Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qeydə




Yüklə 1 Mb.
səhifə14/14
tarix22.02.2016
ölçüsü1 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   14

Əmək funksiyası. Müəllim köməkçisi sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) üzrə qanunvericilik aktlarında, uşaq hüquqları ilə bağlı normativ-hüquqi aktlarda, habelə sağlamlıq imkanları məhdud uşaqlarla bağlı qəbul olunmuş qərarlarda nəzərdə tutulan aidiyyəti məsələlərlə məşğul olur.

İnkluziv təhsil həyata keçirilən siniflərdə sağlamlıq imkanları məhdud uşaqların fərdi inkişaf, plan və fənn proqramlarına uyğun olaraq onların təlim-tərbiyəsini təşkil edir. Sağlamlıq imkanları məhdud uşaqların inkişaf xüsusiyyətlərinin müəyyənləşdirilməsi, müvafiq təlim-tərbiyə işlərinin aparılması üçün məktəbin psixoloqu və müəllim-defektoloqu ilə məsləhətləşmələr aparır. Şagirdlərin valideynlərinə və yaxud himayəsində olduqları qanuni nümayəndələrinə onların əqli və fiziki inkişafında müşahidə olunan yeniliklər barədə vaxtaşırı məlumat verir. Sağlamlıq imkanları məhdud uşaqların qabiliyyət və imkanlarına uyğun peşə və ya ixtisasın seçilməsi üçün istiqamətlər müəyyənləşdirir.



Bilməlidir: pedaqogikanı; psixologiyanı; fizioloji inkişafı; məktəb gigiyenasını; fənn tədris metodikasını; tərbiyə işlərinin metodikasını; informatikanı; təlim-tərbiyənin təşkili prinsiplərini; tədrisin təşkili məsələlərini; təhsillə bağlı qanunvericilik aktlarını; Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq normativ sənədlərini; təhlükəsizlik texnikası qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə: orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan;

8-ci dərəcə: orta ixtisas təhsili, 3 ildən 5 ilədək pedaqoji stajı olan və ya orta ixtisas məktəbini fərqlənmə diplomu ilə bitirən;

9-cu dərəcə: ali təhsilli, əmək stajına tələb qoyulmadan və yaxud orta ixtisas təhsili, 5 ildən 10 ilədək pedaqoji stajı olan;

10-cu dərəcə: ali təhsilli, 3 ildən 8 ilədək pedaqoji stajı olan və ya ali məktəbi fərqlənmə diplomu ilə bitirən və yaxud orta ixtisas təhsili, 10 ildən 15 ilədək pedaqoji stajı olan;

11-ci dərəcə: ali təhsilli, 8 ildən 13 ilədək pedaqoji stajı olan və yaxud orta ixtisas təhsili və 15 ildən çox pedaqoji stajı olan;

12-ci dərəcə: ali təhsilli, 13 ildən 18 ilədək pedaqoji stajı olan;

13-cü dərəcə: ali təhsilli, 18 ildən yuxarı pedaqoji stajı olan."




Dövlət qeydiyyatına alınmışdır”

Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Azərbaycan Respublikasının

Ədliyyə Nazirliyi

Əmək və Əhalinin Sosial

Qeydiyyat № 3488

Müdafiəsi Nazirliyi Kollegiyasının

16 dekabr 2009-cu il

01 dekabr 2009-cu il




tarixli 9 №-li qərarı ilə

Nazir müavini _______Toğrul Musayev

Nazir _________Fizuli Ələkbərov

Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas sorğu kitabçası”na (hissə 75) əlavələr

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1997-ci il 29 mart tarixli 16-4/3 nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 1997-ci il 4 aprel tarixdə dövlət qeydiyyatına alınmış (şəhadətnaməmə № 40) “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas sorğu kitabçası”na (hissə 75) aşağıdakı əlavələr edilsin:

“Təhsil, təlim-tərbiyə sahəsində qulluqçu vəzifələrinin adı və dərəcə diapazonu” cədvəlinin “Vəzifələr” qrafasının XIII bölməsində “Konsertmeyster” vəzifəsindən sonra “Tyutor” vəzifəsi, cədvəlin “Dərəcələr diapazonu” qrafasında isə bu vəzifəyə uyğun olaraq “11-13” rəqəmləri, kitabçanın “Tarif-ixtisas xüsusiyyətləri” hissəsinin XIII bölməsində “Konsertmeyster” vəzifəsinin tarif-ixtisas xüsusiyyətlərindən sonra aşağıdakı məzmunda “Tyutor” başlığı altında, bu vəzifənin tarif-ixtisas xüsusiyyətləri əlavə edilsin:


Tyutor
Əmək funksiyası. Tələbələrin akademik maraqlarını qoruyur və müdafiə edir. Tədris prosesinin təşkili ilə bağlı zəruri məlumatları və sənədləri tələbələrə təqdim edir. Tələbələrin fərdi tədris və iş planlarının tərtibi üçün onlara qrup halında və ya fərdi məsləhətlər verir. İl ərzində müntəzəm olaraq akademik məsləhətləşmələr təşkil edir.

Müəyyən edilmiş müddətlərdə tələbələrin fərdi tədris planlarının qəbulunu təşkil edir və istiqamətlər (ixtisaslar, proqramlar) üzrə iş planlarının tərtib edilməsində iştirak edir. Tələbələrə fərdi tədris planında dəyişiklik aparmağa yardım göstərir. İstiqamətlər (ixtisaslar, proqramlar) üzrə təhsil almaq üçün lazım olan metodik materialların vaxtında hazırlanmasına və mövcudluğuna, eləcə də tələbələrin fənlər üzrə attestasiyasının keçirilməsinə nəzarət edir. Ali məktəbin rəhbərliyi tərəfindən təşkil olunan nəzarət komissiyalarının işində iştirak edir.



Bilməlidir: ali təhsillə bağlı qanunvericilik aktlarını; pedaqogika və psixologiyanı; fənn tədris metodikasını; təlim-tərbiyənin təşkili prinsiplərini; tədrisin təşkili məsələlərini; Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq normativ sənədlərini; tələbələrlə ünsiyyətdə olmaq qaydasını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali pedaqoji təhsil, əmək stajına tələb qoyulmadan.

11-ci dərəcə: III kateqoriyalı ali təhsil müəssisələrində;

12-ci dərəcə: II kateqoriyalı ali təhsil müəssisələrində;

13-cü dərəcə: I kateqoriyalı ali təhsil müəssisələrində. ”.



1   ...   6   7   8   9   10   11   12   13   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə