Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş 3380000000,0




Yüklə 32.42 Kb.
tarix12.03.2016
ölçüsü32.42 Kb.
Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş 3380000000,0 (üç milyard üç yüz səksən milyon) manat vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə dövlət sifarişi kimi bölgüsü” bu sərəncamın əlavəsinə uyğun təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN SƏRƏNCAMI



 

"Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 noyabr tarixli 358 nömrəli Fərmanının 3.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin birgə təklifini nəzərə alaraq:

1. "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş 3380000000,0 (üç milyard üç yüz səksən milyon) manat vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə dövlət sifarişi kimi bölgüsü" bu sərəncamın əlavəsinə uyğun təsdiq edilsin.

2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə tapşırılsın ki, bu sərəncamın əlavəsində göstərilən bölgüdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə layihə-smeta sənədlərinin, texniki-iqtisadi əsaslandırmaların hazırlanması və investisiya layihələrinin qiymətləndirilməsi, monitorinqi üçün ekspertlərin cəlb edilməsi üçün ayrılmış vəsaitin obyektlər üzrə bölgüsünü Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tapşırılsın ki, dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu üçün ayrılmış vəsait hesabına həyata keçirilən obyektlərin layihə-smeta sənədlərinin ekspertizası və tikinti işlərinin yerinə yetirilməsi zamanı qüvvədə olan tikinti norma və qaydalarına riayət edilməsinə və işlərin keyfiyyətinə nəzarəti gücləndirsinlər.

4. Sifarişçi təşkilatlara tapşırılsın ki:

4.1. bu sərəncamın əlavəsindəki tikintisi başa çatdırılacaq obyektlərin vaxtında istismara verilməsini, digər obyektlər üzrə isə nəzərdə tutulmuş vəsait çərçivəsində işlərin tam həcmdə yerinə yetirilməsini təmin etsinlər;

4.2. bu sərəncamın əlavəsində göstərilən obyektlər üzrə titul siyahılarını müəyyən edilmiş qaydalara uyğun hazırlayıb təsdiq edərək, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər;

4.3. bu sərəncamın əlavəsində göstərilən obyektlər üzrə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin tərtib etdiyi formaya uyğun yerinə yetirilmiş işlər haqqında hər rübdə bir dəfə olmaqla, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə hesabatı təqdim etsinlər;

4.4. əsaslı vəsait qoyuluşundan istifadəni ancaq bu məqsəd üçün ayrılmış vəsait daxilində həyata keçirsinlər, əlavə vəsait sərfinə yol verməsinlər.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki:

5.1. Bu sərəncamın əlavəsində göstərilən bölgüdə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qəza vəziyyətində olan məktəblərdə təmir, bərpa-gücləndirmə və tikinti işləri və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması tədbirləri, sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə tədbirləri, qəza vəziyyətinin aradan qaldırılması tədbirləri, torpaqların su təminatının yaxşılaşdırılması tədbirləri üçün ayrılmış vəsaitin obyektlər üzrə bölgüsü Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdırıldıqdan sonra, müvafiq qaydada həmin vəsaitin maliyyələşdirilməsini təmin etsin;

5.2. dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu üçün ayrılmış vəsaitin bölgüsündə nəzərdə tutulan obyektlərin sifarişçi təşkilatlar tərəfindən müvafiq qaydada təqdim olunmuş sənədlərə əsasən maliyyələşdirilməsini həyata keçirsin.

6. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

Bakı şəhəri, 25 yanvar 2011-ci il



№ 21s

 

 



Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2011-ci il 25 yanvar tarixli 21s nömrəli sərəncamı ilə



təsdiq edilmişdir

Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş 3380000000,0 (üç milyard üç yüz səksən milyon) manat vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə dövlət sifarişi kimi

bölgüsü

ÇIXARIŞ

 

 

 

 

(min manatla)

Sifarişçi təşkilatlar üzrə layihələrin adı

Ayrılan vəsaitin məbləği

İstifadəyə

verilən

güc

1

2

3

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

37513,6

 

Şəki şəhərində 900 nəfərlik qarışıq tipli cəzaçəkmə müəssisəsinin tikintisi

10000,0

 

Lənkəran şəhərində 1000 nəfərlik qarışıq tipli cəzaçəkmə müəssisəsinin tikintisi

5000,0

 

Bakı şəhəri, Qaradağ rayonunun Umbakı qəsəbəsində 1500 nəfərlik həbsxananın tikintisi

4000,0

 

Bakı şəhəri, Zabrat qəsəbəsində istintaq təcridxanasının tikintisinin başa çatdırılması

1439,2

obyekt

Dünya Bankı ilə birgə “Ədliyyə sisteminin müasirləşdirilməsi layihəsi”ndə Azərbaycan tərəfinin payı

4500,0

obyekt

BMT ilə birgə “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin formalaşdırılması və inkişafı” layihəsində Azərbaycan tərəfinin payı

1365,0

obyekt

Gəncə şəhərində 1500 nəfərlik qarışıq tipli cəzaçəkmə müəssisəsinin tikintisi

5000,0

 

Lənkəran Hərbi Məhkəməsinin yeni inzibati binasının tikintisinin başa çatdırılması

1709,4

obyekt

4 №-li cəzaçəkmə və tərbiyə müəssisəsinin tikintisi

4000,0

 

Bakı Apellyasiya Məhkəməsinin tikintisi

500,0

 

 

 

Aparatın rəhbəri A.Hacıyev




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə