Azərbaycanda avtomobil nəqliyyatının tarixi XX əsrin əvvəllərinə təsadüf edir. 1911-ci ildə Azərbaycanda cəmi 36 ədəd avtomobil olmuş və bu zaman bərk örtüklü yolların uzunluğu isə cəmi 210 km idi




Yüklə 11.25 Kb.
tarix07.04.2016
ölçüsü11.25 Kb.
Azərbaycanda avtomobil nəqliyyatının tarixi XX əsrin əvvəllərinə təsadüf edir. 1911-ci ildə Azərbaycanda cəmi 36 ədəd avtomobil olmuş və bu zaman bərk örtüklü yolların uzunluğu isə cəmi 210 km idi.

1920-1930-cu illərdə neft sənayesinin inkişafı ilə əlaqədar olaraq texnoloji və xüsusi məqsədlər üçün ixtisaslaşdırılmış avtomobil parkı yaradılmışdır. Getdikcə avtomobillərin ölkədə çoxalması, avtomobil parkının artması şosse yollarının da uzunluğunun artmasına səbəb oldu.

Həmin dövrdə şosse yollarının uzunluğu 6500 km təşkil etmişdir ki, onun da 2300 km-i beynəlxalq və respublika əhəmiyyətli yolların payına düşür.

Azərbaycan müstəqillik əldə etdikdən sonra sürətlə inkişafda olan respublikanın sənaye, kənd təsərrüfatı, müdafiə və digər sahələrdə nəqliyyata tələbatının təmin olunması məqsədi ilə çevik avtomobil təsərrüfatının yaradılması vacib tədbirlərdən biri idi.

1992-ci ilin fevral ayında “Azəravtonəqliyyat” Dövlət Konserni yaradılmışdır. Avtomobil nəqliyyatı vasitələri parkının tərkibi 16000 ədəd yük, 7600 ədəd minik avtomobillərindən və 5800 ədəd avtobusdan ibarət olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli Fərmanı ilə “Azəravtonəqliyyat” Dövlət Konserni və “Azəravtoyol” Dövlət Şirkəti ləğv edilmiş və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2003-cü il 24 iyun tarixli 04 nömrəli əmri ilə Nazirliyin tərkibində müvafiq olaraq “Avtonəqliyyatservis” və“Yolnəqliyyatservis” Departamentləri yaradılmışdır. Bu dövrdən başlayaraq respublikada bərk örtüklü yolların uzunluğu və keyfiyyət dərəcəsi xeyli artırılmışdır.

Hər il avtomobil nəqliyyatı vasitəsilə mln nəfər sərnişin və mln yük daşınır. Beynəlxalq əhəmiyyətli Bakı-Dərbənd, Bakı-Qazax-Tibilisi, Bakı-Astara avtomobil şosseləri ilə Azərbaycanın həmsərhədd olduğu ölkələrlə yanaşı, eyni zamanda yaxın və Orta Şərq, MDB ölkələrindən gələn yük axınlarının həcmi ilbəil artır. Bu sahədə Bakı-Qazax-Tiblisi beynəlxalq avtomagistralının əhəmiyyəti daha böyükdür. Bu xətt TRANS Qafqaz nəqliyyat dəhlizi kimi də respublikada yük və sərnişin axınının inkişafında əhəmiyyətli yer tutur.

Azərbaycanda avtomobil nəqliyyatının ən sıx inkişaf etdiyi ərazi Bakı şəhəridir. Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalı (BBŞA) dövlət əhəmiyyətli obyekt kimi,Azərbaycan Respublikasının şəhər və rayon əhalisinə sərnişindaşima xidməti göstərir, sərnişin daşimaları sahəsində avtobus marşrutları şəbəkəsinin tənzimlənməsi və s. tədbirləri həyata keçirir.

Bakı şəhəri marşrutlarında gün ərzində 4000-ə yaxın müxtəlif avtobuslarla sərnişinlərə xidmət göstərilir. Bakı şəhər Beynəlxalq və Şəhərlərarası Avtovağzalından respublikanın rayonlarına müxtəlif marşrutlar üzrə gün ərzində 500-550 avtobus yola düşür ki, bu da 350 minə qədər sərnişin daşınması deməkdir.

Hal-hazırda “Yolnəqliyyatservis” Departamentinin əsas fəaliyyət istiqamətlərinə ərazilərdə xidmət edilən avtomobil yollarında təmir və saxlanma işlərini yerinə yetirmək, avtomobil yollarının qorunma zolağında yaşıllıqların salınması və onlara xidmət etmək, dəmir yolunu və dəmir yolu qurğularının təmiri, yenidənqurulması, layihələndirilməsi və tikintisi işlərini aparmaq, inşaat materialları və konstruksiyaları istehsal edir, həmçinin bu materialların alqı-satqısı ilə məşğul olmaq, dəmir yolları, vağzallar, depo, körpü və dayanacaqların, müxtəlif növ avtomobil yolları təsərrüfatı obyektlərinin, terminalların, sosial-məişət obyektlərinin tikintisi, yenidənqurulması və təmiri işlərini yerinə yetirmək, yol-nəqliyyat kompleksi üzrə proqnozlar hazırlamaq və avtomobil yollarında aparılan təmir işlərinin keyfiyyətinə nəzarət etmək və s. daxldir.



2006-2015 –ci illər ərzində 3578 km Respublika əhəmiyyətli, 5928 km yerli əhəmiyyətli avtomobil yollarını yenidən qurulması və əsaslı təmiri nəzərdə tutulmuşdur. 2006-2007 –ci illərdə Bakı şəhərində nəqliyyat tıxaclarının aradan qaldırılması və əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsinin yüksəldilməsi məqsədi ilə şəhərin müxtəlif yol qovşaqlarında yol ötürücülərinin (körpülərin) və 13 piyada keçidlərinin tikintisi nəzərdə tutulmuş və bu işlər uğurla həyata keçirilir.

Ölkənin bütün rayonlarında və bölgələrində respublika əhəmiyyətli yollarla yanaşı, yerli kənd yollarının asfalt örtüklərlə əvəz olunması qarşıda duran əsas problemlərdən biridir. 2004-2008 və 2009-2013-cü illərdə qəbul edilmiş dövlət proqramlarında bu məsələlər qismən yerinə yetirilsə də yeni qəbul ediləcək proqramda bütün iri kənd yaşayış məntəqələrində asfalt-beton örtüklü avtomobil yollarının salınması, yük və sərnişin axınının güclənməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməlidir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə