Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qeydə




Yüklə 1 Mb.
səhifə4/14
tarix22.02.2016
ölçüsü1 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   14

Bilməlidir:

Təhsillə bağlı qərarları, əmrləri, sərəncamları, göstərişləri, normativ sənədləri, tədris planlarını, ixtisasların xarakteristikasını.



Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Pedaqoji sahədə və rəhbər işlərdə 5 ildən az olmamaqla iş stajı. Elmi dərəcəsi və elmi adı olan.

16-cı dərəcə - elmlər namizədi, elmi dərəcəsi olan;

17-ci dərəcə - professor adı və ya elmlər doktoru elmi dərəcəsi olan.


TƏDRİS İŞLƏRİ ÜZRƏ PROREKTOR

Əmək funksiyası:

Ali məktəblərin tədris işləri üzrə prorektorları həmin müəssisənin tədris, tədris-metodiki və tərbiyə işlərinə bilavasitə rəhbərlik edir, həmin işlər üçün rektor qarşısında cavabdehlik daşıyır. Onun əsas vəzifələrinə aşağıdakılar daxildir: fakültə və kafedralarda tədris, tədris-metodiki və tərbiyəvi işlərin təşkilinə, tədris-köməkçi qurumların (tədris emalatxanaları, tədris təsərrüfatları və s.) işinə rəhbərlik, tələbələrin tədris və istehsalat təcrübələrinin keçirilməsinə nəzarət; tədris metodiki konfransların təşkili işinə rəhbərlik; rektor olmadıqda onun səlahiyyətlərini icra etmək.



Bilməlidir:

Təhsil və gənclərin tərbiyə məsələləri ilə bağlı hökumətin, Milli Məclisin, prezidentin qərar və göstərişlərini; ali təhsillə əlaqədar normativ sənədləri; ali məktəb pedaqogikasını və psixologiyasını, elementar tibbi-gigiyena normalarını, tədris planlarının tərtibi və tətbiqi qaydalarını; ali təhsil sahəsindəki son nailiyyətləri, təhsilin iqtisadiyyatının və maliyyələşdirilməsi prinsiplərinin əsaslarını; tədris prosesinin təşkili və idarə olunması qaydalarını.



Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Müvafiq profilli təhsil müəssisələrində pedaqoji, yaxud rəhbər vəzifələrdə 5 ildən az olmayaraq iş stajı, elmi dərəcəsi, yaxud elmi adı

16-cı dərəcə - III kateqoriyalı ali təhsil müəssisələrində

17-ci dərəcə - II kateqoriyalı ali təhsil müəssisələrində

18-ci dərəcə - I kateqoriyalı ali təhsil müəssisələrində
ELM VƏ TEXNİKA ÜZRƏ (ELMİ İŞLƏR ÜZRƏ) PROREKTOR
Əmək funksiyası:

Elmi-metodiki və elmi işlərə bilavasitə rəhbərlik etmək, kafedraların elmi-metodiki və elmi-tədqiqi işlərinin təşkili, elmi konfransların təşkili; aspirantların (tədqiqatların) hazırlanmasına və elmi-pedaqoji kadrların ixtisasının artırılmasına nəzarət; elmi nailiyyətlərin xalq təsərrüfatına tətbiqi üzrə tədbirlərin işlənməsi; tələbə elmi cəmiyyətlərinə rəhbərlik; elmi tədqiqat bölməsinə rəhbərlik; elmi tədqiqat laboratoriyalarına rəhbərlik.



Bilməlidir:

Elmi-tədqiqat işləri və texnika ilə bağlı dövlət və hökumət orqanlarının qərar, göstəriş və tövsiyələrini, normativ sənədləri və metodik sənədləri, xarici ölkələrin (o cümlədən MDB dövlətlərinin) elm sahəsindəki nailiyyətlərini.


Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Müvafiq profilli elm və ya təhsil müəssisəsində pedaqoji, yaxud rəhbər vəzifədə 5 ildən az olmayaraq iş stajı, elmi dərəcəsi, yaxud adı.

16-cı dərəcə - elmlər namizədi elmi dərəcəsi və dosent elmi adı olan;

17-ci dərəcə - elmlər doktoru elmi dərəcəsi olan.


TƏRBİYƏ İŞLƏRİ ÜZRƏ PROREKTOR

Əmək funksiyası:

Ali məktəbdə tərbiyə işlərinə bilavasitə rəhbərlik edir, həmin işlər üçün rektor qarşısında cavabdehlik daşıyır.

Fakültə və kafedralarda, digər struktur bölmələrdə tərbiyəvi işləri əlaqələndirir, ona nəzarət və rəhbərliyi həyata keçirir. Tələbələrin tədris proseslərində və dərsdən kənar vaxtlarda tərbiyəsi ilə bağlı keçirilən tədbirlərə nəzarət edir və istiqamət verir. Tərbiyə işləri ilə bağlı keçirilən bütün tədbirlərdə iştirak edir. Tərbiyə işləri üzrə prorektoru olduğu ali məktəbin tərbiyəvi tədbirlərini digər ali məktəblərdə aparılan tərbiyəvi işlərlə əlaqələndirir.

Bilməlidir:

Tərbiyə məsələləri ilə bağlı direktiv orqanların qərar və göstərişlərini; tərbiyə ilə əlaqədar normativ sənədləri; ali məktəb psixologiyası və pedaqogikasını (xüsusilə tərbiyə nəzəriyyəsini); müəllim-tələbə münasibətlərinin əsaslarını, tərbiyə sahəsində yenilikləri



Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Təhsil, təlim və ya tərbiyə sahələrində 5 ildən az olmayaraq iş stajı və elmi dərəcəsi olan.

16-cı dərəcə - elmlər namizədi elmi dərəcəsi olan;

17-ci dərəcə - elmlər doktoru elmi dərəcəsi olan.


QİYABİ VƏ AXŞAM ŞÖBƏSİ ÜZRƏ PROREKTOR
Əmək funksiyası:

Qiyabi və axşam şöbələrində tədris-tərbiyə və metodiki işlərə bilavasitə rəhbərlik edir. Həmin işlər üçün rektor qarşısında cavabdehlik daşıyır. Qiyabi təhsil alan tələbələrin yoxlama və kurs işi mövzularının vaxtında götürülməsi və təhvil verilməsinə nəzarət edir, rektor və I prorektor qarşısında hesabat verir.



Bilməlidir:

Axşam və qiyabi şöbələrində təhsilin məzmununu. Axşam və qiyabi təhsillə bağlı normativ sənədləri, hökumətin qərar, əmr, göstəriş və sərəncamlarını; təlimatlarla işləməyi.



Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Təhsil müəssisələrində pedaqoji və ya rəhbər vəzifələrdə 5 ildən az olmayaraq iş stajı, elmi dərəcəsi, yaxud elmi adı.

16-cı dərəcə - elmlər namizədi elmi dərəcəsi olan;

17-ci dərəcə - elmlər doktoru elmi dərəcəsi olan.


BEYNƏLXALQ ƏLAQƏLƏR ÜZRƏ PROREKTOR
Əmək funksiyası:

Ölkələrin təhsil və elm müəssisələri ilə birbaşa əlaqələrin yaradılmasını, inkişaf etdirmə və həyata keçirilməsini təmin edir, beynəlxalq səviyyəli tədbirlərdə ali məktəb nümayəndələrinin iştirakını əlaqələndirir və təmin edir. Təhsil Nazirliyinin müvafiq idarəsi vasitəsilə beynəlxalq proqram və proyektlərdə öz ali məktəbinin iştirakını təmin etmək üçün əməkdaşlığın üstün istiqamətlərinin hazırlanmasını təşkil edir. Xarici tələbələrin tədris-tərbiyə və metodiki işlərinə bilavasitə rəhbərlik edir, həmin işlər üçün rektor qarşısında cavabdehlik daşıyır. Xarici ölkələrdə təhsilin quruluşunu, bəzi ölkələrdə tədris-tərbiyə işlərinin məzmun və xüsusiyyətlərini öyrənir.



Bilməlidir:

Xarici tələbələrin regional xüsusiyyətlərini, xarici dillərdən birini, normativ sənədləri, əlaqə saxladığı xarici ölkələrdə ehtiyac hiss olunan fəaliyyət sahələrini, xarici tələbələr üçün tərtib olunmuş tədris planları və proqramlarından baş çıxarmağı və s.



Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Elmi dərəcəsi, yaxud elmi adı, idarəetmə sahəsində təcrübəsi olmalıdır. Təhsil müəssisələrində pedaqoji və ya rəhbər vəzifələrdə 5 ildən az olmayaraq iş stajı.

15-ci dərəcə - xarici tələbələrin sayı 300 nəfərə qədər olduqda;

16-cı dərəcə - xarici tələbələrin sayı 300 nəfərdən çox olduqda.



İNZİBATİ-TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ PROREKTOR
Əmək funksiyası:

Tədris müəssisələrinin təsərrüfat, mədəni-məişət işlərinə bilavasitə rəhbərlik edir. Ali məktəblərin auditoriyalarında kabinet və laboratoriyalarında, tədris-idman bazalarında, yataqxana və yeməkxanalarda sanitar-gigiyena vəziyyətini və qayda-qanunu təmin edir, tikintiyə, kapital və cari təmirə rəhbərlik edir, tədris binasını, laboratoriyaları, kabinetləri, təsərrüfat və mədəni-məişət müəssisələrini avadanlıqlarla, inventar və materiallarla təmin edir; tələbələrin və professor-müəllim heyətinin maddi-məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər keçirir; rektorun tapşırığı ilə maliyyə-təsərrüfat məsələsi üzrə digər müəssisələrlə müqavilə bağlayır.



Bilməlidir:

Tədris müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilmiş qərar, əmr və sərəncamları; texnika və texnologiya sahəsindəki yenilikləri; normativ sənədləri, tikinti və onun iqtisadiyyatı məsələlərini.



Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Ali təhsili, inzibati və təsərrüfat fəaliyyəti sahəsində təcrübəsi və 3 ildən az olmayaraq iş stajı.

14-cü dərəcə - III kateqoriyalı ali məktəbin inzibati-təsərrüfat işləri üzrə prorektor vəzifəsini icra edən;

15-ci dərəcə - II kateqoriyalı ali məktəbin inzibati-təsərrüfat işləri üzrə prorektor vəzifəsini icra edən;

16-cı dərəmə - I kateqoriyalı ali məktəbin inzibati-təsərrüfat işləri üzrə prorektor vəzifəsini icra edən.
FİLİAL DİREKTORUNUN MÜAVİNİ
Əmək funksiyası:

Filialda tədris-tərbiyə işlərinə bilavasitə rəhbərlik edir. Filialın Elmi şurasının katibi kimi ictimai iş aparır. Baza təhsil proqramları və tədris planlarına uyğun olaraq tədris proqramlarının tətbiqinə rəhbərlik edir. Tədris prosesinə, tələbələrin tədris və istehsalat təcrübəsinə nəzarət edir. Dekanlarla birgə dərs cədvəlini hazırlayıb direktorun təsdiqinə verir. Filialda dərs deyir, tədris məşğələlərində, semestr imtahanlarında iştirak edir, onlara lazımi elmi-metodiki köməklik göstərir. Onların fərdi planlarının yerinə yetirilməsinə nəzarət edir. Kafedralarda elmi-tədqiqat işlərinin vaxtında müzakirə olunmasına və təhvil verilməsinə nəzarət edir.



Bilməlidir:

Fakültə və kafedraların iş prinsipini, tədris, tərbiyə və elmlə bağlı əmr və göstərişləri, metodiki tövsiyələrdən istifadə etməyi, tədris planlarının tərtibi qaydalarını, işçi planlarının hazırlanmasını, ali məktəb pedaqogikasını, psixologiyasını.



Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Elmi dərəcəsi və adı; tədris-tərbiyə sahəsində pedaqoji iş təcrübəsi. Vəzifə maaşı filial direktoru vəzifəsinə görə verilən vəzifə maaşından 10-20% aşağı miqdarda ödənilir.




FAKÜLTƏ DEKANI

Əmək funksiyası:

Fakültədə tədris, tərbiyə və elmi işlərə, təhsil proqramlarının və tədris planlarının yerinə yetirilməsinə bilavasitə rəhbərlik edir və bunlar üçün cavabdehdir. Fakültə elmi şurasına sədr və yekun buraxılış attestasiyası sədrinin müavinidir. Fakültədə dərs və imtahan cədvəllərinin tərtibinə rəhbərlik edir və onların düzgün icrasına, eləcə də fakültənin tələbələrinin semestr-kurs məqbul və imtahanlarının, dövlət imtahanlarının gedişinə nəzarət edir. Buraxılış imtahanlarına və ya buraxılış işlərinin müdafiəsinə tələbələrin buraxılması işinin obyektiv təşkilinə cavabdehdir. Mövcud qaydalara uyğun olaraq tələbələrin təqaüd almaları üçün təkliflər verir. Fakültədə tədris yüklərinin hesablanması və bölgüsünə nəzarət edir. Fakültədə aspirantların və doktorantların hazırlanması işinə rəhbərlik edir. Fakültə elmi şurasında keçirilən vəzifəyə seçkilər (dosent, baş müəllim, müəllim, assistent və s.) üçün tam cavabdehdir. Fakültənin professor, müəllim heyətinin ixtisasının artırılması üzrə plan və qrafiki tərtib edir. Fakültənin tərkibinə daxil olan kafedralar üzrə tədris olunan fənlərin proqramlarının hazırlanması, dərsliklərin yazılması və tədris metodiki vəsaitlərin hazırlanmasının təşkilatçısıdır, Fakültədə və həmçinin kafedralararası elmi və elmi-metodiki konfransları elmi seminarları təşkil edir, birbaşa fakültənin profilinə uyğun simpoziumların və konfransların təşkilində, keçirilməsində iştirak edir. Fakültə tələbələrinin və əməkdaşlarının elmi-metodiki işlərinə şərait yaradır və hesabatlarını tələb edir. Mütəxəssis hazırlığına lazım olan digər tədbirləri həyata keçirir, Fakültə tələbələri və əməkdaşlarını öz səlahiyyətləri daxilində həvəsləndirir və ya inzibati tənbehlər görür. Ali məktəb rektoruna və ali məktəbin elmi şurasına fakültə ilə bağlı təkliflərlə müraciət edir. Fakültənin istehsalatla və xarici əlaqələrini təşkil etmək məqsədilə təkliflər verir və ya təmin edir. Fakültənin elmi-pedaqoji, eləcə də tədrisə yardımçı heyətinin seçilib yerləşdirilməsinə nəzarət edir.



Bilməlidir:

Tədris və tərbiyə ilə bağlı dövlət və hökumətin qərar və göstərişlərini; tədrislə bağlı normativ sənədləri, metodiki tövsiyələri; tədris planlarının tərtibini və məzmununu, tədris planlarının tərtib qaydasını, tədris-tərbiyə sahəsində xarici ölkələrdə qazanılmış son nailiyyətləri, tələbələrə təqaüd müəyyənləşdirməyi, onların tərbiyəsi və istirahəti üçün tədbirlər görməyi.



Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Elmi dərəcəsi və elmi adı; tədris-tərbiyə sahəsində pedaqoji iş təcrübəsi;

Kafedrada tutduğu vəzifə maaşının 10%-i həcmində əlavə haqq ödənilir.
FAKÜLTƏ DEKANININ MÜAVİNİ

Əmək funksiyası:

Fakültədə tədris-tərbiyə və elmi işlərin gedişinə rəhbərlik edir. Təhsil proqramlarına uyğun olaraq tədris planlarının tərtib olunmasına rəhbərlik edir. Fakültədə tədris prosesinə, tələbələrin tədris-istehsalat təcrübəsinə nəzarət edir, dərs və imtahan cədvəlini hazırlayıb dekanın təsdiqinə verir, fakültədə tədrisin keyfiyyətinə nəzarət edir, müəllimlərin tədris məşğələlərində iştirak edir, onlara lazımi metodiki köməklik göstərir, semestr imtahanlarının hazırlanmasında və keçirilməsində iştirak edir. Kafedralarda elmi-tədqiqat işlərinin vaxtında müzakirə olunmasına və təhvil verilməsinə nəzarət edir. Dekanlıqda və kafedralarda tədris prosesi ilə bağlı işlərin təşkilini təmin edir. Tələbələrin tədris, tərbiyə və elmi fəaliyyətini istiqamətləndirir. Tədrisin təşkili ilə bağlı dekana təkliflər verir, dekan olmadıqda onu əvəz edir.



Bilməlidir:

Tədris-tərbiyə və elmlə bağlı qərar, sərəncam və göstərişləri, tədrislə bağlı normativ sənədləri, metodiki tövsiyələri, tədris planlarının tərtib olunması və işçi planların hazırlanması qaydalarını, ali məktəb pedaqogikasını.



Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Elmi dərəcəsi və elmi adı; tədris-tərbiyə sahəsində pedaqoji iş təcrübəsi; dekan vəzifəsinə görə verilən haqdan 10% aşağı haqq ödənilir.


KAFEDRA MÜDİRİ

Əmək funksiyası:

Təhsilin bütün formaları üzrə mühazirələrin, laborator, praktik seminar məşğələlərinin və s. təşkili və keçirilməsində kafedra üzvlərinə rəhbərlik edir. Yekun buraxılış imtahanlarına, istehsalat təcrübəsinə kurs və diplom layihələrinə, tələbələrin müstəqil işlərinə, kurs imtahan və məqbullarının keçirilməsinə, tələbələr arasında tərbiyəvi işlərin təşkilinə rəhbərlik edir; Kafedranın professor-müəllim heyətinin dərs yükünün bölgüsünü aparır, onun müzakirəsi və təsdiqini təşkil edir. Professor-müəllim heyətinin fərdi və təqvim planlarını təsdiq edir. Kafedrada təsdiq olunan fənlər üzrə müəyyən olunmuş qaydada tədris proqramlarının işlənib hazırlanmasına rəhbərlik edir və onları təsdiq etdirir. Bu proqramlara uyğun dərsliklərin tədris metodiki və tədris vəsaitlərinin hazırlanmasını təmin edir. Digər kafedralarla kafedralararası əlaqələr yaradır. Təsdiq olunmuş plana uyğun olaraq professor-müəllim heyətinin və tələbələrin elmi-tədqiqat işləri aparılmasına şərait yaradır, bitmiş elmi-tədqiqat işlərinin müzakirəsini keçirir və onların nəticələrinin istehsalata tətbiqinə nəzarət edir. Professor-müəllim heyəti seçkiləri ilə bağlı kafedrada müzakirə təşkil edir. Kafedrada vakant yerlərə və saathesabı işləyənlərə təqdimat verir. Ali məktəb rəhbərliyinin göndərişi ilə daxil olmuş kənar tədqiqatçıların, eləcə də kafedra əməkdaşlarının müdafiəyə təqdim etdiyi dissertasiyaların müzakirəsini təşkil edir.

Digər kafedralarla, idarə, müəssisə və təşkilatlarla əlaqələr yaradır. Ali məktəb məzunları, kafedranın aspirant məzunları ilə sistematik əlaqələr yaradılmasını təşkil edir; kafedra üzvlərinin ixtisasartırmaya (yaxud staj keçməyə) göndərilməsi üçün təkliflər verir.

Bilməlidir:

Tədris və tərbiyə, o cümlədən ali təhsillə bağlı dövlət və hökumətin qərarlarını, əmrləri, göstərişləri. Ali təhsil və kafedraların fəaliyyəti ilə bağlı normativ sənədləri, metodiki tövsiyələri, professor-müəllim heyətinin arasında dərs yükünü bölməyi, tədris planlarının tərtibi və qaydalarını. Kafedrada tədris olunan hər bir fənn üzrə proqramların, kafedranın laborant-texniki heyətinin və professor-müəllim heyətinin görəcəyi auditoriyadan kənar işlərin məzmununu; müəllim və tələbələrin elmi-tədqiqat işlərinə rəhbərlik etmək qaydalarını, başqa kafedra və təhsil müəssisələrinin qabaqcıl iş təcrübəsini öyrənməyi və yaymağı, tədris prosesində təlimin texniki vasitələrindən istifadə etmək qaydalarını; aspirant və doktorantlara rəhbərlik etməyi.



Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Elmi dərəcəsi və elmi adı, pedaqoji iş təcrübəsi. Kafedrada tutduğu vəzifə üzrə əmək haqqının 10%-i həcmində əlavə haqq ödənilir.


TƏDRİS-METODİKA ŞÖBƏSİNİN MÜDİRİ
Əmək funksiyası:

Ali məktəbin fakültə və kafedralarında tədris-metodiki işlərin təşkilinə və tədris-metodik şöbənin işlərinə rəhbərlik edir.

Ali məktəbin tədris planları və proqramlarının yaradılması və təkmilləşdirilməsi üzrə bütün işləri istiqamətləndirir.

Tədris yükünün bölüşdürülməsi prinsiplərinin əsaslarını təyin edir. Dərs yüklərinin kafedralar üzrə bölgüsünə və yerinə yetirilməsinə nəzarət edir. Kafedraların ştat cədvəlini planlaşdırır.

Tədris-metodiki işlərlə bağlı bütün məsələlərin həllində iştirak edir.

Bilməlidir:

Təhsil prosesini, tədris və tədris-metodiki işlərlə bağlı normativ sənədləri, qanun, qərar, əmr, göstəriş və sərəncamları, tədris plan və proqramlarının quruluşunu, məzmununu və tətbiqini.



Ödəniş dərəcələrinə ixtisas tələbləri:

14-cü dərəcə - elmlər namizədi elmi dərəcəsi olmayan dosent;

15-ci dərəcə - elmlər namizədi, dosent;

16-cı dərəcə - elmlər doktoru elmi dərəcəsi olmayan professor;

17-ci dərəcə - elmlər doktoru, professor.
TƏDRİS ŞÖBƏSİNİN MÜDİRİ

Əmək funksiyası:

Ali məktəbin fakültə və kafedralarında tədris işlərini təşkil edir. Tədris yüklərinə dair tapşırıqları fakültələrə çatdırır, onların əsasında işçi tədris planlarının hazırlanmasına nəzarət edir. Kafedralarda professor-müəllim, eləcə də tədrisə yardımçı heyət ştatlarının müəyyənləşdirilməsi, tədrislə bağlı bütün statistik məlumatların hazırlanması və aidiyyəti üzrə göndərilməsinə, tədris şöbəsinin (hissənin) işçilərinin fəaliyyətinə istiqamət verir və rəhbərlik edir. Tələbələrin tədris planına uyğun dərslərinin normal keçirilməsini təşkil edir. Tələbələrin kurs imtahan və məqbullarının keçirilməsinə, akademik borcların ləğvinə, məsləhət saatlarının təşkilinə və keçirilməsinə, tələbələrin dərsə davamiyyətinə nəzarət edir, tədris-tərbiyə və elmlə bağlı bütün məsələlərin həllində iştirak edir.



Bilməlidir:

Tədris-tərbiyə və elmlə bağlı normativ sənədləri, qərar, göstəriş və sərəncamları, tədris planının quruluşunu və məzmununu, dərs yüklərinin kafedralar üzrə və ayrı-ayrı müəllimlər arasında bölgüsünü və s.



Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Ali təhsili, tədris sahəsində təcrübəsi.

12-ci dərəcə - III kateqoriya ali məktəbdə;

13-cü dərəcə - II kateqoriya ali məktəbdə;

14-cü dərəcə - I kateqoriya ali məktəbdə.
TƏDRİS LABORATORİYASININ MÜDİRİ

Əmək funksiyası:

Laborant-texniki heyətlə birlikdə laboratoriya cihaz və avadanlıqlarını tədris məşğələlərində istifadə etmək üçün hazırlayır. Laboratoriya işlərinin yerinə yetirilməsində tələbələrə elmi-pedaqoji istiqamət verir.



Bilməlidir:

Laboratoriyada saxlanılan cihaz və avadanlıqların xüsusiyyətlərini, iş prinsipini, laboratoriyanın profilinə uyğun fənni



Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Ali təhsili, yaxud elmi adı və dərəcəsi

11-ci dərəcə - ali təhsilli;

12-ci dərəcə - elmi adı və elmi dərəcəsi olan.




TƏDRİS-MƏSLƏHƏT MƏNTƏQƏSİNİN MÜDİRİ
Əmək funksiyası:

Müvafiq struktur bölmənin fəaliyyətinə rəhbərlik; Qiyabi təhsil alan tələbələrin imtahan və məqbullara hazırlanması, yoxlama və kurs işlərinin qəbulunu və s. işləri təşkil etmək.



Bilməlidir:

Tədrislə bağlı məsləhət işlərinin təşkilini; Müəllimləri məsləhət işinə cəlb etməyi; pedaqogika və psixologiyanı, müvafiq normativ sənədləri



Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Ali təhsilli, tədris müəssisəsinin profilinə uyğun ideoloji iş təcrübəsi olan

11-ci dərəcə - III kateqoriya ali məktəblərdə

12-ci dərəcə - II kateqoriya ali məktəblərdə

13-cü dərəcə - I kateqoriya ali məktəblərdə

DOKTORANTURA VƏ ASPİRANTURA ŞÖBƏSİNİN MÜDİRİ
Əmək funksiyası:

Aspiranturaya (doktoranturaya) qəbulu planlaşdırır, elm və texnika üzrə prorektorun imzası ilə Təhsil Nazirliyinə təqdim edir. Aspiranturaya sənəd qəbul edir və müzakirə üçün müvafiq kafedralara göndərir, müzakirə nəticələrini aspirantın sənədləri ilə birlikdə elmi şuraya təqdim edir; Aspirant və dissertantların mövzularını təsdiq etdirir və onların plan üzrə işləməsinə nəzarət edir. Aspirantların təhsilini təşkil edir, onların təyinatı ilə bağlı məsələnin həllində iştirak edir.



Bilməlidir:

Aspirant və dissertantlarla ünsiyyətdə olmağı; pedaqogikanı, psixologiyanı, elmi və elmi-pedaqoji kadrların hazırlanması ilə bağlı sənədləri.



Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Ali təhsili, elmi-pedaqoji kadrların hazırlanması sahəsində iş təcrübəsi olan.

12-ci dərəcə - elmi dərəcəsi olmadıqda;

13-cü dərəcə - elmi dərəcəsi olduqda.


KADRLAR ŞÖBƏSİNİN RƏİSİ

Əmək funksiyası:

Təhsil-tərbiyə müəssisələrinik kadrlarla təmin olunması işinə rəhbərlik edir. Müəssisənin iqtisadi və sosial inkişaf planlarının əsasında kadrlara tələbatın müəyyənləşdirilməsi və proqnozlaşdırılması işində iştirak edir. Əmək haqqının düzgün hesablanması, işdən azad olunma, bir işdən digərinə köçürülmə ilə əlaqədar müraciət edən təhsil işçilərini qəbul edir, kadrların yerləşdirilməsi və onlardan düzgün istifadə olunması məsələlərinə nəzarət edir. Müəssisə rəhbəri ilə birlikdə gənc mütəxəssislərin işlə təmin olunması, staj keçməsi və tərbiyəsi məsələləri ilə məşğul olur. Vəzifə və ixtisas dərəcələrini artırmaq üçün vaxtaşırı olaraq mütəxəssislərin işgüzarlıq keyfiyyətini öyrənir. Təhsil işçilərinin ixtisasının təşkilində iştirak edir. Əməkdaşların işə qəbul olunması, bir vəzifədən digərinə köçürülməsi və işdən azad edilməsi ilə bağlı sənədləşmə işlərini vaxtında təşkil edir. Həmkarlar təşkilatı ilə birlikdə müəssisə işçilərinə və onların ailələrinə pensiya təyin etmək üçün zəruri olan sənədlərin hazırlanmasını və sosial təminat orqanlarına verilməsini təmin edir. Kadrlar üzrə inspektorlarla metodiki rəhbərliyi həyata keçirir. Kadrlarla bağlı qərar, əmr və göstərişlərin bölmə rəhbərləri tərəfindən icra olunmasına nəzarət edir. Bütün kateqoriyalardan olan kadrlarla işlərin forma və metodlarının təkmilləşdirilməsi üzrə tədbirlər görür. Kadrlarla işlərin yekunlarını öyrənir və ümumiləşdirir, kadr axıcılığının, üzrsüz işburaxma hallarının şöbələrini və başqa əmək intizamı pozuntularını təhlil edir, kadrların möhkəmləndirilməsi, aşkar olunmuş nöqsanların aradan qaldırılması haqqında təkliflər hazırlayır, sərbəstləşmiş fəhlə və qulluqçuların işə düzəldilməsi üzrə tədbirlər görür; tabel uçotunu, ezamiyyət qrafiklərinin tərtibi və yerinə yetirilməsini təşkil edir.



Bilməlidir:

Yuxarı orqanların qərar, göstəriş və əmrlərini, kadrlarla işə dair metodiki, normativ və digər rəhbərlik üçün nəzərdə tutulan materialları; təhsil müəssisəsinin şəxsi heyətinin uçotunu; xalq təsərrüfatı sahələrinin inkişaf perspektivlərini; təhsil müəssisəsinin kadrlarla komplektləşdirilməsi planlarının təyin olunması və ödənilməsi qaydası haqqında əsasnaməni; əməkdaşların işə qəbul edilməsi, keçirilməsi və işdən azad edilməsi, onların əmək kitabçaları və şəxsi işlərinin aparılması və qorunması qaydasını; müəssisənin işçilərinə və onların ailələrinə pensiya təminatını rəsmiləşdirməyi; tabel uçotunun təşkili; peşəyönümünün, əməyin sosiologiyasını, iqtisadiyyatın əsaslarını, əməyin elmi təşkilini, istehsalatın və idarəetmənin təşkilini, əmək qanunçuluğunu, əməyin mühafizəsinin, təhlükəsizlik texnikasının istehsalat sanitariyasının və yanğından mühafizənin norma və qaydalarını.



Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Ali təhsilli, mütəxəssislərlə və rəhbər işçilərlə idarəetmənin təşkili üzrə 5 ildən az olmayaraq stajı olan;

11-ci dərəcə - III kateqoriya ali məktəblərdə;

12-ci dərəcə - II kateqoriya ali məktəblərdə.

13-cü dərəcə - I kateqoriya ali məktəblərdə

1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə