Azərbaycanda aviasiyanın inkişafı tarixi




Yüklə 13.17 Kb.
tarix20.04.2016
ölçüsü13.17 Kb.
Azərbaycanda aviasiyanın inkişafı tarixi

Azərbaycanda hava nəqliyyat sektorunun inkişaf tarixi və onun respublikadaxili əlaqələrdə roluRespublikanın əlverişli coğrafi məkanda yerləşməsi başqa nəqliyyat sahələri kimi, hava nəqliyyatının inkişafına təsir göstərmişdir. Azərbaycan ərazisində ilk təyyarə 1918 – ci ildə uçuş etməklə hərbi xarakter daşımışdır. Respublika “Zaqafqaziya” aksionerinin yaranmasından sonra hava nəqliyyatının inkişaf dövrü başlanmış və birinci dəfə poçt və sərnişin daşınması Bakı – Tiblisi arasında 8 yanvar 1924 – cü ildə həyata keçirilmişdir. 1931 – ci ildə Bakıda ilk yeni hava limanının tikintisinə başlandı və 1933 – cü ildə Yevlaxda 2 – ci hərbi xarakter daşıyan hava limanının tikintisi başa çatdırıldı. 1937 – ci ildə müstəqil olaraq Bakı – Moskva hava xətti istifadəyə verildi. Hər gün Bakı – Moskva hava xətti ilə 15 sərnişin və poçt hər iki istiqamətdə daşınılırdı.

İkinci dünya müharibəsinə qədər respublikada sərnişin və poçt daşınmaqla yanaşı, tibbi yardım, k/t – da ziyanvericilərə qarşı hava nəqliyyatından geniş istifadə olunurdu.

Son illərdə respublika miqyasında hava nəqliyyatı ilə sərnişin və xalq təssərrüfatı yüklərinin daşınmasında TU – 154, TU – 134 B, K – 10, Boinq təyyarələrindən istifadə olunur. Hava nəqliyyatı ilə sərnişin və xalq təsərrüfatı yüklərinin daşınmasında bir sıra çətinliklər olmasına baxmayaraq son 15 – 20 il ərzində sərnişin daşınması 3 dəfə, yük daşınması isə 5 dəfədən çox artmışdır. Son ilin məlumatına görə hava nəqliyyatı ilə daşınan cəmi sərnişinlərin 9,2% - i respublikanın daxili rayonlar arasında, 90,8% - i isə respublikadan kənara daşınmışdır. Kənar ölkələrə hava nəqliyyatı ilə daşınılan sərnişinlərin hesablamalara görə 52% - i respublikadan göndərilən sərnişinlər, 48% - i isə respublikaya gələn sərnişinlər təşkil edir.

Respublikaya kənar ölkələrdən tez xarab olan malların daşınması məqsədə uyğun hesab olunur. Bir tərəfdən xarab olan məhsulların itkisini azaltmağa, əlavə yük vurma – yük boşaltma xərclərini, həmçinin digər nəqliyyat növlərinə nisbətən boş dayanma hallarının qarşısını almış olar. Həmçinin vaxta qənaət etməklə vaxt itkisinin qarşısı alınar. Beləki Bakı şəhərindən Rusiyanın ən ucqar şəhəri olan Xabarovskiyə bir başa sürətlə gedən qatarla 151 saata gedilirsə, təyyarə ilə həmin məsafəni 15 saata, Alma – Ata şəhərinə 70 – 7 saata, Daşkəndə 59 – 7 saata çatmaqla vaxta uyğun olaraq 141 və 54 saat qənaət etmiş olarıq.

Beləliklə Azərbaycan şəraitində hava nəqliyyatı ilə sərnişin və xalq təsərrüfatı yüklərinin daşınması 3 istiqamətdə inkişaf etmişdir.


  1. Respublikanın daxili iqdisadi rayonları ilə;

  2. MDB üzvü olan respublikaların şəhər və rayonları ilə;

  3. Beynəlxalq və yaxud xarici ölkələrlə olan əlaqələri

1) Respublikadaxili əlaqələr – daxili hava yollarının ümumi uzunluğu 3500 km olub, bütün hava 4,8% - i təşkil edir. O, cümlədən Bakı – Naxçıvan (330km), Bakı – Ağdam – Fizuli (330 km), Bakı – Yevlax (250 km), Bakı – Lənkəran (330 km), Bakı – Zaqatala (360 km), Bakı – Naftalan (250 km), Bakı – Xocalı (350 km), Bakı – Şəki (320 km), Naxçıvan – Gəncə, Bakı – Gəncə və s. ibraətdir. Respublika daxili rayonlararası sərnişin daşınmada əsasən AN – 26, YAK – 40, TU – 154 təyarələrindən istifadə olunur.

2000 – ci ildə respublikadaxili daşınan sərnişinlər ümumi daşınan sərnişinlərin 31% - ni təşkil etmişdir. Respublikadaxili daşınan sərnişinlərin 29% - i Bakı – Yevlax, 23,.6% - i Bakı – Gəncə, 7,5% - i Bakı – Naxçıvan marşurutların payına düşmüşdür.



Azərbaycanın MDB respublikaları ilə aviasiya sərnişin və yük daşımaların təşkili Azərbaycanın son illər MDB respublikaları ilə iqtisadi əlaqələri aktivləşməklə yanaşı, hava nəqliyyatı ilə yük və sərnişin daşınması tempi yüksəlmiş və hava nəqliyyatı əlaqələrinin coğrafi yanaşı genişlənmişdir.

XX əsrin son 10 ilində Azərbaycan MDB – nin 70 – dən çox şəhər və rayonları ilə hava nəqliyyatı ilə əlaqə yaratmışdır və daşınan ümumi sərnişinlərin 46%, o cümlədən respublikadan göndərilən sərnişinlər 59%, gələnlər isə 41% təşkil edir.

Yüksək sərnişin gərginliyi Bakı – Moskva, Bakı – Yekaterinburq, Bakı – Sankt Peterburq, Bakı – Krasnodar və digər şəhərlərarası sərnişin daşınmalarında müşahidə olunmuşdur. MDB respublikalarına daşınan sərnişinlərin 44% - i Bakı – Moskva marşurutunun payına düşür.

Azərbaycan Beynəlxalq ölkələrlə hava yolları əlaqələri, bu ölkələrlə sərnişin və yük daşınmaların təşkiliAzərbaycan müstəqillik qazandıqdan sonra əldə olunmuş müstəqillik bir sıra iqtisadi amillərlə yanaşı dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri ilə beynəlxalq münasibətlərin formalaşmasına zəmin yaratmışdır. Əvvələr hava nəqliyyatı əlaqələri SSRi tərəfindən idarə olunduğundan Azərbaycan müstəqil hava yollarına malik deyildi. 1990 – cı ildən sonra müstəqil hava yollarına nail olmaqla bir sıra xarici ölkələrlə sərbəst şəkildə dünya bazarına çıxmaq imkanı qanzandı. İndiki şəraitdə Azərbaycanın Avropa, Asiya, Amerika, Avstraliya ölkələri ilə hava nəqliyyatı vasitəsilə əlaqələri yaradılmışdır. 1999 – cu ildə respublikanın hava nəqliyyatı ilə sərnişin daşımanın 52% - i xarici ölkələrin payına düşmüşdür. Ən gərgin sərnişin daşınan marşurutlar Bakı – İstanbul, Bakı – Tehran (25%), Bakı – Ankara (30%), Bakı – Kiş (4%), Bakı – Teləviv (7%), Bakı – Dehli (3%), Bakı – Karau (7%), Bakı – Dubay və s. marşurutlarda müşahidə edilmişdir.

Eyni zamanda şərq ölkələri ilə əlaqələrin formalaşmasında Bakı – Dəməşq, Bakı – Məşhəd, Bakı – Oman, Bakı – Qahirə, həmçinin Avropanın əksər ölkələrinin mərkəzləri ilə hava marşurutları fəaliyyət göstərir.





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə