Azərbaycanda yüngül sənaye müəssisələrində istehsal edilən məhsulların çeşidi LİFLƏRİn təSNİfati




Yüklə 97.07 Kb.
tarix22.04.2016
ölçüsü97.07 Kb.
Azərbaycanda yüngül sənaye müəssisələrində istehsal edilən məhsulların çeşidi

LİFLƏRİN TƏSNİFATI

Toxuculuq lifləri mənşəyi və kimyəvi tərkibinə görə iki qrupa bölünür-təbii və kimyəvi.Təbii liflər elə liflərdir ki bunlar əsasən üzvi hidro zəncirli yüksək malekullu birləşmələrdən ibarət olur.İnsanın bilavasitə iştirakı olmadan təbiətin özündə formalaşmış olur.kimyəvi liflər isə zavod şəraitində əsas etibarı ilə təbii üzvi hetro zəncirli yaxud karbo zəncirli yüksək malekullu sintetik birləşmələrdə cüzi miqdarda isə qeyri üzvi təbii birləşmələrdən alınan liflərdir.

Təbii liflər üç qrupa bölünür:1-bitki mənşəli liflər 2-heyvan mənşəli liflər 3-mineral mənşəli liflər.

Bitki mənşəli liflərin tərkibi yüksək karbo hidrogendən sellilozdan ibarətdir.Bitki mənşəli liflər də özləri üç qrupa bölünür-bitkinin toxumundan alınan-pambıq,bitkinin gövdəsindən alınan-kətan,kəndir,bitkinin yarpağından alınan-avaka,sizal.

Heyvan mənşəli liflər-bu liflərin tərkibi zülali maddələrdən ibarətdir və aşağıdakı kimi olur.


  1. Tərkibi keratindən ibarət olanlar-qoyun,keçi

  2. Tərkibi fibroindən ibarət olanlara-barama qurdundan alınan ipək

Mineral mənşəli liflər-bu liflər çaxmaq daşı ilə yerdən qazılıb hasil edilir,bunada aspes daxildir.Aspesin kimyəvi tərkibi maqnezium oksidin sulu silikatından ibarətdir.

Kimyəvi liflər iki qrupa bölünür:1-təbii yüksək malekullu birləşmələrdən alınan liflər (süni) 2-sintetik yüksək malekullu birləşmələrdən alınan liflər(sintetik).Təbii yüksək malekullu birləşmələrdən alınan liflərdə iki qrupa bölünür.1-yüksək karbo hidratlardan alınan liflərdən ibarətdir.Bunlarada viskos,mis omonyak,asetat daxildir.2-zülali maddələrdən alınan liflərə aiddir,heyvan zülalından alınan yəni süd zülalı”kazein”,bitki zülalından alınan paxla lifi.

Sintetik yüksək malekullu liflər də iki qrupa bölünür.1-üzvi heterozəncirli birləşmələrdən alınan liflərə aiddir,polikaproloktanda-kapron,neylon,lafsan və s.2-üzvi karbozəncirli liflərdən alınan liflərə aiddir.Hollogen törəməlivenil birləşmələrdən o cümlədən polivinil xlorid və s.Təbii qeyri üzvi birləşmələrdən alınan təbii kimyəvi liflərə aşağıdakı liflər aiddir.Keramnya birləşməsindən alınan,şüşə və metallardan alınan metal lifləri.Təbii polimerdən alınan kimyəvi liflər viskos və asetatdır.Sintetik liflərdən alınan kimyəvi liflər-lafsan,kapron,nitron və s.Təbii qeyri üzvi birləşmələrdən alınan liflər şüşə lifləridir.

Göründüyü kimi lif öz mənşəyi və kimyəvi tərkibinə görə çox müxtəlifdir.Beləliklə onlar xarici görünüşlərinə habelə xassələrinə görə bir-birlərindən fərqlənir,ancaq bu müxtəlifliyə baxmayaraq bütün toxuculuq lifləri üzvi birləşmələr sinfinə xüsusən də yüksək malekullu birləşmələrə aiddir.Təbii yüksək malekullu birləşmələrə başlıca olaraq bitki və heyvanat aləmində rast gəlinir.Yüksək malekullu birləşmələr kiçik malekullu birləşmələrdən (monomer) sintez yolu ilə alınır.Monomerlər isə neft və daş kömür emalının məhsuludur.



TƏBİİ LİFLƏR:PAMBIQ,KƏTAN VƏ TƏBİİ İPƏK

Təbii liflər xətti quruluşlu heterozəncirli polimerlər sinfinə daxildir.Təbii liflərə pambıq,kətan,ipək daxildir.



PAMBIQ-yüksək texnaloji xüsusiyətlərə malikdir.O,başqa təbii liflərə nisbətən ucuz başa gəlir və toxuculuq sənayesində dah çox istifadə olunur.Dünyada 50-dən çox ölkə pambıqçılıqla məşğuldur.Bu ölkələrə ABŞ,Hindistan,Pakistan və digər ölkələr daxildir.Pambığın 5 mədəni,30 yabanı növü var.Bütün ölkələr üçün pambığın 4 növü var:kosmat,barbados,ot şəkilli,ağac şəkilli.

Pambıq çiyidinin səthindən ayrılmış liflərə pambıq deyilir.Pambıq çiyidinin liflərlə örtülməsinə xam pambıq deyilir.Orta Asiya və Azərbaycanda pambıqçılığın 90 faizini kosmat pambığı tutur.Bu pambıqdan alınan liflərə orta lifli pambıq deyilir.Çox məhsuldardır(1 hektara 25-35sentner)alınır,yetişmə müddəti 120-140 gün,liflərin orta uzunluğu 30-35mm-dir.

Barbados cinsli pambıq ən çox Misirdə,Orta Asiyada yayılıb.Yetişmə müddəti 140-170 gün,məhsuldarlığı (1 hektara 20-30 sentner)alınır.Barbados cinsli pambıq ən uzun,nazik və möhəm lifə malik olaraq yüksək keyfiyyətli məmulatın hazırlanmasında istifadə olunur və buna nazik lifli pambıq deyilir,lifin orta uzunluğu 35-45mm-dir.

Pambıq mart ayının axırı,aprel ayının əvvəllrində arata səpilir.Səpindən 10-15 gün sonra cücərtilər torpaqdan çıxır,bitkilər tədricən böyüyür və 50-70 gün keçmişpambıq kolları çiçək açır.Çiçəklərdən qoza əmələ gəlir,qozalar böyüdükcə daxildə yetişən çiyidlərin üzərində liflər də artmağa başlayır.Bir çiyidin üzərində 7 mindən 15 minə qədər lif yetişir.

Pambıq iki üsulla:əl ilə və maşınla yığılır.Əl ilə yığılan pambıq təmiz olur,lakin çox zəhmət tələb edir və hasilat çox aşağı olur.Maşın bir tərəfdən,ağır zəhmət tələb edən əl əməyini əvəz edir,digər tərəfdən isə pambıq yığımını qısa müddətdə başa çatmasına imkan verir.Nəticədə pambıq lifinin keyfiyyərinin saxlanmasını təmin edir.Bir pambıq yığan maşın gündə orta hesabla 100-dən çox adamın işini görür.Pambığın tərkibi sellilozdan ibarətdir.Təbiətdə bitkilərin orqanizmindən sintez olunan birləşməyə mənsub bitki hüceyrələrinin qlafını təşkil edən mürəkkəb poli saxaritdir.Kimyəvi tərkibinə görə sellilozun tərkibi spirdir,onun hər halqasında üç hidroksid qrupu vardır.Pambıq lifinə hava,su uzun müddət təsir etmir,turşuların qatılığı artıq olduqda pambıq lifləri məhv olur.Pambıq lifi tez yanır,yanmış kağız iyi verir,boz rəngli kül əmələ gətirir.Pambıq əsasən lif almaq üçün becərilir.

KƏTAN- Toxuculuq sənayesində mühüm xammal mənbəyi kimi və qiymətli xüsusiyətlərinə görə kətanın əhəmiyəti böyükdür.

Kətanın vətəni Rusiyadır.Lakin Orta Asiya,Fransa,Polşa,Niderland və başqa ölkələrdə istehsal olunur.Dünyada istehsal olunan kətanın 70 faizi MDB ölkələrinin payına düşür.

Kətan müxtəlif iqlimlərdə və torpaqlarda yetişən otaoxşar bir illik bitkidir.Gilli,qumlu torpaqlar kətan üçün yararlı deyil.Torpağın üst qatında temperatur 7-8dərəcə olduqda toxumun səpilməsinə başlanılır.Toxum xüsusi maşınla səpilir.Bir hektar sahəyə 110-140 kq toxum səpilir.Toxum əkildikdən 5-10 gün sonra cücərir,55-60 gün sonra çiçək açır.Kətan bitkisinin yetişmə müddəti 70-90 gündür.Həmin bitkinin özündən və gövdəsindən alınan lifə kətan deyilir.Kətanın üç mədəni cinsi var:1-Uzunboy kətan(dolqunes),2-ortaboy kətan(mujemok),3-qısaboy kətan(kudryaş).

Uzunboy kətan yüksək keyfiyətli və uzun liflərin alınması üçün əkilir.Yüksək və zərif gövdəsi olub,küləşin hündürlüyü 80-90sm,diametri 1-2 mm çatır.Bitkidə gövdə ətrafında xırda yarpaq,ucunda gül qönçəsi və toxumu yetişir.Kök hissəsi az inkişaf etdiyindən gövdəsi yaxşı inkişaf edir.

Ortaboy kətan orta nömrəli lif verir və az miqdarda yağ istehsalında işlədilir.Ortaboy kətan Ukraynada,Sibirdə və başqa yerlərdə istehsal edilir.Gövdəsi qısa,çox şaxlı və az lif tutumu olduğundan əsasən yağ almaq üçün istehsal olunur.

Qısaboy kətanın toxumundan əsasən yağ almaq üçün istehsal olunur.Gövdəsi qısa,yoğun,sıx budaqlı və meyvə qozaları olduqca çox olur.Bu katanın lifi gödək kolu isə alçaq olur.Onun kök hissəsi zaif yetişir və toxumundan əlif yağı istehsal edilir ki,texniki əhəmiyəti olduğu kimi,həmdə yeyinti materialıdır.Yağ alındıqdan sonra,toxumunun qalığı olan jmıx mal-qara üçün qiymətli yemdir.Gövdəsindən alınan liflər qısa,cod və az olduğundan istehsalatda olduqca əhəmiyyətsiz hesab olunur.

Kətan bitkisinin də əsas tərkibi sellilozdur,qalan hissəsinin çox qismi həm sellilozdan,yapışqanli pektin maddəsindən,karbohidrogenlərdən ibarətdir.Kətan saralıb yetişdiyi vaxt toplanmağa başlanır.Bu zaman onun gövdəsi açıq sarı rəng alır.Toxum qozalarının bir tərəfi tündləşir,gövdənin aşağı hissəsində ki yarpaqlar tökülməyə başlayır,bu vaxt liflər şox keyfiyətli olur.

TƏBİİ İPƏK-İpək yaxşı mexaniki xassələrinə,gözəl xarici görünüşünə,asanlıqla boyanmasına görə ən qiymətli toxuculuq liflərindən sayılır.İpək istehsalı çox zəhmət tələb edən işdir.1 kq ipək almaq üçün 100 adam/saat sərf edilir.

Buğumayaqlılar sinfinə daxil olan müxtəlif canlıların xüsusi ipək ayıran vəzlərindən ifraz olunub bərkimiş tellərə ipək deyilir.Bunların içərisində istehsal əhəmiyəti olan əsl ipək qurdları və saturid cinsləridir.İpəkçilikdə əsasən tut yarpağı bəslənən mədəni ipək qurdlarından istifadə edilir.Vəhşi ipəkqurdları adlanan saturid ailəsinə mənsub olan cinsdən də istifadə olunur.Meşələrdə palıd ağacı yarpağını yeyərək böyüyür və barama sarıyır.Bu qurdların vətəni Yaponiya,İndoneziya və s.ölkələrdir.Vəhşi baramadan alınan ipəyin rəngi sarımtıl,yüksək elastikliyə malikdir və kimyəvi məhsulların təsirinə davamlıdır.

Əsas ipəkçilik rayonları Orta Asiya,Maldova,Uzaq Şərq və başqa ölkələrdir.Keçmiş RSFSR-in cənub rayonlarında da ipəkçiliklə məşğul olunur.

Təbii ipək barama qurdundan alınır.Barama qurdu böyüyənə qədər dörd dövr keçir.I dövrdə qurddan əmələ gəlmiş kəpənəklər yumurta salır,bu yumurtalara qurd toxumu deyilir.II dövrdə toxumdan xırda qurdlar və ya sürfələr dirilir və bəslənir.III dövrdə qurdlar böyüyür və barama sarıyır,özləri də baramanın içində qalır.Qurd baramada pupa çevrilir.IV dövrdə baramada ki pup kəpənəyə çevrilir,başqa kəpənəklərlə cütləşir və yumurta calır və məhv olur.

İpəyin ilk emalı hazırlıq məntəqələrində başlayır.Bu zaman baramanın içərisində olan qurdlar boğulur,barama qurudulur və növlərə ayrılır.Bunlar ona görə edilir ki,qurd baramanı deşməsin və qurudulmuş baramanı uzun müddət saxlamaq olsun.Bunun üçün müxtəlif aqreqatlardan istifadə edilir,bunlardan ən geniş yayılanı isə isti hava vasitəsi ilə boğan və qurudan aqreqatdır.Bir sutkada “TKSK-1”tipli aqreqat 5,4 ton yaş barama qurudur.

İpəyin əsas tərkibi fibren və selesindən ibarətdir.Selesin qaynar suda asanlıqla həll olur.İpəkdən zərif,parlaqlığı,elastikliyi çox olan,yaxşı rənglənən parça və məmulatlar hazırlanır.İpək saplaabətdə,cərrahiyə əməlyatlarında tikiş üçün işlədilir.



KIMYƏVİ LİFLƏR
Toxuculuq sənayesində süni lif və saplardan istifadə etmək üçün alimlər uzun illər çalışmış və nəhayət,onun alınmasına nail olmuşlar.İlk dəfə 1855-ci ildə Lozannalı alim J.Odemar bu ixtiranı etmiş və öz ixtirasının adını “bitki ipəyi” qoymuşdur.Kimyəvi liflər süni və sintetik liflərə bölünür.Süni liflər təbii polimerdən,sintetik liflər isə monomerlərdən kimyəvi sintez yolu ilə alınır.Kimyəvi liflərin istehsalı beş mərhələdən ibarətdir.

  1. Xammalın alınması və ilkin emalı

  2. Əyirmə üçün məhlulun hazırlanması

  3. Məhlulun çoxlu sayda deşikləri olan felyerdən təzyiqlə keçirib lif şəklinə salınması

  4. Lifin işlənilməsi

  5. Mexaniki emalı

Viskoz lifinin alınması-Süni liflərdən ən çox işlənəni viskoz lifidir.Lif üçün əsas xammal sellilozdur.Selliloz ağacdan alınır.Bunun üçün selliloz kağız kambinatında ağacın təxminən 7 mm uzunluğunda xırda hissələrə doğrayırlar,sonra həmin ağac hissəsini qələvi məhlulunda bişirillər.Nəticədə boz rəngdə selliloz kütləsi əmələ gəlir ki,bunuda ağardillar və kardon vərəqləri şəklində presləyirlər.Kimyəvi liflər istehsal edilən müəssisələrə daxil olan kardon vərəqələr merserizasiya edilir.Sellilozun qələvi ilə emal edilməsinə merserizasiya prosesi deyilir.Bu proses natrium qələvisi ilə aparılır və bununla qələvi selliloz alınır,qeyri-selliloz birləşmələr isə kənar edilir.Alınmış qələvili selliloz sıxılır,xırda parçalara doğranılır və yetişmək üçün 12-30 saat 45 dərəcədə saxlanılır.Bu prosesə yetişmə qabağı proses deyilir.Bu proses zamanı qələvi selliloz havanın təsiri nəticəsində turşulaşır nəticədə makro malekulları dağılır və suvaşdan əyirmə məhlulu alınır.Bu məhlulu qələvi selliloz kütləsini yetişdirmək üçün onun karbon sulfitlə emal etdikdən sonra “santogenat” adlanan sarı rəngli qatı maddə alınır.Santogenat zəif qələvi məhlulu ilə məhv olur və əyirmə üçün yararlı olan yapışqanlı viskoz məhlulu alınır.Viskoz təmizlənir,sonra filyerdə sıxılır,sulu sulfat turşusu vannasına buraxılır,bu zaman karbon sulfit və qələvi santogennən ayrılır və selliloz-viskoz əmələ gəlir.
SÜNİ LİFLƏR-VİSKOZ İPƏYİ

Viskoz ipəyinin xammalı şam ağacı talaşalarının kalsium-bisulfit duzu məhlulunda bişirilməsi ilə alınan sulfat sellilozdur.Viskoz ipəyi almaq üçün həmin xammal bir neçə istehsalat proseslərindən keçirilir.

Ağacın talaşlarında selliloz hazırlanır,sellilozdan isə əyrilmə məhlulu alınır.Məhlul əyrilib lif halına gətirilir.Liflər nazik sapa çevrilir.Axırda işlədilmə sahəsindən asılı olaraq lazımı miqdarda birləşdirilir,nazildilir,burulur,ipliyə çevrilir.

Viskoz lifini almaq üçün mişarlanmış şam ağacı parçaları iki il saxlanılır ki,onu kimyəvi maddələrdə yaxşı emal etmək mümkün olsun.Sonra ağac parçalarından talaşa doğranır və ağzı kip bağlanılmış qazanlarda kalsium-bisulfit duzu ilə birlikdə bir neçə atmosfer təzyiq altında qaynadılır.Bu proses 24 saat davam edilir.Nəticədə kalsium-bisulfit selliloz liflərinin yapışdıran maddələri parçalayır və təmiz sulif sellilozu alınır.

Bu qayda ilə alınan sulfit sellilozu ağardılır,preslənir,kardon vərəqi şəklinə salındıqdan sonra süni lif zavoduna göndərilir.Sellilozu emal prosesi zavodda belə olur:əvvəlcə vərəqlər 7-8% nəmlik qalana qədər qurudulur sonra bir saat ərzində 18% lif qələvidə emal edilir.

Sellilozun qələvi ilə emal edilməsi merserizasiya adlanır.Xırdalanmış selliloz yetişmək üçün 12-30 saat 30-45dərəcə tempraturda saxlanılır.Bu prosesə yetişməqabağı proses deyilir.

Yetişmə qabağı prosesdə qələvi sellilozu havanı təsiri ilə turşulaşır,nəticədə onun makro molekulları dağılır.Bu isə suvaşqan əyirmə məhlulunun alınmasına imkan verir.

Əyrilmə məhlulu almaq üçün hazırlanmış selliloz kütləsini ksantokenatlaşdırmaq və onu yetişdirmək gəlir.

Sonra viskoz yetişmə prosesi keçirir.Bu prosesdə məhlul un daxilində qalmış hava qabarcıqları çıxarılır,məhlulun suvaşqanlığı sabitləşir.Boyaqlı ipək almaq üçün istənilən rəng əyrilmə məhluluna burada qarışdırılır.
SİNTETİK LİFLƏR

Sintetik liflər 1932-ci ildən başlayaraq istehsal olunmağa başlamışdır.Sintetik lif sənayesi müxtəlif qruplara mənsub küllü miqdarda monomerlər sintezinə əsaslanır.

Kimyəvi tərkibinə əsasən sintetik liflər 2 böyük qrupa bölünür:hetero silsiləli,karbon silsiləli.

Hetero silsiləli liflər-Bu qrupa bir neçə kimyəvi elementdən təşkil olunan yüksək molekula malik qatranlardan alınan liflər daxildir.Bu qrupa aid birləşmələrin əsas silsiləsinə karbon atomundan əlavə,oksigen,azot,kükürd və başqa elementlərdən ya biri,ya da bir neçəsi daxildir.

Həmin qrupa daxil olan sintetik liflər çoxlu müxtəlif aralıq məhsullardan və təklikdə götürülmüş monomer birləçmələrindən sintez edilir.Liflər əsasən polikondensləşmə və ya polimerləşmə reaksiyalarının köməyi ilə alınır.

Hetero silsiləli liflər qrupuna poliamid və poliefir liflər daxildir.Hazırda poliamid liflərinin təxminən on növü məlumdur.Sənayedə fenol,etilen və s.geniş istifadə edilir.Kapron ,enant,anid lifləri əsas poliamid lifləridir.

Karbon silsiləli liflər-Bu liflər ancaq karbon atomlarından təşkil olunmuş polimerlərdən alınır.Karbon silsiləli qatranların təsnifatı çox müxtəlif qruplara ayrılır və onlardan lif alınması üçün geniş istifadə edilir.

Karbon silsiləli qatranların qrupları çoxdur.Bunlar aşağıdakılardır.



  1. Karbohidrogenlərdən-polietilen,polipropilen,politirol qatranları alınır.

  2. Halogentörəməli karbohidrogenlərdən,polivenilxlorid,polvenilidenxlorid,politetraetilen qatranları alınır.

  3. Mürəkkəb efirlər-polivenilasetat,polivenilformiat,qatranlarından ibarətdir.

Ümumiyyətlə hər iki qrup sintetik polimerlərdən kapron,enant,lavsan,nitron,xlorin və s.liflər alınır.

PARÇALARIN TƏSNİFATI

Parçaların lif tərkibinə,təyinatına və qeyri-əsas xassələrinə görə müxtəlif qruplara bolünür.

Tərkibinə görə parçalar dörd qrupa bölünür:


  1. pambıq parçalar

  2. kətan parçalar

  3. yun parçalar

  4. ipək parçalar

Standart təsnifatına və ya təyinatına görə,pambıq və kətan parçalar üç qrupa bölünür:paltarlıq parçalar,rütubət hopduran parçalar,dekorativ parçalar.

Yun və ipək parçalar iki qrupa bölünür:paltarlıq parçalar,dekorativ parçalar.Bunlarda rütubəti hopduran parçalar olmur.

Hər bir qrup yarım qrupa bölünür.Məsələn,paltarlıq parçalar aşağıdakı yarımqruplara bölünür:alt paltarlıq,qadın paltarlığı,kostyumluq,paltoluq və s.Hər bir lif üçün yarımqrupun miqdarı müxtəlif ola bilər.Yarım qruplar daha məhdud təyinatına görə və ya ağırlığına görə qruplara bölünür.Məsələn,alt paltarlıq üçün pambıq parçalar dörd qrupa bölünür:alt köynəkliyi,alt tumanlıq,mələfəlik,balınclıq.

Pambıq,kətan,yun və ipək parçaların hər birinin əlahiddə preyskurantı vardır.Hər preyskurantda bütün parça çeşidləri lif tərkibinə və ya qruluşuna,təyinatına görə qrup,yarımqruplara bölünür.Yun və ipək parça preyskurantlarında parçalarxammal cinsləri üzrə də bölünür.


PARÇALARIN ÇEŞİDLƏRİ

Sənayedə və ticarətdə təyinatları eyni olan və ya bir sənaye sahəsində müxtəlif materiallardan,mextəlif qruluşlu və xarici tərtibatda istehsal olunan hazır məmulatların cəminə çeşid deyilir.

Pambıq parça preyskurantına pambıq parçalarla yanaşı,arğacı sün'i ipəkdən olan və az miqdarda kimyəvi ştapel lifi qarışığı olan parçalar da daxildir.

Kətan parça preyskurantına ərişi pambıq,arğacı kətan olan parçalar daxildir.

Yun parçaların çeşidləri çox müxtəlif və qarışıq olduğundanpreyskurantda xalis yun parçalardanbaşqa yarımyun,ştapel,sün'i və sintetik liflər və ya saplardan qarışıq olan çeşidli parçalar da daxildir.

İpək parça preyskurantına xalis ipək parçalardan başqa viskoz,asetar,mis-amonyak,ştapel lifləri və kompleks sapları olan,habelə sintetik saplar qarışığı olan parçalar daxildir.

Ticarət preyskurantında qruluşca müxtəlif liflərdən olan parçalar bir deyildir.Pambıq və kətan parçalar preyskurantda tə'yinatlarna görə qruplaşdırılır.

Yun və ipək parçalarda qrup bölgüsü parçanın lif tərkibinə əsaslanır.Yun parçalar zərifdaranma,zərifmahud,qabamahud,yarımyun qruplara bölünür

Parçaya olan təlabat üç qrupa bölünür:parçanın möhkəmliyi,gigiyenliyi və estetikliyi.

Parçanın möhkəmliyi yuyulmağa,sıxılmağa uzun meddət davam gətirməsini nəzərdə tutur.

Parça mə'mulatlarının gigiyenikliyi insan bədənini xarici zərərli tə'sirlərdən qoruması və sağlamlığa mənfi təsir etməsindədir.Estetik isə parçanın daim insanın estetik təlabatını ödəməsi,keyfiyətli ağardılması,zərif rəsmlərlə bəzədilməsi ilə bağlıdır.

Paltarlıq parçalar 3 qrupa bölünür:mövsümü(yaz,payız)yay və qış paltarlıq parçaları.Xüsusi paltarlıq üçün yüksək möhkəmliyə malik parçalar istifadə edilir.Xüsusi paltarlıq parçaları əsasən pambıq və kətan ipliklərindən toxunur.Tə'yinatından asılı olaraq xüsusi geyimlərin istehsalı üçün bez,satin və s. parçalardan istifadə edilir.



DƏYİŞƏK PARÇALARIN ÇEŞİDLƏRİ

Alt köynəkləri,yatacaq,əl-üz dəsmalları və yeməkxana ehtiyacı üçün istifadə olunan parçalar dəyişək parçalar adlanır.Məişətdə pambıq və kətan parçalardan daha çox istifadə olunur.

Dəyişək parçalarının gigiyenik tələbləri ödəməsi üçün onlar yüksək dərəcədə hiqroskopik,hava keçirən və hamar olmalıdır.Dəyişək parçalar başqa parçalara nisbətən tez-tez yuyulduğuna görə tez köhnəlib sıradan çıxır.Ona görədə bu parçalar müxtəlif yuyucu maddələr,temperatur tə'sirinə,sürtünməyə və ütülənməyə davamlı olmalıdır.

Pereskurantına görə pambıqdan olan parçalar 3 qrupa bölünür.



  1. bezlər

  2. mitkallar

  3. xüsusi parçalar

Bez yarım qrupuna-bez,palatno nisbətən sıx,möhkəm ağardılmış parçalardır.Onun 1m2 ağırlığı 158 qr,nazik bezlərin 1m2 ağırlığı 127 qr,eni 62-92 sm olan bezlərdən yorğan,döşək üzü istehsalat ləvazimatı,tibb işçiləri,aşbazlar üçün xalatlar,eni 124-149 sm olan bezlərdən döşək ağı,yorğan ağı tikilir.

Mitikal-bu qrupa palatno üsulunda toxunan parçalardan ibarətdir.Madapala,müslin orta mömrə ilə birlikdə ,şifon və nansu isə yüksək nömrəli iplikdən toxunur.Madapala 54-65 № iplikdən toxunur.1m2 ağırlığı 100-108 qr.Ona apret çox vurulur,ona görədə o sərt olur.Müslin yumuşaqlığı və parlaqlığı ilə madapaladan fərqlənir.Bu parçadan kişi,qadın alt dəyişikliyindən,balınc üzündə istifadə olunur.Şifon,nansu madapaladan nisbətən yüngül və yumşaq şifon 65-75 № ipliklərdən toxunur.1m2 ağırlığı 110-114 qr,nansu şifona nisbətən daha nazikdir,100-120 № ipliklərdən toxunur.1m2 ağırlığı 77 qr-dır.

Xüsusi parçalar yarım qrupuna-piklastik və qrinşifon aiddir.Onlardan əsasən kişi dizdikləri hazırlanır.Xovlu ədədi kətanlardan üz dəsmalları,hamam dəsmalları,kimi istifadə olunur.Jakart parçalardan üz dəsmalı,salfet,stol örtükləri və digər ehtiyaclar üçün istifadə olunur.İpək parçalar,madapaladan,şifondan əsasən qadın alt paltarlarından istifadə olunur.
KİŞİ ÜÇÜN ÜST KÖYNƏKLİK PARÇALAR

Kişi üçün üst köynəklik parçalar pambıqdan,xalis ipəkdən,süni ipəkdən toxunur.Parçalar qruluşuna,toxunma qaydasına,qalınlığına,eninə,ağırlığına,emal xassəsinə görə müxtəlifdir:ağ,sadə,boyaqlı,damalı və basma naxışlarda istehasal edilir.

Üst köynəklik parçalar geyimdə möhkəm,habelə gigiyenik olmalı,tərdən,işıqdan,yuyulmaqdan rəngi səlmamalıdır.

Pambıq parçalar.Üst köynəklik pambıq parçalar çox artikulda buraxılmır və əksəriyyəti 8-10 artikuldan ibarətdir.Üst köynəklik pambıq parçalardan bəzən qadın paltarlarındada istifadə olunur.Parçaların eni 75-80 sm,1m2-nin ağırlığı 110-140 qr-dır.Əksəriyyəti zərif əyrilmiş 60-170 №-li tək və cüt əriş və arğac ipliklərindən toxunur.Bu parçalar pike,polotno,zefir,şodlandka adlarında saya,boyaqlı,damalı,bəzən basma naxışında da istehsal edilir.

İpək parçalar.Kişi üst köynəklik üçün ipək parçalar çox artikulda istehsal edilir.Bunlardan əksəriyyəti viskoz ipliyi və viskoz ştapel lifindəndir.Üst köynəklik parçalar polotno,pike,şodlandka qaydasında toxunaraq ağ,açıq xoş rənglərdə,damalı,rəngarəng,basma naxışında da hazırlanır.Enləri 80-100 sm-də,1m2-nin ağırlığı 76-165 qr-dır.Əriş və arğac iplikləri tək və cüt burulmuş haldadır.
PALTARLIQ PAMBIQ,KƏTAN PARÇALAR

Paltarlıq pambıq parçalar preyskurantda çox dağınıq olaraq müxtəlif çeşidlərdə olur.Bunlara çit,bez,satin və s.parçalar daxildir.



Çit.Xam mitkaldan istehsal edilən saya boyalı və basma naxışlı pambıq parçalara çit deyilir.Çit qrupunda 9 artikulda parça istehsal edilir.Çit asan biçilir və tikilir.Çitdən geniş sahədə qadın və uşaq paltarları,bəzən pərdələr,yorğan üzləri və s. məişət ləvazimatı üçün istifadə edilir.

Bez.Bez-saya boyalı və basma naxışlı olub,orta və aşağı nömrəli kadro ipliyindən polotno üsulu ilə toxunan parçalardandır.Bez-cod və möhkəm olub,naxışları əsasən aydın görünən rənglərdə basılır.Bezdən kişi köynəkləri,istehsalat paltarları tikilir.

Satin.Ən çox satin parçalar basmalanır,saya boyalı,istehsal edilir və çox az ağardılır.Satin kadro və zərif əyrilmə ipliklərindən toxunur.Satin və elastiklərdən paltar məmulatında geniş istifadə edilir.Bu parçalardan qadın,uşaq paltarları,kişi köynəkləri və s.tikilir.Təyinatına,mövsümünə görə bu parçalar müxtəlif xassələrdə olur.

Paltarlıq kətan parçalar.Kətandan toxunan paltarlıq parçalar nisbətən az çeşidli cəmi 20 artikulda istehsal edilir.

Preyskurant üzrə paltarlıq parçalar eyni qrupa aiddir.Br fərq var ki paltarlıq parçalar quruluş cəhətdən polotnolardan bir qədər seçilir.



Turşulanmış xam polotnonun –artikulu 07106 №-li,eni 180 sm,1m2-nin ağırlığı 170 qr-dır.

Paltarlıq parçanın-artikulu 06130 №-li,eni 84 sm,1m2-nin ağırlığı190qr-dır.Paltarlıq parça zərif naxışlı toxunma üsulu ilə toxunduğundan üzündə kvadrat şəklində yaraşıqlı naxışlar olur.Parçalar müxtəlif çeşid və naxışlarda istehsal edilir.

Bunlardan başqa viskoz ipəyi və lavsan qarışıqlı kətan parçalar da istehsal edilir.


PALTARLIQ YUN VƏ XALİS İPƏK PARÇALAR

Paltarlıq yun parçalar xalis yundan və başqa liflər qarışdırılmış halda istehsal edilir.Parçaların əksəriyətini zərif əyrilmə kamvol parçaları təşkil edir.

Paltarlıq yun parçalar saya və damalı,toxunma naxışın enləri 70-142 sm olur.Bu parçaların əksəriyətinin eni 106 sm olur,1m2-nin ağırlığı 127-271 qr-dır.

Paltarlıq yun parçalardan qış,demisezon paltarlar,kostyum,palto və s. tikilir.



Paltarlıq xalis yun parçalar –preyskurant üzrə kamvol parçalar olub,28 artikulda istehsal edilir.Parçalar krep,çayka,novada,mimoza və s. adlarda buraxılır.Bu parçalar yüksək elastikliyə malikdirlər,geyilməyə davamlıdırlar.

Paltarlıq xalis ipək parçalar-Xalis ipək parçalar içərisində paltarlıq parçalargeniş yer tutur.Bu çeşidlə müxtəlif üsullarda 600-dən çox artikulda istehsal olunur.

Bu parçaların toxunmasında xalis ipək,viskoz,asetat,sintetik liflər geniş miqyasda işlənir.

Paltarlıq xalis ipək parçalar əsasən krep,polotno və satin parçalardan ibarətdir.

Krep parçaları yarmqrupuna-krepdeşin,krep-morjet,krep-fay və s. daxildir.Bu parçalar xam ipək saplardan toxunur.Krep çox yumşaq,nazik,yaraşıqlı və zərif olur.

Krep satin parçalar-xam ipəkdən,krepdən və ipək ipliklərindən toxunur.Toxunma qruluşuna görə parçanın üz tərəfindəki saplar çox parlaq olur.Astara çıxan krep saplarda parlaqlıq olmur,ona görə astar boza çalır.

Polotno –adi qaydada xam ipək saplardan toxunur.Polotnolar bir çox qrupa ayrılır.Polotnolar ipəyin öz rəngində ağardılma,basma yolu ilə və sadə boyaqlarda boyanır.

XALİS İPƏK VƏ SÜNİ İPƏK QARIŞIĞI OLAN PARÇALAR

Xalis ipək ilə süni ipəyin qarışdırılmasından çox efektli parçalar istehsal etmək olar.Xassəsinə görə xalis ipək az əzilir,elastikidir,xarici görünüşü zəngindir,süni ipəklər isə nisbətən ağırdır,yaxşı drapirlənir.Bunların qarışığından istehsal edilən parçalar çox yaraşıqlı olur.

Bu parçalar üç qrupa bölünür:kreplər,hamar parçalar,jakkard parçalar.Kreplər 4 artikulda istehsal olunur.

Krep-“mziya” 21001 №-li artikulda,eni 95 sm,1m2-nin ağırlığı 50qr-dır.Krep satin -21002 №-li artikulda,eni 95 sm,1m2-nin ağırlığı 143 qr-dır.



Hamar parçalar-15 artikulda,müxtəlif çeşiddə istehsal edilir.Bu parçaların ərişi xalis ipək,viskoz ipək qarışığı olantək və cüt burulmuş saplardan,arğacı isə xalis ipək,əyrilmiş ipək,viskoz ipəyi,pambıq qarışığı olan tək və cüt burulmuş saplardandır.Parçaların eni 60-100 sm,1m2-nin ağırlığı 100-200 qr-dır.Bu parçalar saya,basma naxışla istehsal edilir.

Jakkard parçalar-5 artikuldadır,zərif naxışlı,bir rənglə istehsal olunur.eni 100-110 sm,1m2-nin ağırlığı 117-200 qr-dır.Ərişi xalis ipəkdir,arğacı isə pambıq ipliyi və viskoz sapıdır.

Xovlu ipək parçalar.Xovlu parçalar nisbətən az çeşiddə istehsal edilir.

Xalis ipəkdən 3 artikulda (14001,14002,14003) məxmər toxunur.Bunların eni 70-135 sm,1m2-nin ağırlığı 190-qr-dır.Xov ərişi 200/2 №,əsas ərişi 140/2 № arğacı 140/2 N-li boyanmış xalis ipəklərdir.

Xalis ipək ilə pambıq və viskoz ipəyi qarışığından 5 artikulda xovlu parçalar toxunur;paltarlıq məxmər 24004 № artikulda eni 100sm,1m2-nin ağırlığı 155 qr-dır,vilyur məxməri 24005 № artikulda eni 100 sm,1m2-nin ağırlığı 75 qr-dır.Parçanın xovu naxışlıdır.Xovun boyu 2 mm-dir.
PALTARLIQ PARÇALARIN ÇEŞİDLƏRİNİN ANALİZİ

Kostyumluq parçalar bütün parça istehsalatında böyük yer tutur.Kostyumluq üçün ən çox yun parçalardan istifadə olunur.

Kostyumluq parçalar möhkəm,geyimə davamlı,gigiyenik olmalı,solmamalı,tikiliş formasını tez itirməməlidir.

Kostyumluq parçalar (kişi,qadın,uşaq)üçün yundan,pambıqdan,xalis ipəkdən və ya çox geniş surətdə kimya lifləri qarışığından istehsal edilir.

Yaz –yay kastyumları üçün pambıq,yun,kətan,ipək yaxud kimyəvi liflərdən hazırlanan parçalardan istifadə edilir,qış-payız fəslində pambıq və yun parçalardan istifadə edilir.Fəslinə görə toxunan parçaların çeşidləridə müxtəlifdir.Yaz –yay fəsli üçün parçalar nazik,yumşaq olur,havanı yaxşı keçirir,rəngi açıq olur,qış-payız parçaları isə daha qalın,isti saxlayır,tünd boyanır,sıx toxunur,nisbətən ağır olur.
KOSTYUMLUQ YUN,KOMVOL PARÇALAR

Kostyumluq yun parçaların çeşidləri çox və müxtəlifdir.Kostyumluq parçalar zərifdaranma,aparat ipliklərindən toxunduğuna görə komvol zərif mahud parçaları qrupuna ayrılır.

Kostyumluq parçalar öz formalarını uzun müddət saxlamalıdır.Bunun üçün onlar elastik və möhkəm,sürtünmə,işığa və havanın təsirinə davamlı olmalıdırlar.Həmin xassələrə malik olmaq üçün bu parçalar buruğu çox olan ipliklərdən sıx toxunur,davamlı boyaqlarla boyanılır.

Ümumiyyətlə kostyumluq parçalarda nisbi sıxlıq yüksəkdir.Yüngül kostyumluq yay parçaları seyrək və polotno üsulunda toxunulur.

Triko tipli parçalar sarja,reps,roqojka və s. də toxunur.Kostyumluq parçaların 1m2-nin ağırlığı 250-450 qr,eni isə 124-152 sm-dir.

Kostyumluq komvol parçalar-Kostyumluq komvol parçalar artikul sayına görə yun parçalar arasın da görkəmli yer tutur.Bunlar paltarlıq parçalardan çəkidə ağır və enli olur.Kostyumluq parçaların 1m2-nin ağırlığı 242-390 qr,eni 136-142 sm-dir.Bu parçalar sadə boyaqlı,melanj,rəngbərəng damalı istehsal edilir.

Kostyumluq parçaların çeşidlərini ən çox boston,krep,triko təşkil edir.



Boston –Bu parçalar xalis yundan eninə və uzununa bir sıxlıqda ,əriş və arğacları bir olan ipliklərdən sarja üsulunda toxunulur.Boston iki artikulda toxunur.120 artikulda bostonun eni 136 sm və10 sm-də ərişi 268,arğacda 244sapdır.1m2-nin ağırlığı 350 qr-dır.120 artikulda bostonun eni 142 sm,1m2-nin ağırlığı 340 qr-dır.Boston parçalar müxtəlif rənglərdə,qara tünd qəhvəyi və başqa rənglərdə saya boyanır.

Krep-Krep xalis yundan polotno,atlas üsulunda nazik və yarım nazik buruqlu ipliklərdən hazırlanır.Krep parçalar az əzilir,yaxşı boyaq götürür,parlaqlığı mülayimdir və yaraşıqlıdır.Parçalar az uzanandır,bunlardan da kişi kostyumları tikilir.

Triko-Xalis yun triko parçaları çox geniş çeşidlərdə və artikulda istehsal edilir.Bunlar əsasən kostyumluq parçalar hesab olunur.Əsasən sarja və polotno üsulunda toxunur.Triko rəngbərəng,melanj sarja toxunur.
KOSTYUMLUQ MAHUD PARÇALARIN ANALİZİ

Kostyumluq zərif mahud parçalar qısa lifli,zərif,yarımzərif,yarımcod yunlardan hazırlanır.Bu parçalar xalis yundan və qarışıq yundan toxunur.



Zərif mahuddan olan şeviot-yarımyun parça kimidir.10 artikulda olur,sarja üsulunda toxunur.Boyağı sadə olur.Parçalar artikuluna,sıxlığına,əriş,arğac saplarının nömrəsinə,habelə 1m2-nin ağırlığına görə bir-birindən fərqlənir.

Şeviot parçalar yumşaq və boş olduğundan asanlıqla dartılır,uzanır öz formasını tez itirir.Şeviot yarımcod qaba yunlardan hazırlanır.Şeviot parçalardan qadın,kişi,uşaq kostyumları hazırlanır.

Yarımyun triko parçaların əksəriyyətinin eni 142 sm,bəzilərinin isə 152 sm olur.Parçanın əksəriyyətində əriş və arğac ipliklərinin nömrəsi eyni olur.1m2-nin ağırlığı 260-390 qr-dır.Triko parçalar asan tikilir,kəsilən yerlərindən sap sökülmür.Çox sintetik qarışığı olan parçalar çətin ütülənir.

Xalis yun mahud parçalar.Bu parçalar 6 artikulda istehsal edilir.Enləri 139-142 sm,1m2-nin ağırlığı 360-425qr-dır.bu parçalar zərif,yarımzərif yunlardan toxunur.

Yarımyun mahud parçalar.Başqa liflərləqarışıq toxunur.Bu parçaların 15-ə qədər artikulu var.Onlardan hərbi və təşkilat işçiləri üçün,habelə məktəblilər üçün forma tikilir.

Mahud parçaların eni 132-133 sm olur.1m2-nin ağırlığı 390-490 qr-dır.

Kostyumluq mahud parçalar tünd və açıq saya rəngdə boyanır.
XOVLU PARÇALARIN ÇEŞİDLƏRİ
Üzləri yumşaq lif ilə örtülü parçalara xovlu parçalar deyilir.Bu parçalar sürtünməyə davamlı olduqları üçün uzun müddət geyilə bilir.Bu qrupa bobrik,bayka və plyuş parçalar daxildir.

Qış paltoluq parçaları.Yerin iqliminə görə qış paltoluq parçaları bir çox çeşidlərdə istehsal edilir.Draplardan başlamış,qış paltoluqları olan flanel,bukle,mahud və s.qış paltoluq parçaları kimi istifadə edilir.

Qış patoluq parçaların çeşidləri aşağıdakılardır.



  1. kişi paltoluğu üçün-xalis yun zərif mahud parçalar-velyur,ratin,baltika və s.kimi draplar.

  2. qadın paltoluğu üçün-xalis yun zərif mahud parçalar-ratin,staliçni parçaları,yumşaq qadın drapı,krasnı oktyabr,dayva və s.Bunlardan başqa boston və qabardinlərdən də qadın paltoluğu üçün istifadə edilir.

  3. uşaq paltoluğu üçün –Uşaq paltoluğu üçün xalis yun,yarımyun,zərif mahud və cod mahud parçalardan istifade edilir.Adətən uşaq paltoluğu üçün olan parçalar sarja,satin üsulunda toxunur.Bu parçalar yumşaq və xovlu olur.Yalnız başqa liflər qarışdırılmaqla parça möhkəmlənir və xarici görünüşü yaraşıqlı olur.


ASTARLIQ VƏ ARALIQ PARÇALAR

Astarlıq parçalar pambıq və ipəkdən toxunur.Astarlıq parçalardan üst paltarların (palro,kostyum və s.) astarı üçün,ciblər üçün istifadə edilir.Araıq parçalardan isə paltoların,pencəklərin yaxalarında,boyunlarında,ətəklərində,şalvarların liflərində istifadə edilir.

Astarlıq parçaların qruluşu möhkəm və cod olmalıdır.Bu parçalar həmçinin sürtünməyə davamlı olmalı və möhkəm boyaq götürməlidirlər.Astarlıq parçalar əsas satin,atlaz,polotno və bir qədər də jakkad üsulunda toxunur,sadə boyaqla boyanır,basma naxış vurulur.

Astarlıq pambıq parçaların eni 61-80 sm,1m2-nin ağırlığı 97-225 qr olur.Astarlıq ipək parçalar əsasən süni ipəklərdən istehsal edilir.Xalis ipəkdən isə pambıq sapı ilə qarışıq 6 artikulda atlaz parçalar istehsal edilir.Parçalar sadə,açıq rənglərdə,basma naxışlı istehsal edilir.



Aralıq parçalar.Tikilən zaman paltarın yaxasına,boynuna,ətəklərinə,qollarının ağzına və digər hissələrinə durmaqdan ötrü aralıq parçalar qoyulur.Aralıq parçalar sürtünməyə davamlı,sərt və çox cod olmalıdır.Aralıq parçalar kətandan,pambıqdan,tük parçadan bəzən də bezlərdən ibarətdir.
TOXUNMAYAN MATERİALLAR

Məlumdur ki,pambıq,kətan,yun liflərindən iplik əyrilir,iplikdən isə parça toxunur.Bu çox zəhmət tələb edir,artıq vaxtın və vəsaitin sərf edilməsinə səbəb olur.Nəticədə əmək məhsuldarlığı aşağı düşür,maya dəyəri isə yüksəlir.Həmin çətinlikləri aradan qaldırmaq üçün toxunmayan materiallar istehsalı qarşıya çıxmışdır.

Toxunmayan Materiallar Elmi-Tədqiqat İnistitu dünyada birinci olaraq 1963-cü ildə təşkil olunmuşdur.

Toxunmayan materiallar istehsalı parça istehsalına nisbətən məhsuldardır.Müəyyən emaldan sonra toxunmayan materiallardan çox ucuz qiymətli kostyumlar,paltarlar və paltplar hazırlamaq olar.

Toxunmayan materiallar üç üsulla istehsal olunur:


  1. tikiş üsulu ilə

  2. yapışdırma üsulu ilə

  3. termoplast üsulu ilə

Tikiş üsulu ilə-Bu üsulda istehsal olunan toxunmayan materiallar bir sıra hazırlıq prosesindən keçirilir.Əvvəlcə liflər paralelləşdirilir sonra paraleləşmiş liflərdən“vatka ” adlanan material hazırlanır.

Maşının iş prinsipi-maşından keçirilən vatka sırayla hörmə tikiş qaydasından maşına qoyulan saplardan sırınır.Toxunmayan materialların bütün istehsal prosesləri müxtəlif sistemlərdə olan AGV markalı aqreqatda avtomatik surətdə aparılır.Aqreqat 1 saatda 60-70 metr material istehsal edir.Toxunmayan materialın 1m2-nin ağırlığı 200-800 qr,eni 140-180 sm,qalınlığı 1-1,3mm-dir.Möhkəmliyi eninə istiqamətdə 70-120 kq,uzunluqda isə 20-50 kq-dır.

Yapışdırma üsulu ilə-Liflərin xüsusi maddələrdə bir-birinə bərkidilərək onlardan material istehsal edilməsinə yapışdırma üsulu deyilir.Material iki üsulla –fasiləsiz və fasiləli üsulla hazırlanır.

Fasiləsiz üsulda yapışqan vatkaya hopdurulur.Fasiləli üsulda əvvəlcə vatkaya naxışa görə yapışqan lateksi hopdurulur.Materialın yumşaq olması üçün yalnız vatka lifinin yarısına qədəri yapışqanlanır.Dekorativ və paltarlıq materiallar isə boyanmış,naxışlanmış qaydada istehsal olunur.



Termoplast üsulu ilə-Termoplasttik üsulla yalnız aşağı temperaturda əriyən xlorin,asetat və s.liflərdən toxunmayan materiallar hazırlanır.Bu liflər yüksək temperaturda yumşalır azacıq əriyərək bir-birinə yapışır.Bu materiallardan yüngül paltarlar,üst paltarlığı tikilir.

Termoplastik materiallardan həm tikiş,həm də yapışdırma üsulunda paltarın hissələrini bir-birinə bənd edilir.


İSTİ SAXLAYAN MATERİALLAR,TƏBİİ XƏZLƏR

Ən qədim zamanlardan insanlar geyim üçün heyvn dərilərindən istifadə etmişlər.Hal-hazırda əhalinin yüksək istilik saxlama xassələri olan yüngül,gözəl,möhkəm təbii xəzlərdən istehsal edilən məmulatlara böyük ehtiyac vardı.Xüsusi xəzlərə bunlardan bir neçəsini xarakterik xüsusiyətini göstərək:tülkü xəzləri-xəz yarım fabrikatları arasında cinslərinin müxtəlifliyinə görə seçilir və aşağıdaki cinsləri var:adi,ağ döş,qara-gümüşü,qara-qonur,ağüzlü,ağ.Adi tülkü dərisinin tükü uzun olur.hər cinsin öz rəngi var.Kamçatka tülkülərin in rəngi açıq kürən,qafqaz tülkülərinin rəngi açıq boz,açıq sarı,üzü tüklü,dərilərinin tükü gümüşü-qara,gümüşü-qonur olur.Ağ döş tülkünün dərisi tünd-qonur,açıq-qonur olur.Qara-qonur tülkü dəriləri beli uzunu gümüşü rəngdə tüklər olur,bu dərilər az tapılan vəhşi tülkülərdən alınır.Adi tülkülərin dəriləri tamam ağ rəngdə olur,ancaq tülkünün üzündə,yançağında,belinin axırında qara xalları olur.



Dələ dərisi-təbii və boyanmış olur.Dələnin rəngi quyruğunun rəngi ilə adlanır.məs:tutqun tünd,qonur quyruqlu,boz,qırmızı və s.Şərqi sibir dələlərinin rəngi tutqun olur.Qərb rayonlarına getdikcə tükləri codlaşır,açıq və ya tünd olur.Bu dəridən papaq,jaketlər hazırlanır.Su samuru dələsi çox qiymətlidir,bu heyvanın qısa ipək kimi xəzi vardır,rəngi açıq və tünd qəhvəyidir.Bunlardan təbii rəngdə olan qadın paltoları və boyunluqları hazırlanır.

Sibir siçovul dərisi-alov rəngində olur və qəhvəyi rəngdə boyanır.Dərinin sıx,yumşaq tükü olur.Bu dəridən palto,jaket,hazırlanır.Ev dovşanın dərisi-sıx və sərt tükü vardır,dərisi qayçılanmışuzun tüklü və yonulmuş halda emal edilir.Bundan palto,papaq,tikilir.

Qırxılmış siqar cinsli qoyun dərisi-müxtəlif qara,qəhvəyi,göy,pələng dərisi kimi boyanır.

Quzu dərisi-müxtəlif cinsli qoyunların quzularından alınan buxara dərisinə deyilir.Bu dəri çox qiymətlidir,qoyunların cinsinə və quzuların yaşına görə buxara dərisi bir neçə növə ayrılır:

Qara külçə-buxara cinsli qoyunların doğulmamış quzuların dərisindən alınır.Dərinin tükləri qısadır,sıxdır,dəriyə yapışmış kimi göy məxmərə oxşayır.Qara külçə dərisi qara,qəhvəyi,ağ rəngdə olur.Qara külçədən qadın paltoluqları,papaqlarında istifadə edilir.

Qara gül-2-4 günlük quzuların dərisindən alınır.Dərinin tükləri sıx,ipək kimi,yumşaq,parlaq,çox zərif və qıvrım olur.Bundan qadın jaketləri,qolçaqlarında istifadə edilir.

XƏZ-DƏRİ YARIMFABRİKATLARININ ÇEŞİDLƏRİ

Xəz-dəri yarımfabrikatlarının çeşidləri xam dərilərdən çoxdur,çünki bunlar təbii xəzlərdən başqa müxtəlif rənglərdə boyanmış,qayçılanmış,və ya yolunmuş şəkildə də istehsal edilir.Son vaxtlar xəz-dəri yarımfabrikatlarının çeşidləri daha da çoxalmışdır.Xəz- dəri yarımfabrikatları istiliksaxlama qabiliyətinə,geyimdə davamlılığına,onlara verilən forma və ölçülərin saxlanılması və s. daxildir.

Xəz tüklərinin keyfiyyətini onların möhkəmliyi,sıxlığı,rəngi,parlaqlığı,yumşaqlığı ilə müəyyən edilir.Bunlardan başqa heyvan dərisinin böyüklüyü ,möhkəmliyi,yüngüllüyü də nəzərə alınmalıdır.

Dərinin uzun müddət geyilmə qabiliyyəti onun xarici mühitin təsirindən dəyişilməz qalması ilə müəyyən edilir.Dəri gec keçələnən və ya heç keçələnməyən xəzlər möhkəm və yumşaq olur.Belə xəz-dərinin istismar müddətidə çoxdur.



Dərinin istilik saxlaması-tükün sıxlığından,uzunluğundan,dəri hissəsinin qalınlığından asılıdır.Şimal rayonlarında heyvanların xəzi istini yaxşı saxlayır.
XOVLU PARÇALARIN ÇEŞİDLƏRİ

Üzləri yumşaq lif ilə örtülü parçalara xovlu parçalar deyilir.Bu parçalar sürtünməyə davamlı olduqları üçün uzun müddət geyilə bilir.Bu qrupa bobrik,bayka və plyuş parçalar daxildir.



Qış paltoluq parçaları.Yerin iqliminə görə qış paltoluq parçaları bir çox çeşidlərdə istehsal edilir.Draplardan başlamış,qış paltoluqları olan flanel,bukle,mahud və s.qış paltoluq parçaları kimi istifadə edilir.

Qış patoluq parçaların çeşidləri aşağıdakılardır.



  1. kişi paltoluğu üçün-xalis yun zərif mahud parçalar-velyur,ratin,baltika və s.kimi draplar.

  2. qadın paltoluğu üçün-xalis yun zərif mahud parçalar-ratin,staliçni parçaları,yumşaq qadın drapı,krasnı oktyabr,dayva və s.Bunlardan başqa boston və qabardinlərdən də qadın paltoluğu üçün istifadə edilir.

  3. uşaq paltoluğu üçün –Uşaq paltoluğu üçün xalis yun,yarımyun,zərif mahud və cod mahud parçalardan istifade edilir.Adətən uşaq paltoluğu üçün olan parçalar sarja,satin üsulunda toxunur.Bu parçalar yumşaq və xovlu olur.Yalnız başqa liflər qarışdırılmaqla parça möhkəmlənir və xarici görünüşü yaraşıqlı olur.


XƏZ-DƏRİ YARIMFABRİKATLARININ ÇEŞİDLƏRİ

Xəz-dəri yarımfabrikatlarının çeşidləri xam dərilərdən çoxdur,çünki bunlar təbii xəzlərdən başqa müxtəlif rənglərdə boyanmış,qayçılanmış,və ya yolunmuş şəkildə də istehsal edilir.Son vaxtlar xəz-dəri yarımfabrikatlarının çeşidləri daha da çoxalmışdır.Xəz- dəri yarımfabrikatları istiliksaxlama qabiliyətinə,geyimdə davamlılığına,onlara verilən forma və ölçülərin saxlanılması və s. daxildir.

Xəz tüklərinin keyfiyyətini onların möhkəmliyi,sıxlığı,rəngi,parlaqlığı,yumşaqlığı ilə müəyyən edilir.Bunlardan başqa heyvan dərisinin böyüklüyü ,möhkəmliyi,yüngüllüyü də nəzərə alınmalıdır.

Dərinin uzun müddət geyilmə qabiliyyəti onun xarici mühitin təsirindən dəyişilməz qalması ilə müəyyən edilir.Dəri gec keçələnən və ya heç keçələnməyən xəzlər möhkəm və yumşaq olur.Belə xəz-dərinin istismar müddətidə çoxdur.



Dərinin istilik saxlaması-tükün sıxlığından,uzunluğundan,dəri hissəsinin qalınlığından asılıdır.Şimal rayonlarında heyvanların xəzi istini yaxşı saxlayır.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə