Азяр­бай­ъан Мил­ли Елм­ляр Ака­де­ми­йа­сы Фял­ся­фя, Сосиолоэийа вя Щц­гу­г Инс­ти­ту­ту




Yüklə 3.72 Mb.
səhifə4/31
tarix11.03.2016
ölçüsü3.72 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   31

İstifadə olunmuş ədəbiyyat
1. Axundov M.F. Əsərləri. III cild, Bakı, Azərnəşr,1955.

2. «Azərbaycan» qəzeti, 13 aprel 1990-cı il.

3. Чаадаев П.Я. Статьи и письма. М., «Современник», 1989.

4. Hacıyeva Arzu. Nəriman Nərimanovun din haqqında düşüncələri. Bakı, «Azərbaycan Ensiklopediyası», NPB, 1998.

5. «Həyat» qəzeti, № 181, 15 avqust 1906-cı il.

6. «Kaspi» qəzeti, 14 aprel 1900-cü il, № 89.

7. Гегель. Философия духа. Энциклопедия философских наук, т. 3. М., «Мысль», 1977.

8. Гройс Б. Поиск русской национальной идентичности. //«Вопросы философии», 1992, №1.

9. Nərimanov Nəriman. Seçilmiş əsərləri. Bakı, Elm, 1973.

10. Nərimanov Nəriman. Seçilmiş əsərləri. Bakı, Azərbaycan Milli Ensiklopediyası, 2001.

11. Вольтер. Философские сочинения. М., «Наука», 1988.

12. «Yeni iqbal», 4 yanvar 1916-cı il, №199,

13. «Yeni iqbal», 20 yanvar 1916-cı il, № 212.

14. «Yeni iqbal», 26 fevral 1916-cı il, № 243.




Арзу ГАДЖИЕВА
Национальная идея как субстанция духовного

бытия нации: Размышления над произведениями

Наримана Нариманова
Резюме
Отправной точкой статьи является определение национальной идеи, данное самим Н.Наримановым (1870-1925). В одной из своих публицистических статей он раскрывает диалектику взаимосвязи общей идеи человечества с национальной идеей. Вечный прогресс, вечная борьба с круговоротом событий и через нее обнаружение скрытых сокровищниц, т.е. служение человечеству, – вот в чем видит Н.Нариманов самую высшую и священную идею, самый мощный путь к спасению. Каждая нация имеет свою особенную идею. Путь к общему идеалу лежит через нее. По мнению Н.Нариманова, без нацио­нальной идеи у нации нет будущности. Для осуществлении национальной идеи, т.е. для национального самосознания нужны «национальный язык, национальная школа, нацио­наль­ная литература, национальная печать» и пр. Литература, театр и печать, отражая истины действительности, являются своеобразным зеркалом   зеркалом национальной самокритики. Национальная самокритика в литературных произведениях Н.Нариманова, давая импульсы национальному самосознанию и самоутверждению, заключала в себе глубокое философское содержание. Анализируя произведения Н.Нариманова автор выявляет в них образы национальной идеи азербайджанского народа.

Arzu HAJIYEVA
National idea as substance of spiritual being

of a nation: Reflections on works

of Narimana Narimanov
Summary
A starting point in the article is the definition of national idea, given by N.Narimanov (1870-1925). In one of his publicistic articles he reveals the dialectics of connection between a general idea of mankind and a national one. In service to mankind he sees the most high and the most sacred idea, most powerful way to salvation. Each nation has own particular idea. The way to the general ideal lies through it. In the opinion of N.Narimanov there is not future of a nation without national idea. And for realization of national idea, i.e. national self-awareness there are necessary "national language, national school, national literature, national press" and etc. The literature, theatre and press, reflecting the truths of reality, are an original mirror-mirror of national self-criticism. The national self-criticism in the literary works of N.Narimanov, giving pulses to the national self-consciousness and self-assertion, comprised the deep philosophical contents in itself. On analyzing the works of N.Narimanov the author reveals in them the images of the national idea of Azerbaijani people.

UOT 1.123.1
Qərib Allahverdiyev

Fəlsəfə üzrə fəlsəfə doktoru,

Naxçıvan Dövlət Universitetinin dosenti

AZADLIQ KATEQORİYASININ ÖZÜNƏ YAXIN

ANLAYIŞLAR İLƏ ƏLAQƏSİ
Açar sözlər: Azadlıq, zərurət, məsuliyyət, dəyərlər sistemi, vətəndaş cəmiyyəti, hüquqi dövlət.

Ключевые слова: свобода, необходимость, ответственность, система ценностей, гражданское общество, правовое государство.

Key words: freedom, necessity, responsibility, system of values, civic society, legal statc.
Hər şeydən əvvəl “azadlıq” kateqoriyasının sosial-fəlsəfi səpkidə hərtərəfli elmi təhlili onun özü ilə bir sırada duran və məzmunca yaxın olan anlayışlar ilə əlaqə və münasibətlərini açmağı tələb edir. Sonuncular içərisində “tarixi zərurət” birinci yerdə durur. Bu onların son dərəcədə yaxınlığı ilə izah edilir. Bu yaxınlıq o qədər böyükdür ki, faktiki olaraq azadlığı zərurətdən kənarda başa düşmək mümkün deyildir. Təsadüfi deyildir ki, fəlsəfədə azadlığın tərifinin dərk olunmuş zərurət kimi müəyyən edilməsi ənənəsi geniş yayılmışdır. Zərurətin özü geniş məzmuna malikdir. Onun azadlıq ilə münasibətlərini açarkən bu, mütləq nəzərə alınmalıdır, çünki həmin münasibətlər zəngin və çoxistiqamətli olduğundan onlara müxtəlif səpkilərdən yanaşmağı mümkün və zəruri edir. Biz azadlığı sosial-fəlsəfi kateqoriya kimi nəzərdən keçirmək məqsədi güddüyümüzə görə zərurətin də müvafiq növünü, yəni tarixi zərurəti əsas təhlil obyekti kimi götürürük. Sonuncu anlayış (tarixi və ya sosial zərurət) tarixi prosesdə iştirak edən hadisə, proses və münasibətlər arasına onların təbiətindən irəli gələn mühüm əlaqələr kimi başa düşülür.

Cəmiyyətdə zərurət özünəməxsus şəkildə fəaliyyət göstərir. Belə ki, təbiətdəkindən fərqli olaraq sosial həyatda zərurət insanlardan və şüurdan tam kənarda baş vermir (təbiətdə bu belədir), onlarla müəyyən əlaqələrdə və vasitələnmiş halda çıxış edir. Daha dəqiq desək , sosial (tarixi) zərurət insanların hərəkətləri vasitəsilə, onların iradə və zəkasından kecərək reallaşır. Bu prosesdə insanlar şüurlu varlıq kimi fəaliyyətlərini öz maraqlarını həyata keçirməyə yönəldir, onun məqsəd və vasitələrini müstəqil surətdə müəyyənləşdirir (5, s.61).

Azadlıq anlayışının mahiyyətini açarkən, onu «məsuliyyət» anlayışı ilə əlaqədə götürmək vacibdir. Bu anlayışlar bir-birilə sıx qarşılıqlı təsirdə çıxış edir. Məsuliyyət insanın çox mühüm sosial keyfiyyəti olub, onun öz hərəkət və əməlləri üçün cəmiyyət və özü qarşısında cavabdehliyi deməkdir. Azadlıq məhz məsuliyyət ilə birlikdə bütöv bir tam kimi götürülən şüurlu insan fəaliyyətinin iki ayrılmaz tərəfidir. “Azadlıq məsuliyyəti doğurur, məsuliyyət isə azadlığı istiqamətləndirir” (3, s.72).

Lakin bu anlayışlar arasında incə fərqin də olduğu vurğulanmalıdır. Belə ki, əgər azadlıq in­sa­nın sosial həyatda mümkün olan imkanlarını əks etdirirsə, məsuliyyət ondan fərqli olaraq in­sanın cəmiyyətdə nə etməli olduğunu ifadə edir, onun öz soydaşları və bütövlükdə cəmiyyət qarşısında müəyyən öhdəlikləri yerinə yetirməli olduğunu göstərir. Məsuliyyətin azadlıq ilə çox­tərəfli əlaqələrinin qəbul olunması həm də ona görə vacibdir ki, o, sonuncunun mütləqləşdiril­məsinə yol vermir. Bu baxımdan T.Oyzermanın aşağıdakı fikri ilə razılaşmamaq olmaz. Sosial məsuliyyət elə bir faktdır ki, onun qəbul edilməsi heç də mütləq azadlığa yol verməyi tələb etmir (4,s.193).

Azadlıq insan fəaliyyətinin ayrılmaz tərəfi olan dəyərlər seçimi ilə sıx bağlıdır. Bu, fikrimizcə, onunla izah edilməlidir ki, hər bir seçim əməliyyatının daxilində azadlığın sərbəstlik və müstəqillik çalarları güclü olur. Lakin bu məqamı formal və birmənalı qəbul etmək doğru deyildir. Başqa sözlə desək, seçim heç də həmişə azad xarakter daşımaya, yəni müxtəlif kənar qüvvələrin və təhriklərin təsiri altında baş verə bilir. Seçim o vaxt sözün həqiqi mənasında azad olur ki, subyekt, konkret şəraitin ona diktə etdiyi alternativ variantları dərindən öyrənmək və dərk etmək əsasında onlardan hər hansı birinə üstünlük verir. Seçimin həqiqətən azad xarakter kəsb etməsi üçün onun elmi əsaslandırılması çox vacib şərt olsa da, kifayət deyildir. Bunun üçün aşağıdakı tərəflərin də olması zəruridir: insanın mövcud konkret şəraiti düzgün qiymətlən­dirilməsi; irəli sürdüyü məqsəd ilə ona nail olmağın vasitələri və yolları arasında uyğunluq olması; seçimin kənar məcburiyyət olmadan, yəni subyektin öz iradəsi üzrə edilməsi, seçimdə fərdi marağı ilə ümumi maraqların vəhdətinin nəzərə alınması və s.

Seçim mexanizmində azadlıq həm də bunda təzahür edir ki, insan konkret şəraitdə mövcud olan alternativlərdən heç birinə üstünlük vermir. Bu məqam sübut edir ki, insanın azad seçimi passiv xarakter daşımır. Heç bir variant seçməməyin özü müəyyən mənada insanın şəraitin diktəsi üzrə hərəkət etmədiyini, yəni azad olduğunu göstərir. Başlıcası isə budur ki, insan belə hallarda mütilik göstərmir, yəni real vəziyyət ilə hesablaşmır, onu yaradıcı surətdə dəyişdirməyə cəhd göstərir. Həmin keyfiyyət müstəsna əhəmiyyətə malikdir. Çünki azadlığın yaradıcı xarakterini ifadə edir, onun sadəcə daxili yaşantı, iradə və əxlaq fenomeni olmadığını göstərir. Qeyd olunan səpki həm də ona görə mühümdür ki, bu, faktiki olaraq daxili azadlığın xarici azadlığa çevrilməsi məqamını ifadə edir. Başqa sözlə desək, insanın mövcud vəziyyətlə razılaşmayaraq, öz azad məqsədini həyata keçirmək üçün onu praktiki dəyişdirməyə yönələn fəaliyyət göstərməyə qadir olduğunu sübut edir. Sözügedən prosesi reallaşdırarkən insanın düzgün məqsəd müəyyən edə bilməsi, maraq və motivləri uyğun seçməsi vacibdir. Lakin ən əsası odur ki, bu proses insanın real mövcud olan şəraitin hüdudlarından kənara çıxmasını, onun azad dəyişdirici fəaliyyətini ifadə edir. Onun həqiqi azadlığı həm də bundadır ki, insan azadlığı həyata keçirmək naminə obyektiv xarici şəraitə qarşı çıxır,onu dəyişdirir və yeniləşdirir.

Qeyd olunan vəziyyət tarixi prosesdə mütəmadi olaraq baş verməklə azadlığın fasiləsiz inkişaf etdiyini və genişləndiyini ifadə edir. Bu həm də onu göstərir ki, azadlığın məzmunu onun aid olduğu zaman göstəriciləri və cəmiyyətin əldə olunmuş səviyyəsi ilə mütənasibdir. Deyilənlər daha bir incə və mühüm tərəfi aşkara çıxarır: azadlığın əsl mahiyyəti mövcud variantlardan birini seçməkdən daha çox, yeni istiqamətdə, yəni öz məqsədini həyata keçirməyə yönələn yaradıcı fəaliyyətdə təzahür edir. Bu proses insanın öz mahiyyət qüvvələrini inkişaf etdirmək, mə­nə­viyyatını zənginləşdirmək və həqiqi fərdiliyini, təkrarolunmazlığını üzə çıxarmaq baxımından da misilsiz əhəmiyyət kəsb edir. Bu məqama diqqət yetirən N.Berdyayevə görə, əsl azadlıq insanın mövcud olanlardan nəyisə seçmək məqamında deyil, daxili yaradıcı enerjisindədir, onun bu enerji vasitəsilə tamamilə yeni həyat yaratmaq iqtidarında olmasındadır (2, s.325).

Əlbəttə, deyilənlərdən belə nəticə çıxarılmalıdır ki, hər bir insan öz fəaliyyətində mütləq azadlıq nümayiş etdirə, istəyi, məqsədləri və onu reallaşdırmaq üçün vasitələri sərbəst surətdə müəyyən edə bilər. Əslində başqa məsələlərdə olduğu kimi, burada da çox şey cəmiyyətdə qərarlaşmış olan ümumi vəziyyətdən, ictimai həyatın azad fəaliyyət göstərmək üçün yaratdığı şərait və real imkanlardan asılı olur. Bu mənada azadlığın məzmunu və səviyyəsi həmişə nisbi xarakter daşıyır. Onun hüdudları subyektin şüuru və iradəsi malik olduğu dəyərlər oriyentasiyası əsasında göstərdiyi fəaliyyəti gedişində mövcud imkanları reallaşdırılması deməkdir. Həm də nəzərdə tutulmalıdır ki, ictimai həyatın müxtəlif sahələrində belə imkanların bütöv spektri mövcud olur. İnsan ictimai inkişafın obyektiv qanunlarına dərindən yiyələnmək və öz şüurlu fəaliyyətini bu qanunlarla düzgün əlaqələndirmək əsasında həmin imkanlar çoxluğundan birini götürərək reallaşdıra bilir, yəni gerçəkliyə çevirir. Bu məqamın özündə də o, azad seçim edir, digər tərəfdən seçdiyi imkanı həyata keçirmək üçün lazım olan şəraitin yaranmasına da şüurlu təsir göstərir. Mövcud imkanların hər hansı birinin seçilməsində isə subyektin malik olduğu məqsədli ustanovkaların xarakteri çox mühüm rol oynayır (1, s.520). İnsan azadlığı bir sıra psixofizioloji əsaslara malikdir. Onların sırasında aşağdakılar mühüm rol oynayır: a)insanın ona göstərilən təsirlərə reaksiya vermək məharəti və ətraf mühit ilə sıx əlaqə yaratmaq qabiliyyəti; b) bu reaksiyanı seçimli formada yerinə yetirmə xassəsi. Bu iki tərəfin ayrılmaz vəhdəti sübut edir ki, insanın davranış və hərəkətləri onun daxili təbiəti ilə onu əhatə edən mühitin birgə təsirinin qanunauyğun nəticəsidir. Bu halda iradə azadlığı insanın daxili təbiəti və mahiyyəti ilə şərtlənir, yəni onun gerçəkliyə aktiv-seçici münasibətini ifadə edir. Qeyd etmək lazımdır ki, azadlığın məzmunu təkcə seçim azadlığı (azadlığın subyektiv səpkisi) ilə məhdudlaşmır, öz inkişafında növbəti mərhələyə - qərar qəbul etmə mərhələsinə daxil olur və oradan da qəbul olunmuş qərara müvafiq hərəkət və davaranış azadlığı mərhələsinə, yəni obyektiv azadlıq mərhələsinə keçir.

Azadlığın ümumi məzmununda sabit və bütün dövrlər üçün ümumi cəhətlər vardır. Bununla yanaşı, ictimai inkişafın hər bir konkret mərhələsi ona özünəməxsus çalarlar verir. Bu mənada yaşadığımız keçid dövrü cəmiyyəti daha səciyyəvidir. Totalitar rejimin qalıqlarının aradan qaldırılması azad demokratik cəmiyyətin, bazar iqtisadiyyatının əsaslarının yaradılması, siyasi və mədəni həyatda, insanların dünyagörüşündə, mənəviyyatında və təfəkkür tərzində baş verən əsaslı dəyişikliklər azadlığın məzmununda da müvafiq yeniliklər yaradır. Ən başlıcası budur ki, insanların azadlıq haqqında təsəvvürləri getdikcə daha çox adekvat olur, cəmiyyətin bütün sferalarında və tərəflərində azadlığı həyata keçirmək üçün şərait və imkanlar durmadan genişlənir.

Ölkəmizdə gedən əsaslı transformasiya prosesləri, hüquqi, demokratik dövlətin və vətəndaş cəmiyyətinin yaradılması yolunda atılan mühüm addımlar insanın tələbat və maraqlarına doğru əsaslı dönüşü ifadə edir, onun yeni mahiyyətini şərtləndirir. Bu mahiyyət özünün digər cəhətləri ilə yanaşı, həm də azadlığın hüdudlarının əvvəlki dövrlərlə müqayisəedilməz dərəcədə genişlənməsi ilə səciyyələnir. Bu onunla bağlıdır ki, hər şeydən əvvəl müasir cəmiyyətdə vətəndaşlar misilsiz idrak imkanları əldə edir, onların ünsiyyəti və informasiya almaq qabiliyyəti sürətlə genişlənir. İnsanların müxtəlif fəaliyyət növləri, onların xüsusiyyətləri haqqında bilik və məlumatları durmadan artır, həm də bu informasiya təkcə zahiri və üzdə olan xassələri ifadə etməklə məhdudlaşmır, daxili mahiyyətin və qanunauyğunluqların aşkara çıxarılmasına yönəlir. Nəticədə insanlar öz fəaliyyət sahəsinin yönəldiyi obyekti məqsədəuyğun və effektiv dəyişdirmək imkanlarını daha dəqiq müəyyənləşdirə bilir. Beləliklə, onun öz məqsədini reallaşdırmasına yeni münasibəti yaranır, konkret hərəkətlərini və davranış istiqamətlərini adekvat seçir. Müvafiq seçim və qərar qəbulunda öz tələbatları və maraqları ilə ümumbəşəri dəyərləri ahəngdar uzlaşdırır, real hərəkətlərinin törədə biləcəyi nətəcələri düzgün qiymətləndirir, onlar üçün cəmiyyət və öz vicdanı qarşısında cavabdehlik hissi artır, məsuliyyət səviyyəsi yüksəlir. Bütün bunlar şəxsiyyətin daxili mənəvi yetkinliyinin çox mühüm göstəriciləri olmaqla yanaşı, onun azadlığının da prinsipcə yeni mərhələyə yüksəldiyini sübut edir. Bu mərhələ azadlığın real səviyyəsinin genişlənməsi və yeni cəhətlərlə zənginləşməsi ilə səciyyələnir. İnsanın növ mahiyyəti olan azadlığa can atması getdikcə daha dolğun həyata keçirilir. Qeyd olunan keyfiyyət yenilikləri öncə azadlığın seçim fazasında özünü göstərir, yəni insan öz daxili vicdanının səsi ilə azad surətdə, ümumi və şəxsi dəyərləri düzgün əlaqələndirməklə sərbəst seçim edə bilir.

Azərbaycanda uzunmüddətli və düşünülmüş neft strategiyası uğurla həyata keçirilir, iqtisa­diy­yatın digər sahələrinə diqqət gücləndirilir, regionların sosial-iqtisadi inkişafına xüsusi qayğı gös­tə­rilir, azad sahibkarlığa və şəxsi təşəbbüskarlığa rəvac verilir, əhalinin həyat səviy­yəsinin yaxşılaş­dı­rılmasında ciddi irəliləyişlər baş verməkdədir. Bütün bunlar sosial münasibətlər sahəsində ədalət prinsipinin ardıcıl həyata keçirilməsi, ictimai həyatın ardıcıl və hərtərəfli demokratikləşdirilməsi nəticəsində demokratiya azadlığının tətbiqi miqyasının yeni mərhələyə yüksəlməsi, əhalinin sosial müdafiəsi tədbirlərinin ardıcıl yerinə yetirilməsi, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin əsaslarının möhkəmləndirilməsi, ümumbəşəri, milli və şəxsi dəyərlərin üzvi surətdə əlaqələn­dirilməsinə şərait yaradılması, insanların əxlaqi kamilliyinin, mədəniyyəti və şüurunun inkişafı, mənlik şüurunun yüksəlməsi ilə vəhdətdə çıxış edərək, müasir insanın həyat fəaliyyətinin bütün sahə və istiqamətlərində azadlığın hərtərəfli genişlənməsi üçün misilsiz imkanlar yaradır.

İstifadə olunmuş ədəbiyyat

1. Алексеев П.В., Панин А.В. Философия. М.: Проспект, 2003, 608 с.

2. Бердяев А.Н. Царство духа и царства кесаря. М.: Республика,1995, 479 с.

3. Косолапов Р.И.,Марков В.С. Свобода и ответственность.М.Политиздат,1959,119 с.

4. Ойзерман Т.И. Марксистско-ленинское понимание свободы.М., 1967, 67 с.

5. Уледов А.К. Социологические законы. М.: Мысль, 1975, 289 с.

6. Mehdiyev R. Azərbaycan: qloballaşma dövrünün tələbləri. Bakı, 2005.

7. Aslanova R. Qloballaşma və mədəni müxtəliflik. Bakı, 2007.

8. Аббасов А.Ф. Демократия: личная и наличная. Баку, 2008.
Гариб Аллахвердиев
СВЯЗЬ КАТЕГОРИИ СВОБОДЫ С БЛИЗКИМИ ЕЙ ПОНЯТИЯМИ
Резюме
В статье раскрываются связи и отношения категории «свобода» со стоящими с ней в одном ряду и близкими ей по содержанию понятиями. В этом контексте в первую очередь подчеркивается близость понятия «историческая необходимость» со свободой, не­воз­мож­ность понимания этого понятия за пределами необходимости. Раскрывая содержание понятия «свобода», выясняем причины ее связи и вступление в тесное взаимодействие с понятием «ответственность».

Далее определяется тесная зависимость свободы от выбора ценностей, являющихся неотделимой частью деятельности человека. Для этого необходимо: правильное оце­ни­вание человеком существующих конкретных условий; соответствие между выдвигаемой целью и средствами и путями ее достижения; учитывание в выборе единства личного и общественного интересов; осуществление субъектом выбора по собственной воли без вне­ш­него принуждения.

В статье выявляются моменты проявления свободы в механизме выбора, раскры­вается характер свободного выбора человека.
Garib Allakhverdiyev
THE RELATION OF FREEDOM CATEGORY

WITH THE CLOSE NOTIONS
Summary
In the article the ties and relations of freedom category with the conceptions related and dose by contents are broght to light. In this context, proximity of notion «historical necessity» to freedom, impossibility of comprehending this notion beyond the need are emphasized in first plase. On revealing the contents of the notion freedom, the reasons of its relation and close interaction with the notion responsibility are cleared up. Further, the close dependence of freedom on a choice of the values, being an inseparable part of human activity is determined.

For this, necessary are: proper estimation of the existing concretc conditions by a man; conformity between the purpose put and means, wags of its achicving; taking into regard unity of the personal and social interests when making a choice; performance of a choice by the subject by own will without external compulsion.

In the article the moments of manifestation of freedom in the mechanism of choice are exposed and the character of the free choice of man is found out.

UOT 1.091.101.1
Müstəqil AĞAYEV

fəlsəfə doktoru, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq

İnstitutunun aparıcı elmi işçis,
M.Ə.SABİRİN AZADLIQ HAQQINDA FƏLSƏFİ DÜŞÜNCƏLƏRİ
Açar sözlər: azadlıq, poeziya, hüquq, hakim sinif, xalq kütlələri, inqilab, ədalət, vətəndaş.

Ключевые слова: свобода, поэзия, права, господствующий класс, народные массы, революция, справедливость, гражданин.

Key words: freedom, poetry, rights, ruling class, people's masses, revolution, justice, citizen.
Tarixi yaradan, cəmiyyətin inkişafını təmin edən zəhmətkeş insanların azadlığı məsələsi bütün mütərəqqi fikirli adamların fikrini, zehnini, düşüncəsini məşğul etmişdir. Milliyyətindən, dilindən və dinindən asılı olmayaraq, cəmiyyətdə müəyyən mövqe tutan, cəmiyyətin əzilən, istismar olunan təbəqələri tərəfindən çıxış edən hər bir sağlam düşüncə sahibi zülm və istismar altında inləyənlər üçün azadlığın nə demək olduğunu dərindən başa düşür, bu işə, hansı yollarla olursa-olsun, bacardığı qədər kömək etməyi özünün müqəddəs borcu hesab edir.

Təsadüfi deyildir ki, XX əsrin bədii söz sənəti aləmində böyük şöhrət qazanmış görkəmli şəxsiyyətlər   Abbas Səhhət, M.Ə.Sabir, A.Şaiq və başqaları öz yaradıcılıqlarında sosial azadlıq məsələsinə öz münasibətlərini bildirmiş, bu barədə qiymətli fikirlər söyləmişlər.

XX əsrin əvvəlləri çox mürəkkəb və ziddiyyətlərlə dolu, keşməkeşli bir dövr idi. 1905-ci ildə Rusiyada baş vermiş inqilabi azadlıq hərəkatının dalğası ölkənin hüdudlarını aşaraq Şərqin də bir sıra ölkələrinə güclü təsir göstərmişdi. Bu təsir xüsusən İranda daha açıq şəkildə nəzərə çarpırdı. Rus inqilabından ilham alan İranın məzlum xalq kütlələri də ayağa qalxmış, min illik qəflət yuxusundan ayılaraq hökumətdən konstitusiyalı dövlət quruluşu yaratmağı, xalq kütlələrinə azadlıq verməyi tələb edirdilər.

Həmişə hakim sinfə mütilik göstərən, hər bir əmri qeyd-şərtsiz icra etməyə hazır olan “qara camaat”ın birdən-birə dövlətli üzünə ağ olması, onun qarşısında tələb qoyması burjua-mülkədar rejimində hiddət doğurmuş, onları qorxuya salmışdı. Hökm və buyruqlarının itaətkarlıqla icra olunmasına adət etmiş ağalar birdən-birə “millətin ayılıb talibi-hürriyyət” olmasını gördükdə özlərini itirir, çıxış yolu axtarır və əks mübarizəyə keçməyi üstün tuturdular.

Demokratik fikir nümayəndələrindən M.Ə.Sabir də burjua-mülkədar rejimindən narazı idi. Qəmsiz-kədərsiz həyat keçirən, xalqın dərdlərindən uzaq olan azadlıq düşmənləri Sabirdə böyük nifrət oyatmışdı. Öz əməlləri ilə istismarçı ağalara xidmət göstərənlərdən biri də Təbrizdə yaşayan Hacı Mirzə Həsən idi. O, çox nüfuzlu bir ruhani olmuşdur. Əvvəlcə xalqın tələb etdiyi məşrutəyə tərəfdar çıxmış, sonra isə İranda irtica qüvvətləndiyi zaman bunun şəriətə zidd olması barəsində təbliğata başlamışdır. Xalqın tələbi ilə Hacı Mirzə Həsən Təbrizdən qovulmuşdur.

Məşrutəyə qarşı mübarizəyə qalxanları, millətin ayılıb azadlıq əldə etməsinə təəccüb edənləri M.Ə.Sabir “Mən bilməz idim bəxtdə bu nikbət olurmuş”adlı satirik əsərində kəskin ifşa edir. Şeir Hacı Mirzə Həsənin öz dilindən verilir:

Mən bilməz idim bəxtdə bu nikbət olurmuş,

İzzət dönüb axır belə bir zillət olurmuş.

Çərxin, əcəba, seyri də min babət olurmuş,

Millət ayılıb talibi-hürriyyət olurmuş.

Millətdə də, yahu, belə bir qeyrət olurmuş?

Xub, mən nə bilim sübh dönüb şam olacaqmış,

İranda da hürriyyəti-islam olacaqmış? (1, 50).

Böyük şair xalqın qeyrətinə, gücünə, hümmətinə inanırdı. Cəhalət və nadanlıq mühitində öz istismarçılarını naz və nemət içərisində bəsləyən zəhmətkeşləri şair gecə-gündüz çalışıb bal toplayan arılara bənzədir. Onların hasil etdikləri balın cüzi bir hissəsi özlərinə çatır ( qışda acından ölməmək üçün), qalan əsas hissəsini onun sahibi mənimsəyir. İnsanlar da belədir. Məzlum kütlələrin əməyinin məhsulunu onların istismarçı ağaları mənimsəyir, özləri isə bir qarın çörəyə həsrət qalırlar. Lakin arılarda bir üstün cəhət var. Bu da ondan ibarətdir ki, arını incitdikdə, o səndən intiqam alır; dərhal iynəsini sancıb bal əvəzinə zəhər yeridir. İnsanlarda isə bu cəhət, demək olar ki, bıçaq sümüyə dayananda özünü göstərir. Məzlumlar nə qədər əsarətə, zülmə, təhqirə davam gətirə bilər? Bəs onlarda arı qədər də cəsarət yoxdurmu? Var, lakin bu cəsarəti onlarda oyatmaq, təşkil etmək, istiqamətləndirmək lazımdır. İnsan öz haqqını, hüququnu bilməli, onu tələb etməlidir. Artıq öz hüquqlarını tələb etməyə qalxmış xalq kütlələrini görən istismarçı ağaların fikri şair tərəfindən belə verilir:

Bilməm arılar mənzilinə kim çöp uzatdı,

İllərcə təğafüldə yatan xəlqi oyatdı.

Fitnə ağacı əkdi, evim qəmlərə batdı,

Mən hərçi çalışdım ki, kəsəm, qol-budaq atdı,

Əhli-qərəz istədiyi mətləbə çatdı. (1, 50).

Bütün Rusiyanı təlatümə gətirən birinci rus inqilabına çoxları kimi, Sabir də böyük ümid bəsləyirdi. Ona elə gəlirdi ki, çar hökuməti xalqa vəd etdiyi bir sıra güzəştləri həyata keçirəcəkdir. Lakin belə olmadı. İrtica xalq kütlələrinə qarşı qəti hücuma keçdi. Qanlar axıdıldı, ocaqlar söndürüldü, danışmaq istəyən dillər kəsildi, ağızlar qapadıldı. Xalq, millət adından çıxış edənləri həbsxanalara salır, sürgün edirdilər. Yalançı vədlərə aldanıb “cızığından çıxanların” acı taleyini Sabir belə təsvir edir:

Eylə bilirdim ki, dəxi sübh olub,

Mürği-səhərtək bir ağız banladım.

Səng şikəst eylədi balü pərim,

Banlamağın hasilini anladım. (1, 57)

Mütəfəkkir şair göstərir ki, zülmə, ədalətsizliyə, hüquqsuzluğa qarşı mübarizəni, çıxışları əks tərəfin böyük qüvvəyə malik olduğu şəraitdə təxirə salmaq, münasib vaxtın, şəraitin yetişəcəyini gözləmək olar, lakin bunu anlamamaq, dərk etməmək olmaz:

Ağlamayın, ağlamayın, cücələr,

Banlamaram, banlamaram bir daha!

Banlamamaqdır sizə əhdim mənim,

Söyləmirəm: anlamaram bir daha! (1, 57).

Çar Nikolayın vəd etdiyi yalançı azadlığın başına qaraguruhçuların gətirdikləri müsibətləri şair “Nolar şirinməzaq etsə məni həlvayi-hürriyyət” adlı şeirində çox ibrətamiz bir şəkildə vermişdir.

Məşhur atalar sözüdür: «Ac toyuq yuxusunda darı görər”. M.Ə.Sabir də həmin atalar sözündən məharətlə istifadə edərək azadlıq kimi ən qiymətli, ən əziz bir nemətin həyatda ləzzətini görməyən, ondan faydalana bilməyən, həsrətində qalan məzlumların yuxuda da buna nail ola bilmədiklərini göstərir:

Nolur şirinməzaq etsə məni həlvayi-hürriyyət,

Yesəm bir löğmə ondan, söyləsəm, oxay, hürriyyət.

De, xeyr olsun, yuxu gördüm ki, bir dərya kənarında

Töküblər yanbayan, qat-qat, bütün lay-lay hürriyyət.

Zibəs çoxdan bəri şövqündə idim mən bu həlvanın

Dedim, yaran, nolur verməz mənə bir payi-hürriyyət?

Sözüm xoş gəlməyib təhvildarə, söylədi:”Güm şo!

Bədəsti-kütəh əz nəxl məcu xurmayi-hürriyyət?”

Kəmali-yəs ilə məhrum olub, bir yanda əyləndim,

Alıb bir kəştiyə doldurdular tay-tay hürriyyət. (1, 60).

Qalaq-qalaq, tay-tay gəmiyə vurulan «azadlıqdan» bir “löğmə” dada bilməyib «azadlıq» yüklənmiş gəminin arxasınca həsrətlə baxan bu adam birdən gəmidə qara bayraq qaldırıldığını görür. Yükü azadlıq olan gəminin sürücüsü suda boğulmuş, hər tərəfdən hücum edən dalğalar əhatəsində qalan gəmi səmtini itirərək suya batmaq ərəfəsindədir. Əlbəttə, bu səhnənin özü rəmzi məna daşıyır.Bu, çar tərəfindən camaatı aldatmaq məqsədilə vəd edilən müxtəlif azadlıqların beləcə nəticəsiz qaldığına, irtica tərəfindən boğulduğuna bir işarədir:

…Ki, nagah bir qara bayraq açıldı dor ağacında,

Yazılmış onda bir xətti-müsibətzayi-hürriyyət;

Oxurkən xətti məlum oldu kəştiban qərq olmuş,

Qalıb dəryadə heyran kəştiyi-dəvayi-hürriyyət.

Xuruşan mövclər hər səmtdən yeksər hücumavər,

Görüb əmvacı kəştidən ucaldı: vay, hürriyyət! (1, s. 60)

Hakim sinfin nümayəndələri zəngin sərvət içərisində həyat sürməyə, dövlət və cəmiyyəti istədikləri kimi idarə etməyə alışdıqlarına görə, onların bu halına mane ola biləcək hər hansı bir qüvvəyə qarşı dərhal hücuma keçir, qarşısını alırdılar. Təbiidir ki, zalımlar avam xalq kütlələrinin qəflət yuxusundan oyanmasının, ictimai-siyasi hadisələrin mahiyyətini öyrənməyə çalışmasının qəti əleyhinə idilər. Xalqın öz haqqını tələb etməsi, hüququnu bilməsi, azadlıq istəməsi bunları qorxuya salırdı. Sabir böyük sənətkarlıqla bu ideyanı məzlum siniflərin nəzərinə çatdırır, bir sıra “vicdanlı” ağaların rahatsızlığını göstərir:

Sevərmi əhli-istibdad millət huşyar olsun?

Buna razı olurmu bir neçə vicdanlar, insanlar!?

Ayılmış rəncbərlər, almaq istər həqqi-məşruin,

Nə yerdə qalmısız, bəylər, ağalar, xanlar, insanlar!? (1, 67).

Bu özü məzlumları zalımlara qarşı azadlıq uğrunda mübarizəyə çağırış demək idi. İnqilabi azadlıq hərəkatının dalğası milli ucqarları da öz əhatəsinə alırdı. İstibdad rejimindən narazı qalan xalq kütlələrinin qəzəbi də inqilab dalğalarına qovuşaraq onu daha da qorxunc edirdi. Millətlərin oyanaraq siyasi həyata atılması mütləqiyyət üsuli-idarəsini vahiməyə salmışdı. Bütün qüvvəsilə azadlıq hərəkatının qarşısını almağa çalışan hakim sinfin məqsədini şair belə təsvir edir:

Səs ucalaşdı, qoymayın!

Millət oyaşdı, qoymayın!

Rişteyi-dərsə, məktəbə..

Cümlə dolaşdı, qoymayın!

Od vurulub qazanlara,

Qaynadı, daşdı, qoymayın!

Həddini aşdı, qoymayın! (1, 69).

Hakim sinfin inqilabi hərəkatdan qorxuya düşməsinə baxmayaraq M.Ə.Sabir bu inqilabın istənilən nəticəni verə biləcəyinə şübhə edir. Çünki inqilabı boğmağa çalışan qüvvələr onu həyata keçirmək istəyənlərdən çox və güclü idilər. Onun başı üstündə irticanın qan daman qılıncı dayanmışdı. Görkəmli sənətkar ictimai-siyasi hadisələrin təsiri nəticəsində tam ayılmamış və köləliyin ağır yükünü çiyinlərində daşımış insanların azadlıq haqqındakı şirin xəyallarını “ac toyuğun yuxuda darı görməsi” adlandıraraq onları ehtiyatlı olmağa, səmada qanad çalan canalıcı qaraquşları, hər dəqiqə başının üstündə əli bıçaqlı dayanmış “sahibini” unutmamağa çağırır:

Çığırma, yat, ay ac toyuq, yuxunda çoxca darı gör!

Sus, ay yazıq, fəzadakı üqabi-canşikarı gör!

Hinində daldalanma çox, həyətdə də dolanma çox,

Yiyəndəki bıçağa bax, o tiği-abdarı gör!

Gətirdiyin yumurtadan nəticə cücə gözləmə,

Qazanda qəyğanağə bax, ocaqdakı şərarı gör! (1, 71).

Dövrünün ən huşyar, incə fəhmli oğlu olan Sabir adamları həqiqətin üzünə dik baxmağa, ədalətsizliyə, zülmə qarşı üsyankar olmağa, həqiqəti söyləməkdən çəkinməməyə, cəsarətli olmağa səsləyir:

Mən belə əsrarı qana bilmirəm,

Qanmaz olub da dayana bilmirəm!

Derlər utan, heç kəsə bir söz demə,

Həq sözü derkən utana bilmirəm!

Derlər usan, hərzəvü hədyan demə,

Güc gətirir dərd, usana bilmirəm!..(1, 96).

Mütəfəkkirə görə, insanın ürəyi nə qədər döyünürsə, haqq, ədalət uğrunda mübarizə aparmalı, öz azadlığı üçün çalışmalıdır. Yalnız ölüm insanı bu müqəddəs və təbii hisslərdən məhrum edə bilər:

Derlər, a qanmaz, de yıxıl, öl, qurtar!

Hə, balam, doğrusu, ay dadaş, mən dəxi

Məsləhət ondan o yana bilmirəm ( 1, 96).

“Soldumu gülzarın, ey Faiqi-Neman pəsər” şeirində Sabir “Molla Nəsrəddin”in fəal əməkdaşlarından olan Ömər Faiq Nemanzadəni şairin sözünə baxmayıb “azadlığa ehtiyacı olan fəhlə kimi” azadlıq uğrunda çıxış etdiyi və həbsxanaya düşdüyü üçün məzəmmət edir. Zahirən belə təsir bağışlayan bu əsərin mahiyyəti, əslində, çox dərindir. Sabir göstərmək istəyir ki, yüksək amallar, bəşəri ideyalar uğrunda mübarizə edənlərin iradəsini heç bir qorxu, işkəncə, zindan qırmamalıdır:

Mən demədimmi sənə başda otur tactək,

Durma müqabil bəla tirinə amactək,

İstəmə hürriyyəti fəleyi-möhtactək.

Balü pərin nagəhan tirə nişan oldumu?

Şimdi sənə mən deyən mətləb əyan oldumu? (1, 102).

O, zülmə, əsarətə boyun əyənləri, həmcinsinin kədərinə, qəminə sevinənləri, millətinin geriliyini, cəhalət və nadanlığını görüb də onun ləğv edilməsinə çalışmayan, yalnız öz mənfəətlərini güdən adamları kəskin satira atəşinə tutur. Onları qəflət yuxusundan ayılmağa, köləlik zəncirini qırmağa, çiynindəki istibdad yükünü birdəfəlik atmağa çağırır:

Daş qəlbli insanları neylərdin, ilahi?!

Bizdə bu soyuq qanları neylərdin, ilahi?!

Artdıqca həyasızlıq olur el mütəhəmmil,

Hər zülmə dözən canları neylərdin, ilahi?!

Hökm eyləyəcəkmiş bütün aləmdə cəhalət,

Dildadeyi-irfanları neylərdin, ilahi?! (1, 113).

M.Ə.Sabir insanı həmişə azad, hədə-qorxudan, təhqir və təqibdən uzaq görmək istəyir. Azadlıq anlayışı ilə insan anlayışını həmişə vəhdətdə götürür, bu iki anlayışı bir-birindən təcrid olunmuş şəkildə qəbul etmir. Əsil insanlığı azadlıq olan yerdə axtarmağı məsləhət bilir. O göstərir ki, insanı sevən hər bir şəxs onun azadlığına çalışmalıdır:

Kim ki insanı sevər, aşiqi-hürriyyət olur,

Bəli, hürriyyət olan yerdə də insanlıq olur (1, 117).

Rusiyada 1905-1907-ci illər inqilabının məğlubiyyətinə baxmayaraq onun təsiri Rusiyanın hüdudlarını aşıb, Şərqin bir sıra ölkələrində əks-səda doğurmuşdu. İnqilabın təsiri qonşu Türkiyənin əyalətlərində də hiss olunurdu. Əsarət və cəhalət içərisində yaşayan məzlum xalq kütlələri rus inqilabından ilham alaraq azadlıq uğrunda mübarizəyə qalxmağa başlayırdı. Lakin mürtəce qüvvələr burada daha qüvvətli və amansız idilər. Buna görə də Sabir onları ehtiyatlı olmağa, iranlılar kimi hökumətin yağlı vədlərinə aldanmamağa çağırır və göstərir ki, yalvarmaqla, ağlamaqla hakimiyyətdən azadlıq almaq olmaz. Çünki bu, hökumətin mənafeyinə ziddir, onun mövcudluğu üçün təhlükəlidir. Azadlığı zorla, mübarizə vasitəsilə, bütün qüvvələrin birliyi, mütəşəkkilliyi hesabına qazanmaq olar:

Əvvəlcə verirlər sizə hürriyyəti-əfkar,

Yəni danışıb fikrinizi eyləyin izhar:

Vəqta ki, danışdız, vüzəra oldu xəbərdar,

Mütləq görəcəklər ki, cibişdqanə zərər var

Hər fənn ilə olsa, qovacaqlar sizi naçar

Çünki bu yığıncaqda olur həqqiniz inkar

Yaxşı budur toplanmayın, allahı sevərsiz!

İranlı kimi yanmayın, allahı sevərsiz! (1, 139).

Birinci rus inqilabının məğlub olmasının səbəblərindən biri də xalqın içərisində xainlərin, şərəfsizlərin olması idi. Özlərini xalq mənafeyinin müdafiəçiləri kimi qələmə verənlərin ikiüzlülüyü, satqınlığı nəticəsində məzlumların nahaq qanı axıdıldı, böyük arzular, ümidlər məhv edildi. Sabir azadlıq tərəfdarlarına müraciət edərək onları həmin satqın və xainlərdən qorunmağa, sərvaxt olmağa səsləyir:

Bir vəqtdə bizlər də olub xürrəmü xəndan,

Sandıq ki, veriblər bizə hürriyyəti-vicdan.

Şükr etdik, adamcıqlar olub daxili-insan.

Övladımızı saxlamadıq xanədə pünhan,

Hac Mirzə Həsən qırx lotuya verdi bir oğlan,

Bu mollanümalər desələr: bizdə var iman,

Yox,yox, ona tovlanmayın, allahı sevərsiz!

İranlı kimi yanmayın, allahı sevərsiz! (1, 140).

Bu vətənpərvər insanı ən çox rahatsız edən xalqda birlik və qeyrətkeşliyin olmaması idi. Millətin içərisindən çıxan və dövlətə xidmət edənlərin əksəriyyəti daş ürəkli, “cəlladi-hürriyyət”, öz mənfəətini, şöhrətini, cibini güdən alçaq adamlar idilər. Sabir israr edir: nə qədər ki, millətin başçısı bu daş ürəkli, rəhmsiz cəlladlardır, nə qədər ki, xalqın onlara olan inamı qırılmayıb, azadlıq haqqında danışmaq–xam xəyala düşmək deməkdir:

İnanmam, söyləmə artıq ki, feyzabad olur aləm,

Yağar imkani-rəhmət baği-ədlü dad olur aləm.

Doğar xurşidi-hürriyyət, bütün azad olur aləm,

Xəyali-xamə düşmə, bilmə bir gün şad olur aləm!

Bu ikən vəzimiz, çox çəkmədən bərbad olur aləm! (1, 145).

M.Ə.Sabir azadlığı təzəcə göz açmış zəif vücudlu, lətif bir dilbərə bənzədir. Bu dilbərin dünyaya gəlməsindən xəbər tutan mürtəce qüvvələr dərhal onun başı üstünü alırlar ki, göz açmağa, bir udum hava ilə nəfəs almağa imkanı olmasın. Belə zəif bir vücud güclü qasırğa qarşısında uzun müddət dayanmağa, təbii ki, davam gətirə bilməz. Buna görə də onu qorumaq, böyüməsinə çalışmaq lazımdır. Əgər bu zəif dilbər zalım, daşürəkli cəlladlar əhatəsində dünyaya gəlibsə, onda bəs necə olsun? Onun mühafizəsinə kim təminat versin?

Deməli, belə bir şəraitdə bu “dilbərin” salamat qalıb böyüyəcəyindən, onun həsrətində olan, yolunu intizarla gözləyənlərə xeyir, fayda verəcəyindən danışmaq sadəlövhlükdür. Şair bunu belə verir:

Nə istərsən, canım, əl çək, yetər fəryadi-hürriyyət!

Nə yapsın köhnələrlə dilbəri-növzadi-hürriyyət?!

Bütün əxvanı ikən səngdil, cəlladi-hürriyyət?

Xəyali-xamə düşmə, çox bilmə bir gün şad olur aləm!

Bu ikən vəzimiz, çox çəkmədən bərbad olur aləm”(1. s. 145).

Hürriyyətin meydana çıxması onun düşmənlərini bərk rahatsız edir. Min illərlə arxasız, köməksiz zəhmət adamlarının qanını sorub rəngi qızaran, onların alın təri ilə əldə etdikləri maddi nemətləri mənimsəyərək harınlaşmış ağalar azadlığa qarşı səlib yürüşünə çıxır, ağız-ağıza verib bayquş kimi ulaşırlar:

Bilmirəm andıra qalmış bu nə hürriyyət idi?

Haradan çıxdı bu söz, ya bu necə söhbət idi?

Ölkəmiz altı min ildən bəri bir cənnət idi,

İndi qan-qan deyir insanları iranlıların?

Dərhəqiqət, pis imiş qanları iranlıların? (1, 185).

Böyük sənətkar xalq kütlələrinə azadlıq əldə etmək və əmin-amanlıqda yaşamaq üçün qəflət yuxusundan ayılmağı, avamlığa, cəhalətə son qoymağı, elmə, fənnə qarşı axirət dünyasını, cənnəti qoyan vaizlərin səslərinə qulaq asmamağı məsləhət görür, fitnələrə uymamağa çağırır. O, xalqı cəhalətdə saxlamaq istəyənlərin dili ilə bu fikri insanlara belə çatdırır:

Yaşamaq istər isək dəhrdə əmniyyət ilə,

Elmə, fənnə, üdəbayə baxalım nifrət ilə,

Uyalım fitnələrə əldəki vəhşiyyət ilə,

Yatalım bəstəri-qəflətdə uzun müddət ilə.

Püxtəlikdən nə yetər, biz hələ xam olmalıyız!

Yaşamaq istər isək, sırf avam olmalıyız! (1, 191).

M.Ə.Sabir çox vaxt xalqa çatdırmaq istədiyi fikri tərsinə söyləyir. Bu üslubda yazılmış şeirlərindən birində şair məzlumları zülmə, haqsızlığa qarşı barışmaz olmağa, ətalətə, səbrə, təvəkkülə son qoymağa, haqqı, hüququ uğrunda mübarizə aparmağa çağırır:

Yetərkən zalimin zülmü sənə, dövri-qəzadan bil!

Çatarkən amirin zəcri, onu seyri-səmadan bil!

Özün öz iczinə bais olurkən, masəvadan bil!

Bu məşumiyyəti biganədən gör, aşinadən bil!

Əzil, pamal ol, axtarma buna bir çarə, səbr eylə!

Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə! (1, 227).

Şair göstərir ki, azadlıq üçün ona ehtiyacı olanların birliyi, mütəşəkkilliyi lazımdır. Millətin başbilənləri ona düzgün yol göstərməli, xalqı səfərbər etməli, öz şəxsi mənfəətlərini ümumun xeyrinə qurban verməlidirlər. Əgər millətin üzvləri bir-birindən uzaqlaşaraq öz mənfəətlərinin qayğısına qalsalar, vay o millətin halına! Sabir bu fikri belə verir:

Arif çalışır ki, millət azad olsun,

Zahid çığırır ki, məscid abad olsun,

Söz boynu qraxmallınındır ki, deyir:

Bir madmazel olsun ki, pərizad olsun! (1, 277).

Əlbəttə, belə bir şəraitdə azadlıq əldə etməyin nə qədər çətin olduğu Sabir üçün aydın idi. Cənubi Azərbaycanda Səttarxanın başçılıq etdiyi kütləvi azadlıq hərəkatını o, bütün varlığı ilə alqışlayır, dünyanı mat qoyduğu və “milliyyətin hörmətü heysiyyətini isbat” etdiyi üçün ona afərinlər söyləyir:

Hali-məczubim görüb, qare, demə divanədir,

Nəreyi-şuridəmi zənn etmə bir əfsanədir,

Şairəm, təbim dəniz, şeri-tərim dürdanədir,

Behcətim, eyşim, sürurim, vəcdim əhraranədir,

İncizabim cürəti-mərdaneyi-mərdanədir,

Afərinim himməti-valayi-Səttarxanədir! (1, 341).

Xalqımızın mütəfəkkir şairi M.Ə.Sabirin azadlıq haqqında fəlsəfi düşüncələri bundan ibarətdir.

1   2   3   4   5   6   7   8   9   ...   31


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə