AZƏrbaycanşÜnasliğin aktual problemləRİ Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci




Yüklə 7.97 Mb.
səhifə48/62
tarix22.02.2016
ölçüsü7.97 Mb.
1   ...   44   45   46   47   48   49   50   51   ...   62

Nağdalıyev Aydın
AZƏRBAYCAN DİLİNİN FEL ŞƏKİLLƏRİNDƏ ANALİTİZİM

VƏ ONUN İFADƏ VASİTƏLƏRİ
Azərbaycan dili morfoloji baxımdan aqlyutinativ quruluşlu dillərə daxildir. Bununla bərabər, Azərbaycan dilində bir sıra qrammatik mənalar köməkçi sözlər, söz sırası, intonasiya ilə də ifadə olunur. Bu ifadəolunma şəkli Azərbaycan dilində analitikliklə bağlıdır. Odur ki, Azərbaycan dilini “təmiz” aqqlyutinativ dil də hesab etmək doğru deyildir. Ümumiyyətlə, morfoloji quruluş baxımından, “təmiz” analitik, “təmiz” flektiv, ya da “təmiz” aqqlyutinativ dil tapmaq mümkün deyil.

Dildə analitizm, qrammatik mənaların analitik ifadə üsulu, hər şeydən əvvəl, köməkçi nitq hissələrinin mövcudluğu ilə bağlıdır, çünki dildə köməkçi nitq hissələrinin varlığı analitik forma və konstruksiyaların, analitizmin olması üçün başlıca şərtlərdəndir. Hər hansı bir dildə köməkçi söz varsa, həmin dildə analitizmin olması labüddür. Ümumi dilçilikdə belə bir fikir var ki, dillərin morfoloji quruluşu tammənalı sözlərin köməkçi sözə, köməkçi sözlərin isə şəkilçilərə keçməsi istiqamətində getmişdir.

B. A. Serebrennikov yazır: “Dilin morfoloji quruluşunun inkişafında belə bir ardıcıllıq müşahidə olunur: əvvəlcə müstəqil söz köməkçi sözə, sonra isə köməkçi söz affiksə çevrilir; ilk əvvəllər bu affikslərin sərhəddi az – çox dərəcədə müəyyən olur (aqqlyutinasiya). Sonralar aqlyutinasiya fleksiyaya çevrilə bilir. Dilə xas olan əksliklərin nəticəsində həmin affikslər yox olur və yenidən analitik quruluş əmələ gəlir. Köməkçi sözlər yenidən morfemə çevrilir və yenidən aqlyutinativ quruluş yaranır (6.7)

Deyilənlərdən belə nəticə çıxır ki, dünya dillərinə xas olan qrammatik quruluş həmişə axar şəkildə olur, həmişə inkişafetmə və dəyişmə prosesi keçirir. Bu prosesdə analitizm sintetizm ilə, sintetizm isə yenidən analitizm ilə əvəz olunur.

Azərbaycan dilinin morfoloji quruluşunun indiki inkişafı aqlyutinativ istiqamətdə gedir. Lakin müasir dilimizin morfoloji quruluşunu klassik abidələrimizin dili ilə müqayisə etsək, görərik ki, müasir dildən fərqli olaraq, qədim Azərbaycan dilində analitik forma və konstruksiyalar daha çox işlənmişdir. Məsələn: “Dədəd Qorqud” dastanlarında” müasir dildən fərqli olaraq bir çox analtik zaman formaları işlənmişdir: gəlir oldu (gəldi); Varacaq olarsan (getsən), “sa + gərək” - varsan gərək; “feli sifət + yoq” (Ağam Byerək gedəli bizə ozan gəldügi yoq. səh. 62) və s.

M. Rəhimov abidələrin dilində “sa +gərək” analitik şəklinin 2 məna daşıdığını göstərir: 1. Vacib şəkli mənasında. 2. İş – hərəkətin ehtimal edilməsi mənasında (4. 176)

A. Yuldaşev “Feli sifət + yoq” “qəlibinin” müasir türk dillərindən türk və Azərbaycan dilində işlənməsini göstərir. (Doğrusu, ona hiç baktığımız yok.) A. Yuldaşevin Azərbaycan dilinə aid verdiyi nümunə isə qeyri - ədəbi dil variantıdır (Getdiyin varmı?). (6. 167) Belə analirik konstruksiyalara XIV – XVI əsr klassiklərinin dilində də rast gəlmək olur.

Buradan belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan dilində də morfoloji quruluş bir vəziyyətdən digər vəziyyətə, yəni analitiklikdən sintetikliyə doğru inkişaf etmişdir.

Azərbaycan dilində analitizm bütün nitq hissələri sferasında özünü göstərir. Bu baxımdan, feli kateqoriyalar xüsusilə zəngindir. Felin zaman və şəkil kateqoriyalarında analitizm halları daha geniş yayılmışdır.

Felin zaman kateqoriyası (xəbər şəkli) Azərbaycan dilində daha çox “idi, imiş, isə” bağlamaları ilə işlənərək analitiklik yaradır. Bu bağlamalarla işlənən felin zaman formalarını M. Hüseynzadə, Z, Budaqova zaman formalarının mürəkkəbi adlandırırlar. (2; 5). Müasir dövrdə orta məktəb dərsliklərində “idi, imiş” hissəciklərinin mürəkkəb fel yox, felin hekayə və rəvayət şəklini düzəltdiyi bildirilir (3. 67)



İdi bağlaması həm adlar, həm də fellərlə işlənərək, rəngarəng məna xüsusiyyətləri yaradır. İdi bağlaması adlarla işləndikdə onlara zaman anlayışı verir, onların keçmişdəki vəziyyəti haqqında təsəvvür yaratmağa xidmət edir. Məsələn: müəllim idi; gözəl idi; az idi; onun idi; aşağı idi və s.

İdi bağlaması felin xəbəri şəkli ilə işlənərək işin icrasını keçmiş zamanla bağlamaqla yanaşı, işin bitdiyini də göstərir. Məsələn: yazmışdı; oxumuşduq; almış idi; demişdilər və s.

A. Yuldaşev nəqli keçmiş zamanın idi bağlaması ilə işləndiyinin Azərbaycan və türk dillərində mümkün olduğunu göstərir (7. 124)



İdi bağlaması felin indiki və gələcək zaman formalarından sonra gələrək işin bitmədiyini, davam etdiyini bildərən analitik fellər yaradır. Məsələn: oxuyurdu; gəlirdi; oxuyacaq idi; biləcəkdiniz və s.

İdi bağlaması felin arzu, vacib, şərt şəkilləri ilə işlənərək analitik şəkillər yaradır və hadisələri keçmiş zamana bağlamaqla rəngrəng məna çalarlıqları meydana çıxarır. Məsələn: yaza idim; oxuya idin; getsə idi; getməli idim və s.

İmiş bağlaması həm adlarla, həm də fellərlə işlənərək müxtəlif məna çalarlıqları yaradır. Adlarla işləndikdə daha çox modallıq çalarlıqları əks etdirir. Məsələn: tələbə imiş; tez imiş; yaxşı imiş; uşaq imiş və s.

Bu bağlama fellərlə işləndikdə keçmiş zaman anlayışından çox, modallıq çalarlıqları yaradır. Məsələn: gəlməli imiş; getməli imişəm; alası imişsə; getmiş imiş və s.



Ol, et köməkçi felləri ilə. Bu fellər adlarla işlənərək mürəkkəb fel əmələ gətirir. Məsələn: hazır olmaq; kömək etmək; daxil olmaq; tanis etmək söhbət eləmək və s. Göründüyü kimi, bu mürəkkəb fellər yaranma qaydasına görə analitik fellərdir. Ümumiyyətlə, dilçilik ədəbiyyatında mürəkkəb fellər, analitik fellər, tərkibi fellər çox vaxt eyni mənada işlədilir. Dilçi alim F, Zeynalov yazır: “Biz analitik üsulla fel yaratma prosesinə bir qədər geniş şəkildə baxır, bu prosesə həm mürəkkəb felləri, həm tərkibi felləri və həm də analitik fel formalarını daxil edirik” (8.29)

Ol , et köməkçi felləri fel şəkilləri ilə işlənərək analitik fellər yaradır. Məsələn: gedər olmaq (getmək); gedəsi olmaq, ayrılmalı olmaq və s.

Azərbaycan dilində “analitik yolla yaranan fellərin bir qismi də ikinci komponenti həmin birləşmələrdə öz müstəqilliyini tam mühafizə edə bilməyən fellərdən əmələ gəlir” (8. 32). Azərbaycan dilində bu qəbildən olan və öz mənalarını bir qədər daraldan 30 – a qədər fel mövcuddur (qal, gör, qoy, al, bax, qurtar, dur, çıx, ver və s.) Belə analitik fellərdə I tərəf feli bağlama olur və tərz bildirir. Məsələn: Yatıb qalmaq; çıxıb görmək; uzanıb getmək; quruyub qalmaq; sönüb keçmək; ötüb keçmək; axıb getmək, saralıb solmaq və s.

Azərbaycan dilində fel şəkillərinin ifadə formasında da analitizm ünsürləri nəzərə çarpır. Məlumdur ki, əmr və xəbər şəklindən başqa, felin digər şəkillərinin xüsusi şəkli əlaməti vardır.

Arzu şəklində şəkli əlamətdən başqa, arzu mənasının ifadəsində ədatlardan və gərək sözündən də istifadə edilir. Məsələn: Gərək gedəm; gərək oxuya; nola yaza, nola işləyə; kaş gedəsən və s. “Gərək gedəm; gərək oxuya; nola yaza, nola işləyə; kaş gedəsən və s.

“Gərək” sözü əmr şəkilli fellə də işlənir. Məsələn: Ancaq necə deyərlər, dostluq olan yerdə gərək düzlük olsun (Mş İbrahimov)

Gərək sözünün arzu şəkli ilə işlənməsi haqqında Azərbaycan dilçiliyində 2 fikir mövcuddur! 1. “Gərək + a; ə” forması azru şəklinin ədatlarla işlənməsidir və vaciblik mənası ifadə edir. 2. “Gərək + a, ə” forması vacib şəklinin analitik formasıdır. (5. 348)

Vacib şəklinin ədəbi dildə mövcud olan analitik şəkillərindən başqa canlı danışıq dilində “məsdər + gərək” formalı analitik şəkli də mövcuddur. Məsələn: Bu gün oraya getmək gərək (yaxud lazım sözü ilə) (1. 87)

“Məsdər + gərək” forması klassik ədəbi dildə “Dədə Qorqud” dastanlarından başlamış XIX əsrə qədər işlənmişdir.

Müasir Azərbaycan dilində vacib şəklinin deyil inkar sözü ilə düzələn ifadə şəkli inkarlığın analitik formasıdır. Məsələn: Mən onun ardınca getməli deyiləm. (C, Cabbarlı) Lazım şəklinin inkar forması da bu şəklin analitik ifadə üsuludur. Məsələn: gedəsi deyilsən; gedəsi deyildir və s.

Felin ümumi bacarıq şəkli də formasına görə analitik fel sayılır: oxuya bilmək; yaza bilmək; danışa bilmək və s. şəkildə işlənir.

Beləliklə, analitizmi Azərbaycan dilinin morfoloji quruluşunda özünəməxsus xüsusiyyətlərə malik bir mərhələ hesab etmək lazımdır.



ƏDƏBİYYAT


  1. Aqazade N. Sistema qlaqolьnıx nakloneniy v sovremennom azerbaydjanskom literturnom yazıke B. 1967

  2. Hüseynzadə M. Müasir Azərbaycan dili B. 1983

  3. İsmayılov Rafiq. Qasımova Xanım, Ellazov Fazil Azərbaycan dili, VII sinif, B. 2007

  4. Mirzə Rəhimov. Azərbayca dilində fel şəkillərinin formalaşması tarixi B. 1965

  5. Müasir Azərbaycan dili. II h. B. 1980

  6. Serebrennikov B. A. Priçinı ustoyçivosti aqqlyutinativnoqo stroya i vopros o morfoloqiçeskom tipe yazıka B. sb. “Morfoloqiçeskaya tipoloqiya i problema klassifikassiya yazıkov” M – L. 1965

  7. Yuldaşev A. Analitiçeskie formı qlaqola v tyurkskix yazıkax. M. 1965

  8. Zeynalov F. Türk dillərinin müqayisəli qrammatikası I. h. B. 1974



РЕЗЮМЕ

В статье исследуется аналитизм и его место, сущность в грамматическом строе в азербайджанского языка, а также формы выражения его в наклонениях глагола.


SUMMARY

In the article the place and content of analitizm and expressive means of the Mood category of the verb in the grammatical structure of the Azerbaijan language are researched.




Namazlı Aygül
ПОЛИТИЧЕСКИЙ ДИСКУРС И РИТОРИЧЕСКИЕ

ФИГУРЫ (АНАФОРЫ) (ПО МАТЕРИАЛАМ

ВЫСТУПЛЕНИЯ ГЕЙДАРА АЛИЕВА)
Политический дискурс – это явление, с которым все сталкиваются ежедневно. Борьба за власть является основной темой и движущим мотивом этой сферы общения. Чем более открыта и демократична жизнь общества, тем больше внимания уделяется языку политики. Политическим дискурсом интересуются как профессионалы от политики, в том числе журналисты и политологи, так и самые широкие массы граждан.

В последние десятилетия эта область знания стала объектом пристального внимания лингвистов. Если на Западе проблемы языка и власти, языка и идеологии, языкового манипулирования, роли мифа в политической коммуникации и др. находились в фокусе исследовательского интереса достаточно давно – примерно с послевоенных лет, то в нашей стране лингвисты стали активно разрабатывать эту проблематику преимущественно с начала перестройки, когда политическая коммуникация перестала носить сугубо ритуальный характер. [4.14]

Анафора как стилистическая и риторическая фигура представляет собой параллельный повтор одинаковых слов и групп слов в речи. Анафора характеризуется повтором первых слов в параллельных предложениях и в соответствующих конструкциях создает параллелизм. Эти фигуры могут быть исследованы с различных сторон, например, с точки зрения средств синтаксической связи в тексте [2: 234-239] и риторики 3:155]. Слова, повторяющиеся в синтаксической конструкции, могут быть как полнозначными, так и вспомогательными. В первом случае это носит определяющий характер, а во втором случае параллельная конструкция в целом противопоставляется, связывается как суждение, образуя единое целое.

В данной статье лексические повторы, встречающиеся в начале и центре предложения в текстах политического дискурса, рассматриваются как анафоры. Эти фигуры придают речи особую окраску, превращают ее в сильное воздействующее средство на массы. В отличие от художественных текстов в политических текстах анафоры направлены на общественные группы, партии, экспрессивно выражая и усиливая волю политического лидера. Поэтому в политическом дискурсе при анализе анафор в контексте «общественно-исторические условия – мы» ярко проявляются их смысл и лексический объем, соответствующий контексту.

Рассмотрим некоторые примеры анафор в политическом дискурсе бывшего президента Азербайджанской Республики Гейдара Алиева:

1. Ancaq bu o qədər də asan iş deyil. Bunun üçün hamı birləşməli, Azərbaycan xalqının gücü bir yerə toplanmalı, hamı bir hədəfə vurmalıdır. İndii gərək hər kəs Vətən, torpaq, namus yolunda öz payını versin, öz borcunu versin. Hamı borcludur. Heç kəs deyə bilməz ki, borclu deyil. Xalqın övladları bu torpaqda doğulub dünyaya gəliblərsə, atalarımızın, babalarımızın ruhu bizim üçün müqəddəs və əzizdirsə, öz borcumuzu verməliyik. Bu, hamının borcudur. Təəssüf ki, bəzi adamlar belə hesab edirlər ki, kimsə qoy gedib torpağı müdafiə etsin, amma o birisi öz şəxsi işi ilə məşğul olsun. Kimsə vuruşsun, o birisi isə kənarda dursun, gözləsin görək nə olur [1:149].

2. Ancaq hamımız gərək bilək ki, indi Azərbaycan Respublikası qan içindədir. Respublikamız öz müstəqilliyini qorumaq üçün çox işlər görməlidir. Müstəqillik təkcə siyasi xarakter daşımır. Müstəqillik tək ondan ibarət deyildir ki, bizi beynəlxalq təşkilatlar tanıyıblar. Müstəqillik birinci növbədə odur ki, işğal olunmuş torpaqlarımız geri qaytarılsın. Ona görə də hamı birləşməlidir. Hamı ayağa qalxmalıdır. Hamı səfərbər olmalıdır. Rəhmətlik Səməd Vurğunun dahiyanə sözləri daim yadıma gəlir. O vaxt , 41-ci, ya da 42-ci ildə o dedi ki, müsəlləh əsgərəm mən də bu gündən. O vaxt biz ümumi sovet vətənini qoruyurduq. İndii biz öz doğma torpağımızı, müstəqil Azərbaycan dövlətini qoruyuruq, ona görə də peşəsindən, vəzifəsindən asılı olmayaraq, indii hər kəsdə, hər vətəndaşda bu hissiyyat daha güclü olmalıdır, güman edirəm ki, biz buna nail ola biləcəyik, hamımız birləşib bu ağır müharibə vəziyyətindən çıxa biləcəyik [1-150].esmpubRespublikası qan içindədir. Respublikamız öz müstəqilliyi

Как известно, когда Г.Алиев в 1993 году пришел к власти, государственность Азербайджана, судьба народа была под опасностью. Активизация внутри страны различных политических сил, разрушение старого экономического строя, армянская агрессия, ухудшение материального состояния народа до невозможности заставило Г.Алиева вмешаться в политическую ситуацию в стране. При поддержке народа он начал осуществлять различные мероприятия. Одним из таких мероприятий была встреча с интеллигенцией 21 сентября 1993 года в Академии наук Азербайджанской Республики. Вышеприведенные цитаты являются частью из его выступлений на этой встрече.

Азербайджан в тот период переживал трудные времена, когда было необходимо активное участие интеллигенции для решения насущных проблем страны. Азербайджанский лидер, придавая роли интеллигенции в развитии общества большое значение, особое внимание уделял сплочению народа воедино для преодоления тех исторических испытаний, выпавших на долю азербайджанского народа. В своем выступлении перед интеллигенцией Г.Алиев для придания своей речи особой убедительности, яркого выражения своих мыслей широко использовал анафору как риторическую фигуру.

Как видно из примеров, слово hamı в тексте выступает как носитель идеи, которая выдвигалась оратором. Наряду этим словом используется также лексема borcunuz. Употребляясь после слова hamı, слово borcunuz завершает и закрепляет главную мысль выступления. Это приводит к появлению логической мысли hamımızın borcu. В тексте выступления встречается слово indi, которое указывает на специфический исторический период, то есть получается indi hamımızın borcudur. В связи с этим обратим внимание на статистический анализ текста. В первом предложении первого текста слово indi употребляется особым ударением. Повторяемое в конце синтаксической целостности слово indi укрепляет передаваемую экспрессию по всему тексту. В этом же отрезке выступления 5 раз употребляется слово hamı. В результате получается своеобразная логическая последовательность indi – hamı – indi.

В следующем тексте основная идея такова: hamı birləşməli / hamı bir hədəfə vurmalı / hamı borcludur.

В приведенных текстах анафоры играют важную информативную роль в коммуникационном процессе. В речевом процессе адресант ясно улавливает ту смысловую нагрузку, которую носят в себе анафоры. Потому что в основе речевой интенции стоят именно эти моменты.

Обратим внимание на логическое строение данной синтаксической целостности. В первом тексте раскрываются причинно-следственные моменты, стремление к чему-то, точнее стремление к определенному следствию. Отмеченный отрезок основан на причинно-следственной логике.

Второй текст строится на основе логики важности, неизбежности. Данная мысль выражается в сочетаниях hamı birləşməli / hamı bir hədəfə vurmalıdır, а также hamı borcludur / hamının borcudur. В результате важность, неизбежность поднимается на верхний слой текста. Каждый раз при использовании анафор усиливается воздействующая сила речи, расширяется смысловой радиус идеи текста. При этом создается такое впечатление, что повторяется каждое предложение, каждое предложение начинается анафорой. Таким образом, создается семантическое поле неизбежности.

В выступлении Г.Алиева 28 сентября 1993 года на митинге рабочих промышленных предприятий, состоявшем в Бакинском заводе кондиционеров, отмеченное смысловое направление еще больше обособляется, анафорически подтверждается его доверие рабочим коллективам.

Siz – это трудовой народ, siz – это неиссякаемая сила! Общенациональный лидер чувствовал потребность страны в этой силе. Поэтому в трех предложениях данного текста слово siz употребляется шесть раз. Каждый раз смысл данного слова углубляется. Далее используя Azərbaycan vətəndaşına, xalqa güvənirəm, он раскрывает смысл данного слова. Лексема siz в целом приобретает широкий смысл благодаря ее анафорическому употреблению.

Если обратить внимание на моменты употребления анафор, можно заметить, что анафоры благодаря местоимениям приобретают обобщающий смысл. Данный момент заметен в его ответе политическим оппонентам:

Используемое в этой синтаксической целостности местоимение siz выступает обозначением Народного фронта – политического оппонента, и обладает сильным пафосом. Каждый раз при повторе этого слова политические оппоненты подвергаются серьезной критике.



ЛИТЕРАТУРA


    1. H.Əliyev, I cild, Bakı 2000

    2. Абдуллаев К. Теоретические проблемы синтаксиса азербайджанского языка. Баку: Маариф, 1998

    3. О. Петров. Риторика. Москва 2007

    4. Hacker 1996 p.250

    5. И.Шейгал. Семиотика политического дискурса. Волгаград док.дисс. 2000


XÜLASƏ

Heydər Əliyevin nitqi ritorik baxımdan çox zəngindir, o ritorik fiqurlardan ustalıqla istifadə etmiş və dinləyiciləri ilə öz arasında canlı effektli əlaqə yarada bilmişdir. Onun çıxışı yüksək yüksək ustalıqla hazırlandığı kimi yüksək elmi və praktik dəyərlərə malikdir.




SUMMARY

Heydar Aliyev's speech is very rich from rhetorical point of view, which have used skillfully from those rhetorical figures and lively alive effective connection has should create with/by (the) listeners between His its speech has high as like the preparing skillfully to high scientific and practical costs values high.



Namazova Səba
«MOLLA NƏSRƏDDİN» DƏRGİSİNDƏ AZƏRBAYCANÇILIQ İDEYASI
XX əsrin başlanğıcında azərbaycançılıq ideologiyasının təşəkkülünə, onun fəlsəfi əsaslarının müəyyənləşməsinə Cəlil Məmmədquluzadə yaradıcılığı və «Molla Nəsrəddin» dərgisinin fəaliyyəti müstəsna dərəcədə təsir göstərmişdir.

Dövrün gərgin ictimai - siyasi hadisələrinin, olduqca mürəkkəb proseslərin cərəyan etdiyi tarixi şəraitdə «Molla Nəsrəddin» dərgisi mübarizə meydanında göründü və xalqa üz tutaraq öncədən məşhur müraciətini ünvanladı: «Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!» [ 5] . Əbəs deyil ki, «Molla Nəsrəddin»in yaradıcılıq məramını aydın əks etdirən bu müraciət forması qısa zaman ərzində düşüncəni mübariz ovqata köklədi. Həmçinin, bu fikrin davamında «Molla Nəsrəddin » jurnalı xalqı bir çox mətləblərdən agah edərək bir - birinin ardınca milli varlığımızı şərtləndirən çağırışlara öz yazılarında geniş yer ayırdı. Elə «Molla Nəsrəddin»in xalqın milli özünüdərkinin formalaşması, milli birliyə nail olunması yolunda mübarizəsinə də bütün bunlar əhəmiyyətli dərəcədə təkan vermişdir. Ümumilikdə isə jurnalın səhifələrində sərgilənən çoxsaylı yaradıcılıq nümunələri «Molla Nəsrəddin»in ideya xəttinə sadiqliyinin əyani nümayişi kimi oxucuda hədsiz rəğbət doğurur.

Zamanın təbəddülatlarından çəkinməyərək azadlıq uğrunda fəal mübarizələrə qatılan, millətin oyanışı naminə səylərini əsirgəmədən inadla gələcəyə doğru addımlayan böyük demokrat Cəlil Məmmədquluzadə və onun mühərrirliyi ilə nəşr olunan «Molla Nəsrəddin» dərgisi fəaliyyətində azərbaycançılıq amalını əsas tutmuş və bütünlüklə yaradıcılıqda bu saf əmələ söykənmişdi.

Akademik İsa Həbibbəyli də məhz həmin cəhətləri nəzərə alaraq yaz­mışdır: «Cəlil Məmmədquluzadənin yaradıcılığı gələn hər yeni nəsil üçün müs­təqillik, azərbaycançılıq, millilik və vətəndaşlıq tərbiyəsi məktəbidir»

[ 3,s.5] .

İsa Həbibbəyli, eyni zamanda, ədəbiyyatımızın və mətbuatımızın möhtəşəm azərbaycançılıq abidəsi adlandırdığı «Molla Nəsrəddin»in bu xüsusda fəaliyyətinə dair şərhlərinə onu da əlavə etmişdi ki, jurnal «Azərbaycan xalqının ən böyük istiqlal kitabıdır» [ 7, s.4] .

1906 - cı il aprelin 7 - də nəşrə başlayan «Molla Nəsrəddin» jurnalı, oxucularla ünsiyyətdə olduğu 25 illik zaman kəsiyində, sözün əsl mənasında, ictimai həyatın aynasına çevrilmişdi. Dövrün bir çox həqiqətlərinə, cəmiyyətdə narahatlıq doğuran məqamlara jurnal satirik sözün vasitəsilə işıq tutmuşdu. Ən əsası isə «Sözün doğrusunu danışmaq hünərdir!» - deyiminə «Molla Nəsrəddin» jurnalı fəaliyyəti boyu sadiqlik göstərmişdir. Bununla yanaşı, maraqlıdır ki, «Molla Nəsrəddin»in elə birinci nömrəsində böyük Mirzə Cəlil xüsusi uzaqgörənliklə düşüncələrini oxucularla bölüşərək yazırdı: «Dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur, zira ki, mal - mülk tələf olur gedir, amma söz qalır» [5] .

Onu da qeyd etmək gərəkdir ki, Cəlil Məmmədquluzadənin vətəndaşlıq qeyrətinin bariz ifadəsi olan «Molla Nəsrəddin» dərgisi bu yolda ən mühüm dəstəyi xalqdan və ətrafına toplaşmış yorulmaz əməkdaşlarından - Mirzə Ələkbər Sabir, Ömər Faiq Nemanzadə, Əbdür­rəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Salman Mümtaz, Əli Razi, Mirzə Məhəmməd Axundov, Mirzə Əli Möcüz kimi mübariz qələm sahiblərindən alırdı.

Mollanəsrəddinçilər isə qarşıya qoyulmuş ideyaları gerçəkləşdirmək üçün yetərincə dəyanət və əzmkarlığa sahib olduqlarından bütün hallarda üzləşdikləri çətinlikləri, məhrumiyyətləri fədakarcasına dəf edə bilirdilər.

Bu baxımdan «Molla Nəsrəddin»in gülüşü də xalqa sonsuz sevgidən qaynaqlanırdı. O cür pak hisslər ən mürəkkəb vəziyyətlərdə, tarixi sınaq anlarında jurnalın səhifələrindəki yazıları, ümumilikdə mollanəsrəddinçilərin yaradıcılığını mütəmadi olaraq müşayiət etmişdir.

Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin də qeyd etdiyi kimi, «mollanəsrəddinçilik - ana vətən, ana dili, azadlıq və demokratiya uğrunda mübarizə, yatan şüurları gülüşün qüdrəti ilə oyatmaq qayəsi idi» [4,s.58] . Həmçinin, Nizaməddin Şəmsizadə «Azərbaycançılıq» adlı kitabında sözü gedən məsələ ətrafında mülahizələrini belə ümumiləşdirmişdi: «Mollanəsrəddinçilik - ictimai fikirdə azərbaycançılıq, ədəbi - bədii fikirdə realizm deməkdir» [ 4,s.58] .

Təqdirəlayiq hal bir də odur ki, Azərbaycanın azadlığa, hürriyyətə qovuşması ilə bağlı istəyini «Molla Nəsrəddin» dərgisi çeşidli ədəbi nümunələrdə hər zaman önə çəkmişdi. Daha dəqiq desək, dövrün qadağalarına rəğmən, «Molla Nəsrəddin» bu istəyin reallaşması naminə cəsarətlə mübarizə aparmış, həmin anlarda sözünün kəsərinə daha artıq güvənmişdi. Bu isə ondan irəli gəlirdi ki, «Mirzə Cəlilin «azərbaycançılıq» idealı, «türkçülüyü» və millətçiliyi öz daxilində xalqa, millətə məhəbbətlə yanaşı, çox iti, ayıq və oyaq bir tənqidi münasibəti də cəm edib, birləşdirib» (Yaşar Qarayev). [ 2, s.349] .

Filologiya elmləri doktoru İslam Ağayev isə jurnalın fəaliyyətinə dair münasibət bildirərkən məxsusi vurğulamışdı ki, «Molla Nəsrəddin» jurnalının ideoloji məfkurə orqanı kimi tarixi xidməti bir də onda idi ki, ağır senzura şəraitində zamanın ən kəskin, zəruri hadisələrinə operativ şəkildə cavab verirdi. Bu xüsusiyyətini jurnal bütün varlığı ərzində mühafizə edə bilmişdi» [ 1,s.13-14].

«Molla Nəsrəddin» dərgisinin yaradıcılıq mübarizəsinin ən mühüm istiqamətlərindən birini də ana dilinin varlığı və saflığı uğrunda çalışmaq təşkil edirdi. İlk sayından etibarən «türkün (azərbaycanlının-S.N.) açıq ana dili ilə» oxucularla ünsiyyət quran «Molla Nəsrəddin» dərgisi sonrakı nəşri müddətində də bu qətiyyətini pozmadı və hətta təqdim olunan yazıları sərgiləməmişdən əvvəl, ön hissədə onunla əməkdaşlıq etmək istəyənlərə ciddiyyətlə şərtini bildirdi: «İdarəyə göndərilən məktub və məqalələr açıq türk dilində yazılmış olmasalar, çap olunmayacaqlar».

Təsadüfi deyil ki, «Molla Nəsrəddin» ədəbi məktəbinin banisi Cəlil Məmmədquluzadənin bir sıra felyetonlarında («Bizim «obrazovannılar», «Meymunlar», «Pək eyi», «Dil», «Ana dili» və s.) və dram əsərlərində («Anamın kitabı», «Dəli yığıncağı») önə çəkdiyi dilin saflığı məsələsini digər məsləkdaşları da öz fəaliyyətlərində yorulmadan təbliğ etmişlər.

Bu səbəbdəndir ki, akademik İsa Həbibbəyli yazmışdır: «Milli istiqlal uğrunda mübarizə dövrün digər axınları ilə müqayisədə daha çox mollanəsrəddinçilikdən keçmişdir» [ 7, s.4] .

Göründüyü kimi, «Molla Nəsrəddin» dərgisi ana dili uğrunda mübarizə aparmaqla, ilk növbədə, hər bir azərbaycanlını öz vətəndaşlıq haqqına qovuşdurmaq istəyirdi. Bu istək əhatəli şəkildə təcəssümünü «Molla Nəsrəddin»in 1917 - ci il 27 noyabr tarixli 24 - cü sayında dərc olunmuş Cəlil Məmmədquluzadənin «Azərbaycan» məqaləsində tapmışdı. Azərbaycançılıq qayəsinə xidmət edən bu məqalədə vətənin azadlığı və istiqlaliyyəti naminə durmadan çalışmış qüdrətli vətəndaş - publisist Mirzə Cəlilin duyğu və düşüncələri yer almışdı. Cəlil Məmmədquluzadə öz məqaləsində diqqəti xüsusən Azərbaycanın bütövlüyünü təmin etmək amalı istiqamətində cəmləşdirmək üçün bütün üsul və vasitələrdən məharətlə yararlanaraq belə yazırdı:

«Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalata cumuram, özümdən soruşuram ki:

- Mənim anam kimdir?

Öz – özümə də cavab verirəm ki:

- Mənim anam rəhmətlik Zöhrəbanu bacı idi.

- Dilim nə dildir?

- Azərbaycan dilidir.

- Yəni vətənim haradır?

- Azərbaycan vilayətidir.

Demək, çünki dilimin adı türk - Azərbaycan dilidir, belə məlum olur ki, vətənim də Azərbaycan vilayətidir» [6] .

Eyni zamanda «Molla Nəsrəddin»in bütöv Azərbaycan niyyəti Cəlil Məmmədquluzadənin «Azərbaycan» məqaləsində dönə - dönə dilə gəti­rilmişdi.

Bu cəhətdən də Mirzə Cəlilin «Azərbaycan» məqaləsindən söz açarkən akademik İsa Həbibbəyli onu «ədəbiyyatda və mətbuatda azərbaycançılıq məfkurəsinin ən mükəmməl manifesti» olaraq dəyərləndirmişdi.

Ümumiyyətlə, millətin istiqlala və milli birliyə nail olmasının vacibliyi fikrini daima önə çəkən yazılara jurnalda xüsusi yer ayrılması «Molla Nəsrəddin»in azərbaycançılıq ideyasına xidmət etməsinin aşkar göstəricisidir.

1   ...   44   45   46   47   48   49   50   51   ...   62


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə