AZƏrbycan respublikasi təHSİl naziRLİYİ




Yüklə 0.55 Mb.
səhifə1/5
tarix18.04.2016
ölçüsü0.55 Mb.
  1   2   3   4   5

AZƏRBYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

АZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL PROBLEMLƏRİ İNSTİTUTU



2 NÖMRƏLİ BAKI BAZA TİBB KOLLECİ

Subbakalavr hazırlığı üçün

«TİBB BACISININ İŞİ » ixtisası üzrə istehsalat təcrübə

P R O Q R A M I

«040707 – TİBB BACISININ İŞİ»

ixtisası üzrə

Аzərbaycan Рespublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şuranın


« » bölməsinin

« » tarixli

Iclasının qərarı ilə təsdiq edilmişdir

(Protokol N )


Bakı 2011

İzahedici qeyd
Təqdim olunmuş təcrübi proqram Dövlət təhsil standartı minimumları əsasında “Tibb bacısının işi” ixtisası üzrə 2 nömrəli Bakı baza tibb kollecinin мüəllimləri tərəfindən hazırlanmışdır. Proqramda tələbələrə əsas tələblər əks olunmuş, tibb bacısının diaqnostika, müalicə, təcili tibbi yardım, xəstəliyin profilaktikası və pasiyentə qulluq zamanı fəaliyyətinin əsas mərhələləri işlənmişdir. Tələbənin mənimsəməli olduğu bilik və bacarıqların siyahısı verilmiş, əsas klinik fənnlər üzrə (terapiya, cərrahiyyə, pediatriya uşaq infeksiyaları ilə birgə, reanimatologiya) təcrübi hazırlığın attestasiyası üçün təcrübi məsələlər, variantlar işlənmiş, təcrübənın qiymətləndirilmə kriteriyaları açıqlanmışdır. Proqram orta təhsilli tibb işçilərinin professional fəaliyyətinin beynəlxalq standartlarına uyğun hazırlanıb, tibb məktəbləri və kolleclərində təcrübi dərslər üçün təqdim oluna bilər.

İlkin peşə vərdişlərinə yiyələnmək üçün təcrübə “Tibb bacısının işinin əsasları” fənninə yiyələndikdən sonar müalicə-profilaktika müəssisələrinin növbəti bölmələrində keçirilir.

1. Qəbul şöbəsində


  1. Manipulyasiya kabinetində

  2. Palata tibb bacısının postunda

Təcrübə proqramında oxuduğu müddət ərzində ümumi tibbi və humanitar qaydalar kompleks bilik kimi götürülmüşdür.

Təcrübə proqramında vərdişlər elə işlənməlidirlər ki, tibb bacısının fəaliyyəti və onun sənədləşdirilməsi zamanı tələbədə cavabdehlik, səliqəlilik, diqqətlilik, sərbəstlik kimi keyfiyyətlər formalaşdırılmalıdır. Tələbə iş yerində tibbi texnika ilə tanış olur və təhlükəsizlik qaydalarına riayət etməyi öyrənir, tibbi personalın infeksiya təhlükəsizliyini, hər bir müalicə müəssisəsinin funksional quruluşunu və tibb işçisinin əmək fəaliyyətini öyrənir.

Müalicə-profilaktika müəssisələrində təcrübəyə təcrübəli tibb bacısı, böyük tibb bacısı, post və manipulyasion tibb bacısı başçılıq edir. Təcrübənin sonunda məsləhət olunur ki, attestasiya məqbul və seminar konfrans şəklində keçirilsin.


Təcrübə keçdiyi vaxt tələbələrin tədris

təhqiqat işləri üzrə mövzuları


  1. “Tibb bacısının fəaliyyətində xəstə bir şəxsiyyət kimi”.

  2. “Tibb bacısının işində pedaqogika”.

  3. “Xəstənin özünə qulluq qaydalarının tibb bacısı tərəfindən öyrədilməsi”.

  4. “Xəstədə həyatındakı dəyişikliklərə, xəstəliyə qalib gəlmək ümidi aşılamaq”.

  5. “Tibb bacısının işində, xarici görünüş mədəni səviyyəni səciyyələndirən faktor kimi”.

  6. “Tibb bacısının fəaliyyətində psixoloji xüsusiyyətlər”.

  7. “Müasir dezinfeksiya və sterilizasiya üsulları”.

  8. “Xəstələr üçün müalicə-qoruyucu rejimin mahiyyəti”.

  9. “Şəkərli diabetdən əziyyət çekən xəstələri insulin terapiyasına uyğunlaşdırma xüsusiyyətləri”.

  10. “Postinyeksion ağırlaşmaların profilaktikası”.

  11. “Müxtəlif yaş qruplarından olan xəstələrə qulluq xüsusiyyətləri”.

  12. “Xəstənin laborator – instrumental müayinəyə hazırlanması”.

  13. “Uzunmüddət yataq rejimində olan xəstələrin hemodinamik göstəricilərinin analizi”.

  14. “Təcrübi səviyyədə tibb bacısının işinin istiqamətləndirilməsi”.

*Tibb bacısının işi ixtisası üzrə istehsalat təcrübəsi tədris kursu ərzində 3 dəfə keçirilir.

1. Xəstəyə ümumi qulluq və tibbi texnıkanın təhlükəsizliyini mənimsəmək üzrə istehsalat təcrübəsi I kurs II semestrin sonunda keçirilir.

2. İxtisaslaşmiş peşə yönümlü istehsalat təcrübəsi II kurs IV semestrin sonunda müalicə - profilaktika müəssisələrində keçirilir.

3. Diplomqabağı istehsalat təcrübəsi III kurs V semestrin sonunda, tədris kursu tamamilə qurtardıqdan sonra keçirilir.
Hazırkı proqram bölünür.

1. Təcrübənin məqsədi və vəzifələri.

2. Vaxt bölgüsünün təxmini qrafiki.

3. Lazımi biliklərin və vərdişlərin mündəricatı, hər bir işin məzmunu.

4.Tələbələrin işinə cavabdehlik və nəzarət etmək.

Təcrübə proqramlarinin məzmunu
Təcrübə proqramının məzmunu ümumtibbi və humanitar vərdişlərin öyrənilməsi gedişində alınmış biliklərin kompleks istifadəsinə yönəlmişdir.

Təcrübə proqramına sənədləşdirilmənin və tibb bacısının işinin yerinə yetirilməsinə görə bacarıqların işlənməsi də salınmışdır ki, bu da tələbələrdə cavabdehlik, intizamlılıq, səliqəlilik, diqqətlilik, sərbəstlik kimi keyfiyyətlərin daha effektiv formalaşmasına kömək edir. Xəstələrə qulluğun təşkilinin sistem şəklində istifadə edilməsi tələbələrə imkan verir ki, zəruri manipulyasiyaları daha dərk olunmuş şəkildə yerinə yetirsin, ünsiyyət bacarığını təmin etsin və gələcək klinik vərdişlərin öyrənilməsinə hazırlaşsın. Tələbə təcrübə keçdiyi zaman iş yerində texniki təhlükəsizlik qaydalarını bilməli və riayət etməlidir, xəstələrin və personalın infeksion təhlükəsizliyini təmin etməlidir, müalicə müəssisəsinin hər bir funksional bölməsinin quruluşunu və tibb personalının fəaliyyətinin məzmununu bilməlidir.

Hal-hazırkı proqramın həcmi və məzmunu “Tibb bacısının işi” ixtisası üzrə Dövlət təhsil standartının tələbələrinə cavab verir.

Müalicə-profilaktika müəssisələrində təcrübəyə rəhbərlik təcrübəli tibb bacılarına tapşırılır: baş tibb bacısı, böyük, post və prosedura tibb bacısı.

Metodik rəhbərliyi tibb təhsil müəssisəsinin müəllimləri yerinə yetirir.

Təcrübənin sonunda məqbul və ya konfrans şəklində istehsalat təcrübəsi attestasiyası keçirilməsi məsləhət görülür.

Hal-hazırkı proqrama daxildir:



Təcrübənin məqsəd və vəzifələri
Məqsəd:

Stasionar şəraitində xəstələrə qulluq üzrə bacarığın və ilkin vərdişlərin formalaşdırılması.


Vəzifələri:

  • tibb bacısının işinin əsasları üzrə nəzəri və təcrübi dərslərdə alınmış biliklərin sistemləşdirilməsi, dərinləşdirilməsi və möhkəmləndirilməsi

  • təcrübə proqramının tələblərinə uyğun olaraq stasionar şəraitdə bacarıqların işlənməsi

  • sərbəst əmək fəaliyyətinə hazırlaşdırılması

  • əmək intizamını və professional (və ya peşə) cavabdehliyi tərbiyə etmək

  • xəstələrlə işləyən zaman etik prinsipləri gözləmək

  • ünsiyyət və ya əlaqə bacarıqlarını formalaşdırmaq və təkmilləşdirmək


Vaxt bölgüsünün nümunəvi cədvəli


N

Təcrübə keçirilən şöbənin adı

Günlərin sayı

Saatlarin miqdarı

1

Qəbul şöbəsində

4

24

2

Palata tibb bacısının postunda

10

60

3

Manipulyasiya kabinetində

5

30

4

Prosedura kabinetində iş

5

30




Cəmi:

24

144

Tələbələrin işinin ən yaxşı təşkili məqsədi ilə təcrübə rəhbərinin metodik rəhbərlə birlikdə “sürüşən” cədvəl tərtib etmələri məqsədə uyğundur ki, bu da zəruri praktik işlərin (və ya bacarıqların) tam həcmdə mənimsənilmələrinə imkan verir.
Tələbələrin işi üzrə nəzarət və hesabat

Tələbələrin iş qrafikinə və təcrübə proqramının yerinə yetirilməsinə nəzarəti həyata keçirir: təhsil müəssisəsindən metodik rəhbər və bilavasitə təcrübə rəhbəri, müalicə-profilaktika müəssisəsinin nümayəndəsi.

Təcrübədə olduqları dövrdə tələbələr sanitar-epidemiya əleyhinə rejimə və texniki təhlükəsizliyə ciddi əməl etməli və müalicə profilaktika müəssisəsinin daxili əmək intizam qanunlarına tabe olmalıdır.

Şöbələrdə iş vaxtı tələbələr təcrübə gündəliyi, xəstəyə dinamik nəzarət vərəqi ilə birlikdə tibb bacısı xəstəlik tarixi gəzdirməlidirlər. Gündəliklərin tutulmasına hər gün qiymət verərək təcrübə rəhbəri nəzarət edir, bu da öz növbəsində təcrübənin keyfiyyətinə nəzarət etməyə imkan verir.

Təcrübənin sonunda bilavasitə rəhbərlə metodik rəhbər birlikdə hər bir tələbə üçün xasiyyətnamə tərtib edirlər ki, burada onun müalicə profilaktika müəssisəsində işinin nəticələri əks olunur, bu da istehsalat təcrübəsi attestasiyası aparılan zaman nəzərə alınır.

Attestasiyada iştirak etmək üçün tələbə metodik təcrübə rəhbərindən attestasiya komissiyasına aşağıdakı sənədləri təqdim etməlidir:

- təcrübə üzrə gündəlik

- tibb bacısının fəaliyyət kartası

- xasiyyətnamə

- təcrübə keçməsi haqqında hesabat

- yerinə yetirilmiş manipulyasiyalar haqqında rəqəmli məqbul.

Təcrübə proqraminin məzmunu
Qəbul şöbəsində:

Qəbul şöbəsi tibb bacısının nəzarəti altında tələbələr xəstələri qəbul etməli, subyektiv və obyektiv müayinələr aparmalı, labüd və təcili hospitallaşma məsələsini həll etməli, nəql edilmə və sanitar işlənmə növünü müəyyən etməlidirlər.


Tələbə bilməlidir:

  • qəbul şöbəsinin quruluşu və funksiyasını

  • qəbul şöbəsində tibb bacısının fəaliyyətinin məzmununu

  • qəbul şöbəsinin tibbi sənədlərini


Tələbə bacarmalıdır:

  • xəstənin hissəvi və tam sanitar işləməsini yerinə yetirməyi

  • bitliliyin aşkar olunması məqsədi ilə xəstəyə baxışın keçirilməsini, müvafiq epidemiya əleyhinə tədbirlərin təşkilini, bitlilik əleyhinə daramadan istifadə etməyi

  • “stasionar xəstəsinin tibbi kartı” titul vərəqini tərtib etməyi

  • stasionardan çıxma kartını tərtib etməyi

  • xəstələrin qəbulu və qospitalizasiyadan imtinası haqda hesablama jurnalında qeydiyyat aparmağı

  • antropometriyani aparmağı

  • xəstəni müalicə şöbəsinə nəql etməyi.


Terapiya şöbəsində
Tələbə bilməlidir:

- tibbi personalın geyiminə və şəxsi gigiyenasına tələbi



  • əlləri yumaq dərəcəsini (səviyyəsini)

  • müalicə-mühafizə rejiminin mahiyyəti və onun xəstə üçün əhəmiyyətini

  • yataq xəstəsinin yataqda vəziyyətinin dəyişdirilməsini

  • müxtəlif yaşlı xəstələrin bədbəxt hadisələr vaxtı baş verə biləcək risk faktorlarını

  • xəstələrin travmaya məruz qalmasını azaltmaq üsullarını

  • tibb bacısının işində risk faktorları (fiziki, kimyəvi, bioloji, psixoloji)

  • müalicə-profilaktika müəssisəsinin şöbələrinə dərman maddələrinin yazılma və alınma qaydalarını

  • narkotik, güclü təsirli, az tapılan və bahalı dərmanların siyahiya alınma və saxlanma qaydalarını

  • gigiyenik qulluq prinsiplərini

  • yataq yaralarının əmələ gəlməsinin risk faktorlarını

  • isitqacların, buz qovuğunun, xardalların istifadəsini və bankaların qoyulmasını

  • soyuq, isti, isidici kompresslərin qoyulmasını

  • temperaturun qoltuqaltı nahiyyədə ölçülməsi və nəticəsinin qeyd olunmasını

  • termometrlərin dezinfeksiyasını və onların düzgün saxlanılmasını

  • temperaturun nəticələrindən asılı olaraq xəstəyə kömək göstərməyi

  • tələbata uyğun pay tərtib etməyi

  • ağır xəstələrin qaşıqla yedizdirilməsini

  • təmizləyici, sifon, yağ və dərman imaləsini qoymağı

  • qazçıxarıcı borunun qayulmasını

  • sidik kisəsinin yumşaq kateterlə kateterizasiyasını aparmağı

  • daimi kateteri olan xəstələrə qulluq göstərməyi

  • rektal şamların qoyulmasını yerinə yetirməyi

  • qusma zamanı yardımın göstərilməsini

  • huşunu itirməyən xəstənin mədəsinin yuyulmasını

  • mədənin yuyuntusunun müayinə üçün götürülməsini

  • təyinat vərəqi ilə işləməyi

  • laborator və instrumental müayinə üçün göndərişlərin yazılmasını

  • biokimyəvi müayinə üçün venadan qanın götürülməsini

  • bakterioloji və ümumi analiz üçün bəlğəmin götürülməsini

  • sidiyin ümumi analizi üçün, Neçiporenkoya, Zimnitskiyə, şəkərə, diastazaya görə və bakterioloji müayinə üçün götürülməsini

  • dərman maddələrinin enteral qəbul üçün paylanmasını

  • müxtəlif dərman maddələrinin qəbul qaydalarının xəstələrə öyrədilməsini

  • məlhəmlərin, toz şəklindəki dərman maddələrinin, plastrların, məhlulların və cövhərlərin qəbulunu

  • gözə, qulağa və buruna damcıların sürtülməsi

  • burundan və ağızdan inhalyasion üsulla dərman maddələrinin qəbulunu

  • xəstənin yatağının hazırlanmasını

  • yataq yaralarının profilaktikası üçün tədbirlərin görülməsini

  • evdə yataq yaralarının profilaktikası üçün qohumların öyrədilməsini

  • yataq yaraları əmələ gəldiyi zaman dərinin işlənməsini

  • yataq və alt paltarlarının dəyişdirilməsini

  • səhər tualeti (yuyunma, gözlərə, qulağa, buruna, qulluq, ağızın təmizlənməsi) zamanı xəstələrə kömək göstərməyi

  • dəriyə, saçlara və dırnaqlara qulluq etməyi

  • xarici cinsiyyət orqanlarına qulluğu yerinə yetirməyi

  • nəcis və sidik saxlaya bilməmək zamanı yardım göstərməyi

  • nəcisin gizli qana, qurd yumurtalarına görə, koproloji və bakterioloji müayinə üçün götürülməsini

  • bioloji materialın laboratoriyaya nəql edilməsini

  • xəstələrin sidikçıxarıcı və həzm sisteminin rentgenoloji, endoskopik müayinələrə hazırlanmasını

  • xəstələri USM-nə hazırlamağı

  • tənəffüsün tezliyini, A/T- i, nəbzi qiymətləndirməyi və temperaturu qeyd etməyi

  • tibb bacısının işinin etaplarını və onların sənədləşməsinin qeydiyyatını həyata keçirməyi


Manipulyasiya otağinda
Tələbə bilməlidir:

  • manipulyasiya otağının sənədlərini və təchizatını

  • manipulyasiya otağı tibb bacısının vəzifələrini

  • tibbi alətlərin işlənməsinin mərhələlərini: dezinfeksiya, sterilizasiyaönü təmizləmə, sterilizasiyanın metod, vasitə və rejimini, sterilizasiyanın keyfiyyətinə nəzarətin növlərini

  • İCO işinin məqsədi, vəzifələri və prinsiplərini

  • infeksion təhlükəsizliyə riayət etmə prinsiplərini


Tələbə bacarmalıdır:

- fəaliyyətdə müdafiə geyimlərindən (xalat, maska, önlük, eynək və əlcək) istifadə etməyi



  • manipulyasiyadan əvvəl və sonra əllərin işlənməsini

  • bioloji mayelərlə işləyən zaman təhlükəsizlik texnikasına riayət etmək

  • bioloji mayelərlə təmas zamanı əllərin və selikli qişaların işlənməsi

  • istifadə olunmuş birdəfəlik tibbi alətlərin dezinfeksiya və sterilizasiyasını həyata keçirməyi

  • yuyucu məhlullar hazırlamağı

  • tibbi təyinatlı əşyaların sterilizasiyaönü təmizlənməsini yerinə yetirməyi

  • sterilizasiyaönü təmizləmənin keyfiyyətinə nəzarəti həyata keçirməyi

  • steril biksdən istifadə etməyi

  • steril stoldan və kraftpaketdən şprislərin yığılmasını

  • birdəfəlik şprislərin istifadəyə hazırlanmasını

  • dərman maddələrinin inyeksiya üçün hazırlanmasını

  • dərman maddələrinin ampula və flakonlardan yığılmasını

  • dəriiçi, dərialtı və əzələdaxili inyeksiyaların yerinə yetirilməsini

  • damci üsulu üçün sistemin doldurulmasını

  • dərman maddələri yeridilən zaman xəstənin vəziyyətinə nəzarəti həyata keçirməyi


Təcrübi işinə görə qiymətlənmənin dərəcəsi
1. Nəzəri hazırlıq

2. Təcrübə proqramı həcmində praktik qabiliyyətlərə yiyələnmək

3. Görülən işlərə maraq və aktivlik

4. Etikaya riayət etmək

5. Əlaqə bacarığı

6. Xarici görünüşünə görə irəli sürülən bütün tələblərə riayət etmək

7. İş cədvəlinə və daxili nizam qaydalarına riayət etmək.
Təcrübənin sonunda yekun qiyməti təcrübi işin qiymətləndirilməsinə, gündəliyin qiymətləndirilməsinə, attestasiyanın qiymətləndirilməsinə əsasən çıxarılır və qiymət kitabçasında yazılır.

2 NÖMRƏLİ BAKI BAZA TİBB KOLLECİ

Subbakalavr hazırlığı üçün

«Tibb bacisinin işi » ixtisası üzrə ixtisasyönümlü

istehsalat təcrübə


P R O Q R A M I

«040707 – TIBB BACISININ İŞİ»

ixtisası üzrə

  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə