Azərbaycanda Uşaqların Müdafiəsi Sistemi: Vəziyyətin Təhlili




Yüklə 0.74 Mb.
səhifə1/11
tarix09.03.2016
ölçüsü0.74 Mb.
  1   2   3   4   5   6   7   8   9   10   11



Azərbaycanda Uşaqların Müdafiəsi Sistemi:

Vəziyyətin Təhlili

Uşaq Hüquqları Perspektivi baxımından Mövcud Ehtiyyatlar, Məlumat Mexanizmləri, Boşluqlar və Risklər

Kristina Resella

Uşaqların müdafiəsi üzrə Konsultant

Mart-aprel 2005 missiyası



Mündəricat


Giriş. Təfsiri məlumat 3

Mövcud vəziyyətin şərhi 3

Bir qayda olaraq, hesabatın bütün məzmununda bizimlə olacaq bir fikri demək olar ki, yadda saxlanılmalıdır ki, çox tez-tez qanunlarda və konvensiyalarda qəbul edilən yaxşı prinsiplər yaxşı praktikalarla yerinə yetirilmir; və müstəqil monitorinq və məlumat xidməti mexanizmlərinin demək olar ki, təmamilə olmaması vətəndaşların imkanına-və xüsusilə uşaqların-öz hüquqlarına hörmət edildiyini görmək imkanına ciddi surətdə maneə yaradır. 4

Məqsədlər və Məzmun 4

Təftiş Metodologiyası 5

1. Azərbaycanda Uşaqların Müdafiəsi üzrə İnstitusional Sistem 7

1.1. Uşaq Müdasiəsi ilə Dövlətin Səlahiyyətləri: İcraçı, Qanunverici və Hüquqi 7

1.2. Uşaqların Müdafiəsi üzrə İnstitusional Sistem 8

Daxili İşlər Nazirliyinə tapşırılmışdır ki, ictimai asayiş və təhlükəsizliyi təmin etsin. Ölkə ərazində təşkil olunmuş polis stansiyaları polis qurumları və patrol xidmətlərini koordinasiya edir. Onlar tez-tez uşaqlarla ünsiyyətdə olurlar: həm qanunla ziddiyyət təşkil edən yetkinlik yaşına çatmayanlar və uşaq alveri və ya zorakılığının qurbanları ilə. Tez-tez polislər uşaqların qayğı göstərən institutlara köçürülməsinə cəlb olunurlar. 10

Polis stansiyaları müvəqqəti saxlama kameraları ilə (rus ixtisarında KPZ kimi işlənir) təmin olunurlar. Şübhəli hüquqpozucuları-yetkinlik yaşına çatmayanlar daxil olmaqla- təhqiqatların birinci mərəhələsində belə qurumlar tərəfindən saxlanılırlar. 10

Hər bir rayon iki Polis Müfəttişi xidmətlərindən faydalınırlar, əsasən onlar uşaqların törətdiyi cinayətlərin təhqiqatına cəlb olunurlar. Onlar “müdafiə” profilindən daha çox “günahlandırıcı” yanaşma üsulu ilə işləyirlər; eyni sözlər qaba davranışları və ya uyğunlaşa bilməyən uşaqlarla işləyən bütün işçilər barəsində demək olar. 10

Uşaq Müfəttişləri Milli Təhlükəsizlik Nazirliyinin Departamenti nəzdində olan Cavanların Qorunması və Profilaktik Tədbirlər Qurumuna hesabat verirlər (1 məsul, 5 tam-ştatlı əməkdaş, hamısı polisə mənsub olmaqla); onun mandatı polisin uşaqlarla işləməsinə nəzarət etmək və qanunu pozmaqda günahıandırılan yetkinlik yaşına çatmayanlar və il ərzində hökm oxunmuşlar barəsində məlumat toplamaqdır(cinayətin tipinə görə ixtisaslı şöbələr vasitəsilə). Bu qurum həmçinin patrol qurumları vasitəsilə küçələrədə rast gəlinən uşaqların gətirildikləri və valideynləri/qəyyumları tapılana qədər, və ya digər həll yolu tapılana qədər saxlandıqları 2 köçürmə mərkəzlərinin (biri Bakıda və biri Gəncədə) fəaliyyətlərinə nəzarət edirlər. 10

Daxili İşlər Nazirliyi nəzdində Xüsusi İnsan Alverinə Qarşı Mübarizə Qurumu Daxili İşlər Naziri müavininin məsuliyyətində olmaqla bu yaxınlarda yaradılmışdır ki, bu nazir müavini Respublika Prezidentinin may 2004-cü il tarixli fərmanı ilə təsdiq olunmuş, İnsan Alveri ilə Mübarizə üzrə Fəaliyyət Planının Milli Koordinatoru kimi təyin olunmuşdur. 10

1.2.2. Ədliyyə Nazirliyinin nəzdində olan qurumlar və digər əlaqəli qurumlar 10

1.2.3. Səhiyyə Nazirliyinin nəzdində olan qurumlar 13

1.2.4. Təhsil Nazirliyinin nəzdində olan qurumlar 14

1.2.5. Əmək və Əhalinin Sosial Təminatı Nazirliyinin nəzdində olan qurumlar 15

1.2.6. İcra hakimiyyətlərinin nəzdində olan qurumlar 16

1.2.7 1.2.7. Yerli Qeyri-Hökumət Təşkilatları 18

2.1. İnstitutlarda olan uşaqlar və Valideyn qayğısından məhrum olmuş uşaqlar 19

2.2 Əlil və xroniki xəstəliyi olan uşaqlar 22



Təşkilatı Müdafiə Vasitələri. Boşluqlar və təhlükələr 23

UNİCEF Perspektivində üstünlüklər 25

Rəqəmlər və İstiqamətlər :Mövcud məlumatlar 25

Təşkilati Müdafiə Üsulları .Boşluqlar və Təhlükələr 26

UNİCEF Perspektivində üstünlüklər 27

2.4. Küçə uşaqları 28

2.5. Uşaq alverinin qurbanları 30

2.6. Qanunvericiliklə problemi olan uşaqlar 33

Rəqəmlər və İstiqamətlər : Mövcud məlumatlar 37

3. Nəticələr və Tövsiyələr 40

Görüşlər və əlaqəli səfərlər 45

Ədəbiyyat 47

Hesabat Uşaq Müdafiəsi üzrə Məsləhətçi, Kristina Roçella, tərəfindən hazırlanılıb.

Hesabatın məzmunu UNİCEF-ın siyasətini və mövqeini hökmən əks etmir.

Giriş. Təfsiri məlumat

Mövcud vəziyyətin şərhi


Ümumi əhalinin 35%-ni təmsil edən (8266000) 0-18 yaşlarında olan1 2907500 sayda uşaqla, Azərbaycan Sovet İttifaqının dağılması və 1991-ci ildə müstəqilliyin yaranması günündən bəri ağır keçid dövrünün çətinlikləri ilə hələ də üz-üzədir.

Dağlıq Qarabağ bölgəsinin işğalı ilə əlaqədr Ermənistanla silahlı münaqişə nəticəsində vəziyyət xüsusilə çətinləşmişdi ki, bu da Azərbaycanda 800 000 yaxın MK-lar və qaçqınların yaranmasına səbəb oldu və onlardan 1/3-ü (üçdə biri) uşaqlardırlar.

1996-cı ildən iqtisadi artım nəticəsində yaranan ÜDM-in adam başına düşən payında artımın olmasına baxmayaraq, əhalinin iqtisadi şəraitləri olduqca zəifdir: orta aylıq əmək haqqı 100$, və adam başına ərzaq səbəti 50$ məbləğində hesablanmış, əhalinin 1/3 (4 milyon nəfər) tam yoxsulluq həddindən aşağıda (aya /adama 27$) yaşamaları hesab olunur. Qeyd etməyə dəyər ki, səhiyyə və sosial xidmətləri və təhsil xidmətləri üzrə çalışan işçilərin orta aylıq əmək haqqı orta səviyyədən 81% və 37% aşağıdır2.

Fərdlərin iqitsadi potensiallarının keçid dövrü ilə əlaqədar itirilməsi-kütləvi miqrasiya, ailələlərin dağılması, sosial baxımdan pis uyğunlaşmış həyat tərzinin artmasına səbəb olmaqla-rifah sisteminin dağılması ilə nəticələnmədi, bu sistem hələ də Sovet modelinə uyğun olsa da fəaliyyət göstərir, lakin onu işlətmək üçün lazımi ehtiyyatlara malik deyildir. Bazar iqtisadiyyatına keçid və desentralizasiya prosesi icma-əsaslı, kollektiv deyil fərdi ehtiyaclar üzərinndə cəmlənən xidmlətlərə cavab verməmişdir.

İnsan hüquqlarına gəldikdə isə, Azərbaycan bir sıra beynəlxalq konvensiyalar və öhdəliklər ratifikasiya etmişdir, bura həm Uşaq Hüquqları Konvensiyası (1992-ci ildə qəbul edilmişdir), və Bütün Növdən olan İrqi Ayrı-Seçkiliyin Aradan Qaldırılması Konvensiyası daxil olmaqla (CERD), Qadıblara qarşı Bütün Növdən olan Ayrıseçkiliyin Aradan Qaldırılması Konvensiyası (CEDAW), İşkəncə və digər Qəddar, Qeyri-insani, Alçaldıcı Rəftar və Cəzaya qarşı Konvensiya (CAT)3 da daxildir. Beynəlxalq qaydaların xüsusi çəkisi Azərbaycan Konstitusiyasının 151-ci Maddəsində aydın müəyyən edilmişdir; “Azərbaycan Respublikası qanunvericilik sistemində normativ hüquqi aktlar və Azərbaycan Respublikasının tərəfdar çıxdığı, beynəlxalq müqavilələr arasında ziddiyyət yarandıqda beynəlxalq müqavilələrin müddəalarına üstünlük veriləcəkdir”.

Bundan əlavə, son il ərzində, ölkənin qanunvericiliyi əsaslı şəkildə yeniləşdirilmiş və təkmilləşdirilmişdir. Güclü impuls 2001-ci ilin yanvarında Azərbaycanın Avropa Şurasına qəbul edilməsindən irəli gəlir ki, bu zaman bir neçə Avropa konvensiyaları və milli qanunların ratifikasiyası təmin edilmişdir. Mətbuat tərəfindən son vaxtlar yazıldığı kimi, Avropa Şurası istiqamətində bütün normativ öhdəliklər bu yaxınlarda yerinə yetirilmişdir.

Uşaqlar mövzusu ətrafında isə, Uşaq Hüquqları Konvensiyasının ratifikasiya edilməsindən sonra ölkədə uşaq rifah sisteminin yaxşılaşdırılması məqsədini daşıyan əhəmiyyətli sayda qanunlar, Prezident fərmanları və Nazirlər Kabinetinin qətnamələr qəbul edilmişdir.

Eyni zamanda, dəyişiklik vasitəsilə xidmətin səviyyəsini qaldırmaq üçün ümumi və lazımı qanun-mühafizə tədbirləri təmin edilməmişdir. Çətin sosial-iqtisadi vəziyyətin olması uşaqların daha çox zorakılğa məruz qaldıqları riskin nümayiş olunduğu Azərbaycan səhnəsini müəyyən etməyi asanlaşdırır və onları qorumaq təşəbbüsləri qeyri-kafi və kəsaddır.


Bir qayda olaraq, hesabatın bütün məzmununda bizimlə olacaq bir fikri demək olar ki, yadda saxlanılmalıdır ki, çox tez-tez qanunlarda və konvensiyalarda qəbul edilən yaxşı prinsiplər yaxşı praktikalarla yerinə yetirilmir; və müstəqil monitorinq və məlumat xidməti mexanizmlərinin demək olar ki, təmamilə olmaması vətəndaşların imkanına-və xüsusilə uşaqların-öz hüquqlarına hörmət edildiyini görmək imkanına ciddi surətdə maneə yaradır.

Məqsədlər və Məzmun


Yuxarıda qeyd olunanları nəzərə almaqla, bu hesabatın məqsədi uşağın rifahı ilə əlaqədar institusional sistemin xəritəsini çəkmək və ölkədə uşaqların müdafiə ehtiyacları prioritetini müəyyən etməkdir.

Xüsusilə, hesabatın birinci hissəsi uşaqların müdafiəsi idarəçiliyi və əlaqədar strukturlar/xidmətlərin səviyyələrini sadalayır, və sistemin əhatəsini və qərar-vericilik və hesabat mexanizmlərini təsvir etməyə çalışır4.

Bunun təsviri II Əlavədə göstərilən əyani xəritələrdə (Dövlət Səlahiyyətləri və Uşaq Müdafiəsi üzrə İnstitusional Sistem) verilmişdir ki, bu da sistemin mürəkkəbliyi barəsində dərhal təsəvvür oyadır. Xəritələrdə, institusional(və qeyri-institusional) qurumlar arasında əlaqələr aşağıdakı qaydada təmsil olunur:


  • Tabeçilik cərgələri (qara);

  • Məsul cərgələr (qırmızı, həmişə tabeçilik cərgələrinə uyğun olur, lakin əks istiqamətdə). Faktiki olaraq, biz görə bilərik ki, ümumiyyətlə, nəzarətçilər qərarvermə prosesinin başında dayanır və hər bir tabeli orqan öz nəzarətçisinə hesabat verir. Eyni zamanda, hər bir kəsin seçilməsi və digər münasibətlər bu sənəd çərçivəsində aidiyyatlı olması baxımından qiymətləndirmə ilə müəyyən edilir; bundan əlavə, bəzi hallarda hesabat verən cərgə tabeli münasibətlərdə olmur);

  • Məlumat-xidmət cərkələri(açıq göy), vətəndaşlar və institutlar arasında əlaqələrin ardıcıllığını göstərir-uşaqların müdafiəsi ilə əlaqədar məsələlərə əsas diqqət verir. Bəzi hissələr xəritələrə əlaəv edilmiş cədvəllərdə daha ətraflı təsvir olunur;

  • Monitorinq cərkələri (sarı).

Hesabatın ikini hissəsi müdafiəyə ehtiyacı olan uşaqların xüsusi qruplarının vəziyyətini göstərir, və bunun üçün mümkün ikinci-mənbə məlumatını əks etdirir.

Azərbaycanda, xüsusən uşaqların az təminatlı qrupu milli və beynəlxalq təşkilatların diqqəti altındadır: MK və qaçqın uşaqlar-bu qrupa biz sığıncaq axtaranları da əlavə etmişik- bir neçə ildir ki, qeyri-sabit şəraitlərdə yaşayırlar, və silahlı münaqişənin travmatik nəticələrini daşıyırlar.

Təhlillər valideyn qayğısından məhrum olanlardan başlayır, birincilərə müdafiə mexanizmlərini fəallaşdırmaq üçün dövlət tərəfindən tədbirlərin görülməsi tələb olunur, çünki onlar öz ailələrini ya itirmiş və ya məcburən ayrılmışlar. Davamı olaraq, əlil və çətin davranışlara malik uşaqlara xüsusi diqqət yetirməyə dəyər, çünki onların sosial təcrid olunması riski çox yüksəkdir, hətta onlar ailələrdə yaşasalar belə. Bundan əlavə, ailələrin idarə olunmaq qabiliyyətləri azaldığı cəmiyyətlərdə, bir sıra uşaq yüksək templə icma həyatının mərkəzində toplaşırlar və bu səbəbdən ətrafa daima təhlükə yaradırlar. Biz xüsusilə küçə uşaqları, məktəbdən erkən çıxarılmış, bir neçə vəziyyətlərdə zorakılığın asan qurbanına çevrilmiş, cinsi və əmək istismarı ilə insan alverinə cəlb olunmuşlar barəsində fikirləşirik. Xüsusilə geniş yayılan və həyacan təbili vuran məsələlərə uşaqlara və uşaq əməyinə qarşı olan zorakılıqdır, hər ikisi yerli və xarici səviyyədə. Müdafiə baxımından xüsusi diqqət tələb edən digər uşaqlar qrupu qanunla ziddiyyət təşkil edənlər(ziddiyət təşkil etmək riskində olanlardırlar). Bütün bu uşaqların vəziyyətlərini təsvir edərkən, əsas diqqət təyinat prosedurlarının təsvir edilməsinə veriləcəkdir-yəni uşaqların rifah xidmətləri almaq üçün əlaqəni yaradan addımlar və xidmətlərin keyfiyyəti. Təhlillər imkan verir ki, uşağın müdafiə mühitində boşluqlar, açıq və gizli yardımlar və uşaq hüquqları baxımından prioritetlər müəyyən edilsin; bir neçə hallarda, təyinat sisteminin özü, az səmərəlilik və ya müdafiə mexanimzlərinin olmaması səbəbindən “fövqəladə yardımı” hal yaradır.

Bu hesabatın yekun sənədinin tam olması və ya mövcud vəziyyəti ətraflı təsvir etməsi gözlənilmir-bununla xüsusi aspektlər üzrə əlavə təhlillər və sənədlərə baxışların keçirilməsinə ehtiyac vardır. Bu daha çox Azərbaycanda uşaqların yaranmaqda olan müdafiə problemlərini əks etdirən birinci analitik layihədir, və məsələyə həm xidmət təchizatçıları və həm də yararlanan tərəflər qütbündən nəzər salır. Əsas səy göstərilmişdir ki, uşağın rifahının yaxşılaşdırılması üçün kollektiv görülən işlər barədə faydalı məlumatın yaranmasına töhfə verilsin.

Yekunda, demək olar ki, tövsiyyələ UNİCEF-in qısa və uzun-müddətli fəaliyyət planı üçün qısa təmin edilir-həmçinin mümkün resurslar və əsaslandırılmış mümkün çıxış yolları nəzərə alınmaqla layihə təkliflərində gələcəkdə işlənib-hazırlanacaqdır.

Bir neçə faktorlar-təsvir olunan sistemin mürəkkəbliyi, məlumat bazasının böyük olması, və missiyanın vaxt imkanı məhdudiyyəti kimi faktorlar- bu sənəddə “işin hələ aparılması ehtiyac” duyulmasını, və bəzi məlumatların mümkün qeyri-dəqiqliyini əks etdirməyə məcburdur.

Məsələlərin çoxu digər beynəlxalq təşkilatlar və milli QHT-lər tərəfindən hazırlanan hesabatlarda təmamilə təsvir edilmişdir və ətraflı təhlil və innovativ təklifləri təmin edilməsi baxımından onların səyləri etiraf olunmalı və diqqətəlayiq görülməlidir. Bu səbəbdən digər sənədlərə qayıtmaq tez-tez müşahidə olunur.


Təftiş Metodologiyası


İnformasiya əsasən dörd əsas mənbələrdən toplanmışdır:

* hüquq və məcəllələrdən sitat gətirilmişdir. Aydın başa düşülür ki, uşaqların müdafiəsi ilə bağlı qanunların və qaydaların kiçik hissəsi təhlil edilə bilərdi. Aidiyyəti hüquqi sisteim sistematik təsvirini vermək sənədin məqsədi olmamışdır (həmçinin artıq qeyd edilən faktı nəzərə almaqla, baxmayaraq ki, bir neçə uşaq hüquqlarının tanınması kağız üzərindədir, və praktikada belə hüquqların icrası hələ də əhəmiyyətli çətinliklərlə üzləşir). Hüquqi sənədlər hər yerdən toplanmış əhəmiyyətli fərziyyələrlə konsultasiya edilmiş, və xəritələrə institusional qurumların mümkün mandatları və hesabat mexanizmlərini qiymətləndirmək daxil edilməmişdir.

* xüsusi məsələlər barəsində BT-lar/QHT-lər tərəfindən hazırlanan milli statistika nəşrləri və hesabatları. Statistik baxımından, gözlənilə bilərdi ki, çoxlu həddlərin olması əhəmiyyətli nəticələrə çatmağa imkan verməmişdir: (i) etibarlı məlumat toplanılması mexanizminin olmaması (və məlumatların verilməsində xüsusilə bölmələr tərəfindən göstərilən aidiyyəti zəiflik); (ii) bir neçə hesabatlarda məlumat toplanması metodologiyalarının xüsusiyyətlərin olmaması xüsusi məsələlər üzrə yeganə məlumat mənbəyi olaraq qalır; və (iii) müxtəlif mənbələrdən gələn məlumatlar arasında tez-tez uyğunsuzluğun olması. Hesabat rəqəmlərin müqayisəsinə əsas diqqət verməyəcək, lakin məlumat toplanmasının daha da təkmilləşdirilməsinə olan ehtiyac və zərurətlə bağlı məqamlara toxunacaqdır. Konsultasiya edilən sənədlərin siyahısı Əlavə I-də hesabat formasında verilir.

* Həm institusional sistem və beynəlxalq qurumlar və QHT-lərin dairələri arasında ssas qurumlar görüşlər. Rəsmi təhlil və hesabatların olmadığı, uşağın rifah sisteminə cəlb olunmuş, aidiyyəti sahədə çalışan bir neçə şəxslərin təcrübəsi və fikirləri sənədin nəticələri üçün fundamental dərəcədə əhəmiyyətli olmuşlar. Eyni zamanda, belə əlaqələrin mövcud təbiəti, verilən məlumatda bəzi qeyri-dəqiqliklərə yol verilməsinə səbəb olmuşdur.

* Bəzi institutlara səfərlər, uşaqlarla fokus-qruplar (açıq-sual müsahibələri).

Uşaqlarla birbaşa əlaqə, və onların yaşayış şəraitlərinin qiymətləndirilməsi, -bir daha-yorucu səhnə verməkdənsə-bəzi aspektlərin dərindən keyfiyyətli təhlilinin hərtərəfli qiymətləndirilməsinə yer ayırlmışdır. Təəssüf ki, bəzi planlaşdırılmış səfərlər vaxt məhdudiyyətləri və bürokratik əngəllər səbəbindən təşkil edilə bilməmişdir.

Görüşlər və yerlərə səfərlər Əlavə I-də göstərilir5.


  1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə