Azərbaycan Tibb Universiteti-nin Hərbi Tibb fakultəsinin 1123 a qrupunun tələbəsi Məhərrəmli Mehdinin Operativ Cərrahlıq və Topoqrafik Anatomiya mövzusu




Yüklə 40.07 Kb.
tarix10.04.2016
ölçüsü40.07 Kb.
Azərbaycan Tibb Universiteti-nin Hərbi Tibb fakultəsinin

1123 A qrupunun tələbəsi Məhərrəmli Mehdinin Operativ

Cərrahlıq və Topoqrafik Anatomiya mövzusu.

CƏRRAHİ ƏMƏLİYYATLAR (mərhələləri,təsnifatı,tərkib hissələri,zamanı alətlərdən istifadə qaydaları,toxumaların tamlığının pozulması və bərpası prinsipləri).
Plan: 1. Tərkib hissələrinin anlayışlar

2. Mərhələləri gedişi

3. Təsnifatı

4. Alətlərdən istifadə qaydaları

5. Toxumaların tamlığının pozulması prinsipləri

6. Toxumaların tamlığının bərpası prinsipləri

Ədəbiyyatlar:

ÜMUMİ OPERATİV CƏRRAHLIQ ƏTRAFLARDA

CƏRRAHİ ƏMƏLİYYATLAR.



www.boddunan.com

www.kayzen.az

www.bone-surgery.ru

CƏRRAHİ ƏMƏLİYYATLAR HAQQINDA ANLAYIŞ
Operativ cərrahlıq cərrahi əməliyyatların icra edilməsi texnikası və qaydaları haqqında təlimdir.

Operativ cərrahlıq müasir anatomik və fizioloji biliklərin əsasında patoloji prosesə uöramış orqanlarda cərrahi əməliyyatı icra etmək üçün səmərəli cərrahi müdaxilə yollarının,patoloji prosesinaradan qaldırılması,orqan və toxumaların pozulmuş funksiyalarının yenidən bərpa olunmasına yönəlmiş cərrahi əməliyyatların,xüsusi cərrahi əməliyyatın gedişində baş verə biləcək taktiki səhvlərin qarşısının alınması və mümkün ağırlaşmaların aradan qaldırılması üçün yeni-yeni üsulların işlənib hazırlanması ilə məşğuldur.

Müalicə,diaqnostika və ya orqanizmin müxtəlif funksiyalarının bərpası məqsədi ilə xəstənin toxuma və ya orqanlarının tamlığının mexaniki pozulması (əsasən kəsilməsi) və yenidən müxtəlif üsullarla bərpa edilməsi ilə həyata keçirilən hər hansı mexaniki əməl cərrahi əməliyyat adlanır.

Bütün cərrahi əməliyyatların icrasına üç əsas tələb qoyulur.:

1.Düzgün qoyulmuş diaqnoz

2.Əməliyyatın icrasına mütləq göstəriş

3.Aparılacaq cərrahi əməliyyatın texniki icrasının dəqiq planı.

Yalnız yuxarıda qeyd olunan tələblər ödənildikdən sonra cərrahi əməliyat icra edilə bilər.



CƏRRAHİ ƏMƏLİYYATLARIN MƏRHƏLƏLƏRİ
Əsasən bu və ya digər orqanın əldə olunması ilə bağlı icra edilən cərrahi əməliyyatlar aşağıdakı mərhələlərdən ibarətdir:

1.zədələnmiş orqan və toxumanın əldə olunması məqsədi ilə operativ yolda qarşıya çıxan toxumaların təbəqələr üzrə kəsilməsi

2.zədələnmiş orqan və ya toxumanın bilavasitə üzərində cərrahi əməliyyatın icrası

3.cərrahi əməliyyatdan sonra anatomik və funksional cəhətdən toxumaların bərpası-birləşdirilməsi.

Cərrahi əməliyyatlar orqan və ya toxumaların əldə olunması,zədələnmə və patologiyaların cərrahi korreksiyası ilə müşayiət olunan iki tərkib hissədən ibarət olurlar:

1.operativ yol

II operativ müdaxilə (əməl)

Operativ yol cərrahi əməliyyat örtük toxumaların kəsilməsi ilə başlayaraq,üzərində planlaşdırılmış əməliyyat aparılacaq orqanın və ya toxumanın əldə olunmasına qədərki hissəsinə (mərhələsinə) deyilir.Məs.orta divar orqanları üzərində cərrahi müdaxilə aparmaq üçün döş sümüyünün orta xətt boyunca kəsilməsi ilə icra olunan-ekstraplevral yoldan və yaxud döş qəfəsinin ön-yan və arxa –yan divarında qabırğalararası sahənin kəsilməsilə aparılan və pla\evra boşluğundan keçməklə icra edilən trabsplevral operativ yoldan istifadə olunur.

Orqan və ya toxuma üzərində cərrahi əməliyyat aparmaq üçün patoloji prosesin lokalizasiyası və xarakterindən asılı olaraq,müxtəlif operativ yollardan istifadə etmək olar.Belə ki,bir neçə orqan üzərində cərrahi əməliyyat aparmaq üçün bir operativ yoldan və əksinə,bir orqan üzərində cərrahi əməliyyat icra etmək üçün bir neçə operativ yollardan istifadə etmək olar.Məs.hal-hazırda qarın boşluğu orqanları üzərində cərrahi əməliyyat aparmaq üçün 500-dən artıq operativ yol mövcuddur.Lakin bunların hamısından deyil,cərrahi əməliyyat zamanı toxumaları çox az zədələyən,orqanın patoloji prosesə uğramış hissəsini maksimal dərəcədə əldə etməyə imkan verən və cərrahın sərbəst işləməsi üçün şərait yaradan daha səmərəli operativ yollardan istifadə olunur.



Operativ müdaxilə patoloji prosesə uğramış orqan və ya toxuma üzərində aparılacaq xüsusi cərrahi əməl olmaqla,nəzərdə tutulmuş ümumi cərrahi əməliyyatın həlledici hissəsidir.Bir xətəlik zamanı operativ müdaxilənin bir neçə üsullarından istifadə oluna bilər.Bu zaman cərrahi əməlin hansı üsulla icra olunması xəstənin ümumi vəziyyətindən ,xəstəliyin növündən və patoloji prosesə uğramış orqan və toxumanın cərrahi anatomiyasında baş verən dəyişikliklərdən asılı olaraq

müəyyən edilir.Məs.mədənin xora xəstəliyi zamanı onun rezeksiyası aşaöıdakı üsullarla yerinə yetirilə bilər.Bilrot-1,Bilrot-2,Reyxel-Polia,Hofmeyster-Finsterer,Qaberer,Klimko,Şalımov,

Spasokukotski,Koxer və s. üsulları.

CƏRRAHİ ƏMƏLİYYATLARIN TƏSNİFATI

Hal-hazırda cərrahi əməliyyatların aşağıdakı təsnifatı qəbul olunmuşdur.



I. Xarakterinə və məqsədinə görə,cərrahi əməliyyatlar iki qrupa bölünürlər:

1.radikal cərrahi əməliyyatlar

2.polliativ cərrahi əməliyyatlar

Radikal carrahi əməliyyatlar orqan və toxumaların patoloji prosesə uğramış hissəsinin və patoloji ocağın tamamilə aradan qaldırılması,pozulmuş funksiyaların imkan daxilində bərpa olunması ilə sona çatır.Məsələn,mədənin rezeksiyası,ətrafın amputasiyası,öd kisəsinin xaric edilməsi və s.

Polliativ cərrahi əməliyyatlar patoloji ocağa toxumadan xəstənin vəziyyətini yüngülləşdirmək və onun həyatı üçün təhlükə törədən patoloji simptomların aradan qaldırılması məqsədilə aparılır.Belə ki,yemək borusunun inoperabel şişləri zamanı xəstənin süni yolla qidalanması üçün mədə fistulasının(qastrostomiya) yaradılması.

Polliativ cəarahi əməliyyatlar,müvəqqəti və daimi olmaqla,iki yerə bölünürlər.

II. İcra mərhələlərinə görə cərrahi əməliyyatların aşağıdakı növləri ayırd edilir:

2.ikimomentli

3.çoxmomentli

Birmomentli cərrahi əməliyyatlar patoloji amilin birdəfəlik aradan qaldırılması üçün həyata keçirilən tədbirlər kompleksindən ibarətdir.Bu zaman toxumaların pozulmuş tamlığı və funksiyaları bri mərhələdə bərpa olunur.

İkimomentli cərrahi əməliyyatlar xəstənin vəziyyətinin ağırlıq dərəcəsindən,baş vermiş fəsadların orqanizm üçün törətdikləri təhlükələrdən və cərrahi əməliyyatın xarakterindən asılı olaraq bir mərhələdə sona çatdırmaq mümkün olmadıqda icra edilirlər.(ikietaplı torakoplastika,ağ ciyər abssesinin ikimərhələli cərrahi müalicə və s.)

Çoxmomentli cərrahi əməliyyatlar əsasən plastik və rekonstruktiv cərrahlıqda daha geniş istifadə edilir (məsələn,plastik məqsədi ilə dərinin ayaqcıq üzərində bədənin bir nahiyesindən gigərinə köçürülməsi).

III. İcra vaxtına görə, cərrahi əməliyyatların aşağıdakı növləri ayırd edilir:


  1. Təxirəsalınmaz

  2. Təcili

  3. Planlı

Təxirəsalınmaz cərrahi əməliyyatlar diaqnoz dəqiqləşdirilən andan dərhal yerineyetirilmək tələb edir (magistral arteriyal damarlardan qanaxmanin dayandirilmasi, yuxuari teneffus yollarinin yad cisimlerle obturasiyası nəticəsində baş verən mexaniki tənəffüs çatışmazlığını aradan qaldırmaq məqsədilə traxeyanın açılması və s.).

Təcili cərrahi əməliyyatlar xəstə xəstəxanaya daxil olduğu andan yalnız xəstəliyin diaqnozu dəqiqləşdirməyə və xəstəni cərrahi əməliyyata hazlrlamağa lazım olan ən minimal vaxt ərzində tarixə salına bləcək əməliyyatlara deyilir. Məsələn, güllə yarası ilə xəstəxanaya daxil olmuş xəstənin xərrahi müalicəsi; bu zaman cərrahi əməliyyatın icrası rentgenooji olaraq güllenin yerini müəyyən etməyə, şok əkeyhinə terapiyaya və qan itgisinin bərpasına lazım olacaq vaxt qədər təxirə salina bilər.

Planlı cərrahi əməliyatlar xəstə xəstəxanaya qəbul edilib, diaqnozu dəqiqləşdirmək məqsədi ilə müayinə olunduqdan və təyin olunmuş cərrahi əməliyyat üçün lazımi hazırlıqlar görüldükdən sonra həyata keçirilir və istənilən qədər təxirə salına bilər.

VI. İcrasının məqsədinə görə, bütün cərrahi əməliyyatlar üç qrupa bölünür:



  1. Müalicəvi

  2. Diaqnostik

  3. Diaqnostik-müalicəvi

Müalicə məqsədi ilə aparılan cərrahi əməliyyatlar patoloji prosesə uğramış orqanın müəyyən hissəsinin və ya tamamilə kənarlaşdırılmasına, pozulmuş struktur dəyişikliklərin və funksiyaların bərpasına yönəldilir.

Diaqnostik məqsədlə aparılan cərrahi əməliyyatlar əsas etibari ilə çoxsaylı simptomlarla təzahür edən, lakin kliniki gediçinin müəyyən olunması çətinlik törədən polietiloji patologiyaların diaqnozunun dəqiqləşdirilməsi məqsədi ilə aparılır ( sınaq laparotomiya, torakotomiya, vazoqrafiya, plevra boşluğunun punksiyası və s.).

Diaqnostik-müalicəvi cərrahi əməliyyatlar diaqnozu müəyyənləşdirmək məqsədi ilə aparılan cərrahi əməllərdən və diaqnoz müəyyenləşdirildikdən bilavasitə sonra pataloji prosesin cərrahi müalicəsi üçün icra edilirlər.

CƏRRAHİ ALƏTLƏRDƏN

İSTİFADƏ QAYDALARI

Cərraji əməliyyatlar apodaktil (apo-uzaq, dactilos- marmaq) üsulla, yəni alətlərdən istifadə olunmaqla icra edilirlər.

Cərrahi alətlərin istifadəsinə aşağıdakı tələblər qoyulur:


  1. Cərrahi əməliyyatların icras zamanı yalnız saz alətlərdən istiadə olunmalıdır.

  2. Hər bir cərrahi alət mütləq öz təyinatına uyğun olaraq istifadə olunmalıdır.

  3. Alətlə işləyərkən, onu inamla, bununla belə, yüngül tutmaq lazımdır. Cərrah istifadə etdiyi alətlərin dəstəyini deyil, işlək ucunu hiss etməlidir.

  4. Bütün əməllər zamanı cərrah alətlərdən kəskin deyil, sərbəst və ritmiki istifadə etməlidir. Cərrah alətlərdən istifadə edərkən << Non vi sed arte-güclə deyil, yaradıcılıqla >> tələbinə əməl etməlidir.

  5. Alətlə işləyən zaman canlı toxumalarla çox nəvazişli davranışa xüsusi fikir verilməlidir.

Cərrahlıqda istifadə olunan alətlər, ümumi və xüsusi olmaqla iki qrupa bölünürlər.

Ümumi alətlər demək olar ki, aparılan bütün cərrahi əməliyyatlar zamanı istifadə olunur və öz növbəsində dörd qrupa bölünürlər.



  1. Toxumaları ayırmaq və ya kəsmək üçün istifadə edilən kəsici alətlər.

  2. Qanaxmanı dayandırıcı-qansaxlayıcı alətlər.

  3. Köməkci alətlər.

  4. Toxumaları birləşdirən alətlər.



TOXUMALARIN TAMLIĞININ

PZOULMASI PRİNSİPLƏRİ
Toxumaların aralanmasının (kəsiləsinin) əsas şərti onların təbəqələr üzrə kəsilmələridir. Kəsiklərin istiqaməti imkan daxilində zədələnmələrin qarşısını almaq məqsədi ilə iri damar ve sinirlərin gedişinə uyğun olaraq seçilməlidir.

Dəri örtüyünü kəsərkən kəsiklər maksimum dərəcədə dərinin torlu qatında yerləşən birləşdirici toxuma liflərinin istiqamətinə (Lanqer xətləri) uyğun aparılmalıdır. Dərinin hər bir sahəsinin birləşdirici toxuma liflərinin özünə məxsus istiqamətləri vardır. Lanqer xətlərinə perpendikulyar aparılan kəsiklər yara kənarlarının həddindən çox aralanmasına və kosmetiklər baxımından yararsız dərin və kobud çapıq toxumasının əmələ gəlməsinə səbəb olur.

Hal-hazırda toxumaların aralanması zamanı yuxarıda qeyd olunan fəsadları aradan qaldırılması, kəsik aparılan nahiyyənin toxumalarının minimal dərəcədə zədələnməsi məqsədi ilə elektrotomlardan, lazer neştərlərindən və ultrasəs bıçaqlarından istifadə olunur. Onkoloji təcrübədə toxumaların aralanması ən çox elektrik bıçaqları vasitəsi ilə icra olunur.

TOXUMALARIN BİRLƏŞDİRİLMƏSİ
Cərrahi əməliyyatın əsas tərkib hissəsi olan cərrahi müdaxilə sona çatdıqdan və yarada tam hemostaz yaradıldıqdan sonra cərrahi yaranın kənarlarını təşkil edən toxumaların tamlığının bərpası və ya birləşdirlməsi başlanır.Ayrılmaıarının əksinə olaraq,toxumaların birləşdirilməsi daxildən xaricə doğru,bütün toxumaları təbəqələr üzrə (eynicinsli toxumaları bir-biri ilə tikməklə),yaxınlaşdırlması şərti ilə aparılır.

Toxumaların birləşdirləməsi tikişlərin qoyulması və qansız (metal bəndlərin qoyulması,yapışqan plastırların və xüsusi yapışdırıcı maddələrin istifadəsilə və s.)üsullarla icra edilir.

Toxumaların cərrahi tikişlərlə birləşdirilməsi ən geniş yayılmış üsuldur. cərrahi tikişlərlə birləşdirilməsi ən geniş yayılmış üsuludur. Cərrahi tikişlərin külli miqdarda növləri və modifikasiyaları vardır.

Tkiş materiyallarının çıxarılma xüsusiyyətlərinə görə, cərrahi tikişlərin üç növü ayırd edilir:



  1. Çıxarılan tikişlər – yara sağaldıqdan sonra birdəfəlik orqanizmdən xaric edilirlər. Xarici örtük toxumalarına qoyulurlar.

  2. Batırılan (daıdırılan) tikişlər – daimi olaraq orqanizmdə saxlanılırlar. Daxili orqan və toxumalara qoyulurlar.

  3. Müvəqqəti (provizor) tikişlər - əməliyyatın hər hansı bir mərhələsində toxumaları tutmaq, birləşdirmək və təsbit etmək məqsədi ilə istifadə olunur.

Yaralara qoyulma (vurulma) müddətinə görə, cərrahi tikişlərin aşağıdakı növləri vardır:

  1. Birincili tikişlər – təzə yaralara qoyulurlar;

  2. Birincili gecikdirilmiş tikişlər – yaralanmadan sonraki ilk 5-7 gün ərzində əvvəlcədən işlənilmiş ( yarada qranulyasiya təzahür edənə qədər) yaraya qoyulurlar;

  3. Ikincili tikişlər – iki cür olurlar:

  1. Erken ikincili tikişlər – yarada əmələ gələn qranulyasion toxumanı kəsib kənarlaşdırdıqdan sonra qoyulur;

  2. Gecikmiş ikincili tikişlər – kənarlarından epitelizasiyaya, dibindən isə qranulyasiyaya uğramış yara toxumalarının kəsilib kənar edilməsindən sonra qoyulurlar.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə