Azərbaycan Respulikasi Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin Tarix fakultəsinin




Yüklə 114.06 Kb.
tarix21.02.2016
ölçüsü114.06 Kb.
Azərbaycan Respulikasi Təhsil Nazirliyi

Bakı Dövlət Universitetinin Tarix fakultəsinin

əyani şöbə üzrə II kurs 012-cı qrup tələbəsi

Abdulhəmidova İlkanənin Azərbaycan tarixi

fənnindən

“ Azərbaycanlılar döyüş cəbhələrində (1941-45)“

mövzusunda

KURS İŞİ


Kafedra:Azərbaycan tarixi

Kafedra müdiri :

Elmi rəhbər :

BAKI – 2014

Mövzu : “Azərbaycanlılar döyüş cəbhələrində (1941-45)

Plan :


Giriş :........................................................................................

I.Faşist Almaniyasının SSRi-yə hücumu. Azərbaycan döyüşçüləri rus və alman cəbhələrində......................................................................

II. Milli diviziyaların təşkili və onların döyüş yolu..........................

Nəticə..............................................................................................

Ədəbiyyat siyahısı..............................................................................

GİRİŞ


Araşdıracağımız bu kurs işi Azərbaycanlılar döyüş cəbhələrində (1941-45)-dir. Bu mövzuya müraciət etməyimizin səbəbi II dünya müharibəsində, xususilə 1941-45-ci ilərdə Azərbaycanlıların SSRİ-tərəfdən genis iştirak etməsi ilə bağlıdır. Digər tərəfdən, Azərbaycanın mərd ogullarının öz qəhrəmanlıqları ilə müharibənin gedişinə böyük təsir göstərmələrinin öyrənilməsi baxımından da əhəmiyyətlidir.

Azərbaycanlıların müharibədə iştirakı il bağlı bu kurs işini yazarkən II dünya müharibəsinə və Azərbaycanlılarin müharibədə iştirakına həsr olunmuş ümumilləşdirilmiş əsərlərlə yanaşı, azərbaycanlıların müharibədə iştirakına toxunulan əsərlərə də müraciət etmişik. Ancaq bizim əsas məqsədimiz Azərbaycanlıların döyüş cəbhələrində iştirakını araşdırmaq olduğundan bu əsərlərdə də,əsasən,həmin məsələlərə həsr olunmuş bölmələrin məlumatlarına diqqət yetirmişik.

İndi isə tədqiq etdiyimiz mövzu ilə əlaqədar müraciət etdiyimiz ədəbiyyatlara qısaca nəzər salaq.

Azərbaycanlılar döyüş cəbhələrində mövzusunun öyrənilməsinə dair müraciət etdiyimiz ən vacib mənbələrdən biri “Azərbaycan böyük vətən müharibəsində (1941-45)” əsəridir. Bu əsər Qaray Mədətovun əsəridir. Azərbaycanlıların müharibədə iştirakı hec bir mənbədə Qaray Mədətovun əsərində olduğu kimi geniş təfsilatı ilə şərh olunmur.

Azərbaycanın II dünya müharibəsində iştirakı Qaray Mədətovun əsərində bölmələrə bölünərək geniş əks olunmuşdur. Onun əsərinin bir çox səhifələrində azərbaycanın mərd oğullarının müharibədəki qəhrəmanlıqlarını, Azərbaycan xalqının müharibənin gedişində əsaslı dönüş yaratması, milli divizyaların təşkili, fəaliyyəti və.s əks olunmuşdur.

Araşdıracağımız məsələ ilə bağlı müraciət etdiyimiz digər bir mənbə azərbaycanlıların müharibədə iştirakına həsr olunmuş İ.İsmayılovun “Azərbacanlıların II dünya müharibəsində iştirakı” əsəridir. Bu əsər müharibənin başlanmsı, milli divizyaların döyüş yolunun, azərbaycanlıların fəaliyyətinin öyrənilməsi baxımından ilkin mənbədir. Yazıçının təsvir etdiyi diviziyaların döyüş yolu başqa yazıçılar tərəfindən yığcam şərh olunur.

Mövzu ilə əlaqədar biz Azərbaycan tarixinə həsr olunmuş əsərlərə də müraciət etmişik. Bakı Dövlət Üniversitetinin redaktorluğu altinda nəşr olunmuş “Azərbaycan tarixi mühazirələr kursu” cox müəllifli dərsliyində Azərbaycanın ikinci dünya müharibəsində iştirakı barədə diqqətə layiq məlumatar verilmişdir.

Digər vacib ümumiləşdirilmiş əsər olan VII cildə nəşr olunan “Azərbaycan tarixinin VII cildi” də araşdırdığımız məsələ ilə bağlı zəngin məlumatlara malikdir. Burada müharibənin başlanması, azərbaycanın SSRİ-nin tərkibində cəbhələrdə vuruşması, azərbaycanın mərd oğullarının döyüşlərdəki qəhhrəmanlıqları, divizyaların fəaliyyəti təfərrüatı ilə əks olunmuşdur. Biz də kurs işimizi yazarkən buradakı məlumatlara da müraciət etmişik.

İstifadə etdiyimiz digər bir Azərbaycan tarixinə həsr olunmuş vacib əsər T.T.Vəliyevin redaktəsi ilə “XX əsr Azərbaycan tarixi II cild” əsridir. Bu əsər azərbaycanlılarin döyüş cəbhələrində iştirakının öyrənilməsi baxımından əhəmiyyətlidir.

Bu əsərlərlə yanaşı mövzumuzun araşdırılmasında “Azərbaycan Respublikası xatirə kitabı,I cild”, Z.M.Bünyadov,R.Ə.Zeynalov “Qafqazdan Berlinədək”, Qurban Orucov “Azərbaycan Qafqaz dööyüşlərində”, “ Azərbaycanın qızıl ulduzları”, “Azərbaycanın şanlı oğulları,II kitab”, “Azərbaycanın mərd oğulları” əsərlərindən də istifadə olunmuşdur. Bu əsərlərdə də tədqiq etdiyimiz məsələ ilə baglı geniş məlumatlar verilmişdir.

Bu mövzuya aid məsələlər 2 fəsildə toplanmışdır.

I Fəsildə Faşist Almaniyasının SSRİ-yə hücumu.Azərabaycan döyüşçüləri rus və alman cəbhələrində fəaliyyəti araşdırılmışdır. Burada azərbaycanlı döyüşçülərin moskva və stalinqrad döyüşlərindəki qəhrəmanlıqları və bu döyüşlərdə əsaslı dönüş yaratmalarına həsr etmişik.

II Fəsildə milli diviziyaların təşkili və onların döyüş yolu araşdırılmışdır. Burada milli diviziyaların qafqazda və döyüş cəbhələrində bir çox ərazilərin azad edilməsindəki fəaliyyətlərinə həsr etmişik.

I FƏSİL


Faşist Almaniyasının SSRi-yə hücumu. Azərbaycan

döyüşçüləri rus və alman cəbhələrində.

1941-ci il iyunun 22-də faşist Almaniyası sovet ittifaqı ilə hücum etməmək haqqındakı müqaviləni xaincəsinə pozaraq SSRi-yə qəflətən basqın etdi. Sovet ittifaqına xəyanətkar hücumun “Barbarossa” adlanan bədnam planı alman faşist komandanlığı tərəfindən hələ 1940-1941-ci illərdə işlənib hzərlanmışdı. Bu plana görə, faşistlər qısa müddət ərzində, yəni 1941-ci ilin qışına qədər sovet ordusunu darmadağın etməli, ölkəmizin əsas iqtisadi rayonlarını tutmalı, hitlerçilərin dünya üzərində ağalıq etmək məqsədinə nail olması üçün yol açmalı idilər1.

Faşist Almaniyası 190 diviziya, 5,5 milyon canlı qüvvə, 4300 tank, 4980 döyüş təyyarəsi, 190 döyüş gəmisi, 47,2 min müxtəlif silah və minomyot ilə Sovet İttifaqına basqın etdi. Güclü döyüş texnikasına və müasir hərbi təcrübəyə malik olan alman-faşist orduları, “barbarossa planı” əsasında ildırım sürətilə SSRi-yə 3 istiqamətdə : “Şimal”, “Mərkəz” və “Cənub” istiqamətlərdə hücuma keçdi, cox qısa zamanda Pribaltikanın, Ukrayna və Belarusiya SSR-nin xeyli hissəsini, Krımı ələ keçirdi, Moskva istiqamətində irəlləməyə başladı2.

Böyük vətən müharibəsinin ilk dövrünün ağır döyüşləri

Müharibənin ilk günlərində bütün ölkədə olduğu kimi Azərbaycanda da ümumi cəfərbərlik elan edildi: 18-47 yaşların hərbi xidmətə çağrılmasına başlandı, 15-50 yaşlarda olan vətəndaşlar isə arxa cəbhədə hərbiçi peşəsinə

________________________________ 1)Qaray Mədətov “Azərbaycan böyük vətən müharibəsində”(1941-45) Bakı 1965. Səh 10

2)Azərbaycan tarixi mühazirələr kursu. Bakı-2010. Səh 329

yiyələnmək üçün müxtəlif formada hazırlıq təlimlərinə cəlb edilmişdi. 1941-ci ilin 22 iyununda könüllülük əsasında yerlərdə təşkil edilmiş 87 döyüş batalyonlarının tərkibində 186704 nəfər hərbi təlim keçirdi1. 186704 nəfər hərbi təlim keçirdi1. Respublika ərazisində 28 tabor yaradılmışdı2.

Azərbaycanlı döyüşçülərdən böyük bir qrupu düşmənə qarşı döyüşə 1941-ci ilin 22 iyulunda Brest qalasının müdafiəsində başladılar. Bu qalanın qəhrəmanlıqla müdafiəsində 40 nəfərən çox həmyerlimiz iştirak etmişdir3. Sovet İttifaqının rəhbərliyi Bakının və bütün Azərbaycanın müharibə illərində strateji əhəmiyyətinin nəzərə alaraq müafiq göstərişlər vermişdi. Azərbaycanda müdafiə xəttinin tikilməsinə 1941-ci ilin iyulundan başlanmışdı və xəttin uzunluğu 551 kilometr idi. Zaqafqaziyada 1942-ci ilin sentyabrinadək 146 istehkam-mühəndis batalyonu müdafiə xəttinin çəkilməsi ilə məşğul idi və burada əsas diqqət Bakı müdafiə-istehkam xəttinin tikilməsinə verilirdi. Yalnız bu məqsəd üçün 5 min inşaatçı cəlb edilmişdi. Azərbaycanın Şimalında Baş Qafqaz aşırımlarını Dağıstan tərəfindən mühafizə eden qoşun hissələri Balakən-Şəki-Qəbələ zolağında yerləşdirilmişdi. 1942-ci ilin yazında Azərbaycanın şimal rayonları olan Zaqatala və Qusara paraşütlə bir neçə cəsus dəstəsi salınmışdı və bütün cəsuslar tutularaq zərərsizləşdirilmişdilər4.

Azərbaycanın və xüsusilə Bakının müdafiəsinə, müəyyən ərazilərdə səngərlərin qazılmasına hələ 1941-ci ilin iyununda başlanılmışdı və bu iş davam edirdi. Dövlət müdafiə Komitəsinin 1942-ci il 16 sentyabr tarixli qərarına əsasən Bakı ətrafinda müdafiə-istehkam xətləri tikintisi işində hər gün 90 min nəfər səfərbər olunmuşdu5.

______________________________ 1)Z.M.Bünyadov,R.Ə.Zeynalov “Qafqazdan Berlinədək”.Bakı-1990. Səh 13

2)Azərbaycan Respublikası Xatirə kitabı, I cild, Bakı-1998. Səh 9

3)Yenə orada, səh 8

4)Qurban Orucov “Azərbaycan Qafqaz döyüşlərində “ Bakı-1984. Səh 29

5)İsmayılov.İ. “Azərbaycanlıların ikinci dünya müharibəsində iştirakı”.Bakı-2000.səh 43

Moskva altında döyüşlər.

Moskva uğrunda vuruşlarda Almaniya rəhbərliyi ildırım sürətli müharibə yolu ilə Moskvanı zəbt etmək və qısa müddətdə müharibəni qurtarmaq xülyasında idi. Buna uyğun olaraq düşmənin ilk və əsas zərbəsi Moskva istiqamətinə yönəldilmişdi1. Alman-faşist komandanlığı 1941-ci ilin sentyabrında Moskvanı almaq üçün yeni qoşun-canlı qüvvə və texnika gətirdi. Canlı qüvvəyə görə faşistlər Moskva müdafiəçilərindən 1,8 dəfə, tankların sayına görə 1,25 dəfə və təyyarəçilərin sayına görə 3,2 dəfə, cox idi2.

1941-ci il sentyabrın 30-da alman-faşist qoşunları Moskva istiqamətində hücuma keçdilər. Ölkənin paytaxtı təhlükə altında idi. Moskva uğrunda qanlı vuruşmalarda Azərbaycan döyüşçüləri də fərqlənmişdilər. Tank hissəsinin komandiri, kapitan Həzi Aslanov qeyri-adi sərkərdə bacarığı göstərərək, əsgərlərini və döyüş sursatı yüklənmiş beş aftomobili mühasirədən çıxarmış, daha sonra yaralanmış tankçını əvəz edərək, tankı faşistlərin səngərinə yönəltmiş və düşməni məhv etmişdi. Döyüşü müşahidə edən komandir H.Aslanovu bərk-bərk bağrına basaraq demişdir: “Çox sağ ol yoldaş Aslanov! Sən azərbaycanlısan, mən isə rusam, ancaq bizim döyünən qəlbimiz birdir. Sən doğma paytaxtın ləyaqətli müdafiəçisisən! Sən öz qəhrəmanlığınla nəinki Azərbaycan xalqının, eləcə də bütün sovet xalqının döyüş şöhrətini zənginləşdirirsən”3. Azərbaycan xalqının cəsur oğlu Həzi Aslanov Moskva uğrundakı döyüşlərdə göstərdiyi igidliyə görə Qırmızı Ulduz ordeni ilə təltif edilmiş və podpolkovnik rütbəsi almışdı4.

1941-ci il noyabrın əvvəllərində Müseyib Allahverdiyevin rəhbərlik etdiyi

___________________________________ 1)İsmayılov İ. “Azərbaycanlıların ikinci dunya müharibəsində iştirakı”.Bakı-2000.səh 44



2)Azərbaycanın qızıl ulduzları. Bakı-1975, səh 198

3)Qaray Mədətov “Azərbaycan böyük vətən müharibəsində (1941-45)”.Bakı 1965, səh 81

4)Azərbaycanın şanlı oğulları, II kitab, Bakı-1994, səh 4

Lyudinovo ətrafında taktiki cəhətdən mühüm bir təpəni müdafiə edirdilər. Onlar bir gün ərzində düşmənin sayca üstün qüvvəsinin üç həmləsini dəf edərək, onun 100-dən çox əsgər və zabitini, 2 tankını və 2 motorlu topunu məhv etdilər1. Bu şücaətə görə M.Allahverdiyev Qırmızı Ulduz ordeninə layiq görülmüşdü2.

Leytenant Məmmədrəsul Paşayevin zənitçiləri Moskva göylərində 10-a qədər faşist təyyarəsini vurub salmışdılar. Xüsusi fərqlənmiş komandir Qırmızı Ulduz ordeni ilə təltif edilmişdi.

Pulemyotçu İdris Vəliyev məşhur Borodino çölündə gedən döyüşlərdə ağır yaralanmasına baxmayaraq, 75-dən artıq faşist məhv etmişdi. 1941-1942-ci illərin qış hücumu zamanı qvardiyaçı pulemyotçunun hesabında 160-dan artıq məhv edilmiş faşist vardı.İdris Vəliyev qırmızı bayraq ordeni ilə təltif edilmişdi3. Moskva uğrunda döyüşlərdə azərbaycan qızları Z.Seyidməmmədova, S.Quluyeva, N.Korneyeva, O.Şahbazova və başqaları igidlikle vuruşmuşdular.

1941-ci il dekabrın 5-6-da sovet ordusunun əks-hücumunda – Moskva, Tula, Kalinin, Orlov və smolensk vilayətlərinin azad edilməsi uğrunda döyüşlərdə Azərbaycan oğul və qızları qəhrəmanlıqla vuruşmuşdular. Qvardiya kapitanı Muxtar Süleymanov hücumların birində, əlbəyaxa döyüşdə altı faşist əsgərini və bir zabiti qılıncla məhv etmişdi. Volokolamsk şəhəri uğrunda döyüşlərdə komandanlıqla hissələr arasında əlaqə kəsildiyi zaman M.Süleymanov həlak olmuş rabitəçini şəxsən əvəz edərək, arasıkəsilməyən atəş altında əlaqəni bərpa etmiş, xidmətlərinə görə Qırmızı Bayraq ordeni ilə təltif olunmuşdur4.

Moskva uğrunda qızğın vuruşmalar gedən zaman,1941-ci il dekabrın 3-də azərbaycanlı döyüşçü baş serjant İsrafil Məhərrəm oğlu Məmmədovun misilsiz əsgəri qəhrəmanlığı ildırım surətilə bütün ölkəyə yayıldı. İ. Məmmədovun xidmət etdiyi hissə Novqorod vilayətindəki Pustınka kəndi ətrafında müdafiə ______________________ 1)Qaray Mədətov “Azərbaycan böyük vətən müharibəsində (1941-45)” Bakı-1965, səh 81



2)Azərbaycan tarixi VII cild (yeddi cilddə), Bakı-2008, səh 41

3)Yenə orada

4)Yenə orada

mövqeyi tutmuşdu. O, 20 nəfər döyüşçü ilə birlikdə komandanlıq məntəqəsini və rabitə xəttini müdafiə etməli idi. Sovet əsgərləri üzərinə 400 nəfərdən çox faşist hücum edirdi. Güclu top atəşindən sonra sovet döyüşçülərinin tutduğu mövqeyə hücuma keçən minə qədər düşmən 30-40 metrə qədər yaxın buraxılaraq dəqiq atəşlə məhv edildi. Hitlerçilər yenidən hücuma kecdilər, doqquz saat davam edən şiddətli döyüşdən sonra İsrafil Məmmədovun başçılığı altında olan kiçik dəstə düşməni 100 metrə geri atdı, lakin düşmən bütün qüvvələrini toplayaraq yenidən həmlə etdi. Vəziyyət ağırlaşmışdı. Sovet döyüşçülərinin yarıdan çoxu sıradan çıxmışdı. Qumbara və patronların çatışmadığını, döyüşçülərin yorulduğunu görən İsrafil Məmmədov düşməni 10-15 metrə məsafəyə buraxmaq əmri verdi. Düşmən yaxın məsafədən atəşə tutuldu. İ.Məmmədov “Yoldaşlar, faşistləri nizə ilə məhv edək!” – deyə hayqıraraq 5 sağ qalmış döyüşçü ilə düşmən üzərinə şığıdı və əlbəyaxa döyüşdə onlarca faşist öldürüldü. Qalanlar geri çəkilməyə məcbur oldular.

Beləliklə, İ.Məmmədov 10 saat ərzində hitlerçilərin bütöv bir batalyonunun hücumunun qarşısını almış, nəticədə yüzlərlə düşmən əsgəri və zabiti məhv edilmişdi. Döyüşlərdə xüsusi iradə, döyüş məharəti, şəxsi şücaət, qəhrəmanlıq göstərmiş İ.Məmmədov özü təkbaşına 700 faşist öldürmüşdü. 1941-ci il dekabrın 11-də SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə İ.Məmmədova Sovet İttifaqı Qəhrəmanı adı verildi. İsrafil Məmmədov xalqını, millətini ucaldan ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmani idi1. Moskva uğrunda döyüş Sovet Silahlı Qüvvələrinin qələbəsi ilə başa çatdı. Moskva ətrafındakı döyüşlər II dünya müharibəsinin ən böyük döyüşlərindən biri idi və faşist ordusunun məğlubedilməzliyi haqqındakı əfsanələrə son qoydu. Sovet ordusunun 1942-ci il qış hücumunda iştirak edən azərbaycanlılar da igidliklə vuruşmuş, döyüş rəşadəti nümunələri göstərmişlər. Qərb cəbhəsində gənc zabit N.Bağırovun komandası altında tankçılar rotası bir neçə gün davam etmiş hücum əməliyyatlarında düşmənin 18 tankvuran topunu, 34 pulemyot yuvasını və yüzdən çox piyadasını məhv edərək, onu 6 yaşayış məntəqəsindən qovub çıxarmışdı. Nüsrət Bağırov döyüş xidmətlərinə və komandirlik məharətinə görə Qırmızı Ulduz və Birinci dərəcəli Vətən müharibəsi ordenləri ilə təltif edilmişdi2. _____________________________ 1)Azərbaycan tarixi VII cild (yeddi cilddə). Bakı-2008, səh 42

2)Azərbaycan Şanlı oğulları, II kitab, Bakı-1944, səh 80

Kapitan Akim Abbasovun komandir olduğu batalyon 1942-ci ilin əvvəllərində sovet qoşunlarının Belqorod ətrafındakı əks hücumunda fəal iştirak edib 17 yaşayış məntəqəsini faşistlərdən azad etmişdi. Döyüşdə yüksək əsgəri xidmət göstərən A.Abbasov mayor rütbəsi almış və qiymətli hədiyyələrlə mükkafatlandırılmışdı1.

Moskvanın müdafiəsi dövründə alman-faşist ordusu Krım üzərinə geniş hücuma keçdi. Oktyabrın 20-də Sevastopolun 250 gün davam edən müdafiəsi başlandı. Sevastopolun qəhrəman müdafiəciləri sırasında yüzlərlə azərbaycanlı vuruşurdu. Qvardiyaçı yefreytor H.Həsənov yeddi döyüşçü ilə birlikdə sayca üstünlük təşkil edən faşistlərin ardıcıl hücumlarını dəf edərək, onları geri oturtmuşdu.

Bölmə başçısı B.Nağıyev düşmən səngərinə atılaraq süngüsü ilə üç faşist öldürmüşdü. 19 yaşlı Mircəlal Yusifov sayıqlıq göstərərək öz döyüş dəstəsi ilə birgə faşist sualtı qayığının yerini aşkarlayıb onu məhv etmişdi. Qəhrəman Sevastopolun müdafiəsində Azərbaycanın şöhrətli qızları A.Həsənova, Ş.Məmmədova, E.Rzayeva, L.Nazarenko mətanət və igidlik nümayiş etdirmişlər2.

Stalinqrad döyüşlərində azərbaycanlı döyüşçülərin geniş

iştirakı.

1942-ci ilin yay və payızında böyük vətən müharibəsinin gedişində həll edici rol oynamış Stalinqrad döyüşlərində hər iki tərəfdən 2 milyon hərbçi iştirak edirdi. Döyüşlərə 2 min tank, 1 min təyyarə, 26 min top və minomyot cəlb olunmuşdu. 1942-ci il iyulun 14-də Stalinqrad vilayətində hərbi vəziyyət elan olundu. Şəhər ətrafında müdafiə xətlərinin tikintisinə başlandı. Stalinqradı müdafiə edən tərkibinə əlavə qüvvələr daxil edildi. Bütün ölkə, bütün xalq “Bir addım da geri çəkilmək olmaz!” şüarı ilə Volqa istehkamınınmüdafiəsinə qalxdı. Sovet xalqının fədakar əməyi və böyük səyi nəticəsində Volqa çayı sahili alınmaz

_____________________ 1)Qaray Mədətov “Azərbaaycan böyük vətən müharibəsində (1941-45)”.Bakı-1965, səh 88



2)Azərbaycan tarixi VII cild (yeddi cilddə). Bakı-2008, səh 43

qalaya çevrildi. Stalinqrad döyüşlərində sovet əsgərləri kütləvi qəhrəmanlıq nümayiş etdirərək, son nəfəslərinədək vuruşdular. Stalinqradı ölkənin bütün xalqlarının nümayəndələri müdafiə edirdilər. 1942-ci ilin oktyabrında leytenant Mikayıl Qədirov 11 döyüşçü ilə strateji əhəmiyətə malik təpəni 12 gün müdafiə etdi. Hücuma keçən 400 faşistlə qeyri-bərabər döyüşdə düşmənin 120 canlı qüvvəsini sıradan çıxardı. Volqoqrad zəhmətkeş deputatları Soveti vilayət İcraiyyə Komitəsinin qərarı ilə leytenant M.Qədirovun döyüşçüləri tərəfindən müdafiə olunan bu təpəyə “On bir qəhrəman təpəsi” adı verildi1.

İgid təyyarəçi Hüseynbala Əliyev Stalinqrad səmasını müdafiə edərkən faşistlərin 10 tankını, 2 zirehli maşınını, 5 zenit topunu, 26 avtomobilini, 190 əsgər və zabitini sıradan çıxarmışdı. 1941-ci il iyulun 17-də H.Əliyev döyüş tapşırıgını uğurla yerinə yetirib geri qayidarkən 3 düşmən təyyarəsi ilə üz-üzə gəlir. Qeyri-bərabər döyüşdə sərrast atəşlə düşmən təyyarələrinin üçünü də məhv edən cəsur döyüşçü 17 yara almasına baxmayaraq öz qırıcısını yerə endirə bilmişdi. Göstərdiyi igidliyə görə H.Əliyevin ölümündən sonra Lenin ordeni ilə təltif edildi2.

Stalinqrad uğrunda kişilərlə çiyin-çiyinə azərbaycanlı qadınlar da mərdiklə vuruşurdular. İlk azərbaycanlı qadın, hərbi təyyarəçi-kapitan Züleyxa Seyidməmmədova 40-dan artıq səma döyüşündə iştirak etmişdi. Onun döyüş xidmətləri Vətən müharibəsi ordeninə və medallara layiq görülmüşdü. Respublikanın onlarca qızı “Stalinqradın müdafiəsi uğrunda” medalı almışdı.

Stalinqrad yaxınlığında pulomyotçu Ə.Rəcəbov mühüm strateji əhəmiyyətli təpəni az qüvvə ilə müdafiə edərək düşmənin 200-dən artıq əsgər və zabitini öldürmüşdü. Sovet hökuməti Ə.Rəcəbovu döyüş xidmətlərinə görə Lenin ordeni ilə təltif etmişdi3.

Qvardiya leytenantı A.Axundovun başçılıq etdiyi pulomyotçular şəhərdə

______________________________ 1)Azərbaycanın mərd oğulları. Bakı-1954, səh.38

2)Azərbaycan tarixi mühazirələr kursu. Bakı-2010, səh.346

3)Azərbaycan tarixi VII cild (yeddi cilddə). Bakı-2008, səh.44

gedən küçə döyüşlərində 525 faşisti sıradan çıxarmışdılar. Əsgəri rəşadətinə görə A.Axundov “Qırmızı Bayraq” və “Qırmızı Ulduz” ordenləri ilə təltif olunmuşdu.

1942-ci ilin sentyabrında Stalinqrad cəbhəsində snayperçilik hərəkatının təşəbbüskarı, snayper Baloğlan Abbasov 25 faşist əsgər və zabitini məhv etmişdi. B.Abbasovun hazırladığı snayperlər 50 gün ərzində 615, özü isə 106 hitlerçini öldürmüşdü. 1942-ci il noyabrın 19-da B.Abbasovun həlak olmuş tank komandirini əvəz edərkən, faşistlərlə ağır döyüşdə şəhid olmuş. Sovet hökuməti Azərbaycan xalqının igid oğlunu ölümündən sonra Qırmızı Bayraq ordeni ilə təltif etmişdir. Cəbhə hərbi şurasının qərarı ilə qəhrəman döyüşçü B.Abbasovun adı əbədi olaraq qvardiyaçı divizyanın şəxsi həyətinin siyahısına yazılmışdır1.

Stalinqrad ətrafında əks-hücumlar zamanı 55-ci xüsusi tank alayının komandiri podpolkovnik Həzi Aslanov mahir hərbi sərkərdə istedadı nümayiş edirdi. 1942-ci il noyabrın 19-da onun tank alayı Barmantaks gölü rayonunda hücuma keçərək bir neçe saat ərzində düşmənin 4 tankını, 5 minomyot bateriyasını, 10 əl pulemyotunu, bir ağır topunu, 10 tankvuran tüfəngini, 18 möhkəmləndirilmiş səngərini, 40 arabasını, 3 piyada rotasını darmadağın etdi və 700-dən çox faşist əsgər və zabitini əsir aldı2. Həmin gün H.Aslanovun tankçıları hücumu davam etdirərək Plodovito kəndini almanlardan təmizlədilər. Noyabrın 21-də H.Aslanovun tank alayı Stalinqrad-Silsk dəmir yoluna çıxdı və piyadalarla birgə Abqanerovo və Sovetski stansiyasına daxil oldu. H.Aslanovun tankçıları Kotelnikovo tərəfə hərəkət edərək, dekabrın 16-da Verxne-Kumsk kəndi yaxınlığında düşmənin mühasirəyə alınmış 6-cı ordusunun köməyinə 70 tankla tələsən Manşteyn qoşunun bir qrupunun qarşısını kəsdi. Aslanov tankçıları düşmənlə 6 gün davam edən ağır döyüşdə mətanət göstərərək, qat-qat artıq qüvvəyə malik faşistlərin 12 hücumunu dəf etdilər. Döyüşdə aslanovçular düşmənin 45 tankını, 9 minomyot batereyasını, 14 tank əleyhinə və 12 səhra silahını, 50 avtomobilini və 700-dən çox canlı qüvvəsini sıradan

___________________________________ 1)Qaray Mədətov “Azərbaycan böyük vətən müharibəsində (1941-45)”. Bakı-1965,səh.103

2)Yenə orada,səh.104

çıxardılar. 700 hitlerçini əsir götürdülər. 1942-ci il dekkabrın 31-də SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Həzi Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verildi. H.Aslanovun 55-ci tank alayının 100-dən çox döyüşçüsü SSRİ-nin orden və medalları ilə təltif olundu, alay isə qvardiya alayına cevrildi1.

Stalinqrad döyüşündə 4-cü süvari korpusunun komandir müavini H.A.Quliyev düşmənin müdafiə xəttini yararaq 1941-ci il noyabrın 19-da Aksaysk şəhərini azad etdi. 1942-ci ilin dekabrında Kolotnikova rayonunda şiddətli döyüşdə bu qoşun hissəsi Manşteynin qoşunlarının bir neçe hücumunun qarşısını aldı. Lakin bu ağır döyüşlərin birində general Y.Yaqubov şəhid oldu. O, ölümündən sonra Lenin ordeni ilə təltif edildi. Qvardiya baş leytenantı Həmzə Sadıxov Volqadakı döyüşlərdə fəal iştirakına və alman general-leytenantı Paulüsun əsir alınmasında iştirakına görə “Qırmızı Ulduz” ordeninə layiq görüldü2.

Sovet ordusu Stalinqrad cəbhəsində faşist Almaniyasına ağır sarsıdıcı zərbə vurdu. Faşistlər 1,5 milyon əsgər və zabit, 3 mindən çox tank, top, minomyot, 4,4 min döyüş və nəqliyyat təyyarəsi itirdilər. Stalinqrad qələbəsində SSRİ-nin bütün xalqları nümayəndələrinin, o cümlədən Azərbaycan əsgər və zabitlərinin də payı vardı. 1942-ci ilin axırında SSRİ Ali Soveti Rəyasət Heyətinin təsis etdiyi “Stalinqradın müdafiəsi uğrunda” medalı ilə 1600-dən artıq azərbaycanlı təltif olunmuşdu.

_____________________________________ 1)Azərbaycan tarixi VII cild (yeddi cilddə). Bakı-2008,səh.46

2)Yenə orada.

II FƏSİL


Milli diviziyaların təşkili və onların döyüş yolu.

Azərbaycanda milli diviziyaların yaradıması müəyyən dərəcədə 1941-ci ilin sonunda Almaniya faşist rəhbərliyinin Qafqazı zəbt etmək planını həyata keçirmək cəhdi ilə əlaqədar idi. Belə şəraitdə Azərbaycanda aşağıdakı milli diviziyalar yaradıldı :



  1. 77-ci dağ-atıcı diviziyası (1938-ci ildə ləğv edilərək, digər ümumi qoşun hərbi hissəsinə qatılmışdı ), 1941-ci ildə bərpa edildi və 1941-ci ilin avqust-sentyabr aylarında İranda yerləşdirilmişdi.

  2. 402-ci atıcı diviziya: 1941-ci ilin avqustunda Naxçıvanda yaradılmış və 1941-ci ilin oktyabr 1942-ci ilin apreli arası Cənubi Azərbaycanda yerləşdirilmişdi.

  3. 223-cü atıcı diviziya 1941-ci ilin oktyabrında Quba-Qusar-Dəvəçi zonasında təşkil edilmişdi.

  4. 416-ci atıcı diviziya 1942-ci ilin fevralında Ucar-Göyçay-Ağdam-Şəmkir- Ələt zonasında təşkil edilmişdi.

  5. 396-cı atıcı diviziya (1941-ci ilin avqustunda Cənubi Azərbaycanda yerləşdirilmişdi.

Bunlardan başqa həmin illərdə Azərbaycanda bir neçə qarışıq milli tərkibli diviziyalar (217-ci, 227-ci, 151-ci) da yaradılmışdı. Azərbaycan diviziyalarının şəxsi heyətinin milli tərkibi və döyüş yollarının əsas istiqamətlərini geniş öyrənmək və təbliğ etmək müasir dövr üçün çox vacibdir. Çünki Qafqaz dağları ətəklərindən başlayaraq Şimala və Qərbə doğru Ukrayna, Belarusiya, və Baltikyanı ölkələrində, Polşa, Bolqarıstan, Rumıniya, Macarıstan və Yuqoslaviya torpaqlarında, Oder və Şpreye çayları sahillərində yüzlərlə və minlərlə Azərbaycan oğullarının məlum və naməlum məzarları vardır. Onlar öz qəhrəmanlıqları ilə xalqımızı Avropa və bütün dünyaya tanıtmışlar1. _____________________________________ 1) İ.Z.İsmayılov “Azərbaycanlıların II dünya müharibəsində iştirakı” Bakı-2000,səh.53

77-ci milli atıcı diviziya

Azərbaycanın ilk atıcı milli diviziyası olan bu diviziya 1920-ci ilin 30 oktyabrında yaradılmışdır. İlk dövrdə onun tərkibinə iki polk, kursantlar polku və artilleriya divizionu daxil idi. 1924-30-cu illərdə diviziyanın komandiri Cəmşid Naxçıvanski (1895-1938) olmuşdur. Diviziya 1927-ci ildə Qara dəniz sahillərində hərbi məşqlərdə iştirak etmiş ona 1930-cu ildə dağ-atıcı diviziyası adı verilmişdir. Diviziya 1935-ci ildə Qırmızı Bayraq ordeni ilə təltif edilmişdir. SSRİ Müdafiə Naziri müavini marşal S.M.Budyonnı 1940-cı ilin sentyabrında Zaqafqaziya hərbi dairəsinin ordu hissələrinin taktiki hazırlığını yoxlayarkən 77-ci diviziya ən yaxşı diviziyalardan biri kimi qiymət almışdı. 77-ci dağ-atıcı diviziya 1941-ci il avqustun sonunda İran (Cənubi Azərbaycan) sərhəddini keçərək Pəhləvi və Rəştə daxil oldu. Diviziyanın komandiri həmin dövrdə polkovnik Pimenov, hərbi Komissar isə Əmrulla Dadaşov idi. Sovet ordusunun İranda müvəqqəti yerləşdirilməsi antihitler ittifaqı ilə İran dövləti arasında müqaviləyə əsasən edilmişdi. 1941-ci ilin sonunda Kerç yarımadası (Krım) faşistlər tərəfindən zəbt edilmişdi və Sevastopol mühasirə vəziyyətində idi. Krımı düşmən ordusundan azad etmək vəzifəsi Zaqafqaziya cəbhəsinə və Qara dəniz hərbi donanmasına tapşırılmışdı. 1941-ci ilin 29 dekabrında Kerç yarımadasına çıxarılmış desant Feodosiya rayonuna daxil oldu və faşistlər Kerçdən qovuldular. Lakin 1942-ci ilin yazında faşist Almaniyası ordusu Kerç istiqamətində yenidən hücuma keçdi və Sovet Ordu hissələri Taman yarımadasında öz mövqelərini möhkəmlətdilər. Bu əməliyyatlar ilə Novorossiyskinin müdafiəsi dövrü başlandı. 1942-ci ilin mayında 77-ci diviziya Qafqaz cəbhəsində hərbi əməliyyatlarda iştirak edirdi1. 1942-ci ilin 1 oktyabrında 77-ci diviziya öz şəxsi heyətini tamamlamaq üçün Dağıstana gətirildi və 58-ci ordunun tərkibinə daxil edildi. Həmin dövrdə onun şəxsi heyəti tərkibinin 66%-ni azərbaycanlılar təşkil edirdi. Azərbaycan Respublikası rəhbərliyi diviziyanın döyüşçüləri ilə görüşə xalqın görkəmli şəxsiyyətlərindən olan Səməd Vurğunu, Rəsul Rzanı, Heydər Hüseynovu və digər ziyalıları göndərmişdi, diviziyaya göstərilən hərtərəfli kömək nəticəsində o, yeni döyüşlərə hazır vəziyyətə gətirildi. Şimali Qafqazın düşməndən azad edilməsi üzrə 1943-cü ilin yanvarında başlanmış hərbi əməliyyatlarda 77-ci diviziya da fəal iştirak etdi və 3 yanvarda Mazdok şəhəri ______________________________ 1)Qaray Medətov “Azərbaycan böyük vətən müharibəsində (1941-45)”.Bakı-1965,səh.125

düşməndən azad edildi.

Bundan sonra diviziya döyüşlərlə 850 km məsafəni qət edərək, Donbasın düşməndən azad edilməsi əməliyyatlarında 44-cü ordunun tərkibində iştirak etdi, Dneprin sol sahillərində və Cənubi Ukraynada uğurlu əməliyyatlar apardı. Həmin dövrdə azərbaycanlılar diviziyanın (komandir- polkovnik A.P.Radionov, komissar polkovnik Kazım İsmayılov) şəxsi heyətinin 30% təşkil edirdi. Sivasın azad edilməsi (Azov dənizi rayonunda körfəz) üzrə 11 apreldə başlanmış hücumlarda 77-ci diviziya ən təhlükəli mövqelərdən birində yerləşdirilmişdi. Sevastopolun azad edilməsində də 77-ci diviziya ən təhlükəli mövqelərdən birində yerləşdirilmişdi. Sevastopolun azad edilməsində 77-ci diviziya mühüm sahə olan Sapun-Qarada gərgin döyüşlərdə iştirak etmişdir. 10 günlük döyüşlər nəticəsində Sapun-Qara düşməndən azad edildi. Sapun-Qaranın ən yüksək zirvələrdən birinə Qırmızı Bayrağı serjant Abduləziz Qurbanov (07.05.43) sancdı. Simferopolun azad edilməsində göstərdiyi qəhrəmanlığa görə 77-ci diviziyaya SSRİ Ali Soveti Rəyasət Heyətinin 24 aprel 1944-cü il tarixli fərmani ilə “Simferopol diviziyası” fəxri adı verilmiş, onun şərəfinə Sapundağda abidə ucadılmışdı1 . Bütövlükdə Krımın düşməndən azad edilməsində göstərilən qəhrəmanlıqlara görə diviziyanın 3140 əsgər və zabiti orden və medallarla təltif edilmişdi. Diviziyaya isə Simferopol diviziyası fəxri adı verildi. Krımın azad edilməsindən sonra 77-ci diviziya I Pribaltika cəbhəsinin tərkibində Litvanın düşməndən azad edilməsi əməliyyatlarında iştirak etdi2. Burada döyüşlər müharibənin son günlərinə qədər davam edirdi və yalnız mayın 8-də qurtardı. II dünya müharibəsi illərində 77-ci diviziya 10900 kilometrlik məsafəni qət etmiş və bundan 2555 km məsafəni döyüşlərlə getmişdir. Bu döyüşlərdə diviziyanın şəxsi heyəti Simferopol, Baxçasaray, Balaklava, Sevastopol və digər şəhərlərin düşməndən azad edilməsində fəal iştirak etmişdir. Diviziyanın 8 nəfər zabit və döyüşçüsünə Sovet İttifaqı Qəhrəmanı adı verilmiş, şəxsi heyətdən 11237 nəfər isə orden və medallarla təltif edilmişdir3. Bunların içərisində Sovet İttifaqı Qəhrəmanı Abdurahman Abdullayev, polkovnik Hacıağa Tağızadə, kapitan ____________________ 1)Azərbaycan tarixi muhazirələr kursu, Bakı-2010,səh.351

2)XX əsr Azərbaycan tarixi II cild.Bakı-2009,səh.349

3) Z.M.Bünyadov, R.Ə.Zeynalov, Qafqazdan Berlinədək, B. 1990, s.97; 77-ci Simferopol diviziyası, B., 1981, s.121.

İsmayıl İbrahimov, starşina İslam Səfərli və yüzlərlə digərləri öz qəhrəmanlıqları ilə xalqımızın döyüş bacarığını bütün dünyaya nümayiş etdirmişdilər. Azərbaycanın 77-ci dağ-atıcı diviziyası sonralar yaranmış milli diviziyalarımız üçün əsas baza olmuşdur. 77-ci Azərbaycan diviziyası tərkibində aşağıdakı generallar yetişmiş və döyüşmüşlər: Tərlan Əliyarbəyov, Mahmud Əbilov, Azərbaycanın 77-ci dağ-atıcı diviziyası sonralar yaranmış milli diviziyalarımız üçün əsas baza olmuşdur. 77-ci Azərbaycan diviziyası tərkibində aşağıdakı generallar yetişmiş və döyüşmüşlər: Tərlan Əliyarbəyov, Mahmud Əbilov, Hüseyn Məmmədov, Heybət Heybətov. Bu generallar müharibə illərində bu müharibədən sonrakı dövrlərdə böyük sərkərdəlik məharəti göstərmişlər. 77-ci diviziya və onun alaylarının komissarları və siyasi şöbə rəisləri olmuş Əmrulla Dadaşov, Kazım İsmayılov və digərləri şəxsi heyət içərisində böyük siyasi-tərbiyə işinə nail olmuşdular. Sevastopolun azad edilməsi əməliyyatının tərkib hissəsi olan Sapun- Qaradan düşmənin qovulmasında 77-diviziyanın 105 saylı alayı böyük hünər göstərdi. Krımın Kerç rayonunda Sapun-Qara yaxınlığındakı döyüşlərdə həlak olmuş azərbaycanlı döyüşçülərin xatirələrini əbədiləşdirmək məqsədilə burada möhtəşəm abidə ucaldılmışdır1.

223-cü atıcı diviziya

223-cü atıcı diviziya 1941-ci ilin oktyabrında Quba-Qusar-Dəvəçi zonasında təşkil edilmişdi. Qafqaz uğrunda döyüşlər 1942-ci ilin 25 iyulundan başlanmışdı və 223-cü Azərbaycan milli diviziyasının döyüş əməliyyatları da bu dövrdən başlandı. 1942-ci ilin avqustunda faşist ordusu Mazdoku zəbt etmişdi və Qroznı-Bakı istiqamətində döyüşlərin güclənəcəyinə şübhə yox idi. Həmin dövrdə 44-cü Sovet Ordusunun tərkibində olan 223-cü diviziya (komandiri general-mayor H.Heybətov) Mahaçqala-Buynaksk-Xasavyurd istiqamətində Terek çayının cənubuna çıxaraq Quderməsdən Kaspi dənizi sahilinə qədərki 150 km-lik cəbhədə yerləşdirilmişdi. Dekabrın ortalarına doğru diviziya Mazdokun şimal hissəsində altı kəndin azad edilməsi ilə döyüşə başlayaraq, Mazdokun azad edilməsində (3/1- 43) iştirak etdi. Bundan sonrakı döyüşlərdə diviziyanın iki polku yanvarın 11-də Georgiyevsk şəhərinə birinci daxil olaraq onu azad etdi. Qafqaz uğrunda döyüşlərin ilk 100 günü ərzində 223-cü diviziya 4 min kvadrat __________________________________ 1)İ.İsmayılov “Azərbaycanlıların II dünya müharibəsində iştirakı”.Bakı-2000,səh.57

kilometrdən çox ərazinin düməndən azad edilməsində (o cümlədən Mazdok, Georgievsk və 50-dən çox kənd) iştirak etmişdi1.

Diviziya 37-ci Ordunun tərkibində yanvarın 20-də Çerkesk şəhərinin azad edilməsində iştirak etdi və fevralın əvvəlində Krasnodar istiqamətinə marş ilə hərəkət etməyə başladı. 1942-45-ci illərdə diviziyanın alaylarının komandirləri: mayor Abbas Abdullayev (1037-ci alay), mayor Ruhulla Abdullayev (1039-cu alay), mayor Baxış Mehdiyev və mayor Hüseyn Hacıyev (1041-ci alay) olmuşdur.

Sonrakı dövrdə 223-cü diviziya 46-cı Ordunun tərkibində yeni hücuma Şimali Don rayonuna gətirilərək, Xarkovun cənubi-qərb istiqamətində döyüşlərə başladı və düşmənin mühasirəyə düşmüş ordu hissəsinin 20 gün ərzində məhv edilməsində fəal iştirak etdi. Azərbaycanın ədəbiyyat və insəsənət xadimləri milli diviziyaların döyüşçüləri ilə tez-tez görüşürdülər. 1943-cü ilin martında Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Mehdi Hüseyn, Məmməd Rahim, Zeynal Xəlil, Əhməd Cəmil 223-cü milli diviziyanın fəxri əsgəri adına layiq görülmüşdülər. Belə görüşlər döyüşçülərimizdə vətənpərvərlik əhvalı ruhiyyəsinin güclənməsinə böyük təsir edirdi. Məşhur bəstəkarlar Üzeyir Hacıbəyov və Çingiz Hacıbəyov 223-cü diviziyada döyüşçülər qarşısında geniş proqramla müsamirə vermişdilər. 1943-cü ilin oktyabrın 20-də 223-cü diviziya 2-ci Ukrayna cəbhəsində 7-ci qvardiya ordusunun tərkibinə daxil edilmişdi və o, 31 oktyabrda Kirovoqrad istiqamətində döyüşlərə başladı. 1943-cü ilin sentyabr-dekabr aylarında diviziya 400 kilometr döyüş yolu keçərək, Ukraynanın təxminən 1000 kvadrat km ərazisini düşməndən azad etmiş və Dnepri keçərək Sovet Ordusunun Kirovoqrad döyüş dəstəsi tərkibində yeni döyüşlərə hazırlaşırdı. Dneprin keçilməsində H.Hacıyev, M.Məmmədov, S.Əsgərov, A.Abdullayev, C.Həşimov, H.Qasımov, Ə.Əsədov, N.Babayev və digərləri böyük hünər göstərmişdilər. 1944-cü ilin aprelində diviziya 57-ci ordunun tərkibində Dnestr çayının sağ sahilində Benderi şəhərinin şimali-qərbində hərbi əməliyyatlarını genişləndirirdi. Düşmənin güclü təyyarə və top atəşləri altında diviziya bu istehkam xəttini 130 gün müdafiə etdi. 1944-cü il avqustun əvvəlində başlanan Yassa-Kişinyov əməliyyatında 223-cü diviziya Tiraspol şəhərinin cənubi-qərbində döyüşürdü. Diviziyanın növbəti hərbi əməliyyatları Rumıniya sərhəddi istiqamətində aparıldı və onun alayları 1944-cü _______________________________ 1) Z.M.Bünyadov, R.Ə.Zeynalov, Qafqazdan Berlinədək, B. 1990, s.104

ilin 2 sentyabrında Dunay çayını keçdikdən sonra istiqamətlərini Bolqarıstan sərhədlərinə tərəf götürdülər. 20 gün ərzində 800 km məsafəni döyüşlərlə irəliləyən diviziya Rumıniyanın Konstansa limanının və Bolqarıstanın Şumen və Razqrad şəhərinin azad edilməsində iştirak etdi. Milli diviziyanın döyüş yolunun sonrakı mərhələsi Yuqoslaviya torpaqlarının faşistlərdən azad edilməsi və Belqrad səmtində hücum əməliyyatları oldu1.

On gün ərzində şərqi Serbiya vilayəti düşməndən azad edildi və 223-cü diviziyanın alayları (№1037, 1041) Morova çayı vadisinə çatdılar. Burada, Bor adlı şəhərdə 223-cü diviziya Yuqoslaviya ordusunun 23-cü diviziyası ilə görüşdü. 1944-cü ilin 17-20 oktyabrında Belqrad şəhərində yerləşmiş 20 minlik faşist ordusu darmadağın edildi. Belqrad uğrunda döyüşlərdə fərqlənən və qələbə salyutu münasibətilə Ali Baş Komandanın əmrində adı çəkilən diviziyalardan biri də 223- cü diviziya idi və ona Belqrad diviziyası adı verildi. 1944-cü ilin 24 dekabrında 223-cü diviziya Macarıstan sərhəddini keçərək Budapeşt istiqamətində döyüş əməliyyatlarında iştirak etdi. Balaton gölü ətrafında aparılan döyüşlərdən sonra 1945-ci il fevralın 13-də Macarıstanın paytaxtı Budapeşt şəhəri də düşməndən azad edildi. Müharibənin son həftələrinin döyüşlərini 223-cü diviziya Avstriya ərazilərində keçirmişdir. Aprelin 6-da Dunay çayını keçən diviziya Vyana istiqamətində döyüşlərdə iştirak etmiş, 13 apreldə Vyana şəhəri də faşistlərdən azad edilmişdir. Diviziyanın 1037-ci alayına “Vyana” adı verilmişdir. 223-cü diviziyanın son döyüşləri 1945-ci ilin 7 mayında Avstriyanın Qollabrun şəhərinin azad edilməsində olmuşdur və bu şəhərin azad edilməsində həlledici döyüşlərə görə diviziya Ali Baş Komandanın təbrikinə layiq görülmüşdür. Bu müharibə illərində diviziyanın Ali Baş Komandandan aldığı 11-ci təbrik idi. İkinci dünya müharibəsinin tərkib hissəsi olan Böyük Vətən Müharibəsi illərində 223-cü Belqrad atıcı diviziyası 30 ay ərzində döyüşlərdə fasiləsiz iştirak etmiş, Mazdokdan Vyanaya qədər 3600 kilometrlik yolu keçmişdir2. Bu yol üstündə Rumıniya, Bolqarıstan, Yuqoslaviya, Macarıstan, Avstriya və Çexoslovakiya əraziləri yerləşir. Diviziyanın bütün döyüşçüləri “Qafqazın müdafiəsinə görə”, “Belqradın azad edilməsinə görə”, “Budapeştin alınmasına görə” və “Vyananın alınmasına görə” medalları ilə təltif edilmişdir. ______________________________ 1) İ..İsmayılov “Azərbaycanlıların II dünya müharibəsində istirakı”.Bakı-2000,səh.60

2)Qaray Mədətov “Azərbaycan böyük vətən müharibəsində (1941-45)”.Bakı-1965,səh.127

Diviziyanın 1037-ci alayı Suvorov ordeni ilə, 1039-cu alayı Kutuzov ordeni ilə, 181-ci Artilleriya alayı isə Boqdan Xmelnitski ordeni ilə təltif edilmişdir. Diviziyanın əsgər və zabitlərindən 3483 nəfər orden və medallarla təltif edilmişdir. Diviziyanın veteranlarından Əli Məhərrəmov hazırda Nəsimi rayonu veteranlar Şurasının işində fəaliyyət göstərir.

396-cı milli atıcı diviziya

396-cı atıcı diviziya 1941-ci ilin avqustunda İranda 44-cü ordunun tərkibində olmuşdur. Həmin ilin sonunda diviziya respublikanın Quba bölgəsinə gətirilmiş və Şimali Qafqaza göndərilmək üçün hazırlanırdı. Diviziyanın ilk komandiri Q.Korçakov, komandir müavini polkovnik Əsədullayev: komissarı polkovnik Xavər Vəliyev olmuşdur. Diviziyanın şəxsi heyətinin əksəriyyəti azərbaycanlılardan ibarət idi. 1941-ci ilin son günlərində diviziya Krım yarımadasına desant yolu ilə göndərildi və 51-ci Ordunun tərkibinə daxil edildi. 396-cı diviziyanın tərkibində 803-cü, 816-cı, 819-cu atıcı alayları və 957-ci artilleriya alayı (komandir Musa Heybətov) olmuşdur. Digər alayların komandirləri isə polkovnik Abdullayev və polkovnik Əsədullayev idi. 1942-ci ilin may döyüşləri ərəfəsində Krımda 44-cü, 47-ci və 51-ci Sovet Orduları yerləşdirilmişdi. Mayın 7-də faşist ordusunun geniş miqyaslı hücumları nəticəsində 44-cü Sovet Ordusu hissələri böyük itki ilə geri çəkilməyə məcbur oldular. Bu döyüşdə 396-cı diviziya böyük itki verdi. Həmin döyüşdən sonra Sovet hərbi hissələri Krımdan Taman yarımadasına köçürüldülər. 396-cı diviziyanın şəxsi heyəti isə Armavirdən keçərək Tiflisə, oradan da Qubaya (Azərbaycana) göndərilərək, tərtib edilən yeni (223-cü) diviziyanın tərkibinə qatıldı. Yuxarıda göstərilən gərgin döyüşdə 396-cı milli diviziyanın alay və batalyon komandirləri və komissarlarından X.Vəliyev, Y.İsmayılov, Əmirulla Dadaşov (həlak olmuşdur), Ə.Hüseynov, A.Abbasov, K.Ağayev, N.Aslanov, Mehdi Muxtarov, T.Axundov, İ.Əsgərov, Q.Süleymanov döyüşlərdə xüsusilə fərqlənmişdilər. Hazırda Nəsimi rayonunda yaşayan və işləyən veteranlardan Abdulrəhman Dadaşov və Nəsir Aşurov vaxtı ilə 396-cı milli diviziya tərkibində döyüşmüşlər1.

_____________________________ 1)İ.İsmayılov “Azərbaycanlıların II dünya müharibəsində iştirakı ”.Bakı-2000,səh.61

402-ci milli atıcı diviziya

402-ci milli atıcı diviziya 1941-ci ilin avqustunda Naxçıvanda və Ordubadda təşkil edilmişdir və onun tərkibində Azərbaycan türkləri 90% təşkil edirdi. Diviziya 1941-ci ilin oktyabrınadək İranda (Cənubi Azərbaycan) yerləşirdi. Bundan sonra Vətənə qaytarılan diviziya 1941-ci ilin oktyabrının əvvəllərində Ordubad və Kivraq şəhərlərindən müharibə zonasına göndərildi. Qafqaz uğrunda döyüşlərə 44-cü ordu tərkibində döyüşə başlayan diviziya Qroznı şəhərinin müdafiəsi xəttində (Terek çayının sağ sahilində) yerləşdirildi. Diviziyanın komandiri polkovnik A.Hüseynov olmuşdur. Diviziyanın tərkibində 833-cü, 840-cı atıcı alayları, 960-cı topçular alayı, tank əleyhinə divizion və 4 əlavə batalyon var idi. 1942-ci ilin 30 noyabrında diviziya Mazdok istiqamətində başlanan hücum əməliyyatlarında iştirak edərək, dekabrın ilk on günündə 34 km irəliləyə bildi. Bu döyüşlərdə diviziyanın 833-cü alayının komandiri mayor Akim Abbasov xüsusilə fərqləndi. 840-cı alayın komandiri mayor Manaf Abdullayev də sərkərdəlik nümunəsi göstərmişdi. Mazdok istiqamətindəki döyüş əməliyyatlarında kapitan Məcid Əliyev (833-cü alayın 3-cü batalyonunun komandiri), baş leytenant Abdulla Dadaşov (960-cı topçu alayının 2-ci divizionu komandiri), leytenant Bilal Rəsulov (840-cı atıcı alayın 2-ci batalyonu komandiri), həmin batalyonun bölmə komandirləri baş leytenant Məmməd Tahirov və leytenant Ələkbər Hacıyev, pulemyotçu serjant Osman Hacıyev, döyüşçü Mirzəyev xüsusilə fərqlənmişdilər. Həmin günlərdə cəbhədə olmuş görkəmli şair Rəsul Rza Ağcabədi rayonunun Hindarx kəndində anadan olmuş pulemyotçu serjant Osman Abdulla oğlu Hacıyev haqqında “Osman Hacıyevin hünəri” adlı oçerk yazmışdı. Bu oçerkdə göstərilir ki, cəsur pulemyotçu Osman Hacıyev düşmənin avtomatçılar dəstəsinin hücumlarını iki dəfə dəf etmişdir. 1942-ci ilin 12 dekabrından sonra diviziyanın tərkibinə yeni döyüş hissələri əlavə edildi və o, yeni döyüşlərə hazırlaşmağa başladı. 1943-cü ilin ilk üç ayı ərzində diviziya Azərbaycan dilini bilən kiçik komandirlər heyəti ilə təmin olundu, diviziyaya hərtərəfli kömək üçün Bakıdan müvafiq hərbi və siyasi mütəxəssislər göndərildi. Az sonra döyüşə hazırlanmış 1500 nəfər 402-ci milli diviziyanın tərkibinə göndərildi və sonrakı illərdə diviziya Azərbaycandan yeni çağırışçılar dəstəsi alaraq onların da döyüşə hazırlığına başladı1. _____________________________________ 1)Qaray Mədətov “Azərbaycan böyük vətən müharibəsində (1941-45)”.Bakı-1965,səh.125

1943-1944-cü illərdə 402-ci diviziya digər milli diviziyaların tərkibini möhkəmləndirmək üçün döyüşçü və komandirlər hazırlamaq üzrə əsas ehtiyat bazası kimi istifadə edilmişdir. Məsələn, diviziya 1943-cü ildə 2200 nəfər, 1944-cü ildə 1500 nəfər yeni çağırışçı qəbul edərək döyüşə hazırlamışdı. Böyük Vətən müharibəsi cəbhələrində döyüşən azərbaycanlı komandirlərdən Heybət Heybətov, Mahmud Əbilov, Hacıbaba Zeynalov, Tərlan Əliyarbəyov, Akim Abbasov və digərləri yüksək hərbi sərkərdəlik qabiliyyətinə malik olduqlarını sübut edərək, general-mayor rütbəsi aldılar. Müharibə illərində yaradılmış Milli diviziyalarda siyasi tərbiyə işlərinə respublikadan 322 nəfər rəhbər partiya işçisi göndərilmişdi. Bunların içərisində polkovniklər Xavər Vəliyev, Rəşid Məcidov, Kazım İsmayılov, Mehbalı Əmiraslanov, Əbdül Rəcəbov, Ələsgər Qasımov və digərləri var idi. Bu diviziyaların döyüşçüləri ilə görüşə Səməd Vurğun, Üzeyir Hacıbəyov, Rəsul Rza, Bülbül Məmmədov, Niyazi, Mustafa Topçubaşov, Heydər Hüseynov və digər ictimai xadimlər tez-tez gedir və özləri ilə incəsənət kollektivləri qruplarını aparırdılar. Milli diviziyalarda Azərbaycan dilində 12 adda qəzet buraxılırdı: “Vətən şərəfinə”, “Vətən uğrunda”, “Həyəcan” və başqa adlarda çıxan cəbhə qəzetləri redaktorları sırasında Rəsul Rza, Abbas Zamanov, Cəfər Xəndan, Əhməd Cəmil, Xasay Vəzirov, Ənvər Məmmədxanlı və digər ədib və jurnalistlər fəaliyyət göstərirdi. Həmin illərdə bəstəkarlardan Tofiq Quliyev “23-cü diviziya” adlı mahnını, Niyazi “402-ci diviziya”, “Can Azərbaycan”, “402” yürüş marşlarını yazmışdı1.

416-cı milli atıcı diviziya

1942-ci ilin fevralından başlayaraq ayrı-ayrı hissələri Ucar-Göyçay-Şəmkir zonasında və Ələtdə təşkil edilən 416-cı milli diviziyada şəxsi heyətin 92%-i Azərbaycan türkləri idi. 416-cı milli diviziyanın döyüş yolu Qafqazdan başlanmışdır. Diviziya 1942- ci ilin sentyabrın əvvəllərində 44-cü ordunun tərkibinə daxil edilərək Şimali Qafqazda Xasav-yurt rayonuna göndərilmişdi. Diviziyanın cəbhəyə getdiyi vaxt Qafqaz uğrunda döyüşlərin ən şiddətli dövrü idi. Faşist Almaniyası rəhbərliyi özünün “Cənub” ordu qrupu komandanlığına 1942-ci ilin 25 sentyabrında Bakını zəbt etməyi əmr etmişdi. Lakin faşist ordusunun əsas qüvvələri Sovet ordusunun güclü müqavimətinə rast gələrək,

____________________________________ 1) İ.İsmayılov “Azərbaycanlıların II dünya müharibəsində iştirakı”.Bakı-2000,səh.64

Şimali Qafqazda sentyabr ayında döyüşlərdə böyük itkilər verdi. 1942-ci ilin oktyabrında 416-cı diviziya 58-ci ordunun tərkibinə daxil edilərək, Sulak çayının şərq sahilində düşmənin Mahaçkala istiqamətindəki hücumlarına qarşı mövqedə yerləşdirildi. Həmin ilin noyabrında diviziya yenidən 44-cü ordunun tərkibinə daxil edildi və təcili olaraq marş ilə Terek stansiyası zonasında yeni döyüş xəttinə göndərildi. 1942-ci ilin 30 noyabrında diviziya hücuma keçdi. Hücum ərəfəsi noyabrın 29-da keçirilən mitinqdə diviziyanın 1373-cü alayının əsgərləri B.Mustafayev və Ç.Quliyev öz çıxışlarında demişdilər ki, biz hamımız Qafqazı son damla qanımıza qədər müdafiə edəcəyik və bu torpaqda faşistlər özləri üçün məzarlarını tapacaqlar. Faşistlərin Şimali Qafqazdan qovulması məqsədilə başlanan ümumi hücum 1942-ci ilin noyabrının 30-da başlandı və bu hücumda diviziyanın 4 alayı iştirak edirdi. İlk döyüşlərdə baş leytenant K.Rzayev, leytenant Ə.Abdullayev, kiçik leytenant K.Hacıyev, sıravi əsgərlərdən B.Cabbarov, İ.Heydərov, A.Zülfüqarov qələbə əzmi ilə böyük mətanət göstərdilər. Dekabrın son günlərində Mazdok istiqamətindəki döyüşlər daha gərgin keçdi. Döyüşlərin birində 1368-ci alayın əsgəri Məmmədov, “Doğma Azərbaycan uğrunda!” sözləri ilə düşmənin səngərinə daxil oldu. Beləliklə 1943-cü ilin yanvarının əvvəlinə qədərki dövrdə diviziyanın döyüşçüləri Qafqazdan Azov sahilinə qədərki məsafəni döyüşlərlə keçərək, növbəti döyüşlərə hazırlaşdılar. Bu dövrdə diviziyanın komandirlərindən biri polkovnik (az sonra general-mayor) Tərlan Əliyarbəyov olmuşdur. 1942-ci ilin 19 noyabrında Stalinqrad rayonunda Sovet Ordusunun hücumlarının başlanması ilə əlaqədar olaraq Şimali Qafqazdan da başlanan əks hücumlar nəticəsində üç ay ərzində Şimali Qafqaz düşməndən azad edildi və Rostov istiqamətində döyüşlərə başlamaq üçün zəmin yaradıldı. 1943-cü ilin 21 fevralında 416-cı diviziya əməliyyatlarının II dövrünə hazırlığa başladı. Bunun üçün diviziyaya Azərbaycandan 1500 nəfər yeni döyüşçü və siyasi işçi göndərilmişdi1. 1942-ci ilin 3 oktyabrında SSRİ Ali Sovetinin Rəyasət heyətinin qərarı ilə orduda hərbi komissarlar institutu ləğv edilərək vahid rəhbərlik prinsipinə keçildi. Komissarların apardıqları siyasi tərbiyə işlərini icra etmək üçün komandirlərin siyasi işlər üzrə müavinləri vəzifəsi təsis edildi. Milli diviziyalarda siyasi işlər üzrə

_____________________________ 1)Qaray Mədətov “Azərbaycan böyük vətən müharibəsində (1941-45)”.Bakı-1965,səh.130

komandirlərin müavinlərinin əksəriyyəti Respublikadan göndərilmiş təcrübəli partiya işçilərindən ibarət idi. 416-cı diviziya 1943-cü ilin 17 avqustunda Taqanroq istiqamətində başlanmış hücumlarda iştirak edirdi və avqustun 30-da diviziya 28-ci ordunun tərkibində Taqanroq şəhərinin düşməndən azad edilməsində böyük qəhrəmanlıq göstərdi.Taqanroq şəhərini azad etdiyinə görə ali Baş Komandanın əmri ilə 416-cı diviziyaya “Taqanroq” fəxri adı verilmişdi1. diviziyası fəxri adı verildi. Milli diviziya 1943-cü ilin sentyabrında Azərbaycandan öz tərkibinə 2500 nəfər yeni döyüşçü heyəti adlı və müvafiq hazırlıqdan sonra oktyabrın 10-dan başlayaraq növbəti döyüşlərə başladı və Nikolayev şəhərinin düşməndən azad edilməsində fəal iştirak etdi. 1944-cü ilin yanvarında 416-cı diviziya 3-cü Ukrayna cəbhəsində 5-ci zərbə ordusu tərkibində hücuma keçərək, Dnestr çayını keçdi və döyüşlərlə Dnepr çayı sahillərinə çıxdı. Dneprin keçilməsində qəhrəmanlıq göstərdiklərinə görə Mikayıl Ələkbərov, Bahəddin Mirzəyev, Ablul Vəliyev, Fəriz Səfərov və Ağaşirin Cəfərov Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görüldülər. Həmin ilin 9 aprelində diviziya Odessa şəhərinin azad olunmasında fərqləndiyinə görə o, II dərəcəli Suvorov ordeni ilə təltif edildi2. 1944-cü ilin yayından başlayaraq 416-cı diviziya 3-cü Ukrayna cəbhəsi tərkibində məşhur Yassa-Kişinyov döyüş əməliyyatında və Moldaviyanın paytaxtı Kişinyov şəhərinin və bütün Moldaviyanın faşizm tapdağından azad edilməsində fəal iştirak etdi. 1945-ci ilin martında diviziyanın 1054-cü alayı “Qırmızı bayraq” ordeni, 1368-ci alayı - “Boqdan Xmelnitski ordeni”, 44-cü divizionu isə “Aleksandr Nevski” ordeni ilə təltif edilmişdi. Taqanroq şəhərində 1981-ci ildə “Slava” memorialının təntənəli açılışında 416-cı diviziyanın müharibə dövründəki alay və batalyon komandirlərindən polkovnik Mehdi Mahmudov, polkovnik İsmayıl Aslanov, kapitan Bahəddin Mirzəyev iştirak etmişlər. 416-cı milli diviziya döyüşçüləri ilə cəbhələrdə görüşmək üçün görkəmli şair Səməd Vurğun və dahi bəstəkar Üzeyir Hacıbəyov, xalq artisti Bülbül Məmmədov, professorlardan M.Mirqasımov və Məmməd Qazıyev, məşhur neft ustası Ağa Nemətulla və digər ziyalılar dəfələrlə ezam edilmişdilər və bu görüşlər diviziya döyüşçülərinin hərbi-vətənpərvərlik ruhunda tərbiyə

______________________________________ 1)Azərbaycan tarixi mühazirələr kursu.Bakı-2010,səh.352

2)XX əsr Azərbaycan tarixi II cild.Bakı-2009,səh.349

edilməsinə böyük təsir etmişdir. 416-cı diviziyanın tərkibində baş leytenant Tahirə Dadaşova, tibb işçiləri Zəhra Səlimova, M.Hacıyeva, B.Mirzəcanov, R.Qasımzadə, D.Kazımova, R.Babayeva və digərləri böyük fədakarlıqlar göstərmişlər. 1945-ci ilin yanvarında Sovet ordusu bütün cəbhələrdə hücuma keçmişdi və əsas istiqamət Varşava-Berlin istiqaməti idi. 416-cı diviziya I Belorusiya cəbhəsinə daxil olan 5-ci zərbə ordusu tərkibində Visla çayı istiqamətində hücumu davam etdirərək, Varşavanın azad edilməsində iştirak etdi və Oder çayının qərb sahilinə çıxaraq, düşmənin Kyustrin şəhərini zəbt etdi. Berlinə ilk dəfə daxil olan hərbi hissələr içərisində 416-cı diviziya da var idi (komandir general-mayor D.M.Sızranov, siyasi şöbənin rəisi polkovnik Rəşid Məcidov). Diviziyanın 1373-cü alayı (Komandir general Heybət Heybətov, eyni zamanda diviziya komandirinin müavini idi) mayın 1-də Berlinə daxil oldu. Berlin uğrunda döyüşlərdə kapitan X.Gülməmmədovun batalyonu xüsusilə fərqləndi. Kayzerin sarayı üstündə Qələbə bayrağını ilk dəfə mayın 1-də sancanlardan olan baş leytenant Vahab Osmanov düşmən gülləsindən həlak oldu. Brandenburq qapıları üstünə mayın 2-də qələbə bayrağını taxanlardan biri isə leytenant A.Məcidov və onun döyüşçüləri oldular. Beləliklə 416-cı Azərbaycan milli diviziyası 27 ay ərzində döyüşlərlə 40 çayı keçərək (o cümlədən Dnepr, Visla, Oder) 2500 kilometr məsafəni qət etdi və 7900 kv. kilometr ərazini düşməndən azad etdi. Döyüş xidmətlərinə görədiviziyanın 300 döyüşçüsü yüksək dövlət tətiflərinə layiq görüldü1. Qafqazdan Berlinədək döyüş yolu keçmiş 416-cı Azərbaycan Milli diviziyası və onun alaylarına müharibə illərində general-mayorlar Tərlan Əliyarbəyov, Heybət Heybətov, Hacıbaba Zeynalov (diviziyanın qərargah rəisi) komandirlik etmiş, diviziyanın siyasi şöbə rəisləri isə polkovniklər Rəşid Məcidov və Xavər Vəliyev, eləcə də Əmrulla Dadaşov, İsmayıl Aslanov olmuşdur. Hazırda 416-cı milli diviziyanın veteranlarının şurası Bakıda fəaliyyət göstərir (sədri polkovnik Abu Müslüm Baxışevdir) və bu diviziyanın veteranlarından 125 nəfəri əmrlərini davam etdirirlər. Diviziyanın Qafqazdan Berlinədək döyüş yolu haqqında plakatlar və kitabçalar nəşr edilmişdir2.

_________________________________________ 1)Azzərbaycan tarixi VII cild (yeddi cilddə).Bakı-2008,səh.50

2)İ.İsmayılov “Azərbaycanlıların II dünya müharibəsində iştirakı”.Bakı-2000,səh.69

NƏTİCƏ


II dünya müharibəsi tarixdə görünməmiş möhtəşəm, eləcədə dağıdıcı müharibə olmuşdur. Böyük əziyyətlərlə bu müharibə faşizm bəlasının məhviylə nəticələnmişdir. Bu böyük bəşəri qələbədə heç şübhəsiz Sovet İttifaqının rolu böyükdür.

Əlbətdəki, Sovet qoşunu tərkibində döyüşən azərbaycanlıların döyüşlərdə, qələbədə, eləcə də faşizm bəlasının məhvində öz böyük rolu danılmazdır. Böyük vətən müharibəsinin başladığı ilk günlərdən azərbaycanlılar könüllü cəbhələrə getmiş, uğurlu döyüş yolu keçmiş və qələbənin qazanılmasına böyük töhvələr vermişdir.

Respublikada milli diviziyalar yaradılmışdı. Bu diviziyalar öz qəhrəmanlığı ilə böyük nüfuz qazanmışdır. Azərbaycanlılar təkcə Sovet qoşunları tərkibində deyil, eləcə də Almaniya tərəfindən də döyüşmüşdür. Bundan əlavə Azərbaycan oğulları Partizan hərəkatında da əfsanələşmişdir. Vətənimiz Mehdi Hüseynzadə, Əhmədiyyə Cəbrayılov, Vilayət Hüseynov və.s kimi qəhrəman parrtizanlar arasında böyük nüfuza maalik döyüşçülər yetişmişdir.

Məhz bu qəhrəmanlıq, cəsarətin, yüksek intizam və döyüş bacarığının nəticəsində 170 min azərbaycanlı zabit və əsgərlər müxtəlif orden və medallarla, fəxri fərmanlarla mükafatlandırılmışdır. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına laiq görülmüşdüş, 30 nəfər isə Şərəf ordeni ilə təltif olunmuşdur.

Ümumiyyətlə cəbhələrdə 600 mindən çox Azərbaycanlı döyüşmüşdür. Bir çox həmyerlimiz döyüşlərdə öldürülmüş, yaralanmış, bir çoxu şikəst olmuşdur. Azərbaycanlı qərəmanların bir çoxu ümumittifaq səviyyəsində Sovetlər Birliyinin hər bölgəsində öz cəsarəəti və mübarizliyi ilə tanınmışdır.

Bütun bunlar bir daha sübut edirki, azərbaycanlılar təkcə sənayedə, neft mədənlərində yox, aktiv döyüş cəbhələrində çıxış etmiişlər. 1945-ci ilin may ayında Berlində qələbə bayrağının asılmasında, Alman qoşunun məhv edilməsində azərbaycanlı dööyüşçülərin böyük əziyyətləri vardır. Tarixən qəhrəman övladlar yetişdirən Azərbaycan II dünya müharibəsində də bunu göstərmişdir.!

Ədəbiyyat siyahısı :

1.Qaray Mədətov “Azərbaycan böyük vətən müharibəsində (1941-45)”. Bakı 1965

2.İ.İsmayılov “Azərbaycanlıların II dünya mühharibəsində iştirakı”. Bakı 2000

3.Azərbaycan tarixi VII cild (yeddi cilddə). Bakı 2008

4.XX əsr Azərbaycan tarixi II cild (red:T.Vəliyev). Bakı 2009

5.Azərbaycan tarixi mühazirələr kursu. Bakı 2010

6. Z.M.Bünyadov, R.Ə.Zeynalov “ Qafqazdan Berlinədək”. Bakı 1990

7. “Azərbaycanın mərd oğullari”. Bakı 1954

8. “Azərbaycanın şanlı oğulları,II kitab”. Bakı 1944

9. “Azərbaycanın qəzəl ulduzları” . Bakı 1975



10. “Azərbaycan Respublikasının xatirə kitabı, I cild”. Bakı 1998

11. Qurban Orucov “Qafqaz uğrunda döyüşlər”. Bakı 1984


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə