AZƏrbaycanşÜnasliğin aktual problemləRİ Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci




Yüklə 7.97 Mb.
səhifə23/62
tarix22.02.2016
ölçüsü7.97 Mb.
1   ...   19   20   21   22   23   24   25   26   ...   62

Ədəbiyyat:

1. Верещагин Е.М. Понятие интерференции в лингвистической и психологической литературе. Журн. «Иностранные языки в высшей школе», М., 1968, № 4.

2. Поливанов Е.Ю. Опыт частной методики преподавания русского языка узбекам. ч.I, Ташкент, 1935.

3. Розенцвейг В.Ю., Уман Л.М. Интерференция и грамматические категории. В кн. «Исследования по структурной типологии». М., 1963.

4. Розенцвейг В.Ю., Уман Л.М. К проблеме грамматической интер­ференции. В кн. «Проблемы структурной лингвистики». М., 1962.

5. Уман Л.М. Проблемы грамматической интерференции. АКД, М., 1963.

6. Щерба Л.В. Некоторые выводы из моих диалектологических мужич­ких наблюдений. В кн. «Избранные работы по языкознанию и фонетике». Л., 1958.
Summary
The questions of grammatical interference in bilinguals in grammatical level are investigated in the article. As a result we can see the following types of grammatical interference: a) R-, F+; b) R+, F-; c) R+, F+.

Əmrayeva Dilbər
AZƏRBAYCAN DİLİ VƏ ONUN LÜĞƏT TƏRKİBİNDƏ İŞLƏNƏN İNGİLİS VƏ BAŞQA QƏRB MƏNŞƏLİ TERMİNLƏRİN İŞLƏNMƏSİ
Müasir Azərbaycan dili dövrümüzün inkişaf etmiş dillərindən biridir. Onun lü­ğət tərkibi çox zəngindir. Bu dilin lüğət tərkibinin əsasını əsil Azərbaycan sözləri və başqa türk dilləri ilə ortaq olan ən qədim sözlər təşkil edir. Bununla bərabər xal­qımızın bir sıra başqa xalqlarla bilavasitə əlaqə və münasibəti nəticəsində həmin xalqların dillərindən Azərbaycan dilinə xeyli söz keçmiş və onu zənginləşdir­mişdir.

Azərbaycan dilinin lüğət tərkibinə XII əsrdən başlayaraq şərq mənşəli ərəb və fars dillərinə məxsus sözlər, XIX əsrdən sonra isə Qərb mənşəli ingilis, fransız, latın, yunan, alman, italyan, rus, holland və başqa Avropa dillərinə məxsus söz və terminlər keçmişdir. Elm və texnikanın sürətlə inkişafı ilə əlaqədar Azərbaycan dilinin lüğət tərikbi bir tərəfdən, həm sağdan, həm də soldan, dilin ya daxili imkanları hesabına, ya da ki, əcnəbi sözlər hesabına inkişaf etmiş və püxtələşmişdir. Bir sıra maddi varlıqlarla yanaşı, onları ifadə edən müxtəlif ad­lar və məfhumları ifadə etmək üçün Azərbaycan dilinin lüğət tərkibinə Şərq və Qərb dillərinə məxsus söz və terminlər daxil olmaqla yanaşı, onlar elm və tex­ni­kanın müxtəlif sahələrini (tibb, texnika, kənd təsərrüfatı, mətbuat, ictimai elmlər və s.) əhatə edir. Qeyd etmək lazımdır ki, dilmizə Qərbi Avropa dillərindəki sözlərin əksəriyyəti rus dili vasitəsilə keçmişdir ki, bu da dövrün müəyyən ictimai-siyasi hadisələri ilə əlaqədardır. Lakin, bu o demək deyildir ki, Azərbaycan dilinin lüğət tərkibinə Qərbi Avropa dillərindən alınmalar birbaşa keçməmişdir. Faktlar göstərir ki, Azərbaycan dilinin lüğət tərkibində birbaşa alınma sözlər kifayət qədərdir. Bu sözlərin bəziləri öz orijinallığı, fonetik, qrafik və semantik xüsusiyyətlərini qoru­yub saxlaya bildiyi halda, digərləri bir çox dəyişikliklərə məruz qalaraq dilimizin lüğət tərkibinə daxil olmuşdur. Omonim xarakterli sözlərin əksəriyyəti isə mənşəcə başqa-başqa dillərə məxsusdur.

Azərbaycan dilinin lüğət tərkibinə daxil olan Qərbi Avropa dillərindən ingilis dilinə məxsus sözlər bir lay təşkil edir. İngilis dilinə məxsus sözlərin dilimizə gəl­mə prosesi tarixən qısa bir dövrü əhatə etsə də, bu gün ən intensiv səciyyəyə ma­likdir. Elm və texnikanın sürətlə inkişaf edən bütün sahələrində, həmçinin mə­də­niy­yətimizin bütün mərhələlərində işlənən yeni məfhum və anlayışların adları, demək olar ki, bu sözlər və onların əsasında düzəlmiş terminlər vasitəsilə ifadə edilir.

Hal-hazırda Azərbaycan dilinin lüğət tərkibində ingilis və başqa Avropa dil­lərinə məxsus yüzlərlə söz və terminlər işlənməkdədir.

Dilimizdə işlənən bütün bu əcnəbi sözləri sistemləşdirmək, təkmilləşdirmək, dilə qəbul olunmuş fonetik və qrammatik qanunlarına uyğunlaşdıraraq işlətmək vaxtı gəlib çatmışdır. Belə ki, gündəlik mətbuatda, elmi-texniki ədəbiyyatda, dərslikdərdə, radio və televiziya verilişlərində, hər gün külli miqdarda ingilis və başqa Avropa dillərinə məxsus söz və terminlər işlənir. İngilis və başqa Qərbi Avropa mənşəli sözlərin dilimizdə düzgün ifadə edilməsi, qrafik, üslub və məna cəhətdən sərrast, yerində işlədilməsi vacibdir.

Beləliklə, Respublikamızda son dövrlərdə təhsil sistemində həyata keçirilən reforma və yeniliklər, müxtəlif sahələr üzrə mütəxəssis hazırlanması, tərcümə iş­lə­rinin genişlənməsi, radio və televiziya verilişlərinə, aktyor və aktyor dilinə olan tə­ləbin və s. məsələlərin artması, dilimizə daxil olan ingilis və başqa Avropa dil­lə­ri­nə məxsus sözləri daha mükəmməl və hərtərəfli öyrənmək bacarığına malik olmağı tələb edir.

Azərbaycan dilinin izahlı lüğətində ingilis dilinə məxsus terminlərin bir qismi dilimizin daxili qeyri-qanunları ilə hesablaşaraq onun fonetik və qrammatik xü­su­siy­yətlərinə uyğunlaşaraq işlənilir. Bu növ terminləri 2 növə ayırmaq məqsə­də­uy­ğun hesab edilərdi:

a) Azərbaycan dilinin fonetik qanunları ilə uyğunlaşan ingilis dili mənşəli söz­lə­rin lüğətlərimizdə əksi;

b) morfoloji dəyişikliyə məruz qalan ingilis dili mənşəli terminlərin lü­ğət­lə­ri­mizdə əksi.

Fonetik dəyişikliyə uğrayan, dilimizin fonetik xüsusiyyətlərini özündə əks et­dirən ingilis dili mənşəli sözlər, başqa növ alınmalara nisbətən sayca azlıq təşkil edir. Bunlar əsasən termin daxilində baş verən fonetik hadisələrdir. Tələffüz, in­to­na­siya, səslərin assimilyasiyaya uğraması, lüğətlərimizdə işlənən ingilis dili mənşəli alınma sözlərin dilimizin fonetik qanunları ilə uyğunlaşdırılmış şəkildə işlənməsini tələb edir. Be­lə növ terminlərə aşağıdakı sözləri misal gətirmək olar: vağzal, dizertir, dis­pet­çer və s.

Fonetik dəyişikliyə məruz qalan ingilis dili mənşəli alınma sözlərin fonetik hadisələrə uğramasını aşağıdakı cədvəldə nəzərdən keçirək.


İngilis dilində

Azərbaycan dilində

lainə laynə

layner

kreitn kreytn

kreyton (pambıq yumşaldan maşın)

k tid- kotic

kottec

kli:pə klipə

kliper (motorlu ev gəmisi)

ki st kinqstn

kinqston (cəminin altındakı qapaq)

m nitə monitə

monitor (zirehli cəmi)

İngilis dili mənşəli alınma terminlərin fonetik hadisələrə uğramasına dair H.Hə­sənov öz fikrini belə ifadə edir: «Qayda üzrə ingilis dilindən alınma sözlərin bir qismi yeni fonetik tələb əsasında yeni tələffüz normalarına uyğunlaşırlar. Bir qis­minin fonetik dəyişməsində transliterasiyaya təsadüf olunur. Həmin sözlər «öz evindəki» formasını itirərək fonetik dəyişikliyə məruz qalmış alınma sözlər alan di­lin fonetik qanunlarını sınaqdan keçirir. Həmin sözlərin öz əvvəlki mənbədəki formasını saxlaya bilməməsi göstərir ki, o sözləri alan dilin fonetik quruluşu sabit və möhkəmdir. Onlar fonetik dəyişikliyə uğrayaraq başqa şəklə düşmüş formada mənimsənilməsi əsli ilə müqayisə etdikdə görmək olar».

Azərbaycan dilinin lüğətlərində əks olunan ingilis dili mənşəli terminlərin mə­naca öyrənilməsi xüsusi maraq doğurur və onların elmi-tədqiqat obyektinə çev­ril­məsi Azərbaycan dilçiliyində əsas mövzulardan biridir. Elm və texni­ka­nın sürətlə in­kişafı, avtomatika, elektronika, sənayenin kompüterləşdirilməsi, elektron hesab­la­ma maşınlarının meydana gəlməsi və s. yeniliklər dildə öz in­ki­şafını biruzə verir və yeni-yeni məfhum və anlayışları ifadə etmək üçün lüğətlərimizdə ingilis və baş­qa Avropa dillərinə məxsus söz və terminlərdən ge­niş istifadə edilir. Yeni yaranan texniki məfhumların böyük əksəriyyətini kon­kret leksik adlar təşkil edir. Dilimizdə ingilis və başqa Avropa dillərindən alın­ma sözlərin mənaca xüsusiyyətlərini araş­dı­rar­kən onların dilə daxilolma tarixi də xüsusi əhəmiyyət kəsb edir. Biz aşağıda Azərbaycan dilinin lüğətlərində bəzi ingilis dili mənşəli sözlərin məna xüsu­siy­yət­lə­rini araşdırıcağıq.

Aşağıdakı terminlərə nəzər salaq:



AKR – Azərbaycan dilinin bütün lüğətlərində ölçü vahidi kimi götürülür. O, Amerika və İngiltərə və bir çox başqa Avropa dövlətlərində yer, sahə, ölçü vahidi kimi işlədilir. 1 akr 4047 kv.m-ə bərabər sahə ölçüsüdür. İngilis dili mənşəli «akr» sözü Azərbaycan dilində heç bir fonetik və qrammatik dəyişikliyə uğramamış və mənşə dildə olduğu kimi işlədilir.

Basketbol – idman termini olub, topun dirəkdən asılmış tora, səbətə əl ilə sa­lın­masından ibarət olan oyun adına deyilir. Azərbaycan dilinin idman lüğət ki­tab­la­rında işlənən bu söz, bəzi cüzi fonetik dəyişikliyə uğrasa da, əsasən öz deyim küt­lə­sini saxlamış, rus dili variantında olduğu kimi işlədilir. Sonralar bu sözdə bir sıra törəmə sözlər meydana çıxmış və o Azərbaycan dilinin fonetik və qrammatik qa­nun­ları ilə uyğunlaşaraq idman terminologiyasında müvəffəqiy­yət­lə çıxış edir və onun işlənmə dairəsi daha da genişlənir. Məsələn, basketbolçu qız, basketbol mey­dan­çası, basketbol komandası və s. ana dili mənşəli söz birləşmələri ilə işlənərkən dilimizdə bu qəbildən bir sıra yeni-yeni terminlər yaradır.

Blok – termini Azərbaycan dilinin həm siyasi və həm də texniki lü­ğət­lə­rin­də çox­mənalı söz kimi işlədilir. Bu söz lüğətlərimizdə aşağıdakı mənalarda əks olun­muşdur:

  1. ağır şeyləri qaldırmaq üçün sadə maşın, mexanizm və onun fırlanan disk­dən ibarət olan hissəsi;

  2. özü bir sıra element və hissələrdən ibarət olan qurğunun ayrı-ayrı hissələri;

  3. beton kütlədən ibarət iri kərpiclər şəklində süni tikinti damı;

  4. böyük bir binada mənzillər qrupu.

Müasir dövrdə elə bir dil təsəvvür etmək çətindir ki, o başqa qonşu dillərlə ünsiyyətdə olmasın, onlarla qayanyıb-qarışmasın.

Dillərin qarşılıqlı münasibətində həmin dillərin bir-birinə söz alıb-verməsi, sözləri özününküləşdirilməsi və yaxud onların qəbul etməməsi və s. fikir meydana çıxır ki, bütün bunlar dilçi alimlərimizin daim nəzər-diqqətini cəlb etmiş və tədqiqatçılarımız bu sahədə geniş işlər aparmışlar.

Məlumdur ki, müasir Azərbaycan ədəbi dilində Şərq və Qərb mənşəli bir çox alınma sözlər işlənməkdədir və bunun əhatə dairəsi daha da genişlənməkdədir. Azərbaycan dilində alınma sözlər haqqında çoxlu elmi əsərlər meydana çıxsa da, möv­cud prosesin anlaşılmasında müxtəlif baxışlar meydana çıxmışdır. Belə ki, baş­qa dillərə mənsub sözlərin alındığı dildə mənimsəmə dərəcəsini, ümumxalq xarakterinə malik olub-olmaması keyfiyyətini əsas meyyar götürərək başqa dillərə məxsus sözləri «əcnəbi sözlər» adlandıraraq, onları 2 qrupda birləşdiririk:


  1. Azərbaycan dilinə daxil olmuş və ümumxalq xarakteri daşıyan müxtəlif sahələrə aid ingilis dili mənşəli sözlər;

  2. Ümumxalq xarakteri daşımayan və istifadəsi üslubi məqsədlə bədii ifadəsi mümkün olan ingilis dili sözləri.

Məlumdur ki, keçən əsrin axırlarına qədər dilimizdə Şərq mənşəli ərəb və fars dillərinə məxsus söz və terminlər hökmranlıq sürürdü. Lakin, XX əsrin əvvəl­lərindən başlayaraq dilimizdə Qərbi Avropa dillərinə (latın, yunan, fransız, ingilis, alman, italyan, holland və s.) məxsus alınma sözlər daha üstünlük təşkil etmiş və bu proses zaman ötdükcə daha qabarıq şəkildə özünü göstərir. Azərbaycan dilində Qərbi Avropa dillərinə məxsus sözlərdən ən çox işlənən latın və yunan dilləridir. Sonrakı yerləri fransız və ingilis dillərinə məxsus sözlər tutur. Bu dillərə məxsus sözlər, xüsusilə də son zamanlar elm və texnikanın sürətlə inkişaf etməsi nəticə­sin­də dilimizdə daha çox işlənməyə başlamış və öz fəaliyyət dairəsini daha da geniş­lən­dir­məkdədir.

İngilis dili ictimai hadisə olmaq etibarilə daim inkişaf edir və zənginləşir. Qrammatikadan fərqli olaraq, lüğət tərkibi dəyişməyə daha çox meyillidir. Həm də hər bir canlı dilin leksikası kəmiyyətcə çox sürətlə artır. Yeni anlayışlar və yeni məfhumlar, sözlər tələb edir, halbuki köhnə sözlər isə bir qayda olaraq yeni sözlərlə birlikdə qalır, onların yalnız az bir hissəsi dildə istifadədən çıxaraq arxaizmlərə çevrilirlər. Burada artım prosesi azalma prosesini əhəmiyyətli dərəcə­də ötüb keçir, say daim artır. Məsələn, ingilis dilinə məxsus «dok» sözü dilimizə təzəcə daxil olmuş, Azərbaycan dilinin izahlı lüğətində «gəmilərin təmir olunduğu karxana» kimi verilmişdir. Bu alınma sözün alternativi olaraq dilimizdə işlənən «gəmi tərsanəsi» sözbirləşməsi arasında elə bir məna fərqləri olmasa da hər ikisi dilimizdə işlənməkdədir.

Dilimizin lüğət tərkibini zənginləşdirən vasitələrdən biri ingilis dilinə məxsus alınma sözlər təşkil edir. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, ingilis dilinə məxsus söz və terminlər dilimzə zorakı yolla deyil, zərurət nəticəsində qəbul edilmişdir və dildə ana dili elementləri ilə ünsiyyətdə olmuş, onlarla qaynayıb qarışmış, dildə bir növ özünə vətəndaşlıq hüququ qazanmışdır. Həqiqətən də əksər hallarda, hamı tərəfindən qəbul edilmiş elmi-texniki terminlərdən ibarət olan zəruri əcnəbi sözlər tərcümə edilsəydi, onları işlətmək lazım gəlməzdi. Deməli, bunların hərfi tərcüməsi yalnız mənanı təhrif edər, sözün düzgün başa düşülməsini dolaş­dı­rar­dı. Do­ğurdan da yeni anlayışları ifadə etmək üçün dilin öz daxili imkanları məhduddursa, zərurət üzündən söz alınması vacibdir.

Təsadüfi deyil ki, müasir dövrdə beynəlxalq miqyasda çox zəngin hesab olunan ingilis dilində kənar dil elementləri, alınmalar xüsusi lay təşkil edir və dilin tədqiqatçıları həmin cəhəti dili zənginləşdirən, əlvanlaşdıran, ünsiyyət üçün daha yararlı edən hal kimi qiymətləndirirlər. Bunun səbəblərindən ən əsaslısı alınma sözlərin daxil olduğu, dilin fonetik-qrammatik qayda-qanunlarına uyğunlaşmasıdır. Ona görə də çox zaman alınma sözlərin alınma xarakteri zahirən bilinmir.

N.M.Şanski alınma sözlərin bu xüsusiyyətindən bəhs edərək yazır: «Əcnəbi sözlərin çoxunun əcnəbi söz olduğu, kənardan gəlmə olduğu açıq-aşkar hiss edilir, lakin mənşə etibarilə yad sözlərin alınma olduğu heç də həmişə hiss edilmir. Bir çox yad sözlərin alınma olduğunu sübut etmək üçün xüsusi linqvistik araşdırmalar lazım gəlir».

Alınma sözlərin mənimsənilməsində sözü olan dilin spesifikası nəzərə alınmazsa, bu dilin fonetik və qrammatik normaları gözlənilməzsə, həmin alın­ma söz dildə vətəndaşlıq hüququ qazana bilməyəcək və gec-tez dildən çı­xa­caqdır. Bu özü də onu göstərir ki, başqa dildən sözlər mexaniki olaraq alınmır. Digər tərəfdən isə, əcnəbi dillərdən, xüsusilə ingilis dilindən sözlərin alınması prosesi ikitərəfli prosesdir. Bu ancaq bir dilin hazır elementlərinin sadəcə olaraq başqa bir dilin ixtiyarına verilməsi demək deyildir.



Qərbi Avropa dillərindən alınma terminlər rus dili vasitəsilə daxil olmuş və hal-hazırda da bu proses davam etməkdədir. Orta məktəb dərsliklərində istifadə olunan elmi-texniki terminologiyanın böyük əksəriyyəti Avropa dillərinə məxsus olmaqla yanaşı, müəyyən hissəsi də Şərq mənşəli dillərə xüsusən də, ərəb, fars dillərinə aiddir. İndi də elmi-texniki dilimizdə işlənən Qərbi Avropa dillərinə (latın, yunan, fransız, ingilis, alman, italyan) məxsus terminlərə nəzər salaq:


Yunan

Latın

Fransız

İngilis

Alman

Holland

Çox mənşəli sözlər

atom

aqreqat

far

blok

zummer

kabel

robot

avto

amortizasiya

azometr

ballast

dizel

damba




kristall

kamera

frezer

drel

kran







katalizator

konveyer

mantyor

kombayn

koks







kosmos

korroziya

detal

konsert

linza







plastika

metal

depo

rels

lafet








ƏDƏBİYYAT

  1. Kəngərli: «Azərbaycanca-ingiliscə-rusca elektronikaya aid terminlər lü­ğə­ti». Bakı, «Elm» nəşriyyatı, 1980.

  2. Д.И.Восковойников, В.Г.Циммерман. Англо-русской ядерный сло­варь. Москва, «Наука». 1960.

  3. В.М.Крейцера. «Англо-русский электротехнический словарь». Мос­ква, «Наука». 1960.

  4. Л.П.Герман-Прозерева: «Англо-русский электротехнический сло­варь». Москва, «Наука». 1960

  5. R.С.Cəfərov: «Azərbaycan dilində işlənən Qərbi Avropa mənşəli sözlərin izahlı lüğəti». Bakı, «Nurlan» nəşriyyatı, 2006.



РЕЗЮМЕ

В статье рассматриваются заимствованные слова английского проис­хож­де­ния употребляющиеся в словарном составе азербайджанского языка, а так­же некоторые фонетические свойства английских терминов в Азербайджан­ском языке.


SUMMARY

The article analyses mutual word of English origin words used in the vocabulary of Azerbaijan also some phonetical peculiarities of English turms in Azerbaijan.



Əsədov Araz
QAZİ BÜRHANƏDININ YARADICILIĞINDA FOLKLORUMUZDAKI MƏHƏBBƏT FENOMENLƏRİ
Türkdilli Azərbaycan poeziyasının inkişafında xüsusi yeri olan Qazi Bürhanəddin yaradıcılığı məfkurə və mövzu cəhətdən olduqca rəngarəngdir. İstək və arzularını əks etdirdiyi mübarizə ruhlu şerlərində şairin məqsədi xalqını mərd, mübariz, vətənini azad görmək istəyi olmuşdur. Şairin insanları döyüşə səsləyən şerlərində qəhrəman keçmişimizin, qəhrəmanlıq dastanlarımızın abu-havası duyulursa, lirik, aşiqanə qəzəllərindən «Leyli və Məcnun», «Əsii və Kərəm», «Tahir və Zöhrə», «Aşıq Qərib» və s. kimi sədaqət və vəfanın, gözəllik və paklığın ətri gəlir. Bildi-yimiz kimi yazılı ədəbiyyat həmişə folklorla bərabər addım-lamışdır. Şifahi ədəbiyyat yazılı ədəbiyyat üçün, xüsusilə də şairlərimiz üçün zəngin bir qaynaq olmuşdur. Şair və yazıçılarımız xalq əfsanə və rəvayətlərindən yetərincə istifadə edərək onlardan bəhrələnmiş, o qəhrəmanları, keçmişdəki inam və etiqadları, bir sözlə, yazılı ədəbiyyatda canlandırmaqla yaşat-maqla, xalq ədəbiyyatını daha da inkişaf etdirmiş və yaşatmışlar.

Xalq ədəbiyyatımızda yaranan məhəbbət dastanları Qazi Bürhanəddin yaradıcılığı üçün bir örnək olmuşdur. Orta əsrlər ədəbiyyatında xalq dastanlarına müraciət, orada olan əhvalatlara nəzmə çəkmək və ayrı-ayrı epizodlann şerə gətirilməsi bir ənənə halını almışdır. Bu ənənələr süjet xətti (süjetli poema - Ə.A.) boyunca Nizami, Füzuli əsərlərində özünün ən yüksək nümunələrini yaratmışdır. Nəsimi, Xətai, Qurbani, Füzuli və başqalan ayrı-ayrı epizod və əhvalatları xatırlamaqla əsərlərində vermək istədikləri fikrin daha poetik səslənməsi üçün bir vasitə kimi istifadə etmiş və həm də həmin əhvalatları oxucunun yadına bir ibrətamiz hekayət kimi salmışdır. A.Vəfalı yazır: «Həqiqi eşq ilə sevib-sevilənlər bu duyğularını hər şeydən əziz tutmuş, onu hətta bacardıqları qədər şer dilinə də çevirmişlər. Şifahi poeziyamızda bu motivlər o qədər çoxdur ki, nəticədə ölməz məhəbbət nəğmələrindən təşəkkül tapan neçə-neçə samballı əsərlər də yaranmışdır» [3,61].

Şirinü Xosrov ilə vü Məcnunü Leyli tək

Bən dəxi sənün ilə bir əfsanə düşmüşəm. [2, 131].


Şair özünü də bu əfsanəvi eşq aşiqləri ilə müqayisə edir, onlar kimi eşq oduna düşdüyünü deməklə özünü əfsanəvi aşiqlərə bənzədir, məhəbbətinin «Leyli və Məcnun», «Fərhad və Şirin» kimi dillərə düşdüyünü deyir.

Şərq xalqları arasında geniş yayılan «Fərhad və Şirin» dastanı haqqında türk tədqiqatçısı Malik Aksel yazır: «Şərqin bu əfsanələşmiş gözəli, hətta gözəllik tanrıçısı olan türk-iran sənətkarlarını yüz illər boyu etkiləndirməkdən uzaqda qalmadı, özündən sonra çoxlu əsərlər yaratmağa yollar açıldı». Sevgisi yolunda cəfalar çəkən “eşqün düşəli içümə yandı cahan dəxi bilə»- deyən aşiq eşq odu ilə aləmi yandıran Kərəm kimi yandığını, onun yanğısını ancaq məhəbbət odu söndürəcəyini qeyd edən şairin lirik qəhrəmanı Kərəm kimi yanan aşiq obrazını xatıdadır.

Az qalıbdı Kərəm odlana, yana,

Od tutub bədənim, yandım ağlaram [1, 99].

Bu məhəbbət dastanındakı hadisələrlə müəllif gerçək olan məcaz arasında bir əlaqə yaratmaqla oxucuda dastan qəhrəmanl rına məhəbbət aşılayır. Bu haqda P.Əfəndiyev yazır: «Əsli Kərəm» dastanında o dövrün ictimai-siyasi vəziyyəti, xalqın di yagörüşü, dövrə münasibəti də ifadə edilmişdi.

Divan boyu araşdırılan bu tədqiqat işində demək ola şerlərdə hadisələrin süjet ardıcıllığına təsadüf olunmur. Şair bir beytdə demək istədiyi məsələdən artıq sonrakı beytlərdə söhbət açmır. Oxucunu tamam yeni əhvalat və hadisə ilə tanış edir. Bu da şairin vermək istədiyi hadisələrin, oxucuya çatdırmaq istədiyi məlumatların sayını artırır.

Xalq ədəbiyyatında yaradıcı insanların toxunmadığı, onlan ıstək və arzuları ilə bağlamadıqlan, görmək istədiklərini arzu şəklində müxtəlif əhvalatlarla əlaqələndirmədikləri sahələr tapmaq çətindir. E.B.Toylor qeyd edir ki, ilkin miflər ədəbiyyatın müxtəlif janrlarının meydana gəlməsi və formalaşmasına təsir göstərmişlər. Mifin nağıla çevrilməsi onun məzmun və strukturunun yenidənqurulma prosesi ilə bağlıdır, yənı mif yeniləşir, onun məzmunu adiləşir. Folklorun ayrı-ayrı janrlarında, xüsusən nağıl, dastan, əfsanə və rəvayətlərdə göy cisimləri ilə bağlı obrazlara rast gəlirik. Sonradan bu obrazlar şerdə də özünün müəyyən çalarları ilə izlərini göstərir. Gözəlin üzünün aya bənzədilməsi, hüsnünü, cəmalının günəşlə müqayisəsi «rövşən yüzünü iman dedilər, gerçəkmi? və s. kimi xüsusiyyətlər folklordan qaynaqlanaraq ədəbiyyatda öz əksini tapıb. İnsanların astrol göy cisimləri ilə bağlı yaratdıqları rəvayət və əfsanələr zaman-zaman nağıllarda yaşamış, sonradan isə yazılı ədəbiyyatda öz izlərini birbaşa olmasa da, dolayısı ilə qoruyub saxlaya bilmişdir. Qazi Bürhanəddin divanında Ay, ulduz, Günəş, afitab və s. varlıqlarla bağlı şer nümunələrinə də rast gəlinir.

Ay və Günəşlə bağlı folklorumuzda çoxlu sayda əfsanə və rəvayətlər yer almışdır. Bəzi rəvayətlərdə Ay oğlan, Günəş isə qızdır. Onlar bir-birinə qovuşa bilmədikləri üçün biri gecə, digəri isə gündüzlər çıxır:

Ay yüzündən Günəş utanduğıyçun,

Bulıdı özinə sitarə qıla


və yaxud da şair gözəlin cizgilərini daha da təsirli etmək üçü bədii priyomlardan istifadə edərək
Yüzü günəş, qaşı ayı, müştəri totığın,

Görəli bildi könlüm ki, şol dəm sanım; – deyir. [2, 274]

Xalq təfəkküründən süzülüb gələn bu inamlar geniş şəkildə öz bədii əksini «Tahir və Zöhrə», «Mehr və Müştəri», «Şəms və Qəmər» kimi nağıl və dastanlarda yaşadır.

Folklordan yazılı ədəbiyyata keçmiş gül-bülbül, od-pərvanə-şəm ox-kaman, ah-zar qarşılaşdırması Qazi Bürhanəddin poeziyasının ideya qaynağı kimi özünü göstərir. Şair bu poetik vasitələrin semantik məna tutumu arxasında özünün vermək istədiyi ideyanı lirik ricətlərlə oxucuya çatdırır.

Şair bəzən gül üçün fəğan edən bülbül kimi qovğa çəkdibini «bülbül ünni işitdi, qovğa çəkər», «gül qoxusun aldı, gül yolunda gözlərim sevda çəkər» deyirsə, bəzən də bülbülün cəfasından özünü «bən sinəm açdım anın üçün» deyən gülün açıldığını bildirir, yəni onun qönçə halında olarkən hamı üçün gizli bir xəzinə olduğunu, açılarkən artıq vəhdətə qovuşduğundan xəbər verir.

Qazi Bürhanəddin yaradıcılığının əsas mövzu motivlərindən biri də od, şəm, pərvanə ilə bağlı şerləridir. Şair sevən aşiqin od kimi yanmasını və öz sevgilisinə qovuşmaq əzmi ilə çırpınan pərvanənin eşqində nə qədər vəfalı olduğunu, özünü yandıraraq sevgilisinə qovuşduğunun şahidi oluruq. Qəzəllərində «pərva-nəsin bu eşqin odına ki girmişəm», «bən səməndər qıluram oda könül», «şam eyləyibən yüzümi yürəkdə qodum od» və s. deyimlərində şəm, pərvanə və ya od qarşılaşdırmasından istifadə edən şair gözəl poetik lövhələr yarada bilmişdir. Bir qəzəlində şair bu fikirlərini belə ifadə edir:


Qədəm basalı yoluna qədəm-qədəm yanaram,

Tapunda şəm kibi uşda dəmbədəm yaranaram.


Cahanı tən dilərəm bən ki, oduna yanam,

Bu varlıq ilə yanarsan, oduna kəm yanaram.


Yaxamı heç qomaz əldən, yaxam əlində durur,

Əl urmadı yaxama demədi yaxam yanaram.


Camalı günəş çün toğa hüsn kökündə

Məcalum olmaya kandan yana edəm, yanaram.


Gözmün irməz əli ki, nəzər qıla yüzünə

Vəgər göz ucu ilə özgəyə baxam yanaram. [2, 36]


Qazi Bürhanəddin folklordan gələn folklor ideyanı saxlamaqla sevən aşıqın də pərvanə kimı gündə bir neçə dəfə oda yandığını, öz sevgilisin yolunda ölüb-dirıldiyini göstərir. İkincı bir tərəfdən şair «əl urdun yaxama, dedim yaxam yanaram» ifadəsi ilə «Əsli və Kərəm» dastanında hicran həsrəti çəkən sevgililərin qovuşma anında məhz Əslinin «yaxasından od tutub yanması» hadisəsini oxucuya çatdırmaqla kökü çox-çox qədimlərlə bağlı folklordan gələn əhvalatları yada salır.

Bundan başqa pərvanə motivi təsəvvüfi bir məna da daşımaqdadır. Təsəvvüf şerində pərvanə həmişə odun, şəmin ətrafında dolaşır, özünü oda, alova vurmaqla məhv edir. Şair bəzən də məcaz yolu ilə alovu şərab qədəhi kimi düşünür. Sevən aşiq necə qədəhdən şərabı içib özündən keçirsə, pərvanə də məhəbbətindən özünü şəmin alovunda məhv edir. Şair bəzən də şərabı içən aşiqlə özünü alova atan pərvanəni Tanrı varlığında yox olan, əriyən bir ilahi eşqin halını dilə gətirir.


Pərvanə gərəkdir, şaha, şol səm yüzünçün,

Ki, yanmağa qoya bizi fərraş eşqində.



1   ...   19   20   21   22   23   24   25   26   ...   62


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə