AZƏrbaycanşÜnasliğin aktual problemləRİ Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci




Yüklə 7.97 Mb.
səhifə56/62
tarix22.02.2016
ölçüsü7.97 Mb.
1   ...   52   53   54   55   56   57   58   59   ...   62

Təkcə dəli Terik hay-həşir salır,


Başına alardı dərin Dəryalı.

Lakin təsvirlərdə oxşar cəhətlərlə qarşılaşsaq da Lermontov bütün əsərlərində olduğu kimi «Tamara» balladasında da öz sənətkarlıq dəsti-xəttini qoymuşdur.

Balladada şair təbiət təsvirinin müşayəti ilə hadisənin məkanını müəyyənləşdirir.

Sis-duman içində cumub Dəryala,

Terek dərələri eşdiyi yerdə

Boz qaya üstündə qədim bir qala,

Qarala-qarala qalıb sehrdə. (2, 94)

Şair məkan təsvirində istifadə etdiyi «boz», «qarala-qarala», «sis-duman içində» epitetləri ilə şeirdə baş verəcək hadisələrin hansı xarakter daşıyacağından xəbər verir.

Əsərin əsas qəhrəmanının – Tamaranın da, onun yaşadığı qalanın təsvirində də mövzuya uyğun epitetlər seçir.

O uca darısqal, mübhəm qalada

Hökmdar yaşardı Tamara adlı.

Mələk görünsə də ərşi-əlada,

Zalım bir iblisdi, hiylə fəsadlı. (2, 94)

Lermontov balladada haqqında söz açdığı hökmdar Tamara obrazında hisslərin ən mənfi xüsusiyyətlərini cəmləşdirir. Eyş-işrət düşkünü olan «mələk simalı», «hiylə fəsadlı» bu «iblis» qadın üçün aldatdığı insanların: əsgərlərin, çobanların, tacirlərin həyatı heç bir məna kəsb etmir. O, istəyinə çatandan sonra öz qurbanların məhv edib Terek çayının ağuşuna atarmış. Görüş səhnələrini qələminin ecazkar gücü ilə yaradan şairin hər kəlməsindən ağır dərd, kədər süzülür. O, şər qüvvənin əməlindən doğan bu kədəri çox məqsədyönlü bədii vasitələrlə qüvvətlən­dirir.

Elə bil o gecə o boş qalaya

Yüz cavan ər-arvad yığışıb birdən

Bir küy salıblar ki, ərşi-əlaya,

Elə bil hüznlü toydu bu yerdə. (2, 94)

Müəllif şairin bu bəndində «hüznlü toy» antitezasından olduqca tutarlı istifadə edərək göstərilən səhnəni oxuculara daha aydın tərzdə çatdırır. İncə duyğulardan xəbərsiz bu qadının qəlbində olduğu kimi, məskən saldığı qalada da «Zülmət, sükut hakim kəsilib» «Sübh çağı üfüqdən qalxan günəşin nuru nə Tamaranı, nə də onun yaşadığı qalanı isidə bilmir».

Elə ki, sübh çağı qalxıb üfüqdən


Günəş nur ələdi düzə, talaya.

Qayıdıb zülmət də, sükut da, tövrən,

Hakim kəsilibdi yenə qalaya. (2, 95)

Məhv etdiyi qurbanların Terekin dalğaları arasında yırğalanmasını soyuqqanlıqla seyr edərək «bağışla» kəlməsi ilə günahını yumuş hesab edən və «sevgi» nəvazişi vəd edib ağuşuna yeni qurbanlar səsləyən «vüsal dəlisi» olan bu qadın oxucularda ikrah hissi oyatmaya bilmir. Tamara obrazı XIX əsr rus ədəbiyyatında Lermontova qədər və sonra yaranan əsərlərdə göstərilən Şərq qadınlarının, demək olar ki, ən qəddarı, bəşəriy­yət üçün ən təhlükəlisidir. Yaradıcılıqlarında müxtəlif güclü psixologiyaya malik Şərq qadınlarının bədii obrazına yer verən Puşkin, Bestujev-Marlinski, Tolstoy kimi görkəmli sənətkarların əsərlərində Lermontovun yaratdığı bu tipaja rast gəlmirik. Bir çox tənqidçilər Puşkinin «Bağçasa­ray çeşməsi» əsərinin qəhrəmanı Zaremanın ünvanına deyilmiş «demonsayağı ehtiraslar düşkünü» ifadəsini Lermontov balladasının qəhrəmanı olan Tamaraya şamil etmək daha həqiqətə uyğun olardı. Əsərdə şair şər qüvvələrə qulluq edən bu qadın qəhrəmanının törətdiyi əməllərə qarşı öz etirazını xacə surətinin və Terek çayının timsalında verir. Puşkinin «Bağçasaray çeşməsi»ndə yaratdığı «qəlbi eşq anlamaz bir viranədir» –dediyi xacə obrazı ilə müqayisədə Lermontovun balladasında təqdim etdiyi xacə – duyğulu və rəhmlidir. Öz xanımının əməllərindən xoşlanmayan xacə gələn qonaqları «üzündə dərdlə» qarşılar, onların gələcək talelərinin aqibətinə ürək yanğısıyla yanaşarmış. Lermontov qadın qəhrəmanını ümumdünya ədəbiyyatında ən duyğusuz şəxs sayılan xacə obrazından da qəddar, daşürəkli göstərir.

Hayandan eşitsə, ora uçarmış

Əsəgrlər, tacirlər, çobanlar belə.

Yüyürüb onlara qapı açarmış

Üzündən dərd yağan bir xacə-kölə. (2, 94)

Şair qəlbində baş verən təlatümü canlı obraz kimi yaratdığı Terek çayının hissləri ilə biruzə verir. Təkcə dəli Terek baş verən hadisələrə qarşı üsyan edərək, qurbanların keçdiyi «bu dərdli yolu» dalğaları ilə ağlayır, tufan qoparır. Qoynunda yırğalanan meyitlərə insan kimi ağı deyir.

Meyit yırğalandıqca, çayın axarı,

Bir ağı deyərdi bu yerə, göyə.

Bu vaxt pəncərədən nəsə ağarıb,

Ordan səsləyərdi: «Bağışla» deyə.

Lermontov qəlbinin məhsulu olan bu balladada göstərilən Tamara obrazı ilə tarixi şəxsiyyət olan gürcü hökmdarı Tamaranın fərdi keyfiyyətləri arasında nə dərəcədə oxşarlıq olduğunu deyə bilmirik. Lakin müəllif Şərqdə geniş yayılmış əfsanəvi Darya haqqında nəql olunan rəvayətdə təsvir olunan Şərq qadınının keyfiyyətlərinə əsaslanaraq şər qüvvələr daşıyıcısı olan bəzi Şərq qadınlarının bədii obrazını dünya ədəbiyyatına bəxş edən, özü qeyd etdiyi kimi, sehrli Şərq dünyasının sirlərindən birinin mənbəsini bədii yolla araşdırmağa çalışmışdır.

Lirik şeirlərində Şərq qadınının bədii obrazının təsvirinə xüsusi səy edən görkəmli söz ustası bu qadınların hər birinə müxtəlif aspektlərdən yanaşmış və onların cənub mövzusuna həsr etdiyi əsərlə­rində əsas maraq obyektinə çevirmişdir. Şərq qadınları obrazı şairin nəsrlə yazılmış əsərlərində də öz əksini tapmışdır.

ƏDƏBİYYAT

  1. М.Ю.Лермонтов. СС в 4-х томах. Т.IV.М-Л., 1962

  2. M.Y.Lermontov. «Şeirlər, poemalar, mənzum dramlar, romanlar», Bakı, Yazıçı, 1989.

  3. Н.В.Маргелов. «Поговорим о бурных днях Кавказа». Москва, 2005

  4. Л.Н,Толстой. Собрание сочинение. VII Т., М., 1981, Т7,

  5. Шебликин И.П. «М.Ю.Лермонтов в движении истории» журнал «Лит-ра в школе», N8, 2005, C.8

  6. А.С.Пушкин. Сочинение в трёх томах, Т.III М., «Художественная литература», 1974

  7. Г.М.Гусейнов «Азербайджанские адреса русских писателей» - Баку. «Elm», 2005. стр.8



Şükürlü Elşən
AZƏRBAYCANDA ƏLİFBA SİYASƏTİ VƏ YA

XALQIN MİLLİ ŞÜURUNUN FORMALAŞMASINDA ƏLİFBANIN ROLU
Giriş:

Cəmiyyət yarandığı gündən bu cəmiyyətdə yaşayan fərdlər öz aralarında ünsiyyət qurmağa çalışmışlar. Bu ünsiyyət müxtəlif formalarda təzahür etmişdir. Dilin yaranma mexanizmini tam şəkildə izah etmək mümkün olmasa da onun yaranma yollarını müxtəlif vasitələrlə açıqlamaq olar. İnsanlar həm, keçmişdə, həm də müasir dövrdə müxtəlif ünsiyyət vasitələrindən istifadə edirlər. Əgər ibtidai icma quruluşunda yaşayan insan əşyaların dili ilə, jestlərlə və s. ilə anlaşmışsa müasir dövrdə insanlar həm şifahi nitq, həm yazı, həm jest və bəzi halarda hətta əşyalar vasitəsilə ünsiyyət qurmağı bacarır. Şifahi nitq ani olaraq yaranır və yoxa çıxır. Veirlən hər hansı bir məlumat yalnız kiminsə yaddaşında qala bilir. Fikrin daha geniş auditoriyaya, daha uzun məsafəyə və daha uzun zaman kəsiyinə ötürülməsi üçün onun hər hansı bir əşya üzərinə köçürülməsi ehtiyacı yaranır. Məhz bu ehtiyac xalqların əlifba yaratmasına səbəb olmuşdur.

Əlifba hər hansı millətin varlığının əsas amillərindəndir. Əlbəttə biz buraya millətin ədəbi dilə malik olmasını da şamil edə bilərik. Beləki, ədəbi dilə malik olmayan xalq ölümə məhkum olunmuş bir xalqdır. Bu xüsusiyyəti İsmail bəy Qaspıralı özünün redaktoru olduğu “Tərcüman” qəzetində çap etdirdiyi “Can yani dil meselesi” adlı məqaləsində bu şəkildə izah edir: “Lisan, lisan-i edebi din derecesinde aziz, mukaddes, zi-kıymet bir nimet ribakidir ki, bunun kadrini bilmeyen millet küfr-ü nimet cinayetinden, günahından ötürü münkariz olmak cezasına hükmolunur. Bu tarihi bir hakikattır. Kürre-i arzı alt üst etmiş, titretmiş olan Hunlardan bugün bir kişi kalmayıp, bundan yirmi asır mukaddem baş göstermiş bir avuç kadar Yunanlı hala mevcud. Bunun sebebi Hunların dilsiz, Yunanların edebi lisana malik ve sahip olmalarıdır” (1. № 5, 22 yanvar, 1908, s. 1-2)

Əlifba və onun tarixi:

Əlifba insanların tarix boyu yaratdıqları ən dahi kəşflərdən və mədəni dəyərlərədən biridir. Təsadüfi deyil ki, dünya xalqları əlifbası olan və əlifbası olmayan olaraq iki hissəyə bölünür. Hər hansı bir xalqın yaratdığı əlifba uzun bir inkişaf yolu keçmişdir. Bu yol insanın kamilləşməsi ilə uyğun olaraq inkişaf etmişdir. İnsanlar fikirlərini ötürmək üçün ilk olaraq müxtəlif əşyalardan istifadə etmişlər. Yəni hər hansı bir əşya vasitəsilə hər hansı bir ifadə, bəzən cümlə, bəzən isə hətta mətn çatdırılmışdır. Bu da əşyavi yazının yaranmasına gətirib çıxarmışdır. Beləliklə, insanların əlifba yaratması əşyavi yazının yaranması ilə başlanmışdır. Bu yazı növünün özəlliyi ondan ibarətdir ki, burada əşyanın hər hansı bir mənanı ifadə etməsi insanların razılaşdırılması yolu ilə baş verir. Qeyd etmək lazımdır ki, əşyavi yazının izlərinə müasir həyatımızda da rast gələ bilərik. Məsələn, qızın və ya oğlanın barmağındakı nişan üzüyü onun nişanlı və evli olduğundan xəbər verir. Bu da hansısa bir məlumatın əşya vasitəsilə ötürülməsindən başqa bir şey deyildir.

Əlifbanın yaranmasındakı növbəti mərhələ şəkli yazının meydana çıxması ilə başlayır. İnsan oğlunu şəkli yazıdan istifadəyə keçməsi əlifba yaradıcılığı yolunda irəliyə doğru atılmış daha bir addım oldu. Baxmayaraq ki, əşyavi yazı ilə şəkli yazı arasındakı sərhədin seçilməsi o qədər də asan deyil. Şəkli yazı məlumatın səslənməsini deyil onun mənasını çatdırır. Lakin dildə bəzi anlayışların şəkil vasitəsilə çatdırılması mümkün olmur. Bu zaman bəzi hallarda hər hansı bir mənanın ifadəsi məqsədi ilə eyni və yaxın səs tərkibinə malik olan başqa bir sözdən istifadə olunurdu.

Lakin nə əşyavi yazı, nə də şəkli yazı sözün əsl mənasında yazı hesab edilə bilməz. Çünki bu yazı növü ilə sözlərin səslənməsini ifadə etmək mümkün deyil. Yazı hər hansı bir sözün səslənməsinin qrafik işarələrlə əks olunmasıdır. Qrafik işarələrin yaranması isə uzun bir tarixi inkişaf yolu keçmişdir. Dilin səs sistemini əks etdirən əlifbanın yaradılması bu gün bizə çox asan görünə bilər. Lakin qədim insanlar tərəfindən sözün səslərə və hecalara parçalanmasının qavranılması o qədər də asan olmamışdır. Eramızdan əvvəl yaşamış bir insanın səsləri qavraması bu gün məktəb təhsili görmüş insan üçün anlaşılmaz dərəcədə asan görünür. İbtidai insan təfəkküründən yanaşıldıqda isə əlifba yaradıcılığının uzun və çətin bir prosesdən keçdiyinin şahidi oluruq.


Əski türk əlifbası

Tarixdə bizə məlum olan və türklərin istifadə etdiyi ilk əlifba məlumdur ki, Orxon-Yenisey kitabələrinin tərtib edildiyi qədim türk əlifbasıdır. Türk tayfalarının öz əlifbalarını yaratması tarixi tam olaraq bəlli olmasa da bu əlifbanın öz dövrü üçün mükəmməlliyi alimləri, həm də müxtəlif millətlərdən olan alimləri hər zaman təəccübləndirmişdir. Bir-birindən min kilometrlərlə uzaqlarda yaşayan əski türklər zamanımıza qədər gəlib çatan və məzmun cəhətdən mükəmməl olan bu abidələri həm də türk dilinin fonetik xüsusiyyətlərini tam şəkildə əhatə edə bilən bir əlifba ilə tərtib etmişlər. Bu əlifbanın əsas özəlliyi onun qədim türklər tərəfindən bəlkə də müqəddəs hesab edilməsidir. Çox güman ki, məhz buna görə müxtəlif türk qəbilələri bu əlifbanı heç dəyişiklik olmadan qəbul etmiş və mənimsəmişlər.

Əlifbа və yаzılı ədəbi dilə sаhib оlаn hər hаnsı bir qədim bir хаlqın dilçilik еlmi ilə məşğul оlmа tаriхi оnun əlifbа yаrаtdığı və yа­zılı ədəbi dil fоrmаlаşdığı gündən bаşlаyır. Sоn zаmаnlаr əski ­türk əlifbаsının hər hаnsı əlifbаdаn аlınmа dеyil, оrijinаl оlmаsı, türk­­­lərin öz аrаlаrındа mеydаnа çıхmаsı hаqqındа fikirlər yürüdü­lür. Ona görə də Türk dilçiliyinin yaranma tаriхini Köktürk əlif­bаsı yаrаndığı gündən bаşlаmaq lazım gəlir. Çünki dilin sаit və sаmit səs­lə­rini аyırmаdаn, müəyyənləşdirmədən оnlаrı ifаdə еdə biləcək yаzı işаrələrini düzəltmək də mümkün dеyil. Bu əlifbanın üstünlüklərindən danışarkən insanda belə bir fikir formalaşa bilər ki, bəs niyə müasir türklər öz əlifbalarına sahib çıxmırlar, niyə bu əlifbadan bu gün də istifadə olunmur. Qeyd etmək lazımdır ki, dilçilər, o cümlədən azərbaycanlı dilçilər tərəfindən də bəzən belə təkliflər səslənir. Məsələ burasındadır ki, bu əlifba ilə yaxından tanış olduqda onun müasir dövrlə ayaqlaşmadığının şahidi oluruq. Sait səslərin hamısının müstəqil qragfik işarəyə malik olmaması, hərflərin mürəkkəbliyi, durğu işarələrinin olmaması, samit səslərin çoxunun ikivariantlı olması bu əlifbadan istifadəni mümkünsüz edir.

Qədim türk əlifbası təxminən IX əsrədək istifadə olunmuşdur. IX əsrdən etibarən yazılı abidələr uyğur ədəbi dilində və uyğur əlifbası ilə tərtib edilmişdir.


Uyğur əlifbası

Köktürk əlifbasından sonra meydana çıxan əlifba uyğur əlifbasıdır. Uyğur əlifbası iran dilli soqdalara məxsus olmuşdur. Soqdalar da öz növbəsində həmin yazını ərəb dilli arameylərdən almışlar.


Ərəb əlifbası

İslam dini yayılmağa başladıqdan sonra indiki Azərbaycan ərazisində yaşayan xalqlar bu dini qəbul etdilər. Təbii ki, bundan ərəb əlifbasından başqa bir əlifbadan istifadə olunması mümkünsüz oldu. Ərəb əlifbasının Azərbaycanda qəbul edilməsinin dəqiq tarixi bəli olmasa da bunun təqribən VIII-XIX əsrə təsadüf etdiyini təxmin etmək olar. Bu əlifba Azərbaycan dilinin səs sistemini dolğun şəkildə ifadə etmək qabiliyyətinə malik olmasa da onun uzun müddət istifadə olunması ədəbi nümunələrimizin bu əlifba ilə yaradılmasına səbəb olmuşdur.

Qeyd etdiyimiz kimi əlifba xalqın şüurunun formalaşmasında müstəsna rola malikdir. Buna görə də Ərəb xilafəti istila etdiyi ölkələrdə ərəb əlifbasının tətbiqini həyata keçirirdi. Bu həm də bir növ islam ölkələrinin vahid bayraq, islamiyyət bayrağı altında birləşdirilməsi demək idi. Təsadüfi deyil ki, müasir dövrdə də ərəb əlifbası ilk baxışda islamiyyətin simgəsi olaraq qəbul edilir. Buna görə də 1990-cı illərin əvvəllərində rusbuklikanın gələcəyini islam dövləti kimi görmək istəyənlər kiril əlifbasının məhz ərəb əlifbası ilə əvəzlənməsinin vacibliyini qeyd edirdilər. Yenidən əlifbamızın ərəb əlifbası ilə əvəzlənməsi isə Azərbaycanı Türkiyədən və Türk dünyasından uzaqlaşmasına səbəb olacaqdı. Lakin Azərbaycanın dünyəvi dövlət kimi inkişaf etməsi üçün latın əlifbasının qəbulu zəruru idi.
Latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbası

1918-ci ildə Azərbaycan Demokratik Respublikası qurulduqdan sonra əlifbanın dəyişdirilməsi ilə bağlı fikirlər meydana çıxmağa başlayır. Ancaq şərqin ilk demokratik respulkasının ömrünün az olması səbəbi ilə əlifba dəyişikliyi həyata keçirilə bilmədi. Azərbaycanın latın əlifbasına keçməsi isə parodoksal olsa da sovet hakiməyyəti quruldaqan sonra mümkün oldu. Qeyd etmək lazımdır ki, əlifbanın dəyişdirilməsi ilə bağlı əsasən dörd fikir mövcud idi. Birinci – mövcud Ərəb əlifbasını saxlamaq; İkinci – Ərəb əlifbasını təkmilləşdirmək; Üçüncü – Latın qrafikası əsasında yeni Azərbaycan əlifbasını yaratmaq; Dördüncü – Kiril əlifbasına keçmək. C.Ağamalıoğlunun təşəbbüsü ilə 1921-ci il dekabrın 30-dan 1922-ci il yanvarın 6-a kimi keçirilən Türkdilli ziyalıların toplantısında əlifba məsələsi müzakirə edilir və C.Ağamalıoğlunun sədrliyi ilə 5 nəfərdən ibarət komissiya yaradılır. Komissiya ərəb əlifbası əvəzinə latın qrafikası əsasında yeni Azərbaycan əlifbası yaratmalı idi. Bu komissiyanın üzvləri 1922-1925-ci illər arasında iclaslar, konfranslar keçirir, müxtəlif kurslar, dərnəklər təşkil edərək yeni əlifbanı kütlələrə tanış edirlər. Yeni layihə 1922-ci ildə hökümət tərəfindən təsdiq edildikdən sonra əlifba dəyişikliyini həyata keçirmək məqsədilə maddi-texniki bazanın yaradılmasına başlanılır. Latın əlifbası əsasında yaradılmış Azərbaycan əlifbasına keçid o zamankı SSRİ-nin siyasi baxışları ilə əlaqədar olan bir məsələ idi. Dağılmaqda olan Osmanlı İmperiyasının 1923-cü ildə cümhuriyyət elan olunması Azərbaycan və Türkiyə arasındakı yaxınlaşmanı labüd edirdi. Xalqı parçalamağın ən asan yolunun əlifba ayrılığı olduğunu anlayan SSRİ rəhbərliyi tez bir zamanda ərəb əlifbasının yeni latın qrafikası əsasında yaradılmış əlifbaya keçilməsini qərara alır. Qeyd etmək lazımdır ki, Türk adının üstümüzdən götürülərək azərbaycanlı adının qoyulması da məhz bununla əlaqədar olan bir məsələ idi. Bakıda 1926-cı ildə keçirilən Türkoloji konfransda da bu məsələ geniş şəkildə müzakirə olunur və digər türk respublikalatrının da bu əlifbaya keçidi məsələsi vacibliyi vurğulanır. Həm də qəbul edilən latın əlifbasının bütün türk respublikaları üçün vahid olması, yəni heç bir fonetik müxtəlifliyin olmamasının vacibliyi qeyd olunur. Bu gələcəkdə türk xalqlarının yaxınlaşması baxımından çox önəmli idi. Latın əkifbasına keçildikdən sonra qısa zaman ərzində yeni kitablar çap olunur, əhali arasında geniş təbliğat aparılır.


Kiril əlifbası əsasında yaradılmış Azərbaycan əlifbası

Azərbaycanda latın qrfikasına keçiddən sonra yeni qurulmuş Türkiyə Cumhuriyyəti də bu əlifbanı qəbul edir. Türkiyə kimi bir dövlətin SSRİ daxilindəki türk xalqları ilə vahid nöqtədə birləşməsi İmperiya şovinistlərini hec cür razı sala bilməzdi. Buna görə də XX əsrin 30-cu illərindən başlayaraq yeni kiril qrafikasına keçidlə bağlı fikirlər ortaya atılmağa başlandı. Əhali arasında təbliğat aparılır və kiril əlifbasına keçidin dırnaqarası vacibliyi vurğulanır. Əlbəttə ki, işin əsl mahiyyəti gizlədilir. 1939-cu ildə SSRİ Elmlər Akademiyasının və Yazıçılar İttifaqının birgə yığıncağında yeni kiril əlifbasına keçilməsi qətiyyətlə vurğulanır. Bunun SSRİ xalqlarının daha da yaxınlaşması baxımından vacib olması qeyd olunur. Nəhayət 1939-cu ildə əlifbamız yenidən dəyişilir. Bir millət üçün əlifba dəyişikliyi yazı işarələrinin formail bir şəkildə dəyişilməsindən daha böyük hadisədir. Burada söhbət milli mənəviyyatın yüksəldilməsi və alçaldılmasından gedir.


Nəticə:

Əvvəldə də qeyd edildiyi kimi hər hansı bir xalqın möcudiyyətinin əsas amillərindən biri onun əlifbaya və ədəbi dilə malik olmasıdır. Bu gün biz qürurla deyə bilərik ki, yer üzündə ilk və zamanına görə mükəmməl əlifbalardan birini məhz türklər yaratmışlar. İslam dinini qəbul etdikdən sonra Azərbaycan da digər türk dövlətlərində olduğu kimi ərəb əlifbasından istifadə etmişdir. Bu əlifba dilimizn səs sistemini kifayət qədər dolğun bir şəkildə ifadə edə bilməsə də ədəbi nümunələrimizin böyük bir qismi bu əlifba ilə yazılmışdır. Buna görə bu gün bu əlifbanın ali məktəblərdə tədrisinin daha da genişləndirilməsi fikrimizcə doğru addım olardı. Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra latın əlifbasını qəbul etməsi gənc respublikamızda qəbul edilən ən mühüm qərarlardan biridir.

Bu gün türk dövlətləri qarşısında duran başlıca vəzifələrdən biri və ən birincisi vahid əlifbaya malik olmaqdır. Qurultay və konfranslarda tez-tez səslənən vahid ünsiyyət dilinin tətbiq olunmasının yolu məhz vahid əlifbadan keçdiyini xüsusi olaraq vurğulamaq istərdik.

Köktürk əlifbası və ondan müasir dövrdə istifadə olunması ilə bağlı fikirlərə gəldikdə isə yuxarıda da qeyd etdiyimiz kimi bu əlifba müasir tələblərə cavab vermir. Əlbəttə milli düşüncə baxımından xalqın özünün yaratdığı əlifbadan istifadə etməsi daha yaxşı olardı. Ancaq bu gün Azərbaycanda Köktürk əlifbasından istifadə olunması fikrini irəli sürmək ən azı bu əlifba ilə yaxından tanış olmamaqla əlaqədardır.


Ədəbiyyat


  1. Qaspıralı İsmail bəy. Can Yani Dil Meselesi”, Tercüman;

  2. Иоганнес Фридрих. История письма, (Alman dilindən tərcümə İ.M.Dyakonova), Moskva, 1979.

  3. Гельб И.Е. Опыт изучения письма.

  4. Müasir Azərbaycan dili. AMEA-nın Dilçilik İnsititunun nəşri, Bakı, 1980.


Şükürlü İradə
ОСОБЕННОСТИ МАЛЫХ ГОРОДОВ АЗЕРБАЙДЖАНА НА СОВРЕМЕННОМ ЭТАПЕ
Градостроительство охватывает сложный комплекс общественно-экономических, строительно-технических, санитарно-гигиенических проблем. Основные задачи современного градостроительства – создание городов и поселков, имеющих индивидуальный облик, решение экологических проблем, преодоление монотонности типовой застройки, сохранение и реставрация памятников культуры, их сочетание с современными зданиями. На протяжении десятилетий городское развитие сначала просто не признавалась, как один из важных процессов формирования человека, среды и общества и лишь только в 70-80-х гг. стали рассматривается вопросы прежде всего в рамках формационных особенностей развития систем производства и расселения, что происходило при значительной недооценки ее глобальных закономерностей и социально-культурных и цивилизационных основ. До серьезного же анализа ее качественных сторон образа и условий жизни горожан, их культуры, состояние городской среды, ее разнообразия, сути и стратегии развития дело обычно не доходило. Указанный подход, напрямую связанный многие десятилетия с теорией формации в общесознании населения, в том числе экономической и социальной географии, определил неверные представления об узко «производственной базе» городов. В последние годы, когда все чаще встречаются попытки в разных областях науки осмыслить общественное развитие в рамках иных концепций (глобально-экономической, социокультурной, экологической, цивилизационной), представляется наиболее плодотворным для изучения урбанизации использовать антропокультурный подход. С ростом масштаба городов Азербайджана все большую значимость при изучении приобретают качественные параметры. Усиливается важность правильного соотнесение закономерностей городов, с ее региональными особенностями при анализе самого процесса и его результатов в странах разного тина. Азербайджан располагает достаточно богатыми климатическими, земельными, водными и некоторыми другими природными ресурсами, а также рядом полезных ископаемых. В то же время республика начинает испытывать дефицит пресных вод, необходимых для дальнейшего расширения площади поливных земель. Довольно скудны и ее лесные ресурсы. Расширение производства и освоение природных ресурсов в ближайшие десятилетия связаны с реализацией ряда сложных технических проектов и с ростом капиталовложений.

Следует иметь в виду, что в большинстве развивающихся стран из-за чрезмерного притока население в города в них часто живет значительно больше население, чем они в состоянии "переварить", развитие городов сопровождается ростом численности не ассимилированных ими городских жителей и увеличением разрыва между ростом городского население и его реальным включением в городской образ жизни. Рост населения в городах, значительно опережал спрос на рабочую силу в современных отраслях, сопровождается не только абсолютным, но подчас и относительным расширением тех слов, которые не участвуют ни в современном потреблении.

Однако, показывает анализ, в развивающихся странах городское развитие все-таки больше связана с развитие промышленности и индустриализации. Процессу развитию городов обычно свойственны не общие (глобальные) закономерности, а его результаты отражая большое разнообразие стран и регионов, и определяют значительную, территориальную дифференциацию.

С наступлением экономического и политического кризиса в конце 80-х-начале 90-х гг. и в ходе военной экспансии Армении, значительно обострились проблемы города Азербайджана, которые накапливались и в предыдущие десятилетие. Это нашло выражение и в том что численность населения малых городов начала устойчиво снижаться - такой перелом в динамике городского население одно из свидетельств неблагополучия в развитии малых городов, что во многом связано с особенностями городов на современном этапе.

Малые города представляют собой весьма важное звено в системе нежеланной деятельности. Они устанавливают и расширяют производственные, культурно-бытовые и трудовые связи как с городами более крупными производственными и социально-культурными центрами, так и с сельскими населенными зонами, ориентирующимся ряду важнейших видов деятельности на малые города.

Противоречил прошлых лет урбанизации, порождающие острые проблемы на современном этапе, хорошо видны при анализе градостроительной структуры малых городов Азербайджана - Мингечаур, Дашкесан, Шеки и др. их образование приходится на 60-е годы, здесь процесс формирования городской среды и благоустройства, культурного развития, особенно в монопрофильных поселениях отдаленных горных районов там уже в 70-80-х гг. отчетливо наметились черты надвигающегося кризиса и по существу, малые города оказались лишены полноценной городской среда все традиционные экономические связи.

Таким образом, к началу 90-х гг. на первый план отчетливо выступает другая качественная страна городского роста (которая раньше недооценивалась, а иногда просто "не замечалась") особенно важная для судеб малых и отдаленных поселков городского тина. Именно для этой группа городов наиболее актуальными становятся преодоление "поселковости" и создание социально- культурного потенциала, реальная оценка их состояния сегодня выявила огромные расхождения между идеями, воплощавшими абстрактные идеалы при основании новых городов 20-30 и более усилия переход к рынку.

Столь высокие темпы роста населения Азербайджана вызвали не только отставание развитие социально-культурной сферы и качества городской среды от современных потребностей населения, но и поставили очень сложные проблемы их поддержание (не говоря о дальнейшем развитии) децентрализации экономики и усложнением взоммостнощений между центром и регионами.

Таким образом, одной из главных методических особенностей градостроительных аспектов развитие малых городов на современном этапе становится комплексное изучение их на основе системного подхода. Такой подход предопределит взгляд на малые города, как на структурные функционально - дифференцированные элемента системы расселения, что в свою очередь обуславливает возникновение новых задач архитектурно- планировочной организации жилых зон.

1   ...   52   53   54   55   56   57   58   59   ...   62


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə