Azərbaycan Respublikasının Təhsil Nazirliyi. Bakı Dövlət Universtiteti




Yüklə 187.43 Kb.
səhifə1/3
tarix29.04.2016
ölçüsü187.43 Kb.
  1   2   3
Azərbaycan Respublikasının Təhsil Nazirliyi.

Bakı Dövlət Universtiteti.

Hüquq fakultəsi I kurs qiyabi şöbəsinin tələbəsi Ağayeva Gülər Sahib qızının Dövlət və Hüquq Nəzəriyyəsi fənindən kurs işi



Hüquqi dövlət ideyasının inkişafı. Konstitusion əsasları.

Kafedira: Dövlət və Hüquq nəzəriyyəsi
Baş müəllim:
Elmi rəhbər:
Bakı-2010

P L A N


  1. Giriş _______________________________________ 3

  2. Dövlətin yaranması _________________________________ 7

  3. Hüquqi dövlət ideyasının yaranması və inkişafı___________ 9

  4. Hüquqi dövlətin əlamətləri - Konstitusion əsasları ________ 23

  5. Nəticə____________________________________________ 41

  6. İstifadə olunan ədəbiyyat ____________________________ 42

  7. İstinad ___________________________________________ 42


G İ R İ Ş

HÜQUQİ DÖVLƏT ___ elə bir dövlət tipidir ki, orada konistitusion idarəetmə rejimi fəaliyyət göstəir, ölkədə inkişaf etmiş hüquq sistemi və effektiv məhkəmə hakimiyyəti mövcuddur.
Hüquqi dövlət deyəndə biz nəyi nəzərdə tuturuq? Məncə bu, cəmiyyətdə dövlət quruculuğu çərçivəsində xalqın suverenliyinin həyata keçirilməsinin hüquqi normasıdır.Yəni, hakimiyyət sələhiyyətləri dövlətin əlindədir. Lakin bu səlahiyyətlər xalq tərəfindən qəbul edilmiş və qanuniləşdirilmiş hüquqi normalara əsaslanır.

Hüquqi dövlət – hüquq dövləti söz birləşməsi “hüququn dövləti”, “hüququn hər şeydən üstün olduğu dövlət”, “hüquqa əsaslanan dövlət” mənalarını verir. Əslində bunlar, demək olar ki, eyni mənalanı verir. Çünki hüquqa əsaslanan dövlətdə hər şeydən üstün hüquq hesab edilir.

Hüquqi dövlətin əsas xüsusiyyətləri hansılardır? Bu dövlət hansı şərtlərlə mövcud ola bilər?

“Hüquqi dövlət” – hüquq dövləti söz birləşməsində, göründüyü kimi, birinci yerdə hüquq, ikinci yerdə dövlət durur. Deməli, bu dövlətdə hüquq dövlətdən əsasdır, dövlət hüquqa tabedir. Hüquqi dövlətin əsas şərtləri bunlardır:

Birinci şərt qanunun aliliyidir. Dövlət də, onun bütün orqanları da, hər cür kollektivlər və vətandaş birlikləri də, insanın ictimai vəziyyətindən, tutduğu vəzifədən asılı olmayaraq, ayrı-ayrılıqda hər bir şəxsiyyət də qanuna tabe olmalıdır. Dünya qanunların sayəsində yaşayır1. Dövlətin başlıca əsasları yaxşı qanunlar və yaxşı qoşunlardır; yaxşı qanunlar olmayan yerdə yaxşı qoşunlar da gücsüzdür. Deməli, yaxşı qoşunlar olanda da,

olmayanda da yaxşı qanunlar zəruridir2. Qanunun eyni dərəcədə müdafiə olunması hüququ hər bir ədalətli və demokratik cəmiyyət üçün əsas şərtdir. Konstitusiya hüququ üzrə mütəxəssis olan amerikalı Con P. Frenk qeyd edir ki, dövlət hamıya eyni münasibət bəsləməlidir. Dövlətin ən böyük şəxsləri də qanun qarşısında hüquq baxımından adi evdar qadınla tamamilə eyni hüquqa malikdir və qanunu pozarsa, vəzifəsini tərk etməlidir. Qanunlara əməl edilmədikcə hər ağızdan bir avaz gələcək3. Dövlətdə hamı qanuna qanuna tabe olmalıdır. Hər kəs, o cümlədən dövlətdə qanun çərçivəsində fəaliyyət göstərməlidir. Ona görə də hər hansı dövlət məmurunun qanunu pozmağa, öz səlahiyyətlərini aşmağa ixtiyarı yoxdu. Dahilər bu ifadələri – “Nə qədər yüksəkdə olursan ol, qanunlar səndən də yüksəkdədir4. Dövlət işində işləyən xalqın xidmətində olduğunu unutmamalıdır5. Kimin qanunu düzdürsə, onun hökmündə qüdrət var6. Təbiətin əzəl qanunu intizamdır7. Dövlət o zaman möhkəm olur ki, qanunlara əməl edilsin8. - əbəs yerə deməyiblər. Tarix göstərir ki, qanun aliliyi gözlənilmədikdə dövlət həmişə qanundan yüksəkdə dayanmağa, cəmiyyəti, xalqı özünə tabe vəziyyətdə saxlamağa çalışır. Dövlət özü qanunlar qəbul edir, onların keşiyində durur. Almaniyada nasistlər, SSRİ-də bolşeviklər dövlət hakimiyyətini ələ alandan sonra əvvəlcə öz xalqlarına, sonrada başqa xalqlara çoxlu əzab və fəlakətlər gətirmişdir.

Qanunun alliyi cəmiyyətdə özbaşnalıqlara, təzyiq və represiyalara yol vermir. Hüquqi dövlət quruculuğunda ciddi uğurlar qazanmış Azərbaycan Respublikasında da qanunun aliliyi prinsipi gözlənilir. Konstitusiyamızın 7-ci maddəsində göstərir ki, Azərbaycan hüquqi dövlətdir. Burada dövlət hakimiyyəti orqanları yalnız öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərə bilərlər. Bu çərçivə isə qanunlardır. Deməli, bizdə qanun bütün dövlət orqanlarının başının üstündə durur və onların özbaşınalığına yol vermir.

İkinci şərt – qanuna riayət olunmasına nəzarət etmək üçün təsirli bir sistemin olmasıdır. Qanunun həyata keçirilməsinə nəzarəti xüsusi olaraq yaradılmış müstəqil məhkəmlər, arbitrajlar və s. yerinə yetirməlidir.

Tarixi, ənənəvi, milli xüsusiyyətlərindən asılı olaraq, müxtəlif dövlətlərdə bu orqanların formalaşmasında və fəalliyyət göstərməsində əsaslı fərqlər var. Bu məsələdə ictimai rəy də mühüm təsir gücünə malikdir.

Demokratik dövlətlərdə vətandaşlar, bir qayda olaraq qanuna tabe olurlar, çünki başa düşürlər ki, dolayı yolla da olsa, onlar özləri qanunun yaranmasında iştirak edirlər. Lakin qanunçuluq prinsipi özü-özülüyündə hələ demokratiyaya təminat vermir. Qanunçuluq özünün tam əksinə - qanunsuzluğa da çevirə bilər. Qanunçuluq yalnız o halda mövcud olur ki, o, həyata keçirilsin. Bu o deməkdir ki, qanunçuluq, hər şeydən əvvəl, onun effektivliyidir.

Və nəhayət üçüncü şərt, hakimiyyətin qanunverici, icraedici məhkəmə hakimiyyətlərinə bölünməsidir. Düzdü çoxları bunu vacib şərt hesab etməsədə, mənim fikrimcə, dövlətin idarə edilməsində hakimiyyətin bölgüsü vacib şərtlərdəndən biridir.

Konstitusiyamızda bildirilir ki, Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir. Bu o deməkdir ki, heç bir dövlət orqanı tam həcmdə bütöv dövlət hakimiyyətinə malik deyil. Hər bir dövlət orqanı ancaq öz üzərinə düşən funksiyanı yerinə yetirir. O, başqa orqana aid olan fəaliyyəti icra etmək hüququna malik deyil. Bununla belə, bir dövlət orqanı o birilərinə nisbətən üstün mövqeyi malikdir. Bu, qanunverici orqandır. Səbəbi də məlumdur ki, hüquqi dövlətdə qanunlar əsas rol oynayır. Bütün hüquqi dövlətlərdə qanunverici orqan parlamentdir. İcra hakimiyyəti prezidentə, parlamentə və s. aiddir. Azərbaycan Respublikasında icra hakimiyyəti prezidentə məxsusdur. İcra hakimiyyəti qanunları tətbiq edir. Qanunların keşiyində duran isə üçüncü hakimiyyət orqanı olan məhkəmə hakimiyyətidir. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirirlər. Qanunvericilik, icra və məhkəmə hakimiyyətləri Konustitusiyaya uyğun olaraq qarşılıqlı fəaliyyət göstərirlər. Onlardan heç biri öz səlahiyyətlərin çərçivəsini aşmır və digərinin səlahiyyətlərinə daxil olan fəaliyyətlə məşğul olmur. Onlar öz səlahiyyətləri çərçivəsində müstəqildir.
İttihamçı məhkəmədə öz hakimiyyətindən, nüfuzundan, şəxsi cazibəsindən istifadə etməməli, heç bir qərəzçiliyə yol verməməlidir.

Siseron

Konstitusiya qanunları hər bir kəsin azadlığının hamının azadlığı ilə bir arada var ola biləcəyi tərzdə nizamlayaraq mümkün olan ən böyük azadlığı təmin edir.

İmmuanuel Kant.

Qədim Romada imperatorun elə də çox əhəmiyyətli olmayan fərman və dekretlərini “konustitusiya” adlandırırdılar. Orta əsrlərdə əyan və feodalların imtiyazları konustitusiyalarda təsdiqlənirdi. Latın dilindən tərcümədə konustitusiya sözünün mənası “təsis etmək, təlimat, quruluş, norma” deməkdir. Dövlətin əsas qanunu olan Konstitusiya dövlət quruculuğunu, hakimiyyət strukturlarını, qərar qəbuletmə qaydalarını müəyyənləşdirir. Müasir dövlətlərin çoxunun Konstitusiyası var. Bir qayda olaraq, konstitusiyalar uzun müddətə qəbul edilir və nadir hallarda dəyişdirilir. Bu dəyişiklik daha çox müharibələr, inqilablar və ya ölkənin siyasi kursunun kəsgin surətdə dəyişilməsi nəticəsində baş verə bilər. Məsələn, AFR-nın, İtaliyanın və Yaponiyanın Konstitusiyaları bu ölkələrin II Dünya Müharibəsində məğlubiyyətlərindən sonra qəbul edilib.

Müstəqil Azərbaycanın ilk konustitusiyası 1995-ci ilin noyabrın 12-də keçirilən referendumda qəbul eilmiş və noyabrın 27-də qüvvəyə minmişdir. Yeni konustitusiya ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması işinə hüquqi zəmin yaratdı. Əsas qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşməsinə, vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək və s. kimi nailiyyətlər təsbit olunmuşdur.
Cəmiyyətə çox böyük narahatlıq verməyən yumşaq dəyişiklik və yeniliklərlə mümkün olan ən yaxın həqiqi k o n s t i t u s i y a və ya hökumət formasını meydana gətirə biləcəyimiz idarəetmə növünün hansının ən mükəmməl olduğunu bilmək bütün hallarda faydalı olmalıdır.

David Hum.

D Ö V L Ə T İ N Y A R A N M A S I

Biz cəmiyyətda yaşayırıq, cəmiyyətnın bir hissəsiyik. Bizim yaşamağımız- yeməyimiz, içməyimiz, geyinməyimiz, evimizin olması – bunların hamısı cəmiyyətin bizə bəxş etdiyi və özümüzün təbiətlə münasibətdə istehsal etdiyimiz nemətlərdir. Sözün geniş mənasında cəmiyyət insanın evidir. İstər keçmiş, istərsə də müasir elmi təsəvvürlərdə cəmiyyətin necə, hansı səbəblərdən yaranmasının birmənalı izahı yoxdur. Cəmiyyət insanların əsassız və ya məcburi birləşməsi deyildir.

Cəmiyyətin yaranması onun həyatının dövlət kimi mütəşəkkilləşməsindən əvvələ təsadüf edir.Zaman keçdikcə, cəmiyyət, əmlak əlamətlərinə görə təbəqələşməyə başladı. Varlılar və kasıblar meydana çıxdı, onların maraqları bir-birinə zidd gəlməyə başladı. Birincilər öz iqtisadi üstünlüklərini möhkəmləndirməyə, ikincilər isə asılı vəziyyətlərini dəyişdirməyə çalışırdılar. Belə iqtisadi şəraitdə hakimiyyətin qəbilə-tayfa təşkilinin gücsüzlüyü aşkar oldu. O, fərdlərinin maraqları üst-üstə düşməyən cəmiyyəti idarə etmək iqtidarında deyildi. Ona görə də artıq cəmiyyət üzvlərinin bəzilərinin digərlərinin hesabına mənafe üstünlüklərini təmin edə biləcək başqa hakimiyyət orqanı tələb olunurdu. Belə şəraitdə ictimai münasibətlərin əlaqələndirilməsi öz müvazinətini itirir. Cəmiyyət iqtisadi cəhətdən qeyri-bərabər qruplara bölündüyünə görə, obyektiv olaraq elə bir hakimiyyət təşkilatı doğurur ki, bir tərəfdən varlılar cəmiyyətin maddi cəhətdən onlardan asılı olan hissəsi arasında qarşıdurmanın qarşısını ala bilsin. Cəmiyyətin içərisindən çıxıb ayrılmış belə bir təşkilat DÖVLƏT oldu.
DÖVLƏT _________ cəmiyyətin əsas siyasi təsisatıdır.9 Dövlət cəmiyyəti idarə edir, onu qoruyur, onun iqtisadi və sosial strukturlarına təminat verir.
İnsanlar min illərdən bəri dövlət-hüquq gerçəkliyi şəraitində yaşayırlar. Onlar müəyyən dövlətin vətandaşı yaxud təəbəsi kimi dövlət hakimiyyətinə tabe olur, öz fəaliyyətlərini hüquqi göstəriş və tələblərə uyğunlaşdırırlar. Təbii ki, insanlar ən qədim zamanlardan dövlət və hüququn mənşəyi və səbəbləri barədə düşünmüşlər və bu məsələyə müxtəlif yanaşmaları olan fərqli nəzəriyyələr yaradılmışdır. Onlar həm fəlsəfə və elm tərəfindən, həm də dini təlimlər tərəfindən yaradılan nəzəriyyələrdir. Onlardan əsəasları: təbii hüquq (ictimai müqavilə), zorakılıq, psixoloji, teoloji, orqanik, patriarxal və tarixi-materialist nəzəriyyələrdir.

İnsan tərəqqisinin mühüm pilləsi neolitik inqilab olmuşdur və o, 10-15 min il əvvəl baş vermişdir. Məhz bu dövrdə -neolit dövründə ibtidai-icma quruluşunun dağılması və tədricən dövləti cəmiyyətə keçid başlandı. Ali tayfa başçısı və onun ətrafının maraqları əvvəllər olduğu kimi cəmiyyətin maraqları ilə üst-üstə düşsə də, tədricən sosial bərabərsizlik meydana gəlirdi, bu da öz növbəsində idarə olunanlarla idarə edicilər arasında böyük fərqlər yaradırdı. Bir çox xalqlarda zamanca toqquşmayan bəşəriyyətin inkişafı iki qola –“Şərq” və “Qərb”ə haçalandı. Bu bölgünün səbəbi onda idi ki, “Şərq”də müəyyən hallara görə icmaların və torpaq üzərində ictimai mülkiyyətin saxlanması davam etdi. “ Qərb”də isə bu sayaq işlər tələb olunmadığı üçün icmalar tez dağıldı və torpaq xüsusi mülkiyyətin ixtiyarına keçdi.

Dövlətçiliyin Şərq formalaşma yolu ilk növbədə onunla fərqlənir ki, siyasi hökümranlıq hər hansı ictimai funksiyasının, ictimai vəzifənin yüksəlməsi hesabına olmuşdur. İcma çərçivəsində hakimiyyətin başlıca təyinatı xüsusi ehtiyat fondlarının idarə edilməsi idi. Burada da ictimai izafi məhsulun böyük hissəsi toplanırdı. Beləliklə, dövlətin, həm də siniflərin “Şərq tipi”nin yaranmasının ilkin şərtlərindən başlıcası idarəçilik aparatında hakim təbəqələrin və qrupların iqtisadi, siyası və hərbi funksiyalar üzərində nəzarətinin qurulmasıdır.

Qərb yolu özlüyündə unikal, ümumi qaydadan kənara çıxandır. Bununla belə nəzərə alınmalıdır ki, məhz Qərb yolu “tarixin lokomotividir”.Çünki Avropa dövlətləri qısa tarixi müddətdə özlərindən qat-qat əvvəl yaranmış Şərq dövlətlərinə çatmış və həlledici şəkildə bəşər inkişafının gedişini qabaqlamışdır.


Hüquqi dövlət ideyasının yaranması və inkişafı.

Cəmiyyətdə ədalətin bərqərar edilməsi, insanların rifah içində yaşaması dövlət tərəfindən müvafiq şəraitin yaradılması, hakimiyyətin özbaşnalığa deyil, ədalətli qanunlara əsaslanması problemi hələ qədim dövrlərdə insanların maraqlandıran ən mühüm səbəblərdən olmuşdur. Cəmiyyətin dözülməz ictimai inkişafını ləngidən şərait və qaydalardan can qurtarmağa çalışdığı vaxt liberal siyasi-hüquqi ideyalar maddi gücə çevrilir. Hakimiyyətin müstəbidliyi şəxsiyyətə sadə bir zərrəcik kimi baxmayan, ona yetərli qiymət verən daha təkmil dövlət formalarının axtarışı üçün oyandırıcı motiv olur. Dövlətin yaradılmasından sonra bu məsələ ilə bağlı hər bir cəmiyyətin özünün sosial –mədəni inkişaf xüsusiyyətlərinə uyğun fəlsəfi və siyasi-hüquqi ideyallar formalaşmış, hakimiyyət və fərd, dövlət və cəmiyyət arasındakı münasibətlərin necə olması barədə müxtəlif təlimlər meydana gəlmişdir. Bu təlimlərin əksəriyyəti birgəyaşayışın ədalətli əsaslar üzərində qurulması üçün aparılan gərgin axtarışlardan, ictimai-siyası planda baş verən yaradıcı mübarizədən irəli gəlirdi.

Həmin məsələyə həsr edilən bütün təlimləri hüquqi dövlət ideyası ilə bağlamaq yəqin ki, düz olmazdı.Onlardan yalnız bir qismi hüquqi dövlətlə bağlı olan müəyyən ideyaları özündə əks etmişdir. Formal olaraq bu termin (Rechtstaat- hüquqi dövlət) XIX əsrin birinci rübündə alman hüquşünasları K.Volkerin, R.Fon Molun, R.Qnaystın və başqalarının əsərlərində işlənmişdir. Hüquqi dövlət ideyası ilə ictimai həyatın daha təkmil və ədalətli forması axtarışları əlaqələndirildi.Hüquqi dövlət ətrafında həm ideya, həm də praktika cəhətdən mübahisələr bu siyasi-hüquqi konstruksiyanın yaranışı zamanından aparılır.Lakin şübhə yox ki, hüquqi dövlət nəzəriyyəsi ümumsivilizasiya humanitar düşüncədə mühüm yer tutur. Bu nəzəriyyə elə bir dövlət ittifaqının təsdiqlənməsinə istiqamətləndirilmişdir ki, orada dövlət və şəxsiyyətin qarşılıqlı münasibətləri sərt hüquqi təməl üzərində qurulmuşdur və qarşılıqlı zorakılığa yol verilmir. Hüquqi dövlət konsepsiyası şəxsiyyətin muxtariyyətini təsdiqləməyə, yəni insanın azadlığının təzahür sferasını müəyyənləşdirməyə yönəlmişdir. Bu sferaya dövlətin müdaxiləsi nəinki məqsədəuyğun deyil, həmçini qanunazidd kimi tanınır.

Hər bir tarixi mərhələ ictimai təfəkkürdə dominionluq edən və yol göstərən ulduz kimi öz rəmzinə, şüarına, nəhayət, idealına malikdir. Hakimiyyət tərəfindən həyata keçirilən fəaliyyətin ədalətli olmasının zəruriliyi barədə ideyalar qədim dövrlərdən meydana gəlmişdir. Qədim mütəfəkkirlər hüquqi və dövlət hakimiyyəti arasında o dövr cəmiyyətinin ahəngdar fəaliyyətini təmin edə biləcək əlaqələri aydınlaşdırmağa cəhd göstərirdilər. Qədim alimlər hesab edirdilər ki, insanların o siyasi birgəyaşayış forması üçün olduğu kimi, dövlətin özü üçün də ümumi məcburi qüvvəyə malikdir.Qədim dövrün idealı şəxsin özü üçün deyil, yalnız dövlət və cəmiyyət üçün yaşamasını iddia edən qapalı, özünəyetərli avtarkiya olmuşdur. Qədim mütəfəkkirlər fikrincə, hüququ qəbul edən və eyni zamanda onunla məhdudlaşdırılan dövlət hakimiyyəti ədalətli dövlət hesab edilir. Ritotel yazırdı: “Harada qanunun hakimiyyəti yoxdur, orada hər hansı dövlət quruluşu formasına da yer yoxdur”. Qədim Yunanıstan və Romanın dövlət-hüquq ideya və institutları hüquqi dövlət haqqında sonrakı mütərəqqi təlimlərin təşəkkül tapması və inkişafına aşkar təsir göstərmişdir. Məhz buna görə də, müasir tədqiqatçılar, o cümlədən, dövlət və hüquq nəzəriyyəçiləri hüquqi dövlət ideyasının mənbəyini qədim yunanların və romalıların siyasi-hüquqi görüşləri və həmin xalqların siyasi-hüquqi təcrübəsi ilə bağlayırlar. Dövlətin işlərində qanunların ağalıq etməsinin zəruriliyini Qədim Yunanıstanın “yeddi müdrik” adlandırılan filosofları, dövlət xadimləri, o cümlədən, başqa filosoflar dönə-dönə vurğulayırdılar. Biantın, Pittakın, Xilonun, Solonun və başqa müdriklərin fikrincə, qanunlara riayət etmək düzgün qurulmuş dövlətin səciyyəvi xüsusiyyətlərindəndir. Onlardan bəziləri, yəni qanunvericilik işində və dövlət hakimiyyətinin həyata keçirilməsində iştirak edən müdriklər öz siyasi-hüquqi idealarının reallaşması üçün böyük işlər görmüşlər.Afinada demokratiyanın möhkəm əsaslarını qoymuş məşhur dövlət xadimi və qanunverici Solon cəmiyyətin qanunlar vasitəsi ilə inkişaf etdirilməsinin, sosial ədalətin və kompromisin bərqərar edilməsinin əyani praktikasını yaratmışdır. Aristotel yazırdı ki, Afinada demokratiya məhz Solon islahatlarından başlamışdır.

Qədim Yunanıstanda dövlət və hüquq haqqında nəzəri fikirlər dövlətin və qanunların obyektiv əsaslarının müəyyənləşməsi istiqamətində inkişaf etmiş və bu prosesin gedişində də təbii hüquq ideyası meydana gəlmişdir. Təbii hüquq ideyası qanunlarda şüurlu və təbii başlanğıcın olmasını ehtiva edən bir ideya idi. Qanunların ədalətliliyi də bununla müəyyənləşir, yəni qanunların ifadə etdiyi ədalətlilik ədalətin özünün dəyişilməz mənasına və mahiyyətinə uyğun olduqda onları ədalətli hesab etmək olar.

Platon da ədaləti hüququn əsas prinsipi hesab edirdi. O, qanuniliyi ədaləti bərqərar edə bilən hüquq qaydası kimi təsvir edir. Platonun fikrincə, hakimiyyət qanunların “himayəçisi” olmalı və qanunları müəyyənləşdirənlərin özləri də onları pozmamalıdır. O düşünürdü ki, hüquq, cəmiyyətdə insanların davranışlarınin istiqamətləndirici əsası və insanlararası münasibətlərin universal tənzimləyicisi rolunu oynayır.

Platonun yetirməsi olan Aristotelə görə, kim ki qanunun hökümranlığını istəyir, o şübhəsiz ki, tanrının və ağlın hökmdar olmasına üstünlük verir. Aristotel hesab edir ki, insanları zorakılıqla özünə tabe etdirmək istəyi hüquqi ideya ilə bir araya gələ bilməz. O deyirdi ki, qanunun özü tarazlaşmış ağıldır. Aristotel hüquq pozuntularının cəmiyyətdə adi hala çevrilməsini dövlətin sağlam əsaslarının məhv olması kimi qiymətləndirirdi. O deyirdi ki, hüquq pozuntuları dövlət həyatına həyatına hiss olunmadan yavaş-yavaş daxil olur. Onun fikrincə, dövlətin sağlam əsalarının qorunub saxlanılması və inkişafının təmin edilməsi üçün vətandaşlardan bir qisminin başqalarının hesabına həddinən artıq varlanmasına yol verilməməlidir.

Dövlətin hüquqla əlaqəli şəkildə şərh edilməsinə Roma mütəfəkkirləri və hüquqşünasları da xüsusi maraq göstərirdilər. Onların bəzi maraqlı fikirləri vardır: “Azad olmaq üçün qanunların qulu olmaq lazımdır”, “Xalqın rifahı ali qanundur”, “Dövləti qanun idarə etməlidir”, “Qoy dünya dağılsın, amma qanun qələbə çalsın”, “Qanun sərtdir, lakin oqanundur”. Məşhur Roma hüquqşünası Siseronun fikrincə, dövlət və qanun mahiyyət etibarı ilə vahid, ədalətli və şüurla dərk edilən başlanğıcın-təbii hüququn müxtəlif cür ifadə formalarıdır. Siseronun mülahizələrində dövlətin müəyyənləşdirdiyi qanunların təbii hüquqdan irəli gələn tələblərə uyğun olması zərurəti ortaya qoyulur.Onun fikrincə, vətandaşın azadlığı onunhüquqdur və bu azadlıq ümumi hüquq qaydasının, bütövlükdə dövlətçiliyin tərkib hissəsidir.

Ümumiyyətlə, Roma hüquqşünaslığında dövlətlə hüququn münasibətində hüquq ədalətin və düzgünlüyün kriteriyası kimi çıxış edir. Qədim dövrdə dövlətə göstərilən belə münasibət, müasir tədqiqatçılar tərəfindən hüquqi dövlət nəzəriyyəsinin gələcək inkişafının qnoseoloji aspektinin zəruri həlqəsi hesab edilir.

Qədim Yunaıstan və Roma mütəfəkkirlərinin dövlət və hüquq haqqındakı görüşləri orta əsrlər dövrünün mütəfəkkirlərinin də diqqət mərkəzində olmuşdur. Orta əsrlərin siyasi idealı ruhaniyyətin və rəsmi kilsə doktrinasının total şəkildə hökmranlıq etdiyi teokratik dövlət, yəni liberal siyasi-hüquqi nəzəriyyələrin həyat vəsiqəsini çətinliklə ala biləcəyi mühit idi. Fərd və dövlət arasında münaqişə hələ açıq şəkil almamışdı və onları qarşı-qarşıya qoymaq fikri hakim mövqeli ideya sistemində özünə dəstək ala bilmirdi. Eyni zamanda feodal cəmiyyətinin kökündə kilsəyə qarşı iki yeni qüvvə baş qaldırmışdı: suveren dövlət və şəxsiyyətin muxtariyyəti.

Dövlət-hüquq insitutlarını inkişafı, onların nəzəri dərki nəticəsində hüquqi dövlətin başlıca, mahiyyət məsələsi hakimiyyətlə şəxsiyyətin qarşılıqlı münasibətləri problemi olur. Bu məsələnin həlli mahiyyətcə hüquqi dövlət nəzəriyyəsinin məzmununun başlıca bəndi olan xalq suverenliyi ideyasının yaranmasına gətirib çıxarır.

Xalqın suverenliyi dövlətin malik olduğu hakimiyyətin mənbəyi yalnız xalqdır mənasını verir. Öz zəmanəsi üçün çox cəsarətli olan bu fikrin əsasını orta əsrlərin məşhur alimi Marsili Paduanski qoymuşdur. “Dünyanın müdafiəçisi” əsərinin müəllifi hesab edirdi ki, dövlətdə suveren qanunverici –xalqdır. Bu insanın, öz taleyinin yaradıcısı və qurucusu kimi tamamilə yeni humanist dərki idi.

Birincini, feodolizm dağılmağa başladığı dövürdə hüquqi dövlət ideyalarını tarixilik mövqeyindən çıxış edən o vaxtın tərəqqipərvər mütəfəkkirləri Makiavellinin və Bodenin adları ilə bağlayırlar. Dövlətin mövcudluğunun çoxəsrlik təcrübəsi əsasında, öz nəzəriyyəsində Makiavelli dövrünün tələblərinə daha yaxşı cavab verən ideal dövlətin təsvirini vermək üçün siyasətin prinsiplərini izah etmək, siyasi həyatın inkişafının hərəkətverici qüvvələrini dərk etmək cəhdinə təşəbbüs göstərmişdir. Dövlətin məqsədini o, əmlakdan sərbəst istifadədə və hər kəsin təhlükəsizliyinin təmin edilməsində görürdü. Dövlətin formaları haqqında məsələyə baxarkən, respublikaya üstünlük verilirdi, çünki məhz respublika bərabərlik və azadlıq tələblərinə daha çox cavab verir. Boden dövləti çoxlu ailələrin və onlara məxsus olan şeyin hüquqi idarəçiliyi kimi müəyyən edir. Dövlətin vəzifəsi odur ki, hüquq və azadlıqları təmin etsin.

İkinci özünün yaranmasına görə protestantlığa və onun banisi Martin Lüterə borcludur. Məhz bu iki cərəyandan, yəni suveren dövlət ideyası və şəxsiyyətin muxtariyyəti konsepsiyasından, onların qarşılıqlı nisbəti və təsirindən də Yeni Zaman –hüquqi dövlət ideyası baş qaldırır və inkişaf edir.

Orta əsrlər teologiyasının ən görkəmli nümayəndələrindən olan Foma Akvinskinin siyasi-hüquqi görüşləri müasir tədqiqatçılar üçün xüsusi əhəmiyyətə malikdir. O, xristian dinin mövqeyindən çıxış edərək antik mütəfəkkirlərin, xüsusilə də Aristotelin, həmçinin Roma hüquqşünaslarının bir-sıra siyasi hüquqi ideyalarını inkişaf etdirmiş, öz dövrü üçün də həmin ideyaların mühüm əhəmiyyət kəsb etdiyini əsaslandıra bilmişdir. Foma Akvinskiyə görə təbii qanun həqiqətin axtarışına, insanların yaşamasının təmin edilməsinə istiqamətlənməklə bərabər, həm də şüurlu varlıq olan insanın ləyaqətinin yüksək tutulmasını tələb edirdi. Onun fikrincə, dövlət və insanlar tərəfindən müəyyənləşdirilən qanun, yəni pozitiv hüquq insan şəxsiyyətini, şərəf və ləyaqətini yüksək tutmalıdır. Foma Akvinski düşünürdü ki, tanrının müəyyənləşdirdiyi əbədi qanun təbiətə sirayət olunmaqla təbii qanuna çevrilir.

Roma hüquqi ilə yaxından təmasda olan Orta əsrlər dövrünün hüquqşünasları dövlətin təbii hüquq ideyası əsasında şərh edilməsinə öz töhfələrini vermişlər. Bu məsələdə Qərbi Avropa ölkələrində hüquqi hadisəyə çevrilmiş Roma hüququnun resepsiyasının, postqlossatorların yaradıcılığının rolu az olmamışdır.

Leytmotivi humanizm sayılan, insan ləyaqətinin tanınması ideyasına əsaslanan İntibah dövrü hüquqi dövlətin başlanğıcı olmuşdur. İntibah dövrü nümayəndələrinin intellektual səyləri insanın daxili dünyasının yenidənqurulmasına, onun mədəniyyətə qovuşmasına istiqamətlənmişdi. Bu, mövcud ictimai münasibətlərə dövlət-hüquq tənzimləyicilərinin kənardan sırınmasını qəbul etməyən zəkalı və humanist cəmiyyətə mövcud cəmiyyəti transformasiya etmək üçün ilkin vacib şərt olmuşdur.

Hüquqi dövlət ideyasına Avropada feodalizm dönəminə son qoymuş burjua-demokratik inqilabları dönəmində də tələbat yaranmışdır. Avropada XV əsrdən başlanan İntibah dövrünün doğurduğu humanizm ideyası hüquq düşüncəsinin gəlcək inkişafına əhəmiyyətli təsir göstərmişdir. Yaranmaqda olan üçüncü silkin hüquqi dünya görüşü istər xüsusi, istərsə də ümumi-hüquq münasibətlərində hüququn hökmranlıq rejimi vasitəsi ilə insan azadlığı haqqında yeni təsəvvürlərin təsdiqlənməsinə iddialı idi. Martin Lüterin başladığı reformasiyanın özü də, son nəticədə, dini ehkamların inkar edilməsinə və hadisələrin edilməsində elmi yanaşmanın əsas götürülməsinə gətirib çıxardı. Əgər əvvəllər təbii hüquq Tanrı tərəfindən müəyyənləşmiş qayda kimi qəbul edilirdisə, artıq İntibah dövründən başlayaraq təbii hüququn rasional xarakterinə xüsusi əhəmiyyət verilirdi.

Erkən burjua inqilabları dövründə hüquqi dövlət konsepsiyasının hazırlanmasını tərəqqipərvər mətəfəkkirlər Q.Qrotsi, B.Spinozo, T.Hobbs, C.Lokk, Ş.Monteskye, D.Didro, H.Holbax, T.Cefferson və başqaları əhəmiyyətli dərəcədə zənginləşdirmişlər.

XVII əsrdə təbii hüquq nəzəriyyəsinin ən görkəmli tərəfdarlarından biri olan H.Qrotsi bidirirdi ki, təbii hüquq və iradəvi hüquq mövcuddur. Onun nəzəriyyəsinə görə, təbii hüququn mənbəyi insanın təbiəti və zəkasıdır. Təbii hüquq Tanrının iradəsi ilə yaradılıb-yaradılmamasından asılı olmayaraq, həyatda öz tətbiqini tapan müstəqil hadisədir. Qrotsi feodalizmin hüquq institutlarını insanın təbiətinə zidd hesab edirdi, ona görə də “idrakın qanunlarına cavab verən” yeni hüququn tələbləri irəli sürülürdü. Onun fikrincə, dövlət hüququn həyata keçirilməsi və ümumi mənafeyin təmin olunması üçün azad insanlar arasında bağlanan ən təkmil müqavilədir.

Spinoza qanunlara bağlı olan, inkişafın həqiqi hüquq və azadlıqlarını təmin edən demokratik dövlətin nəzəri əsalarını ilk dəfə verən nəzəriyyəçilərdən biri olmuşdur. O, deyirdi ki, dövlət o vaxt güclü olar ki, o, hər bir vətandaşa təkcə həyatını deyil, həm də onun mənafeyini təmin olunmasına təminat versin və hökümdarların mülkiyyətə, təhlükəsizliyə, şərəfə, azadlığa və təbəələrin digər nemətlərinə qəsdlərdən qorunsun.

İngiltərədə mütləq monarxiyanın müdafiəçisi olub, həm də ictimai həyatda hüququn hökmranlığı haqqında, sonradan inqilabi burjua mütəfəkkirləri tərəfindən inkişaf etdirilmiş bir sıra mütərəqqi müddəalar hazırlanmışdır. Onlara müqavilələrin pozulmazlığını, qanun qarşısında formal bərabərliyin əsaslandırılmasını aid etmək olar. Hobbs insan azadlığını qanunla qadağan olunmayan hər şeyi etmək olar kimi başa düşməyi müdafiə etmiş və bununla da ictimai münasibətlərin nisbətən səmərəli hüquqi nizama salma prinsipini nəzəri əsaslarını qoymuşdur.

Həmin dövrdə tədricən belə bir ideya da geniş yayılmağa başlamışdır ki, insan təbii vəziyyətdə müəyyən hüquqlara malik olmuş və dövlət yarandıqdan sonra vətandaşlıq statusunu həmin hüquqlar müəyyənləşdirmişdir. Bu ideyanın inkişafında İngilis filosofu C.Lokkun böyük rolu olmuşdur. Lokk Markısın sözləri ilə desək, feodal cəmiyyətinin hücum təsəvvürlərinə zidd olan burjua hüquqi təsəvvürlərinin klassik ifadəçisi idi. Con Lokkun yaratdığı dövlətdə qanunlar insanların ayrılmaz təbii hüquqlarını və azadlıqlarını tanıyır, dövlət hakimiyyəti isə qanunverici, məhkəmə və federativ hakimiyyətlərə bölünür.

C.Lokkun fikrincə, dövlət öz əsas məqsədinə nail olmaq üçün onu təşkil edən insanlardan özü üçün zəruri olan hakimiyyət səlahiyyətlərinin alır. Dövlətin ali məqsədi isə, hər kəsin vətəndaşlıq maraqlarını-həyatını, mülkiyyətini, sağlamlığını və azadlığını müdafiə etməkdən ibarətdir. O, bu cür dövlət hakimiyyətini despotik hakimiyyətin antipodu hesab edir. Hakimiyyət qeyri-qanuni olduqda isə xalqın onu devirmək hüququ yaranır. Con Lokk hesab edirdi ki, bütün bunlara görə, insanlar təbii vəziyyətdən çıxaraq vətəndaş cəmiyyəti formalaşdırmağa meylli olmuşdur. Klassik liberalizmin bir çox müddəaları, məhz Con Lokk tərəfindən inkişaf etdirilmişdir. Onun fikrincə, qanunun yüksək nüfuza malik olmasının səbəbi insan azadlığının təmin edilməsinin, fərdin müxtəlif özbaşnalıqlardan qorunmasının həlledici vasitəsi olması ilə bağlıdır. Azadlığın təmin edilməsi isə məhz dövlət tərəfindən təmin edilən və hakimiyyətin özünün fəaliyyətini idarə edən qanunlar vasitəsi ilə mümkündür. Lokk yazırdı ki, hüquqi dövlət şəraitində adamların azadlığı qanunvericilik hakimiyyəti tərəfindən müəyyən olunan, hamı üçün möhkəm qaydalardan ibarətdir. Qanu olmayan yerdə azadlıq da ola bilməz.

Məşhur fransız marifçisi –Monteskye hüquqi dövlətin qurulmasını vətəndaş cəmiyyətində siyasi hakimiyyətin zəruriliyi ilə izah edirdi. Onun siyasi azadlıq ideyası dövlət və vətəndaşlarının təhlükəsizliyindən ibarət olan vətəndaş azadlığı ideyası ilə əlaqələndirilirdi. Monteskyenin siyasi azadlığı qanunçuluğun və təhlükəsizliyin bərabər olması deməkdir. Monteskye hesab edirdi ki, insan azadlığı qanunlardan və hakimiyyətin müvafiq qaydada təşkilindən asılıdır. Monteskye hakimiyyətin bölgüsü konsepsiyasının yaradıcısıdır. Hakimiyyətin üç yerə ayrılaraq təşkil olunması insanlarda öz təhlükəsizliklərinə inam yaradır. Belə olduqada insanlar hakimiyyətdən qorxmadan yaşaya bilirlər. Bu, onun siyasi hüquq nəzəriyyəsinin vacib ideyalarından biridir...

Didronun fikrinə görə, dövlət hakimiyyəti cəmiyyətə mütəşəkkil siyasi forma verən ictimai müqavilənin məhsulu kimi yaranır. Dövlət hakimiyyəti suveren xalq iradəsinə əsaslanır. “Yalnız millət həqiqi suverendir.” Dövlətin başlıca məqsədi vətəndaşların ayrılmaz hüquqlarını və onların xoşbəxtliklərini təmin etməkdir.

ABŞ-ın İstiqlaliyyət Bəyannaməsinin müəllifi Tomas Cefferson Amerika qitəsində hüquqi dövlət ideyalarını praktik olaraq həyata keçirir. İctimai müqavilə nəzəriyyəsi və təbii ayrılmaz insan hüquqları nəzəriyyəsi mövqeyindən o, monarxiya idarəçilik formasını tənqid edir və xalqın suverenliyi prinsipini müdafiə edirdi. Cefferson Bəyannamədə təntənəli surətdə elan edirdi ki, ayrılmaz insan hüquqları mövcuddur və onları təmin etmək üçün dövlət yaradılır.

Mərkəzində insan, şəxsiyyət duran hüquqi dövlət nəzəriyyəsinin fəlsəfi əsaslarını müfəssəl işləyib hazırlamış və əsalandırmış, XIX əsrin məşhur hüquqi dövlət nəzəriyyəçisi İmmuanel Kant xalqın iradəsini ifadə edən konstitutsiyanın qəbul etmək yolu ilə hüquq qaydasının yaradılmasında onun öz iştirakını tələb etməsi müstəsna hüququnu ümumi hüququn mühüm prinsipi hesab edirdi. Kant hüququn siyasi-institusional deyil, əxlaqi əsaslandırılmasını fərqləndirirdi. Kant deyirdi ki, insanın yalnız bir əsas hüququ var –azadlıq hüququ, bütün qalanlar isə ondan yaranır. Hüquqi dövlət ideyasının maddiləşməsi cəmiyyətin və ayrıca şəxsiyyətin dünyagörüşünü dəyişən insan ruhunun üzücü zəhməti hesabına başa gəlir.

Müasir tədqiqatçıların fikrincə, hüquqi dövlətin fəlsəfi əsasları müfəssəl şəkildə ilk dəfə məhz alman filosofu Kant tərəfindən açıqlanmışdır. Kanta görə, hüquq, təkcə zahiri azadlığın formal şərti deyil, həm də onun varlığının mahiyyət kəsb edən hissəsidir. O, ali hakimiyyətin hüquqa məxsus olmasını zəruri hesab edirdi və bunu belə əsaslandırmağa çalışırdı ki, dövlət özünün çoxsahəli fəaliyyətində yalnız və yalnız hüquqla əsaslanmalıdı.

Kantın verdiyi layihəyə görə, dövlət idarəetməsi elə təşkil olunmalıdır ki, hüquqi dövlətdə hakimiyyətdə onların vətəndaşa münasibətdə qanunun icrasına məcburetmə imkanı nə qədərdisə, vətəndaşda hakimiyyətdə olanlara münasibətdə o qədər imkana malik olmalıdır. Kant “hüququn saf prinsipindən” çıxış edərək, dövləti “ hüquqi qanunlara tabe olan çoxlu insanlardan təşkil olunmuş birlik” kimi şərh edirdi. O, “Əxlaq metafizikası” əsərində qeyd edirdi ki: “Dövlət –hüquqi qanunlara tabe olan çoxsaylı insan birliyidir”.

Hüquq təşkilatın imkanını, Kant hakimiyyətin parlamentə məxsus qanunverici, hökumətə məxsus icra və xalq tərəfindən seçilən andlı iclasçılar məhkəməsi tərəfindən həyata keçirilən məhkəmə hakimiyyətlərinə bölgüsü ilə əlaqələndirirdi. Kant bildirirdi ki, qanunverici hakimiyyət yalnız xalqın birləşmiş iradəsinə tabe ola bilər.

Kantın hüquqi dövlət fəlsəfi konsepsiyası sivilizasiyalı cəmiyyətin siyasi hüquq fikrinin və dövlət-hüquq quruculuğu praktikasının sonrakı inkişafına əhəmiyyətli təsir göstərmişdir. Kant hüquqi qanunları və hüquqi dövləti şüurun tələbi kimi çıxış edən və rəhbər tutulması vacib olan ideal-nəzəri konstruksiya hesab edirdi, amma klassik alman fəlsəfəsinin başqa bir nümayəndəsi Hegel fərqli düşünürdü.

Hegələ görə, dövlət reallaşdırılmış azadlıqların hökümranlığını irəli sürən, hər şeyin hüquqi əsaslarla qurulduğu ictimai həyatın nisbətən təkmilləşdirilmiş formasıdır. Hegel dövlətə, mühüm hissəsi hüquq fəlsəfəsi olan dünya haqqında fundamental fəlsəfi təsəvvürlərinin ümumi sistemi kontekstində baxır. Hegelin hüquqi dövləti birmənalı şəkildə və birbaşa özbaşınalığa, xüsusi şəxslər və dövlət hakimiyyəti tərəfindən həyata keçirilən məcburiyyət tədbirlərinin bütün qeyri-hüquqi formalarına qarşı yönəlmiş bir dövlətdir. Bəşriyyətin özbaşnalığını, zorakılığını adlamaqla azadlığın ardıcıl inkişafı kimi başa düşürdü. Hegelin fikrincə, dövlət özüdə hüquqdur. İctimai həyatın dövlətlə təşkilatlanması nəticəsində hər şey hüquqi əsas üzərində qurulur.

Marks dövlət və hüquqa ictimai inkişafın sinfi nəzəriyyəsindən çıxış edərək baxırdı. Həmin nəzəriyyə uyğun olaraq sinifsiz cəmiyyətə keçid prosesində proletariat diktaturasının yaranması nəticəsində siniflərin yox olması ilə dövlət və hüquq yox olur. Marks yazırdı ki, qanunlar real gücünü o vaxt tapır ki, onların müdafiə etdiyi, onlarda ifadə olunan sosial münasibətlər qaydası ictimai istehsal üsulu ilə ahəngdar olsun.

XIX əsrin birinci yarısında Almaniyada hüquqi dövlət polis dövlətinin tam əksi hesab edilirdi. Belə bir fikir geniş yayılmışdır ki, hüquqi dövlət polis dövlətlərindən doğaraq onun antipoduna çevrilmişdir. Buna görə də, Robert fon Mol hüquqi dövləti polis dövlətlərinə qarşı yönələn reaksiyadan irəli gələn “əqlin dövləti” hesab edirdi. Həmin dövrdə Almaniyada hüquqi dövlət haqqında belə müddəalar formalaşmışdı. Birincisi, Dövlət tanrının iradəsi ilə yaranan və ilahi nizamı özündə birləşdirən təşkilat deyil, o, ümumilikdə hamının, həmçinin ayrı-ayrılıqda hər kəsin maraqlarına uyğun gələn yaşayış tərzidir. İkinci, dövlətin məqsəd və vəzifələri şəxsin azadlığının, təhlükəsizliyinin, özünün inkişaf etdirmək imkanlarının təmin edilməsi, mülkiyyətinin qorunması ilə məhdudlaşır. Üçüncü isə, dövlət hakimiyyətinin təşkili və onun fəaliyyəti əqlin prinsiplərinə uyğundur. Onlara, ilk növbədə, əsas vətəndaş hüquqlarının tanınması, mülkiyyətin təminatı, məhkəmələrin müstəqilliyi, hökumətin məsuliyyət daşıması, qanunların hakimiyyəti, nümayəndəlilik institutunun mövcudluğu və xalqın qanunverici hakimiyyətdə iştirak etməsi ilə əlaqədar olan prinsiplər aiddir.

Onu da qeyd etməliyik ki, hətta yeni dövrdə də hüquqi dövlət ideyası düz bir xətt üzrə inkişaf etməmişdir. Bu məsələdə mühüm rol oynamış konservativ filosof Fridrix Yulius Ştal öz mühazirələrində deyirdi ki, dövlət hüquqi dövlət olmalıdır. Ştalı maraqlandıran dövlətin məqsəd və məzmunu yox, dövlətdə hakimiyyətin hansı formada həyata keçirilməsi məsələsidir. Ştaldan sonra onun fikirlərini Rudolf fon Qneyst inkişaf etdirmişdir. Qneystə görə, hüquqi dövlətdə dövlət idarəetməsi qanunların çərçivəsində həyata keçirilir. Qneystin fikrincə, hüquqi dövlət ideyasının həyata keçməsi, ilk növbədə, möhkəm inzibati qanunlarıntətbiqinə əsaslanır.

Müasir nəzəriyyəçilərin bir çoxu belə hesab edirlər ki, pozitivstlərin mövqeyi hüquqi dövlətin qanunlar dövləti və ya qanunçuluq dövləti ilə əvəz olunmasına gətirib çıxarır. Dövlət tərəfindən qəbul olunan qanunların hüquqiliyini müəyyənləşdirən başqa bir kriteriya isə təklif olunmur. Onlar dövlət iradəsinin özünü ən yuxarı instansiya hesab edirlər.

Hüquqi dövlət ideyaları rus siyasi-hüquqi fikrində də özünün geniş əksini tapmışdır. Hüquqi dövlət ideyası Rusiyada sürətlə inkişaf edən hüquq məktəblərinin nümayəndələri tərəfindən də ən mühüm hüquqi-nəzəri və praktiki problemlərdən biri kimi təhlil olunmuşdur. Kotlyarevski, Çiçerin, Alekseyev, Novqorodsev, Korkunov, Gessen, Şerşeneviç kimi tanınmış alimlərin əsərlərində öz əksini tapan hüquqi dövlət quruculuğunun nəzəri və praktiki məsələlərinə dair mütərəqqi fikirlər indi də öz əhəmiyyətini itirməmişdir. Aşağıda rus hüquqşünaslığı nöqteyi-nəzərindən hüquqi dövlətin başlıca deyil və prinsiplərinin yalnız ümumiləşdirilmiş şəkildə şərh olunan konsepsiyası nəzərdən keçirilir.

Novqorodsevin fikrincə, hüquq mümkün olmayan cənnətin yer üzərində qurulması inancına deyil, insanın şərəf və ləyaqətinin yüksəkliyinə, mənəvi borcun labüdlüyünə olan rasional inama əsalanır. Azadlıq və bərabərlik sosial ədalətin təməlində duran amillər olduğundan dövlətin borcu onları pozitivləşdirməkdən ibarətdir. Novoqorodsev yazırdı ki, təbii hüquq doktrinası yeni hüquqi formaların yaradılması tələbatına bağlıdır. Bu tələbat özündə insanların ideallarını və ümidlərini ifadə edir. Təbii hüquq konsepsiyası da hüquqda dəyişilməyən və təbii olaraq mövcud olan əsasları müəyyənləşdirməklə həm hüququn təkmilləşdirilməsinin praktiki tələbi kimi çıxış edir, həm də hüquqda özünə yer alan təbii əsasların nəzəri müşahidəsinin zəruri olduğunu göstərir.

Şerşeneviç idealizmdən uzaq idi. Şerşeneviç düşünürdü ki, özbaşnalığı aradan qaldırmaq üçün hər bir kəsin azadlıq həddini müəyyənləşdirən və bəzi mənafelərə digərlərindən, o cümlədən dövlət təşkilatlarının ayıran obyektiv hüququ normalarının müəyyən edilməsi zəruridir. İdarəetmədə hüququn hökmranlığı ideyası da buradandır. Şerşeneviç hüquq problemlərini şərh edərkən formal-doqmatik mövqedən çıxış etməyə üstünlük vermişdir. O, hüquqi dövlət quruculuğunun sosial və hüquqi əhəmiyyətini hakimiyyət orqanlarının səlahiyyətlərinin dəqiq müəyyənləşməsində görürdü.

Elmi yaradıcılığının böyük bir hissəsini hüquqi dövlət quruculuğu məsələlərinin araşdırılmasına həsr etmiş Gessen belə hesab edirdi ki, dövlət qanunverici kimi qəbul etdiyi hüquq normalarını hökumət kimi özü üçün məcburi bildikdə hüquqi dövlət ola bilər. Hər bir vətəndaş qanunlara necə tabedirsə, dövlət də öz hökumətinin timsalında qanunlara o cür tabedir. Gessen hüquqi dövlətdə qanunverici hakimiyyətin digərlərinə münasibətdə daha üstün olduğunu yazır. Gessen hüquqi dövləti konstitusion dövlət kimi xarakterizə edir və bildirir ki, belə dövlətdə fərd hüququn subyekti, mütləq dövlətdə isə hüququn obyektidir.

Gessen hüquqi dövlətin məzmun tərəfinə müəyyən düzəlişlər verir. O, qanunvericilik fəaliyyəti azadlığını o mənada müdafiə edirdi ki, dövlət adət və qanunvericilik hüquqi ilə bağlı deyidir: belə ki, əbədi adətlər və qanunlar yoxdur.

Kotlyarevski isə təminatını hakimiyyətlər bölgüsü olan, dövlət və şəxsiyyətin bir-biri qarşısında qarşılıqlı əlaqə və məsuliyyət haqqında Kant nəzəriyyəsinə tərəfdar idi.

Sovet dövlət-hüquq elmi totalitarizm dövründə hüquqi dövlət ideyasını burjua ideyası kimi, dövlətin sinfi konsepsiyasını tamamilə zidd hesab edərək onu qəbul etmirdi. Hüquqi dövlətçiliyin çoxəsrlik nəzəri və praktik təcrübəsinin hakimiyyət tərəfindən inkarı və elmi cəhətdən qəbul edilməməsinə cəmiyyətin həyatında ciddi sosial-iqtisadi, mədəni-mənəvi və milli münaqişələr doğurdu. Həmin dövrdə ölkəmizdə də bir sıra obyektiv və subyektiv səbəblər üzündən hüquqi dövlət ideyaları əvvəlcə inqilabi hüquq düşüncəsinin tələbləri ilə yox oldu, sonra isə real həyatdan tamamilə çıxarıldı. Real hakimiyyətin partiya-dövlət aparatının əlində cəmlənməsi zamanı hüquqi nihilizm, bu hakimiyyətin xalqdan ayrılması ədalətlilik əsasında ictimai həyatın hüquqi təşkilinin nəzəriyyədə və praktikada tam inkarca və nəticədə totalitar dövlətin qurulmasına gətirib çıxardı.



Hüquqi dövlət ideyasının inkişaf etməsində mühüm rolu olmuş fəlsəfi-hüquqi təlimlərin bir çox müddəaları müasir dövrdə də öz elmi və praktiki əhəmiyyətini qoruyub saxlamaqdadır. Sosial ədalətin bərqərar edilməsi, insanın qorxudan və ehtiyacdan azad şəkildə yaşaya bilməsini təmin edən sosial şəraitin yaradılması, insanın ayrılmaz hüquq azadlıqlarının dövlət tərəfindən tanınaraq təmin edilməsi kimi tələblər həmin təlimlərin demək olar ki, məğzini təşkil edir. Bu cür tələblər indi də bütün bəşəriyyət üçün aktualdır. Onlar həm də insanın dövlətə olan inamını ifadə edir. O mənada ki, sosial ədalətin, azadlığın, sosial-iqtisadi yüksəlişin təmin edilməsi yalnız dövlətin hüquqa əsaslanan məqsədyönlü fəaliyyətinin nəticəsi kimi qəbul edilir. Bu məsələlərdə dövlətin rolu inkar edilmir, əksinə əsas diqqət onun üzərində cəmləşir. Beləliklə, xalqa xidmət edə bilən dövlətin özü yüksək dəyərə çevrilir.

Hüquqi dövlət konsepsiyasının XX əsrdə inkişafı hüquqi dövlət prinsiplərinin getdikcə daha çox dövlətin konstitusiyasında öz əksini tapması ilə xarakterizə olunur. XX əsrin ikinci yarısından etibarən, hüquqi dövlət nəzəriyyəsi ədalətli dövlət quruculuğunun müccərəd konsepsiyasından demokratik dövlətlərin konstitusiyasında öz tətbiqini tapan nəzəri sistemə çevrilmişdir. Həmin proses ilk əvvəl Avropa ölkələrində özünü göstərmişdir. Sosializm düşərgəsinin və SSRİ-nin dağılmasından sonra bu proses həmin məkanda yaranan yeni dövlətlərdə də başlamışdır.

Həmçini ölkəmizdə də islahatlar prosesi istiqamətində, dövlət və hüquqa elmi baxışlarda ciddi dəyişikliklər baş verdi, cəmiyyətin siyasi sistemində onların rolunun qiymətləndirilməsinə yeni yanaşma aydın göründü. Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu prosesi bilavasitə ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Onun rəhbərliyi altında ölkəmiz, müasir inkişaf etmiş ölkələrdə hüquqi dövlətçiliyin qurulması və fəaliyyəti təcrübəsindən, keçmişin və indinin elmi biliklərindən istifadə edərək, hüquqi dövlətə doğru ilk addımlarını atmışdır. Onun hüquqşünaslığı, fəlsəfi, iqtisadi, və siyasi fikri cəmiyyətimizdə gələcək hüquqi dövlətin real cizgilərini çəkdi. Heydər Əliyevin baş müəllifi olduğu Konstitusiyanın qəbul edilməsi ilə hüquqi dövlətin qurulmasına zəmin yaradıldı. Azərbaycan Prezidenti 1998-ci ildə “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi haqqında” fərman imzalandı. Senzura ləğv edildi. Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv edildi. 1998-ci ilə Konstitusiya Məhkəməsi yaradıldı. Ölkəmizdə qəbul edilən qanunların Konstitusiyaya uyğunluğunun yoxlanılması təmin edildi. Bir qədər sonra vətəndaşların birbaşa Konstitusiya Məhkəməsinə müraciət etməsinə imkan yaradıldı. Bütün bunlar ölkəmizdə hüquqi dövlət quruculuğunun inkişafını göstərir. Hal-hazırda hüquqi dövlət quruculuğu prosesi Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.

  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə