“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin aparatının və onun yerli orqanlarının 2011-ci ildə saxlanılması xərclərinin bölgüsü” və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin aparatının 2011-ci ildə saxlanılması xərclərinin bölgüsü”nün təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ
SƏRƏNCAM
№ 205s
Bakı şəhəri, 2 avqust 2011-ci il
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanının 8.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə:
1. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin aparatının və onun yerli orqanlarının 2011-ci ildə saxlanılması xərclərinin bölgüsü” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin aparatının 2011-ci ildə saxlanılması xərclərinin bölgüsü” təsdiq edilsin (2 nömrəli əlavə).
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin yerli bölmələrinin 2011-ci ildə saxlanılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon və şəhər əhalinin sosial müdafiəsi mərkəzlərinin saxlanılması üçün 2011-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilsin.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin aparatının və onun yerli bölmələrinin 2011-ci ildə saxlanılması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saxlanılması üçün 2011-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilsin.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki:
4.1. bu sərəncamın 1-ci və 2-ci hissələri ilə təsdiq edilmiş bölgüyə uyğun olaraq tələb olunan vəsaitin, habelə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ştat sayının artırılması və Dövlət Əmək Müfəttişliyinin statusunun dəyişdirilməsi ilə bağlı tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini müvafiq qaydada həyata keçirsin;
4.2. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
5. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikası
Baş nazirinin birinci müavini Yaqub Eyyubov
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2 avqust tarixli 205s nömrəli qərarı ilə
təsdiq edilmişdir
1 nömrəli əlavə
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin aparatının və onun yerli orqanlarının 2011-ci ildə saxlanılması xərclərinin
BÖLGÜSÜ
Kod
|
Xərc maddələri
|
Məbləğ
(manatla)
|
|
Cəmi
|
2644547
|
211100
|
Ştatda olan işçilərin əmək haqqı
|
1317377
|
211200
|
Ştatdankənar işçilərin əmək haqqı
|
136430
|
211300
|
Əməyin ödənişi ilə bağlı sair pul ödənişləri
|
362617
|
212100
|
Dövlət Sosial Müdafiə Fonduna ayırmalar
|
394994
|
212200
|
İcbari dövlət sığortası
|
2400
|
221100
|
Dəftərxana və təsərrüfat xərcləri
|
30000
|
221200
|
Mətbəə xərcləri
|
8000
|
221310
|
İdarənin xərcləri
|
15000
|
222100
|
Ölkədaxili ezamiyyələr
|
60000
|
222200
|
Xarici ezamiyyələr
|
20000
|
223100
|
Yanacaq və sürtgü materiallarının alınması
|
20468
|
223200
|
Digər nəqliyyat xidmətləri
|
6500
|
224100
|
Elektrik enerjisi haqqının ödənilməsi
|
18000
|
224200
|
Qaz haqqının ödənilməsi
|
2000
|
224300
|
Su haqqının ödənilməsi
|
4000
|
224400
|
İstilik enerjisi (yanacaq) haqqının ödənilməsi
|
12000
|
224500
|
Kanalizasiya xidmətləri haqqının ödənilməsi
|
650
|
224600
|
Digər kommunal xidmətləri haqqının ödənilməsi
|
2000
|
224700
|
Kommunal və kommunikasiya xidmətləri ilə bağlı digər xərclər
|
2000
|
224810
|
Ölkədaxili telefon danışıq haqlarının ödənilməsi
|
20000
|
224820
|
Beynəlxalq telefon danışıq haqlarının ödənilməsi
|
550
|
224910
|
Poçt xidmətlərinin ödənilməsi
|
8000
|
224920
|
İnternet xidməti haqqının ödənilməsi
|
8000
|
225411
|
İnventarın alınması
|
20000
|
225413
|
Digər alışlar və xidmətlər
|
20000
|
273100
|
Müavinətlər üzrə ödənişlər
|
20000
|
274300
|
İş qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinətlər
|
5000
|
281400
|
İcarə və muzdlu xidmətlər
|
11000
|
282100
|
Sair xərclər
|
5000
|
282300
|
Bank xərcləri
|
7441
|
311210
|
Nəqliyyat vasitələri
|
61120
|
311220
|
Digər maşın və avadanlıqlar
|
40000
|
314400
|
İstehsalda istifadə olunmayan qeyri-maddi aktivlər
|
4000
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2 avqust tarixli 205s nömrəli qərarı ilə
təsdiq edilmişdir
2 nömrəli əlavə
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin aparatının 2011-ci ildə saxlanılması xərclərinin
BÖLGÜSÜ
Kod
|
Xərc maddələri
|
Məbləğ
(manatla)
|
|
Cəmi
|
489956
|
211100
|
Ştatda olan işçilərin əmək haqqı
|
165014
|
211300
|
Əməyin ödənişi ilə bağlı sair pul ödənişləri
|
124725
|
212100
|
Dövlət Sosial Müdafiə Fonduna ayırmalar
|
46198
|
212200
|
İcbari dövlət sığortası
|
408
|
221100
|
Dəftərxana və təsərrüfat xərcləri
|
7168
|
221200
|
Mətbəə xərcləri
|
8000
|
221310
|
İdarənin xərcləri
|
3000
|
222100
|
Ölkədaxili ezamiyyələr
|
17333
|
222200
|
Xarici ezamiyyələr
|
8000
|
223100
|
Yanacaq və sürtgü materiallarının alınması
|
2990
|
223200
|
Digər nəqliyyat xidmətləri
|
1290
|
224100
|
Elektrik enerjisi haqqının ödənilməsi
|
1600
|
224200
|
Qaz haqqının ödənilməsi
|
1200
|
224300
|
Su haqqının ödənilməsi
|
1700
|
224400
|
İstilik enerjisi (yanacaq) haqqının ödənilməsi
|
178
|
224500
|
Kanalizasiya xidmətləri haqqının ödənilməsi
|
600
|
224600
|
Digər kommunal xidmətləri haqqının ödənilməsi
|
320
|
224700
|
Kommunal və kommunikasiya xidmətləri ilə bağlı digər xərclər
|
2080
|
224810
|
Ölkədaxili telefon danışıq haqlarının ödənilməsi
|
6303
|
224820
|
Beynəlxalq telefon danışıq haqlarının ödənilməsi
|
1000
|
224910
|
Poçt xidmətlərinin ödənilməsi
|
5000
|
224920
|
İnternet xidməti haqqının ödənilməsi
|
100
|
225411
|
İnventarın alınması
|
15000
|
225412
|
Avadanlığın alınması
|
3000
|
225413
|
Digər alışlar və xidmətlər
|
6000
|
274300
|
İş qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinətlər
|
1500
|
281400
|
İcarə və muzdlu xidmətlər
|
1469
|
282100
|
Sair xərclər
|
4500
|
282300
|
Bank xərcləri
|
1280
|
311210
|
Nəqliyyat vasitələri
|
38000
|
311220
|
Digər maşın və avadanlıqlar
|
15000
|
|