Azərbaycan Respublikasında Ekoloji üsullarla təmiz məhsul istehsalı, emalı, etiketlənməsi və marketinqi üçün standartlar




Yüklə 482.27 Kb.
səhifə5/7
tarix22.02.2016
ölçüsü482.27 Kb.
1   2   3   4   5   6   7

QEYDİYYATLARİN APARILMASİ VƏ İDENTİFİKASİYA
52. ƏLAVƏ 3-də paraq. 7 – 15-də göstərildiyi kimi, sahibkar gündəlik görülən işlərin qeydiyyatını aparmalıdır.

ARIÇILIQ VƏ ARI MƏHSULLARI
Əsas prinsiplər
53. Arıçılıq - arıların tozlandırma fəaliyyətləri nəticəsində ətraf mühitin, kənd təsərrüfatının, və meşəçiliyin zənginləşməsinə səbəb olan bir vacib fəaliyyət növüdür.
54. Arı pətəkləri ilə davranma və istifadə etmə ekoloji təsərrüfatçılığın prinsiplərinə müvafiq olmalıdır.
55.Toplam əraziləri kifayət qədər geniş olmalıdır ki, lazımi qədər, müvafiq qida maddələri və su toplana bilsin.
56. Təbii nektarların, bal şirələrinin (ağacların üzərində) və çiçək tozunun mənbələri ekoloji istehsal olunmuş bitkilər və ya yabanı bitkilər olmalıdır.
57. Arıların sağlamlığı növlərin seçilməsi, yararlı və zəngin ətraf mühit, balanslaşdırılmış dieta və müvafiq heyvandarlıq praktikasına əsaslanmalıdır.
58. Arı pətəkləri əsasən ətraf mühit və yaxud arı məhsullarını çirklənmə təhlükəsində qoymayan təbii materiallardan olmalıdır.
59. Əgər arılar yabanı ərazilərdə yerləşdirilirsə yerli həşaratların populyasiyası nəzərə alınmalıdır.
Pətəklərin yerləşdirilməsi
60. Arıçılıqda istifadə olunan pətəklər mədəni bitkilər becərilən ərazilərdə və ya yabanı bitkilər olan ərazilərdə bu standarta əsasən Bölmə 4-də qeyd olnan istehsal qaydalarına müvafiq olaraq qoyulur.
61. GABAın sertifikatlaşdırma qurumu sahibkar tərəfindən verilən məlumata və ya digər inspeksiya proseslərinə əsaslanaraq müvafiq bal şirəsi, nektarı və çiçiək tozu olan əraziləri təsdiqləyib, qəbul edəcək.
62. GABAın sertifikatlaşdırma qurumu arıların kifayət qədər qida maddələr əldə edə biləcək məsafəni arı pətəyindən 3 km radiusda olan ərazi çərçivəsində müəyyənləşdirmişdir.

63. Sertifikatlaşdırma qurumu bu tələblərə cavab verən lakin qadağan olunmuş maddələrlə, genetik dəyişdirilmiş orqanizmlərlə, və ya ətraf mühit çirkləndiriciləri ilə potensial çirklənmə mənbələrində bu pətəkləri yerləşdirməmək üçün belə zonaları müəyyən etməlidir.


Yemləmə
64. İstehsal mövsümünün axırında pətəklərin tərkibində arı ailəsinin qışlama dövründə qidalanması və yaşaması üçün ehtiyat bal və tozcuq qoyulur.

65. Ailənin yemləndirilməsi hava şəraiti ilə və digər müstəsna hallarla bağlı olaraq qısamüddətli qida çatışmamazlığını aradan qaldırmaq üçün həyata keçirilə bilər. Belə hallarda əgər mümkündürsə ekoloji istehsal olunmuş bal və şəkərdən istifadə edilə bilər. Bununla belə GABAın sertifikatlaşdırma qurumu qeyri-ekoloji yolla istehsal olunmuş bal və ya şəkərdən istifadəyə icazə verə bilər. Belə istisna hallarında vaxt məhdudiyyəti müəyyən edilməlidir. Yemləmə son bal məhsulu vermə ilə növbəti nektar və ya bal şirəsi gətirmə dövrü arasında aparıla bilər.


Keçid dövrü
66. Əgər bu standarta minimum 1 il ərzində riayət edilirsə o zaman arı məhsulları ekoloji istehsal edilmiş kimi satıla bilər. Keçid dövrü müddətində mum ekoloji istehsal edilmiş mumla əvəz edilməlidir. Əgər bir il müddətində bütün mum ekoloji mumla əvəz edilə bilmirsə sertifikatlaşdırma qurumu keçid dövrünü uzada bilər. İstisna hallarda, nə vaxt ki, ekoloji istehsal edilmiş arı mumu əldə etmək mümkün deyil, bu Standarta cavab verməyən mənbələrdən olan mumlardan da GABAın sertifikatlaşdırma qurumunun icazəsi ilə istifadə edilə bilər. Ancaq bir şərtlə ki, həmin ərazidə qadağan edilmiş materiallardan istifadə edilməsin.
67. Əgər pətəklərdə əvvəllər qadağan olunmuş maddələr tətbiq edilməyibsə, pətəklərdə mumun dəyişilməsinə ehtiyac yoxdur.

Arıların mənşəyi
68. Arı ailəsi ekoloji istehsala keçə bilər. Təqdim olunan arılar mümkün qədər ekoloji istehsal vahidlərindən gətirilə bilər.
69. Cinslərin seçimində onların yerli şəraitə adaptasiya olunma bacarıqları, uzun ömürlülükləri, və xəstəliklərə davamlılıqları da nəzərə alınmalıdır.
Arıların sağlamlıqları
70. Arı ailəsinin sağlamlığı yaxşı kənd təsərrüfatı praktikası, düzgün cins seçimi ilə xəstəliklərin qarşısını almaqla və pətəklərlə düzgün davranma ilə qorunub saxlanıla bilər. Buraya daxildir:
a) yerli şəraitə yaxşı uyğunlaşan və soyuğa, şaxtayadavamlı cinslər;
b) əgər lazım gələrsə ana arıları təzələmək;
c) avadanlıqların müntəzəm təmizlənməsi və dezinfeksiyası;
d) müntəzəm olaraq arı mumlarını təzələmək;
e) pətəklərdə kifayət qədər tozcuğun və balın olması;
f) pətəklərdə olan anomal halları ortaya çıxarmaq üçün sistematik yoxlamalar;
g) pətəklərdə erkək arılara müntəzəm nəzarət;
h) əgər lazım gələrsə xəstə pətəkləri təcrid edilmiş ərazilərə aparmalı; və ya
i) yoluxmuş və çirklənmiş pərəkləri və materialları məhv etmək.

71. Zərərvericilər və xəstəliklər üçün aşağıdakılara icazə verilir :

− süd turşusu, oksalat turşusu, asetat turşusu
− qarışqa turşusu
− kükürd

− təbii efir yağları (məs. mentol, evkalipt, kamfora)


− Basillus thuringiensis (çöpşəkilli bakteriya)
− buxar və ya birbaşa alov.

72. Haradakı profilaktik tədbirlər nəticə vermir o zaman baytarlıq müalicə vasitələri aşağıdakıları şərtlər daxilində istifadə edilə bilər:


a) fitoterapevtik (bitki məhsulları ilə müalicə) və homeopatik müalicə metodlarına üstünlük verilir, və

b) əgər allopatik kimyəvi sintez edilmiş tibbi dərmanlardan istifadə edilirsə o zaman arı məhsulları ekoloji kimi satıla bilməz. Dərmanlanmış pətəklər təcrid edilmiş halda saxlanmalı və onlar üçün bir illik keçid dövrü müəyyən edilməlidir.

Bütün mumlar bu Standarta müvafiq olan mumlarla əvəz edilməlidir, və

c) hər bir baytarlıq müalicəsi aydın şəkildə sənədləşdirilməlidir.


73. Erkək arıların məhv edilməsi praktikasına ancaq Varroa jacobsoni ilə yoluxma halında icazə verilir.
İdarəetmə
74. Arı pətəklərinin əsası ekoloji istehsal olunmuş mumdan qoyulmalıdır.
75. Pətəklərdə arıların məhsul toplamaq məqsədilə pərən-pərən salınıb, dağıdırlması qadağandır.
76. Şikəstetmə, məsələn ana arıların qanadlarının kəsilməsi qadağandır.

77. Kimyəv sintetik repellentlərin istifadəsi bal məhsulu alındığı ərəfədə qadağandır.

78. Tüstüdən istifadə minimum səviyyədə olmalıdır. Qəbul edilmiş tüstüverici materiallar ya təbii olmalıdır ya da bu Standartın tələblərinə cavab verən materiallardan olmalıdır.
79. Arıçılıq məhsullarının emalı və ya bal kəsimi müddətində hərarəti mümkün qədər aşağı səviyyədə saxlamaq məsləhət görülür.

Qeydiyyatların saxlanması
80. Sahibkar təfsilatı ilə gündəlik qeydiyyatlarını Əlavə 3, paraqraf 7-də qeyd olunduğu kimi yazıb saxlamalıdır. Sxemlər (xəritələr) pətəklərin bütün yerləşmə yerlərinin təsvirini özündə əks etdirməlidir.
C. EMAL, SAXLAMA, DAŞINMA VƏ QABLAŞDIRMA
81. Ekoloji məhsulların etibarlılığı emal mərhələsindən kənar digər mərhələlərdə də qorunub saxlanmalıdır. Buna xüsusi texniki vasitələrdən istifadə ilə nail olunmuşdur və bu da inqredientlərin çox diqqətlə aparılan emal metodlarına əsaslanır. Bu metodlar əlavələrin və emala köməkçi vasitələrin təmizlənməsi və istifadəsindən ibarətdir. İonlaşdırılmış şüalardan ekoloji məhsulların zərərvericilərinə nəzarətdə, ərzaq saxlanılmasında, patogenlərin azaldılmasında və təmizlənməsində istifadə etmək olmaz.
ZƏRƏRVERİCİLƏRİN İDARƏEDİLMƏSİ
82. Zərərvericilərin idarəedilməsi və onlara nəzarətdə aşağıdakı tədbirlərdən istifadə edilməlidir:
a) Zərərverici yaşadığı yerlərin və avadanlıqlara daxil olması yollarının məhv edilməsi və azaldılması üçün edilən profilaktik tədbirlər zərərvericilərlə mübarizədə başlıca metodologiya olmalıdır;

b) Əgər profilaktik metodlar qeyri-adekvatdırsa zərərvericilərə nəzarətdə ilk seçim mexaniki/fiziki və ya bioloji metodlar olmalıdır;

c) Əgər mexaniki/fiziki və ya bioloji metodlar zərərvericilərə nəzarətdə qeyri-adekvatdırsa Əlavə 2-də cədvəl 21-də göstərilən pestisidli-zəhərli maddələrdən

(və ya bu standartlara müvafiq olaraq GABA tərəfindən icazə verilən digər maddələr) istifadə edilə bilər, ancaq bir şərtlə ki, bu maddələrdən emalda, saxlanmada, daşınmada və emal avadanlıqlarını mühafizə məqsədi ilə istifadəsinə icazə verilsin və bu maddələrin ekoloji məhsullarla təmasına yol verilməsin.


83. Zərərvericilərin qarşısı yaxşı idarəetmə praktikası ilə də alına bilər. Saxlama binalarında və ya nəqliyyat konteynerlərində fiziki maneələr və ya səs, ultra-səs, işıq, ultra bənövşəyi şüa, tələlər (feremon tələləri, və s.), nəzarət olunan hərarət, nəzarət olunan atmosfer havası (karbon dioksid, oksigen, azot) və digər praktikalar da bu sıradan sayıla bilər.
84. Yığımdan sonrakı dövrlərdə və ya karantin məqsədilə Əlavə 2-də siyahıya alınmayan pestisidlərdən bu Standarta müvafiq olaraq istehsal edilən məhsullar üçün istifadə edilə bilməz. Əks halda o ekoloji yolla istehsal olunan məhsulların ekoloji statusunun itirilməsinə gətirə bilər.


EMAL VƏ İSTEHSAL
85. Emal metodları mexaniki, fiziki, və ya bioloji olmalıdır (məs. marinadlaşdırma və ya hisəvermə) və Əlavə 2 Cədvəl 3 və 4-də göstərilən qeyri-kənd təsərrüfatı inqrediyentlərinin və əlavələrinin istifadəsini minimuma endirir.

QABLAŞDIRMA
86. Qablaşdırma materialların seçilməsində yaxşı olardı ki, bioji cəhətdən tez parçalanan, təkrar istifadə edilən/vəya edilə bilən mənbələrə üstünlük verilsin.
SAXLANMA VƏ DAŞINMA
87. Məhsulun etibarlılığı saxlanma, daşınma və davranma müddətində aşağıdakı şərtlər daxilində qorunub saxlanmalıdır:
a) Ekoloji məhsulların qeyri-ekoloji məhsullarla qarışmasının qarşısı hər zaman alınmalıdır; və

b) Ekoloji məhsulların ekoloji təsərrüfatçılıqda və emalda istifadəsinə icazə verilməyən materiallar və maddələrlə təması qadağandır.


88. Təsərrüfatın ancaq bir hissəsi sertifikatlaşdırıldığı halda, bu Standarta cavab verməyən digər məhsullar ayrıca olaraq saxlanmalı və qablaşdırılmalıdır və hər iki növ məhsullar aydın şəkildə fərqləndirilə bilinməlidir.
89. Ekoloji məhsullar üçün olan anbarlar (məhsullar açıq şəkildə saxlanan) konvensional məhsullar olan anbarlardan ayrı olmalıdırlar və müvafiq olaraq aydın etiketlənməlidir.
90. Ekoloji məhsullar üçün olan saxlanma əraziləri və nəqliyyat konteynerləri ekoloji istehsalda icazə verilən metodlar və materiallardan istifadə etməklə təmizlənməlidir. Tədbirlər əvvəllər ekoloji məhsullar üçün nəzərdə tutulmayan saxlama ərazilərində və konteynerlərdə Əlavə2-də qeyd olunmayan pestisidlər və ya vasitələrin istifadəsi ilə mümkün çirklənmənin qarşısını almaq məqsədi ilə həyata keçirilir.


ƏLAVƏ 2

EKOLOJİ ƏRZAQ MƏHSULLARINİN İSTEHSALI ÜÇÜN İCAZƏ VERİLƏN MADDƏLƏR
PROFİLAKTİK TƏDBİRLƏR
1. Ekoloji sistemdə torpağın gübrələnməsi və yaxşılaşdırılması, zərərverici və xəstəliklərə nəzarət, heyvanların sağlamlığı və heyvandarlıq məhsullarının keyfiyyətini yaxşılaşdırmaq üçün və ya ərzaq məhsullarının hazırlanması, saxlanması və konservləşdirilməsində istifadə olunan hər hansı bir maddə müvafiq milli tənzimləmələrə uyğunlaşmalıdır.
2. Aşağıda verilən siyahıda qeyd olunan maddələrin istifadə şəraiti və şərtlərini məsələn həcmi, tətbiqinin tezliyi, xüsusi məqsədləri sertifikatlaşdırma qurumu təyin edir.
3. Maddələr ilkin emal üçün tələb olunduğu halda onlar çox diqqətlə və bu sahədə biliklərə malik olmaq şərtilə istifadə olunmalıdır, çünki hətta istifadəsinə icazə verilən maddələr belə bəzən səhv istifadə edilə bilər, torpağın və təsərrüfatın ekoisistemini məhv edə bilər.
CƏDVƏL 1: TORPAĞIN GÜBRƏLƏNMƏSİ VƏ YAXŞILAŞDIRILMASI ÜÇÜN İSTİFADƏ OLUNAN MADDƏLƏR

Maddələr

Təsvir, tərkibinə qoyulan tələblər

və istifadə şərtləri

Təsərrüfatyanı peyin

Heyvan nəcisi və bitki qarışıqlarından (heyvan üçün döşənək) ibarət məhsul.

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac var.

Heyvan növlərinin əlamətləri.

Ektensiz heyvandarlıq fermalarından gətirilir.



Maye halda olan heyvan ekskrementi (maye peyin, sidik və s..)

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac var.

Nəzarət olunan fermentasiyadan və/yaxud müvafiq durulaşdırmadan sonra.

Heyvan növlərinin əlamətləri.

“Zavod” təsərrüfat mənbələri qadağan edilir.



Kompostlaşdırılmış heyvan ekskrementləri, həmçinin quş zılı və kompostlaşdırılmış təsərrüfatyanı peyin

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac var.

“Zavod” təsərrüfat mənbələri qadağan edilir.



Qurudulmuş təsərrüfatyanı gübrə və dehidratlaşdırılmış quş peyini

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac var.

Heyvan növlərinin əlamətləri.

Ektensiz heyvandarlıq fermalarından gətirilir.


Guano

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac var.

“Zavod” təsərrüfatçılığı sənaye idarəetmə sisteminə əsaslanır ki, burada ekoloji kənd təsərrüfatında istifadəsinə icazə verilməyən baytarlıq və yem materiallarından istifadə edilir.


Maddələr

Təsvir, tərkibinə qoyulan tələblər,

istifadə şərtləri

Göbələk təsərrüfatı tullantılarından və Vermikulit substratı qalıqlarından hazırlanan kompost

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac var.

Substratın ilkin tərkibi bu siyahıda olan məhsullarla məhdudlaşdırılmalıdır.



Qurdların (soxulcan kompostları) və həşəratların ekskrementləri


Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac var.

Substratın ilkin tərkibi bu siyahıda olan məhsullarla məhdudlaşdırılmalıdır.



Torf

Bağçılıqda məhdud şəkildə istifadə (bazar bağçılığı, gülçülük, meşəçilik, tinglik)

Gil

(məs. perlit, vermikulit və s.)






Kompostlaşdırılmış və yaxud çürüdülmüş məişət tullantıları

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac var.

Ancaq tərəvəz və heyvani məişət tullantıları.

Sortlara ayrılmış məişət tullantılarından alınan kompostlaşdırılmış və bioqaz istehsalı üçün anaerob şəkildə fermentləşdirilmiş məhsullar.

Ancaq qapalı və nəzarət edilən toplama sistemində qəbul edilən konsentrasiya quru maddə hesabı ilə mg/kq ilə: kadmium 0.7; mis 70; nikel 25; qurğuşun 45; sink 200; civə 0.4; xrom (cəmi) 70; xrom (Vİ) 0 (3).



Tərəvəz tullantılarının kompostlaşdırılmış və ya fermentləçşdirilmiş qarışığı

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac var.

Tərəvəz kütləsi qarışıqlarından əldə edilən məhsul, hansı ki, kompostlaşdırılmış və bioqaz istehsalı üçün anaerob şəkildə fermentləşdirilməyə məruz qalmışdır.




Aşağıda qeyd olunan heyvani mənşəli məhsullar və ya onlardan alınma məhsullar:

  • qan unu

  • dırnaq unu

  • buynuz unu

  • sümük unu yaxud jelatinsizləşdirilmiş sümük unu

  • balıq unu

  • ət unu

  • dəri və tük unu

  • yun

  • xəz

  • tük

  • süd məhsulları

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac var.

Quru maddə hesabı ilə xromun maksimum konsentrasiyası mg/kq (Vİ): 0 (3)



Gübrələmə üçün bitki mənşəli məhsullar və onların əlavə məhsulları (məs. yağlı toxumlardan alınan yemlər, kakao ovuntuları, səməni küləşi və s. )

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac var.


Dəniz yosunları və onlardan alınan məhsullar

Aşağıdakı üsullarla birbaşa əldə edilən:

  1. qurudulma, dondurma və üyütmə kimim fiziki proseslər;

  2. su və ya sulu turşular və/yaxud qələvi məhlullar;

  3. fermentasiya.

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac var.

Taxta kəpəyi və ağac tullantıları

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac var.

Ağaclar kəsildikdən sonra kimyəvi üsulla işlənilmir.



Kompostlaşdırılmış qabıq

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac var.

Ağaclar kəsildikdən sonra kimyəvi üsulla işlənilmir.



Ağac külü

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac var.

Kəsildikdən sonra kimyəvi üsulla işlənməyəna ağaclardan.



Yumşaq fosforit

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac var.

Kadmium 90mq/kq P205 limiti keçməməlidir.



Əsas şlak

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac var.

Xam kalium duzları (məs. kainite, silvinit və s.)

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac var.

Kalium sulfat, tərkibində maqnezium duzları da ola bilər.

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac var.

Məhsul fiziki ekstraksiya prosesləri nəticəsində xam kalium duzundan əldə edilir və tərkibində ola bilər ki, maqnezium duzları da olsun.



Təbii mənşəli kalsium karbonat (məs. təbaşir, əhəng gili, Breton ameliorantı, maerl, torpaq əhəngi, fosfat təbaşiri)




Təbii mənşəli maqnezium və kalsium karbonat (məs. maqnezium təbaşiri, torpaq maqnezium əhəngdaşı, və s.)

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac var.
Ancaq təbii mənbələrdən.

Kalsium xlorid məhlulu

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac var.

Alma ağaclarında yarpaq çiləmələri, kalsium çatışmamazlığını aşkar etdikdən sonra.



Maqnezium sulfat (Epsom duzu) (məsələn: kizerit MgSO4.H2O)




Gips (kalsium sulfat)

Ancaq təbii mənşəli

Distlillə qazanının dibində qalan tullantılar

Amonium distillyatorunun qalıqları istisna olunur.

Natrium xlorid

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac var.

Ancaq yataq halında tapılan duz.



Alüminium kalsium fosfat

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac var.

90 mq/kq P205 limitini keçməməlidir.

Qələvi torpaqlarda məhdud miqdarda istifadə olunur (pH>7.5).


Mikro elementlər (məs bor, mis, dəmir, manqan, molibden, sink)

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac var.


Elemental kükürd

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac var.

Gil (məs. perlit, vermikulit)




Şəkər istehsalından gələn sənaye əhəngi (məs. Vanesse)

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac var.

Vakuumla duz istehsalından əldə edilən sənaye əhəngi

Dağlarda rast gəlinən duzlu məhlullardan alınan vakuumla duz istehsalından alınma məhsullar

CƏDVƏL 2: BİTKİ ZƏRƏRVERİCİLƏRİ VƏ XƏSTƏLİKLƏRİNƏ NƏZARƏT ÜÇÜN İSTİFADƏ OLUNAN MADDƏLƏR


Bitki mühafizəsi üçün olan məhsullar
Aşağıdakı aktiv maddələri özündə cəmləşdirən və ya onlardan ibarət olan bütün məhsullar üçün qəbul edilən ümumi şərtlər:

  • cari standartların Əlavə 1-nə müvafiq olaraq istifadə et

  • ancaq ölkə/ştatın daxilində tətbiq edilən bitki mühafizə məhsulları və qanunvericiliyə müvafiq olaraq tətbiq edilə bilər.




Maddə

Təsvir, tərkibinə qoyulan tələblər,

istifadə şərtləri

I. Bitki və heyvan mənşəli maddələr

Chrysanthemum cinerariaefolium-dan alınan Pyretrin ekstraktı

İnsektisid

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac var.



Rotenon, Derris elliptica, Derris spp. və Lonchocarpus ssp. və Thephrosia spp.-dən alınmış ekstrakt (C23H22O6)

İnsectisid.

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac var.



Kvassiya preparatı, Quassia amara-dan alınmış ekstrakt

İnsectisid, repellent

Azadiraxtin, Azadirachta indica (Neem ağacı)-dan alınmış ekstrakt

İnsectisid

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac var.



Arı mumu, propolis

Budamada istifadə edilir

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac var.



Bitki yağları (məs. nanə yağı, şam ağacından alınan efir yağları, zirə yağı )

İnsectisid, akarisid, fungisid və cücərməni ləngidən ingibitor

Jelatin

İnsektisid

Lesitin

Fungisid

Hidrolizə edilmiş proteinlər (məs. kazein )

Attraktant

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac var.



Nicotiana tabacum-dan alınmış ekstrakt (sulu məhlul)

İnsektisid;

Subtropik meyvə ağaclarında ancaq mənənələrə qarşı (məs. portağalda, limonda) və tropik bitkilərdə (məs. bananda); yalnız vegetasiya dövrünün əvvəllərində istifadə etməli;

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac var. Ancaq 31 mart 2002 tarixdən sonrakı müddətdə.

1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə