Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qeydə




Yüklə 1 Mb.
səhifə13/14
tarix22.02.2016
ölçüsü1 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   14

Əmək funksiyası: Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Təhsil Qanunu”na, Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin direktiv sənədlərinə, “Ümumtəhsil məktəbin nümunəvi Əsasnaməsinə”, Təhsil Nazirliyinin əmr, sərəncam və təlimatlarına, eləcə də hüquqi-normativ aktlara uyğun olaraq metodik kabinetin bütün istiqamətlərdə işinin təşkilinə və fəaliyyətinə rəhbərlik edir; öz fəaliyyətində təhsilin demokratikləşdirilməsi və humanistləşdirilməsi prinsipini əsas tutaraq, tədris prosesinin keyfiyyətli təşkilini, plan və proqramların yerinə yetirilməsini, texniki və əyani vasitələrdən, metodik materiallardan istifadə olunmasını təmin edir; məktəblərdə və digər təlim-tərbiyə müəssisələrində təlim və tərbiyənin vəziyyətinin araşdırılmasını, dərindən təhlil aparılmasını, qabaqcıl təcrübənin öyrənilməsini, ümumiləşdirilməsini, həyata keçirir; pedaqoji mühazirələrdə, elmi-praktik konfranslarda, sərgilərdə, mətbuat sahələrində yeniliklərin yayılmasını, müəllimlərin gündəlik fəaliyyətində müasir təhsil innovasiyalarının, pedaqoji texnologiyaların tətbiq olunmasını təşkil edir; pedaqoji kadrların tələb və maraqlarını nəzərə alaraq onların təkmilləşdirilməsinin, ixtisasının aparılmasının və yenidən hazırlanmasının daha effektiv forma və metodlarını müəyyənləşdirir; müəllimlərin və digər təhsil işçilərinin ixtisasının artırılması üzrə cari və perspektiv plan-qrafikləri tərtib edir; müəssisə rəhbəri ilə birlikdə onların ixtisasartırma təhsilinə cəlb edilməsi və peşəkarlıq səviyyələrinin yüksəldilməsi üçün digər tədbirləri həyata keçirir; dayaq məntəqələri mexanizminin tətbiqi ilə əlaqədar bu işin səmərəli icra olunmasını təşkil edir; şəxsi təhsil yolu ilə ixtisaslarını artıran dinləyicilərə hər cür metodiki yardım göstərir; dərslik, dərs vəsaiti və yeni proqramları müzakirə edir, onların müəllifləri ilə görüşlər keçirir; müəllimlərin fəaliyyətini monitorinq-qiymətləndirmə yolu ilə izləyir; tədris prosesinin yaxşılaşdırılması üçün təkliflər verir, metodik materialların alınması, paylanması və istifadə olunmasını təşkil edir; təlim-tərbiyə müəssisələrində psixoloji xidmətin təşkilinə, istedadlı, həmçinin əqli və ya fiziki cəhətdən qüsurlu uşaqların aşkara çıxarılmasına, onlarla işin təşkilinə əməli kömək göstərir; metodiki işin təşkilində və pedaqoji kadrların attestasiyadan keçirilməsində təlim-tərbiyə müəssisələrinin rəhbərlərinə zəruri kömək göstərir; fənn olimpiadalarının, müsabiqə və treninqlərin, eləcə də tədbirlərin keçirilməsini təşkil edir; rayonda (şəhərdə) tərbiyə işinin yüksək səviyyədə təşkilinə metodiki kömək göstərir; fənlərin dövlət standartları səviyyəsində tədrisinə nail olmaq üçün bütün pedaqoji-təşkilatı tədbirləri həyata keçirir; fənn müəllimlərinin assosiasiyalarını yaradır və onun fəaliyyətini istiqamətləndirir; müəyyən olunmuş qaydalar çərçivəsində tabeliyindən olan metodislərin fəaliyyətini idarə edir, onlar arasında vəzifə bölgüsünü müəyyənləşdirir, işin səmərəli təşkilinə nail olur, vaxtaşırı onların hesabatını dinləyir; metodiki kabinetdə uçot və kargüzarlıq işlərinin yerinə yetirilməsini təmin edir; müəyyən olunmuş qaydada müvafiq orqanlara hesabat verir.

Bilməlidir: “Azərbaycan Respublikasının Təhsil Qanunu”nu, direktiv orqanların təlim-tərbiyə sahəsinə dair normativ sənədlərini; Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun və yerli təhsil orqanlarının əmr, sərəncam və təlimatlarını; əmək qanunvericiliyini və əməyin hüquqi tənzimlənməsi üzrə normativ sənədləri; müvafiq kateqoriyalı pedaqoji işçilərlə metodiki işin təşkili üçün zəruri olan normativ və direktiv sənədləri; pedaqogikanın və pedaqoji-psixologiyanın son elmi və təcrübi nailiyyətlərini; metodiki işin ənənəvi metod, forma və müasir texnologiyalarını, tədris proqramları və tədris-metodik sənədlərin işlənməsi ardıcıllığını, metodistlərin işini qiymətləndirməyi və hesabat tərtib etməyi, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

1. Ali pedaqoji təhsil;

2. Ən azı 5 il (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və ya elmi adı olduqda 3 il) pedaqoji staj;

3. Təhsilin təşkili və idarə olunması ixtisası üzrə diplom (sertifikat).

14-cü dərəcə-R (Ş) TŞ üzrə işçilərin sayı 2000-ə qədər olduqda;

15-ci dərəcə -R (Ş) TŞ üzrə işçilərin sayı 2000-dən çox olduqda”.

Bölmədə verilmiş sonrakı vəzifələrin adları və mətnlər ardıcıllıqla saxlanılsın.

7. “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasın”da XX bölmənin başlığının adı saxlanılaraq, “Direktor” vəzifəsinin adı və vəzifə üzrə verilmiş mətn çıxarılsın və aşağıdakı mətnlə əvəz olunsun:


Məktəbdənkənar müəssisələrin direktoru
Əmək funksiyası: “Məktəbdənkənar tərbiyə müəssisəsinin Əsasnaməsi”nə və öz Nizamnaməsinə uyğun fəaliyyətin bütün istiqamətləri üzrə müəssisənin işini təşkil edir, inkişafın əsas istiqamətlərini müəyyənləşdirir, dövlət və ictimai orqanlarda müəssisəni təmsil edir; öz hüquqları çərçivəsində kadrların seçilməsini və yerləşdirilməsini həyata keçirir; əmək qanunvericiliyi və daxili intizam qaydalarına uyğun olaraq işçilərin vəzifə səlahiyyətlərini müəyyənləşdirir; uşaqların sağlamlığının qorunmasını, əməyinin mühafizəsi qaydalarına düzgün əməl olunmasına nəzarət edir; təlim-tərbiyə işinin məzmunu və səmərəliliyini təmin edir; müəssisənin şəxsi heyətinin yüksək məhsuldarlıqla işləməsi, uşaqların yaradıcılıq səviyyəsinin yüksəldilməsi və asudə vaxtının səmərəli təşkili üçün əlverişli şərait yaradır; pedaqoji kadrların attestasiyaya hazırlığa və onun keçirilməsinə şərait yaradır; müəssisənin və onun struktur qurumlarının fəaliyyətini yaxşılaşdırmaq üçün iş aparır; təlim-tərbiyə və metodiki işlərin, kütləvi tədbirlərin mütəşəkkil və yüksək keyfiyyətlə keçirilməsinə nəzarət edir; ümumtəhsil məktəblərinin uşaq birliyi təşkilatı rəhbərlərinə və məktəbin pedaqoji kollektivinə müəssisənin profilinə uyğun metodiki kömək göstərir; ayrılmış dövlət vəsaitindən səmərəli istifadə olunmasını təmin edir; müəssisənin maddi-texniki bazasının uçotunu, qorunmasını və müasirləşdirilməsini, sanitar-gigiyena rejimi, əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydalarına əməl olunmasını tənzimləyir; müəssisənin inkişaf planını hazırlayır və həyata keçirilməsinə məsuliyyət daşıyır.

Bilməlidir: “Azərbaycan Respublikasının Təhsil Qanunu”, təhsil müəssisələrinin işinin təşkili üzrə təlim-tərbiyə müəssisələrinə dair hökumət qərarlarını, Təhsil Nazirliyinin aidiyyəti normativ sənədlərini; pedaqogika, pedaqoji-psixologiya, fiziologiya və gigiyena məsələlərini, əmək qanunvericiliyini, maliyyə-təsərrüfat fəaliyyətinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə qaydalarını; idarəetmənin, statistika, hesabatvermə və aliologiyanın elmi əsaslarını, gənc nəslin tərbiyəsi ilə əlaqədar qabaqcıl xarici təcrübəni.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

1. Pedaqoji və idarəetmə sahəsi üzrə ali təhsil və yaxud müəssisənin profilinə uyğun ali ixtisas təhsili;

2. Pedaqoji və müvafiq sahə üzrə ən azı 3 il staj;

3. Təhsilin təşkili və idarə olunması ixtisası üzrə diplom (sertifikat).

10-cü dərəcə- dərnək üzvlərinin sayı 100-dən 200-ə qədər

11-ci dərəcə-dərnək üzvlərinin sayı 2001-dən 400-ə qədər

12-ci dərəcə-dərnək, klub və studiya üzvlərinin sayı 601-dən 1000-ə qədər

14-cü dərəcə-dərnək, klub və studiya üzvlərinin sayı 1000-dən çox olduqda”

8. “Təhsil, təlim-tərbiyə sahəsində qulluqçu vəzifələrinin adı və dərəcə diapazonu” cədvəlinin “Vəzifələr sütununda” XV bölmənin adında “tədris” sözü “təhsili” sözü ilə əvəz olunsun, həmin bölmənin 1-ci sətrində “Direktor, rəis, müdir” sözləri “Direktor” sözü ilə, XVI bölmənin 2-ci sətrində “Tədris-tərbiyə və istehsalat işləri üzrə direktor müavini” sözləri “Tədris-istehsalat işləri üzrə direktor müavini” sözləri ilə XX bölmənin 1-ci sətrində “Direktor” sözü “Məktəbdənkənar müəssisələrin direktoru” sözləri ilə əvəz olunsun.

“Dərəcələr diapazonu” sütununda bu vəzifələrə uyğun dərəcələr diapazonu saxlanılsın.


Kollegiyanın sədri Ə. Nağıyev




"Dövlət qeydiyyatına alınmışdır."

Azərbaycan Respublikasının

Ədliyyə Nazirliyi

Qeydiyyat №-3151

"24" may 2005-ci il
Nazir ______________ F. Məmmədov


Azərbaycan Respublikası

Əmək və Əhalinin Sosial

Müdafiəsi Nazirliyi kollegiyasının

"10" may 2005-ci il

tarixli 7 №-li qərarı ilə

təsdiq edilmişdir.

Nazir ________________ Ə. Nağıyev



"Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu

Kitabçası"na (hissə 75) əlavələr
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 mart 1997-ci il tarixli 16-4/3 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 04 mart 1997-ci il tarixdə 40 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış "Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"na (hissə 75) aşağıdakı əlavələr edilsin:

1. Mətnə yeni XXII bölmə əlavə edilsin:

MƏDƏNİYYƏT TƏHSİLİ ÜZRƏ RESPUBLİKA ELMİ-METODİKİ MƏRKƏZİ
DİREKTOR

Əmək funksiyası: Elmi-Metodiki Mərkəzə rəhbərlik edir. Respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində, Bakı Xoreoqrafiya məktəbində tədrisin metodiki təminatı üçün məsuliyyət daşıyır. Bu məktəblərdə tədrisin vəziyyətini təhlil edir, onun yaxşılaşdırılması üçün Mədəniyyət Nazirliyinə konkret və əsaslandırılmış təkliflər verir.

Məktəblərin tədris plan və proqramları ilə, tədris-metodiki ədəbiyyatla, əyani vasitələrlə, uçot və blank sənədləri ilə, jurnallarla təmin edilməsi üçün tədbirlər görür.

Rəhbər və pedaqoji işçilərin metodiki hazırlığının və ixtisasartırma vəziyyətinin təhlilini təşkil edir.

Elmi-pedaqoji konfransların, seminarların keçirilməsini təşkil edir, baxış - müsabiqələrin, festivalların, sərgilərin keçirilməsi üçün təkliflər verir. Təlimin yeni forma və metodlarının tətbiqinə dair eksperimentlərin keçirilməsinə və onun nəticələrinin ümumiləşdirilməsinə rəhbərlik edir. Mərkəzin Əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir.



Bilməlidir: Azərbaycan Respublikasının "Mədəniyyət haqqında" Qanununu, "Azərbaycan Respublikasının Təhsil Qanununu", Azərbaycan Respublikasının Əmək Məcəlləsini, Mədəniyyət Nazirliyinin normativ sənədlərini, məktəblərdə musiqi, rəssamlıq, xoreoqrafiya tədrisinin əsaslarmı, maliyyə-təsərrüfat işlərinin idarə edilməsinin forma və metodlarmı. Ödəniş dərəcələrinə ixtisas tələbləri: 18-ci dərəcə - ali ixtisas təhsili, 10 il pedaqoji və bunun da 5 ildən az olmayaraq rəhbər vəzifələrdə əmək stajı.
METODİST

(böyük, baş metodist də daxil olmaqla)
Əmək funksiyası: Mərkəzin Əsasnaməsinə uyğun olaraq uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində, Bakı Xoreoqrafiya Məktəbində təlim-tərbiyə və metodiki işlərin vəziyyətini öyrənir və təhlil edir, bu işlərin səmərəliliyinin yüksəldilməsinə dair təkliflər verir. Konkret ixtisası üzrə tədris plan və proqramlarının, dərs vəsaitlərinin hazırlanmasında iştirak edir. Tədris müəssisələrində eksperimental işlərin nəticələrini təhlil edir və ümumiləşdirir, qabaqcıl pedaqoji təcrübəni öyrənir, ümumiləşdirir və yayır. Metodiki bölmələrin keçirdiyi seminarlarda, müsabiqələrin, festival və sərgilərin təşkilində iştirak edir.

Fənlərin tədrisi keyfiyyətmi öyrənmək məqsədilə dərs və məşğələlərdə iştirak edir, yoxlama və sınaq işlərinin, imtahanların nəticələrini ümumiləşdirir, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi, qabaqcıl pedaqoji təcrübənin, təlimin yeni forma və metodlarının tətbiqi sahəsində tədris müəssisələrinin pedaqoji kollektivlərinə məsləhət və tövsiyələr verir, açıq dərslər, təlimatı-metodiki müşavirələr təşkil edir.

Məktəblərin pedaqoji şuraları və fənn birləşmələrinin işində, metodiki tövsiyələrin, tədris proqramlarının tərtibində iştirak edir. Metodiki bölmələrə (birləşmələrə) rəhbərlik edir, şəxsən açıq dərslər keçirir. tədris-proqram sənədlərinin, dərslik və dərs vəsaitlərinin işlənib hazırlanmasına rəhbərlik edir.

Bilməlidir: Azərbaycan Respublikasının "Mədəniyyət haqqında" Qanununu, "Azərbaycan Respublikasının Təhsil Qanununu", Mədəniyyət Nazirliyinin normativ sənədlərini, məktəblərdə musiqi rəssamlıq, xoreoqrafiya tədrisinin əsaslarını, tədris prosesinin təşkili sistemini, ixtisaslar üzrə tədris planlarının və fənlər üzrə proqramların tərtibi və onlardan istifadə qaydalarını, tədris müəssisələrində pedaqoji işin səmərəli forma və metodlarının müəyyənləşdirilməsi və ümumiləşdirilməsi metodikasını, metodiki işin təşkili prinsiplərini və məzmununu, nəşriyyat işlərinin əsaslarmı, pedaqoji informasiya materiallarının sistemləşdirilməsi prinsiplərin, əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi norma və qaydalarını, yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

13-cü dərəcə (metodist) - ali ixtisas təhsili, 5 ildən 10 ilədək pedaqoji staj;

14-cü dərəcə (böyük metodist) - ali ixtisas təhsili, 10 ildən 15 ilədək pedaqoji staj və bunun da 5 ildən az olmayaraq metodist vəzifəsində əmək stajı;

15-ci dərəcə (baş metodist) - alı ixtisas təhsili, 15 ildən çox pedaqoji staj və bunun da 10 il-dən çox metodist vəzifəsində əmək stajı.




2. Mətnə yeni XXIII bölmə əlavə edilsin:

RESPUBLİKA MƏDƏNİYYƏT MÜƏSSİSƏLƏRİ İŞÇİLƏRİNİN HAZIRLIQ

VƏ İXTİSASARTIRMA MƏRKƏZİ
DİREKTOR

Əmək funksiyası: Mərkəzin mədəniyyət və ixtisasartırma işini, kursun bütün fəaliyyətini müasir tələblər baxımından istiqamətləndirir və rəhbərlik edir. Mərkəzin işinin cari və perspektiv planlaşdırılmasını həyata keçirir. Mədəniyyət Nazirliyi sistemində çalışan mədəniyyət işçilərinin bütün kateqoriyalar üzrə ixtisasının artırılması və yenidən hazırlanması sahəsində səmərəli forma və metodlardan istifadə olunmasını təşkil edir. İxtisasartırma məsələlərinə dair hökumət və dövlət orqanlarının qərarlarmı yerinə yetirir, qabaqcıl mədəniyyət və pedaqoji təcrübənin öyrənilib yayılmasına xüsusi diqqət verir.

Tədris-metodiki işin aparılmasına, ixtisasartırmanın bütün növləri üzrə plan və proqramların yerinə yetirilməsinə nəzarəti həyata keçirir. Respublika miqyasında təlimatı seminar, müşavirə keçirilməsini təşkil edir.

Mərkəzin adından yuxarı təşkilatlar qarşısında çıxış edir, təkliflər verir, problem məsələlər qaldırır.

Mərkəzin maddi-texniki bazasının genişləndirilməsini və təkmilləşdirilməsini, ayrılmış vəsaitin düzgün xərclənməsini, əməyin mühafizəsi və avadanlığın saxlanılması tələblərinin yerinə yetirilməsini təmin edir.

Mərkəzin Əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir.

Bilməlidir: Azərbaycan Respublikasının "Mədəniyyət haqqında" Qanununu, Azərbaycan Respublikasının Əmək Məcəlləsini, təhsil müəssisələrinin işinin təşkili üzrə, işçilərin ixtisaslarının artırılmasına aid yuxarı orqanların və digər rəhbər təşkilatların qərar, sərəncam, əmr, metodik və digər normativ sənədlərini, mədəniyyət sahəsində ölkənin və xarici ölkələrin nailiyyətlərini, kadrların ixtisasının artırılması və yenidən hazırlanmasının ənənəvi, yeni forma və metodlarını, tədris-metodik sənədlərin işlənməsinə verilən tələb və qaydaları. mühazirəçilərin və müəllim heyətinin əməyinin ödənilməsi qaydalarını, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə qayda və normalan.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

18-ci dərəcə - ali ixtisas təhsili, ixtisası üzrə rəhbər vəzifələrdə 10 ildən az olmayaraq əmək stajı.


METODİST

( böyük, baş metodist də daxil olmaqla)

Əmək funksiyası: Kadrların ixtisasının artırılması və yenidən hazırlanmasının bütün forma və növləri üzrə tədris-metodiki işi təşkil edir və həyata keçirir, tədris prosesinin planlaşdırılmasında, tədris plan və proqramlarının, vəsait və metodik tövsiyələrinin işlənməsində, mühazirəçilər heyətinin seçilməsində, tədris qrupları üçün dərs cədvəlinin hazırlanmasında iştirak edir. Kadrlarla aparılan işin forma və metodlarını təkmilləşdirir, qabaqcıl pedaqoji təcrübəni öyrənir, ümumiləşdirir və təbliğ edir. Öz fəaliyyətində müasir mütərəqqi ideya və formalardan, təlimin müasir forma və metodlarından istifadə edir, tövsiyə xarakterli elmi-metodiki məqalələr yazır. Görülən işlərin qəbul edilmiş qaydada uçotunu aparır, onun nəticələrini və səmərəliliyini təhlil edir.

Bilməlidir: təhsil üzrə direktiv və normativ sənədləri, ölkənin və xarici ölkələrin mədəniyyət sahəsindəki nailiyyətlərini, kadrların ixtisaslarının artırılması və yenidən hazırlanması üzrə forma və metodları, tədris plan, proqram və tədris-metodik sənədlərin işlənməsini, əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi üzrə qayda və normaları.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

13-cü dərəcə (metodist) - ali ixtisas təhsili, 5 ildən 10 ilədək pedaqoji staj;

14-cü dərəcə (böyük metodist) - alı ixtisas təhsili, 10 ildən 15 ilədək pedaqoji staj və bunun da 5 ildən az olmayaraq metodist vəzifəsində əmək stajı;

15-ci dərəcə (baş metodist) - ali ixtisas təhsili, 15 ildən çox pedaqoji staj və bunun da 10 il-dən çox metodist vəzifəsində əmək stajı.



3. Mətnə yeni XXIV bölmə əlavə edilsin:

TƏHSİL (TƏDRİS-TƏRBİYƏ) MÜƏSSİSƏLƏRİ BAŞ MÜHASİB

Əmək funksiyası: Qüvvədə olan "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununu rəhbər tutaraq təhsil müəssisəsi tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların əks etdirilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təmin etməklə mühasibat uçotu və hesabatının məlumatları üzrə təhsil müəssisəsinin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilini həyata keçirir.

Daxil olan pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesabatlarında onların hərəkətini, xərclər smetasının hazırlanmasını, iş və xidmətlərin yerinə yetirilməsini, təsərrüfat-maliyyə fəaliyyətinin yekunlarının və əməliyyatlarının uçotunu təşkil edir.

İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir.

Pul vəsaitləri və əmtəə-mal qiymətlilərinin çatışmazlıqları və oğurlanması haqda materialların tərtibində iştirak edir. Lazımi hallarda materialların hüquq-mühafizə orqanlarına verilməsinə nəzarət edir. Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati-təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və digər itkilərin mühasibat balansından silinməsi qaydalarının təmin edilməsi işlərini görür.

Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin mövcud qaydada yerinə yetirilməsinə nəzarət edir.

Mühasibatlığın işçiləri arasında iş bölgüsü aparır və onların işinə rəhbərlik və nəzarət edir.

Mühasibat uçotunun səmərəli təşkilinə, kompüterləşməsinə və beynəlxalq standartlara uyğun qurulmasına daima diqqət yetirir.

Bilməlidir: Yuxarı təşkilatların qərar, sərəncam və əmrlərini, "Azərbaycan Respublikasının Təhsil Qanununu", mühasibat uçotunun təşkili, hesabatın tərtibi və təhsil müəssisəsinin təsərrüfat-maliyyə fəaliyyətinə aid olan maliyyə və nəzarət-təftiş orqanlarının və digər rəhbər orqanların metodiki, normativ və digər rəhbər materiallarını, təhsil müəssisəsinin strukturunu, onun perspektiv inkişafmı, mühasibat uçotunun təhsil müəssisəsində təşkilinin təlimat və müddəalarını, maliyyə hesabatlarının forma və qaydalarmı, pul vəsaitlərinin daxil edilməsi, qəbulu, saxlanılması və xərclənməsi qaydalarını, pul, əmtəə vəsaitlərinin çatışmazlıqları, debitor borclarının silinməsi qaydalarım, debitor və kreditorlarla hesablaşma qaydalarım, mühasibat balanslarının və hesabatlarının tərtib edilməsi qaydalarını və müddətlərini, yoxlama və sənədli təftiş qaydalarmı, təsərrüfat və maliyyə fəaliyyətinin təkmilləşdirilməsində mütərəqqi metodları, işin təşkilini, iqtisadiyyatı, əməyin və idarəetmənin təşkilini, vətəndaşlıq hüququnu, əmək, maliyyə, vergi qanunvericiliyini.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Ali təhsil məktəblərində və alı təhsil məktəblərinə bərabər tutulan tədris (təlim) müəssisələrində: mühasibat uçotu üzrə ali ixtisas təhsili və maliyyə-mühasibat işi üzrə 5 ildən az olmayaraq əmək stajı:

15-ci dərəcə: 3-cü kateqoriya ali təhsil məktəblərində:

16-cı dərəcə: 2-ci kateqoriya ali təhsil məktəblərində;

17-ci dərəcə: 1-ci kateqoriya ali təhsil məktəblərində.

Orta ixtisas, peşə təhsili, ümumtəhsil və digər tədris-tərbiyə müəssisələrində: ali ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı.

Müvafiq təhsil (tədris-tərbiyə) müəssisənin direktorunun (müdirinin) əməyinin ödəniş dərəcəsindən bir dərəcə aşağı müəyyən edilir (12-15-cı dərəcələr).

4. "Təhsil, təlim-tərbiyə sahəsində qulluqçu vəzifələrinin adı və dərəcə diapazonu" cədvəlinin "Vəzifələr" sütununda "XXII B Ö L M Ə, Mədəniyyət Təhsili üzrə Respublika Elmi-Metodiki Mərkəzi", "Direktor", "Metodist (böyük, baş metodist də daxil olmaqla" sözləri, "XXIII B Ö L M Ə, Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi", "Direktor", "Metodist (böyük, baş metodist də daxil olmaqla)" sözləri, "XXIV B Ö L M Ə, Təhsil (tədris-tərbiyə) müəssisələri", "Baş mühasib" sözləri və cədvəlin "Dərəcələr diapazonu" sütununda müvafiq bölmə və vəzifələr üzrə "18", "13-15", "18", "13-15", "12-17" rəqəmləri əlavə olunsun.


“Dövlət qeydiyyatına alınmışdır”

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Azərbaycan Respublikasının

Ədliyyə Nazirliyi

Əmək və Əhalinin Sosial

Qeydiyyat № 3360

Müdafiəsi Nazirliyi

31 avqust 2007-ci il

Kollegiyasının




10 avqust 2007-ci il tarixli




12-2 №-li qərarı ilə

Nazir müavini ________ Toğrul Musayev

Nazir __________ Fizuli Ələkbərov

Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na (hissə 75) əlavə


Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın (hissə 75) “Təhsil, təlim-tərbiyə sahəsində qulluqçu vəzifələrinin adı və dərəcə diapazonu” cədvəlinin “Vəzifələr” qrafasının XVII bölməsində “Müəllim-defektoloq (müəllim-loqoped, loqoped)” vəzifəsindən sonra “Müəllim köməkçisi” vəzifəsi, cədvəlin “Dərəcələr diapazonu” qrafasında isə bu vəzifəyə uyğun olaraq “7-13” rəqəmləri, Kitabçanın “Tarif-ixtisas xüsusiyyətləri” hissəsinin XVII bölməsində “Müəllim-defektoloq (müəllim-loqoped, loqoped)” vəzifəsinin tarif-ixtisas xüsusiyyətlərindən sonra aşağıdakı redaksiyada “Müəllim-köməkçisi” başlığı altında, bu vəzifənin tarif-ixtisas xüsusiyyətləri əlavə edilsin:
Müəllim köməkçisi
1   ...   6   7   8   9   10   11   12   13   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə