Azərin 21-i 61-ci İl Dönümü ilə bağlı Güney Azərbaycan İstiqlal Partiyası Qadın Təskilatının




Yüklə 12.2 Kb.
tarix11.03.2016
ölçüsü12.2 Kb.

Azərin 21-i 61-ci İl Dönümü ilə bağlı

Güney Azərbaycan İstiqlal Partiyası Qadın Təskilatının

Bildirişi

1324-cü il Azər ayının 21-i (1945-ci il dekabrın 12-si) günü Güney Azərbaycan xalqının özgürlük, bağımsızlıq eləcə də demokrasiya uğrunda verdiyi 40 illik ağır mübarizənin sonucudur.


1905-ci ildən 1911-ci ilədək Səttar Xan başçilıqında başlayan, 1920-ci ildə Şeyx Məhəmmed Xiyabani ilə davam edən, və zamanın axışinda Mir Cəfər Pişəvəri başçilığıyla bütünlüklə milli qiyama çevrilən uzun mücadələnin sonunda 1324-cü il Azər ayının 21-ində (1945-ci il dekabrın 12-sində) Güney Azərbaycan milli hüküməti quruldu.
Səttar Xanların, Xiyabanilərin, eləcə də yüzlərcə Azərbaycan şəhidinin qanıyla yoğrulan bu uğurlu qurtuluş uzun sürməsə də əldə edilən başarı və uğurlar dünyanın bir çox ölkəsini heyran etdiyi qədər tədirgin də etdi. Bu ölkələri, Güney Azərbaycanda milli hükümtin bir ildə bacardığı siyasi, ekonomik və toplumsal inkişaf, heyranlığa və tədirginliyə salmışdı. Bu ölkələr özləri, Azərbaycanın bir ildə qazandığı bu önəmli işləri neçə il içində bacara bilməmişdilər.
Bu bir il sürəcində ölkədə ilərdən bəri yasaqlanan Azərbayacan türkcəsi hökumətin rəsmi dili elan edilərək eyitim dili (yazıb oxuma dili) halına gətirilib məktəblərdə oxunmaya başlandı. Məntəqədə tayı görülməyən önəmli siyasi, ekonomik, və toplumsal reformların qərarı alınıb ard-arda həyata keçirildi.

Əlde edilən bu uğurlardan faydalanan, ola bilsin, en çox Azərbaycan qadınları olmuşdur. Milli hökumətin qurulması uğrunda (yolunda) ata, qardaş və həyat yoldaşlarıyla çiyin-çiyinə birgə qurtuluş savaşina girən (mübarizə edən) Güney Azərbaycan qadınları tarixdə ilk kəz ses vermə haqqı almışdır. Bununla belə qadınların siyasi, ekonomik və sosial haqları birinci kəz olaraq qanun qarşisında eşit (bərabər) sayılırdı.

Hər dövrdə olduğu kimi bu günlərdə də Azerbaycan qadını bütün gücüyle mübarizə səhnəsində hazır idi. Ancaq bu yol başqa zamanlarla çox fərqli idi. İndi Azərbaycan qadınına geniş yer verilmiş, kişilərlə eşit haqlar tanınmış və çəkdiyi zəhmətlər dəyərləndirilirdi.
Belə bir gəlişməni və bacarğı gözü götürməyən fars faşistlərinin başçısı Məmməd-Rıza Pəhləvi yabancı güclərə söykənərək bir il sonra Azər ayında Güney Azərbaycan torpaqlarını işqal edib minlərcə insanı insanlığa yaraşmayan şivələrlə şəhid edib, minlərcə igidlərimizi tutsaqlara salıb vəhşicəsinə işkəncə edib, minlərcə insanı öz milli torpaqlarından sürgün edib didərgin saldı.
Bu işqalçiliq, qarət və haqqsizlıq 61 ildir surdurulməkdədir.

Fars işqalçılarınnn şüvinisti siyasəti sonuncunda bu gün Güney Azərbaycanin milli və insani haqqlari taptalanib və milli kimliyi yox edilməkdədir.İnsan haqqları çagi adlandirilan bu çagda Güney Azərbaycan toprağlarinda Bir milətin dilin, kültürün milli kimliyin aradan aparmaqla çagimizin ən böyük işlənilməkdədir.

Bu gün fars faşistlərinin bu işqalçılıq, qarət və haqsızlığı 61 ildir sürdürülməkdədir.
Fars işqalçılarının şovinist siyasəti sonuncunda bu gün Güney Azərbaycanın milli və insani haqları taptalanıb və milli kimliyi yox edilməkdədir. İnsan Haqları Çağı adlandırılan bu çagda Güney Azərbaycan torpağlarında bir millətin dilini, kültürünü, milli kimliyini aradan aparmaqla çagimizın, ən böyük SOY QRIMI işlənilməkdədir.

Güney Azərbaycan İstiqlal Partyasının Qadın Təskilatı bu günün şanlı xartirəsini canlı saxlamaqla payımıza düşən milli borcumuzu, yerinə yetirib, Ana Yurdumuz Güney Azərbaycanın İstiqlalı və Millətimizin özgürlüyü yolunda milli mübarizəmizi sonunadək davam etdirəcəyik.


YAŞASIN 21 AZƏRİN ŞANLI XATİRƏSİ

YARANSIN VƏ YAŞASIN GÜNƏY AZƏRBAYCAN DEMOKRATİK CÜMHURİYYƏTİ

Güney Azərbaycan İstiqlal Partisi Qadın Təşkilatı



2006-12-12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə