Azərbaycan Respublikasının Təhsil Nazirliyi. Bakı Dövlət Universtiteti




Yüklə 119.46 Kb.
tarix20.04.2016
ölçüsü119.46 Kb.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi.

Bakı Dövlət Universtiteti.

Hüquq fakultəsi əyani şöbə I kurs 1424-cü qrup tələbəsi

Konstitusiya hüququ fənnindən

“Hüquqi dövlət, anlayışı və prinsipləri”

Mövzusunda

KURS İŞİ

Kafedra: Konstitusiya hüququ

Kafedra müdiri: prof.Ziyafət Əsgərov

Elmi rəhbər: b.m. Elşad Nəsirov
Bakı-2014







P L A N


  1. Giriş _______________________________________ 3

  2. I Fəsil. Hüquqi dövlət anlayışı _________________________ 5

  3. II Fəsil. Hüquqi dövlətin prinsipləri _____________________ 9

  4. Nəticə____________________________________________ 27

  5. İstifadə olunan ədəbiyyat ____________________________ 28



G İ R İ Ş

Hüquqi dövlətin müasir dövrdə böyük əhəmiyyət kəsb etməsi mənə bu mövzunu araşdırmaq üçün əsas verir. Hüquqi dövlətin əhəmiyyəti onun tarix boyu müxtəlif ölkələrdə müəyyən inkişaf yolu keçməklə müasir dövrdə demokratik dövlətin öndə gələn prinsiplərindən biri olmasında da görsənir. İnkişaf yoluna nəzər salarkən bu bir daha aydınlaşır.

Hüquqi dövlət fikri tam şəkildə XX əsrin əvvəllərində meydana çıxsa da hələ Yunan şəhər dövlətlərində hüquqi dövlətin köklərini tapa bilərik. Antik müəlliflərdən Platon və Aristotelin əsərlərində bu fikirlərə rast gəlmək olar. Platonun fikirlərinə görə, gərək hökümət hüquqa tabe olsun: Hüquq hər hansı hakimiyyətə tabedirsə, hər hansı hakimiyyətin köləsidirsə, mənim fikrimə görə, həmin dövlətin məhvi uzaqda deyil; Lakin əgər hökümət qanuna, hüquqa tabedirsə insanlar tanrıların bəxş etdiyi nemətlərdən yaxşıca faydalana bilir. Mənim gördüyüm yol budur.(8, s. kl1 3056)

Avropa “qaranlıq” dövrə qədəm qoyduqdan sonra bu ideyalar xeyli müddət unudulmuş olaraq qalır. Lakin sonradan yenidən alimlər həmin dövrü araşdırmağa başlayırlar. Avropada meydana gələn düşüncə sahəsindəki inkişafda Antik fəlsəfənin rolu böyük olmuşdur. Eləcə də Antik dövrdən qaynaqlanan hüququn aliliyi ideyası da yenidən “kəşf” edilmişdir. Mütərəqqi filosofların əsərlərində insan hüquqları problemi ortaya çıxarılmış, həmin filosoflar insanın təbii hüquqlarının qorunması, dövlət tərəfindən onlara təminat verilməsi, hər kəsin hüquq qarşısında bərabərliyi ideyalarını müdafiə etmişlər. Tomas Hobs, Con Lokk, Şarl Lui Monteskyö, Jan Jak Russo kimi filosoflar hər bir insanın hüquqlarının ona dövlət tərəfindən verilməsinin deyil, təbii olmasını öz əsərlərində göstərirdilər.

İngiltərədə, Hollandiyada, Amerikada, Fransada, bunların ardınca da Avropada baş vermiş digər inqilablar, inqilabi dəyişikliklər müasir hüquqi dövlətin ilk addımları idi. Hüquqi dövlət ideyası bu ölkələrdə yeni inkişaf yoluna qədəm qoyan dövlətçiliyin əsas prinsiplərindən biri olmaqla mühüm əhəmiyyət daşımağa başladı. İnqilablardan sonra dəyişikliklərə məruz qalan qanunvericiliklər daha mütərəqqi prinsiplərə əsaslanmaqla yaradılmağa başlanırdı. Doğrudur hələ tam dəyişikliklər baş verməsə də, feodalizmin sərt qanunları, kapitalizmin inkişafına əngəl törədən qanunlar ləğv olunmağa başlayırdı.

Hüquqi dövlətin inkişafı prosesini həm də “güclü”lərin özbaşınalığına son qoymaq üçün sadə xalqın və yenicə inkişaf etməyə başlayan burjuaziyanın mübarizəsinin nəticəsi kimi də başa düşmək olar. Çünki hələ əvvəllərdən güclü olan feodal güclərinin istədiyi qanunları digər təbəqələrə diktə etmək istəyi xalqın baş qaldırmasına səbəb olmuşdu. Hətta Fransa inqilabının görkəmli liderlərindən biri Maksimilyen Robespyer sərt şəkildə: Siz də azadlıq düşmənlərinə qarşı terror həyata keçirin. Güc yalnız cinayəti qorumaq üçünmü var?2 –deyirdi. İnqilab edən xalqın istəyi də, təbii ki, hər kəsin qanun qarşısında bərabər olması, onların hüquqların qorunması və s. idi.

Artıq XX əsrdə cəmiyyət, şəxsiyyət, dövlət münasibətlərinin inkişaf etməsi şəraitində hüquqi dövlətin inkişafı da buna uyğun baş verir. Konstitusiyalarda hüquqi dövlət ideyası öz əksini tapır.

Şəxsiyyət və dövlət arasında bu cür qarşılıqlı əlaqələrin konstitusiyada nəzərdə tutulması ona əsaslanır ki, müasir dövrdə həm dövlət, həm də şəxsiyyət bir-birilərindən qarşılıqlı şəkildə asılıdırlar və onların bir-birinə münasibəti son nəticədə hər ikisinin inkişafına əsaslı təsir edir.

Mövzu “Hüquqi dövlətin anlayışı” və “Hüquqi dövlətin prinsipləri” fəsillərindən ibarət olub sonda Nəticə hissəsi ilə sona çatır.


I FƏSİL

Hüquqi Dövlətin Anlayışı

Hüquqi dövlət deyəndə biz nəyi nəzərdə tuturuq? Məncə bu, cəmiyyətdə dövlət quruculuğu çərçivəsində xalqın suverenliyinin həyata keçirilməsinin hüquqi normasıdır.Yəni, hakimiyyət sələhiyyətləri dövlətin əlindədir. Lakin bu səlahiyyətlər xalq tərəfindən qəbul edilmiş və qanuniləşdirilmiş hüquqi normalara əsaslanır. Müasir dövrdə hüquqi dövlət ümumilikdə azad və vətəndaş cəmiyyətlərində şəxslər və dövlət arasındakı haqların və gücün bərabərliyinin qorunmasında hüququn rolunu əks etdirən siyasi əxlaq doktrinası kimi anlaşılır (7, s.45).



Hüquqi dövlət – “hüququn dövləti”, “hüququn hər şeydən üstün olduğu dövlət”, “hüquqa əsaslanan dövlət” mənalarını verir. Əslində bunlar, demək olar ki, eyni mənaları verir. Çünki hüquqa əsaslanan dövlətdə hər şeydən üstün hüquq hesab edilir. Hüquqi dövlətin əsas xüsusiyyətləri hansılardır? Bu dövlət hansı şərtlərlə mövcud ola bilər?

Hüquqi dövlətdə hüquq dövlətdən əsasdır, dövlət hüquqa tabedir. Hüquqi dövlətin əsas şərtləri bunlardır:



Birinci şərt qanunun aliliyidir. Dövlət də, onun bütün orqanları da, hər cür kollektivlər və vətandaş birlikləri də, insanın ictimai vəziyyətindən, tutduğu vəzifədən asılı olmayaraq, ayrı-ayrılıqda hər bir şəxsiyyət də qanuna tabe olmalıdır.

Qanunun eyni dərəcədə müdafiə olunması hüququ hər bir ədalətli və demokratik cəmiyyət üçün əsas şərtdir. Konstitusiya hüququ üzrə mütəxəssis olan amerikalı Con P. Frenk qeyd edir ki, dövlət hamıya eyni münasibət bəsləməlidir. Dövlətin ən böyük şəxsləri də qanun qarşısında hüquq baxımından adi evdar qadınla tamamilə eyni hüquqa malikdir və qanunu pozarsa, vəzifəsini tərk etməlidir. Dövlətdə hamı qanuna qanuna tabe olmalıdır. Hər kəs, o cümlədən dövlətdə qanun çərçivəsində fəaliyyət göstərməlidir. Ona görə də hər hansı dövlət məmurunun qanunu pozmağa, öz səlahiyyətlərini aşmağa ixtiyarı yoxdur. Tarix göstərir ki, qanun aliliyi gözlənilmədikdə dövlət həmişə qanundan yüksəkdə dayanmağa, cəmiyyəti, xalqı özünə tabe vəziyyətdə saxlamağa çalışır. Dövlət özü qanunlar qəbul edir, onların keşiyində durur. Almaniyada nasistlər, SSRİ-də bolşeviklər dövlət hakimiyyətini ələ alandan sonra əvvəlcə öz xalqlarına, sonrada başqa xalqlara çoxlu əzab və fəlakətlər gətirmişdir.

Qanunun alliyi cəmiyyətdə özbaşnalıqlara, təzyiq və represiyalara yol vermir. Hüquqi dövlət quruculuğunda ciddi uğurlar qazanmış Azərbaycan Respublikasında da qanunun aliliyi prinsipi gözlənilir. Konstitusiyamızın 7-ci xmaddəsində göstərir ki, Azərbaycan hüquqi dövlətdir. Burada dövlət hakimiyyəti orqanları yalnız öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərə bilərlər. Bu çərçivə isə qanunlardır. Deməli, bizdə qanun bütün dövlət orqanlarının başının üstündə durur və onların özbaşınalığına yol vermir.

İkinci şərt – qanuna riayət olunmasına nəzarət etmək üçün effektiv bir sistemin olmasıdır. Qanunun həyata keçirilməsinə nəzarəti xüsusi olaraq yaradılmış müstəqil məhkəmlər və s. yerinə yetirməlidir.

Tarixi, ənənəvi, milli xüsusiyyətlərindən asılı olaraq, müxtəlif dövlətlərdə bu orqanların formalaşmasında və fəalliyyət göstərməsində əsaslı fərqlər var. Bu məsələdə ictimai rəy də mühüm təsir gücünə malikdir.

Demokratik dövlətlərdə vətandaşlar, bir qayda olaraq qanuna tabe olurlar, çünki başa düşürlər ki, dolayı yolla da olsa, onlar özləri qanunun yaranmasında iştirak edirlər. Lakin qanunçuluq prinsipi özü-özülüyündə hələ demokratiyaya təminat vermir. Qanunçuluq özünün tam əksinə - qanunsuzluğa da çevirə bilər. Qanunçuluq yalnız o halda mövcud olur ki, o, həyata keçirilsin. Bu o deməkdir ki, qanunçuluq, hər şeydən əvvəl, onun effektivliyidir.

Və nəhayət üçüncü şərt, hakimiyyətin qanunverici, icraedici məhkəmə hakimiyyətlərinə bölünməsidir. Düzdü çoxları bunu vacib şərt hesab etməsədə, mənim fikrimcə, dövlətin idarə edilməsində hakimiyyətin bölgüsü vacib şərtlərdəndən biridir.

Konstitusiyamızda bildirilir ki, Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir. Bu o deməkdir ki, heç bir dövlət orqanı tam həcmdə bütöv dövlət hakimiyyətinə malik deyil. Hər bir dövlət orqanı ancaq öz üzərinə düşən funksiyanı yerinə yetirir. O, başqa orqana aid olan fəaliyyəti icra etmək hüququna malik deyil. Bununla belə, bir dövlət orqanı o birilərinə nisbətən üstün mövqeyi malikdir. Bu, qanunverici orqandır. Səbəbi də məlumdur ki, hüquqi dövlətdə qanunlar əsas rol oynayır. Bütün hüquqi dövlətlərdə qanunverici orqan parlamentdir. İcra hakimiyyəti prezidentə, hökumətə və s. aiddir. Azərbaycan Respublikasında icra hakimiyyəti prezidentə məxsusdur. İcra hakimiyyəti qanunları tətbiq edir. Qanunların keşiyində duran isə üçüncü hakimiyyət orqanı olan məhkəmə hakimiyyətidir. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirirlər. Qanunvericilik, icra və məhkəmə hakimiyyətləri Konustitusiyaya uyğun olaraq qarşılıqlı fəaliyyət göstərirlər. Onlardan heç biri öz səlahiyyətlərin çərçivəsini aşmır və digərinin səlahiyyətlərinə daxil olan fəaliyyətlə məşğul olmur. Onlar öz səlahiyyətləri çərçivəsində müstəqildir.

Qədim Romada imperatorun elə də çox əhəmiyyətli olmayan fərman və dekretlərini “konustitusiya” adlandırırdılar. Orta əsrlərdə əyan və feodalların imtiyazları konustitusiyalarda təsdiqlənirdi. Latın dilindən tərcümədə konustitusiya sözünün mənası “təsis etmək, təlimat, quruluş, norma” deməkdir. Dövlətin əsas qanunu olan Konstitusiya dövlət quruculuğunu, hakimiyyət strukturlarını, qərar qəbuletmə qaydalarını müəyyənləşdirir. Müasir dövlətlərin çoxunun Konstitusiyası var. Bir qayda olaraq, konstitusiyalar uzun müddətə qəbul edilir və nadir hallarda dəyişdirilir. Bu dəyişiklik daha çox müharibələr, inqilablar və ya ölkənin siyasi kursunun kəskin surətdə dəyişilməsi nəticəsində baş verə bilər. Məsələn, AFR-nın, İtaliyanın və Yaponiyanın Konstitusiyaları bu ölkələrin II Dünya Müharibəsində məğlubiyyətlərindən sonra qəbul edilib.

Müstəqil Azərbaycanın ilk konustitusiyası 1995-ci ilin noyabrın 12-də keçirilən referendumda qəbul eilmiş və noyabrın 27-də qüvvəyə minmişdir. Yeni konustitusiya ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması işinə hüquqi zəmin yaratdı. Əsas qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşməsinə, vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək və s. kimi nailiyyətlər təsbit olunmuşdur.


Hüquqi dövlətin prinsipləri

Hüquqi dövlət davamlı demokratik, hüquqi, siyasi, sosial, iqtisadi, mədəni əsaslara malik cəmiyyətlərdə yaranır. Ümumiyyətlə, hüquqi dövlətin mövcud olması üçün dövlət, insanın ayrılmaz hüquqlarını tanımalı və onlara təminat verməli yəni inkişaf etmiş vətəndaş cəmiyyəti olmalıdır; hüququn və hüquqi qanunların aliliyi təmin edilməli -yəni hakimiyyətin bir şəxsin, yaxud orqanın əlində cəmləşməsinə mane olan siyasi demokratik institutlarının yaradılmalı, konstitusion qanunun aliliyi və hüquqi qüvəsi olmalıdır, dövlət hakimiyyəti suverenliyinin əsasının qanunda qoyulmalı və işə salınmalı, məhkəmənin hüquqi dövlətçiliyin təminatının vasitəsi kimi yüksəldilməli; qanunların hüquqa müvafiqliyi, dövlət hakimiyyəti sisteminin hüquqi təşkili hakimiyyətlərin bölgüsü prinsipi əsasında həyata keçirilməlidir. Bunlar hüquqi dövlətin institusional-hüquqi komponetləri hesab olunur. Bir-biri ilə sıx əlaqəsi olan bu komponetlərin faktiki münasibətlərdə gerçəkləşməsi üçün dövlət rejimi demokratik olmalıdır. Buna görədir ki, hüquqi dövlət ideyası dövlət və hüququn dualizmi üzərində qurulur və hüququn prioritet hesab edilməsi ilə tamamlanır. Hüquqi dövlət ideyasının hüququ ali dəyər kimi qəbul edən ümumfəlsəfi təsəvvürlərlə əsaslandırılmasının hüququn prioritet hesab edilməsinə böyük təsiri var və bu cür əsaslandırma həmişə olduğu kimi, indi də yüksək qiymətləndirilir.



Hüquqi dövlətdə iqtisadi prinsip – Hüquqi, azad iqtisadiyyatın olması hüquqi dövlətin vacib əlaməti hesab olunur. Hüquqi iqtisadiyyatın olması bərabərhüquqlu və hüquqi cəhətdən eyni cür müdafiə olunan müxtəlif mülkiyyət formalarının olması, çoxkladlılığa əsaslanan istehsal münasibətlərinə üstünlik verilməsi (3, s.52), mülkiyyət hüququnun ciddi şəkildə təmin edilməsi və qorunması, dövlətin hüquqi məkanında mülkiyyət hüququnun müdafiəsinin səmərəli və yüksək səviyyədə təşkili və s. mühüm amillərlə bağlıdır. Hüquqi dövlət möhtəşəm iqtisadi bazis, yüksək həyat standartları və sosial strukturlarında orta sinifin dominionluğunu tələb edir. Dövlətçiliyin hüquqi əsasları yalnız hüququn hökmranlığını, istehsal münasibətləri iştirakçılarının bərabərliyini təmin edən azad və müstəqil mülkiyyət olan yerdə həyata keçirilir. Hüquqi dövlətin formalaşması yalnız çoxkladlı bazar iqtisadiyyatında mümkündür. Qərb alimlərinin fikrinə əsasən hüquqi dövlətlə bazar iqtisadiyyatı əkizdir. Bazar iqtisadiyyatı hər şeydən əvvəl, mülkiyyət plüralizmi ilə, sahibkarlıq və biznes fəaliyyəti ilə səciyyəvidir. Burada iqtisadiyyat azad demokratik prinsiplər əsasında idarə olunur. Bazar iqtisadiyyatının ən böyük xüsusiyyəti ondan ibarətdir ki, insanlara sərbəstlik verilir, onlar təşəbbüs götürərək, çox işlər görə bilir10. Bazar iqtisadiyyatı insanın öz qabiliyyətini, ixtisasını, biliyini, istehsal təcrübəsini daim təkmilləşdirməyə şərait yaradır, istehsalçıları var gücü ilə işləməyə məcbur edir. Müasir vətəndaş cəmiyyəti – inkişaf etmiş bazar münasibətləri sistem olan və etibarlı sosial zəmanətli cəmiyyətdir. Xalis bazar iqtisadiyyatı nəzərdə tutur ki, zor və məcburetmənin sosial aparatı olan hökumət bazar siteminin fəaliyyət göstərməsini qorumaq niyyətindədir, onun fəaliyyətini əngəlləməkdən çəkinir və onun başqa insanların edə biləcəyi təcavüzdən qoruyur.

Azərbaycan Respublikasının Konustitusiyasında dövlətin iqtisadi əsasları ilə bağlı bir neçə maddə göstərilmişdir. Bu maddələrdə əsas etibarilə mülkiyyət, pul vahidi, təbii ehtiyatlar, borclara qoyulan məhdudiyyətlər göstərilib. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət, xüsusi və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan dövləti insanların hüquqları çərçivəsində iqtisadiyyatın inkişafına hər cür şərait yaradır. Azərbaycan Respublikasının pul vahidi manatdir və manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Milli Banka mənsubdur.



Hüquqi dövlətin əxlaqi prinsipi –Hüquqi dövlətin formalaşması üçün ümumi, eləcə də hüquq mədəniyyəti olmalıdır. Hüquqi dövlət rejimi insanın ali əxlaqi dəyərlərini real təsdiq edir, ictimai həyatda onların müəyyənedici rolunu təmin edir, şəxsiyyət üzərində zülm və zorakılığı inkar edir. Hüquq mədəniyyəti hüquqi cəmiyyətin ümumi mədəniyyəti ilə bağlı olmasını və bu mədəniyyətin həmin cəmiyyətin hüquq sistemində ifadə olunması səviyyəsini bildirir. Hüquqi dövlətin qurulması üçün cəmiyyətdə insanların bir-birinə və dövlət orqanlarına qarşılıqlı hörmət və inamı olmalıdır. Hüquq mədəniyyəti siyasi mədəniyyətlə sıx bağlıdır. Hüquq mədəniyyəti qüvvədə olan hüququn, qanunçuluğun, ədalət mühakiməsinin, hüquq düşüncəsinin səviyyəsi ilə, eləcə də, ictimai şüurun hüquqa münasibəti ilə müəyyən edilir. Belə bir fikir var ki, hüquq cəmiyyətin mədəni inkişafından yüksək ola bilməz. Mədəniyyətin yüksək səviyyəsi labüd şəkildə cəmiyyətin hüququ inkişafına, hüququ qanuna və hüququ dövlətə yol açır. Əgər kütləvi və fərdi mədəniyyət çiçəklənməyəcəksə, onda cəmiyyətdə nəinki hüquqi islahatlar mümkündür, belə cəmiyyət istənilən digər uğursuzluğa məhkumdur. Dövlət həyatının mənəvi dolğunluğu-əhəmiyyətli dərəcədə cəmiyyətin bütövlükdə əxlaqi yetkinliyini, onun mədəni səviyyəsini, sosial-iqtisadi və siyasi münasibətlərdə humanizm müəyyənləşdirir.

Hüquqi dövlətin sosial prinsipi – Hüquqi dövlət eyni zamanda həm də sosial dövlətdir. İnkişaf etmiş vətəndaş cəmiyyəti və hüquqi dövlət eqalitarizmin son hədlərindən qurtulmluş sosial ədalətə istiqamətlənmə şərtilə formalaşır. Bu sözün müasir mənasında hüquqi dövlət hökmən sosial, yetərincə yüksək həyat səviyyəsini nəzərdə tutur. Dövlətin möhkəm sosial əsası onun hüquqi dayaqlarının sabitliyini müəyyən edir. Sosial dövlətin əsasları kimi insanı göstərmək olar. Çünki hüquqi dövlətin diqqət mərkəzində insan, onun maraqları dayanır. Hüquqi dövlətin məqsədi fərdin azadlığını hüquqi qanunlar vasitəsilə məhdudlaşdırmamaq, azadlığının pozulmağına imkan verməmək, hüquqa əsaslanmayan zorakılıq tədbirlərinin tətbiqini qadağan etməkdən və insanların təbii, anadangəlmə hüquq və azadlıqlarının toxunulmazlığının təmin olunmasından ibarətdir. Bu hüquq və azadlıqlar insana heç kim tərəfindən “hədiyyə” ediməyib. Hüquqi dövlət insan hüquq və azadlıqları vasitəsi ilə hakimiyyətin məhdudlaşdırılması deməkdir. Cəmiyyətdə hüquqi bərabər olan insanlar öz azadlıqlarını başqa insanların azadlıqları ilə uyğunlaşdırmalıdırlar, yəni öz azadlıqlarından elə istifadə etməlidirlər ki, başqalarının azadlıqlarına mane olmasınlar. Hüquqi dövlətdə insanlar arasında da bu cür uyğunlaşdırma olmalıdır. Hüquqi dövlət də, insan da, şəxsiyyət də hüquqa malikdir. Dövlət şəxsiyyətin hüquq və azadlıqlarının təmin olunmasına və qorunmasına öz borcu kimi baxır. Dövlət bu hüquq və azadlıqlara görə insanların ona borclu olduğunu deyə bilməz. İnsanlar da öz azadlıqlarını dövlətin onlara hədiyyəsi kimi qiymətləndirmirlər. Əksinə, onlar dövlətdən öz anadangəlmə təbii hüquqlarının təmin olunmasını tələb edə bilərlər. Hüquqi dövlətdə şəxsiyyət dövlət üçün deyil, dövlət şəxsiyyət üçün yaşayır və fəaliyyət göstərir. Birinci növbədə dövlət insanlara borcludur. Çünki prezidentdən tutmuş ən kiçik rütbəli məmura qədər bütün dövlət işçiləri insanların verdiyi vergi pullarından əmək haqqı alırlar. Dövlət cəmiyyətinin xidmətçisidir. Lakin dövlətdə şəxslər qarşısında məsuliyyət daşıyır və onun müəyyən etdiyi qaydalara tabe olmağı öhdəsinə götürür. Öz hüquq və azadlıqlarının qorunması və layiqli həyat və fəaliyyət şəraitinə zəmanət üçün ayrı-ayrı şəxslər də dövlət qarşısında öz borcunu yerinə yetirməyə razılaşır. Hüquqi dövlətin məqsədi insan hüquqlarını müdafiə etmək və şəxsiyyətin ləyaqətini təmin etməkdir. Ləyaqətin təmin olunmasında isə insan və hakimiyyətin qarşılıqlı münasibətlərinin xarakteri mühüm rol oynayır.

Vətəndaş cəmiyyətinin varlığı nəzəri kateqoriyayasına bir çox alimlər öz töhvələrini vermişlər, lakin həlliedici xidmət alman klassik fəlsəfəsinin banislərindən birinə -Hegelə məxsusdur. Öz sələflərinin əsərlərinə istinad edərək Hegel alman fəlsəfəsində ilk dəfə şəxsiyyət və dövlət arasında həm şəxsiyyət, həm də dövlət üçün əhəmiyyətli olan ictimai mühitin mövcud olduğunu göstərmişdir (3, s 42). Hüquqi dövlətin mühüm əlaməti yuxarıda qeyd olunduğu kimi, şəxsiyyətin hüquq və azadlıqlarının real təminatıdır. İnsan hüquqları dövlətin hüquqi cövhəridir, ümumən cəmiyyətin inkişafının mühüm amilidir.

Azərbaycan Respublikasının Konustitusiyasında göstərilir: 27-ci madəsinin I bəndinə əsasən hər kəsin yaşamaq hüququ, 28-ci maddədə azzadlıq hüququ, maddə 37-də istirahət hüququ, 48-də vicdan azadlığı, 56-da seçki hüququ, 49-da sərbəst toplaşmaq hüququ vardır. Dövlət hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir(maddə26.II.). Buna uyğun olaraq, hər bir şəxs Konustitusiya və qanunlara əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir(maddə 72.II.).

Zaman keçdikcə aydınlaşmışdır ki, insan hüquqlarının ən yaxşı zəmanəti qanun ola bilər. Nəzəri olaraq qanunun hökmranlığı təkcə onun dövlət iradəsinin məhsulu olmasında deyil, həm də dövlətin ümumi-hüquq münasibətlərində olduğu fərdlərin hüquq düşüncəsində formalaşmış hüquqi ideyaların realizasiyasında ifadə olunur. Kontinental Avropa ölkələrində hüqququn genizisi şərti olaraq aşağıdakı sxemdə baş verir: sonradan hüquq normalarında möhkəmlənən hansısa hüquqi ideyalar öncə cəmiyyətdə peyda olur, daha sonra isə konkret hüquq subyektlərinin hüquq münasibətlərində realizə olunur.

Demokratiya vətəndaş cəmiyyətinin plüralizminə əsalanır. Dövlətin fəaliyyətində rəhbər tutulan aşkarlıq prinsipi və kütləvi informasiya vasitələrinin müstəqilliyi də hüquqi dövlətin vacib elementlərindən biridir. Azad informasiya mübadiləsi və alınması imkanı amrinə siyasi strukturların müstəqil instituta çevrilməsi prosesini çətinləşdirir. Azad mətbuat, T.Peynin təbirincə desək, demokratik cəmiyyətin təməlidir. Kütləvi informasiya vasitələrinin azadlığı cəmiyyətdə dövlətin fəaliyyəti ilə bağlı məlumatların əldə edilə bilməsinin vacib şərtidir. Bu, həm də fikir və söz azadlığının təmin edilməsinin mühüm vasitəsidir. Nümunə kimi bunu göstərmək olar ki, Azərbaycan Respublikasının qanunları rəsmi mətbuatda dərc olunduqdan sonra tətbiq edilir. Qanunlar, Azərbaycan Respublikasının beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Preidentinin fərmanları rəsmi mətbuatda – “Azərbaycan” qəzetində və “Azərbaycan Respublikasının qanunvericilik aktları toplusu”nda dərc olunur. Məhdudiyyətin yaradılması yalnız dövlət sirlərinin, təhqiqat və istintaq zamanı qorunan sirlərin, kommersiya sirlərinin və s. qorunması və bu kimi bir sıra hallarda yol verilir.

Hüquqi dövlətin siyasi-hüquqi prinsipi -İstənilən hüquqi dövlətin daimi ümumi əsası, onun hüquqla bağlılığıdır. Hüquqi dövlət – dövlət hakimiyyətinin təşkili və fəaliyyətinin fərdlərlə və onların müxtəlif birlikləri ilə qarşılıqlı münasibətlərdə hüquq norması əsasında qurulan formasıdır. Bu zaman hüquq yalnız o halda üstün rol oynayır ki, o, hamının və hər kəsin azadlıq ölçüsü kimi çıxış etsin, qüvvədə olan qanunlar real olaraq xalqın və dövlətin mənafeyinə xidmət etsin və onların realizəsi ədalətin təcəssümü olsun.

Azərbaycan dövlətinin siyası-hüquqi əsasları konstitusiyanın bir neçə maddələrində əks olunub. Dövlətin siyasi-hüquqi əsaslarına dövlətin ərazisi və quruluşu, dövlətin başçısı kimi prezidenti, əsas dövlət təsisatlarından biri kimi silahlı qüvvələri, o cümlədən beynəlxalq münasibətlərin prinsiplərini, dövlətin ali məqsədini, demokratiyanı, dünyəviliyi, dövlət dilini, paytaxt və rəmzləri aid etmək olar.

Konstitusiyada dövlət quruluşu haqqında Azərbaycan dövlətinin demokratik, hüquqi, dünyəvi, unitar respublika olduğunu göstərilir (maddə 7.I). Dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir. Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsi heç bir şəkildə kimsəyə vermir; yalnız Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər. Azərbaycan dövlətinin başçısı Prezidentidir. Onun xalqın adından danışmaq, xalqı təmsil etmək hüququ var. Azərbaycan dövləti xalqın təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaradır. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş komandanıdır. Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur.İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədıdır. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dili, paytaxtı Bakı şəhəri, dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət Himnidir.

Qanunvericiliyin inkişafı hələ cəmiyyətdə hüquqi dövlətin olması demək deyil. Son illərin təcrübəsi göstərir ki, totalitar dövlətlərdə müntəzəm olaraq hüquqi aktlar verilir, onların sərt realizəsi təmin olunur, lakin belə hüquqi nizamasalma hüquqi dövlətin əksidir. Hüquqi dövlətdə hər qanunun aliliyindən söhbət gedə bilməz. Bu dövlətdə hər qanun hökümranlıq eliyə bilməz. Burada ədalətli, humanist qanunlar hökmran olmalıdır. Bu qanunlarda hər bir insanın təbii, ayrılmaz hüquqlarının toxunulmazlığı gözlənilməlidir. Bu cür qanunlar hüquqi qanunlar adlanır.

Hüquqi dövlətdə hüquq və azadlıqlarla bərabər, insan şəxsiyyəti də əsas dəyər kimi götürülür. Hüquq və azadlıqların təmin edilməsi isə dövlətin hüquqa bağlı olmasını ehtiva edir. Bu isə öz növbəsində hüquqi qanunun aliliyini, demokratizmi, xalqın suverenliyini, hakimiyyətlərin bölünməsini, dövlət və şəxsiyyətin qarşılıqlı məsuliyyətini, dövlət orqanlarının fəaliyyətində aşkarlıq, siyasi və ideoloji plüralizm prinsiplərinin həyata keçirilməsini, demokratik qaydada təşkil olunan ədalət mühakiməsini həyata keçirən məhkəmə orqanlarının müstəqil fəaliyyətini və vətəndaşların hüquq və azadlıqlarının məhkəmə qaydasında müdafiə formalarının olmasını zəruri edir.

Hər bir cəmiyyətdə hüquqla ifadə olunan azadlığın məzmunu və xarakteri, həcmi, subyektləri və tətbiq olunma sahələri cəmiyyətin özünün inkişaf səviyyəsi ilə müəyyənləşir. Bu baxımdan, azadlıq nisbi hadisədir. Ancaq azadlıq nisbi olmaqla yanaşı, həm də mütləqdir. Yəni azadlıq ali dəyər və prinsip kimi çıxış etməklə mütləq dəyərə, son nəticədə cəmiyyətin, dövlətin təkamül kriteriyasına çevrilir. Hüquqi dövlət ölkədə məskunlaşmış xalqların, millətlərin suverenliyini özündə cəmləşdirən suveren dövlətdir. Hakimiyyətin aliliyini, ümumiliyini, bütövlüyünü və müstəsnalığını həyata keçirərək, bu dövlət, bütün vətəndaşlar üçün ədalətli əsalarla ictimai münasibətlər azadlığını təmin edir. Suverenlik problemi ilə hüquqi dövlətin qanunun hökmranlığı kimi əlaməti də bağlıdır. Dövlət suverenliyinin mühüm göstəricisi olmaqla məcburetmə hüquqla məhdudlaşır. Çünki suverenlik ali dövlət hakimiyyətinin hüquqi təşkili, onu həyata keçirmənin hüquqi proseduru, hakimiyyət və şəxsiyyətin qarşılıqlı əlaqəsi prinsiplərini nəzərdə tutur.

Hüquqi dövlətin vacib bir əlaməti də qanunçuluq və qanunun aliliyi prinsiplərinin həyata keçirilməsidir. Hüquqi dəyərlər sistemində insan azadlığının təşkili və müdafiəsinin ifadə forması qanundur. Qanunlarda dövlət bərabərlik və ədalətlilik əsasında ictimai inkişafının obyektiv tələblərini maksimal dərəcədə nəzərə almalı olan ümumməcburi davranış qaydaları müəyyən edir. Məhz buna görə də qanun ali hüquqi qüvvəyə malikdir.

Qanunun zamana və məkana görə məcburilik həddi vardır. Hər bir qanun müəyyən zaman üçün məcburi olur. Bu o deməkdir ki, həmin zaman ərzində insanlar qanunun tələblərinə əməl etməyə məcburdurlar. Həmin qanunu ləğv edən başqa bir qanun verildikdə insanlar daha onun göstərişlərinə əməl etmirlər. Qanunun bu cəhəti “qanunun qüvvəsi” anlayışı ilə ifadə olunur. Qanun, əsasən, verildiyi vaxtdan əvvəlki dövrə aid edilmir. Qanun həm də müəyyən dövlətin sərhədi çərçivəsində qüvvədə olur. Bu, qanunun məkana görə qüvvəsi hesab olunur. Beləliklə, qanunun qüvvəsi anlayışı qanunun zamana, məkana, şəxslər dairəsinə görə məcburilik həddini müəyyən edir.

Qanunları və onlara müvafiq verilən digər hüquqi aktları dövlət orqanları, vəzifəli şəxslər, vətəndaşlar və ictimai təşkilatlar dönmədən yerinə yetirməlidirlər. Bu, qanunçuluq adlanır. Qanunçuluq və qanunun aliliyi mahiyyətcə bir-birini tamamlayan hadisələrdir. Qanunçuluğun effektivliyi və əhəmiyyəti, ilk növbədə, cəmiyyətdə çox böyük güc olan inzibati aparat təmsilçilərinin özbaşnalığının qarşısının alınması ilə bağlıdır. Yəni ki, hüquqi qanun qanunvericiliyinin özbaşnalığına yol verilmir. Qanunlarda obyektiv təşəkkül tapmış ictimai münasibətlər, onların inkişaf və özünü yeniləşdirmə meyli ifadə olunmalıdır.Qanunlar bütün hakimiyyət orqanları, hüquq münasibətlərinin digər iştirakçıları tərəfindən qeyd-şərtsiz yerinə yetirilməlidir.

Cəmiyyət insan hüquqlarını dövlətə qarşı irəli sürür. Dövlət isə bu hüquqları qanunla ifadə edir. Hüquq qanun şəkilində insanlara görünəndə hüquqlarını tanıyırlar. Cəmiyyətdə insan hüquqlarınının nə dərəcədə, nə səviyyədə gözlənildiyini dövlətin qanunlarından görmək olar.

Qanun hüququ ifadə etməklə yanaşı, dövlətin bu və ya digər sahədə yürütdüyü siyasəti də özündə əks etdirir. Qanun insana münasibətdə dövlətin səlahiyyətlərinin həddini müəyyən edir. Qanun hakimiyyət və onun orqanları tərəfindən şəxsin həyatının bu və ya digər sahəsinə müdaxiləsinin qarşısını alır. Hakimiyyətin nümayəndələri insana qarşı ancaq qanunda nəzərdə tutulanları edə bilərlər. Bir sözlə, qanun insanı hakimiyyət nümayəndələrinin özbaşnalıqlarından qoruyur.

Hüquqi dövlətin yaradılması həyatın bütün sahələrində qanun formal olaraq yox, real olaraq hökm etməsini, onun ictimai münasibətlərə bilavasitə təsir göstərməsini ehtiva edir. Qanunçuluğun təmin edilməsi qanunun aliliyi prinsipinin həyata keçirilməsi şəraitində mümkündür. Qanunun aliliyi isə, qanunverici orqan tərəfindən qəbul edilmiş qanunların bütün digər normativ hüquqi aktlara münasibətdə üstün hüquqi qüvvəyə malik olması kimi başa düşülür.Qanunun aliliyi qanun qüvvəli aktların inkar olunması kimi başa düşülməməlidir. Qanun qüvvəli aktlar olması zəruridir və qaçınılmazdır.

Qanunun aliliyi prinsipi əsasən bütün qanunların konstitusiyaya uyğun olmasını, qanun qüvvəli normativ aktların qanunlara uyğun olmasını, hüquqi tətbiqetmə aktı və hüquqi tətbiqetmə fəaliyyətinin qanunlara və onlara əsaslanan qanun qüvvəli aktlar uyğun olmasını və fərdi davranış aktlarının qanunlara, onlara əsaslanan qanun qüvvəli aktlara və hüquqi tətbiqetmə aktlarına uyğun olmasının tələb edir.

Hüquqi dövlətin ən əsas, ən yüksək, ən ali qanunu konstitusiyadır. O, dövlətin bütün qanunvericilik aktlarının əsasında durur. Ən mühüm şəkildə konstitusiya –ali hüquqi qüvvəyə malik, bir tərəfdən insan və cəmiyyət, digər tərəfdən insan və dövlət arasında münasibətlərin, dövlətin özünün təşkilinin əsaslarını tənzimləyən hüquq normaları sistemidir. Bu normalar bir, yaxud bir neçə normativ aktlarda –əsas qanunlarda cəmləşə bilər, həmçinin adi qanunların qeyri-müəyyən çoxluğunda, məhkəmə presedentlərində və konstitusiya adətlərində ola bilər. Onda dövlət həyatının və ictimai həyatın hüquqi prinsiplərini ifadəsini tapıb. Konstitusiya cəmiyyətin ümumi hüquqi modelidir ki, buna da bütün cari qanunvericilik uyğun olmalıdır. Dövlətin heç bir hüquqi aktı konstitusiyaya zidd olmamalıdır. Konstitusiyanın üstünlüyü hüquqi dövlətin ayrılmaz əlamətidir. Buna görə də hüquqi dövlət-konstitusiyalı dövlətdir.



Müasir dövlətlərin əksəriyyətinin konstitusiyası var. Konstitusiyası olmayan dövlətlərdə isə idarəetmə adət-ənənələrə, dini qaydalara əsasən yerinə yetirilir. Konstitusiya quruluşun insanların və vətəndaşların hüquq və azadlıqlarına əməl olunmasına yönəldilmiş elə bir qaydadır ki, burada dövlət konstitusiyaya uyğun fəaliyyət göstərir. Hər bir ölkənin konstitusiya quruluşunun özünəməxsus xüsusiyyətləri vardır. Konstitusiya elə xüsusiyyətlərə malikdir ki, bunlar başqa qanunlarda olmur. Bu, hər çeydən əvvəl konstitusiya quruluşunu müəyyən edən əsas ünsürlərlə bağlıdır. Bizim ölkəmizin də konstitusiya quruluşuna malik olduğundan, müəyyən ünsürlərə malikdir. Bu ünsürlərə aşağıdakıları aid etmək olar:

  • Konstitusiyanın aliliyi;

  • xalq hakimiyyəti;

  • xalqın suverenliyi;

  • sosial və dünyəvi dövlət prinsipləri;

  • azad iqtisadiyyat və iqtisadi həyatın müxtəlifliyi;

  • şəxsiyyətin hüquqi statusunun əsasları;

  • hakimiyyətin bölünməsi;

  • siyasi və ideoloji plüralizm;

  • yerli özünüidarəetmənin təşkili;

  • respublika idarəçilik forması;

  • mülkiyyətin müxtəlif formalarının müdafiəsi.

Demokratik dövlətlərin mühüm əlamətlərindən biri hakimiyyətin bölgüsüdür. Hal-hazırda mövcud olan müasir hakimiyyət bölgüsü prinsipinin banisi məşhur fransız alimi Monteskyedir. Müasir demokratik dövlətlərin inkişafında böyük rol oynamış bu prinsip, hakimiyyət tərəfindən cəmiyyətə və ayrı-ayrı insanlara qarşı törədilən ədalətsizliklərin, kütləvi şəkildə hakimiyyətdən sui-istifadə hallarının, özbaşınalıqların qarşısının alınması, siyasi azadlıqların və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, hakimiyyətin sosial ədalətə xidmət etməsi mexanizminin formalaşdırılması məqsədilə yaradılmışdır. Hakimiyyətlərin bölünməsi prinsipi tələb edir ki, hakimiyyətin müxtəlif qolları bir-birini qanunsuz və ədalətsizlik hərəkətlərdən çəkindirsin, hakimiyyət bir şəxsdə və ya bir orqanda cəmləşərək təkbaşınalıqdan və nəzarətsizlikdən doğan özbaşınalığa çevirilməsin, hakimiyyət nümayəndələrindən heç kim qanunun icazə vermədiyi fəaliyyətlə məşğul olmasın və başqasını qanunsuz hərəkətlərə məcbur edə bilməsin. Bu prinsip, bir tərəfindən, qanunverici hakimiyyətin aliliyini, digər tərəfdən isə icra və məhkəmə qanuna tabe olmasını müəyyən edir. Hakimiyyətin bölgüsü konsepsiyasının variantlarından biri çəkindirmə sisteminin yaradılmasını nəzərdə tutur. Bu hakimiyyətlərin hər birinə bir-birinə qarşılıqlı nəzarət etmək və bir-birini məhdudlaşdırmaq imkanı verir. Bu formada dövlət mexanizmi ABŞ-da fəaliyyət göstərir. İdeyaya görə qanunverici hakimiyyət qanunlar qəbul etməli, icraedici onları yerinə yetirilməsini təşkil etməli, məhkəmə isə qanunverici orqanın qəbul etdiyi qanunlara istinadən hüquq haqqında mübahisələri həll etməlidir. Bununla bərabər, hakimiyyətlərin fəaliyyəti elə qurulmalıdır ki, onlar bir-birindən təcrid olunmur və seperat hakimiyyətə çevrilmir. Səlahiyyətlərin müstəsnalığı hər bir hakimiyyət qolunun qanunsuz olaraq digər sahələrə müdaxilə etməsinin, öz hakimiyyət imkanlarını genişləndirilməsinin qarşısını alır. Hakimiyyətlərin tarazlığı xüsusi təşkilat –hüquqi vasitələrlə saxlanır ki, bu da təkcə qarşılıqlı fəaliyyəti deyil, həm də müəyyən edilmiş həddə səlahiyyətlərin qarşılıqlı məhdudlaşdırılmasını təmin edir. Eyni zamanda onlar elə həmin səlahiyyətlər həddində bir hakimiyyətin başqa birindən qeyr-asılılığını təminat verir. Odur ki, belə bir sistem və ya mexanizm çərçivəsində fəaliyyət göstərən hakimiyyətin hər bir qolunun digər hakimiyyət qollarında yarana biləcək qəsbkarlıq niyyətlərinin qarşısını almağa və ya onu neytrallaşdırmağa imkanı olur.

Qanunverici hakimiyyıt –dövlət həyatanın və ictimai həyatın hüquqi əsaslarını, ölkənin daxili və xarici siyasətinin əsaslarını, müəyyən etdiyinə görə, deməli, həm də nəticə etibarilə icra və məhkəmə hakimiyyətlərinin fəaliyyətlərinin hüquqi təşkilini və formasını müəyyən etdiyinə görə alliliyə malikdir. Hüquqi dövlət mexanizimində qanunverici orqanların üsrün mövqeyi onların qəbul etdikləri qanunların ali hüquqi qüvvəsini şərtləndirir. Onlarda ifadə olunan hüquq normalarına ümumməcburi xarakter verir. Lakin qanunverici hakimiyyətin aliliyi mütləq xarakter daşımır. Onun fəaliyyət hədləri hüququn prinsipləri ilə, təbii insan hüquqları ilə, azadlıq və ədalətlilik ideyaları ilə məhdudlaşdırılır. O, xalqın və xüsusi konstitsiyon orqanların nəzarəti altında olur. Bu orqanların köməyi ilə qanunların konstitusiya uyğunluğu təmin olunur.

Qanunvericilik prosesinin birinci mərhələsi qanunvericilik təşəbbüsüdür. Ortaya belə sual çıxır: “ Qanunvericilik təçəbbüsü hüququ hansı subyektlərə mənsubdur?” Bəzi dövlətlərdə bu hüquq yalnız deputatlara (ABŞ), bəzilərində isə deputat və hakimlərə (İtaliya, Fransa) məxsusdur. Azərbaycan Respublikasında isə bu hüquq Milli Məclisin deputatlarına, Respublika Prezidentinə, Ali Məhkəməyə, Respublika Prokurorluğuna Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə verilir.

Azərbaycan Respublikasının qanunverici orqanı Azərbaycan Respublikasının Milli Məclisidir. Azərbaycan Respublikasında onunhər bir vətəndaşının Azərbaycan Respublikasının Milli Məclisinə müraciət etmək, o cümlədən qanunvericiliklə bağlı təkliflərini təqdim etmək hüququ vardır. Vətəndaşlar tərəfindən verilən təkliflərə Milli Məclis baxıb qərar qəbul edə və ya onlara baxmaya bilər. Lakin həmin təkliflər qanunvericilik təşəbbüsü hüququ olan subyektlər tərəfindən təqdim edildikdə, Milli Məclis həmin təkliflərə qanunvericilik prosesinin bütün qaydalarına əməl etməklə baxmağa məcburdur. Milli Məclisin Daxili Nizamnaməsində qanunvericilik prosesi dörd mərhələdən ibarətdir:


      1. qanunvericilik təşəbbüsü;

      2. qanun layhəsinin müzakirəsi;

      3. qanunun qəbulu;

      4. qanunun dərc olunması.

İcraedici hakimiyyət. - İcraedici hakimiyyət dövlət hakimiyyətinin üç qolundan biridir. O, bir-biri ilə sıx surətdə bağlı olan müəyyən dövlət orqanları sistemində təmsil edilmişdir. Bu sistem dövlət orqanlarının və qulluqçularının əsas çoxluğunu əhatə edir və geniş hüquqlara malikdir. Hüquqi dövlətdə qanunların icrası icra hakimiyyətinin əsas funksiyasıdır. İcraedici hakimiyyət öz orqanları vasitəsi ilə qanunverici tərəfindən qəbul edilmiş hüquq normalarının bilavasitə realizəsi ilə məşğul olur. Onun fəaliyyəti qanuna əsaslanmalı, qanun çərçivəsində həyata keçirilməlidir. İcra orqanları və dövlətin vəzifəli şəxsləri vətəndaşların və təşkilatların qanunda nəzərdə tutulmayan, yeni hüquq və ya vəzifələrini müəyyən edən ümumməcburi aktlar verə bilməzlər. Bütün dövlətlərdə icra hakimiyyətinin rolu onun gücləndirilməsi meyilliliyi ilə səciyələndirilir. İcra hakimiyyəti o halda hüquqi xarakter daşıyır ki, o, qanuna tabe olsun, qanuçuluq əsasında fəaliyyəti göstərsin. İcra hakimiyyətinin məhdudlaşdırılmasına, habelə onun nümayəndəli dövlət hakimiyyət orqanları qarşısında məsuliyyəti və hesabat verməsi vasitəsi ilə nail olunur. Hüquqi dövlətdə hər bir vətəndaş icra orqanlarının və vəzifəli şəxslərin hər hansı qeyri-qanuni hərəkətlərindən məhkəmə qaydasında şikayət edə bilər.

Bir qayda olaraq, icra hakimiyyətinin başçısı dövlətin başçısı hesab edilir. Respublika idarəetmə formasına malik olan ölkələrdə dövlətin parlament və ya xalq tərəfindən seçilmiş Prezident tərəfindən təmsil olunur. Onun ölkədəki statusu və həqiqi siyasi rolu respublika idarəetmə formasının müxtəlifliyindən və siyasi rejimin xüsusiyyətlərindən çox asılıdır. Belə ki, prezidentli respublikalarda parlamentli respublikalardan fərqli olaraq, dövlət başçısı ölkənin siyasi həyatında daha fəal oynayır. Prezidentlin respublikalarda prezident geniş səlahiyyətlərə malikdir. Parlamentli respublikalarda isə prezidentin rolu olduqca məhduddur. Dövlət başçısı kimi o, icra hakimiyyətini yalnız formal olaraq təmsil edir, həqiqətdə isə icra hakimiyyətinə rəhbərliyi hökumətin başçısı həyata keçirir.

Hökümət dövlət hakimiyyətinin ali icra və sərəncam orqanıdır. Hökumət başçıları müxtəlif dövlətlərdə müxtəlif cür adlanır. Məsələn, hökumət başçısı AFR-də Federal Kansler, İtaliyada Nazirlər Sovetinin sədri, İrlandiyada Baş nazir, adlanır. Hökumətin tərkibinə mərkəzi hakimiyyət orqasnlarına rəhbərlik edən bütün hökumət üzvləri daxildir. Öz səlahiyyətlərinə dair məsələlər üzrə hökumət qərarlar qəbul edir.

Azərbaycan Respublikası prezidentli respublikadır. Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə məxsusdur. Azərbaycan dövlətinin başçısı –Prezident öz fəaliyyətini Konstitusiya ilə ona verilmiş səlahiyyətlər çərçivəsində həyata keçirir. O, Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri təmin edir. Yəni qanunverici orqaqa seçkilərin Konstitusiyamızın tələbləri əsasında keçirilməsini müəyyənləşdirmək Prezidentin səlahiyyətindədir. Prezident Azərbaycan Respublikasının dövlət büdcəsini Azərbaycan Respublikasının Milli Məclisinin təsdiqində təqdim edir. Və s.



Məhkəmə hakimiyyəti hüququ, dövlətin həyatının və ictimai həyatın konstitsion əsaslarını, kimin törətməsindən asılı olmayaraq, hər hansı pozuntudan mühafizə etmək səlahiyyətinə malikdir. Hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq, məhkəmə hakimiyyəti müstəqildir və o, hakimiyyətin başqa qollarından asılılığı olmadan həyata keçirilir. Hüquqi dövlətdə ədalət mühakiməsi yalnız məhkəmə orqanları vasitəsi ilə həyata keçirilir. Heç kəs özünə məhkəmə funksiyası mənimsəyə bilməz. Məhkəmə hakimiyyətinin əsasını səlahiyyətləri olan, nümayəndəli və icra orqanlarından asılı olmayan məhkəmə orqanlarının cəmi təşkil edir. Öz hüquqi mühafizə fəaliyyətində məhkəmə yalnız qanunu, hüququ rəhbər tutar və qanunverici və icra hakimiyyətlərinin subyekti təsirindən asılı deyildir. Ədalət mühakiməsinin müstəqilliyi və qanuna tabe olması vətəndaşların hüquq və azadlıqlarının, bütövlükdə hüquqi dövlətçiliyin mühüm təminatıdır.

Müasir dövlətlərdə məhkəmə fəaliyyəti dövlətin konstitusiya quruluşunun əsaslarının, fiziki və hüquqi şəxslərin hüquqlarının və maraqlarının müdafiəsinin təmin edilməsinə yönəldilmişdir. Bir tərəfdən, məhkəmə qanunverici və icraedici hakimiyyət funksiyasını mənimsəyə bilməz, digər tərəfdən, bu hakimiyyətlərin normativ aktlarına təşkilati-hüquqi nəzarət onun mühüm vəzifəsidir. Məhkəmə hakimiyyəti əsas tarazlaşdırıcı mexanizm kimi dövlət hakimiyyəti sistemində qanunvericilik və icra hakimiyyətinin hüquq çərçivəsində fəaliyyət göstərmələri üçün onların fəaliyyətini istiqamətləndirir. Beləliklə, məhkəmə hakimiyyəti, istər dövlət hakimiyyətinin qanunverici, istərsə də icra orqanları tərəfindən hüquqi və hər şeydən əvvəl, konstitusion qaydaların pozulmasının qarşısını alan, bununla da real hakimiyyətlər bölgüsünü təmin edən məhdudlaşdırıcı amil kimi çıxış edir.

Məhkəmə sistemi müxtəlif dövlətlərdə müxtəlif qaydada formalaşmışdır. Bir sıra ölkələrdə konstitusiya-hüquq nəzarəti funksiyasını məhkəmələri yerinə yetirir. Öz fəaliyyəti ilə onlar qanunvericinin hüquq yaradıcılığı işində konstitusiyanın aliliyini təmin edir. Şübhəsiz, məhkəmə sisteminin formalaşmasına dövlətin unitar və ya federativ quruluş forması , dövlətin idarəetmə forması təsir göstərməyə bilməz. Məsələn, Rusiyada bu funksiyanı Rusiya Federasiyasının Konstitusiya Məhkəməsi yerinə yetirilir. İtaliyanın məhkəmə sisteminə Ali kasasiya məhkəməsi, mülki işlər üzrə məhkəmələr, cinayət işləri üzrə məhkəmələr, habelə apelyasiya məhkəmələri aiddir. İngiltərədə bütün hakimlər monarx tərəfindən təyin edilir.

ABŞ-da bu bu funksiya iki əsrdən artıq ABŞ Konstitusiyasının toxunulmazlığını və onun konstruktiv inkişafını təmin edən Ali Məhkəməyə həvalə edilmişdir. ABŞ-ın məhkəmə sistemi federal məhkəmələrdən, və yerli məhkəmələrdən ibarətdir. Federal məhkəmə sistemi rayon məhkəmələrindən, dairə məhkəmələrindən və ABŞ Ali Məhkəməsindən ibarətdir. ABŞ Ali Məhkəməsinin hakimləri Senat tərəfindən bəyənilməklə şəxsən Prezident tərəfindən təyin edilir. ABŞ Ali Məhkəməsi birinci instansiya məhkəməsi olmaqla, çox mühüm əhəmiyyət kəsb edən məsələləri həll edir, aşağı məhkəmələrin fəaliyyəti üzərində nəzarəti həyata keçirir. ABŞ Ali Məhkəməsinin konstitusiya nəzarəti funksiyası da var.

Azərbaycan Respublikasının məhkəmə sisteminə aşağıdakılar aiddir:


  1. Rayon (şəhər) məhkəmələri;

  2. Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının məhkəməsi;

  3. Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikası məhkəməsi;

  4. Hərbi məhkəmələr;

  5. Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının hərbi məhkəməsi;

  6. Yerli iqtisad məhkəmələr;

  7. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi;

  8. Apelyasiya məhkəmələri;

  9. Azərbaycan Respublikasının Ali Məhkəməsi;

Hüquqi dövlətin ən əhəmiyyətli xüsusiyyətlərindən biri qanunla müəyyən edilmiş formada və qaydada məhkəmə nəzarəti funksiyasını həyata keçirən orqanın olmasıdır. Azərbaycan Respublikasında belə orqan Konstitusiya Məhkəməsidir. Konstitusiya nəzarəti orqanlarına bənzər orqanların yaradılması qədim dövrlərə təsadüf edir. Hələ qədim Yunanıstanda Xalq Məclisi tərəfindən qəbul edilmiş qanunlar andlılar məhkəməsinin müzakirəsinə verilirdi. Bu məhkəmə qanunun taleyini həll edən son qərar qəbul etmək səlahiyyətlərinə malik idi. Feodel İspaniyasında Baş hakim rəhbərlik etdiyi xüsusi komissiya fəaliyyət göstərirdi. Bu komisiyanın başlıca vəzifəsi sonradan qəbul edilən qanunların kral tərəfindən imzalanmış qanunlara uyğunluğunu təmin etməkdən və bu sahədə nəzarəti həyata keşirməkdən ibarət idi.

Konstitusiya nəzarəti institutu ABŞ-da 1787-ci il Konstitusiyası qəbul edildikdən sonra inkişaf etməyə başlamışdı. 1803-cü ildə Merberi Medisona qarşı iş üzrə ilk dəfə olaraq federal qanun ABŞ-ın Ali Məhkəməsi tərəfindən etibarsız elan edilmişdir.



Ali Məhkəmə. Apelyasiya Məhkəməsi. Azərbaycan Respublikasında üçpilləli məhkəmə sistemi mövcuddur. Bu məhkəmə sisteminiə birinci instansiya məhkəmələri kimi rayon məhkəmələri, Ağır cinayətlərə dair işlər üzrə məhkəmə, Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsi, hərbi məhkəmələr, Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmə, yerli iqtisadi məhkəmələri, apelyasiya instansiyası məhkəməsi kimi Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, apelyasiya məhkəmələri, kasasiya instansiya məhkəməsi kimi Ali Məhkəmə daxildir.

Məhkəmə səhvlərinin qarşısının alınmasında, məhkəmə nəzarətinin səmərəli şəkildə həyata keçirilməsində belə məhkəmə sistemi mühüm rol oynayır.

Azərbaycan Respublikasının Ali Məhkəməsi ümumi və ixtisaslaşdırılmış məhkəmələrin fəaliyyətinə nəzarət edir. Ali Məhkəmənin tərkibinə Ali Məhkəmənin sədri, onun müavini, kollegiya sədrləri və hakimləri daxildir. Ali Məhkəmə Plenumdan və kasasiya kollegiyalarından ibarətdir. Ali Məhkəmədə mülki işlər üzrə, iqtisadi mübahisələrə dair işlər üzrə, cinayət işləri üzrə və hərbi məhkəmələrin işləri üzrə və hərbi məhkəmələrin işləri üzrə məhkəmə kollegiyaları təşkil edilir.

Məhkəmə sisteminin orta pilləsi olmaqla , apelyasiya məhkəmələrinin tərkibi aşağıdakı sxemə əsasən təsnif olunur:

Apelyasiya məhkəməsi kollegiyaları apelyasiya instansiyası məhkəməsi kimi, həmin apelasiya məhkəməsinin ərazi yuridiksiyasına daxil edilmiş birinci instansiya məhkəmələri tərəfindən baxılmış işlər üzrə qərarından verilmiş apelyasiya şikayətləri və apelyasiya protestləri üzrə işlərə baxırlar.

Despotizmə, tiraniyaya, avtokratiyaya, hakimiyyət nümayəndələrinin özbaşnalığına qarşı mübarizədə təşəkkül tapmış hüquqi dövlət ideyası mahiyyətcə bir-birinə yaxın olan müxtəlif konsepsiyalar vasitəsilə inkişaf etdirilərək insanın cəmiyyətdə azad yaşaya bilməsi və dövlətin insana xidmət etməsi ideyasının gerçəkləşməsi istiqamətində böyük naliyyətlərin əldə olunmasına gətirib çıxarmışdır. Hüquqi dövlət – çoxölçülü, inkişafda olan hadisədir. Çətin mübarizə şəraitində formalaşan və ictimai həyatın ədalətli siyasi formasına çevrilən hüquqi dövlətin özü demokratiyaya və insan hüquqları ilə bərabər, müasir dövrün ən ali dəyərlərindən birinə çevrilmişdir. İctimai tərəqqi gedişində o, cəmiyyətin konkret mövcud olma şərtlərinə və inkişaf səviyyəsinə uyğun yeni xüsusiyyətlər əldə edir, yeni məzmunla zənginləşir. Hüquqi dövlət ideyası bir neçə əsrlik inkişaf tarixi ərzində daha rasional şəkilə düşməklə bərabər, həm də real olan həyati tələblərə uyğunlaşmışdır. Hüquqi dövlət ideyasının inkişafı prosesində meydana gələn ayrı-ayrı nəzəriyyələrin, təlimlərin real həyatın sınağından keçməsi, bu ideyanın faktiki münasibətlər müstəvisində realistcəsinə qiymətləndirilməsinə təkan vermişdir. Bir neçə əsrlik təcrübənin ümumiləşdirilməsi, həmçinin bu təcrübənin elmi təhlili isə hüquqi dövlətin əsas prinsiplərin, vacib əlamətlərin, dəyişilən və dəyişilməyən tərəflərinin dərindən öyrənilməsi üçün əlavə imkanlar yaratmışdır. Hüquqi dövlətə doğru uzanan yol təhlükələr, aldanma və ilğımlarla dolu üzücü yoldur. Bir çox dövlətlər yüzillərlə demokratiyaya doğru getmişlər və səhvlər böyük sosial dəyərlə ödənilmişdir. Hüquqi dövlət quruculuğu ciddi düşünülmüş strategiya və taktikaya dayaqlanmalıdır.

Hüquqi dövlətin formalaşması tarazlaşdırılmış səylər tələb edir. Hüquqi dövlət tamamlanmış təkmil forma kimi başa düşülməməlidir. Hüquqi dövlət eyni zamanda varlığın və zərurinin kateqoriyasıdır, gerçəyin dəyişən idealıdır.

Hüquqi dövlətin əsas səciyyəvi xüsusiyyətləri bunlardır. Dövlət təşkilatlı cəmiyyətin uzunmüddətli inkişaf prosesində formalaşmış ümumbəşəri dəyərlər cəmlənmişdir.



N Ə T İ C Ə.

Hər bir ölkənin Konstitusiyası cəmiyyətin və dövlət quruluşunun əsaslarını müəyyən edən ictimai münasibətləri nizama salır. Bu münasibətlərdə, hər şeydən əvvəl, dövlətin keyfiyyət xarakteristikası: suverenliyi, idarəetmə forması, dövlət quruluşunun forması, dövlət hakimiyyətinin subyektləri, yəni cəmiyyətin siyasi sisteminin fəaliyyətinin ümumi əsasları öz əksini tapmışdır. İqtisadi sistemin əsasları yəni mülkiyyət formaları, azad sahibkarlığın və bazar münasibətlərinin inkişafına təminat müəyyən edilmədən cəmiyyət həyat qabiliyyətli ola bilməz. Konstitusiya normaları ilə bu sahədə də dövlətin fəaliyyətinin əsas prinsipləri müəyyən edilmişdir.

Cəmiyyət onun üzvlərinin hüquqi statusunun əsasları müəyyən edilmədən vahid orqanizm kimi fəaliyyət göstərə bilməz. Hər bir cəmiyyətin məğzini təşkil edən insanlar arasındakı münasibətlər müxtəlif olmaqla, cəmiyyətin həyat fəaliyyətinin bütün sahələrində özünü göstərir. Vətəndaş cəmiyyətinin inkişafında və hüquqi dövlətin formalaşmasında dövlətlə vətəndaş arasındakı münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan konstitusiya normaları ilə vətəndaşla dövlət arasındakı mövcud qarışılıqlı əlaqələrinin əsaslarının müəyyən edilməsi heç də təsadüfi deyildir. Siyasi hakimiyyətin daşıyıcısı olan dövlətlə bu hakimiyyətin formalaşmasında və həyata keçməsində birbaşa iştirakı olan vətəndaş arasında mövcud münasibətlər hüquqa, bərabərliyə və ədalətə əsaslanmalıdır. Bu münasibətlərin məzmununu cəmiyyətdə və dövlətdə insanın vəziyyətini, onun vətəndaşlıq hüququnu, əsas insan və vətəndaş hüquqlarının, azadlıqlarının və vəzifələrinin müəyyən edilməsi təşkil edir. Məhz, bu münasıbətlər insanlar arasında və insanla dövlət arasında mövcud ictimai münasibətlərin əsasını müəyyən edir.

İstifadə olunan ədəbiyyat



  1. Ziyafət Əsgərov. Konstitusiya Hüququ. Qanun -2006.




  1. V.N.Xropanyuk “DÖVLƏT VƏ HÜQUQ NƏZƏRİYYƏSİ” Bakı-2009 (tərcümə)



  1. İlqar Məmmədov “DÖVLƏT VƏ HÜQUQ NƏZƏRİYYƏSİ”( I hissə) Bakı – 2005




  1. N.V.Davletşina, B.B.Kimlika, R.C.Klark, D.U.Rey “Demokratiya: Dövlət və cəmiyyət” Bakı-1999




  1. Fridrix A. Hayek “ Hüquq, qanunvericilik və azadlıq” Cild 1-3. Bakı-Qanun-2002




  1. “Azərbaycan Milli Ensiklopediyası”. Azərbaycan cildi. Məqalə- “Azərbaycan Respublikasının Qanunvericiliyi və onun tətbiqedilmə prinsipləri”, Müəllif- Zakir Qasımov. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi. BAKI -2007


  2. “Constituonal and administrative law”. Alex Caroll. 4th edition -2007



  3. “The Laws”. Plato. Penguin Group USA, Inc.. Kindle Edition.

İnternet resursları:


1) www.marxists.org/history/france/revolution/robespierre/1794/political-morality
Qeydlər
1 kl- kindle location (kindl yerləşmə - *mobi formatlı e-kitablarda səhifə göstəricisi)
2M.Robespyer. Siyasi əxlaq prinsipləri barədə nitqdən







Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə