Azərbaycanda Kredit İttifaqlarının Əməliyyatları üzrə Təlimat




Yüklə 26.81 Kb.
tarix24.04.2016
ölçüsü26.81 Kb.



Azərbaycanda Kredit İttifaqlarının

Əməliyyatları üzrə Təlimat -
Əsas Vəsaitlər və Qəlir Gətirməyən Aktivlər üzrə Siyasət və Prosedurlar Modeli

Bakı, Sentyabr 2008

Mündəricat

1.Əsas Vəsaiylət və Gəlir Gətirməyən Aktivlər Anlayışı 3

2.Siyasətin nəzərdən keçirilməsi 3

3.Cəmi Aktivlər Məzənnəsinə nisbətdə Maksimum Gəlir Gətirməyən Aktivlər 3

4. Ödənişə Yönəldilmiş Əmlak 3

5. Əsas Vəsaitlərin İnventarizasiyası 3

6. Əsas Vəsaitlərin Satın Alınması 3

7. Əsas Vəsaitlərin Amortizasiyası 4

8. Əsas Vəsaitlərə Vaxtaşırı Nəzarətin olunması 4




Əsas Vəsaitlər və Qəlir Gətirməyən Aktivlər üzrə Siyasət və Prosedurlar Modeli

Qeyd: Bu Kİ-rı tərəfindən öz siyasətlərini yazmaqda nümunə kimi istifadə oluna biləcək siyasət modelidir. Əgər bu siyasət Kİ-nın özünəməxsus xüsusiyyətlərini əks etdirmirsə, idarə heyyəti tərəfindən qəbul edilməli deyil.

  1. Əsas Vəsaiylət və Gəlir Gətirməyən Aktivlər Anlayışı


Gəlir gətirməyən aktivlərə nəğd pul, bankda saxlanılan faiz gətirməyən depozit hesablar və alınacaq hesablar, istifadə oluna bilməyən aktivlər və ya silinmiş aktivlər, ləğv edilən aktivlər, qabaqcadan ödənilmiş xərclər və digər hesablamalar kimi digər gəlir gətirməyən aktivlər daxildir. Əsas Vəsait hesabına bina, mebel və avadanlıq daxildir.
  1. Siyasətin nəzərdən keçirilməsi


Kredit İttifaqının (Kİ) İdarə Heyəti kapital siyasəti üzrə anlayışının formalaşması, nəzərdən keçirilməsi və tənzimlənməsi üçün məsuliyyən daşımalıdır. Ən azı ildə bir dəfə idarə heyəti bu siyasəti nəzərdən keçirəcək və zəruri olan zaman gündəlik əməliyyatları əks etdirməsi məqsədilə ona düzəlişlər edəcəkdir..
  1. Cəmi Aktivlər Məzənnəsinə nisbətdə Maksimum Gəlir Gətirməyən Aktivlər


Bu aktivlər gəlir gətirməyən kimi nəzərə alındığından, həmçinin xalis gəlirə və kapitala heç nə gətirmədiyindən, onlara sərmayə qoyuluşu minimumda saxlanılmaldır. Gəlir gətirməyən aktivlər Kİ-lara cəlb olunan xərcsiz vəsaitlərə oxşayır. Əsas və gəlir gətirməyən aktivlərə sərmayə qoyuluşu aşağıdakıların cəmini keçməməlidir:

  • Xərcsiz passivlər və kapital ehtiyat hesabları, və ya

  • Cəmi aktivlərin 5%-i, hansı böyükdürsə.

Rüblük əsasla Müşahidə Şurası Kİ-nin maksimum məzənnəni keçmədiyini yoxlamalıdır.

4. Ödənişə Yönəldilmiş Əmlak


Əgər Kİ hər hansı ödənişə yönəldilmiş əmlaka malikdirsə, o ləğv edilməli və ya əksinə, mümkün qədər tez müddətə yerləşdirilməlidir. Kİ əmlak biznesi və ya aktivlər idarəçiliyi ilə məşğul deyil. Bu ödəniş yönəldilən aktivlət gəlir gətirməyən aktivlər kimi nəzərə alınır.

5. Əsas Vəsaitlərin İnventarizasiyası


Kİ-nin aldığı bütün aktivlər Kİ kitablarında qeyd edilməli və avadanlığın müddəti üzrə amortizasiya olunmalıdır. Əgər aktivlər kitabda qeyd edilmişsə, avadanlıqların inventarizasiyası daha asan aparıla bilər, belə ki, əlavə qeydiyyat kitabçasında aylıq amortizasiya xərcləri qeyd edilir. Əsas Vəsaitlərin Qeydiyyatı da həmçinin aparılmalıdır (nümunələr Maliyyə İdarəçiliyi Prosedurları üzrə Təlimatlarında veriləcəkdir). Əgər aktivlər rəsmi olaraq kitablarda və inventarizasiya sistemində qeyd edilməyibsə, onlar asanlıqla Kİ avadanlıqlarından silinə bilər.

6. Əsas Vəsaitlərin Satın Alınması


Əsas vəsaitlər birbaşa satın alına və ya əsas vəsaitlərin dəyəri bölüşdürülməmiş xalis gəlirdən yığıla bilər və müvafiq hesab başlığı altında kapital hesabına köçürülə bilər. Tələb olunan məbləğ kapital hesabında yığılana qədər, xalis gəlir əldə olunan kimi vaxtaşırı köçürmələr davam edəcək. Yığılmalar üzrə aktivlər satın alınacaqdır.

Menecer idarə heyətinin təsdiqi olmadan dəyəri ____________manatdan aşağı olan malları və avadanlıqları satın almaq səlahiyyətinə malikdir. Bu satın almaları həyata keçirərkən, idarəetmə bu xərclər üçün illik büdcədə nəzərdə tutulmuş məbləğin keçməməsini təmin etməlidir. Bu məbləğdən artıq hər hansı satın alma idarə heyəti tərəfindən təsdiq edilməli və protokolda qeyd edilməlidir.


7. Əsas Vəsaitlərin Amortizasiyası


Bütün aktivlər Vergi Məcəlləsində (Maddə 114.3) müəyyən edilmiş limitlər çərçivəsində amortizasiya məzənnələrindən və əvvəlki maliyyə ilinin sonuna aktivlərin balans dəyərindən (xalis yığılmış amortizasiya) (Maddə 114.6) istifadə edilməklə istifadə müddəti üzrə amortizasiya olunmalıdır. Heç bir şərtlər altında xərcləri aşağı salmaq məqsədilə, aktivlərin istifadə müddəti uzadıla bilməz.

8. Əsas Vəsaitlərə Vaxtaşırı Nəzarətin olunması


İllik əsasla müşahidə şurası və ya onun təyin etdiyi şəxs bütün Kİ aktivlərinin müəyyən edilməsi məqsədilə onların yerləşməsi və işləmə vəziyyəti üzrə siyahıya almanı həyata keçirəcək. Bu inventarizasiya olunmuş hər hansı tövsiyyələr və ya araşdırmalar ilə birlikdə yazılı şəkildə yerinə yetirilməli və komisiyanın protokollarının bir hissəsi olmalıdır. Fiziki İnventarizasiya prosesinin izahı Maliyyə İdarəçiliyi Prosedurları üzrə Təlimatda verilmişdir.

Idarə Heyəti bu siaysəti ______________tarixdə nəzərdən keçirdi və yenidən təkmilləşdirdi



Əlavə 1

ƏSAS VƏ GƏLİR GƏTİRMƏYƏN AKTİVLƏR ÜZRƏ PROSEDURLAR

  1. Əgər aktivin satın alınması üçün məbləğ tələb olunursa, məbləğ bölüşdürülməmiş xalis gəlirdən yığılır. Qeyd aşağıdakı kimi aparılır:

Debet – Bölüşdürülməmiş Xalis Gəlir və ya Bölüşdürülməmiş Mənfəət

Kredit – Kapital Aktiv Ehtiyatı

Aktiv satın alınarkən:

Debet – Mebel, Alətlər və Avadanlıq

Kredit – Nəğd pul

Debet – Kapital Aktiv Ehtiyatı

Kredit –Bölüşdürülməmiş Mənfəət


  1. Əsas vəsaitlər satın alınarkən, əlavə qeydiyyat kitabçasında aşağıdakı informasiya qeyd edilməlidir: Malın təsviri, satınalınma tarixi, satış məbləği, aktivin istifadə müddəti, amortizasiya məbləği, və amortizasiya nə zaman aparılmalıdır (aylıq, rüblük və s.). Hər bir mala qeydiyyat nömrəsi verilməklə əlavə qeydiyyat kitabçasında qeyd edilməli və əsas vəsaitin üzərində yapışdırılmalıdır (malın üzərində aktivin nömrəsini göstərən yarlık).

  2. Əlavə qeydiyyat kitabşasına faktiki amortizasiya qeydləri də daxil edilməlidir: faktiki amortizasiya tarixi, xərclənmiş faktiki amortizasiya məbləği, və amortizasiya xərcləndikdən sonra qalıq balans. Əlavə qeydiyyat kitabçasındakı balans Baş Mühasibatlıq Kitabında əsas vəsaitlərin balansına bərabər olmalıdır.

  3. Satınalma fakturasının əslinin surəti mühasibatlıq qeydiyyatının aparılmasında yardımçı olacaq Uçota Alma Sənədinə əlavə edilməlidir, qeyd edilmiş informasiyaya əsas vəsaitlərin qeydiyyatı üzrə Uçota Alma Sənədinin tarixi və nömrəsi göstərilməlidir.

  4. Kİ bütün əsas vəsaitlərin amortizasiyası üçün bərabər şəkildə silinmə metodundan istifadə edəcək. Aktivlər öz istifadə müddətlərinə görə amortizasiya olunacaq. Bu qeydlər aylıq, rüblük, yarım illik və ya illik aparıla bilər. Adətən qeyd aşağıdakı kimi aparılır:

Debet – Amortizasiya Xərci

Kredit – Mebel, Alətlər və Avadanlıq üçün yığılmış amortizasiya



  1. Təmin edilmiş avadanlığın qəbul edilməsi üzrə qeyd aşağıdakı kimi aparılır:

Debet – Mebel, Alətlər və Avadanlıq

Kredit – Kİ Kapitalı - qrant avadanlıqlar üçün sub hesab

Amortizasiya qeydiyyatı aşağıdakı kimidir:

Debet – Amortizasiya Xərci

Kredit – Yığılmış Amortizasiya Xərci

Debet – Amortizasiya Xərci



Kredit – Mebel, Alətlər və Avadanlıq üçün yığılmış amortizasiya

  1. Aylıq əsasla əlavə qeydiyyat kitabçasındakı bütün əsas vəsaitlərin cəmi Baş Mühasibatlıq Kitabında əsas vəsaitlərin cəmi (Mebel, Alətlər və Avadanlıq çıxılsın Mebel, Alətlər və Avadanlıq üçün yığılmış amortizasiya) ilə fərqin olmamasına əmin olmaq məqsədilə müqayisə olunmalıdır.

  2. İnventarizasiya yoxlaması məqsədilə amortizasiya müddəti bitmiş bütün mallar şərti olaraq 1 manat dəyərində müvafiq balans hesabında qeyd edilməlidir. Əgər mallar amortizasiya müddəti bitmişsə və onlar hələ də istifadə olunursa, əsas vəsaitlər üzrə baş kitabda saxlanılmalıdır.




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə