AZƏrbaycanşÜnasliğin aktual problemləRİ Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci




Yüklə 7.97 Mb.
səhifə9/62
tarix22.02.2016
ölçüsü7.97 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   62

ЛИТЕРАТУРA

  1. Абасова Э., Мамедов Н. Мугамы и азербайджанский симфонизм (макомы, мугамы и современное композиторское творчество). Международная научно-теоретическая конференция. Ташкент, 1978, 10 – 14 июля, 257 с.

  2. Ялийева С. Бястякарын уьурлары: Севда Ибращимова щаггында.// «Гобустан» jurnalı, №4, 1985, с. 65-66.

  3. Браудо И. Об органной и клавирной музыке. Л.: Музыка, 1976, 150 с.

  4. Мазель Л. Вопросы анализа музыки. М.: Советский композитор, 1978, 350 с.

  5. Цуккерман В. Анализ музыкальных произведений. Вариационная форма. Учебник для музыкальных вузов. М.: Музыка, 1974, 244 с.


SUMMARY

The Sevda Ibrahimova`s poem «İthaf» for organ is among the best achievements of the Azerbaijani organ music created over the past years. The idea of the poem, lyrical in its dramatic conception, defined an original interpretation of this one-part composition. It is a remarkable example of the relationship and transformation of motives, by which achieved a rare unity of the whole. Sincerely express feelings, constructive idea, delicate artistry in the selection of tonal works of solutions (involving vocal duet soprano and baritone), the logic of the whole composition - all this determines the aesthetic qualities of the poem «İthaf» for organ S. Ibragimova.




XÜLASƏ

S.İbrahimovanın orqan üçün «İthaf» poeması azerbaycan orqan musiqisinin son illərdə yaradılmış ən gözəl nailiyyətlərdən biridir. Poemanın öz dramaturji konsepsiyasına görə lirik olan əsas ideyası birhissəli kompazisiyanın özünəməxsus şərhini müəyyənləşdirir. Bu şərh, nadir tam birliyin əldə edilməsinə kömək edən motivlərin dəyişmə qarşılıqlı əlaqəsini nümayiş etdirən gözəl nümunədir. İfadə olunan hissələr səmimiliyi, niyyətin dolğunluğu və əsərin tembr həllinin seçimindəki zərif artistizm (soprano və bariton vokal duetinin cəlb olumnası), tam kompozisiya məntiqi – bütün bunlar poemanın estetik məziyyətlərini təmin edir.



Babayeva Məryəm
RƏŞİD BEHBUDOVUN AZƏRBAYCAN

MUSİQİ MƏDƏNIIYƏTİNDƏ ROLU
Rəşid Behbudov Azərbaycan musiqi mədəniyyətinin parlaq simalarındandır. Rəşid Behbudovun bənzərsiz mahnı ifaçılığı üslubu, səhnə və ekran obrazları, təşkilatçısı və bədii rəhbəri olduğu Mahnı Teatrı – bütün bunların hər biri böyük sənətkarın yaradıcı­lığı­nın şaxələri olmaqla, həm də milli musiqi ifaçılığı sənətində açdığı yeni yolun başlanğıcıdır.

Rəşid Behbudovun yaradıcılıq simasını səciyyələndirərkən, ilk növbədə, onun repertuarını, ifaçılıq üslubunun xüsusiyyətlərini, fəaliyyət sahələrini xarak­terizə etmək lazımdır. Bu baxımdan R.Behbudovun yaradıcılığında Azərbaycan və dünya xalqlarının mahnılarının ifası, bəstəkarların mahnı və romansları, klassik opera ariya və ariozoları qeyd olunmalıdır. Zəngin repertuar seçimi, əsərlərin janrından və həcmindən asılı olmayaraq, təfsir xüsusiy­yətlərinə eyni ciddiliklə yanaşma R.Behbudovun sənətkarlığını xarakterizə edən cəhətlərdir.

Eyni zamanda, R.Behbudovu müğənni kimi tanıdan və sevdirən onun zəngin tembrli səsi və ifaçılığıdır. Buna görə də R.Behbudovun məhz səs tembrinin öyrənilməsi, onun ifaçılıq xüsusiyyətlərinin araşdırılması, milli və klassik ənənə­lər baxımın­dan əsaslandırılması da həlli vacib məsələlərdən olub, tədqiqat obyekti kimi aktuallıq kəsb edir.

R.Behbudova həsr olunmuş elmi və publisistik yazılarda müğənninin yaradı­cılıq portreti nə qədər dərindən işlənilsə də onun ifaçılıq üslubunun xüsusiyyətləri elmi əsaslara söykənərək, hələ tam dərinliyi ilə açılmamışdır. Bizə elə gəlir ki, musiqişünaslıqda bu boşluğun aradan qaldırılmasına böyük ehtiyac vardır. Məhz bu səbəbdən biz bu mövzuya müraciət etmişik.

R.Behbudovun bir müğənni kimi sənətinin qaynaqları dərin və çox şaxəlidir: bir tərəfdən, o, Azərbaycan xanəndəlik sənətinin, bilavasitə Qarabağın musiqi ənənə­ləri ilə sıx bağlıdır. Onun atası Məcid Behbudov Qarabağ xanəndəlik məktəbinin parlaq nümayəndələrindən biri, muğam və xalq mahnılarının gözəl ifaçısı, gözəl pedaqoji istedada malik ziyalı bir insan olmuşdur. Məhz atasının rəhbərliyi altında Rəşid Behbudov əsil sənətkarlıq məktəbi keçmişdir. Bu da onun öz yaradıcılığında zəngin xalq mahnı irsinə müraciət edərək, onların özünəməxsus tərzdə ifaçılıq təfsirini yaratması üçün bir özül olmuşdur.

R.Behbudovun ifaçılıq üslubu italyan vokal məktəbinin səciy­yəvi üslub xüsusiyyətlərini özündə ehtiva edir. Rəşid Behbudovun ifaçılığı vokal üslubun əsaslarına dayaqlanır. Belə ki, o, dövrünün görkəmli müğənnilərindən – D.Andquladze və başqalarından vokal dərsləri almış, opera səhnəsində təcrübə keçmiş, vokal ifaçılığının sirlərini dərindən mənimsəmişdir. Bütün bunlar onun ifaçılıq üslubunda qeyri-adi bir vəhdətdə təmsil olunmuş, onun yaradıcı­lığının şaxələrində öz əksini tapmışdır.

R.Behbudovun zəngin çalarlı səs tembri öz keyfiyyətinə görə baritonal tenordur. Həm elmi ədəbiyyatda, həm də dövrü mətbuat səhifələrində çıxan məqalələrdə Rəşid Behbudovun səs tembri lirik tenor kimi göstərilir. Lakin onun oxuduğu musiqi nümunələrinin təhlili, səs yazılarının öyrənilməsi sübut edir ki, onun səs tembri özündə tenor və bariton səslərinin xüsusiyyətlərini birləşdirirdi. Onun səs diapazonunun həm tenor, həm də bariton səslərinə məxsus çərçivəni əhatə etməsi də bunu deməyə əsas verir.

Rəşid Behbudov musiqi mədəniyyəti tarixinə geniş yaradıcılıq ampluasına malik sənətkar kimi daxil olmuşdur. Rəşid Behbudov yaradıcılıq sahələrinin, ifaçılıq xüsusiyyətlərinin araşdırılması onu aktyorluq istedadına malik müğənni kimi səciyyələndirməyə imkan verir. Rəşid Behbudovun yaradıcılıq üslubunda bu iki istedadın qar­şılıqlı əlaqələndirilməsi, onun tükənməz yaradıcılıq fantaziyası ilə qovuşdurularaq, qeyri-adi bir sənətkarlıq nümunələrinin üzə çıxmasına səbəb olurdu.

R.Behbudovun yaradıcılıq simasında müğənni və aktyorluq istedadı vəhdət təşkil edir. Bu da onun ifaçılıq üslubunun əsas keyfiyyətlərindən biridir. Müğənni R.Behbudov aktyor R.Behbudov anlayışından ayrılmazdır. Onun bütün yara­dıcılığı boyu bu keyfiy­yətlər yanaşı inkişaf etmiş və bu vəhdətdən təkrarolunmaz musiqili səhnə və kino obrazları meydana gəlmişdir.

R.Behbudovun istər solo, istərsə də ansamblın əhatəsində (səhnə əsərlərində və ya konsertlərdə) ifa etdiyi musiqi əsərlərində müğənnilik və aktyorluq qabiliyyəti üzvi surətdə qovuşmuş şəkildə üzə çıxırdı ki, bunun da kökləri bir tərəfdən, xalq ifaçılığı sənəti ilə, digər tərəfdən, vokal və estrada üslubunun əsaslarını dərindən və yaradıcı şəkildə mənimsəməsi ilə bağlı idi. Bu da onun axtarış­larının nəticəsi kimi Mahnı Teatrının fəaliyyətində öz real təcəs­sümünü tapdı.

R.Behbudovun yaradıcılığı geniş və zəngin olmuşdur. Onun repertuarı sənətdə ilk addımlarından xüsusi zövqlə tərtib olunurdu, proqram məntiqlə düşünülürdü. Onun repertuarının əsasını opera ariyaları, dünya xalqlarının mahnı­ları, estrada mahnıları, klassik romanslar, xalq mahnıları təşkil edirdi.

R.Behbudovun repertuarındakı mahnılar janr xüsusiyyətlərinə görə müx­təlif­dir: lirik, vals, marş, məzəli mahnı janrları, əmək mahnıları, mərasim mahnıları, romanslar, xalq mahnıları, ariyalar, ariozolar, dünya xalqlarının mahnı­ları.

Rəşid Behbudovun səsyazıları onun ifaçılıq sferalarının fərqli xüsusiy­yət­lərini üzə çıxarmağa imkan verir. Qeyd etmək lazımdır ki, əgər xalq və bəstəkar mahnılarının ifası zamanı Rəşid Behbudovun səsində muğamdan gələn intonasiya sərbəstliyi və axıcılıq özünü göstərirsə, opera partiyalarının ifasında akademik belkanto üslubu önə çıxır. Lakin bu zaman da Rəşid Behbudovun özünəməxsus aktyorluq istedadı onun ifaçılıq tərzinə də sirayət edərək, yaratdığı obrazlara canlı həyati cizgilər aşılayır.

R.Behbudovun ifaçılıq üslubunun əsas istiqamətlərindən biri xalq mahnı ifaçılığıdır.

Xalq mahnıları əsrlər boyu mövcud olub, nəsildən-nəslə ötürülərək yaşadılır. Xalq mahnılarının toxunulmaz gözəl bir abidə kimi təsəvvürlərdə yaşaması, həqiqətən də onlar bizim tarixi yaddaşımızın dəyişməz təcəssümü olduğunu sübut edir. R.Behbudovun ifasında bu xalq mahnıları dövrlə bir ahəngdə səslənməyə başlamış, zamanın tələblərinə cavab verən musiqi irsinin zəngin inciləri kimi insanların zövqünü oxşamış, gözəllik hissi aşılamışdır. Onlar təkcə azərbaycanlıları deyil, müasirlərimizi, bütün dünyanı valeh etmişdir.

Müğənninin xalq mahnılarına müraciəti, qədim xalq mahnılarını yeni təfsirdə həyata qaytarması, estrada səhnəsinə çıxarması, təkcə azərbaycanlıların deyil, bütün dünya xalqlarına təqdim etməsi musiqi ifaçılığında, xüsusilə estrada sənətində yeni bir istiqamət yaratmışdır. R.Behbudovun xalq mahnı ifaçılığının əsas cəhətləri sadə və səmimi ifadə tərzi, xalq dilinə maksimal yaxınlıq, xalq ifaçılığından gələn cəhətlərin kamera-vokal ifa tərzi ilə qovuşdurulmasından ibarətdir.

R.Behbudovun opera ifaçılığı üslubu öz əksini musiqili-səhnə əsərlərində yaratdığı obrazlarda: Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının ekran versiyasında Əsgər rolunda və Fikrət Əmirovun “Sevil” operasında Balaş rolunda tapır. Bu sahəyə, həmçinin, ayrı-ayrı opera ariyalarının və romansların ifasını da aid edirik.

Müğənninin opera ifaçılığı üslubu qabarıq hiss olunan akademik tərzli olub, estrada ifaçılığından məhdud çərçivəsi ilə fərqlənir. Müğənni opera və operetta ariyalarının ifasında sərbəstliyə yol verməyərək, səsini bir növ qapalı çərçivəyə salır, muğam avazları üzərində gəzişmələrdən, zəngulələrdən çəkinir. Bu sahədə qüsursuz təmiz belkanto üslubu üstünlük təşkil edir. Bədii ifadə tərzində təbiidir ki, müğənninin dəst-xəttinə, ifaçılıq manerasında xas olan sərbəstlik, səmimilik, təbiilik özünü göstərir. vokalın musiqili nitqə çevirən cəhətlər özünü qabarıq büruzə verir.

Rəşid Behbudov bir müğənni kimi kamera-vokal ifaçılığa üstünlük vermişdir. Bununla belə, onun opera ifaçılığı ilə kamera-vokal ifaçılıq üslubunu müqayisə etsək, onlar arasındakı fərqli cəhətləri müşahidə edə bilərik. Bu, xüsusilə obrazların ən incə detallarla işlənilməsində, əhval-ruhiyyənin yaradıl­masında özünü büruzə verir. Opera üslubunun cizgiləri kamera-vokal əsərlərin təfsirində də özünü göstərsə də, burada ciddi akademizm daha çox öz yerini səmimi etiraf ifadə edən oxuma tərzinə verir.

Eyni zamanda, kamera-vokal əsərlərin ifası zamanı milli intonasiyalara yer verilməsi özünü qabarıq göstərir ki, bu xüsusiyyət onun estrada mahnı ifaçılığına xasdır. Kamera-vokal sahədə o, obrazların detallarının işlənilməsinə, ən xırda, incə çalarların yerində istifadə olunmasına çalışır.

R.Behbudovun bəstəkar mahnılarının ifaçılıq üslubundan danışarkən, qeyd etmək lazımdır ki, o, ifa etdiyi əsərlərdə - mahnı, romans və s. yüksək bədii ustalıqla və qeyri-adi dəqiqliklə məna vurğularını qabardır, müəllif düşüncəsinin dərin qatlarını aça bilir və yaratdığı obrazı canlandırmağı, görümlü etməyi bacarırdı. Onun ifa edərək yaratdığı hər bir mahnı əsil sənət incisinə çevrilirdi.

Rəşid Behbudovun bəstəkarlarla yaradıcılıq əlaqələri çoxcəhətli olmuşdur. Bəstəkar mahnılarının estrada səhnəsinə çıxarılması, musiqili filmlərin yaranması, ekranlarda göstərilməsi, qrammofon vallarına, kompakt disklərə, video lentlərə yazılması, onların dünya miqyasında təbliği və s. bu qəbildəndir.

R.Behbudov ifa etdiyi hər bir əsəri öz yaradıcılıq süzgəcindən keçirərək, onu öz ifaçılıq üslubuna uyğunlaşdırırdı. Daim axtarışda olan müğənni istər bəstəkar əsərlərinə müraciət edərkən, istərsə də yaddaş vasitəsilə şifahi ənənəli musiqi nümunələrini, eləcə də digər xalqların musiqisini mənimsəyərkən, onun daxili ruhunu və sətiraltı mənasını tapmağa çalışır və üzə çıxardığı cizgiləri səs imkanları, diksiyası, mimikası, hərəkətləri, səhnə davranışı vasitəsilə dinləyiciyə çatdırmağa nail olurdu. Beləliklə də onun ifa etdiyi müxtəlif janrlı vokal əsərlərin məzmunu, mənası, mahiyyəti, dramaturji inkişaf xətti aydın şəkildə özünü büruzə verirdi.

R.Behbudovun ifaçılıq üslubunda milli və ümumbəşəri xüsusiyyətlər bir vəhdət təşkil edirdi. Bu vəhdətdə millilik daha önəmli yer tuturdu. Belə ki, müğənninin ifaçılığında məhz milli xüsusiyyətlər daxildən gələn fəhmlə, dərin soy-kökümüzə mentalitetimizə söykənərək, üzə çıxırdı. Bu da onun dəst-xəttinin üzvi xüsusiyyəti kimi müraciət etdiyi hər bir əsərdə (üslubundan, janrından və dilindən asılı olmayaraq) özünü büruzə verirdi. O, özünün dərin milli ifa tərzini beynəlmiləl dinləyici auditoriyasına çatdırmağı bacarırdı. Bu halda da milli xüsusiyyətlər ümumbəşəri mahiyyət kəsb edirdi.

R.Behbudovun ifaçılıq üslubu, ilk növbədə, milli ənənələrə dayaqlanır. Onun ifa etdiyi bütün əsərlərdə - Azərbaycan bəstəkar­larının mahnı və romans­larında, dünya xalqlarının mahnılarında, səhnə və kino yaradıcılığında xalq mahnısının daxi­lin­dəki arxetip, əsrlərin dərinliyindən gələn və bizim şüurumuzda kodlaşdırılmış informasiya özünü büruzə verir. Bu da milli ənənələrin təzahürü kimi, R.Behbudovun yaradıcılığı timsalında onların nəsildən-nəslə ötürülməsinə yol açır. Beləliklə, R.Behbudov varisi və daşıyıcısı olduğu milli ənənələrin yeni şəkildə özündən sonrakı nəsillərə ötürülməsini həyata keçirmiş olur.

Beləliklə, Rəşid Behbudovun ifaçılığı milli mənbələrlə yanaşı, klassik vokal üslubun əsaslarına və müasir estrada janrının xüsusiyyətlərinə dayaqlanır. Bütün bunlar onun ifaçılıq üslubunda qeyri-adi bir vəhdətdə təmsil olunmuşdur.

Onu da deyək ki, Rəşid Behbudovun ifaçılıq üslubunun xüsu­siy­yətləri bir-birilə qarşılıqlı əlaqədə və təmasda olaraq, R.Behbudovun bənzərsiz yaradıcılıq dəst-xəttini əmələ gətirir. Bu yaradıcılıq sahələrini ayrı-ayrılıqda xarakterizə etməkdə məqsədi­miz yalnız bir qədər sistemləşdirmə apararaq, tədqiqatımızı müəy­yən məcraya yönəltməkdən ibarətdir. Əlbəttə ki, bütün bu xüsusiy­yətləri şərh etmək üçün R.Behbudovun irsinə dönə-dönə müraciət etmək, onun ifaçılıq təfsirinin xüsusiyyətlərini açmaq vacibdir.

Digər tərəfdən, R.Behbudovun yaradıcılığında küll halında üzə çıxan bütün bu ifaçılıq xüsusiyyətləri ondan sonra digər müğənnilər tərəfindən mənimsənilərək, genişləndirilmiş və inkişaf etdirilmişdir. Bu gün ifaçılıq metodikasından bəhs edərkən, Rəşid Behbudovun adı xüsusi qeyd olunmalı, onun ifaçılıq ənənələri dərindən öyrənilməlidir. Yalnız bu yolla biz həm Rəşid Behbudov sənətini dərindən dərk edib, musiqimizin üfüqlərini genişləndirə bilərik.

Rəşid Behbudovun yaradıcılıq ənənələri, onun ifaçılıq xüsusiyyətləri ondan sonra digər müğənnilər tərəfindən mənim­sə­nilərək, genişləndirilmiş və inkişaf etdirilmişdir. Bu gün də Azərbaycan musiqisində Rəşid Behbudovun davamçıları yetişir.
ƏDƏBİYYAT


  1. Анар Весенний голос. / В сб. «Гордость азербайджанского народа». Баку, Шарг-Гарб, 1996, с. 59

  2. Эфендиева И. Гордость азербайджанского народа. / В сб. «Гордость азербайджанского народа». Баку, Шарг-Гарб, 1996, с. 6

  3. Səni tərənnüm edirəm doğma Azerbaycaım! Rəşid Behbudov. “Azerbaijan-İrs” jurnalı. № 8, 2001

  4. Şahverdiyev K. Rəşid Behbudov fenomeni. “Musiqi dünyası” jurnalı, № 2 (3), 2000. s. 14-24


РЕЗЮМЕ
Статья Марьям Бабаевой «Роль Рашида Бейбутова в развитии Азербайджанской музыкальной культуры» посвящена изучения самобытного и оригинального стиля выдающегося певца. Проанализировав музыкальное наследие Р.Бейбутова, автор выявляет направления для исследования творческого стиля певца и систематизирует их как народный, оперный и эстрадный стили, которые тесно взаимосвязаны, а также рассматриваются особенности интерпретации вокальных произведений разный жанров.


SUMMARY
Maryam Babayeva’s article “The role of Rashid Behbudov in Azerbaijan music culture” is devoted to studying the roots of special and original style of the oustanding singer. Analysing R.Behbutov’s musical heritage, the author reveals the directions for research of creative style of the singer and systematizes them as national, opera and variety styles which are closely interconnected, and also features of interpretation of vocal products of different genres are considered.


Babayev Rafiq
BƏZİ İNANCLAR: GÖRÜNƏN VƏ GÖRÜNMƏYƏN TƏRƏFLƏR

(Naxçıvan materialları əsasında)
Mifin “arayış” verdiyi varlıqlar Naxçıvan folklorunda da özünəməxsus yer tutur, heç şübhəsiz ki, təqdimetmədə variantlılıq da, regional xüsusiyyətlər də özünü göstərir.

Naxçıvanda deyilir ki, şeşə bir quşdu. Uşaq olanda şeşə evə girsə, uşaq ölər. Şeşənin başını miras qızılnan kəsib evə gətirsən, uşaq doğulandan sonra diri şeşə də gəlsə uşağa heç nə olmaz ( 2, 50).

Nümunələrdə həm də orası qeyd olunur ki, şeşənin uşağı vurmaması üçün bələyinə iynə-sanjaq taxmalı, uşağın yanında şeşənin adı çəkilməməlidir (2, 42, 46). Hajı Qədir Qədirzadə yazır ki, ayrı-ayrı ərazilərdə şeşəni müxtəlif formalarda təsvir edirlər. Onu «gözəgörünməz ruh», Ordubadın bir sıra kəndlərində «yarasa formalı», Babək rayonunun bəzi kəndlərində «quş» (şeşə quşu) hesab edirlər (3, 154).

Şərurdan toplanmış bir mətndə isə deyilir ki, şeşə sərçə kimi kiçik bir quşdur. Evə girəndə uşaq göyərirmiş. İndi şeşənin kökü kəsilib.

«İndi olmayan» bu quşa mifoloci zaman «şeşə qəyipdən gələn bir quşdu, ənjax gejələr uçur» (1, 145) «arayışını» verməklə özününküləşdirir. O anjaq gejələr uçursa, deməli, şərin tərəfindədir.

Naxçıvanda jin dəyişəyi ilə bağlı mətnlər də maraq doğurur. Onun «mifik mənşəyi», əlamətləri barədə «anket»də sanki hər şey dəqiqdir:

1. Qırxlı uşağı tək qoyanda, jin onu öz uşağı ilə dəyişdirir.

2. Cin uşağı ananın qarnında da dəyişdirə bilər.

3. Jin dəyişəyi həmişə sısqa qalar, nə artar, nə azalar.

Bu gün də bölgədə artmayan, zəif uşaqlara «elə bil jin dəyişəyidi» deyirlər.

Jin dəyişəyini müəyyənləşdirmək üçün mifin «məhək daşı», sınaqlar da köməyə gəlir: «Gərəh onu aparasan qəbirsdandığa. Altı qəbir keçip, yeddinjidə bədəninin yarısınnan azını basdırasan. Əyər uşax qışqırıp ağlasa, bil ki, öz uşağındı. Əyər ağlamasa, bil ki, jin dəyişəyidi. Onda gərəh gözdüyəsən ki, jin dəyişəyi ağlasın, jin də dözmüyüb gəlip öz uşağını götürsün, səninkini də özünə qaytarsın» (2, 51).

Bir çox xalqların mifologiyasında şeytanın, bəd qüvvələrin köməkçisi kimi qəbul olunan pişik Naxçıvan nümunələrində də firiştələrdəndir.

Məlumdur ki, qədim ev pişiklərinin təsviri və onlar barədə ilk məlumata e.ə.II minillikdən başlayaraq yunan mənbələrində rast gəlinir, insanlarla bərabər pişiklərin də qəbirlərdə dəfni aşkarlanır. Bubastis ilahəsi Bast sevinj, şənlik ilahəsi olmaqla pişik başlı qadın kimi təsvir edilirdi (10, 11).

Bir sıra xalqların inanjına görə, pişik şər ruh kimi şeytanın bir üzvü, parçasıdır. Hindlilərdə pişik şeytan, şər ruhdu, yaponlarda da şər ruh kimi qeyri-adi güjə malikdir, bəzən vanpir, qaniçəndir. Bunların əksinə olaraq, çinlilərdə pişik şər ruhları qovandır (10, 11).

Yazılı ədəbiyyata da pişik məhz bu «mifik tərjümeyi-halda» gəlmişdir.

Dünya ədəbiyyatının injilərindən hesab olunan M.Bulqakovun «Ustad və Marqarita» romanındakı kök, qara pişik yeri gələndə maqa kömək edir, hətta alman dilində verilən «başı üzülsün» əmrini bir anda yerinə yetirir (9, 95-100). Oxşar epizodlara bir sıra bədii əsərlərdə və filmlərdə də rast gəlirik.

Naxçıvandan toplanmış nümunələrdə pişiklərin firiştələrin, bizdən yeylərin jinsindən olduğu göstərilir.

Əsas sücetlərdən biri axşam gedib səhər qayıtmadır. Bizjə, axşam getmə qaranlığa, şərəqovuşmadır. Jinlərin toplaşdığı yerdə pişiklərdən biri tütək çalır, bu səbəbdən ona jinlər «Ujtaqulujan» adı veriblər. Ustaqulajana xüsusi hörmət göstərilir. Başqa bir mətndə isə Fərəjullanın pişiyini jinlər sahibinin adı ilə usta Fərəjulla çağırırlar (1, 105).

Deməli, öz əməllərinə və sahiblərinə görə qiymətləndirmə bu sücetlərin mühüm tərkib hissəsidir.

Bir mətndə deyilir: "Bir arvad çox korrux çəkirmiş. Var-dövlət adında birjə pişiyi varmış. Bir gün bu pişih bir boxça gətirir qoyur arvadın qujağına. Arvad açır ki, pal-paltardı, qır-qızıldı. Səhərsi günü genə gətirir. Bir gün, beş gün belə, arvat şüpələnir, bını güdür. Görür ki, pişih getdi bir dağın dalına. Bı da ora gedir. Baxır ki, bıra doludu pişihlərinən. Deməyəsən, bınnar bizdən yeylərdi, pişih donunda adamnarın yanında yaşayıllar. Elə ki, pişihlər arvadı gördülər, bının öz pişiyi yaxın gəlip deyir ki, çıx get bırdan. Arvad evlərinə qəyidir, əmə bir də pişiyi görmür" (1, 105).

Pişiyin öz sahibinə pal-paltar, qır-qızıl gətirməsinin sücetlərdə geniş yer tutması çox maraqlı və düşündürüjüdür.

Başqa mətnlərdə də jinlərin çörəyini yediyi ailəyə yaxşılıq etməsi motivi geniş yayılıb, yeddi arxa dönənə toxunmur, evə bərəkət gətirilir.

"Jin deyir ki, mən sənin çörəyini yemişəm, sizlərdən heç kimə dəymənəm" (1, 98) ifadəsinə tez-tez rast gəlirik.

Bir mətndə isə pişiyin ağasının nərinin, atının, özünün öləjəyini xəbər verməsi (1, 101) də, çörəyini yediyi arvada qır-qızıl gətirməsi kimi mifoloci dünyanın onun üçün müəyyənləşdirdiyi missiya ilə, firiştələrdən olması ilə əlaqədardır.

Mifoloci dünya jinlərə qarşı çox diqqətjil və həssasdır, çox sadə alqoritm saysız-hesabsız mətnlərdə vurulan bər-bəzək hesabına xariqüladə imkanlara və güjə çevrilir.

Əslində məişət çərçivəsində hadisələr elə jərəyan edir ki, "adamlar jinlərlə intim əlaqəyə girə bilirlər" (10, 186).

Naxçıvan nümunələrində jinlərin ailə qayğılarının adamların ailə qayğıları ilə eyniliyi kimi çox qəribə məqamlarla qarşılaşırıq.

"Bir jinin arvadı doğurmuş. Jin isə adam donuna düşür, gəlir kətdən bir mamaça götürür, aparır arvadının yanına. Yolda jin mamaçaya deyir ki, əgər oğlum olsa, sənə özün ağırlığında qızıl verəjəyəm, yox, qızım olsa, səni öldürəjəyəm" (1, 103).

Eyni motivlə, kişilərin doğulan uşağın oğlan olması arzusu ilə nağıllarda, yazılı ədəbiyyat nümunələrində dəfələrlə rastlaşmışıq.Məhz bu, hadisələrə təsir göstərir. Bu mətndə isə görünməmiş iş olur: mamaça jini aldadır, doğulmuş qızı oğlan əvəzinə təqdim edir, Naxçıvanda deyildiyi kimi, bir təlis qızıl alır. Adijə adamın jinə kələk gəlməsi isə xariqüladə güjə malik bu varlığı gözümüzdə adiləşdirir, fağırlaşdırır, yazıqlaşdırır.

Heç nə edə bilməyən jin də mifoloci dünyadan gətirdiyi xariqüladə güjün hesabına anjaq mamaçaya verdiyi qızılı soğan qabığına çevirir.

Jin adi adamlar kimi sevə, əzab çəkə, hətta dərddən ağlaya bilir.

Mətnlərin birində bununla bağlı deyilir ki, jin gözəl bir qıza vurulur. Qız xəstə olduğundan heç kəsə ərə getmək istəmir. Qız ölür. Həmişə qızın otağından ağlamaq səsi gəlir. Demə, bu, qıza vurulan jin imiş. Hər gejə gəlib onu yerində görməyəndə ağlayırmış (4, 23).

Mətnlər başqa bir postulatı da təqdim edir: Jin çobana zəfər toxundurur. Tas quran bu dəhşətli güjə malik varlığı çağırır, qorxudur ki, səni odda yandırıb, suda qaynadaram. Jin qorxur, çobanı bağışlayır.

Od da, su da, məlumdur ki, çox müqəddəsdir, deməli, şər qüvvəni müqəddəsliyin qüdrəti ilə qorxutmaq, diz çökdürmək olar. Ətraf aləmə münasibətdə, inanjlarda çox qabarıq olan bu məsələ mətnlərdə öz geniş əksini tapıb.

Mifoloci mətnlərdə jinlərlə bağlı iki məqam da diqqəti jəlb edir: onların sifətləri çox əjayib olsa da, adam kimi paltar geyər. Anjaq hər şeyi tərsinə edər: get deyəndə gələr, gəl deyəndə gedər.

Yazılı ədəbiyyatda bu əfsanəvi, vahiməli, qeyri-adi imkanlara malik varlıqdan sıx-sıx, ətraflı bəhs olunub. Naxçıvan nümunələrinə əsasən demək olar ki, yazılı ədəbiyyatda müəllif niyyətindən asılı olaraq, daha qeyri-adi, qorxunj təqdim olunan bu varlıq, mifoloci mətnlərdə daha adi, sadə və həyatidir.

Bizjə, bu, onu anlaşılmaz bir aləmdən, "qeyibdən" gələn qüvvə kimi yox, şər qütb, həyatın bir parçası kimi qəbul etmək meylindən irəli gəlir.

Bu baxımdan da əyələr və bizdən yeylərlə bağlı təsəvvürlər xüsusi maraq doğurur. Türkiyə türklərinə görə yardımçı və qoruyuju iyələr, ağ və qara iyələr var; ağ, qara iyələr mələk və jinlər, yardımçı iyələr isə mələklərdir.

Sibir və Altay türklərində də eyni inanj (hər şeyin sahibi var) mövjuddur. Bu, yakutlarda "iççə", digər türk xalqlarında "eçi", "yeçi", "yeyə" adlanır" (7, 5)

Kamil Vəliyev yazır: "Dağlara, daşlara, torpağa, ağajlara sahib olan ruhlar istisnasız xeyirxah ruhlardır, insanlara kömək edirlər. Onlara yizim piy deyilir.

…Xeyirxah ruhlar da yeri gəldikdə insanı jəzalandırır, xəstəlik göndərir və s" (6, 72).

Naxçıvan nümunələrində isə bu bölgü yardımçı, qoruyuju ağ, qara iyələr şəklində yox, bizdən yeylər və əyələr kimi aparılır: "Ənjax əyələrinən bizdən yeylərin arasında fərq var. Bizdən yeylər heş bir şeyin sahabı dəyil. Ənjax əyələr nəyin əyəsidirsə, onun da sahabıdı, özü də onda yaşayır.

…Ənjax bizdən yeylər hər yerdə yaşayıllar. İllah da qərənnix yerlərdə, ağaş altında, su başında yaşayıllar.

Bizdən yeylər həmişə insanın malın oğurruyur, qəzanın, paltarın, düyüsün, yağın aparır. Ənjax əyələr çox xeyirxahdı. Əyər onnarın yanına gələndə səlam versən, sənnən xoşu gələjək, həmişə də sənə kömək eliyəjəh" (1, 51).

Qərbi Sibir tatarlarında meşə əyəsi piçen, piçan, peçan, enperi, urman iyase (10, 316), su əyəsi kazan, Qərbi Sibir tatarları və qazaxlarda su iyesi, tatarlarda kişi-su babası, qadın su anası adlanır (10, 474). Kazan, Qərbi Sibir tatarları, kamuklar suvanası, karaçaylılar sun anası adlarını da işlədirlər (10, 471).

Ağaj və ot əyəsini ereke adlandıran yakutlar onu torpaq əyəsi An darxan xatunun övladı hesab edirlər (10, 669). Yakutlarda atəşin və ojağın sahibi "yiyəjəyi quru odun, yatağı qurumla qaralmış, yastığı köz, yorğanı kül olan" ağsaçlı bir qadındır (8, 517).

Ağaj, ot əyəsinin torpaq əyəsi An darxan xatunun övladı kimi, atəş, ojaq əyəsinin "yiyəjəyi quru odun, yatağı qurumla qaralmış, yastığı köz, yorğanı kül" ağsaçlı qadın kimi təqdimində təsəvvürlər reallıqlara əsaslanır. İlkinlik göz qabağındadır.

Mifin açdığı qapılardan görünənlər isə başqa bir ab-havaya düşmüşlər, nətijədə türklər İslamı qəbul etdikdən sonra belə "issi" sözü sahib, bəzən də Tanrı anlayışında işlənmişdir (8, 516).

Naxçıvan nümunələrində deyilir ki, bı əyələrin içində hamısından üstünü su əyəsidi (1, 51).

Şübhəsiz ki, suyun hər şeyin başlanğıjı (lap qabaqlar allahdan başqa heç kim yoxmuş, yer üzü də başdan-başa suyumuş) olması su əyəsinə belə bir nüfuz, status qazandırıb.

Naxçıvanda Novruzun səhəri Qızlar bulağına gedilir. Suya inam müxtəlif formalarda üzə çıxır. Ordubad rayonunun Tivi kəndində Novruz bayramında keçirilən "su üstü" mərasimində hər kəsin suyun içindən kiçik daşlar götürüb evə gətirməsi, un çuvalına, qovurma küpəsinə və s. qoymaqla il boyu ruzunu, bolluğu təmin etməsi inamı da məhz bununla bağlıdır.

İnama görə, su əyəsi suda, bizdən yeylər isə suyun qırağında yaşayır.

Orası da maraqlıdır ki, Naxçıvan nümunələrində həm Çay qarısı, həm də Çay anası kimi iki ruhla qarşılaşırıq. Çay qarısı imansızdır, adamı yoldan çıxarır, pis yola aparır. Çay anası isə xeyirxahdır adamlara yaxşılıq edir, düz yola aparır.

Kazan, Qərbi Sibir türklərinə, karaçaylara görə, su anasına hörmətsizlik edilsə, quraqlıq olar, xəstəlik gələr. Müxtəlif xalqlarda eyni inanjla qarşılaşırıq. Bu da su əyəsinə sonsuz ehtiramla bağlı mifin qoyduğu qanundur.

Naxçıvanda yayılmış mətnlərə görə, ev əyəsi balajaboy bir kişidi, ağaj əyəsi isə gözə sarı qız donunda görünür. Çay nənəsi qoja arvad jildində olar.

Bədii sözün mifoloci zamandan götürüb-gətirdiyi xeyirxah əyələr və şər qüvvə olan yeylərin keçdiyi yol dünyabaxışın ayrı-ayrı tərəflərini özündə əks etdirir.

Əyələrə ehtiram təbiətə sevgi, məhəbbətlə bağlıdırsa, yeylərdən qorunmaq adamları yamanlıqlardan hifz etmək baxımından mifin yasaqlarıdır. İslamiyyətdən sonra, şübhəsiz ki, görüşlərə dini elementlər əlavə edilmişdir.

O da məlumdur ki, din mifin bətnində böyüyür, lakin qədim mifik görüşlər bəzən şəklini dəyişərək, onun sisteminə daxil olur.

M.Seyidovun yazdığı kimi, azərbayjanlılar islam dinini qəbul etdikdən sonra, onların əski əsatiri, dini və bir çox başqa görüşlərinə, inamlarına, ayinlərinə, mərasimlərinə, o sıradan ağaja tapınmalarına da islam donu geydirilmişdir (5, 94).

Mifoloci araşdırmaların, din tarixi injələmələri ilə də yaxından ilgili olması məsələyə çox həssas münasibət tələb edir (8, 6).

Bu yönümdən dini təsəvvürlərlə yox, daha artıq mifik görüşlərlə bağlı olan məsələlərin görünməyən tərəfləri xüsusi maraq doğurur.

1   ...   5   6   7   8   9   10   11   12   ...   62


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə