AZƏrbaycanşÜnasliğin aktual problemləRİ Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci




Yüklə 7.97 Mb.
səhifə16/62
tarix22.02.2016
ölçüsü7.97 Mb.
1   ...   12   13   14   15   16   17   18   19   ...   62

ƏDƏBİYYAT





  1. Alagöz, Mehmet vd.(2009),“Türk Cumhuriyetleri İle İlişkilerimize Ekonomik AçıdanYaklaşım,” www.sosyalbil.selcuk.edu.tr/sos_mak/makaleler/.../59-74+.pdf, ( Erişim Tarihi 15. 08. 2009)

  2. Aras, Osman Nuri (2003), “Azerbaycan Ekonomisi ve Değişim Süreci,” Azerbaycan Müstegilliqten Sonra, Uluslar arası Konferans, Bakü, 3-4 Mart 2003.

  3. Aras, Osman Nuri (2003-2004), “Azerbaycan Ekonomisi ve Dönüşüm Süreci,” Akademik Araştırmalar Dergisi, Sayı 19, 2003-2004.

  4. Aras, Osman Nuri (2005), Azerbaycan Ekonomisi ve Yatırım İmkanları, TÜSİAB Yayınları 2005-001, Bakü, 2005.

  5. Dikkaya, Mehmet(2009), “Haydar Aliyev Döneminde Azerbaycan’ın Küresel Ekonomiye Entegrasyonu,” http://www.usakgundem.com/yorum/220/haydar-aliyev-d%C3%B6neminde-azerbaycanin-k%C3%BCresel-ekonomiye-entegrasyonu.html (02. 09. 2009)

  6. Dikkaya, Mehmet, Çaylak Adem(2008), “Haydar Aliyev Döneminde Azerbaycan’ın Ekonomik ve Politik Dönüşümü: Fırsatlar ve Sorunlar,” OAKA, Cilt 3, Sayı: 5, 2008.

  7. Hale, William(2002), “Türk Dış Politikasındaki Ekonomik Sorunlar”, Derleyenler: Makovsky Alan ve Sayarı Sabri, Türkiye’nin Yeni Dünyası Türk Dış Politikasının Değişen Dinamikleri, Alfa Yayınları, İstanbul-2002.

  8. İsmailov, Altay(2007) “Azgelişmiş Ülkelerin İktisadi Kalkınma Sorunu: Bağımsızlık Sonrası Azerbaycan Ekonomisi Örneği,” Selçuk Üniversitesi, Sosyal Bilimler Enstitüsü, Basılmamış Doktora Tezi, Konya, 2007.

  9. Karaca, Ayhan(2009), “Azerbaycan’da Ekonomik Dönüşüm Süreci ve Reformların 10 Yılı,” http://www.dtm.gov.tr/dtmadmin/upload/EAD/TanitimKoordinasyonDb/ayhandergi.doc(30.08.2009).

  10. Şekerci Beyza(2009), “Azerbaycan Ülke Profili,” http://www.dtm.gov.tr/dtmadmin/upload/EAD/DisTicaretGelistirmeDb/turk%20cumhuriyetleri/sayfa165.doc (Erişim Tarihi 25. 08. 2009).


Əhədzadə Məleykə
AZAD ƏLİYEV YARADICILIĞININ AKTUALLIĞI
Azərbaycan musiqi mədəniyyətinin XX əsrə təsadüf edən inkişaf yolları Avropa musiqi ənənələrinə yiyələnmə prosesi ilə bağlılığı və ilk növbədə onun inteqrasiyası və yeni mühitdə özünə yer tapması gələcək musiqi vərdişlərinin aşılanmasına zəmin yaradır. Bu çətin ziddiyətli yol, yəni Qərb-Şərq mədəniyyətlərinin bir məxrəcə gəlməsi və yeni yönümlü Azərbaycan professional musiqisinin formalaşmasında oynadığı rolu haqqında bu gün elmi cəhətdən qiymətləndirilməsi böyük aktuallıq təşkil edir.

Keçmişə nəzər salmaqla professional musiqinin digər sahələrinə göstərdiyi təsirinin nə dərəcədə elmi araşdırmalarla aşkarlanması tarixə nüfuz etməyə imkan yaradır. Belə ki, XX əsrin əvvəllərində təşəkkül tapan yeni ictimai-siyasi mühit və qurum Avropa - rus mədəni dəyərlərinin çiçəklənməsinə şərait yaratmışdır. Bununla yanaşı ifaçılıq sənəti kiçik dərnəklərdən başlayıb, ali musiqi ocaqlarına qədər inkişaf edərək, bu ənənələri təmsil edən mütəxəssislər hazırlanmasına zəmin yaratmışdır. Lakin əcnəbi mütəxəssislər tərəfindən yetişdirilən ifaçılar gələcək yaradıcılıq fəaliyyətlərində milli musiqi dəyərlərinin qorunub saxlanması və inkişafında oynadıqları rol Azərbaycan mədəniyyətinə hansı töhfələr vermişdir? Kimin timsalında özünə yol açır və kim bu ifaçılıq məktəbini təmsil edir? Bu sualları cavablandıraraq qarşımızda şəxsiyyətlər, bu ənənəni yeridənlər durur.

Simli alətlərin tacı olan skripka alətinin Azərbaycan professional musiqi mədəniyyətinə yeni tərzdə daxil olması bəstəkarlıq məktəbinin inkişafında misilsiz rolu olmuşdur. Alətdə ifa tərzi şəxsiyyətin ifaçılıq qabiliyyətindən irəli gələrək musiqi tarixinə görkəmli sənətkarların adlarını qızıl hərflərlə həkk etmişdir.

Belə sənətkarlardan biri Azad Əliyev Azərbaycan ifaçılıq sənətinin yeni səhifəsini açmış və milli musiqi mədəniyyətimizə ona qədər olmayan bir ruh, ab-hava gətirmişdir. Görkəmli skripkaçı, Azərbaycanda yeni ifaçılıq mərhələsinin əsasını qoymuş, onun yaradıcılığı musiqi mədəniyyətimizə güclü təkan vermişdir. Azad Əliyevin yaradıcılığı dünyada qabaqcıl rus və sovet ifaçılıq məktəbinin ən dəyərli ənənələrini özündə cəmləşdirmişdir. O, milli musiqini dərindən duyan və onun ifaçılıq xüsusiyyət və incəliklərini bilən, sözün əsl mənasında milli ifaçılıq məktəbinin ən parlaq nümayəndəsi olmuşdur. Bu baxımdan onun ifaçılıq irsi aktuallıq kəsb edir.

Azad Əliyevin bənzərsiz ifası, özünün təfəkkür süzgəcindən keçirərək yaratdığı şedevrlər milli sərvətimizin ayrılmaz hissəsinə çevrilərək, milli musiqimizin qızıl fonduna daxil olmuşdur.

Yaşadığı mühüt, təhsil aldığı zaman yüksək ifaçılıq vərdişlərinə yiyələnməsi, qeyri – adi istedada malik olması - skripkaçının hələ tələbə ikən özünü parlaq yaradıcı sima olduğunu sübuta yetirilməsi barədə bizə əsaslı fikirlər yürütməyə imkan verir.

1948-ci ildə konservatoriyanın tələbəsi ikən Moskvadakı yaradıcılıq hesabatında Azad Əliyev iştirak etmiş, burada dahi italyan skripkaçısı və bəstəkarı N.Paqanininin məşhur skripka üçün konsertini, J.Tartininin «İblis trelləri» sonatasını, polyak skripkaçısı və bəstəkarı H.Venyavskinin «Skertso Tarantello» pyesini, F.Şubertin «Ave Mariya» əsərini skripkada məharətlə çalmışdır. Moskvanın təcrübəli ifaçıları gənc skripkaçının bu çıxışını müsbət qiymətlən­dirmişdilər. Moskva Dövlət Konservatoriyasının professoru A.İ.Yampolski yazırdı: «…Azad Əliyev əla texniki hazırlıq, gözəl musiqi zövqü və ifaçılıq mədəniyyəti nümayiş etdirdi, özünü parlaq ifaçı kimi göstərdi». Bir il sonra 1949-cu ildə Moskvada nəşr edilmiş «Gənc musiqiçilər» kitabında görkəmli skripkaçıları İqor Bezrodnı, Leonid Koqan, Yulian Sitkovetski ilə yanaşı Azad Əliyevin də yaradıcılıq nailiyyətlərindən bəhs olunurdu. «Gənc sovet skripkaçıları və violonçelçiləri» məqaləsinin müəllifi K.Aleksandrov yazırdı ki, Paqanini və Tartininin əsərlərini ifa edən skripkaçı Azad Əliyev gözəl və təmiz çalğıya, böyük texniki imkanlara malik olduğunu nümayiş etdirmişdir.[1;115]

A.Əliyevin Azərbaycan skripka ifaçılıq sənətinə gəlişi respublikanın klassik musiqisi və ifaçılığının təşəkkül tapması dövrünə təsadüf etmişdi. Ən parlaq virtuozluluq, qeyri-adi səs palitrası, yüksək təxəyyüllü obrazlı məzmun, bənzərsiz ifa manerası və peşəkar artistizm kimi xüsusi ifaçılıq keyfiyyətləri A.Əliyevi şəksiz surətdə ifaçılar arasında ön plana çəkirdi. O, ilk azərbaycanlı skripkaçısıdır ki, Avropa skripka ədəbiyyatının ən virtuoz şedevrlərini dünya ifaçılıq standartları səviyyəsində ifa etmiş və bununla da bütövlükdə milli skripka ifaçılıq sənətimizi ən qabaqcıl ifaçılıq məktəbləri ilə yanaşı qoymuşdur.

Azad Əliyev beynəlxalq festival və müsabiqələrdə Azərbaycanın ilk layiqli təmsilçisi olmuş skripkaçısıdır. 1953-cü ildə Moskva şəhərində keçirilən keçmiş Sovet İttifaqının ən qüvvətli gənc skripkaçıları müsabiqəsində olmuş, gənclər və tələbələrin Buxarestdəki dördüncü Ümumdünya festivalında iştirak etmək hüququ qazanaraq 4 nəfər musiqiçi ilə birlikdə Buxarestə getmişdir.

O, 1956-cı ildə solo ifaçı kimi Azərbaycan gənclərinin I festivalının birinci mükafatçısı, kvartetin heyətində I skripkaçı kimi isə ikinci mükafata layiq görülmüşdür.[2;2]

Azad Əliyev 1957-ci ildə gənclərin və tələbələrin VI Beynəlxalq Festivalının laureatı (gümüş medal) olmuş və 17 oktyabr 1957–ci il tarixində Moskva şəhərində gənclərin və tələbələrin Ümumittifaq və VI Ümumdünya festivallarında Azərbaycan SSR nümayəndələrinin müvəffəqiyyətli iştirakı ilə əlaqədar olaraq Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

Azad Əliyev 1958-ci ilin sentyabr ayında pianoçu və skripkaçıların J.Enesku adına beynəlxalq müsabiqəsində mövəffəqiyyətlə çıxış edərək, bu mötəbər müsabiqənin diplomantı olur.

A.Əliyev yaradıcılığı ənənəvi klassik sənətin demək olar ki bütün janr­larını əhatə etmişdir. O, müxtəlif dövr bəstəkarlarının kiçik həcmli əsərlərindən – pyes, miniatür, skerso, rəqs və s. - tutmuş, iri həcmli əsərlərinədək – sonatalar, konsert­lər – 1zəngin skripka ədəbiyyatının mahir təfsirçisi və təbliğatçısı olmuşdur.

A.Əliyevin yaradıcılığının daha geniş və dərin bir sahəsini əlbəttə ki, Azərbaycan bəstəkarlarının skripka üçün müxtəlif canrlarda yazdıqları əsərlərin ilk və bənzərsiz təfsirli ifası təşkil edir. Bir çox Azərbaycan bəstəkarlarının əsərlərinin tanınmasında və həyata vəsiqə almasında məhz Azad Əliyevin böyük rolu olmuşdur.

Musiqiçi – ifaçı kimi əsərlərə müdaxiləsi nəticəsində Azad Əliyev hətta bəstəkarları öz əsərlərinə yeni və daha böyük miqyasda nəzər salmağa vadar edirdi. O, həmçinin bəstəkarlərın iri həcmli əsərlərinin skripka aləti üçün instrumental variantının işlənməsinə də səbəb olurdu.

Qeyd etdiyimiz bu keyfiyyətlər Azad Əliyevin məharətli ifaçı olmasını və ifa etdiyi alətin bütün incəliklərini dərindən bilərək həyata keçirə bilməsini bu əsasda nəhayət, skripka ədəbiyyatının zənginləşməsində özünün böyük xidmət­lərinin olmısını sübuta yetirir. Bütün bunlar isə Azad Əliyevin Azərbaycan professional ifaçılıq sənətində solo ifaçı kimi əhəmiyyətli rolunun sübutudur.

Görkəmli bəstəkarımız Q.Qarayev Azərbaycan musiqi mədəniyyətini dünyada tanıda biləcək simli kvartetin yaranmasını məhz gənc və çox istedadlı skripkaçı Azad Əliyevin timsalında görürdü.

Klassik kvartet nümunələrinin yüksək səviyyəli ifası nəinki təbliğat əhəmiyyətini daşıyırdı, həmçinin Azərbaycan bəstəkarlarının bu sahəyə maraq və diqqətlərinin artmasına səbəb oldu.

İfa etdiyi əsərlərdə obrazlarının hiss və həyəcanının yüksək ideyalarla həmahəngliyi onun ifaçılıq xüsusiyyətlərinin estetik tərəfinin inikasıdır. Bu, dinləyicilərin musiqi mədəniyyətini və estetik zövqünü inkişaf etdirmək yolunda sənətkarın öz xalqına verə bildiyi töhfədir.

A.Əliyevin novatorluğu dünya skripka sənəti təcrübəsinə hələ məlum olmayan yeni canr - muğam improvizasiya mövhumunu musiqi aləminə çatdır­maq olmuşdur. Bu, solo skripka üçün müxtəlif səpgidə bəstələnmiş ədəbiyyat siyahısının layiqli davamı, gərəkli hissəsinə çevrilərək alətin imkanlarını milli ənənəvi elementlər əsasında daha da zənginləşdirdi. Azərbaycan xalq musiqisinin tədqiqatçıları muğamın nota salınması kimi çox çətin bir iş üzərində məşğul olduqları dövrdə hələ 70-ci illərdə A.Əliyev və M.Həşimiov birgə ilk dəfə olaraq peşəkar səviyyədə nota salınmış surətdə yeddi əsas Azərbaycan muğamının mövzuları üzərində eyni adlı muğamların solo skripka üçün işləməsi nəinki Azərbaycan musiqi mədəniyyətində və həmçinin dünya musiqi mədəniyyətində çox böyük bir hadisə kimi qiymətləndirilə bilər. Bu, musiqi - ifaçılıq tarixində yeni söz və yeni ifa idi.

Bu pyeslər skripka alətinə yeni milli ifadə vasitələri, səs çaları, tembr zənginliyi, mövzu və nəfəs gətirdi. Burada milli musiqimizin özünəməxsus bütün elementləri skripka alətinin ən müasir texniki və bədii imkanları ilə dinləyicilərə çatdırılır. Milli intonasiya çalarları, melizmlər, sekvensiyalı inkişaf, milli musiqi alətlərimizin – tar və kamançanın birgə ifasını xatırlayan harmonik səslənmədən istifadə olunmuşdur. Muğama xas olan virtuozluluq skripkada spikkato, saltando, ikili notlar, leqato ştrixində alt səsin uzadılması əsasında üst səsin ahangdar səslənməsi, müxtəlif növ akkordların, sağ və sol əldə pitsikatoların verilməsi ilə səciyyələnir.

Solo skripka üçün yazılmış bu pyeslər artıq tədrisdə öz yerini tapmışdır. Muğam mövzuları əsasında improvizasiyaların məhz klassik musiqi aləti olan skripka üçün yazılması milli musiqimizin «şah» əsəri olan muğamımızı Avropa dinləyicisinin qəbul edə biləcək formada səsləndirmək və azərbaycanlı musiqi­çi­nin muğama olan təlabatını ödəməyə yönəlmişdir. Solo skripka üçün impro­vizasiyalar bu canrda başqa alətlər üçün yeni əsərlərin yaranmasına təkan verdi. Bu da bütünlükdə instrumental ifa təcrübəsini zənginləşdirərək onun daha da inkişafını labüd etdi.

A.Əliyevin Azərbaycan musiqi mədəniyyətində xidmətlərindən biri özünün milli ifaçılıq məktəbinin tərənnümündə büruzə verir.

Pedaqoci fəaliyyətinin əsas xüsusiyyətləri: fərdi yanaşma, əsərlərin texniki və bədii cəhətdən dərin təhlili, məzmun və formanı mətnin düzcün oxunuşunda təsdiqləmək, ifaçılıq fəndlərini ən müasir metodika nailiyyətləri əsasında qurul­ması təşkil edir.

A.Əliyevin pedaqoci işində ifanın keyfiyyəti əsas meyardır. İntonasiya, ritm, səslənmə üzərində daimi nəzarət tələbənin əsil ifaçı kimi formalaşmasında böyük rol oünayır.

A.Əliyevin yaradıcılıq irsi müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına da böyük təsirini göstərir. Onun qoyub getdiyi lent yazıları gənc ifaçılar üçün əsaslı istiqamət, əsil məktəbdir. A.Əliyevin yetirmələri isə onun məktəbinin layiqli davamçıları olmuş və olmaqdadırlar.

Tələbələrindən respublikanın əməkdar artisti, BMA – nın professoru mər­hum B.Mehdiyev, BMA – nın dosentləri X.Rəhimova, T.Əliyeva, M.Əhədzadə, «Zaqafqaziya» müsabiqəsinin laureatları F.Məmmədxanov, A.Zeynallı adına Orta İxtisas musiqi texnikumunun (indiki Milli Konservatoriya nəzdində Bakı Musiqi Kolleci) müəllimləri Ş.Hüseynzadə, S.Hacızadə, H.Babayev, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin konsertmeyster köməkçisi H.Əliyev, N.Zöhrabbəyova, N.Şabelnikova, N.Vəliyeva və başqaları respub­likanın mədəni həyatında öz yerlərini tapmışlar.
ƏDƏBİYYAT


  1. Александров К. Молодые советские скрипачи и виолончелисты.// в сборнике «Молодые музыканты», М., Музгиз, 1949г., стр.113-133

  2. «Azərbaycan gəncləri» qəzeti, 12 avqust 1956-cı il, səh.2


РЕЗЮМЕ

В данном докладе говорится о большой роли народного артиста Азербайджана, профессора, выдающегося скрипача Азада Алиева в азербайджанской музыкальной культуре, актуальности творческого наследия и в современном исполнительском искусстве.




SUMMURY

It is said in this report about the great role of People’s Artist of Azerbaican, professor, the famous violinist Azad Aliyev in Azerbaican musical culture, actuality of creative heritage and in the contemporary performance art.



Əsgər Əhməd
XIII-XV ƏSRLƏRDƏ AZƏRBAYCAN İCTİMAİ FİKİRİNƏ SƏFƏVİYYƏ TƏRİQƏTİNİN TƏSİRİ
Orta əsrlər, xüsusilədə XI-XV əsrlər Sufizm İslam dünyasında geniş yayılmış və böyük populyarlıq qazanan dini-fəlsəfi təlimlərdən biri idi. Məhz bu dövrlərdə Azərbaycanda da Suhrəverdiyyə, Səfəviyyə, Xəlvətiyyə və Hürufilik kimi dini-fəlsəfi təlimlər meydana gəlmiş və inkişaf etmişdir. Müxtəlif dövrlərdə azərbaycanlılar tərəfindən yaradılan və böyük coğrafiyaya yayılan bu sufi təriqətləri və qardaşlıqları, eləcə də ayrı-ayrı azərbaycanlı sufi intellektuallarının İslam mədəniyyətinə gətirdikləri yeniliklər, bütövlükdə, İslamın, o cümlədən də, sufiliyin inkişafına, fikir, düşüncə etibarilə daha da zənginləşməsinə ciddi təsir və köməklik göstərmişdir. Bu baxımdan orta əsrlərdə İslam dünyasında geniş yayılmış və xüsusi xidmətləri olan təriqətlərdən biri də Azərbaycanda təşəkkül tapan Səfəviyyə təriqətidir. Bu təriqət öz adını qurucusu olan Şeyx Səfiəddin İshaq Ərdəbilinin (1252-1334) adından götürmüşdür. Fransız alimi Massinnon Səfəviyyə təriqətini Sührəverdiyə təriqətinin qollarından biri hesab edirdi (1, 205). Bu fikir o mənada əsaslıdır ki, Səfəviyyə öz koklərini Sührəverdilikdən göturən Zahidiyyə təriqqəti əsasında, onun davamı kimi formalaşan bir təriqət statusunda fəaliyyətə başlamışdır. Hətta bu təriqəti İbrahim Zahid Gilaninin adı ilə bağlayanlar da vardır. Şeyx Səfiəddin İshaq Ərdəbili 1252-ci ildə Ərdəbil yaxınlığındakı Kəlxuran kəndində anadan olmuşdur. Belə iddia edilir ki, Şeyx Səfinin nəsli yeddi silsilə vasitəsi ilə İmam Museyi-Kazıma çatır. Lakin bununla bağlı başqa fikirlər də mövcuddur. Belə ki, bir sıra tədqiqatçılar hesab edirlər ki, Şeyx sünnü olub və özünü Əlinin nəslinə aid etməyib (2, 164). Ancaq o da məlumdur ki, Şeyx Səfi XIV əsrin sonuncu rübündən etibarən şiəliyin mötədil qanadı olan imamətə qoşulub. Bunu sübut edən digər fakt onun yaxın tələbələrindən biri olan Azərbaycan şairi Qasım Əl-Ənvarın də qatı şiə olmasıdır (1, 206). Şeyx Səfinin tutduğu yol haqqında Təvəkkül ibn Bəzzazın "Səfvət əs-Səfa" əsərinin XVI əsr türk tərcüməsi olan “Şeyx Səfi təzkirəsi”ndə onun dilindən aşağıdakı şəkildə söylənilir: “Həzrəti Şeyxə sual verdilər ki, məzhəbin nədir? Cavab verdi ki, dərvişlərin məzhəbi Həqqin məzhəbidir və fərzənd gərək atasının məzhəbində ola. Çünki dədələrimizin məzhəbi siratül-müstəqimdir və mömin övliyalar bu yola baş vurublar və bir tük qədər olsa da Mustafa ilə Murtaza əleyhimassəlam vəttəhiyyət vəlikramın buyruğundan çıxmayıblar, biz belə onların ardınca gəlib doğru yoldan dönməriz, inşaallah, bir yola varırıq, məşhərin günündə nəbi vəsi və Əhli-Beytləri yanında xəcələt çəkməyəcəyiz” (3, 706) .

Şeyx Səfiəddinlə bağlı mübahisəli məsələlərdən biri də onun etnik mənşəyi ilə bağlıdır. Bir çox fars və Avropa tədqiqatçıları onu fars- kürd mənşəli olduğunu iddia edirlər (4). Bu məsələnin dərinləşməsində tarixi osmanlı-səfəvi düşmənçiliyi də öz sözünü demişdir. Lakin bunun əksinə olaraq Səfəvi tarixini araşdıran bir sıra görkəmli alimlər, o cümlədən V.V. Bartold Şeyx Səfiəddin və onun nəslindən bəhs edərkən göstərir ki, "...bu Ərdəbil seyxləri, şübhəsiz fars deyil, türk mənşəlidir" (5, 748). Bu dövrün digər bir araşdırıcısı İ.P.Petruşevski isə bildirirdi ki, "Səfəvilər mənşəyinə görə azərbaycanlıdırlar; səfəvi şeyxlərinin XV əsrdə dogma dili Azərbaycan dili olmuşdur" (1, 205). Səfəvilər tarixinin ciddi araşdırıcılarından biri sayılan Oqtay Əfəndiyev özünün “Azərbaycan Səfəvilər dövləti” monoqrafiyasında və eləcə də digər əsərlərində mənbələrə söykənərək bu cür düşünənlərin tutarlı cavabını vermişdir. O, qeyd edir ki, Səfəvilər sülaləsinin əzəldən kürd, yaxud İran mənşəli olması haqqındakı ehtimal da mötəbər mənbələrin məlumatlarına əsaslanmır. Həm də Şeyx Səfiəddinin türk etnosuna mənsub olması çətin ki, şübhə doğura bilər (6, 35). M. Abbaslı Şeyx Səfiəddinin türk mənşəli olması ilə bağlı araşdırmalar aparmış və zəngin material toplamışdır. O Şeyx haqqında nadir mənbələrdən biri olan orta əsr müəlliflərindən Təvəkkül ibn Bəzzazın 1357-ci ildə yazıb sona çatdırdığı "Səfvət əs-Səfa" əsərini, eləcə də sonrakı dövrün bir çox mənbələrini təhlil edərək göstərir ki, hamı Şeyx Səfiyə türk kimi müraciət edir: "Ey piri-türk"( ey türk müqəddəsi), "türk gənci", "türk oğlu" və s. (7, 40).

Səfəviyyə təliminin yaranması sufiliyin Azərbaycanda çiçəkləndiyi bir dövrə təsadüf edir. Mükəmməl dini təhsil alma və bu sahədə irəliləmə populyar bir işə çevrilmişdi. Belə bir dönəmdə islami təhsil almağa başlayan Şeyx Səfi ilk təhsilini atasının dini davamçılarından almışdır. Burada o, dini elmlərin əsaslarına yiyələnir, ana dilindən başqa fars, ərəb, gilan və monqol dillərində də sərbəst danışmağa başlayır. Ömrünün gənclik illərində kamil bir mürşid axtarışında olan Səfiəddin bu niyyətlə Şiraz şəhərinə gedərək məşhur sufi şeyxi, görkəmli Azərbaycan alimi Əbu Həfs Ömər Sührəverdinin (1145-1234) şagirdi olan Şeyx Nəcibəddin Bozquşu (o da Azərbaycan türküdür) görmək istəmiş, lakin ora çatan zaman onun ölüm xəbərini eşidərək çox məyus olmuşdur. İbn Bəzzazın yazdığına görə, o, burada olarkən məşhur fars şairi Sədi Şirazi ilə görüşür (öl. 1292) və onunla söhbət edir. Səfiəddini “türk piri” adlandıran Sədi Şirazi şerlər divanının öz əli ilə yazdığı bir nüsxəsini ona bağışlamaq istəyir, ancaq Səfiəddin qəbul etməyərək bildirir ki, ona ilahinin divanı gərəkdir (3, 10).

Səfiəddin təxminən beş il Şirazda məşhur ilahiyyatçı alimlərdən Rüknəddin Beyzəvi, Əmir Abdullah və başqalarından dərs alır. Nəhayət, İyirmi beş yaşında ikən özünə mürşid seçmək qərarına gələn gənc alim müəllimi Əmir Abdullahın məsləhəti ilə məşhur Gilan şeyxi Hacı əd-Din Zahidinin namizədliyi üzərində dayanır. Zahidi Azərbaycandakı sufi təriqəti olan Sührəverdiyyə ilə münasibətlər saxlayan gəzərgi bir dərviş idi (8, 132). Səfiəddin onu tapmaqdan ötrü çox səyahətlər edir. Yalnız dörd ildən sonra onlar Gilan dağlarında görüşürlər. Bu görüşdən sonra Zahid Gilani onu müridliyə qəbul edir və Seyx Səfi 25 il mürid kimi onun yanında qalır və onun ən sevimli, etibarlı şagirdlərindən biri olur. O, hələ Zahid Gilaninin yanında olarkən onun nüfuz və kəramət sahibi olduğu barədə məlumatlar yayılır. Hətta rəvayət olunur ki, onun bu şöhrətini eşidən Şirvanşah Axsitian öz qızını ona ərə vermək istəmişdir. “Şeyx Səfi təzkirəsi”ndə bu barədə deyilir: “Axsitan adlı Şirvan padşahının xatirinə gəldi ki, öz qızını Şeyx Səfiəddinə ərə verə. Bir adam göndərdi ki, əgər Şeyx Səfiəddin qəbul etsə ona on dörd min qızıl axça, çoxlu düyü verən bir kənd verərəm. Şeyx Zahid Şeyx Səfiəddinə dedi: “Şirvanşahın xatiri belə istəyir ki, çoxlu mal ilə qızını sənə versin, nə deyirsən?” Şeyx Səfiəddin dedi: “Mənim sənin yanında nə ixtiyarım? Hakim Şeyxdir. Amma Şirvanşah bir padşahdır, mən bir dəvriş, mən onu neynəyirəm?” Şeyx Zahid buyurdu: “Bəli, bəli, o, sənin layiqin deyil, mən sənin həmşərün bir kimsəni bulmışam, öz qızımı, Bibi Fatiməni halallıq ilə sənə verdim və sənin ondan kamal yiyəsi bir oğlun dünyaya gələcəkdir ki, mənim yerim və sənin məqamın hamısı onun olacaqdır” (3, 130-131).

Şeyx Zahid ağlına və istedadına görə öz oğlu ola-ola (XIII əsrdən etibarən bir sıra sufi təriqətlərində təriqət rəhbərinin varisi bir qayda olaraq onun övladları sırasından olurdu) Şeyx Səfini öz varisi təyin edir. Şeyx Səfiəddin Şeyx Zahidin 1294 –cü ildə vəfatından sonra onun yerində rəhbər olur. Lakin o, Şeyx Zahidin ölümündən sonra yenidən Ərdəbilə qayıdır və burada 35 il “Darül- irşad” (hidayət evi) adlı Səfəviyyə tərəiqətinin mərkəzi iqamətgahı hesab olunan xanəgaha rəhbərlik edir, Səfəviyyə təriqətinin qurucusu, başçısı kimi fəaliyyət göstərərək çoxlu sayda irfan əhli tərbiyə edib yetişdirir (3, 11). O, burada 35 il irşad və təlimatlarla məşğul olub və bir çox tələbə yetişdirməklə bərabər təriqətin ideya əsalarını da işləyib hazırlayır. Onun ömrünün daha faydalı və təsirli dövrü məhz həmin illər sayılır. Bu illərdə Şeyx Səfiəddinin təkkəsi bir dini mərkəz kimi çox böyük hörmət qazanır. Onun müridləri arasında şiə və sünnülərlə yanaşı, buddistlərlə, xristianların olması onun məzhəblər və dinlər üstü bir sufi olduğuna dəlalət edir. Şeyxin sağlığında Osmanlı hökmdarlarının hər il buraya ”çerağ akçesi” adı verilən hədiyyələr göndərməsi (9) bu dini mərkəzin ilk dönəmlərdə Osmanlılarla normal münasibətlərindən xəbər verir.

Səfiəddinin şagirdləri arasında Elxanilərin vəziri Rəşidəddin, onun oğlu Məhəmməd Rəşidi və hətta Elxani hökmdarlarından Əbu Səid kimi görkəmli şəxsiyyətlər vardı. Ömrünün sonuna yaxın artıq Ərdəbil şəhərinin bütün əhalisi şeyxin müridləri siyahısına yazılmışdı. Qərbi İranda (İsfahanda, Şirazda) da onun müridləri vardı. Onun mürüdlərinin səsi Qizıl Orda və Krımdan gəlirdi. Nəhəng bir türk təriqəti kimi Səfəviyyənin təsiri türklərin məskunlaşdığı Kiçik Asiyada daha geniş yayılmışdı. Bu tərəflərin camaatı hakimiyyətə doğru irəlilədiyi ilk dövrlərdə Şah İsmayıla fəal kömək göstərmişdi (8, 133). Sufiliyin görkəmli araşdırıcılarından biri olan C.S.Trimingem də bu fikri təsdiqləyərək qeyd edirdi ki, «Təqdirəlayiqdir ki, bu hərəkatın ilk dəfə meydana gəldiyi ərazi – Azərbaycan və Gilan İslamın bütün növlərindən olan sərgərdan türk moizəçilərini (baba) doğurdu (onlar öz istiqamətlərinə görə cəmiyyətin farslaşmış hissəsi arasında böyük təsirə malik olan mövləvilik qardaşlığını təşkil edən İran sufilərindən kəskin fərqlənirdilər). Bu «baba dərviş»lər Kiçik Asiyaya doluşub böyük şiə Səfəvilər hərəkatının hərəkətverici qüvvəsinə və insan ehtiyatlarına çevrildilər. Hərəkatın bütünlüklə sırf hərbi hərəkata çevrilməsindən uzun müddət sonralar da Səfəvilər qardaşlığı Kiçik Asiyanın əhalisi türk olan əyalətlərində böyük dayağı olan nəhəng türk qardaşlığı olaraq qalmaqda idi» (10, 28).

Şeyx Səfinin yaratdığı “Səfəviyyə” tərəqəti öz mahiyyətinə görə ilkin dövrlərdə Sufiliyin mötədil qanadına aid olub şəriət-təriqət-həqiqət formulunu qəbul edirdi. Şeyx bu barədə söyləyirdi: „... hər kim onun təqvası ola və şəriəti olmaya, o qabığı olmayan yemişə bənzər və hər kimdə təriqət ilə həqiqət var ola və şəriəti olmaya, onun nə təriqəti var, nə həqiqəti“ (3, 707). Göründüyü kimi təriqət Şeyxi bir sıra təriqətlərdə olduğu kimi şəriət prinsiplərindən imtinanı lüzumsuz sayır və şəriətin tələblərinin yerinə yetirilməsini vacib hesab edirdi. O, şəriəti olmayan kimsənin nə təriqətinin, nə də həqiqətinin olmasına inanmırdı. Şah İsmayıl Xətai “Nəsihətnamə” əsərində şəriət-təriqət-mərifət və həqiqətin özünu bilib bu yolda möhkəm olanların, tərqi-övliyaların yolu olduğunu vurğuluyaraq yazırdı:
Nə kim vardır bu surətdə göründi,

Təcəlla şövqini munda gör indi.

Ki, munda görmiyən can оnda görməz,

Qalur оl vəslini, cananə irməz.

Bu vəchin təfsiri Tövratü Incil,

Edərlər оni fürqan əhli təvil.

Şəriət və təriqət yоllarıdır,

Ki, mərifət, həqiqət hallarıdır.

Budur bu dört kitabın mənisi həm,

Özün bilüb оlsan yоlda möhkəm.

Yəqin əhli yanında yоl birikdi

Ki, münkirlər bu dərgahdan sürükdi (11, 231).

……….

Təriqi-övliya bir dоğru yоldur,



Yetər hər yetənə kənduni yоldur..

Əgər оlmaz isən bu yоlda gerçək,

Vilayət süfrəsindən sən əlin çək (11, 232).
Qeyd edək ki, mötədil sufilik (yaradıcısı, əsasən Cuneydi və onun ardıcılları olub) şəriət-təriqət-həqiqət formulunu irəli sürərək, kamil insanın allaha qovuşmasının şəriət-təriqət-həqiqət mərhələlərindən keçməklə mümkün olduğunu bildirirdi (bəzi sufilər insanın mənəvi cəhətdən saflaşaraq, kamilləşərək (əl-insan əl-kamil) allaha qovuşmasının dörd mərhələdən - şəriət-təriqət-mərifət-həqiqətdən ibarət olduğunu bildirirlər). Onlar, ifrat, nəzarətsiz „vəcdəgəlmə“nin müsəlmançılığa ziyan vuracağını söyləyir və buna qarşı çıxırdılar. Mötədillər təsəvvüflə ilahiyyatı birləşdirməyə çalışaraq, sufilərlə ruhanilər arasında ziddiyyətləri aradan qaldırmağa cəhd edərək şəriət prinsiplərinə əməl edilməsinə çalışırdılar. Onlar Quran və sünnəyə sadiq qalıb səssiz zikr və sakit ibadət etməyi düzgün sayırdılar.

“Səfəviyyə” təriqətində də sufiliyə aid mürşid-mürid münasıbətləri, bəqa, fəna, məqam, hal, nəfsin mərtəbələri, vəcd və s. kimi sufi elementlərindən, eləcə də xəlvətə çəkilmə, riyaziyət, səma, xirqə geyinmə, zikr, tac qoyma və s. kimi mərasim və adətlərdən də geniş istifadə olunurdu.

“Səfəviyyə” təriqətində mürşid-mürid münasibətlərinin, Şeyxlik mərtəbəsinə yüksəlməyin, digər sufi təriqətlərində olduğu kimi mühüm əhəmiyyəti var idi. Öz mürşidinə sadiq olma, onun tapşırıq və göstərişlərini danışıqsız yerinə yetirmə, münasibətlərdəki ciddi nizamlılıq və s. keyfiyyətlər sonradan təriqətin hərbi-siyasi ordenə çevrilərək böyük uğurlar qazanmasında mühüm rol oynamışdı. Ümumiyyətlə, sufilikdə Şeyxlik mərtəbəsinə yüksəlmə ancaq seyri-sülükün (təriqətə qəbul edilən kişinin, müridin ta əvvəldən sona-vüsalət məqamına yetişməsinə aparan mənəvi yolçuluq) təriqət Şeyxindən öyrənməklə və əziyyətlərlə dolu müridlik mərhələsini keçməklə mümkündür. “Səfəviyyə” təriqətində Şeyx bir yolgöstərici, hər cür problemlərin həlli üşün müraciət edilə bilinəcək bir insan olub və tərbiyəedici funksiyaya malik mənəvi bir şəxs idı. Bu barədə Şah İsmayıl Xətai şeirlərinin birində yazırdı:
Mürid оldur оla əhli-iradət,

Hər işdə var ala pirdən icazət (11, 231).


Mürşid-mürid münasibətlərinə, müridlərin tərbiyə olunması məsələsində riyaziyət və xəlvətə çəkilmə kimi adətlərin yerinə yetirilməsinin önəminə diqqəti çəkən böyük sufi intellektualı Şeyx Səfiəddin söyləyirdi ki, “Mürid gərək kim mücahidət ilə riyazətdə üç qatla başından ayağınadək dərisi tökülə, ta onun adı mücahidə çəkilmiş xəlvətlü deyə bilələr”(3, 707).

Səfəviyyə təriqəti Şeyx Səfiəddinin varislərinin zamanında daha da ikişaf edərək təkmilləşdirildi. Eyni zamanda səfəviliyin ideyalar sistemində də ciddi dəyişikliklər baş verdi. Belə ki, bu yenliklər və ideyalar bütövlükdə bir məzhəb kimi şiəliyin inkişafına, onun ideya cəhətdən zənginləşməsinə təsir göstərərək onu yeni elementlərlə bir xeyli zənginləşdirdi. Digər tərəfdən o zamanlar Səfəviliyin gətirdiyi yenliklər və onların praktiki fəaliyyətləri Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynamaqla yanaşı onun gələcək inkişaf yönümünü müəyyən edən amillərdən birinə çevrildi.

Təriqətin ideyalar sistemindəki ciddi dəyişikliklər Şeyx Səfiəddinin nəvəsi 38 il təriqətə rəhbərlik etmiş (1392/3- 1429) Xoca Əlinin dövründən başlayaraq həyata keçirilməyə başlandı. Onun dövründən etibarən təriqətdə şiəliyə meyl və şiəliyin tərəfini saxlamaq kimi meyllər üstünlük qazanmağa başladı. İbrahim Şeyxşah (1429 - 1447) tərəfindən Ərdəbildə dünyəvi hakimiyyətin ələ keçirilməsindən sonra isə təriqətin siyasiləşməsi və hərbi ordenə çevrilməsi prosesi gücləndi. Batini-siyasi şiəlik təriqətin əsas ideologiyasına çevrildi. Bu dövrdən etibarən təriqət dini siyasi təsisat funksiyasını yerinə yetirməyə başladı və hərbiləşdirilmiş, qarşısına ciddi siyasi məqsəd qoyan bir ordenə çevrildi.

Səfəvilər, “Əhli beyt” (müqəddəs ailə, “Əhli beyt”ə daxildir Məhəmməd peyğəmbər özü, kürəkəni və əmisi oğlü Əli, qizi Fatimə, nəvələri Həsən və Hüseyn, eləcə də onlardan törəyən 9 müqəddəs) tərəfdarlarına sevgi (təvəlla), düşmənlərinə isə lənət (təbərra), Kərbəla matəm kultu, 12 imam, “qeyb olmuş imam” kimi şiəliyin əsas təlimilərinə istinad edərək, xüsusilə də siyasi şiəliyin təlim və ehkamlarını daha da zənginləşdirdilər. Səfəvilərin şiəliyin siyasi doktirinasına gətirdiyi bir sıra yeniliklər və praktiki addımlar təriqətin daha çox qızlbaşlıq dövrü ilə bağlı idi. Seyx Heydərdən etibarən 12 imamı simgələyən 12 zolaqdan ibarət tac qoyulması və qırmızı rəngli qurşağın bağlanması ilə səfəviləri qızılbaşlar adlandırmağa başladılar. Səfəvilər bunu onunla əsaslandırıdılar ki, Şeyx Heydər guya ”yuxuda həzrət Əlidən göstəriş alır ki, adamların 12 imamı simvolizə edən qırmızı dolaqdan papaq qoysunlar” (12, 16). Bir cəhəti də qeyd edək ki, Səfəvilər qırmızı qurşaqı müridlərə dərəcələrinə görə bağlayırdılar, aşağı dərəcəyə malik müridlər 12 zolaqlı tac qoyur, ancaq qırmızı qurşaq bağlamırdılar. Qızılbaşlar başlarını qırxdırır, bığ uzadır və qırxıq başlarında kəkil saxlayırdılar. Döyüşdən qabaq onlar Azərbaycan dilində dua edir və deyirdilər: "Ey pirim, ey mürşidim, sənə mənim canım qurban!" (13).

Qızılbaşlığın tərəfdarları arasında təriqət rəhbərlərini ilahiləşdirmək meylləri yaranmağa başladı. Tarixi mənbələrə görə onlar Şeyx Cüneydi illah (Tanrı), Şeyx Heydəri isə ”ibn Allah” adlandırmağa başladılar. Rumdan, Talış və Qaraca dağdan toplaşan müridlər gənc Heydəri bir məbud və qiblə bildikləri üçün namaz və ibadəti yersiz saymağa başladılar (14, 324). Şah İsmayıl Xətai də Qızılbaş hakimiyyətinin illahi mahiyyətə malik olduğunu, onun özünün isə ”haqqın səri” olmaqla 12 imamın biri kimi zühur etdiyini (On iki imamdan mən dəxi biriyəm) (14, 368), Murtəza Əli zatlı olduğunu (Murtəza Əli zatluyam, ğazilər deyən şah mənəm (11, 151)), yolunun Allah yolu olduğunu və Haqqın sağ əli olduğunu (Həqqin sağ əli sənin əlindir, Allah yоlu sənin yоlundur (11, 240)) irəli sürür. Səfəvi şeyxi və Qızılbaş hökmdarı özünün ”Allah, Allah den, ğazilər, ğazilər deyən şah mənəm” başlıqlı şerində xalqa müraciətlə qazilərin ”Allah, Allah” dediyi Şahın o olduğunu irəli sürərək, ona səcdə qılınmasını istəyir:
Allah, Allah den, ğazilər, ğazilər deyən şah mənəm.

Qarşu gəlün, səcdə qılun, ğazilər deyən şah mənəm(11, 151).


Xətai onun, yəni Şahın həqq olmasını qəbul etməyənləri öz düşmənləri hesab edərək söyləyirdi:
Xətayiyəm, məvali, sirri-Heydər,

Şahı həq bilmiyən düşmanımızdır (11, 53).


Bütün şiələr kimi Səfəvilər də Allah, Məhəmməd və Əli triadasını bir yerdə qəbul edirdilər və bunun düsturu “Allah, Məhəmməd ya Əli” idi. Onlar iddia edirdilər ki, Əli Məhəmmədin əmisi oğlu və kürəkəni olduğu üçün müsəlmanlar üzərində hakimiyyət Əliyə və onun nəsillərinə keçməlidir (15, 25). Səfəvilər öz hakimiyyətlərinin qurulmasını imamların hakimiyyətlərinin bərpası, həqiqətin təntənəsi kimi qələmə verirdilər.

Səfəvilik “Kərbəla müsibəti” adlanan matəm kultundan istifadə edərək yeni rituallar və mərasimlər sistemini yaratdı. Bu sistem Səfəvilərin əlində insanların fikir və dünyagörüşünə təsir göstərəcək mühüm vasitələrdən biri idi. Kərbəla müsibətinin mahiyyətində xəlifə I Yəzidin sərkərdəsi Abdulla ibn Ziyad və Şimranın dəstələrinin Peyğəmbərin nəvəsi Hüseynin 72 nəfərlik dəstəsini Kufə şəhəri yaxınlığındakı Kərbəla çölündə qılıncdan keçirməsi faktı dururdu. Bu döyüşdə İmam Hüseyn, onun oğlu Ələkbər və Abbas, İmam Həsənin oğlu Qasim və digər yaxın qohum və silahdaşları öldürüldü, sağ qalan ailə üzvləri isə əsr düşdülər (16, 97). Bu hadisə əsasında da sonralar müəyyən rituallar və mərasimlər icra edilməyə başlandı (məhərrəmlik, qara bayram, aşura, şaxsey getmə, zəncirlə döymə, şəbih, mərsiyələr söyləmək və s.).

Səfəvi təriqəti özünəməxsus bir struktura malik idi. Təriqətin ideyaları xüsusi qurum vasitəsilə təbliğ olunur və uzaq yerlərdə olan nümayəndələrə çatdırılırdı. Bu təşkilatın başında “pir”, yaxud “mürşid” dururdu. Əsas iş mürşid ilə müridlər arasında vasitəçi rolu oynayan xəlifənin (canişinin, müavininin) üzərinə düşürdü. Xəlifə hər tayfanın sufilərinə başçı olmaqla bərabər, həm də rəhbərlə birbaşa əlaqə də olurdu. Sonralar bu xəlifələr üçün xəlifələr xəlifəsi deyilən vəzifə də yarandı. Xəlifələr dərvişlər və sufiləri idarə edərək rəhbərin əmrini sözsüz həyata keçirirdilər. Xəlifələr və sufilər tabeçilikdə olan camaatla rəhbər arasında elə möhkəm əlaqə yaratmışdılar ki, bu əlaqə gündən-günə genişlənməkdə və möhkəmlənməkdə idi (17, 48). Bu mexanizm vasitəsi ilə Ərdəbil şeyxləri təriqət üçün mürid və qazilər toplayaraq onlardan əsgəri birləşmələr yaradır, onları inzibati dövlətçilik təşkilatının dayağına çevirirdilər (14, 323). Bu barədə Səfəvilərin müasiri olan orta əsr müəllifi Fəzlüllah Xunci yazırdı ki, qızılbaşların sufi ordusu vardı və onlar döyüşə gedəndə səfəvi çalmasını çıxarıb dəbilqə qoyurdular (18, 87). O həmçinin Səfəvi mürüdlərinin öz şeyxləri uğrunda fədailər kimi qorxmazca döyüşməsindən də bəhs edir (18, 95).

Sonda onu qeyd edək ki, əsası Şeyx Səfiəddin tərəfindən qoyulmuş və onun varislərinin zamanında daha yüksək zirvəyə çatdırılmış Səfəvilik təlimi və onun mütərəqqi məzmunlu ideyaları sonrakı dövrlərdə də Azərbaycanın ictimai-siyasi həyatında dərin iz buraxmış, dini-fəlsəfi, siyasi və hüquqi dünyagörüşün formalaşmasında mühüm rol oynamışdır. Səfəvilik təliminin, dövlətçilik ənənələrinin möhkəmlənməsində, Azərbaycan türkcəsinin nüfuzunun və çəkisinin artmasında da əvəzsiz xidmətləri olmuşdur.

1   ...   12   13   14   15   16   17   18   19   ...   62


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə