Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qeydə




Yüklə 1 Mb.
səhifə11/14
tarix22.02.2016
ölçüsü1 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   14

TƏHSİL, TƏLİM-TƏRBİYƏ SAHƏSİNDƏ QULLUQÇU VƏZİFƏLƏRİNİN

ADI VƏ DƏRƏCƏ DİAPAZONU


Vəzifələr

Dərəcələr diapazonu

1

2


I B Ö L M Ə

Təhsil problemləri üzrə Respublika Elmi-Metodik Mərkəz

Direktor 19

Şöbə müdiri 16-17

Metodist (böyük, baş metodist) 13-15
II B Ö L M Ə

Respublika Baş pedaqoji kadrların

ixtisasının artırılması və yenidən

hazırlanması institutu

Tədris-metodika kabinetinin müdiri 16-17

Tədris-istinad məntəqəsinin müdiri 16-17

Metodist (böyük, baş metodist) 13-15
III BÖLMƏ
Müəllimləri Təkmilləşdirmə İnstitutu

Direktor 17-18

Tədris-metodika kabinetinin müdiri 16-17

Tədris-metodika kabinetinin metodisti 13-15


IV BÖLMƏ

Texniki-peşə təhsili üzrə Respublika

tədris-metodika kabineti

Direktor 18

Direktor müavini Laboratoriya müdiri 15-16

Metodist (böyük, baş metodist) 13-15


V BÖLMƏ
Estetik tərbiyə üzrə Respublika

tədris-metodik mərkəz

Direktor 15

Kabinet, şöbə və laboratoriya müdirləri 13-14

Metodist 11-14
VI B ÖLMƏ

Təhsil alan gənclərin Respublika bədii

yaradıcılıq evi

Direktor 15

Şöbə müdiri 13-14

Metodist 11-14


VII B Ö L M Ə

Respublika ekoloji tərbiyə və

təcrübəçilik mərkəzi

Direktor 15

Şöbə müdiri 13-14

Metodist 11-14



VIII B Ö L M Ə
Respublika gənc turistlər və

diyarşünaslıq mərkəzi

Direktor 15

Şöbə müdiri 13-14

Metodist 11-14
IX B Ö L M Ə

Texniki yaradıcılıq mərkəzi Direktor 15

Şöbə müdiri 13-14

Metodist 11-14


X B Ö L M Ə

Respublika filmotekası

Direktor 15

Metodist 11-14


XI B Ö L M Ə

T. İsmayılov adına Bakı uşaq-gənclər

yaradıcılıq sarayı

Direktor 15

Şöbə bölmə müdiri 13-14

Metodist 11-14


XII B Ö L M Ə

Uşaqlar birliyi təşkilatı rəhbəri

hazırlayan məktəb

Direktor 14


XIII B Ö L M Ə

Ali məktəblər

Rektor 17-19

Birinci prorektor 18

Ali məktəb filialı direktoru 16-17

Tədris işləri üzrə prorektor 16-18

Elm və texnika üzrə elmi işlər üzr prorektor 16-17

Tərbiyə işləri üzrə prorektor 16-17

Qiyabi və axşam şöbəsi üzrə prorektor 16-17

Beynəlxalq əlaqələr üzrə prorektor 15-16

İnzibati-təsərrüfat işləri üzrə prorektor 14-16
Filial direktorunun müavini
Fakültə dekanı
Fakültə dekanının müavini

Kafedra müdiri 14-17

Tədris-metodik şöbəsinin müdiri 12-14

Tədris Laboratoriyasının müdiri 11-12

Tədris məsləhət məntəqəsinin müdiri 11-13

Doktorantura və aspirantura şöbəsinin müdiri 12-13

Kadrlar şöbəsinin rəisi 11-13

Hüquq şöbəsinin müdiri (baş hüquqşünas) 14

Rektorun köməkçisi 9

Rektorun məsləhətçisi 14

Dispetçer böyük dispetçer də daxil olmaqla 4-5

Emalatxana müdiri 11-12

İstehsalat təcrübəsinin rəhbəri 11-13

Laborant (böyük laborant daxil olmaqla) 5-9

Professor 16-18

Dosent 14-16

Baş müəllim 13-14

Müəllim (assistent) 12-13

Müəllim-stajçı 10-11

Təhsil müəssisəsində metodist 11-14

Konsertmeyster 8-14

Arxiv müdiri 7-8

Arxivçi 5-6

Tələbə şəhərciyinin direktoru 10-12


XVI B Ö L M Ə 50-51

Bakı Dövlət Universitetinin nəşriyyatı


Direktor 17

Baş redaktor 15

Mətbəədə (şöbədə) baş mühəndis 13

Şöbə müdiri redaksiya müdiri 14

Korrektor 8-12

XV B Ö L M Ə

Orta ixtisas təhsili müəssisəsi


Direktor 14-16

Tədris işləri üzrə direktor müavini

Tərbiyə işlək üzrə direktor müavini

Şöbə müdiri 13-14

Filial rəhbər

İbtidai hərbi hazırlıq rəhbəri 11-14

Bədən tərbiyəsi rəhbəri (təlimatçı) 10-13


XVI B Ö L M Ə

Peşə təhsil müəssisələri

Direktor 14-16

Tədris-istehsalat işləri üzrə direktor müavini

Tərbiyə işləri üzrə direktor müavini

Ümumtəhsil fənləri üzrə tədris müdiri 13

Baş usta 11-14

Tədris istehsalat emalatxanasının rəisi(müdiri) 9-12

Maşın-traktor parkının müdiri 8-12

İstehsalat təlimi ustası 9-13

İstehsalat təlimi ustası-sürücü təlimatçı 9-13
XVII B Ö L M Ə

Ümumtəhsil məktəbləri

Direktor 13-16

Təlim-tərbiyə işləri üzrə direktor müavini

Tərbiyə işləri üzrə direktor

müavini (təşkilatçı)

Təsərrüfat işləri üzrə direktor müavini

Müəllim 8-15

Psixoloq (təhsil sistemində) 10-15

Müəllim-defektoloq (müəllim-loqoped, loqoped) 8-15

Müəllim köməkçisi 7-13

Dərnək rəhbəri 8-14

Uşaq birliyi təşkilatının rəhbəri 7-10

Laborant 4-5


XVIII B Ö L M Ə

Uşaq bağçası, körpələr evi-uşaq bağçası


Müdir 12-16

Baş tərbiyəçi 13-15

Tərbiyəçi 8-14

Tərbiyəçi köməkçisi 4-5


XIX B Ö L M Ə

Rayon (şəhər) təhsil şöbəsinin nəzdindəki

metodiki kabinet

Müdir 14-15

Metodist 12-15

Məktəbəqədər tərbiyə işləri üzrə metodist 12-15

Təsərrüfat-istismar bürosunun rəisi 10-12
XX B Ö L M Ə

Rayon (şəhər) təhsil şöbələrinin məktəbdənkənar müəssisələri (uşaq yaradıcılığı, ekoloji tərbiyə və təcrübəçilik, texniki yaradıcılıq, gənc turistlər və diyarşünaslıq, məktəbdənkənar tərbiyə işi, estetik tərbiyə mərkəzləri, bədii yaradıcılıq evi, uşaq rəsm qalereyası)

Məktəbdənkənar müəssisələrin direktoru (müdir) 10-14

Şöbə müdiri 12-13

Metodist 10-12

Usta 7-10



XXI B Ö L M Ə

Rayon (şəhər) filmotekası


Müdir 10-12

Metodist 9-10

Musiqi rəhbəri 8-13


XXII B Ö L M Ə

Mədəniyyət Təhsili üzrə Respublika Elmi-Metodiki Mərkəzi






Direktor

18

Metodist (böyük, baş metodist də daxil olmaqla)

13-15







XXIII B Ö L M Ə

Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi






Direktor

18

Metodist (böyük, baş metodist də daxil olmaqla)

13-15







XXIV B Ö L M Ə

Təhsil (tədris-tərbiyə) müəssisələri





Baş mühasib

12-17

Azərbaycan Respublikasının Azərbaycan Respublikası

Ədliyyə Nazirliyi tərəfindən Əmək və Əhalinin Sosial

“08” noyabr 1999-cu il Müdafiəsi Nazirliyi

tarixdə qeydə almışdır: kollegiyasının

"28" oktyabr 1999-cu il

qeydiyyat № 193 tarixli 22-4 №-li qərarı ilə

təsdiq edilmişdir


Nazir_____________ S .C. HƏSƏNOVA Nazir___________ Ə. NAĞIYEV


Təhsil sahəsi işçilərinin qulluqçu

vəzifələrini Vahid Tarif İxtisas Sorğu

Kitabçasına (hissə 75) əlavələr

ELMİ KATİB
Vəzifə borcu:

Elmi Şuranın iş planının layihəsini hazırlayır. Elmi Şuranın işini və iclasların keçirilməsi təsdiq edilmiş plana uyğun təşkil edir.

Elmi Şuranın iclaslarını hazırlayır iclasda müzakirə olunacaq məsələlərə dair lazımi materialları şuranın üzvlərinə əvvəlcədən çatdırır. Elmi Şurada baxılacaq məsələlərə dair uyğun sənədləri yoxlayıb qəbul edir.

Elmi Şuranın protokollarını tərtib edir və sədrlə birlikdə imzalayır. Həmin protokolların və digər lazımi sənədlərin saxlanılmasını təmin edir.

Ali təhsil (elmi-tədqiqat) müəssisəsinin əsas iş istiqamətlərinin müəyyənləşdirilməsi, onun fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, əməyin təşkilinin yaxşılaşdırılması üzrə planların və proqramların işlənməsində əlaqələndirməni təmin edir.

Elmi adların verilməsi ilə əlaqədar Ali Attestasiya Komissiyası ilə əlaqə saxlayır.

Elmi ezamiyyədə olan əməkdaşların hesabatlarını müvafiq qaydada qəbul edir.

Respublikanın, eləcə də xarici ölkələrin təhsil müəssislərindən daxil olan elmi işlərə rəylərin yazılmasını təşkil edir.

Elmi Şuranın qərarlarının yerinə yetirilməsinə nəzarət edir.

İlin sonunda Elmi Şuranın işi haqqında hesabat hazırlayır və şuranın sədrinə təqdim edir.



Bilməlidir:

Dövlət və hökumətin elm və təhsilə aid qanunlarını, o cümlədən "Azərbaycan Respublikası Təhsil Qanunu"nu, qərar və sərəncamlarını; Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş əsasnamə, təlimat, tövsiyə, normativ aktları və digər sənədləri; başqa təşkilat və müəssisələrlə birgə iş yerinə yetirilərkən müqavilənin tərtibi məsələlərini, elmi və elmi-pedaqoji kadrların əməyinin təşkili və elmi-tədqiqat işlərinin idarə edilməsi metodlarını, kargüzarlıq işinin təşkili üzrə rəhbər materialları, əmək mühafizəsi və təhlükəsizlik texnikasının, istehsalat sanitariyasının və yanğından mühafizənin qayda və normalarını



Ödəniş dərəcələrinə ixtisas tələbləri:

17-ci dərəcə-elmlər doktoru, professor;

16-cı dərəcə-elmlər namizədi, professor;

15-ci dərəcə-elmlər namizədi, dosent;

14-cü dərəcə-elmlər namizədi, baş müəllim.
Xüsusi peşə məktəbində rejim üzrə nəzarətçi
Vəzifə borcu:

Peşə məktəbində tərbiyə olunan şagirdlər üçün dərsdən sonra müəyyən edilmiş gün rejiminin yerinə yetirilməsini təmin edir, şagirdlərin daxili davranış qaydalarına riayət etmələrinə nəzarət edir. Davranış qaydaları ilə əlaqədar şagirdlərlə profilaktik iş aparır, şagirdlərin davranış qaydalarında maddi pozuntular yarandığı hallarda məktəbin rəhbərliyinə məlumat verir.

Məktəbdə tərbiyə olunan hər bir şagirdə diqqət və qayğı göstərir. Şagirdlərin asudə vaxtlarının daha səmərəli keçirilməsi üçün tədbirlər planının hazırlanmasında iştirak edir.

Hər bir şagirdin psixologiyasına uyğun münasibət yaratmağı bacarmalı və onunla şəxsiyyət kimi davranmalı və cəmiyyətə yararlı insna tərbiyələndirməlidir. Şagirdlərdə əməyə məhəbbət ruhu yaratmalıdır.

Şagirdlər tərəfindən məktəbin bina, qurğu və digər vasitələrinin qorunması onların vaxtından əvvəl sıradan çıxarılması üzrə tərbiyəvi iş aparır. Müəyyən işlər görülərkən əməyin mühafizəsi və təhlükəsizlik texnikası tələblərinin şagirdlər tərəfindən yerinə yetirilməsinə nəzarət edir.

Qadağan olunmuş əşya və məlumatların şagirdlər tərəfindən əldə edilməsinin və ya onlara verilməsinin, eləcə də onlardan istifadə edilməsinin qarşısını alır.



Bilməlidir:

"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununu, xüsusi peşə məktəbinə dair qərar, göstəriş və təlimatları, şagirdlərlə davranış qaydalarını, tərbiyə üsul və metodlarını, məktəbdə nəzarət etdiyi qrupdakı şagirdlərin ad və soy adını, onların psixologiyasını, fərdi xüsusiyyətlərini, peşə məktəblərində gigiyena və təhlükəsizlik texnikası qaydalarını.



Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə-orta ixtisas təhsili. ən azı bir il iş stajı;

8-ci dərəcə-orta ixtisas təhsilli, 3 ildən yuxarı iş stajı.


AZƏRBAYCAN RESPUBLİKASI ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ
QƏRAR

22-4



28 oktyabr 1999-cu il
Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğu kitabçasına (hissə 75) əlavələr edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fəhlə peşələri və qulluqçu vəzifələri üzrə Ümumrespublika təsnifatının və fəhlə peşələri və qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğu kitabçalarının işlənib hazırlanması haqqında” 25 aprel 1995-ci il tarixli 93 saylı qərarına uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyası
QƏRARA ALIR:
Azərbaycan Respublikası Təhsil Nazirliyinin təqdim etdiyi “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğu kitabçası” nın (hissə 75) “Ali məktəblər” bölməsinə “Rejim üzrə nəzarətçi” vəzifələri əlavə edilsin (əlavə olunur).
Kollegiyanın sədri Ə. NAĞIYEV


Dövlət qeydiyyatına alınmışdır.”

Azərbaycan Respublikasının

Ədliyyə Nazirliyi

Qeydiyyat №-3073

02” avqust 2004-cü il



Nazir_______________F.Məmmədov

Təsdiq edirəm”

Azərbaycan Respublikası

Əmək və Əhalinin Sosial

Müdafiəsi Nazirliyi Kollegiyasının

14” iyul 2004-cü il



9-6 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

Nazir__________________Ə.Nağıyev



Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasına (hissə 75) dəyişikliklər
AZƏRBAYCAN RESPUBLİKASININ

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ

Q Ə R A R
__9-6__
Bakı şəhəri “14” iyul 2004-cü il
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 mart 1997-ci il tarixli 16-4/3 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 04 aprel 1997-ci il tarixdə 40 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” na (hissə 75) dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci və 156-cı maddələrinin 2-ci hissələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyası
Q Ə R A R A A L I R :
“Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” na aşağıdakı dəyişikliklər edilsin:
1. “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasının “Tarif-ixtisas xüsusiyyətləri” hissəsində (Əlavə 1) bütün vəzifələr üzrə verilmiş “Vəzifə borcu” ifadəsi ismin müvafiq hallarında “Əmək funksiyası” sözləri ilə əvəz edilsin.
2. “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” nda XV bölmənin başlığının adı, bölmədəki “Direktor, rəis, müdir”, “Tədris işləri üzrə direktor müavini”, “Tərbiyə işləri üzrə direktor müavini” vəzifələrinin adları və vəzifələr üzrə verilmiş mətnlər çıxarılsın və aşağıdakı mətnlərlə əvəz olunsun:
Orta ixtisas təhsili müəssisəsi” Direktor
Əmək funksiyası: “Orta ixtisas təhsili müəssisəsinin Nizamnaməsi”nə uyğun olaraq fəaliyyətin bütün istiqamətləri üzrə müəssisənin işini təşkil edir; pedaqoji şura ilə birlikdə inkişafın əsas istiqamətlərini müəyyənləşdirir; dövlət orqanlarında, digər müəssisə və ictimai təşkilatlarda onun mənafeyini müdafiə edir; pedaqoji şuranın işinə rəhbərliyi həyata keçirir, təlim-tərbiyə prosesinin bütün mərhələlərində işin səmərəli təşkilinə nail olur; tədris planı və proqramlarının yerinə yetirilməsi, tələbələrin bilik keyfiyyəti, təlim-tərbiyə işinin məzmunu və effektivliyi üzərində nəzarətin həyata keçirilməsi, müəssisənin pedaqoji kollektivi və digər işçilərinin yüksək məhsuldarlıqla işləməsi, yaradıcılıq səviyyəsinin yüksəldilməsi, pedaqoji tədbirlərin keçirilməsi üçün əlverişli şərait yaradır; gənclərin öz həyat yollarını və gələcək peşələrini seçərkən səhvlərə və təsadüflərə yol verməmələri üçün peşə yönümü və peşə təbliği işinin təşkilində yaxından iştirak edir; dövlət ixtisas komissiyasının səmərəli fəaliyyətinin təşkilinə, məzunların gələcək iş fəaliyyəti üçün zəruri tədbirlərin həyata keçirilməsinə rəhbərlik edir; özünüidarə orqanlarının fəaliyyətinə istiqamət verir və onlara əməli kömək göstərir; ayrılmış dövlət vəsaitlərindən, həmçinin digər mənbələrdən müəssisənin büdcəsinə daxil olan vəsaitin aidiyyəti üzrə səmərəli istifadə olunmasını təmin edir, mövcud qaydalara uyğun olaraq əmlaka və vəsaitlərə aid sərəncamlar verir; tədris maddi-texniki bazasının gücləndirilməsi, qorunması və uçotunu təmin edir; müəssisənin inkişaf istiqamətlərini müəyyənləşdirir, strateji və cari planlar hazırlayıb onların həyata keçirilməsinə bilavasitə rəhbərlik edir; keyfiyyətli kadr hazırlığı üçün məsuliyyət daşıyır; əmək bazarının durumunu öyrənir, təhlil edir və yeni perspektivli sahələr üzrə kadr hazırlığına dair müvafiq qurumlar qarşısında təşəbbüslə çıxış edir; kadrların seçilib yerləşdirilməsini, tələb olunan qaydalara əsasən onlarla müvafiq işlərin aparılmasını həyata keçirir, əmək qanunvericiliyi və daxili intizam qaydalarına uyğun olaraq işçilərin vəzifə borclarını müəyyənləşdirir; müəllim heyətinin peşə ustalığının yüksəldilməsi üçün şərait yaradır; pedaqoji kadrların attestasiyaya hazırlığını və keçirilməsini təşkil edir; kollektiv müqavilə bağlayır, onun yerinə yetirilməsinə cavabdehlik daşıyır; əməkdə xüsusi fərqlənmiş müəllimləri və müəssisənin digər işçilərini rəğbətləndirmə və təltif üçün təqdim edir, öz səlahiyyətləri daxilində intizam tənbehi tətbiq edir; kargüzarlığın və məktəb sənədlərinin düzgün aparılmasına, hesabatların vaxtında hazırlanmasına məsuliyyət daşıyır.

Bilməlidir: gənclərin təhsili və tərbiyə məsələlərinə dair dövlət və hökumət orqanlarının qərarlarını, “Azərbaycan Respublikasının Təhsil Qanunu” nu, Uşaq Hüquqları Konvensiyasını, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununu; təhsilin idarə olunması üzrə tənzimləyici və normativ-hüquqi sənədləri, idarəetmənin elmi əsaslarını və müasir metodlarını; tədris proqramları və tədris-metodiki sənədlərlə işi, məktəbdaxili nəzarəti, müəllimlərin əməyinin tarifləşdirilməsi qaydalarını; pedaqoji-psixoloji bilikləri; qabaqcıl təlim-tərbiyə metodlarını; respublikamızda və xarici ölkələrdəki pedaqogika və pedaqoji psixologiya elminin son nailiyyətlərini; yaşayış yerlərində və dərsdən sonra gənclərin tərbiyə işinin təşkili yollarını; informasiya-kommunikasiya sistemlərindən istifadəni; təhsil innovasiyalarını və pedaqoji texnologiyaları; əmək qanunvericiliyini və əməyin hüquqi tənzimlənməsi üzrə normativ sənədləri; təhsil müəssisəsinin profilinə uyğun istehsal sahələrinin inkişaf istiqamətlərini, təhsilin iqtisadiyyatını və maliyyə-təsərrüfat fəaliyyətinin, eləcə də hesabatvermə və statistikanın əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

1. Ali pedaqoji və yaxud müəssisənin profilinə uyğun ixtisas və idarəetmə sahəsi üzrə ali təhsil;

2. Pedaqoji və ya rəhbər işlərdə ən azı 5 il (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olanlar üçün 3 il) staj;

3. Təhsilin təşkili və idarə olunması ixtisası üzrə diplom (sertifikat).

14-cü dərəcə- təhsil alan tələbələrin sayı 200 nəfərədək olduqda;

15-ci dərəcə- tələbələrin sayı 201-500 nəfərədək olduqda;

16-cı dərəcə- tələbələrin sayı 500 nəfərdən çox olduqda.
Tədris üzrə direktor müavini”
Əmək funksiyası: təlim-tərbiyə və metodiki işləri təşkil edir, onların yerinə yetirilməsinə və tədris plan-proqramlarının yerinə yetirilməsinə məsuliyyət daşıyır, zərurət yarandıqda operativ surətdə tədris plan-proqramlarında müvafiq dəyişikliklər aparılması üçün təkliflər verir; müəllimlərin ixtisasartırma və stajkeçmə işini təşkil edir, bu məqsədlə müvafiq müəssisə və təşkilatlarla əlaqə yaradıb sənədlərin tərtibi məsələsini həll edir, müəssisədə ixtisasartırma və qısaldılmış müddətə mütəxəssis hazırlığı üzrə təhsilin təşkilinə dair sənədləri hazırlayır, təsdiq üçün müvafiq qurumlara təqdim edir və bu işlərlə məşğul olan qurumların normal fəaliyyət göstərməsini təmin edir.

Müəssisə rəhbəri tərəfindən verilmiş tapşırığa əsasən müəllimlər üçün dərs yüklərinin müəyyənləşdirilməsi və rəsmiləşdirilməsini, dərs cədvəlinin tərtib edilməsini, tədris və təcrübə dərslərinin həftələr və semestrlər üzrə bölünməsini, kurs işi və diplom layihələrinin hazırlanmasını və müdafiəsini təşkil edir; dövlət Attestasiya Komissiyasının işində, imtahanların keçirilməsi üçün sənədlərin hazırlanmasında bilavasitə iştirak edir; pedaqoji şuranın qərarlarının yerinə yetirilməsinə, həll olunan məsələnin müzakirəsinə, fənn birləşməsi komissiyalarının fəaliyyətinə rəhbərlik edir; orada fəal tədris-metodiki məsələlərin müzakirəsində iştirak edir və onun fəaliyyətini istiqamətləndirir; qrup rəhbərləri, kabinet və laboratoriya müdirləri, fənn dərnəkləri, fənn birləşmələri rəhbərlərinin fəaliyyətinə nəzarət edir və onların vaxtaşırı hesabatlarını dinləyir; dərsdənkənar tədbirlərin, fiziki tərbiyə, idman və çağırışaqədərki hazırlıq işlərinin yerinə yetirilməsini, tədris-istehsalat və diplomqabağı təcrübə, laborator və təcrübə məşğələlərinin aparılmasını təşkil edir və yerinə yetirilməsinə nəzarəti həyata keçirir; direktor olmadıqda onun funksiyalarını icra edir.



Bilməlidir: gənclərin təhsil və tərbiyə məsələlərinə dair dövlət və hökumət orqanlarının qərarlarını, “Azərbaycan Respublikasının Təhsil Qanunu” nu, Uşaq Hüquqları Konvensiyasını, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununu; təhsilin idarə olunması üzrə tənzimləyici və normativ-hüquqi sənədləri, idarəetmənin elmi əsaslarını və müasir metodlarını; tədris proqramları və tədris-metodiki sənədlərlə işi, məktəbdaxili nəzarəti, müəllimlərin əməyinin tarifləşdirilməsi qaydalarını; pedaqoji-psixoloji bilikləri; qabaqcıl təlim-tərbiyə metodlarını; respublikamızda və xarici ölkələrdəki pedaqogika və pedaqoji psixologiya elminin son nailiyyətlərini; yaşayış yerlərində və dərsdən sonra gənclərin tərbiyə işinin təşkili yollarını; informasiya-kommunikasiya sistemlərindən istifadəni; təhsil innovasiyalarını və pedaqoji texnologiyaları; əmək qanunvericiliyini və əməyin hüquqi tənzimlənməsi üzrə normativ sənədləri; təhsil müəssisəsinin profilinə uyğun istehsal sahələrinin inkişaf istiqamətlərini, təhsilin iqtisadiyyatını və maliyyə-təsərrüfat fəaliyyətinin, eləcə də hesabatvermə və statistikanın əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

1. Ali pedaqoji və yaxud müəssisənin profilinə uyğun ixtisas və idarəetmə sahəsi üzrə ali təhsil;

2. Ən azı 3 il pedaqoji staj;

3. Təhsilin təşkili və idarə olunması ixtisası üzrə diplom (sertifikat).

Direktorun vəzifə maaşından 10% aşağı vəzifə maaşı müəyyənləşdirilir.
Tərbiyə işləri üzrə direktor müavini”

1   ...   6   7   8   9   10   11   12   13   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə