Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin aparatının 2011-ci IL 1 iyun 31 dekabr dövrü üçün saxlanılması




Yüklə 46.66 Kb.
tarix10.04.2016
ölçüsü46.66 Kb.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin aparatının 2011-ci il 1 iyun 31 dekabr dövrü üçün saxlanılması xərclərinin bölgüsü” və “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nın təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

SƏRƏNCAM

 

197s



 

Bakı şəhəri, 20 iyul 2011-ci il

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 noyabr tarixli 355 nömrəli Fərmanının 3.4-cü bəndinə və “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi haqqında Əsasnamənin, idarənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 8 aprel tarixli 406 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi haqqında Əsasnamə”nin 5.3-cü bəndinə əsasən:



1. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin aparatının 2011-ci il 1 iyun 31 dekabr dövrü üçün saxlanılması xərclərinin bölgüsü” təsdiq edilsin (1 nömrəli əlavə ).

2. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı” təsdiq edilsin (2 nömrəli əlavə).

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin aparatı üçün xidməti minik avtomobillərinin say həddi 2 ədəd müəyyən edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin tabeliyindəki qurumların fəaliyyət göstərməsini ilkin mərhələdə təmin etmək və lazım olan maşın və mexanizmlərin alınması məqsədi ilə 2011-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinə 948,9 min (doqquz yüz qırx səkkiz min doqquz yüz) manat məbləğində vəsait ayrılsın.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki:

5.1. bu sərəncamın 1-ci və 4-cü hissələrində nəzərdə tutulmuş vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin;

5.2. növbəti illərin dövlət büdcəsinin layihəsinin tərtibi zamanı qanunvericiliklə müəyyən edilmiş qaydada “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət” və “Mənzil və kommunal təsərrüfatı” bölmələri üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi üçün müvafiq vəsaitlərin nəzərdə tutulmasını təmin etsin;

5.3. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

6. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikası



Baş nazirinin birinci müavini Yaqub Eyyubov

 

 



Azərbaycan Respublikası

Nazirlər Kabinetinin

2011-ci ü 20 iyul tarixli

197s nömrəli sərəncamı ilə



təsdiq edilmişdir

1 nömrəli əlavə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin aparatının 2011-ci il 1 iyun 31 dekabr dövrü üçün saxlanılması xərclərinin

 

BÖLGÜSÜ



 

Kod

Xərc maddələri

Məbləğ (manatla)

 

Cəmi

337 238

211100

Ştatda olan işçilərin əmək haqqı

118250

211300

Əməyin ödənişi ilə bağlı sair pul ödənişləri

24 387

212100

Dövlət Sosial Müdafiə Fonduna ayırmalar

31 380

212200

İcbari dövlət sığortası

552

221100

Dəftərxana və təsərrüfat xərcləri

4 000

221200

Mətbəə xərcləri

2 500

221310

İdarənin xərcləri

1 200

222100

Ölkədaxili ezamiyyələr

1 320

222200

Xarici ezamiyyələr

8 285

223100

Yanacaq və sürtgü materiallarının alınması

2 036

223200

Digər nəqliyyat xidmətləri

708

224700

Kommunal və kommunikasiya xidmətləri ilə bağlı digər xərclər

1 500

224810

Ölkədaxili telefon danışıq haqlarının ödənilməsi

500

224820

Beynəlxalq telefon danışıq haqlarının ödənilməsi

400

224910

Poçt xidmətlərinin ödənilməsi

500

224920

“İnternet” xidməti haqqının ödənilməsi

800

225411

İnventarın alınması

30 500

225412

Avadanlığın alınması

4 000

225413

Digər alışlar və xidmətlər

8 000

274300

İş qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinətlər

1000

281400

İcarə və muzdlu xidmətlər

7 000

282100

Sair xərclər

10 000

282300

Bank xərcləri

720

311210

Nəqliyyat vasitələri

57 700

311220

Digər maşın və avadanlıqlar

20 000

 

Azərbaycan Respublikası

Nazirlər Kabinetinin

2011-ci il 20 iyul tarixli

197s nömrəli sərəncamı ilə

təsdiq edilmişdir

2 nömrəli əlavə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların

 

SİYAHISI



 

1. Kommunal xidmət, təmir və kompleksin mühafizəsi müəssisəsi.



2. Dövlət bayrağının təbliği muzeyi.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə