Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qeydə




Yüklə 1 Mb.
səhifə2/14
tarix22.02.2016
ölçüsü1 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   14

Bilməlidir:

"Azərbaycan Respublikasının Təhsil Qanunu" nu, Təhsil Nazirliyinin normativ sənədlərini, maliyyə-təsərrüfat işlərini idarə etməyin forma və metodlarını, pedaqogika və psixologiyanın əsaslarını, normativ sənədlərin tərtibi qaydalarını, tədris plan və proqramların tərtibinə dair tələblərin, kabinet və peşə təhsili müəssisələri işçilərinin ixtisas xarakteristikasını.



Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Ali təhsil, 10 il pedaqoji və 3 il rəhbər işlərdə stajı. Direktorun vəzifə maaşından 10-20 faiz aşağı vəzifə maaşı müəyyənləşdirilir.


LABORATORİYA MÜDİRİ

Əmək funksiyası:

Laboratoriyanın işini planlaşdırır və təşkil edir. Normativ sənədlərin, tədris plan və proqramların, dərslik və dərs vəsaitlərinin, metodik tövsiyələrin işlənilməsinə və onların nəşrə hazırlanmasına rəhbərlik edir.

Peşə məktəbi və peşə liseylərinin metodiki təminatı üçün tədbirlər görür.

Peşə məktəbi müəssisələrinin rəhbər və mühəndis-pedaqoji işçiləri ilə metodika bölmələrinin, seminarların, seminar-praktikumların, təlimat-metodika müşavirələrinin keçirilməsini təşkil edir və fənn olimpiada və baxış-müsabiqələrin təşkilində məktəblərə köməklik edir.

Qabaqcıl pedaqoji təcrübənin öyrənilib yayılması, təlimin yeni forma və üsullarının tətbiqi, eksperiment-təcrübə işlərinin aparılması, tədris müəssisələrində metodiki orqanların işinin səmərəliliyinin artırılması sahəsində laboratoriya metodistlərinin fəaliyyətini əlaqələndirir və istiqamətləndirir.

Fənlərin tədrisinin, peşələrin təlimi vəziyyətinin, şagirdlərin bilik, bacarıq və vərdişlərinin səviyyəsinin öyrənilməsi və təhlili sahəsində metodistlərin işini təşkil edir, nəticələri ümumiləşdirir, təkliflər işləyib hazırlayır, texniki peşə təhsili üzrə Respublika Tədris-Metodika Kabineti haqqında əsasnamədən irəli gələn digər vəzifələri həyata keçirir.



Bilməlidir:

"Azərbaycan Respublikasının Təhsil Qanunu" nu, Təhsil Nazirliyinin əmr və sərəncamlarını, peşə məktəbləri və peşə liseylərinin normativ sənədlərini, əmək qanunvericiliyinin, pedaqogika və psixologiyanın əsaslarını, tədris plan və proqramlarının quruluşu və məzmununu, idarəetmə qaydalarını.



Ödəniş dərəcələrinə ixtisas tələbləri:

15-ci dərəcə - ali təhsili, pedaqoji stajı 5 ildən az olmayan və rəhbərlikdə səriştəsi olan;

16-cı dərəcə - ali təhsili, pedaqoji stajı 10 ildən çox, rəhbərlikdə səriştəsi olan.
METODİST (BÖYÜK, BAŞ METODİST)

Əmək funksiyası:

Texniki peşə təhsili üzrə Respublika Tədris Metodika Kabineti haqqında əsasnaməyə uyğun olaraq peşə məktəbi və liseylərində təlim-tərbiyə və metodiki işlərin vəziyyətini öyrənir və təhlil edir, onun səmərəliliyinin yüksəldilməsinə dair təkliflər verir. Konkret ixtisas üzrə tədris plan və proqramların, dərs vəsaitlərinin, tədris-metodiki sənədlərin, didaktik materialların, təlim vəsaitlərinin hazırlanmasında iştirak edir. Tədris müəssisələrində eksperimental işlərin nəticələrini təhlil edir və ümumiləşdirir, qabaqcıl pedaqoji təcrübəni öyrənir, ümumiləşdirir və yayır. Metodiki bölmələrin, seminar və seminar-praktikumların, keçirilməsində olimpiada, baxış müsabiqə və metodiki sərgilərin təşkilində iştirak edir. Elmi-texniki tərəqqinin tələblərinə uyğun olaraq tədris-proqram sənədlərində lazımi dəyişikliklər aparır və onların tətbiqi sahəsində tədris müəssisələrinə köməklik göstərir.

Fənlərin tədrisi, peşələrin təlimi keyfiyyətini öyrənir. Bu məqsədlə dərs və məşğələlərdə iştirak edir, yoxlama və sınaq işlərinin, imtahanlarının nəticələrini ümumiləşdirir, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi sahəsində peşə təhsili müəssisələrinin pedaqoji kollektivlərinə məsləhət və tövsiyələr verir, açıq dərslər, təlimat-metodika müşavirələrini təşkil edir.

Məktəbin pedaqoji şurası və metodiki komissiyalarının (fənn birləşmələrinin) işində iştirak edir.

İstehsalat təcrübəsinin dəqiq proqramlarının, tədris istehsalat işlərinin siyahılarının, nəzarət və yoxlama işlərinin, mövzuların və mətnlərin işlənib hazırlanmasında iştirak edir. Peşə təhsili müəssisələrində qabaqcıl pedaqoji təcrübənin, elm və texnika nailiyyətlərinin, təlimin yeni forma və metodlarının tətbiqi sahəsində pedaqoji kollektivlərə kömək edir.

Baş metodist göstərilənlərdən əlavə aşağıdakı vəzifələri də yerinə yetirməlidir:

- metodist bölmələrə (birləşmələrə) rəhbərlik etməyi, şəxsən açıq dərslər keçməyi;

- tədris-proqram sənədlərinin, didaktik materialların, dərslik və dərs vəsaitlərinin işlənib hazırlanmasına rəhbərlik etməyi;

- tədris müəssisələrində təcrübə-eksperimental işlər aparır, elmi-tədqiqat işlərinin nəticələri üzrə təkliflərin hazırlanmasında iştirak edir.

Bilməlidir:

Təhsil Qanununu, normativ sənədləri, pedaqogika və psixologiyanın əsaslarını, ümumi və xüsusi metodikanı, tədris prosesinin təşkili sistemini, ixtisaslar üzrə tədris planlarının və fənlər üzrə proqramların tərtibi və onların istifadə qaydalarını, peşə təhsili müəssisələrində pedaqoji işin səmərəli forma və metodikalarının müəyyənləşdirilməsi və ümumiləşdirilməsi metodikasını, metodiki işin təşkili prinsiplərini və məzmununu, nəşriyyat işlərinin əsaslarını, elmi-texniki və pedaqoji informasiya materiallarının sistemləşdirilməsi prinsiplərini, əmək qanunvericiliyi əsaslarını, əməyin mühafizəsi qaydalarını və normalarını, yanğın təhlükəsizliyi tələblərini.



Ödəniş dərəcələrinə ixtisas tələbləri:

13-cü dərəcə (metodist) - ali təhsilli, pedaqoji stajı 5 ildən 10 ilədək;

14-cü dərəcə (böyük metodist) - ali təhsilli, pedaqoji stajı 10 ildən yuxarı:

15-ci dərəcə (baş metodist) - ali təhsilli, 10 il metodist stajı olan.


V B Ö L M Ə
ESTETİK TƏRBİYƏ ÜZRƏ RESPUBLİKA TƏDRİS-METODİK MƏRKƏZİ
DİREKTOR

Əmək funksiyası:

Direktor Respublikada fəaliyyət göstərən ali, orta ixtisas və ümumtəhsil məktəblərində və məktəbdənkənar müəssisələrdə məktəbli və tələbə gənclərin estetik tərbiyə işinin təşkilinə, onların bədii zövqlərinin formalaşdırılmasına, sağlam və fiziki cəhətdən qüsurlu (kar-lal, kor və zəif görən, paralic və s.) olan uşaqların bədii tərbiyəsi üzrə eksperimentlərin qoyulmasına və estetik tərbiyə işinin təkmilləşdirilməsinə məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının qüvvədə olan qanunlarına, Təhsil Qanununa, Təhsil Nazirliyinin normativ sənədlərinə və Respublika Tədris-Metodik Mərkəzin Əsasnaməsinə uyğun olaraq Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzə rəhbərlik edir. Tabeliyində olan mütəxəssis və işçilərin fəaliyyətini respublikada məktəbli və tələbə gənclərin bədii və estetik tərbiyələrinin inkişaf etdirilməsi işinə istiqamətləndirir. Onun üçün lazımi şərait yaradır. Respublikada fəaliyyət göstərən təhsil müəssisələrində estetik tərbiyə işinin vəziyyətini təhlil edir, onun yaxşılaşdırılması üçün nazirliyə konkret və əsaslandırılmış təkliflər verir. Tədris müəssisələrinin plan, proqram, metodik tövsiyə, vəsait və əyani vəsaitlərlə təmin olunmasını təşkil edir.

Məktəbli və tələbə gənclərin estetik tərbiyə işi ilə məşğul olan müəllim, pedaqoq, tərbiyəçi və dərnək rəhbərlərinin ixtisaslarının təkmilləşdirilməsi sahəsində seminar, müşavirə, təcrübə mübadiləsi, elmi-nəzəri konfransların keçirilməsini təşkil edir. Respublikanın rayon və şəhərlərində mərkəzin filiallarının, şəkil qalereyalarının, sərgi salonları və incəsənət kabinetləri yaradılmasını təşkil edir.

Məktəbli və tələbə gənclərin bədii və estetik tərbiyəsini, yaradıcılığını əks etdirən filmlər, bukletlər, mahnı topluları hazırlatdırır.

Xalq yaradıcılığı, festival, olimpiada və müsabiqələrinin təsviri incəsənət və dekorativ-tətbiqi sənət sərkilərinin təşkil edilməsinə rəhbərlik edir. Respublikanın Yaradıcılıq Birlikləri və Cəmiyyətləri ilə canlı əlaqə yaradır, məktəbli və qələbə gənclərin bədii estetik tərbiyə işində onların imkanlarından istifadə edir.

Tədris-metodik mərkəzin təşkilati və təsərrüfat fəaliyyətinə rəhbərliyi həyata keçirir. Dövlət və ictimai təşkilatlarda onu təmsil edir. Bankda hesablar açır. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ayrılan büdcə vəsaitindən öz səlahiyyəti daxilində müəyyən edilmiş qaydada istifadə edir.

Bilməlidir:

Azərbaycan Respublikasının qüvvədə olan qanunlarını, Təhsil Qanununu, Təhsil Nazirliyinin bütün normativ sənədlərini; maliyyə-təsərrüfat işlərini idarə etməyin forma və metodlarını; yaş psixologiyasını və təlim-tərbiyə prosesinin üsullarını; tədris plan və proqramlarının tərtibinə qoyulan tələbləri; əyani və texniki vasitələrdən estetik tərbiyə işində istifadə etmək qaydalarını.



Ödəniş dərəcələrinə ixtisas tələbləri:

15-ci dərəcə - müvafiq ixtisas üzrə ali təhsilli, 5 ildən çox pedaqoji stajı və rəhbərlikdə səriştəsi olan.


KABİNET, ŞÖBƏ VƏ LABORATORİYA MÜDİRLƏRİ
Əmək funksiyası:

Mərkəzdə fəaliyyət göstərən kabinetin, şöbənin, laboratoriyanın işini planlaşdırır və təşkil edir. Onun yerinə yetirilməsinə nəzarəti həyata keçirir. Metodistlərin işini təşkil edir və istiqamətləndirir. Əsasnamə, təlimat, metodik tövsiyə və vəsait, plan, proqram və s. sənədlərin tərtib edilməsini, nəşrə hazırlanmasını, nəşr etdirilməsini və yerlərə çatdırılmasını həyata keçirir, onların hazırlanmasında bilavasitə iştirak edir.

Müəllim və dərnək rəhbərləri üçün metodiki tədbirlərin, metodiki bölmələrin, seminarların, müşavirələrin, festival, olimpiada, baxış və müsabiqələrin, sərgilərin, açıq dərslərin təşkilinə rəhbərlik edir.

Qabaqcıl təcrübənin öyrənilib yayılmasını həyata keçirir, onların tətbiqini təşkil edir.

Bədii və estetik tərbiyə üzrə eksperimentlərin aparılmasında, onların təhlilində, tətbiq edilməsində iştirak edir, müəllim, dərnək rəhbəri və təhsil şöbələrinə əməli və metodik köməyi həyata keçirir. Metodiki işin səmərəliliyini artırmaq üçün kabinet, şöbə və laboratoriya metodistlərinin işini əlaqələndirir və istiqamətləndirir. Dərnək studiya və eksperimental məktəblərin işinə rəhbərlik edir.

Mərkəzin Əsasnaməsindən irəli gələn digər vəzifələri planlı və keyfiyyətli şəkildə yerinə yetirir.

Kabinetin, şöbənin, laboratoriyanın işinin nəticələrini ümumiləşdirir, təhlil edir və onun yaxşılaşdırılması üçün təkliflər verir.

Bilməlidir:

Təhsil haqqında respublikanın qanun və qərarlarını, Təhsil Qanununu, Respublika Təhsil Nazirliyinin normativ sənədlərini, Mərkəzin Əsasnaməsini, tədris plan və proqramlarının quruluş və məzmununu, estetik tərbiyə işinin əsaslarını və istiqamətini.



Ödəniş dərəcələrinə ixtisas tələbləri:

13-cü dərəcə - ali təhsilli, ixtisas üzrə 3 ildən yuxarı stajı olan laboratoriya müdiri;

14-cü dərəcə - müvafiq ixtisas üzrə ali təhsilli 4 il pedaqoji stajı olan şöbə müdiri.

METODİST

Əmək funksiyası:

Estetik tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi haqqında Əsasnaməyə uyğun olaraq ali, orta ixtisas və ümumtəhsil məktəblərində və məktəbdənkənar müəssisələrdə məktəbli və tələbə gənclərin bədii və estetik tərbiyə işinin qoyuluşu vəziyyətini öyrənir, təhlil edir, onun səmərəliliyinin yüksəldilməsinə dair təkliflər verir, bu istiqamətdə müəllim, dərnək rəhbəri və təhsil müəssisələrinə əməli kömək göstərir.

Bədii və estetik tərbiyə işi üzrə metodik tövsiyə, vəsait, tədris plan və proqramları, tədris-metodiki sənədlər, konkret sahə üzrə tədbirlər üçün ssenarilər işləyib hazırlayır. Onların rəy və təsdiq edilməsini təşkil edir. Mərkəzdə və tədris müəssisələrində qoyulan eksperimentlərin nəticəsini təhlil edir, ümumiləşdirir, qabaqcıl müəssisələrin müəllim, dərnək rəhbəri və s. iş təcrübəsini öyrənir, ümumiləşdirir və yayır. Metodik bölmələr seminar-müşavirə, təcrübə mübadiləsi, açıq dərslər və məsləhətlər keçirir, sərkilər, baxış-müsabiqələr, olimpiada və toplanışlar təşkil edir. Bədii tərbiyə və xalq yaradıcılığı üzrə baxış-müsabiqələr təşkil edir, onların təbliğ və inkişaf etdirilməsi üçün əməli tədbirlər həyata keçirir. Ən istedadlı məktəblilərin fərdi sərgilərini, çıxışlarını təşkil edir, onları mətbuat vasitəsilə təbliğ edir. Dərnək, studiya və eksperimental məktəblərə uşaqların cəlb olunmasını təşkil edir.

Yaradıcılıq Birliyi müəssisələri ilə əlaqə yaradır, onların köməyindən məktəbli və tələbə gənclərin bədii və estetik tərbiyəsinin formalaşması işində istifadə olunmasını planlaşdırır və istiqamətləndirir.



Bilməlidir:

"Azərbaycan Respublikasının Təhsil Qanunu" nu, tədris müəssisələrinin fəaliyyətini tənzimləyən normativ sənədləri; estetik tərbiyə işinin psixoloji və pedaqoji əsaslarını, yaş xüsusiyyətlərini; bədii və estetik tərbiyə işinin metodikasını.

Metodik tövsiyə, vəsait, tədris planı və proqramların, konkret sahə üzrə tədbirlərin ssenarisinin işlənib hazırlanması prinsipini.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

11-ci dərəcə metodist - ali ixtisas təhsilli, müvafiq ixtisas üzrə 3 ilə qədər stajı olan;

12-ci dərəcə (II kateqoriya metodist) - ali təhsilli, 5 ildən artıq pedaqoji və ya müvafiq ixtisas üzrə iş stajı olan;

13-cü dərəcə (I kateqoriya metodist) - ali təhsilli, kateqoriya metodist vəzifəsində 2 il stajı olan;

14-cü dərəcə (ali kateqoriya metodist - ali təhsilli, I kateqoriya metodist vəzifəsində 2 il iş stajı olan.

VI BÖLMƏ
TƏHSİL ALAN GƏNCLƏRİN RESPUBLİKA BƏDİİ YARADICILIQ EVİ
DİREKTOR
Əmək funksiyası;

Respublikada təhsil alan gənclərin arasında yaradıcılıq işinin təşkilinə, istedadlı uşaqların seçilib aşkara çıxarılmasına, onların bədii zövqlərinin formalaşmasına bilavasitə başçılıq edir. Tələbə-gənclərin estetik tərbiyə işinin təşkilinə, uşaqların bədii tərbiyəsi üzrə eksperimentlərin qoyulmasına məsuliyyət daşıyır. Təhsil Nazirliyinin qüvvədə olan təlimatlarına, normativ sənədlərinə, Təhsil Qanununa uyğun olaraq, Bədii Yaradıcılıq Evinə rəhbərlik edir. Tabeliyində olan işçiləri məktəbli və tələbə gənclərin bədii və estetik zövqünün inkişaf etdirilməsinə istiqamətləndirir. İşçilər üçün lazımi iş şəraiti yaradır. Respublikada fəaliyyət göstərən təhsil müəssisələrində bədii yaradıcılıq işini və özfəaliyyətin vəziyyətini təhlil edir, onların yaxşılaşdırılması üçün əlaqədar təşkilatlara əsaslandırılmış təkliflər verir. Təhsil müəssisələrində bədii fəaliyyət yaradıcılığının inkişafı üçün tələb olunan ssenarilər, plan, proqram, metodiki tövsiyə, vəsait və əyani vəsaitlər ilə təmin olunmasını təşkil edir. Bədii Yaradıcılıq Evinin təşkilatı və təsərrüfat fəaliyyətinə rəhbərlik edir. Dövlət və ictimai təşkilatlarda onu təmsil edir. Bankda hesablar açır. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ayrılan büdcə vəsaitindən öz səlahiyyətləri daxilində müəyyən edilmiş qaydada istifadə edir.



Bilməlidir:

Azərbaycan Respublikasının qüvvədə olan qanunlarını, Təhsil Qanununu, Təhsil Nazirliyinin normativ sənədlərini; maliyyə və təsərrüfat işlərini, idarəetmənin forma və metodlarını; bədii yaradıcılıq işinin metodlarını; plan, ssenari, proqram və başqa yaradıcılıq işi üçün lazım olan sənədlərin tərtib edilməsini; əyani və texniki vəsaitlərdən istifadə etmə qaydalarını;



Ödəniş dərəcələrinə ixtisas tələbləri:

15-ci dərəcə - ali pedaqoji təhsilli, 5 ildən artıq pedaqoji stajı və rəhbərlikdə səriştəsi olan.



ŞÖBƏ MÜDİRİ
Əmək funksiyası;

Şöbənin işini planlaşdırır və təşkil edir. Metodistlərin işini təşkil edir və istiqamətləndirir. Əsasnamə, təlimat, metodiki tövsiyə və vəsait, plan və proqram, ssenari və s. sənədlərin tərtib edilməsini, yerlərə çatdırılmasını həyata keçirir. Nümunəvi dərnək rəhbərlərinin iş təcrübəsini müəyyənləşdirir. Bu təcrübələrin yayılması üçün metodiki tədbirlərin, bölmələrin, seminarların, seminar müşavirələrin, festival, olimpiada, müsabiqə, açıq dərs, yaradıcılıq və hesabat konsertlərinin təşkil edilməsində iştirak edir. Bədii yaradıcılıq işi sahəsində eksperimentlər aparılmasında, onların təhlilində, tətbiqində fəal iştirak edir. Metodistlərlə dərnək rəhbərlərinin, müşayiətçilərin, ifaçıların işini əlaqələndirir. Bədii Yaradıcılıq Evinin Əsasnaməsindən irəli kələn digər vəzifələri yerinə yetirir. Şəhər, rayon və zonalar üzrə özfəaliyyət baxış müsabiqələrinin, festivalların keçirilməsində iştirak edir. Bədii yaradıcılıq işi üzrə eksperimental məktəblərin, studiyaların, klubların, dərnək və digər yaradıcılıq birliklərinin yaradılmasında iştirak edir.



Bilməlidir:

Təhsil haqqında respublikanın qanun və qərarlarını, Təhsil Qanununu, Respublika Təhsil Nazirliyinin normativ sənədlərini, Bədii Yaradıcılıq Evinin Əsasnaməsini, tədris plan və proqramlarının quruluş məzmununu, estetik tərbiyə işinin əsaslarını və istiqamətini.



Ödəniş dərəcələrinə ixtisas tələbləri:

13-cü dərəcə - ali təhsilli, incəsənət ixtisaslı mütəxəssis-metodist vəzifəsində 5 ildən çox stajı olan;

14-cü dərəcə - ali təhsilli, incəsənət ixtisaslı mütəxəssis-metodist vəzifəsində 3 ildən çox stajı olan.
METODİST

Əmək funksiyası:

Bədii Yaradıcılıq Evi haqqında Əsasnaməyə uyğun olaraq təhsil alan gənclərin bədii yaradıcılığının, fərdi qabiliyyətinin inkişaf etdirilməsi, estetik zövqlərinin, maraq və meyllərinin düzgün istiqamətləndirilməsi, asudə vaxtlarının səmərəli və maraqlı təşkili üçün şərait yaradır. Gənclərin özfəaliyyət kollektivlərinə cəlb olunması işinə səmərəli və məqsədyönlü köməklik göstərir. Dərnək rəhbərlərinə təkliflər verir. Onların işini günün tələbləri səviyyəsində qurur. Bədii Yaradıcılıq işləri, özfəaliyyət kollektivlərinin təşkili üzrə metodiki tövsiyə, vəsait, konkret tədbirlər üzrə ssenarilər, plan və proqramlar işləyib hazırlayır. Seminar müşavirələr, fərdi konsertlər, hesabat konsertləri. yaradıcılıq gecələri, müəllif konsertləri, görüşlər, yubiley şənlikləri, bayram şənlikləri, baxış-müsabiqələr, sual-cavab gecələri; müsahibə və məsləhət saatları, toplanışlar təşkil edir. Xalq yaradıcılığı adət-ənənələrini, yeniliklərini yüksək qayğı və tələbkarlıqla öyrənib yeniyetmələr arasında təbliğ etməlidir.



Bilməlidir:

"Azərbaycan Respublikasının Təhsil Qanunu" nu, tədris müəssisələrinin fəaliyyətinə aid olan normativ sənədləri, bədii yaradıcılıq işini, tərbiyə işinin psixoloji yaş xüsusiyyətlərini; bədii yaradıcılıq və özfəaliyyət işinin metodikasını, metodiki tövsiyə, təlimat, vəsait, plan və proqramların, ssenarilərin işlənib hazırlanması qaydalarını.



Ödəniş dərəcələrinə ixtisas tələbləri:

11-ci dərəcə - ali incəsənət və ya pedaqoji təhsili olan;

12-ci dərəcə - ali incəsənət və ya pedaqoji təhsilli, 3 ildən çox ixtisas üzrə iş stajı olan; 13-cü dərəcə - ali incəsənət təhsilli, 5 ildən artıq ixtisas üzrə iş stajı olan;

14-cü dərəcə - ali incəsənət təhsilli, 10 ildən çox ixtisas üzrə iş stajı olan.


VII BÖLMƏ
RESPUBLİKA EKOLOJİ TƏRBİYƏ VƏ TƏCRÜBƏÇİLİK MƏRKƏZİ
DİREKTOR

Əmək funksiyası:

Fəaliyyətinin bütün istiqamətləri üzrə mərkəzin işini təşkil edir. Mərkəzin metodiki şurası ilə birlikdə müəssisənin inkişafının əsas istiqamətlərini müəyyənləşdirir, dövlət və ictimai orqanlarda onun mənafeyini müdafiə edir. Kadrların seçilməsi və onların yerləşdirilməsini həyata keçirir, əmək qanunvericiliyi və dəxili intizam qaydalarına uyğun olaraq işçilərin əmək funksiyalarını müəyyənləşdirir. Təbiəti mühafizə, ekologiya və gənc təbiətçilərin işlərini genişləndirmək məqsədilə respublikanın rayon və şəhərlərində dərnək və digər birləşmələrin şəbəkələrinin genişləndirilməsi üçün tədbirlər görür.

Tədris, məktəbəqədər və məktəbdənkənar müəssisələrdə ekoloji tərbiyə və kənd təsərrüfatı təcrübəçilik işlərinin düzgün təşkili ilə əlaqədar respublika zona, şəhər, rayon tədbirləri (konfranslar, təlimatı seminarlar, müşavirələr, sərgilər, olimpiadalar və s.) təşkil edir.

Tədris, məktəbdənkənar, məktəbəqədər müəssisələrin pedaqoji kollektivlərinə ekoloji tərbiyə, təcrübəçilik, gənc təbiətçilərin işlərinin düzgün təşkilinə əməli və metodiki köməkliklər göstərir.

Müəssisənin metodiki şurasına rəhbərlik edir, təlim-tərbiyə işinin məzmunu, effektliliyi üzərində nəzarəti həyata keçirir. Pedaqoji kadrların attestasiyaya hazırlığını və onun keçirilməsini təşkil edir.

Bilməlidir:

Təhsil müəssisələrinin işinin təşkili üzrə təhsil və tərbiyə məsələlərinə dair hökumət və digər dövlət orqanlarının, normativ sənədlərini, pedaqogikanı, uşaqların fiziologiyasını, gigiyenasını, əmək qanunvericiliyini və maliyyə-təsərrüfat məsələlərini, əməyin mühafizəsini, texniki təhlükəsizlik, yanğından mühafizə qaydaları və normalarını, təşkilatçılıq və idarəetmənin əsaslarını, ictimai təşkilatların gənc nəslin tərbiyəsi ilə əlaqədar funksiyalarını və hüquqlarını.



Ödəniş dərəcələrinə ixtisas tələbləri:

15-ci dərəcə - bioloq və ya kənd təsərrüfatı üzrə ali təhsilli mütəxəssis, 5 ildən yuxarı pedaqoji və ya müvafiq rəhbər vəzifələrdə iş stajı və rəhbərlikdə səriştəsi olan.


ŞÖBƏ MÜDİRİ

Əmək funksiyası:


Şöbənin fəaliyyətinə rəhbərlik edir, bilavasitə ona tabe olan işçilərin iş keyfiyyətinə nəzarət edir. Plan və proqramların yerinə yetirilməsini təmin edir. Kütləvi tədbirlərin keçirilməsinə aid metodiki tövsiyələrin, əsasnamələrin hazırlanmasına, metodiki işə və proqram-metodiki materialların hazırlanmasına rəhbərlik edir və aidiyyatı təşkilatlara vaxtında çatdırılmasını təmin edir. Mərkəzin maddi bazasının inkişafının və möhkəmləndirilməsinin, avadanlıq və inventarların saz saxlanmasının, sanitariya-gigiyena tələblərinin gözlənilməsini, əmək mühafizəsi qaydalarına əməl edilməsini təmin edir.
Bilməlidir:
Təhsil məsələlərinə dair qanunvericilik və normativ sənədləri; əmək qanunvericiliyinin əsaslarını; pedaqogika və psixologiyanı; peşə təliminin metodikalarını; gigiyena və fiziologiyanın əsaslarını; biologiya və kənd təsərrüfatı üzrə müasir nailiyyətləri; uşaq və gənclərin təlimi və tərbiyəsi məsələləri üzrə hökumət və digər dövlət orqanlarının qərarlarını.
Ödəniş dərəcəsinə ixtisas tələbləri
14-cü dərəcə - ali ixtisas təhsilli, müvafiq ixtisas üzrə 5 il iş stajı olan.
METODİST

Əmək funksiyası:


Mərkəzin şöbə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirir. Metodiki və tərbiyə işinin vəziyyətini təhlil edir, metodiki materialları sistemləşdirir və informasiya materialları hazırlayır. Konkret sahələr üzrə tədris metodiki sənədlərin, vəsaitlərin, didaktik materialların, metodiki tövsiyələrin, kütləvi tədbirlərin əsasnamələrinin işlənməsi, rəyə və təsdiqə verilməsini təmin edir; metodiki tərbiyəvi işlərin təşkilində təhsil müəssisələrinin pedaqoji işçilərinə məsləhətlər verir; müsabiqə, sərgi, olimpiada, toplanış, yarış, elmi-praktik konfrans və seminarların keçirilməsi üzrə zəruri sənədləşdirmə işlərini təşkil edir və işləyib hazırlayır; qabaqcıl iş təcrübəsinin ümumiləşdirilməsi və yayılmasına köməklik edir.
Bilməlidir:
Təhsil Qanununu, təhsil haqqında normativ sənədləri, pedaqogika və yaş psixologiyasının əsaslarını, metodbirləşmələrin təşkili prinsipləri və məzmununu; nəşriyyatlarda iş əsaslarını, metodiki və informasiya materiallarının sistemləşdirilməsi prinsiplərini, əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi qaydaları və normalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri
11-ci dərəcə (metodist) - ali ixtisas təhsilli, müvafiq ixtisas üzrə 5 ilədək iş stajı;

12-ci dərəcə (II kateqoriya metodist) - ali təhsilli, 5 ildən artıq pedaqoji və ya müvafiq iş stajı;

13-cü dərəcə (I kateqoriya metodist) - ali təhsilli, II kateqoriya metodist vəzifəsində 2 il iş stajı;

14-cü dərəcə (ali kateqoriya metodist) - ali təhsilli, II kateqoriya metodist vəzifəsində 2 il iş stajına malik olan


VIII BÖLMƏ
RESPUBLİKA GƏNC TURİSTLƏR VƏ DİYARŞÜNASLIQ MƏRKƏZİ
DİREKTOR

Əmək funksiyası:


Mərkəzin iş planlarının vaxtında yerinə yetirilməsinə, təlim-tərbiyə, metodiki və kütləvi işlərin vəziyyətinə - maliyyə - təsərrüfat fəaliyyətinə, kadrların seçilib yerləşdirilməsinə, müəyyən olunmuş əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul və işdən azad edilməsinə, əmək intizamına əməl olunmasına görə məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Hökumətinin təhsil üzrə qərarlarının, əmr və göstərişlərinin yerinə yetirilməsini təmin edir. İşçilərin təşəbbüskarlığının inkişaf etdirilməsinə onların peşə səviyyəsinin yüksəldilməsinə şərait yaradır. Müəssisənin sosial inkişafı, onun pedaqoji, maliyyə, təşkilat-təsərrüfat fəaliyyəti ilə bağlı məsələlər üzrə tədbirlər görür. Yanğından mühafizə olunma qaydalarının yerinə yetirilməsini təmin edir, büdcə vəsaitlərindən düzgün səmərəli istifadə olunmasını təmin edir. Turizm-diyarşünaslıq və ekskursiya işlərini genişləndirmək məqsədilə respublikanın şəhər və rayonlarında, gənc turistlər stansiyalarında orta ixtisas, ümumtəhsil, texniki peşə və ali məktəblərdə, yaşayış sahələrində dərnək şəbəkələrinin daha da artırılması üçün tədbirlər görür.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəhbərliyinə görülən işlər barədə hesabat verir.

RGTDM-in fəaliyyətini Turist klubu, Təbiəti Mühafizə Cəmiyyəti, Respublika Turizm və Ekskursiya Şurasının digər təşkilatları ilə işi əlaqələndirməyi təmin edir.


Bilməlidir:
Təhsil sisteminin və pedaqoji elmlərin əsas istiqamətlərini və inkişafı perspektivlərini; məktəbdənkənar müəssisələrin təlim-tərbiyə proqramlarını; qabaqcıl pedaqoji təcrübəni; əmək qanunvericiliyini və əməyin elmi təşkilinin əsaslarını; Təhsil Qanununu və təhsilə dair direktiv sənədləri; məktəbdənkənar müəssisələr üzrə normativ sənədləri.
Ödəniş dərəcəsinə ixtisas tələbləri
15-ci dərəcə - ali ixtisas təhsilli, ixtisas üzrə 5 il iş stajı və rəhbərlikdə səriştəsi olan.
1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə