AZƏrbaycanşÜnasliğin aktual problemləRİ Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci




Yüklə 7.97 Mb.
səhifə27/62
tarix22.02.2016
ölçüsü7.97 Mb.
1   ...   23   24   25   26   27   28   29   30   ...   62

ƏDƏBİYYAT

  1. Abdullayev K.M. Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Bakı, Maarif,1998.

  2. Abdullayev Ə. Aktual üzvlənmənin mətnyaratma imkanları (Azərbay­can və ingilis dili materialları əsasında). Filol. elm. nam. ... diss. Bakı, 1996.

  3. Adilov M. Azərbaycan dilində təkrarlar sistemi . Filol.elm.dokt. ... diss. Bakı,1967.

  4. Vəliyev K. Cümlənin semantik üzvlənməsi // Voprosı azerbaydjanskoqo əzıkoznaniə. Baku, 1981.

  5. Zakojurnikova M.L. Работа над предложением и связной речи в начальных классах . M.,1962.

  6. Turaeva Z.Ə. Лингвистика текста. M., 1986.

РЕЗЮМЕ

Данная статья посвешена повторам внутри сложного синтаксического целого, которые проявляются в тексте в разных формах и тем самым усиливают его значение. В основном проиводиться и сопративляется примеры с азербайджанской и английской литературы, в результате чего выявляется схожие и различные характерные черты повторов в тексте.



SUMMARY

The given article is about repetitions in the Azerbaijanian and English languages, which appear in different forms in texts. They emphasize the meaning of the text. In addition, many texts in both languages are compared and all the similar and different features are analyzed in the article.



Hacıyeva Nazəndə
CABİR NOVRUZUN YARADICILIĞINDA

AZƏRBAYCANÇILIQ İDEYASININ TƏRƏNNÜMÜ
Ötən əsrin 50-ci illərində Azərbaycan ədəbiyyatında yeni bir mərhələ başladı. Əsəb gərginlikləri ilə yaşayan və psixoz vəziyyətə düşmüş xalqlarda ölmüş ruhların oyanışı başladı. Bu oyanış yeni, aktual mövzularda təzə bədii əsərlərin meydana çıxmasına səbəb oldu. Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Qabil, Adil Babayev, Nəriman Həsənzadə, Əliağa Kürçaylı,Əli Kərim, Cabir Novruz, Məmməd Araz, Xəlil Rza, Fikrət Qoca və başqaları müəyyən fərqlərlə ötən əsrin ortalarında müharibədən sonrakı quruculuq illərində ədəbiyyata gəldilər. Yaradıcılıqda istiqamət və keyfiyyət dəyişiklikləri meydana çıxırdı. Sovet təbliğat maşını hələ var güçü ilə işləsə də,ədəbiyyatda , başqa bir istiqamət, milli-azadlıq duyğularının rüşeymləri də baş qaldırırdı. Bəxtiyar Vahabzadə «Latın dili» şeirində bu dilin timsalında Azərbaycan dilinin o zamankı vəziyyətini əks etdirərək öz poetik məqsədinə nail olurdu. Milli istiqlal şairimiz Xəlil Rza «Afrikanın səsi» şeirində əslində Azərbaycanın səsini ucaldırdı:

Azadlığı istəmirəm

zərrə-zərrə,

qram-qram.

Qolumdakı zəncirləri

Qıram gərək, qıram-qıram!

Azadlığı istəmirəm

Bir həb kimi,

Dərman kimi.

Mən azadlıq istəyirəm

Səma kimi,

Günəş kimi,

Cahan kimi. [ 148, 95]
Səməd Vurğun poeziyasının vüsəti, Rəzul Rza yenilikçiliyi, Qulu Xəlilov, Məsud Əlioğlu, Bəkir Nəbiyev, Yaşar Qarayev, Aydın Məmmədov, Şamil Salmanovun fərqli ədəbi tənqidi məqalələri də bu illərdə yeni şeirin formalaşmasında müəyyən rol oynayırdı. Bu illərdə poeziya həyata və cəmiyyətə təzə rakurs bucağından baxmağa başlayırdı.

Beləliklə, yuxarıda qeyd etdiyim kimi, yeni poeziya yaranırdı və bu poeziya təkcə sovet məkanından deyil, dünya ədəbi prosesindən də bəhrələnir və yenilik duyğuları Azərbaycan şeir təvəkkürünə güclü şəkildə sirayət edirdi. Bu illərdə görkəmli şair Cabir Novruzun yaradıcılığı öz aktuallığı, təbiiliyi və rəvanlığı ilə şairlərdən seçilirdi. Onun yaradıcılığı 20-ci əsrin 50-ci illərindən sonra milli ədəbiyyatımız üçün çox ciddi səciyyəvi məqamları özündə əks etdirir,eyni zamanda müasirlik, ictimai-sosial məzmun, vətəndaşlıq duyğuları, həyatın yeniləşmə ritmləri onun əsərlərinin ahəngini təşkil edir.

Ötən əsrin ikinci yarısında ədəbiyyata gələn Cabir Novruz klassik ədəbiyyatı dərindən öyrəndi və öz qüvvətli istedadı ilə sürətlə parlamağa başladı. Onun yaradıcılığı, fərdi üslubu müasirlərindən fərqləndi, ədəbi prosesə təsir etdi və onu səciyyələndirdi. Çox şaxəli yaradıcılığa malik olan və fərdi üslubuna sadiq qalan şair ana torpağını böyük bir məhəbbətlə tərənnüm etmiş, geniş dünyaya bu torpaqdan baxmış, Azərbaycan ədəbi düşüncəsi ilə ölkəmizdən uzaqlarda da oxucuların qəlbinə yol acmışdır. Hələ yaradıcılığının ilk illərindən Cabir Novruz öz mənəviyyatında şairliyin ağır yükünü dərindən duyur və dərk edir. Şair öz ömrünü gecələrin əlindən alır, alın tərinə qarışdıraraq gələcəyin yollarında məşələ çevirir və həyat yolunu müəyyənləşdirir. Cabir Novruz insanı çox sevir, necə deyərlər, sadə insanı öz şerinə gətirir, onun mənəvi-psixoloji aləmini açır. Şair həyatın mürəkkəbliklərini bütün varlığı ilə dərk edir, həyat deyilən dəryanın dibinə enir, hər dəfə də oradan təzə dürr-şeir çıxarıb oxucularını sevindirir. Belə anların birində Cabir Novruz nədənsə birdən-birə hiss edir ki, şair olmaq doğrudan da çox çətindir.

Vaxtilə, Səməd Vurğun dünya ədəbiyyatına böyük incilər bəxş edəndən sonra yazırdı:


Mən indi bildim ki, xeyli çətinmiş

Dünyanı düşünən bir şair olmaq! [ 78]

Bəs görəsən şair nə üçün bu qənaətə gəlmişdir? Onu bu cür danışmağa vadar edən nədir? İnsan həyatının bu qəribə döngələri niyə qəflətən meydana çıxır? Belə məlum olur ki, bütün böyük sənətkarlar bir çox qiymətli əsərlər yazıb-yaratdıqdan sonra bu fikrə gəlirlər. Ona görə ki, onlar poetik sözün böyüklüyünü kənarda deyil,öz içlərində hiss eləyirlər. Bunu o sənətkarlar deyir ki, artıq onlar müxtəlif zamanların böyük şairlərini öyrənməklə, həm də müəyyən mənada özlərini kəşf edirlər. Səməd Vurğun həyatının sonlarına yaxın bu duyğunu dərindən yaşamış, nəticədə dünyanın qlobal problemlərini yaşayan şair olmağın nə qədər ağır olduğunu etiraf etmişdi. Cabir Novruz şerlərində öz və söz dünyasında demək olar ki, başlıca obyekt olan zirvəyə, insana müraciət etmişdir:



Bu həyatda ən birinci

Məni şair çağıranı

Gəzirəm mən.

Düşünürəm nəçi idi

Kim idi o, nəyimdi o?

Düşünürəm bəlkə elə

Bəxtimdi, taleyimdi o? [72, 41].

Bu şerdən də göründüyü kimi, adam onu şair adlandırması ilə şair olmur, tale, bəxt, içindəki siqlət, alnındakı yazı insanı şair edir. Ömür keçir, poeziya meydanlarında şair yeni şeirlərini oxuyur, xalqdan fikir, rəy, istəyir. Bu illərdə o dərk edir ki, poeziyanın istiqamətini dəqiq müəyyənləşdirən xalqdır, bu yolda xalqdan gözəl və etibarlı meyar yoxdur.

Belinski belə hesab edirdi ki, «Ədəbiyyat həyatın güzgüsüdür». Bu missiyaya Cabir Novruz həmişə əməl edirdi. Onun bütün mövzuları həyatın özündən gəlirdi. Bu, sadəcə köçürmə deyildi. Həyat əqiqətlərinin şair təxəyyülündə canlanıb yeni bir biçimdə doğulması idi.

Anar “ Şair ləyaqəti “ adlı məqaləsində yazır: “ Cabir Novruzu qırx ildən artıq bir müddətdə tanıyır, ictimai və ədəbi məclislərdə davranışlarını, rəftarını izləyir, müşahidə edirəm. Bu qırx ildə sakit , təlatümsüz vaxtlarda da , sürətlə dəyişən, püskürən, çalxalanan dövrlərdə də Cabirin həm şair, həm də insan kimi bütün sınaqlardan ləyaqətlə, dəyanətlə, həmişə abrını, vüqarını saxlayaraq çıxdığının sahidiyəm”[ 1,7]. Dövrü mətbuatda istər Cabir Novruzun özü haqqında, istərsə də onun yaradıcılığı haqqında ədəbiyyat və sənət adamları tərəfindən deyilmiş bu cür fikirləri oxuyanda ilk anda nəzərə o gəlir ki, şair həyatı boyu sözünün üstündə duran, bütöv bir şəxsiyyət olmuşdur. Şairdə isetad, şəxsiyyət və yaradıcılıq zəhməti birləşəndə poyeziya yaranır. Şəxsiyyəti olmayanın böyük poeziyası yoxdur. Şəxsiyyət poeziyanı şərtləndirən, onu yaradan və yaşadan əsas amildir. Bu amil Cabir Novruzun da yaradıcılıq manerasında aydın görünür.

Cabir Novruz şeirlərində milli-mənəvi-əxlaqi dəyərlərimizi, yer-yurd adlarını, adət-ənənələrimizi böyük bir şövqlə qələmə almışdır. Eyni zamanda o dünya xalqlarının mədəniyyətlərini, uzaq-yaxın ellərin adət-ənənələrini də unutmur, onları bəşəri dəyərlər müstəvisində qiymətləndirirdi. Vaxtilə Cabir Novruzun şeirlərində səsləndirdiyi bir həqiqət bu gün özünü doğrultmaqdadır. Məlumdur ki, Azərbaycan mədəniyyəti və ədəbiyyatı Avropaya inteqrasiya edir. Dünyada qloballaşma dalğası güclənməkdədir. Amma isbata ehtiyacı olmayan bir həqiqət də var. Ən böyük beynəlmilərçilik elə sağlam milliliyin özündədir.

Cabir Novruzun şeirlərində Dədə Qorquddan bu günə kimi Azərbaycan ədəbi dilinin zaman-zaman qazandığı yüksək ədəbi-bədii keyfiyyətlər öz parlaq əksini tapmışdır.Bütün bunlar şairin ana dilinə həqiqi saf məhəbbətinin təzahürüdür ki, öz milliliyini bu gün də qoruyub saxlayır və bəşəri, dünyəvi ideyaları təbliğ edib yaşadır. Nədən yazırsa-yazsın, şeirlərində Cabir Novruzun beynəlmiləlçi şəxsiyyəti və xarakteri ilə, əsil vətənpərvər Azərbaycanlı ruhu vəhdətdə göstərilir.

Qeyd etdiyimiz kimi, C.Novruzun şeirləri insana məhəbbət hissindən yoğrulub. O,naqislikləri tənqid edəndə də məhz bu məhəbbətdən təkan alır, bu yolla da insanı qüsurlardan xilas etmək istəyir:

Bir arzum var, ay adamlar,

Qoyun deyim:

Sağlığında qiymət verin insanlara!

Yaxşılara sağlığında yaxşı deyin,

Sağlığında yaman deyin yamanlara. [93,70]

C.Novruz zaman və cəmiyyət qarşısında böyük bir ali məqsədi, mən deyərdim ki, tarixi missiyanı, insana qiymət verməyi elə insanların özündən xahiş edir. Bu şeirin mənası çox böyükdür.

Cabir Novruzun «Sağlığında qiymət verin insanlara» şeirini vətənpərvərlik mövzusunda yazılmış ən yaxşı şeirlərdən biri hesab etmək olar. Vətəni sevmək, hər şeydən əvvəl onun insanlarını sevmək və qorumaqdır. Bu şeir ədəbiyyatımızda həyəcan təbili kimi səslənir. Mənə elə gəlir ki,bu şeir öz missiyasını əsasən yerinə yetimişdir və tariximizin gələcək mərhələlərində də bu nəcib vəzifəsini yerinə yetirəcəkdir.

Cabir Novruz bütün yaradıcılığı boyu heç vaxt vətəni, xalqı və ictimai məzmunu yaddan çıxarmır, şeirin ideyasını qlobal məsələlərlə aşılayır. Sağlam olmaq, həm də vətənə gərək olmaq deməkdir. Ən kiçik şeirlərində belə şair həyatın problemlərini ədəbi müstəviyə gətirir. Onun əsərlərində dünyəvilik, ümumbəşərilik, xəlqilik, yüksək əxlaq, mədəniyyət, cəmiyyətin ziddiyyətli məqamları poeziyanın gur işığında nəzərdən keçirilir.

Bütün bunlara rəğmən bu qənaətə gəlmək olar ki, Cabir Novruz ilk növbədə insanın, insan həyatının onun tarixi taleyinin, daxili aləminin yorulmaz tədqiqatçısı olub. Bu tədqiqatçı şairin bir kəlməsi belə öz doğma vətəni Azərbaycandan və xalqından ayrı deyil. Cabir Novruz insanın sevgisini, nifrətini, vətənini, tarixini, səadət, müharibə, faciə və ölüm haqqında qənaətlərini məhz bu müstəvidə, obrazlı dil və dərin səmimiyyətlə, xəlqilik mövqeyindən təsvir və təhlil etmişdir.

Poeziya hər şeydən əvvəl öz zamanının məhsuludur, o dövründən, yaşadığı mühitdən şirə çəkir, ətə-qana dolur. Zamanla səsləşən şeirlər vətənə, xalqa, onun problemlərinə həsr olunduqda əbədiyyət qazanır. Zaman şeirdən, xalq və vətəndən ayrı deyil. Bütün bu anlayışların hamısı bir-birinə qovuşmuş şəkildədir.

Cabir Novruz bütün şüurlu ömrü boyu yorulmaq bilmədən doğma Azərbaycana, Azərbaycançılıq ideyasına, milli duyğulara, vətənə, onun insanlarına, dünyaya, azadlığa həmişə sadiq qaldığına, bu ali, bəşəri dəyərləri yüksək bədii zövq və böyük sənətkarlıqla tərənnüm etdiyinə görə Vətən və Xalq şairi, Dünya və Azadlıq şairidir.
ƏDƏBİYYAT


  1. C.Novruz. Seçilmiş əsərləri 1-cild, Bakı, Yazıçı, 1983 340 s.

  2. C.Novruz. Seçilmiş əsərləri 2-ci cild. Bakı, Yazıçı, 1983 246 s.

  3. C.Novruz. Seçilmiş əsərləri Bakı, Lider, 2004 287 s.

  4. C.Novruz. Adi həqiqətlər: Şeirlər və poemalar. Bakı, Gənçlik 1989 84 s.

  5. C.Novruz. Bir dünyam var: Şeir və poemalar. Bakı, Gənçlik 1974 170 s.

  6. C.Novruz. Həyat, sən nə qəribəsən. Şeirlər. Bakı, Azərnəşr 1971 154 s.

  7. C.Novruz. Özünü qoru xalqım. Bakı, Azərbaycan 2002 256 s.


РЕЗЮМЕ

В статье отображена судь творчество Джабира Новруза, подлинно народного поэта, чьи мысли и чаяния всегда были с народом, его болью, борьбой за свободу и независимость. Его поэзии такой понятной и близкой каждому, кто соприкасался с его творчеством главным остаются общечеловеческие ценности. Для Азербайджанского поэта, честно служившего своему предназначению, миссия творца, человека с большой буквы пришлась по плечу.



SUMMARY

İn this article Djabir Novruz in his whole concious life without a break occasionallu pointed hiss poems to nation. Honeland and it carned eternitu to native Azerbaijan and Azerbaijan ideas. People's artist Djabir Novruz with his high human sense and literaru mastershep approve his mission to Azerbaijan and to the world.




Гейдарова Эльмира
МЕСТО РУССКОГО ЯЗЫКА В СОВРЕМЕННОМ ОБЩЕСТВЕ
Преподавание русского языка в Азербайджане на современном этапе осуществляется в условиях глобальных перемен в системе образования – изменились цели обучения русскому языку, изменились потребности учащихся и условия обучения. Русский язык в Азербайджане получил такой же официальный статус иностранного языка, как и английский, французский и др. Такое положение следует признать вполне закономерным и исторически обоснованным, поскольку место государственного языка в суверенном Азербайджане по праву может принадлежать только азербайджанскому языку. Русский язык, обладая статусом одного из официальных языков ООН, выполняет уже иную функцию – функцию языка, изучение которого мотивировано многими факторами, сохранившимися на постсоветском пространстве, когда он служил языком межнационального общения.

В недалеком прошлом в качестве основной цели обучения русскому языку в общеобразовательных школах с азербайджанским языком обучения было установлено достижение: формирование адекватного азербайджанско-русского двуязычия (билингвизма). Подобная цель была продиктована реальным функционированием русского языка в национальных республиках в качестве второго родного языка.

Общественно-политическое развитие нашего общества в настоящее время диктует иные цели обучения русскому языку как одному из иностранных.

Теоретическая концепция, принятая в программе, всецело соответствует общей цели обучения русскому языку, которая предполагает комплексное решение задач, связанных с практической, образовательной и воспитательной целями.

Практическая цель предполагает комплексное решение задач, связанных с практической, образовательной и воспитательной целями.

Практическая цель предполагает достижение коммуникативно достаточного уровня владения русской речью, необходимой для осуществления полноценного общения на русском языке в типичных жизненных ситуациях.

Образовательная цель предполагает формирование у обучаемых представление о механизме выражения мысли на русском языке через призму языковых фактов и сопоставления их с фактами родного языка для идентификации сходств и различий в способах оформления и выражения мысли на родном и изучаемом языках.

Реализация образовательной цели делает возможным формирование в сознании обучаемых элементов культуры речи на русском языке, способствует обогащению знаний и правильному построению связного высказывания в продуктивных и репродуктивных формах.

Образовательная цель в начале учебного процесса осуществляется на элементарном уровне, а в последующем, когда учащиеся овладеют определенными умениями в способах выражения мысли, она будет способствовать расширению кругозора в различных сферах окружающей действительности через русский язык.

Воспитательная цель осуществляется одновременно с реализацией практической и образовательной целей на протяжении всего периода обучения. Успех достижения этой цели ставится в прямую зависимость от учебных материалов , обусловленных тем, что они должны явиться базой для решения задач межкультурной коммуникации, речевого этикета, а также способствовать устранению проблем, связанных с лингвострановедением и различными сферами социально-культурной деятельности.

Изменения основной цели обучения самым естественным образом приводит к пересмотру не только лингвистических основ обучения иностранному языку, но и принципов обучения, системы методических приемов на которых основывается сама научная концепция обучения русскому языку.

Русский язык должен стать активным пропагандистом азербайджанского языка и культуры в зарубежных странах. Большую работу в этой области проводит Московское представительство фонда имени Гейдара Алиева под руководством Лейлы Алиевой. Она же является редактором и издателем журнала «Баку».

Так, журнал «Баку» совместно с Московским домом фотографии открыл в Центральном манеже выставку «С любовью о Баку». Такой азербайджанскую столицу увидел фотограф знаменитого агентства Magnum Photos Георгий Пинсахов. Выставка – это около 60 снимков, сделанных в течении 2009 года. «В Баку я искал атмосферу, ее неповторимость в состоянии погоды людей, пространства» – говорит Г.Пинхасов. Баку на его снимках узнается насыщенному цвету лимона, лежащего на черной поверхности, по туманной дымке Каспия, сквозь которую миражами кажутся далекие нефтяные платформы.

По инициативе журнала «Баку» по британской столице второй месяц колесят двухэтажные автобусы, вопрошающие испуганных прохожих: Азербайджан – это где? В Лондоне проведен фестиваль азербайджанского искусства организованный центром искусств «Бута» - задача которого – популяризовать азербайджанскую культуру в Европе посредством организации масштабных международных арт-проектов. Бакинские огни будут гореть в британской столице 100 дней.

Наши современники известные люди вносят свой посильный вклад в дело популяризации нашего искусства за рубежом. Нашим современником является композитор и органист Ариф Мирзоев. Его считают крупнейшим мастером мемориальной музыки. Основа творчества – соединение музыки восточного возрождения, традиций мугама с полифонией европейского барокко и духовной музыки. Он дает концерты по всему миру.

Пианист Мурад Гусейнов представил московской публике произведения Кара Караева, Тофика Кулиева.

В память о Муслиме Магомаеве открылся новый концертный зал рассчитанный на 6 100 мест. Зал открылся концертом, посвященный памяти певца. Владелец группы компании «Crocus» Арас Агаларов поприветствовав собравшихся сказал: «Этот зал открыт в память о великом певце и моем друге Муслиме Магомаеве».

Недавно вышел в издательстве «Слово» сборник Леонида Зорина Северный Глобус». Это советский и российский драматург, сценарист, этнограф, телеведущий, переводчик и прозаик. Родился в Баку в 1924 году. Окончил АГУ имени С.М.Кирова (1946). Автор пятидесяти пьес, по одной из которых снят культовый советский фильм «Покровские ворота». Это писатель, в крови которого «все-таки юг, все-таки море, все-таки порох, кураж, азарт».

Айдан Салахова – дочь известного художника Таира Салахова, пионер галерейного дела, владелица «Айдан галереи» - фигура московского художественного пространства. Сама талантливый художник, она вывела на российскую арт-сцену немало новых персонажей, начинающих молодых художников.

В Баку открылся филиал МГУ им. М.В.Ломоносова. открытие филиала не только большое событие в сфере образования, но и очень важное межгосударственное дело, имеющее огромное общественно-культурное, гуманитарное значение.

В Московском государственном лингвистическом университете открыто новая специальность – англо-азербайджанский перевод. На факультете иностранные студенты изучают азербайджанский язык, литературу, получают регионоведческие и культурологические знания об Азербайджане.

Работа по пропаганде русского языка у нас в республике ведется Посольством Российской Федерации в Азербайджанской Республике и Посольством Азербайджанской Республики в Российской Федерации, Госзарубежцентром, Республиканским обществом солидарности народов Азербайджана «Содружество». Они работают под девизом «Русский язык – духовный мост между народами».

Но необходимо отметить, что последнее время в республике наблюдается сужение сферы функционирования русского языка и это не может не вызывать опасения. Поэтому в пропаганде русского языка должны принимать участие и учителя школ, вузов, чиновники, ответственные за культуру образование, социальную сферу. Русский язык и сегодня является волшебным ключом к овладению знаниями и профессиональными навыками.
Həbibbəyli İsa
HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANÇILIQ TƏLİMİ

ƏDƏBİ DÜŞÜNCƏDƏN DÖVLƏT İDEOLOGİYASI SƏVİYYƏSİNƏ
Müstəqil Azərbaycan dövlətinin ideoloji əsasını, xalqımızın və dövləti­mi­zin maraqlarının əsas mahiyyətini Azərbaycançılıq təlimi özündə cəmləşdirir. Bu mənada hazırkı mərhələdə Azərbaycançılıq dünya Azərbaycanlılarının vahid, ümum­milli təlimi, birləşdirici ideologiyasıdır.

Azərbaycançılığın yaranıb inkişaf edərək dövlət ideologiyası səviyyəsinə çatması yüz ildən artıq bir prosesin nəticəsində mümkün olmuşdur. Bu anlayış əvvəlcə mətbuatda və ədəbiyyatda öz əksini tapmış, sonra siyasi-ideoloji xarakter da­şı­mış­dır. Azərbaycançılığın ədəbi düşüncədən, milli ideologi­ya səviyyəsinə qal­dı­rılması görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmiz və xalqımız qarşı­sın­dakı böyük xidmətlərdən biridir. Heydər Əliyev ölkəmizdə milli dövlət təliminin əsasını təşkil edən Azərbaycançılıq ideologiyasının yaradı­jı­sıdır. Məhz bu böyük öndərin ardıjıl və səmərəli fəaliyyəti sayəsində Azərbaycançılıq mətbuat təbliğa­tın­dan ədəbi düşüncədən siyasi ideologiya səviyyə­sinə yüksəldilmişdir. Heydər Əliyevin dövlət rəhbəri kimi otuz beş ilə yaxın düşünülmüş səmərəli fəa­liy­yəti sa­yə­­sin­də Azərbaycançılıq siyasəti mükəmməl ideoloji təlim xarakteri almışdır. Bu mənada Heydər Əliyevin müəyyən etdiyi milli dövlətçilik təlimi ölkəmizdə uzun bir dövr ərzində formalaşma prosesi keçirmiş Azərbaycançılıq axtarışla­rı­nın qanu­nauy­ğun mən­ti­qi yekunu, siyasi-ideoloji təlim formatında isə yeni təza­hür formasıdır. Bütün bun­lara görə Azərbaycançılıq təliminin keçdiyi inkişaf yo­lu­nun, bu ideal uğrun­da gedən proseslərin, aparılmış mübarizələrin öyrənilib ümu­mi­ləş­dirilməsi xüsusi aktuallığa malikdir.



Müşahidələr göstərir ki, XIX əsrə qədər Azərbaycan xalqının necə adlan­dırıl­ması məsələsi elmi – ideoloji mühitin ciddi maraq dairəsində olmamışdır. Bu döv­rə qədərki uzun zaman ərzində Azərbaycan ya geniş anlamda ümumtürk mə­kanında dəyərləndirilmiş, daha çox isə aid olduğu dövlətin adı altında ifadə edil­miş­dir. Atabəylər, Ağqoyunlular, Şirvanşahlar, Səfəvilər və sair kimi dövlət adla­rın­dan hər biri qüvvətli, yaxud zəif, habelə bütöv və ya natamam olmasından ası­lı olmayaraq, Azərbaycan məfhumunu bütün tamlığı ilə ifadə etmək imkanlarına malik deyildi. Ona görə də, mövjud proses milli mənsubiyyəti bildirmək məna­sın­da əvvəlcə müsəlman, bir az sonra isə tatar anlayışlarını meydana çıxarmışdı. Bu anlayışları bəlkə də Azərbaycanı əritmək istəyən hərbi-siyasi qüvvələr, ümum­müsəlman doktrinaları ortaya atmışdı. Azərbaycanı xanlıqlara parçalanma zəru­rəti qarşısında qoymaq da təkcə daxili ziddiyyətlərlə bağlı olmayıb, kənar güc­lə­rin təsiri ilə də əlaqədar idi. XVIII əsrdə Azərbaycanın xanlıqlara ayrılması ilə əlaqədar yaranmış mürəkkəb vəziyyət artıq gələ­cək­də Azərbaycan adlandırılacaq ərazilərin və ümumən Azərbaycanlıların parça­lanması, bəlkə də əridilib itirilməsi üçün ciddi əsasların formalaşdırıldığını nəzərə çarpdırırdı. Amma xoşbəxtlikdən əksinə proseslər də getməkdə idi. Parçalan­ma­nın böyük fəlakətlərə apardığını dərk edən bəzi Azərbaycan xanlıqları nicat yo­lu­nun kənarlardan dayaq axtar­maq­­dan daha çox ittifaqda, yaxud «mədəni – mə­nəvi bütövlük»13 prinsiplərini qo­ru­yub saxlamaqda olduğunu dərk etməyə başla­mışdılar. Fikrimizcə, Azərbaycançılıq düşüncəsinin təməli tumurcuq şəklində olsa da bu zaman qoyulmuşdur. Ayrı – ayrı xanlıqların müttəfiqliyə, ittifaqa, birgə mübarizəyə doğru atmalı ol­duq­ları məcburi addımlar daxildə vahid Vətən, heç olmazsa doğma ərazi, ana yurd anlayışlarının ilkin tezislərini doğurmaqda idi. Bun­dan başqa, XIX əsrin birinci yarısında Rusiyanın işğalına qarşı olan əks re­aksiya ziyalı mühitində ictimai mübarizə meydanı səviyyəsinə yüksəlməsə də mil­li­ləşmə prosesinə öz təsirini göstərməyə bilməzdi. Eyni zamanda, əvvəlki dövr­lər­lə müqayisədə xeyli dərəcədə üstün və fərqli səviy­yədə gedən maarifçilik hərəkatı da Vətən və millət uğrunda mübarizəni yetişdir­məkdə idi. Beləliklə, XVIII əsrin sonu, XIX əsrin birinci yarısında baş verən ictimai – siyasi və maarifçi proseslər konkret olaraq Azərbaycan və Azərbaycanlı anlayışlarının gündəliyə çıxarılması üçün münbit zəmin hazırlamışdı. Həmin əsrin ikinci yarısından, daha konkret desək yetmişinci illərindən etibarən isə Azərbaycançılıq məsələsi aktual bir prob­lem kimi maarifçi mühitin gündəliyində özünə müəyyən yer tutmağa başlamışdır. Bu prosesdə milli teatrın meydana çıxması və Mirzə Fətəli Axundzadənin sadə, tə­miz ana dilində yazılmış əsərlərinin mərkəzdə və əyalətlərdə tamaşaya qoyul­ma­sı müstəsna əhəmiyyət kəsb etməkdə idi. Əgər belə demək mümkün­dürsə, icti­mai mühitdə Azərbaycançılığın ilk şəfəqləri milli teatrdan və Mirzə Fətəli Axun­d­za­dənin əsərləri əsasında hazırlanmış tamaşalardan doğmuşdur. Həsən bəy Zər­da­binin nəşr etdirdiyi «Əkinçi» qəzeti Azərbaycançılığın səmasında doğan mətbuat günəşi idi. Doğrudur, «Əkinçi»də Azərbaycan, yaxud Azərbaycanlı kəlmələri işlədil­mə­miş­di. Həsən bəy Zərdabi «Əkinçi» qəzetini «müsəlmanlar üçün» nəşr etdirdiyini bəyan etmişdi. Bununla belə, «Əkinçi»dəki yazı tərzi, ifadə üsulu xalq danışıq dilinə çox yaxın idi. Həsən bəy Zərdabinin və qəzetin ətrafında topla­şan­la­rın əsa­sən savadlı, universitet təhsilli ziyalılar olması qəzetin yazı üslubuna mü­əy­yən el­mi­lik elementləri gətirmişdi. Ancaq yenə də «Əkinçi»ni sıravi müsəlman qar­daş­ların diqqətinə çatdırmaq, «xalqı qəzet oxumağa adət etdirmək»14 əsas məqsəd olduğu üçün qəzetdə mümkün qədər sadə, asan, başa düşünülən ana dilində yazı – pozuya üstünlük verilirdi. Azərbaycanda ana dilli mətbuat üslubu «Əkinçi» ilə formalaşmağa başlamışdı. Zaqafqaziya (Qori) Müəllimlər Semina­riya­sında ye­ti­şib formalaşmış yeni Azərbaycanlı maarifçi nəsil Azərbaycançılığın real da­şıyıcılarına çevrildi. Bu proses Avropa və Rusiyada ali təhsil alıb ölkəyə qayıtmış maarifçi ziyalıların hesabına daha da yetkinləşdi. «Vətən dili» adlı ilk dərsliyin meydana çıxması (1881) ölkənin və millətin konkret adının müəyyən edilməsi məsələsini daha da yaxınlaşdırdı. Artıq hansı Vətən, kimin Vətəni, haradır Vətən sualları meydanda idi və real cavabın axtarılmasını tələb edirdi.

XIX əsrin 90-cı illərində və XX əsrin əvvəllərində Azərbaycan­çılığa dair məfhumların kəşf edilməsi Azərbaycan mətbuatının və milli maarifçi ziyalılığın nailiyyəti idi. Azərbaycançılıq anlayışlarının bəyan edilməsi və təbliği işində mətbuat ədəbiyyatı qabaqlamışdı. Ədəbiyyat ana dilində yazılıb inkişaf etsə də bütün XIX əsr boyu bir dəfə də olsun Azərbaycan kəlməsini işlətməmişdi. Mətbuat isə həm ana dilində çap edilir, həm də millətin kimliyi, ölkənin adı və sair kimi məsələlərə ciddi əhəmiyyət verirdi. Bu mənada Azərbaycançılıq məf­hum­larının müəyyən olunmasında mətbuatın xüsusi rolu var idi. Azərbaycanın maarifçi ziyalıları həmin məqsədlə anadilli mətbuatla yanaşı rusdilli mətbuatın da imkanlarından istifadə edirdilər. Mövcud elmi ədəbiyyatda «Azərbaycan» kəlməsinin mətbuatda ilk dəfə «Kəşkül» qəzetində işlədildiyi öz əksini tapmışdır. Tədqiqatçılar bu məqamda 16 noyabr 1890-cı ildə «Kəşkül» qəzetində «Azərbaycan­lı» imzası ilə çap olunmuş «Əvam gəzmək – yuxu yatmaqmı dedin» adlı mə­qa­lədə birinci dəfə «Azərbaycan milləti» ifadəsinin işlədildiyini qeyd etmişlər. Apardığımız axtarışlar isə «Azərbaycan» sözünün «Kəşkül»dən səkkiz il qabaq, hələ 1882-ci ildə Məhəmmədağa Şahtaxtlı tərəfindən işlədildiyini göstərir. Məhəmmədağa Şahtaxtlı Tiflisdə nəşr olunan «Qafqaz» qəzetinin 7 aprel 1882-ci il tarixli sayında çap edilən «Müsəl­man­larda məktəb həyatı» adlı məqaləsində yazmışdı: «Bizi necə adlandırmalı? Dilimizdən söz düşəndə biz onu türk dili ad­lan­dırırıq... Qonşularımız farslar və ermənilər də bizi türk adlandırırlar. Bu ba­xım­dan bizi ümumi qəbul edilmiş ad kimi türk adlandırmaq olardı. Ancaq ruslar bunu qəbul etməyə bilərlər. Çünki bütün Avropa xalqları kimi onlar da bizləri tanıyana qədər osmanlı türklərini belə adlandırmağa adət etmişlər. Tatar adını isə biz qəbul etmək istəmirik. Belə ki, həmin söz bizi aşağılamaq üçün işlədilir. Olmazmı ki, milli mənsubiyyətimizi müəyyən etmək üçün xalqımızın adını etnoqrafiyada və danışıq dilində işlədildiyi kimi Azərbaycanlı adlandıraq? Ola bilsin ki, nə vaxtsa ədəbiyyatda da, rəsmi dairələrdə də bu ad qəbul ediləcəkdir. Hələlik isə... biz İranda və müsəlman Zaqafqaziyasında yaşayan Azərbaycanlıları müsəlman adlandırırıq. Müsəlman sözü... bütün dünya müsəlmanlarına deyil, Azərbaycan türklərinə, Zaqafqaziya və İran tatarlarına aid edilir».15

«Kəşkül qəzetinin 16 noyabr 1890-jı il tarixli sayında «Azərbaycanlı» im­za­sı ilə çap edilmiş «Əvam gəzmək – yuxu yatmaqmı dedin» adlı məqalə isə ana­dili milli mətbuatda «Azərbaycan milləti» ifadəsinin işlədildiyini ilk məqalə idi. Bu məqalə bir çox cəhətdən mühüm əhəmiyyətə malikdir. Əvvəla, «Əvam gəz­mək …» məqaləsi ərəb əlifbası ilə Azərbaycan dilində yazılıb çap edildiyi üçün yayılma imkanları nisbətən çox idi. İkincisi, məqalənin dərc olunduğu «Kəşkül» qəzeti Azərbaycan əhalisi arasında müəyyən nüfuz qazanmışdı. Üçüncüsü, adı çəkilən məqalə elmi xarakter daşımayıb, geniş oxucu kutləsinə ünvanlanmış publisist xarakterli yazı idi. Hətta onu da müşahidə etmək mümkündür ki, «Əvam gəzmək- yuxu yatmaqmı dedin» məqaləsi «Kəşkül» qəzetindəki digər məqalələrlə müqayisədə bir qədər də sadə dildə və oxunaqlı üslubda qələmə alınmışdır. «Şələ papaq başımda, qalın yapıncı çiynimdə, arşın yarım xəncər belimdə durmuşdum Tiflis vağzalında… Vağzal dolu idi. Hər millət desən tapılardı… Hər dil desən danışırdılar… Birdən keçisaqqal əcnəbi təmiz türk dili ilə məndən soruşdu:

…-Siz nə millətdənsiniz?

-Müsəlmanam.

-Xeyr, mən soruşuram nə millətdənsiniz?

-Müsəlmanam deyirəm.

-Əfəndim, millət ayrı,din ayrı.

-…Ancaq eyb də olsa, gərək dürüst ərz edəm. Mən bilmirəm ki, nə millətdənəm…

-…Siz o millət deyilsiniz ki, ruslar sizə tatar deyirlər?

-Bəli…

-Hə, şimdi bildim siz nə millətsiniz. Siz tatar deyilsiniz… Tatar Krımda, Kazanda olan müsəlmanlardılar. Sizin millət Azərbaycandır»16.



«Əvam gəzmək-yuxu yatmaqmı dedin» məqaləsindəki «eşitmişəm ki, İranda, Arazın o tayında da bir Azərbaycan adlı məmləkət var», yaxud «o məmləkətin tayfası siz ilə bərabər Azərbaycan millətidir» kimi mülahizələr gizli imzalı müəllifin Azərbaycan haqqındakı təsəvvürünün əhatə dairəsini də nəzərə çarpdırır.

Fikrimizcə, «Əvam gəzmək-yuxu yatmaqmı dedin» məqaləsinin «Azərbaycanlı» imzası ilə çap edilməsi də təsadüfi olmayıb, məqalədəki Azərbaycançılıq düşüncəsini daha da möhkəmləndirmək məqsədi daşıyırdı.

Azərbaycançılıq anlayışının daha da möhkəmləndirilməsi baxımından Məhəm­mədağa Şahtaxtlının «Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı» məqaləsi mühüm əhəmiyyətə malikdir. «Azərbaycanlı» imzası ilə «Kəşkül» qəze­tin­dəki «Əvam gəzmək» məqaləsindən fərqli olaraq, Məhəmmədağa Şah­taxt­lının 1891-ci ildə «Kaspi» qəzetində çap olunmuş «Zaqafqaziya müsəlman­larını necə adlandırmalı?» adlı məqaləsi elmi dildə yazılmışdı. Əgər «Kəşkül»də yalnız Azərbaycan milləti anlayışının mahiyyəti aydınlaşdırılırsa, Məhəmmədağa Şahtaxtlı­nın məqaləsində Azərbaycan ölkəsi, Azərbaycanlılar, Azərbaycan dili haqqında konkret elmi mülahizələr irəli sürülmüşdür. Müəllifin fikrincə, «Zaqafqaziya müsəlmanlarını Azərbaycanlılar, onun dilini isə Azərbaycan dili adlandırmaq çox yerinə düşərdi. Böyük bir hissəsinin İrandan Rusiyanın payına düşmüş Azərbaycan mahalı – indiki Zaqafqaziyadır»17. Fikrimizcə, Məhəmmədağa Şahtaxtlı «Azərbaycan mahalı – indiki Zaqafqaziyadır» dedikdə heç də Cənubi Qafqazın əra­zisinin bütünlükdə xalqımıza məxsus olduğunu nəzərdə tutmayıb, Azərbaycan­lıların bir xalq kimi ən çox yayıldığı ərazini, dairəni diqqət mərkəzinə çək­mişdi.

Nəhayət, mətbuatda, publisistikada Azərbaycançılıq ideyası böyük demok­rat ədib Cəlil Məmmədquluzadənin məşhur «Azərbaycan» məqaləsi ilə (1917) kamala çatır. Ustad Mirzə Cəlilə məxsus «Azərbaycan» məqaləsi mətbuatdakı Azərbaycan­çılığa dair baxışların zirvəsidir. «Azərbaycan» məqaləsi – Azərbaycan coğrafiyasının vətəndaş yazıçı Cəlil Məmmədquluzadənin mahir qələmi ilə çəkilmiş nadir publisist xəritəsidir. «Azərbaycan» məqaləsi ölkəmiz, dilimiz və millətimiz haqqında böyük vətəndaşlıq yanğısı ilə ifadə olunmuş həyəcanlı ürək çırpıntılarının təbii səslənən əks – sədasıdır: «Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm… Özümdən soruşuram ki:

- Mənim anam kimdir?

Öz – özümə də cavab verirəm ki:

- Mənim anam rəhmətlik Zəhrabanu bacı idi.

- Dilim nə dilidir?

- Azərbaycan dilidir.

- Yəni Vətənim haradır?

- Azərbaycan vilayətidir.

- Haradır Azərbaycan?

- Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən. Qalan hissələri də Gilandan tutmuş qədim Rusiya hökuməti ilə Osmanlı hökuməti daxilindədir»18.

Vətənçilik, milli müstəqillik, ana dilinin mövqeyinin möhkəmləndirilməsi kimi məsələlər Cəlil Məmmədquluzadənin Azərbaycançılıq prinsiplərinin əsasını təşkil edir. Qüdrətli yazıçı bu qəbildən olan ideyalarını daha geniş şəkildə 1919-cu ildə qələmə alınmış «Anamın kitabı» dramında əks etdirmişdir. «Anamın kitabı» - əsərdəki məsləkayrı qardaşların komediyası, Ananın faciəsi, Gülbaharın dramıdır. Əsərdəki Gülbahar obrazı Azərbaycan ədəbiyyatında Vətən, millət və milli – istiqlal ideyasının dramatik üverturasıdır. Gülbaharın monoloqu milli birlik və vətənpərvərlik himni kimi səslənir: «Qaldı bircə kitab: bu da Anamın kitabı! Budur atam öz əli ilə yazdığı vəsiyyət… Yer, göy, aylar və ulduzlar göylərdə seyr edib gəzə – gəzə genə əvvəl-axır günün başı­na dolanırlar; çünki bunlar hamısı qədim əzəldə gündən qopub ayrılmış parça­lardır.

Mən etiqad edirəm ki, mənim də balalarım dünyada hər yanı gəzib dolan­salar, genə əvvəl-axır anaları Zəhranın ətrafında gərək dolanalar, çünki ay və ulduz şəmsin parçaları olan kimi, onlar da analarının ayı və ulduzlarıdır. Vay o kəsin halına ki, təbiətin haman qanununu pozmaq istəyə. Onun insafı və vicdanı ona müdamül-həyat əziyyət edəcək. Nə qədər canında nəfəs var, peşiman olacaq»19.

Nəticə etibarilə «Anamın kitabı» Azərbaycanın tale, milli birlik və istiqlal kitabıdır. «Anamın kitabı» milli ədəbiyyatımızın mükəmməl Azərbaycannamə­si­dir. Cəlil Məmmədquluzadə «Anamın kitabı» tragikomediyası ilə bu aktual möv­zu­nu mətbuatdan ədəbiyyata gətirmişdir. Bu mənada milli ədəbiyyatımızda Azərbaycan mövzusunun açıq və konkret şəkildə, yüksək səviyyədə bədii həlli Cəlil Məmmədquluzadənin adı və yaradıcılığı ilə bağlıdır. Təkcə «Anamın ki­tabı» deyil, bütövlükdə Cəlil Məmmədquluzadənin milli ideyalar üstündə kök­lənmiş yaradıcılığı Azərbaycançılığın bədii güzgüsüdür.

Keçən əsrdə Sovetlər Birliyinin tərkibində Azərbaycan Sovet Sosialist Res­pub­likası adlansa da ölkəmizdə milli ideologiya, Azərbaycançılıq təlimi deyil, kom­mu­nist ideologiyası hakim olmuşdur. Bununla belə, çətin şəraitdə ədəbiy­yatda və incəsənətdə Azərbaycançılıq ruhu yaşadılmış, qorunub saxlanılmış və inkişaf etdirilmişdir. Xalq şairi Səməd Vurğunun yaradıcılığı, xüsusən onun məş­hur «Azərbaycan» şeiri XX əsr boyu Azərbaycançı poeziyanın poetik manifesti kimi səslənmişdir. Böyük bəstəkar və ictimai xadim Üzeyir Hacıbəyovun «Koroğlu» operası Azərbaycan xalqının qəhrəmanlıq üvertürasıdır. Görkəmli təsviri sənət ustası Səttar Bəhlulzadənin dahiyanə şə­kildə çəkilmiş nadir rəsm əsərləri Azərbaycançılıq ruhunun rənglərin dili ilə ifadə olunmuş canlı ritmi təsiri bağışlayır. Sovet hakimiyyəti illərində dövlət yox, ədəbiyyat və incəsənət əsərləri ana dilinin, milli adət-ənənələrin, bütövlükdə Azərbaycançı düşüncənin əsas daşıyıcısı funksiyasını həyata keçirmişdir.

Azərbaycançılıq anlayışı milli siyasi müstəvidə özünün ən yüksək ifadəsini ümummilli liderimiz Heydən Əliyevin düşünülmüş siyasəti sayəsində tapa bilmişdir. Məhz görkəmli dövlət xadimi Heydər Əliyev çoxəsrlik tariximizdə ilk dəfə olaraq Azəraycançılığı mətbuatdan və ədəbiyyatdan müstəqil Azərbaycan dövlətinin ideologiyası səviyyəsinə çatdırmağa nail olmuşdur. Uzaqgörən müdrik siyasətçi Heydər Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsində artıq Azərbaycançılıq dünya Azərbaycanlılarının vahid milli amalına çevrilmişdir.



Xalqımızın ümummilli lideri Heydər Əliyev hələ sovet hakimiyyəti illərində Azərbaycan dilinin dövlət dili səviyyəsində ölkəmizin konstitusiyasında xüsusi maddədə təsbit edilməsinə nail olmuşdu. O, XX əsrin 70-80-ci illərində Azərbaycanı Sovetlər İttifaqının tərkibində güclü, hərtərəfli inkişaf etmiş bir respublikaya çevirmişdi. Həmin dövrdə mədəniyyətin və ədəbiyyatın yüksək inkişafını təmin etməklə Heydər Əliyev əslində milli ideologiyanın formalaş­ma­sı­na böyük zəmin hazırlamışdır. Fikrimizcə, bütün bunlar Heydər Əliyevin Azərbaycan müstəqillik qazandıqdan sonra dövlət səviyyəsində bəyan etdiyi Azərbaycançılıq ideologiya­sının möhkəm bünövrəsini təşkil edir. Görkəmli dövlət xadimi Heydər Əliyevə gö­rə Azərbaycançılıq təlimi geniş anlayışdır. Bu ümumiləşmiş böyük təlimə döv­lət­­çilik, vətənçilik, millilik, birlik kimi mühüm prinsiplər daxildir. Heydər Əliye­vin Azərbaycançılıq təliminin ana xəttini təşkil edən dövlətçilik anlayışı müstəqil milli dövlətin yaradılması, möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi məsələlərini əhatə edir. Görkəmli dövlət xadimi hələ sovet recimi çərçivəsində Azərbaycanda gələjək milli və müstəqil dövlətin yaradılması üçün ən zəruri əsasları formalaşdırmışdır. Azərbaycanda Heydər Əliyev kadr məktəbi yaranmış, yeni nəslin normal səviyyədə yetişib formalaşması üçün ölkə daxilində və xaricdə təhsil üzrə proqramlar həyata keçirilmişdir. Görkəmli dövlət xadiminin özünün keçdiyi çətin, şərəfli və mənalı yol Vətən sevgisinin və Vətənə sədaqətin nümunə­si­dir. Heydər Əliyevin hakimiyyətdə olduğu 35 ilə yaxın dövr Azərbaycan tarixi­nin vətənçilik, vətənpərvərlik epoxası sayılmağa layiqdir. Vətənpərvərlik həmişə Heydər Əliyevin dövlətçilik təliminin cövhərini təşkil etmişdir. Sovet hakimiyyəti illərində Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldıran, müstəqillik dövründə ana dilinin işlədilmə imkanlarının genişləndirilməsini yeni tarixi epoxanın əsas vəzifələri sırasına çıxaran, bütün yönləri ilə soykök, milli dil, milli qürur, milli-mənəvi dərk siyasətini ardıcıllıqla həyata keçirən Heydər Əliyev qatı, məhdud millətçi əhvali-ruhiyyəsinin əleyhinə olmuş, xalqın milli varlığını, adət-ənənəsini qoruyub saxlanılmasına və inkişaf etdirilməsinə daim dəstək vermişdir. Vətəndaş həm­rəy­liyi və milli birlik Heydər Əliyevin Azərbaycançılıq təlimində ana xətlər­dən birini təşkil etmişdir. Onun vətəndaş həmrəyliyi və milli birlik siyasətində ölkədə yaşayan bütün xalqların və etnik qrupların, eyni zamanda tole­rant düşün­cə­nin vahid mövqedən müdafiə olunması dünyanın çalxalandığı vaxtda Azərbaycanın sabit bir ölkə kimi inkişaf etməsinə münbir şərait yaratmış­dır. Qüdrətli siyasi xadimin milli birlik ideyası ölkədaxili prinsiplərin qorunub saxlanılması, sağlam məcradan idarə olunması ilə yanaşı, həm də dünya Azərbaycan­lı­larının birliyi və həmrəyliyi məsələlərini də özündə cəmləşdirir. Ümumiy­yətlə, Azərbaycan­çılıq milli-siyasi düşüncəsinin dünya Azərbaycanlıları anlayışı­nın əmələ gəl­məsi və inkişafı Heydər Əliyevin adı ilə bağlı olan tarixi xidmətdir. Dünya Azərbaycanlı­larının həmrəyliyi məsələsi Azərbaycançılıq təliminin Heydər Əliyev modeli­nin üzvi tərkib hissəsidir. Sovet dövründə təşkil olunmuş «Vətən» Cəmiyyəti bu böyük siyasətin uğurlu başlanğıcı, müstəqillik dövründə yaradılmış Dünya Azərbaycanlıları ilə iş üzrə Dövlət Komitəsi həmin böyük işin məntiqi yekunu­dur. Məhz Heydər Əliyevin sayəsində dünya Azərbaycanlıları ilə əlaqə və həm­rəy­lik işi dövlət səviyyəsinə qaldırılmışdır. Dünya Azərbaycanlılarının qurultayı­nın keçirilməsi Heydər Əliyevin Azərbaycançılıq təliminin zirvəsidir. Məhz hə­min qurultayın keçirilməsi nətijəsində dünya Azərbaycanlılarının tarixi vətən ətra­fın­da birləşməsi ideyası siyasi və elmi cəhətdən əsaslandırılmış, praktik ba­xımdan öz həllini tapmış oldu. Görkəmli dövlət xadimi Heydər Əliyev dünya Azərbaycanlılarının lideridir. Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəri­dir. Heydər Əliyevin yaradıcısı olduğu Azərbaycançılıq təlimi müstəqil Azərbaycan dövlətinin ideoloji əsasıdır.

Hazırkı şəraitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev digər bütün sahələrdə olduğu kimi, Azərbaycançılıq istiqamətində də ulu öndərin siyasi və dövlətçilik xəttini böyük uğurla davam etdirərək ardıcıllıqla həyata keçirir. Ye­ni tarixi epoxada dövlət xadimi və siyasi xadim kimi özünəməxsus görkəmli yeri və möv­qeyi olan Prezident İlham Əliyev özünəqədərki Azərbaycançılıq prinsiplərini və ənənələrini müasir dövrün reallıqlarından gələn zəruri amillərlə zənginləş­di­rərək dövlətimizi və xalqımızı daha böyük gələcəyə doğru irəli aparır. Yeniləşən, müasir Azərbaycan sözün böyük mənasında Azərbaycançılığın möhtəşəm qalasıdır.


1   ...   23   24   25   26   27   28   29   30   ...   62


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə