AZƏrbaycanşÜnasliğin aktual problemləRİ Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci




Yüklə 7.97 Mb.
səhifə30/62
tarix22.02.2016
ölçüsü7.97 Mb.
1   ...   26   27   28   29   30   31   32   33   ...   62

ƏDƏBİYYAT


  1. Abdullayev K.M. Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Bakı, Maarif, 1998, 281 səh.

  2. Гальперин И.Р. 1981 Текст как объект лингвистического исследования. Москва, Наука , 131 стр.

  3. Гаибова М.Т. Лингвистическое исследование единицы художественного текста. Баку, АДУ ММС, 2006, 123 стр.

  4. Давыдова Н.А. Лингвосинергетический анализ англоязычного дискурса. Вестник МГЛУ, Вып. 553, Москва, 2009, стр. 62 – 72 .

  5. Ивин А.А. Риторика: искусство убеждать – Москва, Фаир Пресс, 2002, 192 стр.

  6. Кибрик А.А. и др. Дискурс и возникновение функционализма. В книге: Фундаментальные направления современной американской лингвистики, Москва: МГУ, 1997,стр. 307-309.

  7. Кузнецов А.М. Вариативность в языке и варианты единиц на разных уровнях языковой структуры // Проблемы языковой вариативности. Ф.М. Березин и др. (ред.) Москва, 1990, стр. 25-43

  8. Сорокина Т.С. Функциональные основы теории грамматической синонимии. Вопросы языкознания. №3, Москва, 2003, стр. 92-112

  9. Эко У. Роль читателя. Исследования по семиотике текста. Москва, РГГУ, 2005, 501 стр.

  10. Dijk Teun A. van Ideology. Interdisciplinary approach. London: Sage Publications, 1998, 367 p.

  11. Dijk Teun A. van Discourse analyzes of news/ A Handbook of qualitative methodologies for Mass Media research. Edited by K. Brulin Jensen, London: Longman, vol. 5, 1999, p. 32-37

  12. Dijk, Teun A. van Critical Discourse Analysis. In: A Handbook of Discourse Analysis. Oxford: Blackwell, 2001, p. 352-371.

  13. Enkvist. N.E. From Text to Interpretability: A. Contribution to the Discussion of Basic Terms in Text linguistics. Connexity and Coherence: Analysis of Text and Discourse Ed. By W. Heydrich. Berlin; New York. 1989. p. 369-382.

  14. Givon T. Syntax: A Functional-Typological Introduction. Vol. 1, 1984. Vol. 2, 1990. Amsterdam: Benjamins, 486 p .

  15. Halliday M.A.K., Hasan R., Cohesion in English. London. 1976, 374 p.

  16. Mcdowell J.H. Verbal Dueling \\ Handbook of Discourse Analysis\ Ed. by T.A. van Dijk – London Academic Press – Vol. 3: Discourse and Dialogue p. 203-211

  17. Schiffrin D. Everyday Argument: Organization of Diversity in Talk \\ Handbook of Discourse Analysis \\ Ed. by T.A. van Dijk – London Academic Press – Vol. 3: Discourse and Dialogue p. 35-46

  18. Wodak R. The Discourse of Politics in Action. Politics as Usual. London: Palgrave Macmillan, 2009, 345 p.



SUMMARY

The paper covers the issues related with the different types (newspaper, political,legal,literary,academic etc)of discourse from the pragmatic and cognitive perspective of the discourse particitant.It reveals that the characteristic feature of political,newspaper,academic,legal discourse is argumentation based on cause-effect relations.Grammatical and lexical elements are explicit signals of these relations.


РЕЗЮМЕ

Статья посвящена исследованию различных типов (газетный, полити­чес­кий, юридический,художественный. Академический итд) дискурса с точки зрения прагматических и когнитивных перспектив дискурсивной личности. Выясняется что,характерной чертой (газетного, политического, юридического, академического) дискурса является аргументация которая строится на причинно-следственной зависимости. Различные языковые средства грамматические ,лексические элементы являются носителями причинно-следственной зависимости в дискурсе.



Hüseynova Yeganə
İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ ZOOMETAFORİZMLƏRİN

SEMANTİK XÜSUSİYYƏTLƏRİ
Həyatda, təbiətdə əşyalar, şeylər, hadisələr və onların ifadə etdiyi məfhumlar çox, sözlər isə azdır. Beləliklə, bir söz bir neçə əşya, hadisə, anlayış, məfhum bildirməli olur, bənzətmə, oxşarlıq və s. əsasında dilin məcazlar sisteminin yaranmasına ehtiyac duyulur.

Əşyanın, predmetin, canlı varlığın müəyyən əlamətinə əsasən ümumi məfhumun adlan­dı­rıl­masına sözün əşyavi-məntiqi mənası deyilir. Sözün əşyavi-məntiqi mənası əvəzinə dil­çi­likdə «sözün həqiqi mənası», «sözün əsil mənası», «sözün birinci mənası», «sözün müstəqim mənası», «sözün nominativ mənası» terminləri işlədilir.

Öz tarixi inkişaf prosesində sözün əsas əşyavi-həqiqi mənası bir neçə əlavə əşyavi-həqiqi mənalar kəsb edə bilər. Buna əlavə (və ya törəmə, düzəltmə) həqiqi mənalar deyilir. Əsas və törəmə həqiqi mənalar nitq prosesində daimi dəyişikliyə uğrayır. Ən mühüm də­yi­şikliklər isə sözün məcazi mənada işlədilməsi ilə əlaqədar olur. Məcazi mənanın anlaşıqlı olması üçün həqiqi məna aparıcı olur.

Məcaz sözün əsası həqiqi mənasından törəyir. Sözün həqiqi mənası bu və digər əşyanı, prosesi, hadisəni, canlı və cansız varlığı birbaşa adlandırmağa xidmət etdiyi, nominativ funk­siya daşıdığı üçün dilçilikdə nominativ məna adlanır. Nominativ məna sözün məcazi mən­a­larının yaranması üçün əsas olur. Başqa canlı varlıq və cansız əşyaları səciyyələndirmək üçün eyni səs tərkibli sözdən istifadə edilir. Burada bənzəyiş, oxşarlıq, müqayisə və s. assosiativ əlaqələrin varlığı məcazi şərtləndirməyə xidmət edir. Sözün yaşadığı və dəyişdiyi nitq atmosferi nəzərə alınır. Sözün təsviri, ifadəli və obrazlı olduğunu və mənasını dəqiqləşdirmək üçün mətn, situasiya, intonasiya və hərəkətlər mühüm rol oynayır. Obrazlı leksikanın yaranmasında mühüm rol oynayan məcaz dilin lüğət tərkibindəki sözün (o cümlədən zoonimlərin və fitonimlərin) semantik tutumunu dolğunlaşdıran, dilin ifadəlik imkanlarını artıran vasitə kimi çıxış edir.

İnsanları obrazlı xarakterizə edən zoometaforizmlərin semantik xüsusiyyətlərini daha da dərindən tədqiq etmək və bütün semantik çalarlarını üzə çıxarmaq məqsədi ilə onların qruplaşdırılması zərurlidir. Bu baxımdan onları aşağıdakı kimi qruplaşdırmaq olar: ev heyvanları, vəhşi heyvanlar, quşlar, sürünənlər, həşəratlar, balıqlar, suda-quruda yaşayanlar və s. Bu cür ümumiləşdirilmiş heyvan adları vasitəsi ilə həmin canlının hər hansı bir xüsusiyyəti, hərəkəti, xarici görünüşü ya birbaşa, ya da dolayısı ilə eyham və kinayə ilə insanların üzərinə köçürülür. Mövcud olan zoome­taforizmlər insanların əsl simasını üzə çıxarmağa, onların bu və ya digər xarakterik xüsusiyyətlərini daha dolğun ifadə etməyə imkan verən zoonimdir. Zoonimlər, tədqiqat obyekti kimi, bizi məhz bu yöndən maraqlandırır. Sözün məcazi mənada işlənməsinin meyarı həmin sözün mənasının canlıya uyğun gəlməsidir. Dil faktlarının təhlili göstərir ki, sözün ifadə etdiyi məcazilik ifadə olunan canlının ümumiləşdirilmiş, konkret bir əlaməti əsasında formalaşır və dildə geniş şəkildə tətbiq olunur.

Bu da məlumdur ki, məcazlaşması məxsus olduğu xalqın həyat tərzi ilə, milli xüsusiyyətləri ilə sıx bağlıdır. Məsələn, ingilis dilində «pig» sözü və onun Azərbaycan dilindəki qarşılığı olan «donuz» zoomorfemini götürək. «Pig» zoometaforizmi ingilis dilində iki mənada işlənir:

- «abırsız», «ədəbsiz»

- «pinti».

Azərbaycan dilində «donuz» sözü iki mənada işlənir ki, bunlardan biri ingilis diliində «pig» sözünün ifadə etdiyi mənaya uyğun gəlir, yəni yemək prosesi ilə bağlı «çox pinti, səliqəsiz» mənasını verir, ikinci mənası isə «kobud», bəzən də söyüş kimi işlənən «qanmaz, anlamaz» mənasını verir.

Yaxud ingilis dilində «calf» və Azərbaycan dilində «dana» sözlərinin ifadə etdiyi məcazi mənaya nəzər salaq. «Calf» zoonimi ingilis dilində həm əzizləmə mənasında, həm də «ağıldankəm adam» mənasında işlənir.

Azərbaycan dilində olan «dana» zoometaforizmi isə «küt», «kobud», «tərs» və «höcət» məna və məna çalarlarını ifadə edir.

Dana kimi dingildəmək; dana kimi böyürmək və s.

Zoomorfemin ifadə etdiyi məcazilik onun törəmələrinə də sirayət edir. Bu zaman zoomorfemin törəmələri fərqli məna da verə bilər, oxşar məna da. Məsələn, bat - yarasa zoonimindən yaranan bat blind = tamamilə kor; bat-eyed = diqqətsiz mənasında; batty = dəli, başı havalı; to be bats = dəli olmaq (jarqon) mənasında işlənir; «bat» sözü isə gecəquşu, yəni «gecələr məşğul olan adam» mənasında işlənir. Fel kimi işlənən to bat = gözlərini qıymaq mənasını verir.

Göründüyü kimi, «bat» sözünün törəmələri olan batty, bat-eyed, to bu bats zoome­taforizmlərinin ifadə etdiyi mənalar əsas mənadan uzaqlaşıb. Belə ki, bat zoomerfeminin ifadə etdiyi canlı, yəni yarasa (gecəquşu) gecə həyat tərzi keçirir və hərəkət edərək ultrasəslər çıxarır. Yarasanın görmə qabiliyyətinin olmaması, onun bat-blind (kor) yalnız gecələr fəaliyyət göstərməsi «bat» zoomorfeminin jarqon sözü kimi işlənməsinə imkan verir. Bəlkə də, onun digər mənaları yarasanın gün işığındakı vəziyyəti ilə bağlıdır.

Ayrı-ayrı zoometaforizmlər müxtəlif növ canlıların adları əsasında formalaşdıq­la­rın­dan və bu canlı növlərin təbiətdə yaşamaq tərzi, yayılma arealı, özünəməxsus spesifik xüsusiyyəti bir-birindən fərqləndiyindən onların hər biri əsasında yaranan zoometaforik söz və ifadələr də öz semantikası, işlənmə xüsusiyyəti və nitq prosesindəki funksionallığı ilə bir-birindən seçilir. Ona görə də müxtəlif növ heyvanların adları əsasında yaranan zoometaforizmləri canlıların bioloji növləri əsasında qruplaşdırmaq və təsnif etmək daha məqsədəuyğun və elmi olardı.

Zoometaforizmlərin heyvan, quş, balıq, həşərat və s. adlarına görə qruplaşmasına nəzər salaq:

Ev heyvanlarının adları əsasında yaranmış zoometaforizmlər müxtəlif sistemli dillərdə, əsasən yaxın və eynidir, lakin onların obrazlı mənaları heç də həmişə uyğun gəlmir. İngilis dilində ev heyvanlarını bildirən sadə və ya köksüz zoonimlər aşağıdakılardır:



cat (pişik); horse (at); lamb (quzu); sheep (qoyun); dog (it); ass (uzunqulaq); bull (buğa, öküz); calf (dana, buzov); cow (inək); donkey (uzunqulaq); filly (madyan); goat (keçi); hog (axta donuz,ə tlik donuz); hound (it); jade (yabı); kid (çəpiş); mare (madyan); mule (qatır); ox (öküz); pig (donuz); pup (küçük); pus, puss (dişi pişik); sow (dişi donuz); swine (donuz) və s.

Yuxarıda göstərilən sadə zoometaforizmlərin əksəriyyəti hər iki dildə mənfi səciyyəli mənaya malikdir. Məsələn, ən çox işlədilən mənfi xarakterli zoometa­fo­riz­mlər: doğ (it); ass (uzunqulaq); swine, pig (donuz) və s. Dildə ev heyvan ad­la­rı içərisində çox az sayda zoomerflərə rast gəlmək olur ki, müsbət mənalı zoome­ta­forizmlər olurlar. Məsələn: sheep (qoyun); lamb (quzu); horse (at) və s. Elələri də var ki, onlar müqayisə olunan dillərin birindən insanın müsbət cəhətini, digərində isə mənfi cəhətini xarakterizə edir. Bu cür zoosəciyyələndirməyə misal olaraq Azər­baycan dilindəki «qoç» zoometaforizmini göstərmək olar. Dilimizdə «qoç» - cəsur, qoçaq, mərd adam (cavan oğlanı) xarakterizə edir: Qoç Koroğlu, Qoç Həsən və s.

Qeyd etdiyimiz kimi, müxtəlif dillərdə eyni heyvan və ya quş adları bəzən tamamilə fərqli keyfiyyətləri bildirərək insanları müxtəlif cür, bəzən hətta tamam əks mənada xarakterizə edirlər. Bu fərqli cəhət onunla izah edilir ki, hər bir xalqın dilində həmin xalqın mədəniyyətinin spesifikası əks olunur. Və ya hər bir xalqın məişətində, yaşayış tərzində bu və ya digər canlı orqanizm fərqli funksiya daşıyır, ona qarşı da fərqli münasibət olur və bu, özünü dildə əks etdirir.

Ümumiyyətlə, ev heyvanlarına aid yaranan zoometaforizmlər danışıq dili üçün daha da səciyyəvidir: ox-eyed – şəhla gözlü; black ox – bədbəxtlik; piggy-widdy – donusbalası (uşaq haqqında); pighead(ed) – səfeh; pigtail - qızlarda nazik hörük və s.



Yuxarıda göstərilən misallar isim funksiyası daşıyan leksem-zoomorfemdir. Ev hey­van­ları ilə ifadə olunmuş zoometaforizmlərə misal olaraq çoxlu atalar sözləri və zərbi məsələlər də göstərmək olar:

A cat in gloves catches no mice – Əlcəkli pişik siçan tutmaz

(Halva-halva deməklə ağız şirin olmaz);

A good doğ deserves a good bone – Yaxşı at yemini artırır, pis at qamçısını

(Yaxşı itə yaxşı da sümük düşür)

A good horse szould be seldom spurred – Yaxşı atı az-az mahmızlamaq lazımdır

(Mərdi qova-qova namərd eləmə).

Curst cows have curt (or short) horus – Vurağan inəyin buynuzu qırıq olar = Ət yeyən quşun dimdiyi əyri olar = Allah dəvəyə qanad versəydi, uçurmadığı ev qalmazdı;

Honey is not for the asss mouth – Bal eşşək üçün deyil = Eşşək nə bilir zəfəranplov nədir; Eşşək nədi, döşək nədi;

A black hen lays a white egg – Qara inəyin ağ balası. Bu zoometaforizmin hərfi tərcüməsi Azərbaycan dilindəki qarşılığı ilə eynilik təşkil edir: «Qaranlıq otaqda qara pişik axtarmaq; Bulanlıq suda balıq tutmaq»;

Barking dogs seldom bite = Hürən it dişləməz. Bu məsəl həm Azərbaycan, həm də ingilis dilində eynidir: «Hürən it tutmaz».

He that will steal an egg, will steal an ox – Yumurta oğurlayan öküz də oğurlayar = Oğurluğun böyüyü, kiçiyi olmaz;

It is a good horse that never stumbles – Yaxşı at heç vaxt büdrəməz; Yaxşı at özünə qamçı vurdurmaz. Azərbaycan dildində çox maraqlı semantik variant da vardır: «Bir at mənim altımda büdrəməsin». Mənası: deməli, atı sürəndən çox şey asılıdır;

Love me, love my dog – (məni sevirsənsə itimi də sev) – İtə yiyəsinə görə hörmət edərlər = Anasını alan balasını da alar;

One scabbed sheep will mar a whole flock – Bir qotur bütün sürünü korlar = Meşə çaqqalsız olmaz = Bir dana bir naxırı korlar;

Scornful dogs will eat dirty puddings – (hər şeydən iytərən itə qoğalın çirklisi çatar) Sonalayan ya kora rast gələr, ya keçələ – Sonalayan sonsuz qalar;

The cat would eat fish and not wet her feet – (pişik balıq yemək istəyir, amma pəncələrini islatmaqdan qorxur) Könlü balıq istəyənin quyruğu suda gərək;

To lock the stable-door after the horse is stolen – (at oğurlanandan sonra tövlənin qapısını bağlamaq) Toydan sonra nağara = Köşəni suya verəndən sonra tumanı bağlamaq;

You cannot flay the same ox twice – (öküzün dərisini iki dəfə soymaq olmaz) Bir qoyundan iki dəri çıxmaz = Hər inək ildə bir dəfə bala verər;

To be a copy-cat – (başqa birisinin etdiyini yamsılayan şəxs – adətən yeniyetmələr) Filankəs töküb, sən yığmısan = Anası çıxan ağacı balası budaq-budaq gəzər;

To buy a pig in a poke – (torbada donuz almaq) Dəryada balıq sevdası etmək; Kəsilməmiş qarpız almaq. Məs.: «Buying a car without test-driving it is like buying a pig in a poke» = Sürücülük vəsiqəsi almadan maşın almaq = At almamış cilov almaq;

Calls the dogs off – (itləri geri çağırmaq), yəni kimisə təqib etməyi dayan­dırmaq. Məs.: «All right, I surrender. You can call your dogs off» - Yaxşı, təslim oluram. Məni təqib etməyə bilərsən;

Cat got your tongue? – Dilini pişik yeyib? «Answer me! Whats the matter? Cat got your tongue?» - Cavab ver! Nə olub? Səsin batıb? (Dilini pişik yeyib?) – Niyə dinmirsən? Ağzına su almısan?;

Curiosity killed the cat – Pişiyi hər şeylə maraqlanmaq öldürdü. Bu atalar sö­zü hər şeylə maraqlanmağın çox təhlükəli olduğunu bildirir. Şablon ifadədir. Azər­baycan dilində qarşılığı belədir: «Hər yerə burnunu soxma, burunsuz qalarsan»;

To eat like a horse – (at kimi yemək) = Donuz kimi yemək; Məs.: «No wonder hes so fat. He eats like a horse» - Onun kök olmasına təəccüblənmək lazım deyil. Donuz kimi yeyir.

Go to the dogs – (itlərin yanına getmək) – İt gününə düşmək; sübut etmək və s. Məs.: «The government is going to the dogs» = Hökümət süqut edir;

Hit the bulls eye – (öküzün gözündən vurmaq) = Quş gözündən vurmaq;

Hold your horses! – (atını cilovla) Səbrli ol! Hövsələni bas! Əsəblərini cilovla;

Horse play – (at oyunu) fiziki aktivlik və sərbəst oyun, əylənmə = atılıb düşmək = dana dingildətmək;

Ii the doghouse – (it evində) = qara siyahıya düşmək; işə düşmək; zibilə düşmək.

Zoometaforizmlərin əksəriyyəti ingilis və Azərbaycan dilində eynidir və bənzətmə yolu ilə yaranmış semantik mənalar müqayisə olunan dillərdə bir-birinə uyğun gəlir. Müqayisə yolu ilə, yəni «kimi» qoşması ilə yaranan zoome­taforizmlərdən başqa Azərbaycan dilində zahiri forma bənzəyişinə görə də ümumi zoonimlərdən və somatizmlərdən yaranmış çoxlu mürəkkəb zoometaforizmlər vardır: öküzbaş, danabaş, malbaş, qabanbaş, quzubaş, durnagöz, durnatel, eşşəkqulaq, maralbaxış, dəvəboyun, lökdodaq, tülküsifət, sümsüburun və s.

Azərbaycan dilində heyvan və quşun adı və eləcə də «kimi» qoşması ixtisara düşən, lakin onların səciyyəvi xüsusiyyətlərini özündə asanlıqla sezdirib ehtiva edən feli zoometaforizmlər də çoxdur. Məsələn: (quş kimi) cikkildəmək; (bülbül kimi) cəh-cə- vurmaq, (at kimi) kişnəmək, (it kimi) hürmək.

ƏDƏBİYYAT


  1. H.Bayramov: “Azərbaycan dili frazelogiyasının əsasları”. Bakı, 1978, “Maarif” nəşr.

  2. İ.Abdullayev: “Azərbaycan dilində müqayisəli-metofizik ifadələr haqqında qeydlər”. ADU. “Elm” nəşr. №1. 1973.

  3. Ф.А.Литвин: «Об изучении разовидностей зооморфных харак­терис­тик (на материаалах английского языка)». Вып № 5.

  4. Z.İ.Budaqova: “Metafizik və müqayisə bədii ifadə vasitəsi kimi”. Bakı, 1969, 204 səh.

  5. Н.Н.Амосова: «Основы английской фразеологии». Л.1963. стр. 208.


РЕЗЮМЕ

В статье рассматриваются слова, обозначающие зоометафоризмы в сов­ре­менном английском и азербайджанском языках, их сходства и различия в обоих языках.



SUMMARY

The article considers the words designating zoological metaphors in modern English and Azerbaijani languages and their analogy and distinction in both languages.


Xəlilova Aynur
AZƏRBAYCAN PİANİZM İNCƏSƏNƏTİNİN ƏNƏNƏSİ OLARAQ BƏDİİ YANAŞMA VƏ TEXNİKANIN VƏHDƏTİ
Hər bir tarixi dövr, o cümlədən müasir zaman musiqi sənətinin yaradıcı missiyasının məsuliyyətini hiss edərək öz unikal sözünü demək fürsəti olan musiqiçi- ifaçılara, sənətkarlara meydan oxuyur. Vaxtın ixtiyarında olmaq nə qədər asandırsa, onun çağırışını duymaq, nəbzini tutmaq, insanların qəlb və könüllərini fəth etmək , gələcəyə yeni yollar açmaq bir o qədər çətindir. Musiqiçi- ifaçının ali vəzifəsi, borcu isə məhz bundan ibarətdir. Dünya mədəniyyət birliyinin tarixi hərəkatı nə dərəcədə mürəkkəb və ziddiyyətlidirsə, bu vəzifənin həyata keçirilməsi də bir o qədər həm çətin, həm də əhəmiyyətlidir. Başqa sözlə desək, musiqiçi-ifaçının bədii, sosial məsuliyyəti mədəni- sosial şəraitin yeniləşmə mərhələlərində kəskin surətdə yüksəlir. Belə ki, ifaçı dinləyici kütləsi ilə ən sıx təmasda olaraq ictimai qavrayışın tendensiyalarını sezir, mədəniyyətə münasibəti, dünyaduyumunu formalaşdırır.

Məlumdur ki, musiqi əsəri zaman kəsiyində hərəkət edir, yəni donuq, sabit, statik deyil. Hər bir tarixi məqamda o simasını dəyişir, başqalaşır. Mahiyyət etibarilə musiqi əsəri açıq, aydın, birmənalı mətndən çox keçmiş dövrün görkəmli bəstəkarlarının göndərdikləri şifrlənmiş informasiyaya bənzəyir ki, bunun da mədəniyyətin müasir normalarına, insan təfəkkürünə, yeni yaranan mədəni – musiqi ənənələrinə və s. uyğun şərh olunması vacibdir. İfaçılıq sənəti “ özünəməxsus surətdə müəllif mətninin məzmunun potensial (maddi) daşıyıcıları olan alətlər, musiqi səslənməsi, səslərə çevrilməsini təmin edir. Belə ki, not mətni və onun bilavasitə səs təcəssümü “ikili xüsusiyyəti” ilə səciyyələnir, subyektə təsir göstərən canlı qavrayış prosesinin əlverişliyi, mənəvi dünyanın zənginləşməsinə istiqamətlənmiş bir növ bədii informasiya təfəkkürünün digəri ilə “şifrlənməsi” lazımdır. Ona görə müasir pianoçuların ən vacib vəzifələrində biri dəyişkən dünyada bədii proseslərin ümumi təmayülünü anlamaq, dövrün qoyduğu yeni tələblərə bədii cavabın strateji konsepsiyasını hazırlamaqdır. Müasir musiqiçi – ifaçının sənəti “mənəvi boşluğa ” qarşı durmalıdır”.

Azərbaycan musiqi mədəniyyətinin zəngin tarixində fortepiano – ifaçılıq sənəti yeni səhifədir. Öz fəal inkişafını XIX – XX əsrlərdən başlayaraq tez bir zamanda o müasir musiqi dünyasında xüsusi yerini tutdu. Milli fortepiano – ifaçılıq mədəniyyətinin fəal inkişaf və təşəkkülünün kökü dünya və əsasən rus pianizminə inteqrasiya prosesi ilə bağlıdır. Yüz ildən çox dövrü əhatə edən bu tarixi yol bir neçə mərhələni əhatə edir. Təşəkkül mərhələsi şəhər həyatında geniş yayılmış ev şəraitində musiqi məşqləri, istedadlı musiqiçilərin Bakıya qastrol səfərləri, 1895-ci ildə A.N.Yermolayevanın yaratdığı ilk özəl musiqi məktəbi, 1901 – ci ildə RMC –i yanında musiqi siniflərinin təşkili və 1916 – cı ildə onların musiqi tenxnikumunda birləşdirilməsi ilə başlanmışdır. Fəal inkişaf mərhələsi ilk ali musiqi tədris müəssisəsi olan Azərbaycan Dövlət Konservatoriyasının və musiqi təhsilinin bütün pillələrinin (ibtidai, orta ixtisas və ali peşəkar) yaradılması ilə əlamətdardır. Bununla da bütövlükdə milli musiqi mədəniyyəti və xüsusilə foprtepiano - ifaçılıq sənətinin inkişafında yeni dövr başlandı.

Ü.Hacıbəyobun müstəsna rolu həm də konservatoriyanın pedaqoji kadrlarının hazırlanmasında keyfiyyət məsələsinə yorulmadan diqqət və qayğı göstərməsi ilə şərtlənir. O öz məsləkdaşları ilə birgə əsas bədii – estetik mövqeydən Azərbaycanın milli – xalq musiqi incəsənətinin Qərbi – Avropa musiqi mədəniyyətinin ənənələri ilə qarşılıqlı təsiri və zənginləşdirilməsi ideyasını irəli sürmüşdür. Azərbaycan Dövlət Konservatoriyasına müxtəlif musiqi ixtisasları üzrə ən aparıcı müəllim heyəti dəvət olunmuşdur. Onların milli musiqi mədəniyyətinin müxtəlif sahələrində fəal musiqi – yaradıcılıq fəaliyyətləri milli peşəkar musiqi təhsilinin təşəkkülü və gənc nəslin ümumi musiqi tərbiyəsinin formalaşmasına çox böyük təsir göstərmişdir. Onların hər biri milli fortepiano ifaçılığının inkişaf yolunu artıq nüfuz qazanmış rus fortepiano məktəbinin ənənələri və müxtəlif Qərbi – Avropa məktəblərinin nailiyyətlərinə davamlı inteqrasiyasında, həmçinin bütövlükdə müasir dünya ifaçılıq mədəniyyətinin uğurlarından qaynaqlanmaqda görürdülər. Bunula yanaşı onlar müəyyən dərəcədə milli foprtepiano pedaqogikası və ifaçılığı sahəsində novator oldular. Azərbaycan pianoçularının birinci nəsli fortepiano ifaçılıq sənətinin bünövrəsinin qoyulmasında başlıca rol oynamışlar. Yaradıcı, musiqiçi, ümumiyyətlə parlaq şəxsiyyətlər olaraq onlar peşəkar azərbaycan musiqi mədəniyyətinin inkişafına əvəzsiz töhfələrini vermişlər. Onların musiqiçi - maarif, ifaçılıq və pedaqoji fəaliyyətləri milli fortepiano ifaçılığının birinci, ilkin mərhələsi olmuş və onun sonrakı inkişafı və tərəqqisinə zəmin yaratmışlar.

Azərbaycan pianizm məktəbinin dünya fortepiano ifaçılıq sənətində tarixən təşəkkül tapmış və estetik prinsiplərinə görə vahid istiqaməti baxımından təhlil edərək həm də onun görkəmli nümayəndələrinin fəaliyyətlərində fərdi pedaqoji və ifaçılıq xüsusiyyətlərinin müxtəlifliyi və çoxşaxəliyini qeyd etmək lazımdır. Onlar milli pianoçuların gələcək nəsillərinin yetişməsində müstəsna rol oynamışlar. Bu məktəbin görkəmli nümayəndələri, istedadlı pianoçular fərdi – yaradıcı özünəməxsusluqları ilə yanaşı, sənətə həqiqi yaradıcı yanaşma, yüksık peşəkarlıq, dinləyicini öz ifaçılıq məharəti ilə heyrətləndirmək bacarığı ilə seçilmişlər. Azərbaycan pedaqoq və pianoçularının ifaçılıq və pedaqoji fəaliyyətlərini nəzərdən keçirərək belə qənaətə gəlmək olar ki, rus fortepiano ənənələrinə arxalanıb, klassik fortepiano – ifaçılıq mədəniyyətinin nailiyyətlərini mənimsəyərək onlar həmçinin bu ənənələri öz milli – xalq musiqi mədəniyyətinin potensialı ilə üzvi surətdə əlaqələndirmiş, yəni hər biri bu sintezi ifaçılıq sənətlərində öz dərin yaradıcılıq fərdiliyinə uyğun həyata keçirmişlər.

Müasir dövrdə Azərbaycan fortepiano - ifaçılıq məktəbi üslubiyyət (stilistik) baxımından təşəkkül tapmış milli incəsənətdir. Onun dəyər və nailiyyətlərindən müasir azərbaycan pianoçu nəsli bəhrələnir. Onların hər biri yaradıcı və fərdi şəkildə, fəallığın bu və ya digər dərəcəsində texnika və bədiiliyin vəhdətinə nail olmaq prinsipini həyata keçirərək onun gələcək inkişaf və tərəqqisinə imkan yaradırlar. Fortepiano – ifaçılıq sənətində bədii yanaşma və texnikanın vəhdəti probleminin nəzəri təhlili və tədqiqatı əsasında, həmçinin azərbaycan pianoçularının bu vəhdətə nail olmaq aspektindən təcrübələrini araşdırıb ümumiləşdirərək prinsip etibarilə mühüm, aşağıdakı müddəalar qeyd olunmuşdur:

- musiqi interpretasiyası incəsənətinin tarixi dövrü ifaçılıq sənətində bədii məzmunluq problemini aktiallaşdırmış və əsərin bədii məzmununun üstünlüyünü şərtləndirmişdir.

- bədii yanaşma və texnikanın qarşılıqlı əlaqəsi musiqi – ifaçılıq sənətinin və musiqi tədrisi nəzəriyyəsinin başlıca prinsiplərindəndir;

- ifaçılıq incəsənətinin bədii – məzmun yönünün dərin, fərdi ifadəsinin əhəmiyyət və vacibliyi;

- bədii və texniki vəhdətin dərk olunmasının məqsədyönlüyü və birinci komponentin bu halda üstünlüyü;

- musiqi – pedaqoji məşğələlərin yaradıcı – improvizasiya xarakterli və yaradıcı, bədii proses kimi dərk edilməsi;

- pianoçu fəaliyyətinin mühüm tərkib hissəsi olan bədii yanaşma və texnikanın vəhdətinə nail olunması alət arxasında işə keyfiyyətli və iradi yanaşma sayəsində mümkündür (bədii yaxud texnika üzərində işdən asılı olmayaraq);

- fortepiano - ifaçılıq prosesinin bir tərəfdən hər hansı konkret, müəyyən sistemə sığmaması, digər tərəfdən isə bədii tərbiyə və yaradıcı idrak psixologiyasının başlıca qanunauyğunluqlarına əsasən ardıcıl və mütəşəkkil dərk olunması;

- əsas məqsəd, yəni bədiilik və texnikanın vəhdətinə nail olunması istiqamətində rasional yolların axtarışına fərdi yanaşma prinsipi;

- pianizm texnikasının inkişaf etdirilməsinin aparıcı qüvvəsi olan bədii və ifadəli ifaya səy göstərməkdir;

- royalın ifadəlilik dərəcəsi nəhayətsizdir və bu gün üçün hələ tükənmiş deyil. Müasir pianoçunun rolu və missiyası axtarışları hansı istiqamətdə aparmaq, alətin səs və dinamik imkanlarını genişləndirmək, onları hansı mövqeydən inkişaf etdirmək, müxtəlif ifa metod və üsullarını uyğunlaşdırmaqdan ibarətdir.

Geniş pedaqoji təcrübədə bədii yanaşma və texnikanın vəhdəti musiqi ifaçılıq təcrübəsinin başlıca və aparıcı prinsiplərindəndir ki, onun əldə olunması istiqamətində iş ardıcıl və kompleks şəklində aparılmalıdır. Pianoçunun alət arxasında məşqlərə vaxtı məqsədəuyğun ayırması, bu baxımdan bu və ya digər yaradıcı məqsədin dərhal həyata keçirilməsinin qeyri – mümkünlüyü, mürəkkəbliyini düzgün qiymətləndirməli, dalğın, gərgin iş tələb edən məqamlara diqqətlə yanaşmalıdır. Bu hallarda eyni musiqi epizodunun mənasız və sonsuz təkrar edilməsindən çəkinmək lazımdır. Çətin hissəni hər gün üç, dörd dəfə düşünülmüş şəkildə çalmaq bütün günü diqqətsiz məşq etməkdən daha faydalı, məqsədəuyğundur. Cəld tempə tədricən keçmək vacibdir. Cəld və ağır templərdə işin əlaqəsi, nisbəti tapılmalıdır. Texniki nöqsanların aradan qaldırılmasını təxirə salmaq, gecikdirmək məsləhət görülmür. Yəni onların həll yolları dərhal tapılmalıdır.Belə ki, təkrar ifada qüsurların avtomatik surətdə həllini tapacağına arxayın olmaq yanlışlıqdır . Pianoçunun texniki işinin vacib prinsiplərindən biri qarşıya çıxan çətinliklərin sadələşdirilməsi, asnlaşdırılmasıdır.

Beləliklə, bədii yanaşma və texnikanın vəhdətinə nail olunması ifaçılıq prosesinin vacib amili, əsas təyinedici keyfiyyətidir və iki cür yanaşma vasitəsilə həyata keçirilə bilər: bədii məramların məqsədyönlü kamilləşdirilməsi vasitəsilə və texniki məqsədlərin keyfiyyətli və məqsədyönlü həllinin sayəsində. Musiqiçi – ifaçının sənətkarlıq və peşəkarlığı nə qədər yüksək olsa, qarşısında duran bədii və texniki məqsədlərin qarşılıqlı əlaqəsi bir o qədər sıx olacaq. Yəni musiqi – bədii iş prosesi texniki məqsədlərə, texniki iş isə musiqi məramına xidmət edir.

Yuxarıda qeyd olunanları ümumiləşdirərək qeyd etmək lazımdır ki, bədii yanaşma və texnika ifaçılıq fəaliyyətini səciyyələndirən formulun iki əsas, tərkib hissəsi, yaradıcı yanaşmanın rüknləri olaraq ifanın bədii yaxud texniki yönündən asılı olmayaraq pianizm işinə hökmən iradi və keyfiyyətli münasibəti şətrləndirir. İş prosesində hər bir ifa variantı öz keyfiyyət səviyyəsinə görə əvvəlkindən üstün olmalı, interpretasiyanın hər konkret prosesində yuxarıda qeyd olunmuş vəhdət əsas məqsədə çevrilməli, lakin bu halda onun əldə edilmə dərəcəsi əlbəttə ki, fərqlənəcək. Bu vəhdətə nali olunmasının müvəffəqiyyəti pianoçunun qarşısına qoyduğu məqsədə nə dərəcədə yaxınlaşması, yaxud əksinə uzaqlaşmasından asılıdır.

Pianoçunun fəaliyyətində texniki və bədii yanaşmalar əgər keyfiyyət baxımından yüksək, yəni səmərəli, məhsuldar səviyyədə həyata keçirilirsə, onda mahiyyət etibarilə hər ikisi yaradıcı olaraq metodik nöqteyi – nəzərdən məqsədəuyğun və əsaslandırılmış hesab olunurlar. Bu və ya digər yanaşma tərzinin seçimi isə bir neçə amillə müəyyənləşir: musiqiçi – ifaçının fərdiliyi, şəxsiyyəti, ifa etdiyi konkret əsər, qazandığı peşəkar məharətin, ustalığın səviyyəsi və s. Pianoçunun fəaliyyətində bədiilik və texniki məqsədlərin zəruriliyini, fortepiano – ifaçılıq sənətində bu vəhdətə nail olunmasının mühümlüyünü bütün məsuliyyəti ilə dərk edərək təsdiq etmək olar ki, problemin ümumi metodik həllinin obyektiv istiqaməti konkret, fərdi axtarışlar üçün geniş imkanlar açan bədii – texniki prinsiplilikdir.

Bu vəhdətin əldə edilməsinin başlıca yolu texnikanın (hərəki) faydalılığı ilə musiqinin gözəlliyinin birliyi, “yekdilliyindən ” ibarətdir. Yəni “quru” çalışma və musiqi əsəri arasında antaqonizmin olmamasıdır. Sələflərin tarixi, musiqi – pedaqoji təcrübələrinə arxalanaraq əsas metodik nəticə çıxarmaq olar ki, pianoçunun musiqi əsəri üzərində iş prosesi musiqi, onun fortepianoda təcəssümü, yəni fortepiano texnikası və bədii obraz üzərində iş deməkdir. Yalnız “obraz”, “məzmun”, “əhval – ruhiyyə”, “ideya”, “poeziya”, “hisslər” haqqında düşünməklə fəaliyyətini məhdudlaşdıran pianoçu konkretliyə, fikirlərinin səs, fraza, nüans, mükəmməl fortepiano texnikasında təcəssümünə nail olmur, musiqiçi – sənətkar olmaq imkanını qaçırır. Həmçinin, yalnız fortepiano ifası, fortepiano texnikasını aydın görən pianoçu musiqi, onun mənası, məzmunu və qanunauyğunluqları haqqında yalnız səthi təsəvvürə malik olur.

“Son nəticədə demək istəyirəm: qəlbinin dərinliyinədək musiqidən təsirlənən, öz alətində mübtəlalıqla işləyən, alət və musiqini ehtirasla sevən hər bir kəs virtuoz texnikaya yiyələnəcək, əsərin bədii obrazını çatdırmağı bacaracaq, məhz o ifaçı olcaq ”(4,40). Deməli, müasir pianizm mənəvi, emosional qüvvə və texniki bacarıqların maksimal səfərbərliyi üzərində qurulur.

Beləliklə, musiqi ifaçılığının yaradıcı prosesində bədii və texniki komponentlərin vəhdətinə nail olunması aşağıdakı ardıcıllıqdan ibarətdir: musiqinin anlanmasından texniki işə doğru, bu mərhələdən isə musiqi məzmununun daha dərin dərk edilməsi və ifaçılıq ifadəliliyinə nail olunması.

1   ...   26   27   28   29   30   31   32   33   ...   62


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə