Azərbaycan Universiteti Kafedra: İctimai Elmlər Kafedrası




Yüklə 31.25 Kb.
tarix22.04.2016
ölçüsü31.25 Kb.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi

Azərbaycan Universiteti

Kafedra: İctimai Elmlər Kafedrası

Fənn: Qədim Dünya Tarixi

Mövzu: Roma İmperiyasının

Süqutu

Fakultə: Humanitar

İxtisas: Tarix müəllimliyi

esse

Müəllim: Rəşad Abaslı

Tələbə: Vəlirzayev Məhəmməd

B A K I - 2012

Plan


  1. Quldarlığın tənəzzülü

  2. Barbar tayfalarının hücumları

  3. Roma imperiyasının süqutu

Nəticə

İstifadə olunmuş ədəbiyyat



Quldarlığın tənəzzülü

II əsrin sonu və III əsrdə Romada quldarlıq təsərrüfatı tənəzzülə başlayır. Qul əməyi ucuz başa gəlirdi, lakin qullar çox pis işləyirdilər, çünki əməklərinin nəticəsinə heç bir maraqları yox idi. Köləlik texnikanın inkişfına mane olurdu. Sənət emalatxanalarında və mədənlərində qullara yalnız sadə, kobud əmək alətləri verirdilər, çünki bu alətləri sındırmaq çətin idi.

Əkinçilikdə, heyvandarlıqda və sənətkarlıqda əsas əməyin qullara həvalə edilməsi təsərrüfatı tənəzzülə doğru aparırdı. Ən çox qul İtaliyada idi. Odur ki, burada təsərrüffat daha çox tənəzzül etmişdi.

Qul əməyi quldarlar üçün əlverişsiz olmağa başlamışdı. Buna görə də II əsrdə bir çox malikanə sahibləri öz malikanələrini xırda – xırda torpaq sahələrinə bölür, bunları azad yoxsullara icarəyə verirdilər. Romada xırda torpaq icarədarlarına “kolonlar” deyilirdi. İcarədar məhsulun bir hissəsini torpaq sahibinə verdikdən sonra, qalan hissəsini özündə saxladığına görə, daha yaxşı işləyərək, daha çox məhsul toplamağa çalışırdı. O quldan yaxşı işləyir, mal – qaranı və əmək əlatlərini qoruyurdu.

Bəzən quldarlar qullara torpaq sahəsi, əmək alətləri və toxum verir, onların təsərrüfat yaratmaları və ailə qurmalarına imkan verirdilər. Şəhərlərdə quldarlar öz qularına icazə verirdilər ki, xırda emalatxanalar düzəltsinlər və kiçik dükanlar açsınlar.Qullar öz qazanclarının bir hissəsini quldarlara verirdilər. Öz təsərrüfatı, ailəsi olan qullara “daxmalı qullar” deyilirdi.

Qulların bir hissəsi öz vəziyyətləini bir qədər yaxşılaşdırmağa müvəffəq olsalar da, onların vəziyyəti yenə də ağır idi və buna görə də quldarlara qarşı mübarizəni davam etdirirdilər. Kolonlar da bu mübarizədə iştirak edirdi. İmperiyanın müxtəlif yerlərində baş verən üsyanlar III əsrin ortalarında daha da gücləndilər. Bütün Qalliyanı üsyan bürümüşdü, üsyançılar özlərini “baqaudlar”, yəni mübarizlər adlandırırdılar. Baqaudlar quldarların malikənələrinə od vurub yandırır, ələ keçirdikləri əmlakı öz aralarına bölüşdürürdülər.

III əsrdə imperator taxtı uğrunda tez – tez baş verən çarpışmalar mərkəzi hakimiyyətin zəifləməsinə səbəb olmuşdu. III əsrin ortalarında Qalliya, İspaniya, Misir, Asiyada və Aşağı Dunaydakı əyalətlərin demək olar ki, hamısı Romadan ayrıldı. Yalnız 284 – cü ildə taxta çıxmış və 21 il dövləti idarə etmiş Diokletian imperator hakimiyyətini möhkəmləndirən bir sıra tədbirlər gördü: imperiyada hələ mühafizə edilmiş respublika vəzifələrini ləğv etdi. O, dövləti özünün təyin etdiyi məmurlar vasitəsi ilə idarə edirdi. Diokletian qeyri – məhdud hakimiyyətə malik idi. İmperatorun sözü qanun idi. O, özünü Yupiterin oğlu elan etmişdi. Məbədlərdə heykəlləri qoyulmuşdu. Diokletian ordunu artırmaq və qiyamçılarla mübarizədə etibarlı dayaq əldə etmək üçün, bütöv barbar tayfalarını muzdla qulluğa götürürdü.

Diokletianın çox böyük qoşunu Qalliyada baqaudları məğlub edib, üsyançıların bir hissəsini öldürdü, qalanlarını qul etdi. Roma qoşunları Şimali Afrika quldarlarının köməyi ilə burada üsyanı yatıra bildilər. İmperiyanın sərhədlərində barbarlardan müdafiə olunmaq üçün möhkəm qalalar tikilərək, aralarında xəndək qazılmışdı.



Barbar tayfalarının hücumları

İmperiyanın özündəki üsyanlarla yanaşı, onun sərhədlərində də şiddətli mübarizə gedirdi. Barbar tayfalarının Romaya hücumu artırdı. (Romalılar yadelliləri barbarlar adlandırırdılar). III əsrdə imperiya ən çox german tayfalarının basqınlarına məruz qalırdı. – Germanlar qəbilə icmasının dağılması mərhələsində yaşayırdılar. Yeni yaranan qəbilə əyanlarında varlanmaq ehtirası güclü idi. İmperiyanın münbit düzənlikləri və sərvətləri germanları cəlb edirdi.

IV əsrin sonlarından barbarların Roma imperiyasının ərazisinə kütləvi axını başlayır. Bu hərəkətə IV əsrin ikinci yarısından köçəri hunlardan ibarət çox böyük ordunun Xəzəryanı çöllərdən gəlməsi səbəb oldu. Bir az bundan əvvəl qara dənizin Şimal sahillərində məsgən salmış german qot tayfaları hunların sarsıdıcı hücumlarına davam gətirməyib Dunay çayı sahillərinə çəkildilər.Qotlara Roma imperiyası ərazisində yerləşməyə icazə verildi, lakin imperiyanın məmurları onlarla pis rəftar etməyə başladılar. Qotlar bir tikə çörək üçün qul olmalı və ya övladlarını köləliyə verməli idilər.

Qotlar üsyan edib Konistintinapol şəhərinin üzərinə yeridilər. 378 – ci ildə Andrianopol şəhəri yaxınlığındakı vuruşmada qotlar imperatorun özünün başçılıq etdiyi Roma qoşununu qəti məğlubiyyətə uğratdılar. İmperator özü də həlak oldu. Yeni imperator Böyük Feodosi qotların başçılarını pulla ələ alıb, üsyanın dayandırılmasına nail oldu. Qotlara Balkan yarımadasının qərbində torpaq verildi.

İmperator Böyük Feodosi ölümündən bir az öncə, Roma imperiyasını iki oğlu arasında paylaşdırdı. 395 – ci ildə imperiya Şərqi və Qərbi imperiyalara bölündü. Şərqi imperiya kiçik qardaşı Arkadiya, Qərbi imperiya isə böyük qardaşı Honoriya çatdı. Balkan yarımadası, misir və Asiyadakı Roma torpaqları Şərqi, İtaliya, habelə Avropa və Afrikadakı qərb əyalətləri Qərbi imperiyanın tərkibinə daxil oldu. Qərbi imperiyanın vəziyyəti daha ağır idi, çünki onun əhalisi dağılmış, hər yerini üsyanlar bürümüşdü.

Roma imperiyasının süqutu

Qotlar Qərbi Roma imperiyasının zəifliyindən istifadə etdilər. Onlar 410 – cu ildə Alarixin başçılığı ilə İtaliyaya soxuldular. Roma elçiləri şəhər müdafiəçilərinin çöxluğu ilə Alarixi qoxutmaq istədilər, o, istehza ilə belə cavab vermişdi: “Ot nə qədər sıx olursa onu biçmək daha asandır”. İmperator qalada gizləndi, Qotlar Roma şəhərini mühasirəyə aldılar. Gecə vaxtı şəhərdəki qullar darvazaları açdılar və qotlar Romaya soxuldular. Onlar üç gün ərzində şəhəri qarət edib, getdilər.

Qotlardan sonra digər german tayfaları da böyük bir sel kimi Qərbi Roma imperiyasının ərazisinə axışdılar. Ciddi müqavimətə rast gəlməyən germanlar Qalliyanı, İtaliyanı və İspaniyanı işğal edərək oradan Şimali Afrikaya keşdilər.

German vandal tayfaları V əsrin ortalarında Afrikadan İtaliyaya keçib Roma şəhərini aldılar. Şəhərdə soyğunçuluq və qarət iki həftə davam etdi. Vandallar heykəlləri sındırır, kitabları məhv edir, evləri yandırırdılar. Vandalların basqınından sonra romada cəmi 7 min nəfər əhali qalmışdı.Vandalların Romanı qarət edib dağıtması nəticəsində əmələ gələn “vandalizm” sözünün mənası incəsənət əsərləri və digər mədəniyyət abidələrinin məhv edilməsi deməkdir.

476 – cı ildə Romadakı muzdlu german qoşununun başçısı Odoakr son Roma imperatoru Romul Avqustulu taxtdan salıb imperatorluq nişanlarını Şərqi Roma imperiyasına göndərdi, bununla da Qərbi Roma imperiyasının ömrü başa çatdı. Şərqi imperiya çətinliklə də olsa, barbarların hücumunu dəf etdi və 1453 – cü ildə osmanlılar Konstantinopolu alanadək yaşadı.

Beləliklə, məzlumların üsyanları və barbarların hücumları Qərbi Roma imperiyasını dağıtdı, Bununla da Qərbi Avropada quldarlıq qurluşu tamamilə dağıldı. Buna görə də Qərbi Roma imperiyasının süqutu Qədim Dünya Tarixinin sonu hesab edilir.



Nəticə

Oktavian Avqust imperiya dövrünün başlanğıcını qoymuş prinsipat sistemini (e.ə. 27 ildən) yaratdı. Roma imperiyasının yüksəlişi Antoninlər sülaləsi dövrünə (96-192) təsadüf edir. Trayanın dövründə (98-117) Roma dövlətinin əraziləri maksimum genişlənmiş, daxili ticarətin və sənətkarlığın inkişafına şərait yaranmışdı. İtaliyada başlanan sosial-iqtisadi böhran ("3 əsr böhranı") quldarlığı aradan qaldırdı. Markoman müharibəsində Roma barbarların hücumunu güclə dəf edə bildi. İmperator Karakallanın 212 ildə bütün azad əyalət adamlarına Roma vətəndaşlığı vermək haqqında qanunu da vəziyyəti yüngulləşdirmədi. 3 əsrin ortalarında Roma imperiyası əslində dağıldı. İmperatorlardan Diokletian (284-305) və I Konstantinin (306-337) dövründə imperiya bərpa edilmiş, dominat rejimi bərqərar olmuşdu. 313 ildən sonra hakim kilsə olan xristian kilsəsi dövlətin sədaqətli müttəfiqi idi. 4 əsrdə ticarətin, sənətkarlığın tənəzzülü ilə yanaşı, orduda və inzibati idarələrdə barbarların mövqeyinin xeyli güclənməsi də müşahidə edilirdi. 378 ildə Roma ordusunda xidmət edən vestqotlar üsyana qalxdılar. Adrianopol yaxınlığında üsyançılar imperator Valentinin ordusunu darmadağın etdilər. 395 ildə imperiya iki hissəyə - Qərbi və Şərqi Roma imperiyasına bölündü. 410 ildə vestqotlar Roma şəhərini ələ keçirib qarət etdilər. Qalliya və İspaniyanı baqaudların üsyanı bürürdü. 476 ildə Odoakr Qərbi Roma imperiyasının sonuncu imperatoru Romul Avqustulu devirdi və Qərbi Roma imperiyası süqüt etdi.

İstifadə olunmuş ədəbiyyat

  1. Yusif Yusifov, “Qədim Şərq Tarixi”, B., 1993

  2. Mehdixan Yerevanski, “Qədim Dünya tarixi”

  3. Tofiq Mustafazadə, “Ümumi tarix”

(dörd cilddə, I cild) B.,1995

  1. Azərbaycan Sovet Ensiklopediyası” (II cild)

B., 1981

  1. Mürşüd Behbudov, “Ümumi Tarix”, B., 2006


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə