Azərbaycanda zərərin azaldılması proqramları və narkoistifadəçilər arasında profilaktika işlərinin iqtisadi effektivliyi Bunun üçün dövlət büdcəsinin imkanları




Yüklə 12.29 Kb.
tarix11.03.2016
ölçüsü12.29 Kb.
http://mia.az/news/18594.html

Azərbaycanda zərərin azaldılması proqramları və narkoistifadəçilər arasında profilaktika işlərinin iqtisadi effektivliyi


Bunun üçün dövlət büdcəsinin imkanları

Azərbaycanda HİV-ə qarşı mübarizə tədbirlərinin daha effektiv və səmərəli olması üçün dövlət tərəfindən dayanıqlı dəstəyin göstərilməsinə ehtiyac var. Artıq 2000-ci ildən ölkəmizdə HİV-in profilaktikasında ən effektiv tədbirlər toplusunu özündə əks etdirən zərərin azaldılması proqramları həyata keçirilir.



Vətəndaş cəmiyyətinin reallaşdırdığı və ilk illərdə pilot xarakteri daşıyın bu layihələr artıq son 5 ildə mükəmməl strateji məqsədlərə malik, vahid prinsiplərə əsaslanan və konkret olaraq epidemioloji statistikaya təsir imkanları ilə daha da təkmilləşib və hazırda ölkənin daha geniş ərazilərini əhatə etməkdədir.
2011-ci ildən etibarən AİDS, vərəm və malyariya üzrə Qlobal Fondun 9-cu raundu çərçivəsində həyata keçirilən ölkə layihəsində zərərin azaldılması komponenti üzrə fəaliyyətini davam etdirən şəbəkə üzvləri həmçinin bu proqramlara yeni qoşulan təşkilatlarla birlikdə HİV-in profilaktikasını həyata keçirir.
Keçən ildən başlayaraq, Şəbəkənin və «Sağlamlığa Çağırış» İctimai Alyansının ekspertləri zərərin azaldılması layihələrinin HİV-in profilaktikasındakı önəmli rolu və həmçinin proqramların iqtisadi effektivliyinə dair fundamental araşdırmalara başlayıblar və Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun dəstəyi ilə reallaşan bu tədqiqatın nəticəsində olduqca maraqlı məqamlar, tapıntılar ortaya qoyulub. Bu tapıntılar zərərin azaldılması layihələrinə dövlət dəstəyinin əldə olunması üçün mükəmməl istinad yeridir. Layihənin davamı olaraq, bu ildən etibarən vəkillik işlərinə start verilib və məqsəd dövlət tərəfindən bu layihələrin maliyyələşdirilməsinə nail olmaqdır.
Dövlət budcəsi hesabına zərərin azaldılması proqramlarının davam etdirilməsi təkcə HİV-in profilaktikasında mükəmməl dayanıqlı vəziyyətin əldə olunması sayılmır, bu həmçinin iqtisadi baxımdan sərfəli olan bir proqram kimi HİV epidemiyasından irəli gələn zərərin azaldılması üçün olduqca əhəmiyyətli və vacibdir. Onu da nəzərə alaq ki, bu proqramların əhəmiyyəti qanunverici qurumlar tərəfindən kifayət qədər dəyərləndirilib və bunun nəticəsi olaraq 11 may 2010 cu il tarixində “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında » qanun (№ 1001-IIIQ) Milli Məclis tərəfindən qəbul edilib. Həmin qanunun müddəalarında isə zərərin azaldılması kompnonenti əlavə edilib Bu isə həm də Zərərin Azaldılması Şəbəkəsinə üzv təşkilatların üzərinə daha məsuliyyətli bir öhdəliyin əlavə edilməsi deməkdir.
Bundan əlavə, 10 iyun 2010-cu ildə adıçəkilən qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 280 saylı fərmanı verilib. Bunun ardınca isə, elə həmin qanunla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə Nazirlər Kabineti 62 saylı qərar imzaladı. (27 aprel)
Hal hazırda həmin proqramların effektiv həyata keçirilməsi və dövlət hesabına qismən də olsa maliyyələşməsi məqsədilə Zərərin Azaldılması Proqramına Dövlət dəstəyinə ictimai vəkillik kampaniyası davam edir. Kampaniya müddətində Zərərin Azaldılması Şəbəkəsi və “Sağlam Həyat tərzinin təbliği” təşkilatı ictimai vəkillik funksiyasını öz üzərinə götürüb. Regionlarda və paytaxtda çoxsaylı görüşlər keçirib. Eyni zamanda aparılan araşdırmaların nəticəsi olaraq tapıntılar ortaya qoyulub Zərərin azaldılması şəbəkəsinin, “Sağlam Həyat Tərzi” təşkilatının həyata keçirdiyi tədqiqatın nəticəsi kimi qeydə alınan tapıntılar:

TAPINTI 1. Hesablamalar göstərmişdir ki, ötən 5 il ərzində ZAP-yə orta hesabla 3 378 nəfər əhatə olunmuşdur ki, onların da hər bir nəfərinə xərclənmiş vəsaitin məbləği orta hesabla 54,63 ABŞ dolları təşkil etmişdir.


TAPINTI 2. Layihə çərçivəsində inyeksion narkoistifadəçilər arasında aparılmış sorğunun nəticəsində məlum olmuşdur ki, 4 region üzrə (Bakı, Gəncə və ətraf rayonlar, Lənkəran və ətraf rayonlar, Şirvan-Hacıqabul) narkoistifadəçilərin sayı 44980 nəfərə yaxındır. Qeyd etməliyik ki, ölkə miqyasında bu rəqəm daha da artıq olacaqdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən 60% inyeksion narkoistifadəcilər zərərin azaldılması profilaktik proqramları ilə əhatə olundugda İİV/QİCS epidemiyasının templərini azaldıb geri çevirmak mümkündür. Bu rəqəm bizim təhlildə 26.988 nəfər təşkil edir.
NƏTİCƏ 1. ZAP çərçivəsində fəaliyyətin genişləndirilməsi imkanlarının təhlili göstərir ki, ötən 5 il ərzində inyeksion narkoistifadəçiləri üzrə orta illik artım tempi nəzərə alınmaqla 1-ci ildə sorğu nəticəsində təxmin edilən 295162 inyeksion narkoistifadəçilərdən 7379 nəfərini (25 faizini), ikinci ildə 11806 nəfərini (40 faizini), 3-cü ildə isə 17 710 nəfərini (60 faizini), 4-cü ildə isə 23613 nəfərini (80 faizini), nəhayət 5-ci ildə isə inyeksion narkoistifadəçilərin mütləq əksəriyyətini (100 faizə qədərini) proqrama cəlb etmək mümkündür.

TAPINTI 3. Hazırki qiymətlərlə apardığımız hesablamalar göstərir ki, 1-ci ildə ZAP-nın maliyyələşdirilməsi üçün (7379 x 54,633)) 403 min, 2-ci ildə 645 min, 3-cü ildə 964 min, 4-cü ildə 1,285 min, nəhayət 5-ci ildə 1,606 min ABŞ dolları vəsait tələb oluna bilər. Hesablamalar göstərir ki, 5 illik büdcə əsaslı proqram maliyyələşdirmə sxeminə keçildiyi halda lazım olan vəsait 4,903 min ABŞ dolları və ya 4 milyon manat səviyəsindədir. Beləliklə də tədqiqat aparılan 4 region üzrə maliyyələşdirmə tamamilə dövlət büdcəsindən həyata keçirilərsə onda növbəti 5 ildə dövlət büdcəsindən zərərin azaldılması üçün məbləğ ildə 800 min manat təşkil edər.



NƏTİCƏ 3. Dövlətdən ZAP-nın əhatə dairəsinin genişləndirilməsi və təsirliliyinin artırılması üçün tələb olunan orta illik vəsait 2010-cu il üzrə səhiyyə büdcəsinin 0,016%-ni təşkil edir.






Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə