid etməsini, Volterdən fərqləndiyini bir çox tədqiqatçılar şərh etmişlər.

Russo "İctimai müqavilə haqqında" əsərində hüquqi dövlət ideyasını inkişaf etdirmişdir. O, hüquq anlayışını azadlıq və bərabərlik haqqında təsəvvürlərdə konkretləşdirmişdir. Russoya görə, hüququn ali subyekti qanunverən xalqdır. O, hüququ total "azadlıq" və ya "total demokratiya" kimi səciyyələndirir. Görkəmli filosof bərabərliyi azadlığın və iradənin vəhdətinin əsas şərti hesab edir (12, 224).

Kant ciddi hüquq fəlsəfəsini və hüquqi dövlət konsepsiyasını inkişaf etdirən klassik alman filosofudur. Hüquqi dövlət nəzəriyyəsinə dair Kantın əsərləri aşağıdakılardır: "Hüquq haqqında təlimin metafizik başlanğıcı", "Ümumdünya-mülki planda ən ümumi tarix ideyası", "Bəşər tarixinin ehtimal olunan başlanğıcı", "Bütün mövcudatın sonu", "Əbədi sülhə dair" kimi əsərlərində hüquq fəlsəfəsi etika ilə birləşmişdir. Onun "ciddi hüquq anlayışında hər kəsin azadlığı ilə ən ümumi qarşılıqlı məcburetmə imkanları" vəhdət təşkil edir. Kant hüququ təbii hüquq və müsbət hüquqa, anadangəlmə və qazanılmış hüquqa, daxili və xarici hüquqa bölünür. Hüquqi dövlət nəzəriyyəsinə dair Kantın əsərləri aşağıdakılardır: "Hüquq haqqında təlimin metafizik başlanğıcı", "Ümumdünya-mülki planda ən ümumi tarix ideyası", "Bəşər tarixinin ehtimal olunan başlanğıcı", "Bütün mövcudatın sonu", "Əbədi sülhə dair" kimi əsərlərində hüquq fəlsəfəsi etika ilə birləşmişdir. Onun "ciddi hüquq anlayışında hər kəsin azadlığı ilə ən ümumi qarşılıqlı məcburetmə imkanları" vəhdət təşkil edir. Kant hüququ təbii hüquq və müsbət hüquqa, anadangəlmə və qazanılmış hüquqa, daxili və xarici hüquqa bölünür. Onun "ciddi hüquq anlayışında hər kəsin azadlığı ilə ən ümumi qarşılıqlı məcburetmə imkanları" vəhdət təşkil edir. Kant hüququ təbii hüquq və müsbət hüquqa, anadangəlmə və qazanılmış hüquqa, daxili və xarici hüquqa bölünür.

Hüquqi dövlət nəzəriyyələrinin əksəriyyətində onun struktur baxımından təhlili də aparıcı yer tutur. Hüquqi dövlətin əsas ünsürlərinə aid olan başlıca tələblər bundan ibarətdir ki, onlar daxili nizamlılığa, mütəşəkkilliyə malik olmalı və hüquqi xarakter daşımalıdır. Başqa sözlə, hüquqi dövlətin ünsürü kimi nəzərdən keçirilən hər bir qurum təşkilati və siyasi əlamətlərə malik olmalıdır. Hər hansı təşkilatın səciyyəvi əlaməti onun yaradılması və fəaliyyətinin müəyyən qaydasının olması, daxili və xarici işlərini həll edən orqanların mövcudluğudur.

Hüquqi dövlətin bütün ünsürləri sıx, üzvi vəhdətdə olur və bir-biri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir, dövlətin hüquqi əsasını təşkil edən qanunlar əsasında əməkdaşlıq edirlər. Müasir elmlərdə dövlət anlayışının tədqiqinə əsasən üç yanaşma tərzini fərqləndirmək olar.

Bunlardan birincisi, siyasi-fəlsəfi və siyasi-elmi yanaşmadır. Antik dövrlərdən başlayan belə yanaşma tərzi bu gün də qalmaqda və inkişaf etməkdədir. Burada dövlət cəmiyyətin "ümumi işlərini" həll edən, hakimiyyət və xalq (cəmiyyət) arasındakı münasibətləri nizama salan, habelə cəmiyyətin və fərdlərin siyasi həyatını təmin edən vasitə kimi nəzərdən keçirilir.

İkincisi, sinfi yanaşmadır ki, burada dövlət bir sinfin başqa sinfi əzmək, istismar etmək, iqtisadi cəhətdən hakim olan sinfin siyasi hakimiyyətini təmin etmək aləti kimi müəyyən edilir.

Üçüncüsü, hüquqi və təşkilati-struktur yanaşmadır və burada da dövlətin mahiyyəti cəmiyyət həyatını, habelə ictimai-siyasi münasibətlər sistemində dövlətin özünün və onun strukturlarının fəaliyyətini təşkil edən normaların yaradıcısı, mənbəyi kimi əsaslandırılır. Müxtəlif yanaşma formalarından asılı olaraq hüquqi dövlət anlayışına indiyə qədər çoxsaylı təriflər verilmişdir. Hüquqi və təşkilati struktur baxımından hüquqi dövlətin ən ümumi anlayışını aşağıdakı kimi ifadə etmək olar: hüquqi dövlət hakimiyyəti ölkənin bütün ərazisinə və əhalisinə şamil edilən, xüsusi idarəetmə aparatına malik olan, ümumməcburi davranış qaydaları müəyyən edən suveren siyasi təşkilatdır.
İstifadə olunmuş ədəbiyyat
1. Аристотель. Политика. Т. 1. М., «Мысль», 1984.

2. Аристотель. Метаfизика. Москва-Ленинград, 1939.

3. Вернап Ж.П. Происхождение древнегреческой мысли. М.,. «Мысль», 1981.

4. Гоббс. Избранные произведения. В 2-х томах. М., 1967.

5. Гусейнов А.А., Ирлитц Г. Краткая история этики. М., «Наука», 1987.

6. Даватур А.И. Примечания к «Политика» Аристотеля // Аристотель. Соч. в 4-х томах. Т. 4. М., «Мысль», 1984.

7. Локк Дж. О государственном правлении. М., «Мысль», 1981.

8. Макиавелли Н. Государь. М., 1990.

9. Məmmədzadə İ.R. Qloballaşma və müasirləşmə şəraitində fəlsəfənin aktuallığı haqqında: Bakı, «Təknur», 2009.

10. Муслим-заде Д. Теория гражданского общества: из истории этических учений. Б., «Муаллим», 2000.

11. Platon. Dövlət. B., «Elm», 1998.

12. Руссо Ж.Ж. Об общественном договоре. Трактаты. М., «Гордорики», 1999.

13. Şirəliyev H., Abbasov A. Politologiya. B., BDU, 1993.

14. Утченко С.Л. Политические учения древнего Рима. М., «Наука», 1977.

15. Чанышев А.Н. История политических учений М., 2001.

16. Философия эпохи ранних буржуазных революций. М., «Наука», 1983.

17. Хайдеггер М. Вещь // Историко-философский ежегодник. М., 1989.

18. Цицерон. Диалоги. М., 1966.

19. Энгельс Ф. Юридический социализм //Маркс К., Энгельс Ф. Сочинение. Т. 21.

Расим Кулиев
К социально-философским и историческим

основам формирования правового государства
Резюме
В статье анализируются произведения философов античного времени (греческих, римских), мыслителей эпохи Возрождения, просветителей Западной Европы XVIII-XIX вв. о правовом государстве, исследуются социально-философский, политико-философский, классовый, правовой и организационно-структурный подходы к понятию правовое государство.
Rasim Guliyev
towards the socio-philosophical and historical

origins of appearing a legal state
Summary
In the article an analysis is made of the works by the philosophers of the ancient period (Greek, Roman), thinkers of the epoch of Renaissance, the enlighteners of the western Europe in the VIII-XIX c.c. on a legal State, socio-philosophical, political-philosophical, class, legal and organization-structural approaches to the notion of a legal State are studied.
UOT 1.101.1
Anar Həsən

AMEA Fəlsəfə, Sosiologiya və

Hüquq İnstitutunun aspirantı
QLOBAL VƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİN

HƏYAT TƏRZİNƏ TƏSİRİ
Açar sözlər: qloballaşma, milli-mədəni, milli–mənəvi, dəyər, din, etnomədəni, həyat tərzi, etnososial, kütləvi mədəniyyət.

Ключевые слова: глобализация, национально-духовное, национально-культурное, ценность, религия, этнокультурное, образ жизни, этносоциальное, массовая культура.

Key words: globalization, national-spiritual, national, national-cultural valut, religion, ethnocultural, way of life, ethnosocial, mass culture.
Dünyada baş verən proseslər birmənalı şəkildə göstərir ki, XXI əsrdə bəşəriyyətin inkişaf strategiyasını xeyli dərəcədə məhz qloballaşma müəyyənləşdirəcəkdir. Qloballaşma prosesi yeni hadisə deyildir. Bəşəriyyət tarix boyu həmişə inteqrasiyaya, vahid siyasi, iqtisadi, yaxud sosiomədəni məkanın bir hissəsi olmağa can atmışdır. Tarix belə nümunələr yaradaraq bu və ya digər imperiyaya öz hərbi-siyasi və iqtisadi nüfuz dairəsini iki, bəzən də üç qitəyə genişləndirmək imkanı vermişdir. Üç dünya dininin meydana gəlməsi dünya məkanının qlobal inteqrasiyasının yeni nümunəsini yaratmışdır. İudaizm, xristianlıq və İslam gerçəkliyin sosiomədəni, siyasi və iqtisadi qavrayışına təsirin hüdudlarını genişləndirərək başlıca olaraq bu və ya digər dinin nümayəndələrinin məskunlaşdığı məkanlar yaratmışdır.

Qloballaşma suveren dövlətlər arasındakı sədləri dağıdaraq cəmiyyətin daxilində sosial münasibətləri yeni məcraya yönəldir, milli özünəməxsusluğu xüsusi dünyagörüşü çərçivələrinə salaraq sərt şəkildə məhdudlaşdırır. O, əvvala, milli mədəniyyət və ənənələrin öncüllüyünü dağıdır, özünəməxsusluqdan uzaqlaşmanı gücləndirir, coğrafi və iqtisadi vəziyyətindən, siyasi quruluşundan, habelə milli mentalitetindən asılı olmayaraq cəmiyyəti qərbləşdirir. İkincisi, istər millətin, istərsə də dövlətin müstəqil inkişaf imkanlarının mahiyyətinə varmadan səmərəsizliyi amansızcasına cəzalandırır və beynəlxalq səmərəlilik "çempion"larını, yəni inkişaf etmiş ölkələri isə daha da həvəsləndirir.

Beləliklə, yeni minilliyin əvvəlində qloballaşma dünya təfəkkürünün və tərəqqinin yeni, öncül istiqamətinə çevrilmişdir. Hesab edilir ki, ümumiyyətlə, XXI əsr qloballaşma əlaməti altında keçəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 noyabr 2008-ci il tarixli Sərəncamına uyğun olaraq 2008-ci ilin dekabrın 2-3-də Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı keçirilmişdi. Konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı və çıxışı zamanı irəli sürdüyü təkliflər və tövsiyələr tədbirin beynəlxalq əhəmiyyətini daha da artırdı.

Konfransda Prezident İlham Əliyev tərəfindən sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi”nin əsası qoyulmuş və bu, təşəbbüsün qlobal bir prosesə çevrilməsinə səbəb olmuşdur. Cənab Prezident konfransdakı çıxışı zamanı demişdir: «Mən çox istərdim ki, bu gün əsası qoyulan «Bakı Prosesi» uzun müddətli bir proses olsun. Çox istərdim ki, bu konfransın keçirilməsindən sonra konkret mexanizmlər işlənilsin, konkret fəaliyyət planı hazırlansın. Belə tədbirlərin keçirilməsi həm Bakıda, həm də digər şəhərlərdə ənənəyə çevrilsin».

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 26 noyabr tarixində imzaladığı Azərbaycan Respublikasının Qanunu ilə ölkəmiz ЙUNESKO-nun “Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqinə dair Konvensiyası”na qoşulmuşdur. Bu konvensiya cari ilin 15 may tarixindən Azərbaycan Respublikasına münasibətdə qüvvəyə minmişdir. 2010-cu ilin 20 may tarixində, BMT-nin 21 may Mədəni müxtəlifliklər günü ərəfəsində UNESKO tərəfindən elan edilən 2010-cu il “Mədəniyyətlərin yaxınlaşması ili” çərçivəsində Bakı şəhərində “Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqinə dair Konvensiya”nın təqdimat mərasimi keçirilmiş və tədbirə milli azlıqların, yerli xalqların nümayəndələri, yaradıcı şəxslər, sənətkarlar, dövlət xadimləri, xarici ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri dəvət edilmişlər.

Yaxın müddətdə baş vermiş ictimai-siyasi proseslər, sosial-iqtisadi dəyişikliklər mədəniyyətə və məişətə, habelə həyat tərzinə və mənəvi dəyərlərə də toxunmamış deyildir. Müşahidələr göstərir ki, yeni dövrə keçid bu sahələrə ciddi təsir göstərmişdir. Şəhər şəraitində bu təsir daha aydın hiss olunur. Müasir milli-mədəni sərvətlərin mədəniyyət xadimləri və yaradıcı insanların, mədəniyyət müəssisələrinin əsasən şəhərdə cəmləşməsi bu amili daha da gücləndirir. Bu təsir ilk növbədə ənənəvi mədəniyyətin tənəzzülü ilə müşayiət olunmuşdur. Sovet hakimiyyəti illərində müəyyən yüksəliş dövrünü yaşayan şəhər mədəniyyəti qısa müddətdə iflic vəziyyətə düşmüş və öz təsir imkanlarını itirmişdir. Ekspertlər bu prosesi mədəni şok adlandırır və onun üç mərhələdə davam etdiyini göstərirlər. Birinci mərhələ inkulturasiya, ikinci mərhələ akkulturasiya, üçüncü mərhələ isə assimilyasiya adlanır (1,121). İnkulturasiya doğma mədəniyyətin ənənə, adət və digər normalarının qəbulu və qorunub saxlanmasıdır. Akkulturasiya yad mədəniyyətin ənənələrinin və dəyərlərinin bir hissəsinin qəbuludur. Assimilyasiya isə yad mədəniyyətin tam qəbulu və doğma mədəniyyətin yad mədəniyyət tərəfindən udulmasıdır.

Müasir cəmiyyətimizdə, o cümlədən şəhərlərdə mədəni şok prosesinin hər üç mərhələsini yaşayan insanlar mövcuddur. Maraqlıdır ki, hər üç mərhələ Bakı şəhərində eyni dərəcədə mövqe tutmuşdur və inkişaf etməkdədir. Bu, imperiyadan ayrılaraq milli suverenliyin qazanılması və müasir liberal-demokratik dəyərlərə inteqrasiya ilə birbaşa əlaqədardır. Belə ki, müstəqilliyin əldə olunmasından və dövlət quruculuğunun inkişafından ilhamlanan bir çox insanlar milli adət və ənənələrə qayıdışı, onun tam qəbulu və icra edilməsini alqışlayır və bunu bir vəzifə hesab edirlər. Bu proses inkulturasiya mərhələsini təşkil edir.

Liberal-demokratik dəyərlərin cəzbedici prinsipləri və müasir qloballaşmanın geniş təsiri insanların bir hissəsinin xarici mədəniyyətlərin təsirinə çox tez məruz qalmasına şərait yaradır. Nəticədə, milli adət və ənənələrə uyğun gəlməyən, hətta çox vaxt ənənəvi şəhər mədəniyyətinə xas olmayan dəyərləri qəbul edən və ona uyğun həyat tərzi keçirən insanlara tez-tez rast gəlmək mümkündür. Assimilyasiya adlanan bu proses şəhərlərdə nisbətən geniş inkişaf edir.

İnsanların bir hissəsi isə (onların sayı daha çoxdur) akkulturasiya mərhələsini keçir və milli adət-ənənələri, İslamı müasir Qərb dəyərləri ilə uyğunlaşdıraraq hal-hazırda orta və ya normal sayılan həyat tərzi yaşayır.

Mədəni şokun yaratdığı vəziyyət şəhər mühitində kütləvi mədəniyyətin geniş yayılmasına və qəbuluna gətirib çıxarmışdır. Öz mahiyyət və ifadə formalarına görə bu mədəniyyət tipi mənəvi və maddi dəyərlərin kütləvi istifadəsinin orta səviyyəsinə uyğunlaşıb. Mədəniyyət nümunələrinin yayılmasının kütləviliyi istehsalın kütləvi, konveyer imkanları ilə onların yayılması və istifadəsinə əsaslanır, əyləndiricilik funksiyası ön plana çəkilir, oxuyan, dinləyən və seyr edən tamaşaçılara – kütləyə primitiv hisslər-emosiyalar aşılanır (2, 179). Belə mədəniyyət ənənə, millət tanımır, onun zövqü və idealları başgicəlləndirici sürətlə dəyişir, modanın tələblərinə uyğunlaşır. Kütlə mədəniyyəti geniş auditoriyaya söykənir, dəyişən zövqləri oxşayır və xalqın incəsənəti olmaq iddiasındadır. Bu mədəniyyətin yayıldığı cəmiyyət, bəzi mütəfəkkirlərin fikrincə, bəşəriyyətin inkişafının obyektiv prosesləri, sənayeləşmə, urbanizasiya, kütləvi tələbatların kəskin artımı, bürokratik sistemin mürəkkəbləşməsi və şübhəsiz ki, kütləvi informasiya vasitələrinin görünməmiş inkişafının nəticəsidir (3,96). XX əsrin ortalarından başlayaraq kütləvi mədəniyyət kommersiya mədəniyyəti, əyləncə sənayesi, pop mədəniyyəti (şoubiznes), məişət mədəniyyəti və s. formalarda meydana çıxmışdır.

Bakıda və bütövlükdə Azərbaycanda yayılan kütləvi mədəniyyət əsasən Qərb həyat tərzinin və müasir ənənələrin yayılmasına xidmət edir. Məlumdur ki, açıq tipli Qərb sivilizasiyası özünü bəşər mədəniyyətinin inkişafının ən yüksək mərhələsi hesab etməklə digər mədəniyyətlərin də yeni inkişafa tabe edilməsini iddia etməkdə və həmin mədəniyyətləri yaradan xalqların sosial-siyasi və mənəvi-əxlaqi həyatını öz dəyərlərinə uyğun tənzimlənməsi tələbini verməkdədir (4, 90). Özünü Qərb sivilizasiyasına inteqrasiya edən müasir Azərbaycan cəmiyyətində real ictimai münasibətlər sahəsində kütləvi mədəniyyətin təsiri güclənir və bu proses ümumbəşəri proseslərin tərkib hissəsi kimi özünü göstərir. Azərbaycanda yeni cəmiyyət quruculuğu nəticəsində «müasirləşmə» düşüncəsi sosial şüurda özünə xüsusi yer almışdır. Xüsusilə, şəhərdə indiyə qədər mövcud olmayan və tanınmayan mədəni dəyərlərin qəbulu «müasirlik» kimi dərk edilir. Əslində «müasirləşmə», müasirlik özü Qərbdən gələn kütləvi mədəniyyəti mənimsəmə kimi ifadə olunur. İctimai şüurda özünə yer alan bu məsələ insanların keçmiş irslərindən ayrılaraq yeni ənənələr, stereotiplər mühitinə atılması ilə bağlıdır. Bir çoxları əvvəlki irsin köhnəlik kimi «gülünc», «zəif» olduğundan onun atılması düşüncəsindən çıxış edirlər. Bu cür təsəvvürlər bilavasitə onların yaşam tərzinə və dünyagörüşünə təsir edir.

Müşahidələr göstərir ki, Qərb həyat tərzi şəhərli gənclərin müəyyən hissəsi üçün daha cəlbedici görünür və onların bir çoxu buna can atırlar. Gənclər tərəfindən formalaşdırılmış submədəniyyətlərin bəziləri də məhz bu meyillər əsasında yaranmışdır. Ümumilikdə kütləvi mədəniyyət müasir şəhər mədəniyyətinin leytmotivinə çevrilmişdir və onun hələ uzun müddət hökmranlıq edəcəyi şəksizdir.

Ümumiyyətlə, dini amil müasir dövrdə Azərbaycanda xeyli güclənmişdir və onun etnososial proseslərə müəyyən təsiri hiss olunmaqdadır. Müstəqillik illərində dini ədəbiyyatın nəşri də genişlənmişdir. Radio və televiziyalarda dini verilişlərin həcmi artmaqdadır. İnsanlar arasındakı münasibətlərdə din, insaf, mürüvvət, halal-haram, xeyriyyə məfhumlarının düzgün anlamına rəğbət genişlənməkdədir. Eyni zamanda bu proses adi şüurda dini geyim, qadın hicabı, qızların erkən yaşdan məktəbdən uzaqlaşdırılaraq ərə verilməsi, siğə və çoxarvadlılıq kimi ənənələrə marağın artması ilə müşayiət olunur (5,13).

Bakıda müxtəlif dinlər və təriqətlər də geniş yayılmışdır və onların hər birinin müəyyən sayda tərəfdarı vardır. Bu dinlər sırasında İslam müstəsna üstünlük təşkil edir və əhalinin əksəriyyəti özünü müsəlman hesab edir. Bundan başqa xristian dini və onun müxtəlif təriqətləri və icmaları, yəhudi dini, bəhaizm, satanaçılıq (şeytana inanc) kimi inanclar da Bakıda müəyyən qədər yayılmışdır.

Müasir dövrdə Bakı şəhərində dinə meylin getdikcə gücləndiyi hiss olunur. Lakin bununla belə şəhər əhalisini bütövlükdə dindar saymaq düzgün olmazdı. Tədqiqatçı T.Faradovun Bakı şəhəri də daxil olmaqla müxtəlif rayonlarda apardığı sosioloji sorğunun nəticəsinə görə insanların yalnız 62,7%-i özlərini dindar sayırlar ki, bunlardan da yalnız 6,4%-i qatı dindarlar cərgəsinə daxildir. Həmin sorğuya əsasən əhalinin 10,6%-i tərəddüd edənlər, 7,4%-i «kafirlər», 9,1%-i etinasızlar, 3,8%-i isə qatı ateistlərdir. Yenə həmin sorğu nəticəsində məlum olmuşdur ki, şəhər əhalisinin cəmi 16%-i namaz qılır, 27%-i oruc tutur, qalan hissəsi isə bunlara riayət etmir (6,105).

Qatı dindarlar üçün din həyat tərzidir. Gündəlik həyatda dini qaydalara, normalara və tələblərə əməl etmək onlar üçün vəzifədir, borcdur. Sorğunun nəticələrinə əsaslanaraq belə qənaətə gəlmək olar ki, əhalinin yalnız 16-17%-i davranışında şəriət qaydalarına riayət etməyə üstünlük verir, yəni dini öz həyat tərzi kimi qəbul edir.

Bütövlükdə müasir dövrdə etnososial proseslərə və cəmiyyətə dinin aşağıdakı təsirləri müşahidə olunur:

1) Əhalinin kütləvi dini düşüncəsində və davranışında nəzərə çarpacaq dəyişikliklər baş verib. Belə ki, dindarlığın yüksəlməsi prosesi gedir. Son illərdə bu proses kifayət qədər intensiv və dinamik xarakter alıb.

2) Müasir dindarlıq, faktiki olaraq, çoxmotivli fenomendir. Adamların dinə üz tutmasının səbəb və motivləri sosial-iqtisadi, ruhi, etnomədəni amillərdən tutmuş ailə-məişət, mənəvi-psixoloji və və fərdi-psixoloji şəraitədək geniş dairəni əhatə edir.

3) Kütləvi düşüncədə dinin mənəvi-etik şərhi və anlaşılması üstünlük təşkil edir. Dinin qavranılmasının ənənəvi və etnomədəni komponentləri də mühüm rol oynayır.

4) Adamlarda din haqqında yeni müfəssəl informasiya, obyektiv, təhrifsiz məlumat və hətta ixtisaslaşdırılmış bilik almağa tələbat yaranıb. Dini informasiyanın həcmi kəskin şəkildə artmışdır.

5) Dindarlığın ümumi artımı biliklər və təsəvvürlər sahəsində əhəmiyyətli keyfiyyət dəyişiklikləri yaratmayıb.

6) Dini amilin güclənməsi etnik amilləri bir qədər arxa plana keçirir. Belə ki, Bakıda yaşayan azərbaycanlı, ləzgi, talış, kürd, avar, saxur və digər etnosların nümayəndələri məhz İslam inancı və Azərbaycan dövlətçiliyi əsasında vahidlik və birlik nümayiş etdirə bilirlər.

Azərbaycanda dinin yayılması və inkişafını izləyərkən o da aydın olur ki, bu prosesə yaxın İslam ölkələri və Qərbin missioner təşkilatları güclü təsir göstərir. İslam dininin inkişafında qonşu İran və Türkiyənin, habelə ərəb ölkələrinin, digər dinlərin, xüsusilə xristianlığın müxtəlif icmalarının yaranmasında isə Qərb ölkələrindən gəlmiş missionerlərin mühüm rolu hiss olunmaqdadır.

Göründüyü kimi, keçid dövrü qloballaşmanın güclü təsiri ilə müşayiət olunur və şəhər məkanında yeni etnomədəni xüsusiyyətlərin yaranmasına səbəb olur. Bununla yanaşı, şəhər həyat tərzi özünün milli özəlliklərinə malikdir. Buna görə də şəhərlilərin həyat tərzi ümumi və milli-spesifik xüsusiyyətlər əsasında daha səmərəli öyrənilə bilər.

Bakı şəhərinin tarixi-coğrafi mövqeyi, iqlim şəraiti, tarixi-spesifik xüsusiyyətləri, memarlıq quruluşu, əhalinin həyatı və mədəni səviyyəsi burada kifayət qədər çoxsayda spesifik komponentlər doğurmuşdur. Məhz həmin komponentlər Bakını uzun müddət Azərbaycanın digər bölgələrindən fərqləndirən etnomədəni mühit yaratmışdır. Buraya sırf Bakı üçün xarakterik olan adətlərdən tutmuş, yeni yaranan beynəlmiləl ənənələrədək müxtəlif mədəni-məişət elementləri daxildir. Adətlər və ənənələr şəhər həyat tərzində xüsusi mövqeyə malikdir. Qeyd etmək lazımdır ki, adətlər və ənənələr eyni funksiyanı daşımırlar və onların fərqli cəhətləri vardır.

Adətlər ictimai həyatın müəyyən sferasında, başlıca olaraq məişət davranışının tarixən meydana gəlmiş, nəsildən-nəslə keçən, hamılıqla qəbul edilən və ictimai şüurun ancaq müəyyən formalarında təcəssüm edən sadə qaydalardır (7,118). Ənənələr və tarixən əmələ gəlmiş nisbi sabit yaşayış tərzi və onun doğurduğu mənəvi, siyasi və estetik ideallar, maddi və mənəvi sərvətlrə, onların inikası olan adətlə və davranış normaları sosial-tarixi təcrübənin məcmusudur (8, 49).

Azərbaycanlıların qədim adətlərindən olan bayramkeçirmə adətləri müasir dövrdə də davam etməkdədir. Buraya milli bayramlar, dini bayramlar və dövlət bayramları daxildir. Qədim bayramlar müasir dövrdə müəyyən forma dəyişikliyinə məruz qalsa da öz məzmun və mahiyyətini saxlamaqdadır. Belə bayramlardan birincisi Novruz bayramıdır. Novruz bayramı mütərəqqi bəşəri-milli adət-ənənələrin, ən yaxşı humanist sosial-mənəvi münasibətlərin məzmununu, keyfiyyətlərini özündə təcəssüm etdirən xalq mərasimlərindən biridir. Bu bayram sovet dövründə dövlət səviyyəsində müəyyən qadağalarla üzləşsə də xalq tərəfindən daim qeyd olunmuşdur. 1990-cı il mart ayının 13-də Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət heyətinin qərarı ilə Azərbaycan xalqının milli ənənəsi - Novruz bayramı bərpa olundu və hər il martın 21və 22-si qeyri-iş günü elan edildi.

Müstəqillik illərində xalqımızın keçirdiyi bayramlar sırasında dini bayramlar mühüm yer tutmaqdadır. Bu bayamlardan ikisi –Ramazan bayramı və Qurban bayramı yüzillərdir ki, xalqımız tərəfindən qeyd olunur. Məlumdur ki, Sovet dövründə dini bayramlar rəsmən qeyd olunmurdu və hətta onların keçirilməsinə əngəllər yaradılırdı. Müasir dövrdə isə vicdan azadlığının mövcudluğu şəraitində hər bir vətəndaş mənsub olduğu dini bayramlarını sərbəst şəkildə keçirə bilir. Əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan Bakıda Ramazan (Orucluq) və Qurban bayramları xüsusi əhvali-ruhiyyə və təntənələrlə qeyd olunur. Ramazan bayramı Hicri-Qəməri təqviminin Ramazan ayının sonuncu günü keçirilir. Əvvəldə qeyd olunduğu kimi şəhər əhalisinin təxminən üçdə biri oruc tutur və deməli bu bayramı da keçirir.

Ramazan bayramı müxtəlif xeyriyyə tədbirləri, əlillərə, kimsəsizlərə, kasıblara yardımlar verməklə fərqlənir. Dindarlar bir-birinə qonaq gedir, bayramlaşır. Ramazan ayında «İftar süfrəsi» açmaq şəhərdə getdikcə genişlənir.

Orucluğun xeyriyyəçilik və sosial-ədalət kimi mənəvi dəyərləri bu bayramdan 70 gün sonra keçirilən qurbanlıq ayini və Qurban bayramı vasitəsilə daha da zənginləşdirir və tamamlanır. İmkanı olan şəhərlilər dini ayinləri icra edib-etməməsindən asılı olmayaraq qurban kəsir və onun müəyyən hissəsini paylayırlar. Qurban bayramı ərəfəsində şəhərin müxtəlif yelərində satlıq qoyunlar çıxarılır və əvvəlkinə nisbətən baha qiymətə şəhərlilərə təklif olunur. İmkanlılar tək, imkanı olmayanlar isə iki-üç nəfər birləşərək bir hevan alır və kəsdikdən sonra onu bölürlər. Son dövrlərdə dövlət və ictimai təşkilatlar səviyyəsində kütləvi qurbankəsmə mərasimləri keçirilir və əladə olunmuş ət imkansız ailələrə və məcburi köçkünlərə paylanır.

Müasir dövrdə yuxarıda adı çəkilən mərasimlər və bayramlardan başqa yeni yaranmış və ya Bakıda ənənəyə çevrilməkdə olan digər mərasim və tədbirlərə də rast gəlinir.

Xalqın ailə-məişət adət və ənənələri, əxlaq və davranış normaları yüz illər ərzində formalaşmışdır və onun həyat tərzində əks olunmuşdur. Lakin ictimai-siyasi quruluşlar bir-birini əvəz etdikcə xalqın həyat tərzində də müəyyən dəyişikliklər meydana çıxır, yeni adət-ənənələr formalaşır. Müasir adət və ənənələrin yaranması, mənşəyi və inkişaf etdirilməsi çox halda kütlələrin yaradıcılıq fəallığı ilə bağlıdır, onların özləri tərəfindən formalaşdırılır. Müasir dövrdə kütləvi mədəniyyətin geniş təsiri bu fəallığı müəyyən qədər azaldır. İnsanlar yeniliklər yaratmaqdansa, onu mənimsəməyə daha çox üstünlük verirlər. Şəhər şəraitində bu, daha aydın hiss olunur. İnsanların geyimləri, istifadə etdiyi əşyalar, evlər və onların dizaynı bütövlüklə əcnəbi mədəniyyətlərin təsiri altında seçilir. Yalnız ailə-məişət və əxlaq-davranış normalarında bir qədər mühafizəkarlıq özünü göstərməkdədir. Bu mühafizəkarlığa daha çox yaxın zamanlarda şəhərə köçən miqrantlar arasında rast gəlinir. Yerli bakılılar arasında da patriarxallıq müəyyən qədər qalır. Lakin əksər şəhərlilər get-gedə eqalitar tipli ailələrə çevrilməyə meyil edirlər. Belə ailələrin sayı kifayət qədər çoxdur və məhz onlar yenilikləri ilk olaraq qəbul edənlərdir. İnsanlar yeniliklər yaratmaqdansa, onu mənimsəməyə daha çox üstünlük verirlər. Şəhər şəraitində bu, daha aydın hiss olunur. İnsanların geyimləri, istifadə etdiyi əşyalar, evlər və onların dizaynı bütövlüklə əcnəbi mədəniyyətlərin təsiri altında seçilir. Yalnız ailə-məişət və əxlaq-davranış normalarında bir qədər mühafizəkarlıq özünü göstərməkdədir. Bu mühafizəkarlığa daha çox yaxın zamanlarda şəhərə köçən miqrantlar arasında rast gəlinir. Yerli bakılılar arasında da patriarxallıq müəyyən qədər qalır. Lakin əksər şəhərlilər get-gedə eqalitar tipli ailələrə çevrilməyə meyil edirlər. Yalnız ailə-məişət və əxlaq-davranış normalarında bir qədər mühafizəkarlıq özünü göstərməkdədir. Bu mühafizəkarlığa daha çox yaxın zamanlarda şəhərə köçən miqrantlar arasında rast gəlinir. Yerli bakılılar arasında da patriarxallıq müəyyən qədər qalır. Lakin əksər şəhərlilər get-gedə eqalitar tipli ailələrə çevrilməyə meyil edirlər. Belə ailələrin sayı kifayət qədər çoxdur və məhz onlar yenilikləri ilk olaraq qəbul edənlərdir. İnsanlar yeniliklər yaratmaqdansa, onu mənimsəməyə daha çox üstünlük verirlər. Şəhər şəraitində bu, daha aydın hiss olunur. İnsanların geyimləri, istifadə etdiyi əşyalar, evlər və onların dizaynı bütövlüklə əcnəbi mədəniyyətlərin təsiri altında seçilir. Yalnız ailə-məişət və əxlaq-davranış normalarında bir qədər mühafizəkarlıq özünü göstərməkdədir. Bu mühafizəkarlığa daha çox yaxın zamanlarda şəhərə köçən miqrantlar arasında rast gəlinir. Yerli bakılılar arasında da patriarxallıq müəyyən qədər qalır. Lakin əksər şəhərlilər get-gedə eqalitar tipli ailələrə çevrilməyə meyil edirlər.

Şəxsi azadlıq, valideynlərdən qeyri-asılılıq, təşəbbüskarlıq və cəsarət hissləri gənclərin bir hissəsini milli adətlərdən uzaqlaşmağa, digər mədəniyyətlərə meyil etməyə sövq edir. Nəticədə, müasir cəmiyyətdə gənc nəsil ilə yaşlı nəsil arasında müəyyən «uçurumun» olması haqqında fikirlər meydana çıxır. Əslində belə «uçurum» hər zaman olmuşdur və yaş mərhələsindən asılı olaraq dəyişmişdir. XX əsrin 60-cı illərində «mədəni partlayış» baş vermişdir. Filosof R.Bədəlovun təbirincə, «60-cı illər mədəniyyətimiz Azərbaycan Sovet mədəniyyətinin son «qızıl çağı» oldu. O illər ümumsovet miqaysında güclü etiraz idi, sovet qapalılığı içərisində bir partlayış idi və bu etiraz son dəfə real sovet mədəni məkanını yaratdı. Bakı elə bil dirçəldi, təzələndi, yeniləşdi, yaşadığımız məkan dəyişdi, əlvan, rəngarəng oldu, insanların geyimi sərbəstləşdi». XX əsrin sonunda baş verən proseslər isə miqyasına görə 60-cı illəri çox geridə qoydu. Müstəqillik, qloballaşma, hərbi təcavüz, terrorçuluq dalğası və nəhayət kütləvi mədəniyyətin təsiri cəmiyyətdə geniş «mədəni şok» yaratdı. Məhz şəhər mühitində aydın seçilən «mədəni şok» insanların həyat tərzinə, adət-ənənələrinə, məişətinə, əxlaq və davranışına təsir göstərməyə bilməzdi. Adət-ənənələrdə, mərasimlərin keçirilməsində baş vermiş dəyişiklişlər eyni zamanda ailə-məişət münasibətlərində, əxlaq-davranış normalarında da özünü biruzə verir. Şəhər mühitində insanların çoxluğu, kütlənin daim hərəkətdə olması həmin münasibətləri müəyyən çərçivəyə salmışdır. Öz böyüklərinin yanında adətlərə əməl edən insanlar başqa böyüklərin yanında bunu etməyə bilərlər. İnsanlar bunu etməyi özlərinə borc da bilmirlər. Şənlik mərasimlərində, işdə, küçədə hər gün minlərlə insan rastlaşır. Bunlar arasında yaşlı, cavan, qadın, uşaq vardır. Məhz urbanizasiyanın, şəhər mühitinin yaratdığı biganəlik, laqeyidlik hissləri insanları adət və ənənələrə riayət etmək «borcundan» uzaqlaşdırır. Doğrudur, yaşlılara və qadınlara hörmət hissinin əlamətlərini hələ də Bakı küçələrində və ictimai nəqliyyatda görmək mümkündür. Belə ki, istər metroda, istərsə də avtobuslarda yaşlı insanlar və qadınlar daxil olan kimi gənclərin onlara yer verməsi halları hələ də qalmaqdadır. Müşahidələr göstərir ki, bu adət əsasən azərbaycanlılarda qalmışdır.

Müasir dövrdə ictimai şüurda belə bir fikir hökm sürür ki, adətlərimiz tədricən tənəzzülə uğramaqdadır. Uzun müddət siyasi müstəqilliyini itirmiş və daim yad mədəniyyətlərin təsirinə məruz qalan Azərbaycan üçün bu fikir həmişə gündəmdə olmuşdur. Belə ki, Sovet dövründə milli mədəniyyətlərin inkişafına lazımi diqqət yetirilmirdi. «Ümumi sovet mədəniyyəti», «Sovet xalqı» yaratmaq ideyları tam gücü ilə həyata keçirilərkən ilk növbədə şəhərlərdə milli dəyərlərin, adətlərin və ənənələrin itirilməsi təhlükəsi daha çox yaranırdı. Lakin SSRİ-nin dağılması ərəfəsində aparılan etnososioloji tədqiqatlar göstərir ki, şəhərli azərbaycanlılar arasında mədəniyyətdə hər hansı milli xüsusiyyətlərini itirmə müəyyən olunmamışdır. Sonrakı ictimai-siyasi proseslər də həmin tendensiyanın doğruluğunu təsdiq etdi. Bakıdan başlayan milli-azadlq hərəkatı xalqın milli özünüdərkini, adət-ənənələri möhkəmləndirməsini daha da sürətləndirdi. Müstəqillik illərində milli dəyərlərə qayıdışla paralel dünyəviləşmə və liberallaşma üzərində ayaq açan qloballaşma şəhər əhalisinin həyat tərzi və məişətində, adət və ənənələrində birlikdə əks olunmağa başladı. İstər mərasimlərin (toy, nişan, ad günü, yas və dəfn) və bayramların qeyd olunmasında, istər davranış və əxlaq adətlərində, istərsə də digər milli adətlərdə yeni forma və məzmun hiss olunmaqdadır.


1   ...   4   5   6   7   8   9   10   11   ...   31


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə