AZƏrbaycanşÜnasliğin aktual problemləRİ Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci




Yüklə 7.97 Mb.
səhifə29/62
tarix22.02.2016
ölçüsü7.97 Mb.
1   ...   25   26   27   28   29   30   31   32   ...   62

Hüseynova İradə
AZƏRBAYJAN MUSİQİSİNİN İNKİŞAFINDA

AZƏRBAYCAN-RUSİYA MUSİQİ ƏLAQƏLƏRİNİN ROLU
Yer üzündə yaşayan millət və xalqlar daim siyasi və iqtisadi əlaqədə olmuş, biri digərinin məişət və mədəniyyətinə böyük maraq göstərmişlər. Ərazi jəhətdən daha yaxın yerləşən dövlətlərdə belə əlaqələr daha sıx olmuş, onların səmərəli nətijəsi özünü biruzə vermişdir. Məhz Azərbayjan ilə Rusiya belə dövlətlərdəndir.

Azərbayjan ilə Rusiya arasında XIX əsrdə başlamış ünsiyyət iki mədəniyyətin qarşılıqlı təsirinə səbəb olmuş, dəfələrlə elm və sənət, ədəbiyyat və musiqi sahəsində qarşılıqlı əldə edilənlərin danılmaz dəlilləri aşkar edilmişdir. Rusiya ilə dövlətdaxili və mədəni əlaqələr Azərbayjan professional musiqisinin təşəkkül tapmasında əsas təkanlardan biri olmuşdur. Azərbayjan professional musiqisinin inkişaf prosesində həm klassik, eləjə də müasir rus injəsənəti, musiqisi, ədəbiyyatı ilə qarşılıqlı təsir müşahidə olunur. Bu əlaqələr özünü əhəmiyyətli dərəjədə geniş planda göstərir, onların zaman diapazonu məhdudiyyət təşkil etmir.

XIX əsrin əvvəllərindən başlayaraq rus mədəniyyətinin bütün sahələrində Şərqin mədəniyyətlərinin dərk edilməsinə «qarşı» yönələn proses başlanır.Əsil Şərq ilə (Qafqaz ilə) həqiqi tanışlıq sayəsində rus injəsənəti əhəmiyyətli dərəjədə zənginləşir. Bu da orientalizm adlanır. Şərq xalqları, onların tarixi, ədəbiyyatı görkəmli rus alimləri tərəfindən tədqiq edilib öyrənilir, S.S.Uvarov, T.N.Qranovski, V.V.Velyaminov - Zernov, A.M.Pozdnev, N.İ.Konrad kimi alimlər bu sahədə böyük işlər görmüş, müxtəlif elmi əsərlər dərj etdirmişlər.Rus bəstəkarları isə şərq musiqisinə böyük maraq göstərir. Avropada elə bir ölkə yoxdur ki, musiqisində şərq obrazlarını rus musiqiçiləri qədər işlədə bilsin. Rus musiqiçiləri şərq mədəniyyətinin praktiki və nəzəri məsələləri ilə daim məşğul olmuş, bu da iki mədəniyyətin yaxınlaşmasına səbəb olmuş və şərq ölkələrində professional bəstəkarlıq məktəbinin inkişafında müəyyən rol oynamışdır.

XIX əsrdə Şərq musiqisi ən müxtəlif yollarla Rusiyaya daxil olurdu. Bir tərəfdən o, Rusiyada yaşayıb fəaliyyət göstərən ayrı - ayrı şəxslər tərəfindən rus xalqına çatdırılır, digər tərəfdən isə etnoqraflar tərəfindən toplanıb nota köçürülürdü. Bu baxımdan İ.V.Dobrovolski, P.Siyalski və polyak mənşəli Xodzkonun topladığı material böyük maraq doğurur. Həmçinin, Qafqaza səyahət edən rus bəstəkarı M.Balakirevin nota yazdığı folklor nümunələri də çox qiymətlidir və o, «Qüdrətli dəstə» bəstəkarlarının yaradıjılığını qismən zənginləşdirmişdir.

Şərq musiqisini ilk dəfə öz yaradıjılığında tədbiq edən rus bəstəkarı M.İ.Qlinka olmuşdur. O, «Ruslan və Lüdmila» operasındakı «İran xoru»nun əsasına İran səfirinin katibi Xosrov Mirzədən eşitdiyi melodiyanı götürmüşdür. Sonra isə bu ənənə «Qüdrətli dəstə» bəstəkarları tərəfindən inkişaf etdirilir. A.N.Rimski-Korsakov «Mlada» operasındakı İran melodiyasını Liqovda səyahət edən bir iranlıdan eşidib qeyd edir, «Tamara» simfonik poemasında səslənən ilk mözunu isə M.Balakirev Şpaler küçəsində yerləşən kazarmada eşidib əsərə daxil edir. XX əsrin əvvəllərində isə rus bəstəkarı R.Qlier «Şahsənəm» operasını yazır, onun musiqisində azərbayjan musiqi folklorundan geniş istifadə edir, tədbiqində isə sitat üsuluna əsaslanır.

XX əsrdə rus musiqisində baş verən bu proses həm rus, həm də azərbayjanın görkəmli musiqişünasları tərəfindən geniş surətdə tədqiq edilmişdir .N.B.Dmitriadi,T. İ. Sokolova, L.V Karaqiçeva, N.S.Əbdürəşidova, İ.V.Pazıçeva kimi musiqişünaslar rus etnoqrafçıları tərəfindən toplanıb nota yazılmış folklor nümunələrinin mənbəyi araşdırmış, müqayisəli tədqiqat işləri aparmışlar, belə nətijəyə gəlmişlər ki, M.İ.Qlinkanın «Ruslan və Lüdmila» operasındakı İran xorunun əsasında Azərbayjan xalq musiqisi olan «Qaladan qalaya», xalq arasında isə «Qalanın dibində» adı ilə məşhurlaşan xalq mahnısı durur. Bu mövzunun intonasiya variantları isə A.Alyabevin «Fransız kadrili»ndə, M.Balakirevin «Tamara» simfonik poemasında, N.Rimski - Korsakovun «Qızıl xoruz» operasındakı münəjjimin ariozasında vardır.

Rus bəstəkarları axtarış və tapıntıları ilə öz yaradıjılıqlarında Azərbayjan folklorunun işləmələrinin ilk nümunələrini vermiş, dünya musiqi tarixində şərq musiqi folklorunun tədbiqi metodunu kəşf etmişlər. Məhz həmin metod da nəinki rus, həmçinin milli bəstəkarlıq məktəbləri tərəfindən tədbiq olunaraq inkişaf etdirilir. Belə ki, rus musiqi klassiklərinin təjrübəsi Qafqazın, Orta Asiyanın, Qazaxıstanın professional bəstəkarlıq məktəblərinin təməlini qoyanlar üçün nümunə olur və onlar rus klassikləri tərəfindən aşkarlanmış şərq folklorunun tədbiqi metodlarını inkişaf etdirirlər. N.B.Dimitriadi qeyd edir: «Sovet şərq respublikalarında çox qısa zamanda rus klassiklərinin tapdığı şərq folklorunun tədbiqi metodlarını istifadə və inkişaf etdirən milli bəstəkarlıq məktəbləri meydana gəlir» (II.37, s.125). Belə ki, Ü.Hajıbəyli və M. Maqomayev ilk opera nümunələrini yaradarkən rus bəstəkarlarının ənənələrini davam etdirmişlər.

Rus fəlsəfi-estetik fikrinin bədii təjrübə ilə yaxınlığı XIX əsrin ikinji yarısında yaradıjılıq, ifaçılıq, musiqi təhsili, maarif sahəsinə aid olan əsas estetik problemlərin irəliləməsinə səbəb oldu.Rus maarifçiliyinin ən tipik ifadəçiləri V.F.Odoyevski, A.N Serov, V.V.Stasov idi ki, onlar V.Q.Belinski, N.Q.Çernışevski, N.A.Dobrolyubov, A.İ.Gertsen kimi demokrat - publisistlərin ideyalarını təbliğ edirdilər. Rus maarifçi fikri Azərbayjan maarifçilərinin dünya görüşünün formalaşmasına bilavasitə öz təsirini göstərmişdir. Azərbayjan-Rusiya mədəni əlaqələri XIX əsrdə geniş vüsət alır, «Azərbayjan ijtimai – fəlsəfi fikri Rusiya və Avropa maarifçiliyinin gərgin təsirini özündə sınayır. Həmin təsir nə qədər əhəmiyyətli olsa da, Azərbayjan maarifçiliyi əslində öz diyarının ijtimai inkişafının ən zəruri ehtiyajlarını əks etdirən özünə məxsus milli hərəkat kimi yaranır. Hətta Rus və Avropa maarifçiliyindən iqtibas edilmiş ideyalar burada öz bənzərsizliyinə nail olmağa başlayır, yerli jəmiyyətin maddi və mənəvi təlabatları ilə çulğalaşır»[1,10].

Azərbayjanda maarifçilik aparıjı ümumdemokratik ideologiya olub bütün əsr ərzində ijtimai təfəkkürün hər bir sahəsinə səmərəli təsir göstərmişdir. Filosofları düşündürən əsas məsələlər feodal-təhkimçilik qaydaların və köhnə təhsil sisteminin tənqidinə, kübar təhsilinin, elmi biliklərin, avropa və rus mədəniyyətinin təbliğinə, şəxsi azadlığın, insan ləyaqətinin müdafiəsinə yönəldilmişdir. Maarifçi ideya sistemi görkəmli Azərbayjan dramaturqu Mirzə Fətəli Axundov, tanınmış Azərbayjan curnalisti Həsənbəy Zərdabi tərəfindən yaradılmış, sonrakı inkişafı isə digər Azərbayjan maarifçiləri tərəfindən, o jümlədən A.Bakıxanov, N.Vəzirov, H.Zərdabi, N.Nərimanov, J.Məmmədquluzadə, Ə.Haqverdiyev, Ü.Hajıbəyli, M.S.Ordubadi və digərləri tərəfindən təkmilləşdirilib inkişaf etdirilmişdir.

Rus və Azərbayjan maarifçi estetikanın kəsişdiyi əsas nəzəri istiqamət – sənətdə sosiallığın güjlənməsi idi. Məhz bunun üçün də musiqinin təfsirində, xalq kütlələrinin tərbiyə və maariflənməsi məsələsindən irəli gələrək onun tərbiyələndiriji mahiyyəti haqqındakı fikir irəli sürülürdü. Milli musiqi sənətinin inkişafı yollarının müzakirəsində milli ənənələrin dərindən öyrənilməsinə, eyni zamanda milli zəmində Avropa professional musiqi formalarının tədbiqinin mütləqliyinə istinad edilirdi.

Problemin bu jür həlli, həm nəzəri prinsiplərin, eləjə də, estetik platformanın hasil edilməsində başlıja əhəmiyyət kəsb edir ki, onun əsasında yeni Azərbayjan professional musiqisi inkişaf etməli idi. Seçilmiş yolun düzgünlüyü və mütərəqqiliyi bütün genişliyi ilə Azərbayjan musiqisinin klassiki olan Ü.Hajıbəylinin simasında meydana çıxdı.Mətbuat səhifələrində dərj olunan bir sıra məqalələrində, o jümlədən «Vəzifəyi -musiqiyyəmizə aid məsələlər», «Jəsarətlə yaratmalı, məhsuldar işləməli», «Müqəddimə», «Çaykovski və Azərbayjan musiqisi», həmçinin «Azərbayjan musiqisinin əsasları» kimi elmi əsərində o öz fikirlərini nəzəri jəhətdən ifadə edir. O, yaratdığı əsərlərində aydın surətdə təsdiq etdi ki, milli mədəni irs bəstəkar yaradıjılığının inkişafının bünövrəsini təşkil edir, digər mədəniyyətin elementləri isə milli təfəkkür süzgəjindən keçərək başqa keyfiyyət alır – həmin milli formaları zənginləşdirir, həmçinin özləri yeni, indiyə kimi məlum olmayan fərqləndiriji xüsusiyyətlər alır.

XIX əsrin sonlarından başlayaraq, Azərbayjanda qərb və rus musiqiçilərinin qastrol səfərləri geniş vüsət alır. Azərbayjanda P.M.Zurabov, N.N.Fiqner, A.A. Eyxenvald, D.X.Yucının truppaları fəaliyyət göstərir. Onlar demokratik milli ziyalıları dünya injəsənətinin nadir nümunələri ilə tanış edir. Bakıda S.Menter, V.N.Safonov, E.Zauer, A.Zilotti, L.S.Auer, həmçinin S.V.Raxmaninov, A.V.Vercbiloviç, K.Y.Davıdov kimi ifaçılar konsertlər vermişlər. Bakıya qastrola Tiflis opera artistləri olan V.M.Zarudnaya və İ.V.Tartakov (sonralar Peterburq Marinski teatrının solisti), rus müğənnilərindən isə A.Q. Menşikova, N.N.Fiqner gəlmişdi. 1900-jü ildən isə Bakıda dahi F.İ.Şalyapinin, bir qədər sonra isə A.V.Necdanova və L.V.Sobinovun qastrolları başlayır.

Bakının konsert həyatının təşkilində simfonik orkestr və ona rəhbərlik edən diricorlar - M.İ.Çernyaxovski, A.V.Pavlov - Arbenin, D.S.Slavinski, S.R.Kronqold. S.A.Samosud, S.T.Abbakumov, A.A.Dolceitski mühüm rol oynayır. Beləliklə, XIX əsrin sonu XX əsrin əvvəllərində rus mədəniyyətinin görkəmli nümayəndələri tərəfindən Azərbayjanın bədii həyatına Avropa formaları müdaxilə edir, Bakının musiqi məişətində konsert və opera ifaçılıq sənətinin təməli qoyulur. Azərbayjanlılar Avropa injəsənəti ilə tanış olur, ijtimai orbitə qoşulur, Bakıda yaşayan ruslar isə Qafqaz xalqlarının musiqisinə maraq göstərir. Məhz Azərbayjanda yaşayıb fəaliyyət göstərən rus musiqiçilərinin səyi nətijəsində musiqi təhsili yaranmağa başlayır. Azərbayjan professional musiqi təhsili tarixində istedadlı pianoçu A. N. Yermalayeva əhəmiyyətli iz qoymuşdur.O, 1895 - ji ildə ilk dəfə Bakıda özəl musiqi məktəbi açır. 1901 - ji ildə isə Rus Musiqi Jəmiyyətinin Bakıdakı şöbəsi nəzdində musiqi sinifləri fəaliyyətə başlayır. Buraya Moskva, Peterburq və digər şəhərlərdən istedadlı musiqiçilər dəvət olunur. Məktəbin müəllim heyətinə A.N.Yermolayeva və Y.N.Yermolayeva bajıları ilə yanaşı Peterburqdan dəvət almış skripka ifaçısı S.R.Kronqold, müğənni A.N.Vişnevski, Moskvadan isə pianoçu R.M.Nikolayeva, violonçel ifaçısı V.N.Dubinski daxil idilər. Sonralar yeni qüvvələrin axını davam edir və pedoqoci kollektiv M.İ.Çernyaxovski, B.A.Semyonov, Y.İ.Qorskaya, eləjə də Dobroxotov ailəsinin nümayəndələri (pianoçu Y.A.Dobroxotova, violonçel çalan V.S.Dobroxotov) ilə tamamlanır. 1915-1916-jı illərdə musiqi siniflərinə rəhbərlik edən Odessa konservatoriyasının professoru Y.A. Rıcınski tədrijən musiqi siniflərinin təhsil quruluşunda yeniliklər edir, təhsil planına yeni fənlər daxil edir, nətijədə 1916 - jı ildə o, Dövlət Musiqi Məktəbinə çevrilir. Bu hadisə Azərbayjanda professional musiqi təhsilinin inkişafında əhəmiyyətli rol oynayır. Bir qədər sonra isə ifaçı professionalların hazırlanması üçün musiqi məktəbinə yüksək klavikasiyalı mütəxəssislər olan N.D.Nikolayev, Q.Q. Şaroyev, A.A. Aleksandrova, S.İ.Turiç, S.L. Bretanitski, Y. D. Muller kimi musiqiçilər dəvət olunur. 1920-ji ildə Rus Musiqi Jəmiyyətinin musiqi məktəbi köklü surətdə dəyişərək Xalq Konservatoriyasına çevrilir. 1922-ji ildə isə Bakıda Xalq Təhsilinin Bakı Şöbəsinin (XTBŞ) musiqi texnikumu, bir qədər sonra isə – Xalq Maarif Komissarlığının musiqi texnikumu təşkil edilir.

Azərbayjanda sistemli musiqi təhsilinin yaradılmasında isə Ü.Hajıbəylinin misilsiz rolu olmuşdur. Onun təşəbbüsü ilə 1921-ji ildə Azərbayjan Dövlət Konservatoriyasının təməli qoyulur. Lakin qeyd etməliyik ki, bu təhsil ojağının (musiqi siniflərində) divarları arasında professional musiqi kadrlarının uğurla yetişdirilməsi prosesində rus pedaqoqikasının ən yaxşı ənənələri ilə tərbiyələnmiş, böyük rus musiqiçilər dəstəsinin pedaqoci fəaliyyətinin fəal təsiri vardır. Burada Azərbayjan ilə öz həyatını uzun müddət bağlamış bəstəkar, nəzəriyyəçi və ifaçıların misilsiz xidmətini qeyd etməliyik. Bunlar içərisində pianoçulardan M.Presman (ADK-nın ilk rektoru), İ.S.Aysberq, Q.Q.Şaroyev, M.R.Brenner; nəzəriyyəçilərdən B.V.Karaqiçev, L.M.Rudolf, L.Y.Ab, N.S.Çumakov, E.M.Nikomarova; bəstəkarlardan B.İ.Zeydman, skripka ifaçılarından S.L.Bretanitski, B.V.Moribel, Y.İ.Eydlin; violonçel ifaçılarından Q.Q.Okorokov, L.V.Rostropoviç, A.S.Şvars; kontrabas ifaçısı Q.Q.Solodçenko, nəfəsli alət ifaçılarından S.İ.Berolski, V.A.Knyazkov, F.V.Çernıx; vokalçılardan N.İ.Speranski, M.A.Kolotova, K.L.Knicnikov; xormeystrlərdən Y.A.Qrosman və digərlərinin adlarını çəkməliyik.

Məhz Azərbayjan Dövlət Konservatoriyası iyirminji illərdən başlayaraq musiqi təhsili sistemində milli kadrların - bəstəkar, nəzəriyyəçi, musiqi ifaçılarının hazırlanmasında əhəmiyyətli rol oynayır.Bu da, Azərbayjanda musiqi mədəniyyətinin inkişafında etibarlı, möhkəm bir bünövrə olur. İfaçılıq və pedaqoqika bizim fikrimizjə, nəzərdən keçirdiyimiz tarixi dövrdə bütün sahələrinin çoxjəhətliliyi ilə rus musiqi mədəniyyətinin Azərbayjan injəsənətinin inkişafındakı rolunu təsdiq edir. Ü.Hajıbəyli haqlı olaraq milli musiqi məktəblərinin qarşılıqlı əlaqə və münasibətinin mümkünlüyünü və zəruriliyini qeyd edir.

ƏDƏBİYYAT


  1. Ахмедов Э. Философия азербайджанского просвешения. – Баку: Азернешр, 1983. – 291 с.



РЕЗЮМЕ

Настоящая статья посвящена развитию Азербайджано-русских музы­каль­ных связей в истории Азербайджанского музыкального искусство ХЫХ ― начало ХХ веков. Азербайджано-русские музыкальные связи развивались в следующих направлениях: обращение к Востоку, ориентализм в русской музыке, русская просветительская мысль, эстетика Азербайджанского просветительство, роль русской педагогики, роль русских артистов и музыкантов - исполнителей в развитие театрально - концертной жизни в конце ХЫХ в начале ХХ веков.



SUMMARY

This article is devoted to the development of Azerbaijan – Russian musical links in the history of music art of Azerbaijan in the XIX century and at the beginning of the XX century. Azerbaijan – Russian musical links developed in the following directions; addressing to the East, oriental interest in Russian music, enlightened idea, aesthetic of Azerbaijan enlightenment, role of Russian pedagogy, role of Russian artists and musicians, performers in the development of theatre – concert life at the end of XIX century and at the beginning of the XX century.




Hüseynov Şaban

Səbuhi Sultanov
FRAZEOLOJİ BİRLƏŞMƏLƏRİN DAXİLİ FORMASI
Frazeoloji birləşmələr dilin leksik sistemində xüsusi mövqeyi olan, məxsus olduğu xalqın etnik-psixoloji xüsusiyyətlərini özündə yaşadan, obrazlı, emosional dil vahidləridir. Onlar birbaşa insanların həyatı duymaq tərzi, metoforik və metonimik düşüncə ilə bağlıdır. Bunun mahiyyətini düzgün anlamaq üçün frazeoloji konsept anlayışına müraciət edək. Bu sahənin güclü tədqiqatçılarından biri olan A.V.Sviridova frazeoloji konsept deyəndə reallığın sahə və ierarxaik strukturu ilə bağlı olan dəyəri nəzərdə tutur, həmin struktur da özək və periferik zonadan ibarət olmaqla freym zonası şəklində təzahür edir. Freym də öz növbəsində informasiyanın insan yaddaşında saxlanılması ilə bağlı olan, münasibətlər məcmusunu ifadə edən propozisiyadan və müəyyən diskursiv mühitdə törəyən müəyyən intellektual, emosional reaksiyaya malik dəyər məzmunlu dinamik slotdan ibarətdir. Yəni insan yaddaşında mövcud olan hansısa stereotip anlayışının özəyi-invariantı və bu bazaya söykənərək ondan törəyən vahidlərdir.

Dilçilikdə A.V.Sviridovun tədqiq etdiyi frazeoloji “konsept anlayışını, frazeoloji birləşmələrin daxili forması” başlığı altında da izah etmişlər.

Müasir dilçilikdə frazeoloji konsept anlayışı ilə daxili forma anlayışı məsələyə yanaşma tərzindəki fərqləri nəzərə almasaq, eyni hədəfə istiqamətlənmişdir. Çünki dilçilərdən bir qrupu məsələyə koqnitiv nöqteyi nəzərdən, bir qismi etnolinqvistik bir qismi psixaloji digər qismi isə linqvistik etimaloji baxımından yanaşmışlar; nəticə isə invariantla törəmə arasındakı fərqi və ya əlaqəni görməkdən , onların milli etnik xüsusuyyətlərini aydınlaşdirmaqdan ibarətdir.

Frazeoloji birləşmələrdə invariant hansısa situasiya ilə bağlıdır. Və onun həqiqi mənasına uyğun gəlir. Müasir dövrümüzdə həmin stereotipləri müəyyənləşdirmək çox çətindir, ancaq həmin izləri miflərdə müxtəlif folklor nümunərində, qədim yazılı abidələrdə qorunub saxlanılmışdır: Məs: Müasir Azərbaycan ədəbi dilində”Ətini şişə çəkmək”, “bir-birinin ətini yemək”, “başını yemək” və s. Kimi frazeoloji vahidlər işlənir ki, həmin leksiemlər mühüm emosional gücə malikdir və onlarda-həmin frazimlərin altında bir tarix, bəşəriyyətin vaxtı ilə yaşadığı canlə bir epoxanın izləri yaşayır. “Şəms və Qəmər” nağılında belə bir situasiya var: Qəmər padşahın oğlanları xəyanətə məruz qalır. Şah sadəlövhlük edərək onları edam etdirmək istəyir. Cəllad padişahdan gizlin qardaşları edam etmək əvəzinə azad edir. Oğlan atasının padişah olduğu diyardan qaçıb qəribə bir ölkəyə çatır:”-Ey oğlan bu şəhərdə yaşayanlar adam əi yeyir, adam qanı içirlər. Hər evdə belə bir insan qəssabxanası var. Sən haradan gəlib bura düşmüsən ? bu axşam səni kəsib yeyəcəyik...” göründüyü kimi burada haqqında danışdıöımız frazeoloji birləşmələrin bağlı olduğu stereotiplərin izləri var. Məhz invariant (propozisiyon slot) da bunlarla bağlıdır.


РЕЗЮМЕ
Внутренная форма фразиологических едениц связана с национальным стеоритипом и он есть инвариант. Поражденые от инвариантом входят на переферийную зону и преобритают новое эмоциональнальное значение.

Hüseynova Ramilə
AZƏRBAYCANDİLLİ DİSKURSUN TİPOLOJI XARAKTERİSTİKASI
Diskursa müxtəlif nöqteyi- nəzərdən – sosioloji, psixoloji, tarixi aspektlər­dən baxılır. Dilçilikdə diskursun tədqiqinə maraq müasir funksionalizminın fundamental səciyyəvi xüsusiyyətidir və bu amil onu dilçiliyin digər müasir sahələrindən, eləcə də əvvəlki istiqamətlərindən fərqləndirir.

Funksional dilçilikdə diskurs təhlilinin mərkəz rolu oynamasının əsas səbəbi aşağıdakılardır. Funksionalizm müşahidə olunan dil formasının izahının axtarışı ilə məşğuldur. Funksionalistlər belə bir fikrə əsaslanırlar ki, forma əhəmiyyətli dərəcədə real həyatda daşıdığı funksiya ilə formalaşır və izah olunur. Real zamanda dilin fəaliyyəti faktiki olaraq diskursdur.

Mətn ilə diskurs arasındakı terminoloji fərqlər məsələsi digər, kifayət qədər mürəkkəb problemin yaranmasına səbəb olur mətn dilçiliyi diskursiv təhlildən nə ilə fərqlənir. Diskursiv təhlilin mahiyyəti mətnin məna ilə dolumunu və nəyin onu əlaqəli və başa düşülən etdiyini müəyyənləşdirməkdən ibarətdir. Diskursiv təhlilə həsr olunmuş əsərlərdə onun mətnlərarası səciyyə daşıdığına işarə edilir. Eyni zamanda mətnlə məşğul olan tədqiqatçılar da həmin səciyyəni mətnə aid edir. Mətn bir vasitə olaraq daha çox abstrakt formal konstruksiya kimi nəzərdən keçirildiyi halda, diskurs mental proseslər nöqteyi nəzərindən və ekstralinqvistik amillərlə bağlı nəzərədən keçirilir. Əslində diskurs formal konstruksiyanın müxtəlif növ aktuallaşmasıdır.

Diskurs əlaqəli nitq parçasıdır. Lakin mətnin analoji tərifləri ilə müqayisə etsək, diskursun bu cür başa düşülməsi onun mətndən fərqini aydınlaşdırmır. N.Enkvist mətn ilə diskurs arasındakı fərqi aşağıdakı kimi izah edir: Biz mətnə situativ kontekstdən ayrı baxdığımız halda, diskurs situasiyanın bir hissəsi kimi nəzərdən keçirilir. Özlüyündə mətn kimi qəbul edilə bilən bu nümunə divardan asılanda artıq müəyyən situativ kontekst çərçivəsində diskursun bir parçasına çevrilir (13, 371-372).

Buna görə də diskursiv təhlil daha çox mətnlərarası sahə olaraq yalnız dilçiləri deyil, həmçinn sosioloqları, psixoloqları özünə cəlb edir. Mətn və diskurs anlayışlarının ayrılması çətinliklərinə (buradan mətn dilçiliyi və mətn qrammatikasının diskursiv təhlil ilə çulğalaşması meydana gəlir) baxmayaraq, yuxarıda qeyd edilən amilə görə mətni diskursdan fərqləndirmək mümkündür. Mətn – hazır reallıq kimi öz bitkinliyində öyrənilə bildiyi halda, diskurs öz spesifik xüsusiy­yətlərinə malik mətnlər yaranması prosesi kimi öyrənilməlidir. Mətn bilavasitə maddi varlıqdır və onu bu yanaşma çərçivəsində tədqiq etmək mümkündür. Lakin diskurs daha mürəkkəbdir və onun təhlili üçün biz mətnötürücüsünün niyyətini, fikrini bərpa etməliyik, yəni gözümüz önündə mövcud nitq əsərindən mətn­dəki eksplisit informasiyadan əlavə mətnarxası nəyin nəzərdə tutul­duğunu müəyyənləşdirməliyik. Beləliklə, diskurs anlayışı ekstralinqvistik amilləri, ritmi ehtiva edir. A.Kibrik yazır: Diskurs mətndən daha geniş anlayışdır. Diskurs eyni zamanda həm dil fəaliyyəti prosesi, həm də onun nəticəsidir, nəticə isə elə mətnin özüdür (6, 307).

Sosial –mədəni perspektivlər dilin kommunikativ mahiyyətinin linqvistik tədqiqlərində onun praqmatik və koqnitiv funksiyalarını açmaq üçün səmərəli şəkildə istifadə olunur və bu nəticə etibarilə bizə dilin sosial mahiyyətlə qırılmaz əlaqəsini görməyə imkan verir. Bir sıra funksional və tənqidi diskurs araşdırmaları (8, 10, 12 və digərləri) dildən istifadə edənlər arasında sıx qarşılıqlı əlaqə və dinamizm aşkarlamışlar. Bu cür əlaqə və dinamizm dialektik əlaqələrin necə saxlandığını və onların nəticə etibarilə necə sosial –mədəni strukturlara çevrildiyini nümayiş etdirir. Diskurs mədəniyyətlərarası ünsiyyətin ümümi konteksti çərçivəsində “mədəniyyətlərin dialoqu” kimi nəzərdən keçirilir və yalnız mətnyaradıcı vasitələrdən istifadə baxımından dil seçimində deyil, həmçinin diskurs reallığını başa düşməyə lazım olan koqnitiv bacarıqları inkişaf etdirən dilin sosial kontekstdə fəaliyyət göstərməsi biliyində də əks olunur. Diskursun dil və mədəniyyət arasında əlaqənin tədqiqi vasitəsilə antropologiyaya, dil ilə təfəkkür arasında münasibətlərin işıqlandırılması baxımından psixologiyaya və nəhayət, dilin sosial həyatda oynadığı çox mühüm rolla bağlı sosiologiyaya və siyasətşünaslığa bilavasitə aidiyyatı var.

N.Enkvistə istinadən bir daha qeyd etmək istərdik ki, diskurs sosial həyatda mövcud kontekst ilə mətnin sintezi kimi qəbul edilir (13). O, müəyyən mənanı kontektsdə əldə edir və bu kontekst dil informasiyasını ötürən tərəfindən müəyyən məqsədlərlə, müəyyən şəraitdə və müəyyən mənada istifadə edilir. T. van Deyk yazır: Kontekstə komunikasiya prosesində iştirak edənlər və onların rolu, məqsədi, niyyəti, ümumi fon biliyi daxildir (9, 23). R.Uodak kontekstin dörd qatını müəyyənləşdirir:


  • Söyləmlər, mətnlər, janrlar və diskurslar arasında mətnlərarası və diskurslararası münasibətlər;

  • Ekstralinqvistik, sosial/sosioloji tiplər;

  • Mətnlərin və təşkilatların tarixi və arxeologiyası; və

  • Situasiyaya bağlı spesifik kontekstin institusional çərivələri.

R. Uodak həmin tiplərdən çıxış edərək belə bir nəticəyə gəlir: Bununla biz, diskursların, janrların, və mətnlərin sosial-siyasi kontekstdən asılı olaraq necə dəyişdiyini araşdıra bilərik (18, 38).

Təsadüfi deyil ki, T. van Deyk diskurs ilə ideologiya arasında əlaqəni aşağıdakı kimi başa düşür: Diskurs ideoloji mahiyyət daşıyır və yaxud diskurs ideologiya yaradır (9,33). R. Uodak da yuxarıda xatırlanmış işlərdə olduğu kimi diskurs ilə mətn arasında fərqləndirmə aparır, lakin o məsələyə daha çox koqnitiv prizmadan yanaşır: Diskurs bilik və strukturların sxemləri və ümumiləşdirmələri olduğu halda, mətn diskursun spesifik və unikal realizəsidir (18, 39).

Son illər müxtəlif diskurs tiplərinin (bədii, siyasi, qəzet, hüquqi) tədqiqi (1, 3, 11, 18 və s.) onların çox güclü praqmatik, koqnitiv, ideoloji və mədəniyyət baxımından motivasiyaya malik olduqlarını göstərir. Birinci, bədii və elmi diskurs qəzet və ya siyasi diskursdan fərqli olaraq real həyatda mövcud deyil, yəni artıq ilkin şərtlər müxtəlifdir. Ikinci, bütün diskurs mətnləri müəyyən praqmatik niyyətə malik olsalar da, məsələn siyasi və hüquqi diskurs mətnləri bədii və ya elmi diskursa nisbətən daha inandırıcı, təsiredici və hətta manipulyasiyaya meylli görünür. Bədii diskurs mətni əlbəttə ki, bir çox alimlərin tədqiqat obyektinə çevrilmiş olsa da (1,2, 3,8 və digərləri), biz də bir neçə mülahizə söyləmək istərdik. Burada əsas məsələlər ötrücünün (yazıçı və ya şair) daxili aləmi, əsəri yazdığı anda psixoloji durumu, onun təfəkkür tərzi, obrazlılığa meylli olub-olmaması və digərləridir.

Bədii diskurs mətnində I.Qalperin haqlı olaraq estetik, koqnitiv və aktual informasiya funksiyalarının uğurlu birləşməsindən yazır (2). Lakin bu həmçinin digər diskurs tiplərinə məsələn, siyasi və qəzet mətinlərinə də şamil oluna bilər. Digər tərəfdən, bədii, akademik (elmi məqalələr, monoqrafiyalar, geniş auditoriya üçün nəzərdə tutulmuş mühazirələr) və qəzet diskursları (analitik məqalələr, şərhlər) xaotikliyə və virtuallığa meyllidir. Zənnimizcə, bu tip diskurslar ötürücünün öz qəbuledicisini bir qədər düşünməyə dəvət etməsi istəyi ilə səciyyələnir. Siyasi, hüquqi və bəzi akademik diskurslar (auditoriya mühazirələri) isə əksinə belə bir xaotiklik və virtuallıqdan uzaqdırlar. Bununla bağlı N. Davıdovanın maraqlı bir fikri var: Siyasi diskurs müəlliflərinin məqsədi qəbulediciləri özünün haqlı olduğuna inandırmağa və dəqiq fəaliyyət planını təqdim etməkdən ibarətdir. Görünür siyasi diskursda xaotikliyin yoxluğu məhz bu amil ilə izah edilə bilər. Dəqiq planlaşdırma xaotiklik anlayışının mahiyyətinə ziddir (4,69).

Deməli bir sıra amillər diskurs adlandırdığımız kommunikasiya situasiyasına təsir edə bilər. Lakin əlbəttə ki, əsas amil kommunikasiyanın özünün tipi və ötürücünün seçim imkanlarıdır. Bu bir növ dilçilikdə geniş şəkildə şərh olunmuş “seçim” fenomenidir. A. Kuznetsov yazır: Hər bir veribal ünsiyyətə başlayan şəxs funksional, üslubi, praqmatik, sosial, ərazi baxımdan seçim qarşısındadır (7,30). Seçimin fənnlərarası problemə aid olduğunu bildirən T.Sorokina bu məsələnin mərkəzində dil daşıyıcısının, yəni insanın durduğunu qeyd edir və dil ifadələrinin müxtəlif kontekstlərdə işlənməsini kommunikativ və koqnitiv funksiya yerinə yetirən dil fəaliyyəti kimi nəzərdən keçirir (8, 100).

Bütün hallarda ötürücü rəngarəng ritorik vasitələrdən istifadə edərək qəbulediciyə təsir edir, onda koqnitiv, poetik və hətta bədii fəaliyyətə stimullar verir və nəticə etibarilə, müxtəlif kommnikativ funksiyalar yerinə yetirmək üçün şərait yaradır.Bir neçə onilliklərdir tədqiq olunan qrammatik və leksik elementlər və hadisələr, eləcə də üslubi fiqurlar, insan, yer, bədii ədəbiyyat, ticarət markası və digər adlar daxildir. Onlar hər hansı bir mətn tipi qəbuledicisində spesfik mətnaltı mənaların yaranmasına şərait yaradır və ümumilikdə onun koqnitiv imkanlarını təmin edir.

Siyasi,media,hüquqi və akademik diskursun digər səciyyəvi cəhəti bu tiplərdə argumentasiyanın üstünlük təşkil etməsidir.Argumentasiyanın iki növü-ritorik və polemik argumentasiya ayrılır (18).Ritorik argumentasiya monoloji söyləmlərdə reallaşır və digər tərəfin mövqeyini bildirməsi kimi maneələrlə üzləşmiş olur (18). Ritorik arqumentasiya zamanı mətn ötürücüsünün digər diskurs iştirakçıları ilə infornasiya mübadiləsi aparmaq maraqlı deyil, daha çox öz mövqeyini diskursda möhkəmləndirmək məqsədi güdür.Argumentasiya nəzəriyyəsində digər yanaşmaya görə ritorik argumentasiyanın əsas fərgləndirici əlamətinin mövqecə ya fikir dəyişdirmək məqsədilə mətni qəbulediciyə yönəltməkdir.Polemik argumentasiya isə dialoq şəraitində inkişaf edir və diskurs iştirakçılarının öz mövqelərini bir-birinə təkidlə yeritməklə müşahidə olunur (18)

Hər iki növ argumentasiyanın əks olunduğu səbəs-nəticəyə əsaslanan semantik münasibətlər diskursda müxtəlif vasitələrlə reallaşır.Bir çox tədqiqatlarda (1, 13, 14, 15 və s.) araşdırılmış səbəb-nəticə ifadə edən qrammatik və leksik elementlər ilk növbədə ötürücünün praqmatik məqsədlərinə xidmət edir.Bu cür argumentativ diskurs adətən hər hansı bir mülahizənin məntiqi izahını eksplisit şəkildə təqdim edir.Lakin bu ənənəvi vasitələrlə yanaşı məntiqi izahlar həmçinin implisit şəkildə təqdim olunur.Ritorik və polemik argumentasiyaları reallaşdıran bu vasitələr diskursun koqnitiv strukturunu formalaşdırır.



Yuxarıda qeyd etdiyimiz ritorik vasitələrdən müxtəlif diskurs tiplərində istifadə olunsa da, nəticə etibarilə, onlar iki əsas funksiya yerinə yetirir- praqmatik və koqnitiv. Diskurs mətninin ötürücüsü bu vasitələrdən istifadə edərək öz praqmatik məqsədini qəbulediciyə çatdırmağa çalışır, öz növbəsində, qəbuledici üçün həmin vasitələr çox mühüm koqnitiv mahiyyət daşiyir. Diskurs tipləri arasında qəzet diskursu həm ötürücünün, həm də qəbuledicinin bu perspektivlərini nəzərə almaq baxımından xüsusi maraq kəsb edir.
1   ...   25   26   27   28   29   30   31   32   ...   62


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə