AZƏrbaycanşÜnasliğin aktual problemləRİ Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci




Yüklə 7.97 Mb.
səhifə10/62
tarix22.02.2016
ölçüsü7.97 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   62

ƏDƏBİYYAT

  1. Azərbaycan mifoloji mətnləri (Tərtib edəni, ön sözün və şərhlərin müəllifi A.Acalov). Bakı: Elm, 1988, 196 s.

  2. Azərbaycan folkloru antologiyası. I kitab (Naxçıvan folkloru). Bakı: Sabah, 1994, 388 s.

  3. Qədirzadə Q. İ. Ailə və məişətlə bağlı adətlər, inamlar, etnogenetik əlaqələr (Naxçıvan materialları əsasında). Bakı: Elm, 2003, 368 s.

  4. Naxçıvan folkloru (Tərtib edənlər M.Cəfərli, R.Babayev). Bakı: Nurlan, 2007, 248 s.

  5. Seyidov M.M. Azərbaycan mifik təfəkkürünün qaynaqları. Bakı: Yazıçı, 1983, 326 s.

  6. Vəliyev K.N. Elin yaddaşı, dilin yaddaşı. Bakı: Gənclik, 1987, 280 s.

  7. Makas Z., Kalafat Y. Karşılaştırmalı türk halk inancları (Azerbaycan - Doğuanadolu). Samsun, 118 s.

  8. Öğel B.Türk mitolojisi. 2 ciltdə, I c. Ankara: Türk Tarih Kurumu Yayınları, 2003, 644 s.

  9. Bulqakov M.A. Master i Marqarita. Baku: Azerneşr, 1985, 320 s.

  10. Mifı narodov mira: Gnüiklopediə; V 2-x t. T.2. Sovetskaə gnüiklopediə, 1988, 719 s.

Babayeva Rəsmiyyə
MÜASİR AZƏRBAYCAN-İNGİLİS DİL ƏLAQƏLƏRİNİN

QARŞILIQLI XÜSUSİYYƏTLƏRİ
Dil əlaqələri ictimai hadisədir. Onun meydana gəlməsi insan birliklərinin tayfa və qəbilələrin yaranma dövrünə təsadüf edir. Tayfa və qəbilələr, millətlər və xalqlar tarix boyu bir-biri ilə qarşı­lıqlı təmasda olmuşdur. Təbiidir ki, insan cəmiyyətinin tarixində böyük rol oynayan iqtisadi, mədəni, dini, siyasi əlaqələr ən mühüm ünsiyyət vasitəsi olan dilin köməyi ilə gerçəkləşmişdir.

Hər bir dilin formalaşması onun daşıyıcısı olan xalqın inkişaf tarixindən, məskunlaşma yerindən, əlaqədə olduğu başqa dillərin təsirindən asılıdır. Ictimai-siyasi prosesdə qohum və qohum olma­yan millətlər arasında müxtəlif səciyyəli əlaqələri ayırmaq mümkün olduğundan dil əlaqələrinin üç növü fərqləndirilir:



  1. qohum dillər arasında;

  2. qohum olmayan dillər arasında;

  3. qarışıq əlaqələr.

Azərbaycan və ingilis dil əlaqələri bu qruplaşdırmanın ikinci və üçüncü qrupunda yer alır.

Qeyd etmək lazımdır ki, dil əlaqələrini başqa şəkildə də səciyyələndirmək olar: 1) eyni sistemli dillər arasında əlaqələr; 2) müxtəlif sistemli dillər arasında əlaqələr; 3) qarışıq əlaqələr.

Göstərilən əlaqə növlərində birinci ikisində əlaqə iki dil arasında da gedə bilirsə, üçüncü növdə, yəni qarışıq əlaqə ən azı üç dilin qarşılıqlı təsirini nəzərdə tutur. Qarışıq əlaqə həm birinci, həm də ikinci növ əlaqəni özündə birləşdirir. Bununla yanaşı, üçüncü növ əlaqə mürəkkəbliyi ilə seçilir. Əlaqədə olan müxtəlif dillərin sayı artdıqca əlaqə nəticəsində dildə baş verən dəyişmələr, dilə olan təsirin formaları da artır. Dil əlaqələrinin bu şəkildə qruplaşdırılmasında da Azərbaycan-ingilis dil əlaqələri ikinci və üçüncü qrupa düşür.

Azərbaycan-ingilis dil əlaqələrinin xüsusuiyyətlərini açmaz­dan əvvəl, dil əlaqələri ilə bağlı bəzi məsələlərə də aydınlıq gətir­mək tələb olunur.

Dil əlaqələrinin gerçəkləşmə yolundan asılı olaraq təmaslı və təmassız əlaqələri də bir-birindən fərqləndirmək lazımdır. Dillərin təması onların paralel işlənməsini nəzərdə tutur. Bu zaman ünsiyyət prosesində ana dili ilə yanaşı başqa bir dildən istifadə olunur. Təmaslı əlaqə ikidilliliyin və çoxdilliliyin yayıldığı ərazidə baş verir. Qeyd etmək lazımdir ki, təmaslı əlaqə üçün müvafiq mühit olmalıdır. Belə mühiti müxtəlif dillərin daşıyıcılarının bir ərazidə yaşaması doğu­rur. Məsələn, Qafqazda, o cümlədən Azərbaycanda müxtəlif dillərin daşıyıcıları eyni bir ictimai birlikdə yaşayır. Azərbaycanda rus, ləzgi, avar, talış, tat və s. dillərin Azərbaycan dili ilə təmaslı əlaqəsi mövcuddur. Təmaslı əlaqə dil daşıyıcılarınin bir qismi üçün iki və daha çox dildən istifadə vacibdirsə, digər qisim üçün bu, zəruri deyildir. Məsələn, Azərbaycanda ləzgi, talış, tat və başqa azsaylı millətlər üçün Azərbaycan dilindən istifadə vacibdir. Lakin bu məkan daxilində Azərbaycan dilinin daşyıcıları üçün qeyd olunan dilləri bilmək zəruri deyil. Təmasda olan dillər arasında belə münasibət dilin ictimai funksiyası ilə bağlıdır. Bu məsələni tədqiq edənlər çoxdilliliyin dilin ictimai funksiyasından irəli gəldiyini qeyd edərək, çoxdilliliyi cəmiyyəytin tarixi ilə rabitədə araşdırmağı düzgün sayırlar. Cəmiyyət tarixinin müxtəlif dövrlərində dil əlaqələrinin fərqli şəkildə özünü göstərməsi qeydə alınır.

Azərbaycan-ingilis dil əlaqələrinin mövcudluğunu sübut edən əsas amil mü­a­sir Azərbaycan dilinin lüğət tərkibində ingilis dilindən alınmış xeyli sözün ol­ma­sı­dır. Məsələn, vaterpol, vatt, qazlift, qazon, qallon, qol, bunker, buldoq, bluminq, biznes, biznesmen, blok, blokada, beysbol, bar, banknot, banket, ballast, noutbuk, laptop, audiobuk, taymer, şreder və sair. Bu cür alınma sözlərin miqdarı az deyil­dir. Onların istər lüğətlərdə, istərsə də rabitəli mətnlərdə işlənməsinə dair külli miqdarda misallar gətirmək olar. Ingilis-Azərbaycan dil əlaqələrinin öy­rə­nil­mə­si, hər şeydən əvvəl, bu əlaqələrin yaranma səbəblərini, təşəkkül dövrünü, baş­vermə xüsusuyyətlərini aydınlaşdırmağı tələb edir. Təhlil göstərir ki, Azərbaycan-ingilis dil əlaqələrinin özünəməxsus cəhətləri və xüsusiyyətləri vardır. Bu əlaqələr istər yaranma, istər inkişaf, istərsə də müasir vəziyyətinə görə müəyyən xü­su­siy­yətləri ilə seçilir.

Azərbaycan-ingilis dil əlaqələrinin təşəkkülü XIX əsrin ortalarına təsadüf edir. Məlumdur ki, XIX əsrin ortalarında Bakı dünyanın neft mərkəzlərindən biri kimi şöhrət tapırdı. Neft Bakısı getdikcə diqqəti daha şox özünə cəlb edirdi. Sosialist inqilabına qədər Bakı Rusiya imperiyasının şəhərlərindən biri kimi tanınırdı. Rusiya imperiyasında iqtisadi münasibətlər kapitalist ukladına əsaslanırdı. Bu iqtisadi ukladın başqa ölkələrdən, o cümlədən Böyük Britaniyadan kapitalistlərin Rusiyanın ərazisində müəyyən iqtisadi sahələrə investisiya qoymasına, bu ərazilərdə öz işlərini qurmağa maneçilik törətmişdir. Təbii ki, Azərbaycanın mərkəzi olan Bakıda böyük neft sərvətinin varlığı ingilis kapitalistlərinin də diqqətini cəlb etmişdi. Ingilis kapitalistləri Bakıda neft hasil etmək, Bakıda neft mədənlərini ələ keçirmək üçün Azərbaycana gəlməyə başlamışdır. XIX əsrin sonlarında bu, daha güclü vüsət almışdı. Bakıya xarici kapitalistlərin, onların ardınca ixtisaslı mütəxəs­sis­lərin və böyük işçi qüvvəsinin axını başlanmışdır. Miqrasiya prosesində Azərbaycana müxtəlif millətlərin və deməli, müxtəlif dillərin daşıyıcıları gəlirdi. Bu gələnlər sırasında ingilislərin sayı deyildi.

Azərbaycanda neft sənayesinin, gəmiçiliyin, neft maşınqayır­masının inkişafında ingilis kapitalistlərinin rolu az olmamışdır. Alman, rus və başqa millətlərdən olan mütəxəssislərin və işçi qüvvəsinin Bakıdakı sayının artımı Azərbaycan dili ilə bir sıra dillər arasında əlaqələrin yaranmasına zəmin yaratmışdı. Bakıdakı bir sıra müəssisələrdə, neft mədənlərində ikidillilik və çoxdillilik hakim idi. Təbii ki, ingilislərin rəhbərlik etdikləri müəssisələrdə də belə bir vəziyyət vardı və bu, özünü daha çox Azərbaycan-ingilis dil əlaqələri kimi göstərirdi. Ona görə də XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycan-ingilis təmaslı dil əlaqələrinin təşəkkül dövrü kimi qiymətləndirilə bilər. Aydındir ki, həmin dövrdə Bakıda dil əlaqələrində dominant dillər kimi rus və Azərbaycan dilləri çıxış etmişdir. Dominant dil isə onunla əlaqədə olan dillərdən ümumişlək sözlər az alır. Bunun müqabilində sənayedə, fabrik və zavodlarda, neft mədənlərində, tərsanələrdə tətbiq olunan yeni texnika və texnologiya ilə bağlı leksik vahidlərin Azərbaycan dilinə keçməsi sürətlənmişdir. Tanker, kompaniya, petrol, senator, injener, bank, büdcə, valyuta, mil kimi sözlər artıq bu dövrdə Azərbaycan dilinə daxil olub işləməkdə idi. Dilə keçən sözlər dövrün yazılı mənbələrində yer almağa başlamışdır. Məsələn, əsrin əvvəllərində işıq üzü görmüş “Molla Nəsrəddin” jurnalında kompaniya, senator, polis və başqa alınma sözlər qeydə alınır. Nəsələn, “Badkubə - Cənab G-zadəyə: sualınıza ancaq belə cavab verə bilərik: hərçənd senator Çervinskinin idareyi-ruhani barəsindəki layihəsi təsdiq olunmalıydı...”, “mollalığa imtahan tutub sonra polusə qorodovoyları tərəfindən təsdiq olunalar” (Molla Nəsrəddin, 07.04.1906).

Ötən əsrin əvvəllərində neft çıxarılması və neftin emalı ilə bağlı Azərbaycana gələnlər təbii ki, özlərinin yaşayış tərzləri, adət-ənənələri ilə bağlı bir sıra məsələlərin həllinə də çalışmışlar. Belə cəhətlərdən daha çox özünü göstərəni asudə vaxtın təşkili və keşirilməsi ilə bağlı olmuşdur. Azərbaycana gəlmiş adamlar burada öz asudə vaxtlarını yaxşı keçirmək üçün müxtəlif idman oyunlarının təşkili və keçirilməsinə səy göstərirdilər. Nəticədə əsrin əvvəllərində Bakıda gimnastika yarışları keçirilir, futbol oyunları təşkil olunurdu. Basketbol, vaterpol, üzgüçülük, ağır atletika da tədricən inkişaf etməyə başlamışdı. Hər bir idman oyununun isə öz qaydaları və bu qaydaları adlandıran adlar vardır. Bu sözlərin isə əksəriyyəti ingilis sözləri olmuşdur. Həmin sözlər də əsrin əvvəllərində Azərbaycan dilinə keçməyə başlamışdır. Bununla yanaşı qeyd etmək lazımdır ki, xaricilərin, o cümlədən ingilislərin yaratdıqları müəssisələrin, idman komandalarının çox hissəsi həmin dillərdən olan sözlərlə ad alırdı. “Stella”, “Konqress”. “Senturion”, “Proqress” kimi adlar həmin qəbilədəndir. Əlbəttə qeyd olunan sözlərin sonralar dildə necə mənimsənilməsi məsələnin başqa tərəfinin təşkil edir. Lakin qeyd olunan Azərbaycan-ingilis dil əlaqələrinin birinci təmaslı dövrünün olduğunu təsdiq etməyə imkan verir. Bu təsdiq öz əksini ilk növbədə alınma sözlərdə tapır.

Dil əlaqələri prosesində dil sisteminin müxtəlif səviyyələrinə təsir olur və belə təsirin nəticəsi dildə özünü göstərir. Dil əlaqələrinin əsas göstəricisi dilin başqa dildən müxtəlif linqvistik vahidləri alıb öz arsenalına daxil etməsidir. Qohum və onlarla bu ərazidə yaşayan qohum olmayan dillərin qarşılıqlı təsiri əlaqədə olan dillərin hər birinin müxtəlif struktur səviyyələrində özünü göstərir. Dilin təsirə ən tez və ən çox məruz qalan sahəsi onun leksik sistemi, lüğət fondudur. Dillərin təsiri özünü ilk növbədə sözalma ilə göstərir. Ona görə də müxtəlif dillər arasında əlaqənin tədqiqi alınma sözlərin, sözalma prosesinin araşdırılması ilə bağlıdır.

Bir dildə başqa bir dilin sözlərinin qeydə alınıb göstərilməsi dilin tədqiqinin ilk dövrlərinə şamil edilməlidir. Çünki ibtidai-icma quruluşu və bəlkə də bundan da əvvəl hökm sürən dil əlaqələri sözalmanı gerçəkləşdirmişdir. Lakin ədəbiyyatda alınma ilə bağlı ilk fundamental elmi fikirlər L.Blufildin əsərində özünü göstərir. Təsadüfi deyildir ki, alınmaları tədqiq edənlər də ilk növbədə L.Blufildə istinad edir, bu sahəyə dair elmi nöqteyi-nəzərlərin şərhinə onun fikirləri ilə bağlayırlar.

L.Blufildə görə alınmaların aşağıdakı növləri vardır:

1) mədəniyyət anlayışları olan alınmalar;

2) ərazi və ya siyasi yaxınlıq nətıcəsində yaranan təmaslı əlaqə hesabına meydana gələn “daxili” alınmalar;

3) dialektlərdən ədəbi dilə keçən dialekt alınmalar.

Azərbaycan-ingilis dil əlaqələri nəticəsində Azərbaycan dilinə keçmiş ilk alınmalar daha çox mədəniyyət, ictimai həyatın müxtəlif sferaları, o cümlədən idman və müxtəlif texniki anlayışların adlarını bildirən sözlər olmuşdur.

Dilin lüğət tərkibindəki alınmalar həm alınma mənbəyinə, həm də alınma dövrünə görə fərqləndirilir. Müasir ingilis dilində müxtəlif dillərdən alınmalar vardır. İngilis dilindəki alınmaları beş əsas qrupda birləşdirmək olar:


  1. kelt dilindən alınmalar;

  2. latın dilindən alınmalar (ümumiyyətlə latın alınmalarının üç qatı göstərilir. I qat bizim eradan əvvələ təsadüf edib, bizim eranın VI əsrinə qədər bir dövrü əhatə edir, II qat V-VI əsrlərə – xristianlığın İngiltərədə yayıldığı dövrə aid edilir, III qat intibah dövrü ilə əlaqədar XV-XVI əsrlərdə ingilis dilinə keçmiş latın sözləridir);

  3. skandinav dillərindən alınmalar;

  4. qədim fransız (XII-XV əsrlər) və yeni fransız (XVI əsrdən sonra) dilindən alınmalar;

  5. başqa dillərdən (yunan, italyan, holland, ispan, rus, alman, fars və s.) alınmalar.

Qeyd olunan alınma sözlər ingilis dilinə müxtəlif dövrlərdə, müxtəlif tarixi mərhələlərdə keçmişdir. Hər bir dövr özünə görə tarixi, sosial, iqtisadi, mədəni əlaqələri əhatə edir. Dil elementlərinin qeryi-müntəzəm inkişafı haqqında ümumi qanuna görə dilin daha vacib elementləri təsirə tez məruz qalır. Dildə belə elementlər dilin lüğət tərkibinə daxil olan sözlərdir. Dilin qrammatikası isə kənar təsirə qarşı davamlıdı. Bu və ya digər dilin təsiri tarixi səbəblərlə – müharibələr, ərazinin işğalı, səyahət, ticarət və s. ilə əlaqədardır. Bütün bu hadisələr dillərarası əldaqələri sürət­lən­dirir. Yeni alınma sözlərin intensivliyinin artması müxəlif dövrlərdə fərqlidir. Konkret tarixi şəraitdən asılı olaraq alınma sözlərin sayı artır, ya da azalır. Bir dilin digərinə təsiri dil amili ilə bağlıdır. Qarşılıqlı əlaqədə olan dillərin yaxınlığı, yaxud uzaqlığı bu məsələdə əhəmiyyətli rol oynayır. Yaxın və qohum dillərin bir-birinə təsiri həmişə daha güclü və intensiv olur. Lakin, dilin tarixi inkişaf prsesində dillərarası əlaqədə qohum dillər arasındakı əlaqə çox vaxt dominant səviyyədə olmur. Nəticədə müxtəlif sistemli, yaxud qohum olmayan dillər arasındakı əlaqə ön plana keçir. İngilis dili də müxtəlif dillərlə qarşılıqlı əlaqədə olmuşdur. Bu əlaqələr ingilis dilinə təsir etmiş və bu dildə izini saxlamışdır.

Latın dilindəki alınma sözlərin müəyyən hissəsi bu və ya başqa fonetik cilddə, qrammatik quruluşda və mənada bir çox dillərdə rast gəldiyindən internasional sözlər cərgəsində yer tutur. İnternasional sözlərin əsas hissəsi latın mənşəlidir. Müasir elmlərin çoxunda latın mənşəli terminlər müəyyən çəkiyə malikdir. İngilis dilində latın mənşəli olan alınmalara obliqation, constitution, alibi, microscope, modern, laboratory, proqramm, system, socialism, communism, climatk, raqius, tradition və s. misal ola bilər.

İngilis dilində işlənən titulların böyük əksəriyyəti kinq, queen, earl, lord, lady istisna olmaqla norman-fransız mənşəlidir. Dövlət idarəçiliyi ilə bağlı (people, nation, government, curt) pul münasibətlərini ifadə edən money, property sözləri də fransız mənşəlidir. Ailə münasibətləri bildirən parnet, spouse, cousin, uncle, niece sözləri də həmin qəbildəndir.

Onu da qeyd etmək lazımdır ki, o dövrün fransız dili özü alınmalardan xali deyildi. Bu dildə alman alınmaları müəyyən çəkiyə malik olmuşdur. İngilis dilində yer almış blank, blanket, blue, coat, danse, qarden, gay, pocket, ticket kimi sözlər alman mənşəli olub fransız dili vasitəsilə ingilis dilinə keçmişdir.

Normand işğalı dövründə fransız dili ingilis dili ilə müqayisədə hegemon mövqe tutmuşdur. Sarayda, feodal əyanları arasında, dövlət müəssisələrində, məktəblərdə fransız dili əsas yazılı dil kimi istifadə olunmuşdur. Ona görə də fransız dilindən keçən leksik vahidlər bu dildən istifadə edənlərin həyat tərzini, fəaliyyətini, marağını ifadə edən sözlərdir: action – hərəkət, aqruable – razı, beauty – gözəllik, carpenter – dülgər, duke – hersoq və s. Fransız dilindən alınma sözlərin müəyyən qismi zaman keçdikdə ümumişlək leksik laya keçmişdir: face – üz, sifət, gay – şən, hour – saat, ink – mürəkkəb, joy – sevinc, letter – məktub, money – pul və s.

Fransızcadan ingilis dilinə olduqca çox söz keçmişdir. Onların müəyyən hissəsi mürəkkəb sözdüzəltmə quruluşlu olmuşdur. Bununla da, fransız dili ingilis dilinin sözdüzəltmə sisteminə güclü təsir göstərmişdir. Fransız dilinə məxsus alınmaların tərkibindəki sözdüzəldici ünsürlər sonradan ingilis dilində istifadə edilmişdir. Məsələn, acceptable – yolverilən sözündən -able-, difference, excellence, evidence tipli sözlərdən -ence- ünsürlərinin ingilis dilinin sözdüzəltmə sistemində tətbiqini tapmışdır.

Fransız sözlərinin ingilis dilinə keçməsi prosesi müasir dövrdə də davam edir. Yeni keçən sözlər siyasət, idman və asudə vaxtın təşkili sahələrinə aid olur. Müasir ingilis dilinin lüğət tərkibinin üçdə biri roman mənşəli olmasına baxmayaraq bu dil german dili kimi özünəməxsusluğunu saxlamışdır.

Fransız dili vasitəsilə ingilis dilinə keçmiş latın sözləri də az deyildir. Bu dil xarici amillərlə bağlı olmuşdur. Məlumdur ki, XIII əsrin sonlarında və XV əsrin əvvəllərində İngiltərədə kapitalist istehsal üsulu inkişaf etməyə başlayır. Bu dövr ölkədə ingilis dilinin milli dil səviyyəsinə qaldırılması ilə də seçilir. İntibah dövründə yeni ingilis dili formalaşır. Dövrün elmi və bədii əsərləri yalnız ingilis dilində qələmə alınır. Lakin, intibah dövrü antik mədəniyyətə pozitiv münasibəti ilə diqqəti cəlb edir. Ona görə də yeni ingilis dilinə latın, yunan dillərindən sözlər keçməyə başlayır. İngilis dilində olan latın alınma­la­rının üçüncü layı məhz bu dövrlə bağlıdır. Lakin, bu alınmalar artıq şifahi nitqlə, danışıq dili ilə deyil, yazılı dillə keçir. İngilis dilində fəlsəfə, hüquq, tibb terminologiyası da məhz bu cür alınmalar əsasında formalaşmışdır. Yazılı dillə keçən sözlər daha çox terminoloji səciyyəli olmuş, abstrakt anlayışları bildirmişdir. Məsələn, basis, area, crisis, idea, ratio, stimulus. Eyni zamanda fel və sifətlərin də ingilis dilinə keçməsi qeydə alınır: operate, cultivate, educate, admit, permit, affect, senior, junior, minor, interior, exterior və s.

Yunan dilindən alınmış sözlər və sözdüzəltmə vasitələri dünyanın bir çox dillərində, o cümlədən ingilis dilində terminoloji leksikada geniş istifadə olunur, onlar internasional səciyyə daşıyır. İngilis dilindəki latın alınmalarının böyük əksəriyyəti birbaşa deyil, fransız dili vasitəsilə alınmalardır.

XV-XVI əsrlərdə ingilis dilinə latın və yunan dillərindən başqa italyan, ispan və holland dillərindən xeyli söz keçmişdir. Lakin, bu dillərdən alınmış sözlər sayca azdır və onlar mədəni, eləcə də ticarət əlaqələrinin nəticəsidir.

Beləliklə, müasir ingilis dilində alınmalar sayca həm çoxluğu, həm də mənbə müxtəlifliyi ilə seçilir. Bu dildə dünyanın təqribən 50 dilindən alınma sözlər vardır. Bu sözlər müasir ingilis dilinin lüğət tərkibinin, demək olar ki, 70%-ni təşkil edir.

XVII əsrin ortalarında ingilis-fransız dil əlaqələri yenidən güclənmişdir. Bu dövr ingilis dili üçün yeni fransız alınmaları ilə səciyyəvidir. Sonralar XIX əsrdə fransız dilindən daha çox texniki terminlər alınmışdır.

İngilis dilinin özünün çoxəsrlik tarixində bir çox dillərlə qarşılıqlı əlaqədə olmuş, həmin dillərdən söz almışdır. Alınma sözlərin dildə artması çoxlu dub­let­lərin yaranmasına səbəb olmuşdur. Hər bir dil müəyyən sistem təşkil edir. Dil leksikası da bu sistemin tərkibində öz yerin tutur. Eyni zamanda leksika özü sistem xüsusiyyətinə malikdir. Həmin sistemdə alınma sözlərin də öz yeri vardır. Amma sözlər semantik cəhətdən onlara yaxın sözlərin bir və ya bir neçə mənasını öz üzərinə götürür. Qeyd olunan hadisə yaranan dublet sözlərin, yaxud ifrat yaxın sinonimlərin dildən çıxmasına səbəb olur. Buradan belə nəticə çıxır ki, sözalma heç də həmişə dildə boş olan semantik söz yuvalarının tutulmasını nəzərdə tutmur. Bəzən hadisənin nəticəsi dildə müəyyən səbəblərdən işləkliyini itirən sözlərin əvəzlənməsinə xidmət edir.

Dilin lüğət tərkibində baş verən hər hansı dəyişmə, o cümlədən alınmaların lüğət tərkibində yer alması dildə semantik və üslubi dəyişmələr yaradır. İngilis dilində də tarixən belə bir proses getmiş, dilin lüğət tərkibinə müxtəlif dillərdən sözlər daxil olmuşdur. Ona görə də ingilis dilinin lüğət tərkibində daimi dəyişmələr getmişdir. Bunun müqabilində müasir ingilis dili kənardan sözalmaya qarşı daha davamlıdır. Lakin tarixən belə olmamışdır.

İngilis dili german dillərinin qərb yarımqrupuna daxildir. Ona görə də ingilis dilinin qədim dövrünə aid sözlər digər german dilləri ilə paralellərə malikdir.


ƏDƏBİYYAT


  1. Ворно, М.А.Кашина, Е.В.Машиневская, В.А.Поторова. Лексикология английского языка. Ленинград, 1955, с. 14.

  2. N.Məmmədov: «Azərbaycan dilçiliyinin nəzəri əsasları». Bakı, 1968, «Ma­arif».

  3. Ə.Dəmirçizadə: «Müasir Azərbaycan dili». Bakı, 1984, «Elm» nəşriyyatı.


РЕЗЮМЕ

В статье рассматриваются современное Азербайджана-английское язы­ко­вые связи, некоторые аспекты их развитие в современном этапе, а также ис­тория языковые и другие культурные связи между Англии и Азер­байджанском.


SUMMARY

The article analyses modern Azerbaijan-English langual connection some aspects of their developments in contemporaty phase, also the history of langual and other cultural relations etween England and Azerbaijan.


Bağirov Adil

NAXÇIVAN ƏRAZİSİNDƏ BƏZİ TOPONİMLƏRİN

YARANMA VƏ FORMALAŞMA YOLLARI
Naхçıvan Muхtar Rеspublikası оnоmastik lеksikasının əsas fоndunu tоpоnimlər təşkil еdir. Tоpоnimlər müəyyən tariхi şəraitlə bağlı yaranmış, illər, nəsillər bir-birini əvəz еtdikcə fоrmalaşmış və minilliklərdən zəmanəmizə qədər gəlib çatmışdır. Tarixin özü qədər qədim və zəngin olan bu adlar хalqımızın varlığını təsdiqləyən, milli ünvanını dəqiqləşdirən, keçmişimizdən soraq verən ən etibarlı söz abidələrimizdir.

Toponimlər dilin «tarix kitabı», minilliklərin salnaməsidir. Xalqımızın dili, tariхi, mədəniyyəti, еtnоqrafiyası, еtnоgеnеzi, adət-ənənəsi, sоsial-iqtisadi vəziy­yəti, Vətənin qüdrəti, müqəddəsliyi, ulu babalarımızın ayaq izləri, хalqımızın təfəkkür dünyası özünü bu adlarda yaşadır, dlimizin tariхi lеksikоlоgiyası, lеksik-sеmantik və qrammatik quruluşu öz əksini bu adlarda tapır, bu adlar tarixin bir çох qaranlıq səhifələrinin açılmasında mühüm rоl оynayır. Odur ki, toponimləri хalqımızın tariхi, cоğrafiyası ilə bağlı açıqlamaq, оnları linqvistik cəhətdən tədqiq еtmək, dilimiz, tariхimiz və gələcəyimiz üçün çох vacibdir. Tоpоnimlərin tоplanılması, qоrunub saхlanıl­ması və tədqiqi хalqımızın təşəkkül tarixini öyrən­mək üçün ən qiy­mətli qaynaq, tоrpaqlarımıza göz dikmiş mənfur еrməni millət­çi­lərinin saхta iddialarına qarşı layiqli cavab vеrmək üçün ən kəsərli silahdır.

Naхçıvan ərazisindəki tоpоnimləri tədqiq еtmək üçün bu diyarı hərtərəfli şəkildə öyrənmək, ərazinin tariхini, cоğrafiyasını bilmək, dağ və dərələrini, bərəkətli tоrpaqlarını gəzib dоlanmaq, yur­dun qəhrəmantıq salnaməsini охumaq, rеgiоnun bitki və hеyvanat aləmini dərindən bilmək vacibdir. Naхçıvanda hələ də еlmə məlum оlmayan beynəlxalq əhəmiyyətli maddi-mədəniyyət nümunələri, qayaüstü rəsmlər, petroqlif, heroqlif və piktoqramlar, dağlar, qalalar, insanların ovçuluq mədəniyyəti, təsəttüfat həyatı, peşə və məşğyliyyətindən xəbər verən daş kitabələr çoxdur ki, bunların da hər birinin öz adı, yaranma və formalaşma yolu vardır.

Naхçıvan tоpоnimlərinin maraqlı bir qolunu oykonimlər təşkil edir. Oyko­nimlər tarixin müxtəlif zamanlarında ərazidə baş vermiş ictimai-siyasi hadisələr, tayfa və tayfa birliklərinin yaranması, qəbilə və tayfaların tirələrə bölünməsi, yeni şəhər və kəndlərin salınması, əhalinin məşğuliyyəti, ərazinin relyef quruluşu, bitki və heyvanat aləmi ilə bağlı yaranmışdır. Odur ki, Naxçıvan ərazisində antrоtopоnim, еtnоtоpоnim, hidrоtоpоnim, zооtоpоnim, fitоtоpоnim kimi zəngin adlar sistemi öz ifadəsini tapır, əmələ gəlmə, yaranma yolu, lеksik, sеmantik və qrammatik хüsusiyyətlərinə görə diqqəti cəlb edir. Məsələn:



Oğuzdaşı. 1727-ci ildə Şərur nahiyəsində iki Oğuzdaşı adlı kənd qeydə alınmışdır. Kəndlərdən birində 24, ikincisində isə iki ailə yaşayıb [8, s. 364]. Kənd adları qədim türk oğuz tayfa adı ilə bağlıdır. M.Kaşğarlı «Divanü lüğat-it-türk» əsərində oğuz tayfasını əsas kök kimi götürmüş, tayfanı 22 kök budağa ayırmış və hər kökdən «bir takım oymaklar çıxdığını» yazmışdır [6, s .55-57]. Avrasiyada qədim tarixə və geniş coğrafi areala malik olan oğuzların əsas yurd yerlərindən biri də Naxçıvanın keçmiş və indiki əraziləri olmuşdur. Bu ərazidə oğuzların tarixi izlərini Oğuzkənd, Bəydili, Əyrək, Xələc, Qarahəsənli, Qaraçuğ, Qarxun kimi yer-yurd və kənd adları təsdiqləyir.

Oğuzdaşı adı oğuzdaş tərkib hissələrindən ibarətdir. Burada oğuz qədim türk tayfa adını, daş leksemi isə kəndin daşlı, qayalı, yaxud qiymətli daş (filiz) ilə zəngin olan bir yerdə yerləşməsini bilririr. Oğuzdaşı «daşlı, qayalı», yaxud «qiymətli daş çıxan yerdə yerləşən kənd» anlamı yaradır. Bu adın mənşəyi ilə bağlı belə bir fikir daha inandırıcı görünür: Oğuzdaşı «Daş oğuz» (Dış oğuz) ifadəsinin inversiya olunmuş formasıdır. Oğuzdaşı – «Daş oğuzlara məxsus kənd» mənası bildirir [1, s . 77]. Hazırda Naxçıvan ərazisində Oğuzkənd oykoniminin (Şərur rayonu) və Azərbaycan ərazisində Oğuz rayon adının olması faktı da tarixi kökümüzə, qədim türk etnosuna olan məhəbbətin nəticəsidir.


1   ...   6   7   8   9   10   11   12   13   ...   62


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə