Azərbaycan Respublikasının 1996-cı il üçün dəqiqləşdirilmiş dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikasının Qanunu




Yüklə 26.69 Kb.
tarix12.03.2016
ölçüsü26.69 Kb.
Azərbaycan Respublikasının 1996-cı il üçün
dəqiqləşdirilmiş dövlət büdcəsinin icrası haqqında


Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Azərbaycan Respublikasının 1996-cı il üçün dəqiqləşdirilmiş dövlət büdcəsinin icrası gəlirlər xərclərdən 396473 milyon manat az olmaqla gəlirlər üzrə 2012850 milyon manat və xərclər üzrə 2409323 milyon manat təsdiq edilsin.

2. Azərbaycan Respublikasının 1996-cı il üçün dəqiqləşdirilmiş dövlət büdcəsinin icrası aşağıdakı gəlirlər və xərclər üzrə qəbul edilsin:



Gəlirlər

milyon manat

Əlavə dəyər vergisi

317647

Aksizlər

198304

Mənfəət vergisi

607505

Gömrük vergisi

272302

İxracat vergisi

123696

Torpaq vergisi

4909

Mədən vergisi

41565

Əmtəə-material dəyərlərinin yenidən qiymətləndirilməsindən daxilolmalar

56204

Kooperativ və ictimai təşkilatların mənfəət vergisi

2724

Əhalidən alınan vergilər

206356

Əmlak vergisi

4608

Dövlət rüsumu

31590

Birdəfəlik rüsum

3601

Pərakəndə ticarətin və ictimai iaşə xidmətinin lisenziyalaşdırılmasından daxilolmalar

21356

Rüsumlar, müxtəlif qeyri-vergi ödənişləri və sair dəlillər

26400

Səhmlərin nəzarət zərfi dövlətə məxsus olan səhmdar-kommersiya banklarının dividendləri

1690

Avropa Birliyinin Azərbaycan Respublikasına verdiyi qrant

40692

Sair daxilolmalar

22000

Büdcədənkənar dövlət fondlarının gəlirləri

29701

 

Xərclər

milyon manat

İqtisadiyyatın maliyyələşdirilməsi

296619

Xarici iqtisadi fəaliyyətin maliyyələşdirilməsi (beynəlxalq təşkilatlara üzvlük haqqı)

1332

Dövlət xarici borcuna xidmət edilməsi üçün xərclərin maliyyələşdirilməsi (xarici dövlətlərdən alınmış kreditlərə görə ödənişlər)

44205

Təhsilin maliyyələşdirilməsi

509025

Mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələrinin maliyyələşdirilməsi

57128

Elmin maliyyələşdirilməsi

24044

Səhiyyənin maliyyələşdirilməsi

200563

Bədən tərbiyəsinin maliyyələşdirilməsi

6632

Sosial müdafiənin maliyyələşdirilməsi

340000

Gənclər siyasəti tədbirlərinin maliyyələşdirilməsi

315

Sosial təminatın maliyyələşdirilməsi

12758

Azərbaycan Respublikası Milli Məclisinin saxlanılması xərcləri

7181

Azərbaycan Respublikası İcra Hakimiyyəti orqanlarının saxlanılması xərcləri

101177

Müdafiə xərclərinin maliyyələşdirilməsi

304667

Hüquq-mühafizə və məhkəmə orqanlarının, prokurorluğun maliyyələşdirilməsi

210943

Ehtiyat fondu xərcləri

40527

Dövlət investisiyaların maliyyələşdirilməsi

67996

Büdcədənkənar dövlət fondlarının maliyyələşdirilməsi

28300

Sair xərclərin maliyyələşdirilməsi

72882

Seçkilərin keçirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi

29

Başqa büdcələrə verilən vəsait (yekuna daxil edilmir)

237393

Dövlət daxili borcunun ödənilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi

83000

3. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 9 dekabr 1997-ci il

407-IQ



«Azərbaycan» qəzetində dərc edilmişdir (07 fevral 1998-ci il, № 29)

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (28 fevral 1998-ci il, № 2, maddə 77) .


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə