Azərbaycan Respublikasının 1995-ci il respublika büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu




Yüklə 102.79 Kb.
tarix09.03.2016
ölçüsü102.79 Kb.
Azərbaycan Respublikasının 1995-ci il respublika büdcəsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:



Maddə 1. Proqnozlaşdırılan mədaxili 2219321,5 milyon manat məbləğində əsas götürülməklə, Azərbaycan Respublikasının 1995-ci il üçün respublika büdcəsi məxaric üzrə 2681243,5 milyon manat məbləğində təsdiq edilsin.

Respublika büdcəsi kəsirinin yuxarı həddi 461922 milyon manat məbləğində müəyyən olunsun.



Maddə 2. Müəyyən edilsin ki, 1995-ci ildə respublika büdcəsinin mədaxili aşağıdakı mənbələr hesabına və normativlər üzrə formalaşır:

    • əlavə dəyər vergisi məbləğindən: şəhərlər üzrə Bakı—80,5 faiz, Gəncə—46,9 faiz, Əli Bayramlı—90,0 faiz, Yevlax—52,1 faiz, Mingəçevir—90,0 faiz, Naftalan—36,7 faiz; Abşeron rayonu—70,9 faiz;

    • müəssisələrin, birliklərin və təsərrüfat təşkilatlarının mənfəət vergisi məbləğindən—şəhərlər üzrə Bakı—70,0 faiz, Əli Bayramlı—19,9 faiz, Mingəçevir—30,9 faiz.

    • bankların və sığorta təşkilatlarının mənfəət vergisi məbləğindən—50 faiz;

    • aksizlər— 100 faiz;

    • gömrük rüsumu—100 faiz;

    • ixracat vergisi—100 faiz;

    • royalti—100 faiz;

    • torpaq vergisi—100 faiz;

    • xarici iqtisadi fəaliyyətdən gəlirlər—100 faiz;

    • əmtəə-material sərvətlərinin yenidən qiymətləndirilməsindən daxil olan vəsait—100 faiz;

    • respublika tabeliyində olan müəssisələrin, birliklərin və təşkilatların fəaliyyətindən daxil olan digər qeyri-vergi ödənişləri—100 faiz.

Maddə 3. Azərbaycan Respublikasının 1995-ci il respublika büdcəsinin mədaxili aşağıdakı məbləğlərdə nəzərdə tutulsun:

(milyon manat)

əlavə dəyər vergisi

349622,4

aksizlər

390970,0

mənfəət vergisi

309103,1

ixracat vergisi

524521,0

gömrük rüsumu

143487,0

torpaq vergisi

30800,0

royalti

80000,0

xarici iqtisadi fəaliyyətdən gəlirlər

165352,0

əmtəə-material sərvətlərinin yeni qiymətlərlə satışından daxil olan vəsait

220826,0

səhmlərinin nəzarət paketi dövlətə məxsus olan bankların gəlirindən dividendlər

1540,0

rüsumlar, müxtəlif qeyri-vergi ödənişləri və sair gəlirlər

3100,0

Maddə 4. Naxçıvan Muxtar Respublikası büdcəsinin, respublika tabeli şəhərlərin və rayonların büdcələrinin mədaxilinə aşağıdakılar verilsin:

    • əlavə dəyər vergisi məbləğindən: şəhərlər üzrə Bakı—19,5 faiz, Əli Bayramlı—10 faiz, Yevlax—-47,9 faiz, Mingəçevir—10 faiz, Gəncə—53,1 faiz, Naftalan—63,3 faiz; Abşeron rayonu—29,1 faiz, Naxçıvan Muxtar Respublikası, respublika tabeli digər şəhərlər və rayonlar üzrə—100 faiz;

    • müəssisələrin, birliklərin və təsərrüfat təşkilatlarının mənfəət vergisi məbləğindən: şəhərlər üzrə Bakı—30 faiz, Əli Bayramlı—80,1 faiz, Mingəçevir—69,1 faiz; Naxçıvan Muxtar Respublikası, respublika tabeli digər şəhərlər və rayonlar üzrə—100 faiz;

    • bankların və sığorta təşkilatlarının mənfəət vergisi məbləğindən—50 faiz.

Maddə 5. Müəyyən edilsin ki, kooperativ və ictimai təşkilatların mənfəət vergisi, fiziki şəxslərdən tutulan gəlir vergisi, tikinti sahiblərindən tutulan vergi, lisenziya alınması şəklində ödənilən vergi, meşədən istifadəyə görə haqq, dövlət rüsumu, digər rüsumlar və qeyri-vergi ödənişləri məbləğləri bütünlüklə Naxçıvan Muxtar Respublikası büdcəsinə, respublika tabeli şəhərlərin və rayonların büdcələrinə köçürülür.

Maddə 6. Azərbaycan Respublikasının respublika büdcəsinin vəsaiti 1995-ci ildə aşağıdakı məqsədlərə yönəldilsin:

(milyon manat)

1. Xalq təsərrüfatının maliyyələşdirilməsi

207248,5

o cümlədən:

 

Azsaylı xalqların inkişafına ayrılan vəsait

200,0

Sahibkarlığa kömək fondu

300,0

bu məbləğdən:

 

fermer təsərrüfatlarının inkişafına

120,0

Büdcədən maliyyələşdirilən nazirliklərin, komitələrin, şirkətlərin və baş idarələrin əməliyyat xərcləri

184279,4

bu məbləğdən:

 

geoloji-kəşfiyyat işlərinin maliyyələşdirilməsi

6363,4

o cümlədən:

 

Dövlət Geologiya və Mineral Ehtiyatları Komitəsi

4770,5

«Azərqızıl» Dövlət Şirkəti

1518,2

«Azərminsugeokaptaj» respublika ekspedisiyası

74,7

topoqrafiya və geodeziya işlərinin maliyyələşdirilməsi

1044,0

hidrometeorologiya işlərinin maliyyələşdirilməsi

2504,2

meliorasiya və su təsərrüfatı sahəsində tədbirlərin maliyyələşdirilməsi

167106,2

meşələrin mühafizəsi və bərpası üzrə tədbirlərin maliyyələşdirilməsi

1855,4

kənd təsərrüfatı heyvanlarının yoluxucu xəstəliklərinin qarşısının alınması üzrə tədbirlərin maliyyələşdirilməsi, Baytarlıq Komitəsinin stansiyaları, laboratoriyaları və digər müəssisələrin saxlanması

1047,5

Kənd Təsərrüfatı Nazirliyinin toxum müfəttişliyi, sort-sınaq dövlət komissiyası, bitki mühafizə stansiyaları, elit pambıqçılıq təsərrüfatları və toxum nəzarəti laboratoriyaları, digər müəssisələrinin saxlanması

1935,0

Dövlət Torpaq Komitəsinin apardığı torpaqların inventarizasiyası işlərinin maliyyələşdirilməsi

962,5

Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin gördüyü tədbirlərin maliyyələşdirilməsi

904,1

dövlət standartlaşdırma və metrologiya işlərinin maliyyələşdirilməsi

557,1

Xalq təsərrüfatının digər xərclərinin maliyyələşdirilməsi

22469,1

2. Sosial-mədəni tədbirlərin maliyyələşdirilməsi

704734,4

o cümlədən:

 

Təhsil və kadrların peşə hazırlığı

130561,1

bu məbləğdən:

 

Təhsil Nazirliyi

108170,4

Səhiyyə Nazirliyi

9420,2

Mədəniyyət Nazirliyi

444,4

Ədliyyə Nazirliyi

105,2

Gənclər və İdman Nazirliyi

1499,6

Nazirlər Kabineti yanında İdarəetmə İnstitutu

311,3

digər nazirliklər, komitələr və təşkilatlar

10610,0

Mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri

33460,4

bu məbləğdən:

 

Mədəniyyət Nazirliyi

5897,4

Təhsil Nazirliyi

215,5

Dövlət Televiziya və Radio Verilişləri Şirkəti

23893,2

Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi

2050,0

Dövlət Elm və Texnika Komitəsi

210,2

digər nazirliklər

1194,1

Səhiyyə

32553,1

bu məbləğdən:

 

Səhiyyə Nazirliyi

29661,8

Dəmir Yolu İdarəsi

2891,3

İdman və bədən tərbiyəsi (Gənclər və İdman Nazirliyi)

2480,5

bu məbləğdən:

 

gənclər siyasəti üzrə tədbirlərin maliyyələşdirilməsinə

500,0

Sosial müdafiə və təminat

505679,3

bu məbləğdən:

 

Dövlət Sosial Müdafiə Fonduna ayrılan vəsait

492000,0

3. Elmin maliyyələşdirilməsi

24166,4

o cümlədən:

 

Elmlər Akademiyası

16859,2

Səhiyyə Nazirliyi

1063,7

Təhsil Nazirliyi

1009,4

İqtisadiyyat Nazirliyi

129,2

Dövlət Elm və Texnika Komitəsi

337,4

Baş Arxiv İdarəsi

461,4

digər nazirliklər, komitələr və təşkilatlar

4306,1

4. Dövlət investisiyalarının maliyyəşdirilməsi

161776,0

5. Qaçqınların məskunlaşması və yemək xərcləri

81800,0

6. Müdafiə xərcləri

445470,8

o cümlədən:

 

hərbi sənaye kompleksinin maliyyələşdirilməsi

8025,0

Mülki Müdafiə Qərargahı xərclərinin maliyyələşdirilməsi

4980,0

7. Şəhid olmuş hərbi qulluqçuların və onlara bərabər tutulan şəxslərin ailələrinə verilən birdəfəlik yardım

58,1

8. Ali qanunvericilik və icra hakimiyyəti, mərkəzi dövlət idarəetmə orqanlarının və Azərbaycan Respublikası səfirliklərinin, konsulluqlarının və nümayəndəliklərinin saxlanması

78568,3

9. Məhkəmələrin və hüquq mühafizə orqanlarının saxlanması

240605,4

10. Xarici iqtisadi fəaliyyətin maliyyələşdirilməsi

424660,9

o cümlədən:

 

Avropa Yenidənqurma və İnkişaf Bankına, İslam İnkişaf Bankına və Beynəlxalq Valyuta Fonduna üzvlük haqları

8378,1

Beynəlxalq ictimai-siyasi təşkilatlara üzvlük haqları

71017,1

bu məbləğdən:

 

Birləşmiş Millətlər Təşkilatına

39339,0

BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatına

6845,1

Ümumdünya Səhiyyə Təşkilatına

8328,8

Beynəlxalq Əmək Təşkilatına

8096,5

MDB İcra Katibliyinə

1143,6

MDB dövlətlərinin Parlamentlərarası Məclisinə

684,3

digər beynəlxalq təşkilatlara

6579,8

11. Dövlət xarici borcuna xidmət edilməsi üçün xərclərin maliyyələşdirilməsi (xarici dövlətlərdən alınmış kreditlərə görə ödənişlər)

52511,1

o cümlədən:

 

Rusiya Federasiyasına

49061,8

Özbəkistan Respublikasına

3449,3

12. Dövlət daxili borcuna xidmət edilməsi üçün xərclərin maliyyələşdirilməsi

1121,5

o cümlədən:

 

ötən illərin büdcə kəsirinin yenidən doldurulması üçün Milli Bankdan alınmış kreditlərə görə faizlərin ödənilməsi

407,3

Azərbaycan Respublikasının 1993-cü il dövlət daxili uduşlu istiqrazları üzrə xərclər

636,2

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ehtiyat fondu

56814,8

14. Naxçıvan Respublikasının, respublika tabeli şəhərlərin və rayonların büdcələrinə verilən subsidiyalar

193797,8

15. Sair tədbirlərin maliyyələşdirilməsi

8009,5

Maddə 7. Ali qanunvericilik və icra hakimiyyəti, məhkəmə, prokurorluq və vergi xidməti orqanlarının saxlanılması üçün Azərbaycan Respublikasının respublika büdcəsində nəzərdə tutulmuş təxsisatın ümumi məbləği hüdudlarında aşağıdakı xərclər təsdiq edilsin:

(milyon manat)

Azərbaycan Respublikasının Ali Soveti

5443,5

Azərbaycan Respublikası Prezidenti Aparatı

6607,0

Azərbaycan Respublikası Nazirlər Kabineti

1791,4

Azərbaycan Respublikasının Ali Məhkəməsi (hərbi kollegiyasından başqa)

393,0

Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi

220,6

Azərbaycan Respublikası Ali Məhkəməsinin hərbi kollegiyası

1005,5

Digər məhkəmələr

1760,0

Azərbaycan Respublikasının prokurorluq orqanları (hərbi kollegiyasından başqa)

5884,8

Azərbaycan Respublikasının Hərbi prokurorluğu

1675,4

Azərbaycan Respublikasının Baş Dövlət Vergi Müfəttişliyi

4272,5

Maddə 8. Xərclərini öz gəlirləri ilə təmin etməyən Naxçıvan Muxtar Respublikasının, respublika tabeli şəhər və rayonların büdcələrinə Azərbaycan Respublikasının respublika büdcəsindən 1995-ci ildə aşağıdakı məbləğlərdə subsidiya verilsin:

(milyon manat)

Naxçıvan Muxtar Respublikası

16500,0

Şəhərlər:

 

Lənkəran

5490,5

Sumqayıt

2763,7

Şəki

6375,4

Rayonlar:

 

Ağdam

7068,3

Ağdaş

7962,5

Ağstafa

2276,9

Ağsu

1751,8

Ağcabədi

1718,7

Astara

2181,7

Balakən

3174,5

Beyləqan

632,9

Bərdə

3930,1

Biləsuvar

969,0

Qazax

2081,7

Qax

1826,5

Qəbələ

5418,0

Qobustan

2317,6

Quba

6777,6

Qubadlı

2085,1

Qusar

4840,2

Daşkəsən

2264,8

Dəvəçi

2288,7

Zaqatala

2299,5

Zəngilan

2617,8

Zərdab

1918,3

İmişli

981,4

İsmayıllı

4045,1

Yardımlı

3452,1

Kəlbəcər

3107,4

Kürdəmir

1263,3

Gədəbəy

5002,6

Goranboy

2798,2

Göyçay

2390,3

Laçin

4892,1

Lerik

5397,4

Masallı

3286,9

Neftçala

2499,0

Oğuz

2224,8

Saatlı

153,3

Sabirabad

2476,8

Salyan

347,3

Samux

913,3

Siyəzən

724,5

Tərtər

2173,8

Tovuz

5439,7

Ucar

2036,8

Füzuli

3919,7

Xanlar

2809,6

Xaçmaz

3664,3

Xocavənd

1333,9

Xocalı

701,2

Xızı

1378,2

Hacıqabul

1579,3

Cəbrayıl

3012,1

Cəlilabad

7426,5

Şamaxı

7319,5

Şəmkir

4101,0

Şuşa

1413,8

Maddə 9. Azərbaycan Respublikasının 1995-ci il respublika büdcəsinin müdafiə olunmuş sosial sığortaya və məşğulluq fonduna ayırmalar nəzərə alınmaqla əmək haqqı, pensiyalar və təqaüdlər, dövlət müavinətləri, əhaliyə verilən digər sosial ödənclər və kompensasiya ödəncləri, yeyinti (ərzaq təminatı), dava-dərman vo sarğı vasitələrinin alınması xərcləri ixtisar edilmir.

Maddə 10. Zərurət olduqda, Dövlət Yol Fondu vəsaitinin 30 faizə qədəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin icazəsi ilə 1995-ci il respublika büdcəsi kəsirinin ödənilməsinə yönəldilə bilər.

Bu və digər büdcədənkənar fondlar, eləcə də nazirliklərin və baş idarələrin xüsusi vəsaitləri haqqında rüblük hesabatlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.



Maddə 11. Azərbaycan Respublikasının daxili dövlət borcu limiti 200052,2 milyon manat, xarici dövlət borcu limiti isə 4172400,0 milyon manat məbləğində müəyyən edilsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 24 fevral 1995-ci il

980



«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (15 aprel 1995-ci il, № 7, maddə 124) («VES Consultancy» LLC).

© VES Consultancy LLC


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə