AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti




Yüklə 95.17 Kb.
tarix20.04.2016
ölçüsü95.17 Kb.
AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ

Coğrafiya fakültəsi əyani şöbənin

I kurs, 984 qr tələbəsi

Cəfərli Yaşar Hafiz o.

TURİZM TƏŞKİLATLARI VƏ ONLARIN NÖVLƏRİ”

mövzusunda
K U R S İ Ş İ
Elmi rəhbər

Xarici ölkələrin iqtisadi-siyasi

coğrafiyası və turizm kafedrasının

müdiri: H.B.Soltanova

BAKI – 2011

PLAN
Giriş........................................................................................................................3
I Fəsil. Beynəlxalq turizm təşkilatları.....................................................................4

II Fəsil. Turizmin inkişafında beynəlxalq turist təşkilatlarının rolu.....................8

III Fəsil. ÜTT-nin tərkibi və fəaliyyəti..................................................................15
Nəticə.....................................................................................................................19

Ədəbiyyat...............................................................................................................20






GİRİŞ
Dünya təsərrüfat həyatının beynəlmiləlləşdirilməsi, dünya ölkələri arasında qarışılıqlı əlaqələrin artması, qlobal problemlərin meydana gəlməsi və kəskinləşməsi və s. səbəblər dünya ölkələrinin birgə səyi nəticəsində beynəlxalq iqtisadi münasibətlərin məqsədli şəkildə tənzimlənməsi zərurətini yaratdı.

Hazırda beynəlxalq iqtisadi təşkilatların rolu və inkişaf tempi getdikcə artır. Dünya iqtisadiyyatının əsas sahələrindən sayılan xidmət sahəsini tənzimləyən bir çox təşkilatlar mövcuddur. Bu təşkilatların xidmətin istehlakçıya səmərəli və asan yolla çatdırılmasına dair bir çox sənədlər hazırlayır və həyata keçirir.

Müasir dövrdə xidmət sahəsinin ən aktual istiqaməti beynəlxalq turizmdir. Ona görə də, beynəlxalq turizmin tənzimlənməsi zəruri haldır. Beynəlxalq turizm bir çox regional və beynəlxalq agentliklər və təşkilatlar tərəfindən tənzimlənir.

Turizmə yeni kütlələrin qoşulması onun təşkilatlarının yaranmasına səbəb olurdu. Müasir şəraitdə beynəlхalq turizm beynəlхalq iqtisadi münasibətlərin bir forması kimi geniş miqyas almış və dövlətlər arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına və təkmilləşdirilməsinə хüsusən təsir göstərmişdir.

Beynəlxalq turizm ixracın qeyri-adi formasıdır. Turist özü öz hesabına xidmətlərin hazırlanan yerinə gəlir. Halbuki, ənənəvi malların ixracında malların yol xərcini malı göndərən (ixrac edən) ölkə çəkir. Turizmin bu əlverişli xüsusiyyəti onu başqa malların ixracından fərqləndirir. Bundan başqa, xarici turistlərin gəldiyi ölkədə suvenir və başqa malların alınması çox əlverişli xarici ticarət əməliyyatıdır, ona görə ki, alınan mallar ölkə daxili pərakəndə qiymətlərlə, özü də valyuta ilə satılır ki, bu da valyutanın ölkədə çoxalmasına səbəb olur.

Beynəlxalq turizm sferasında regional və beynəlxalq səviyyədə həyata keçirilən əməkdaşlıq bu gün mövcud sahəyə daha çox diqqət yetirilməsini zəruri edir. Müxtəlif regionlarda mövcud olan çoxsaylı təşkilatlar çərçivəsində və onlardan kənarda həyata keçirilən əməkdaşlıq son dövrdə bu sahənin daha çox önəm kəsb etdiyini sübut edir. Bu da universal təşkilati mexanizmlərlə qarşılıqlı əlaqə və təsirdə olan regional mexanizm və əməkdaşlıq istiqamətlərinin daha da təkmilləşdirilməsinə gətirib çıxarır.




Fəsil I. Beynəlxalq turizm təşkilatları
Turizm sahəsində beynəlxalq təşkilatların fəaliyyətindən danışarkən, burada beynəlxalq sülhün və təhlükəsizliyin qorunması məqsədilə yaradılan, 60 ilə yaxın bir müddətdə beynəlxalq hüququn müxtəlif sahələrinin məcəllələşdirilməsi və proqressiv inkişafında mühüm rol oynayan Birləşmiş Millətlər Təşkilatının xüsusilə qeyd etmək lazımdır. BMT Nizamnaməsinin I maddəsinin III bəndinə uyğun olaraq, bu universal beynəlxalq qurum iqtisadi, sosial, mədəni, humanitar xarakterli beynəlxalq problemlərin həll edilməsində və irqi, cinsi, dil və ya din mənsubiyyəti nəzərə alınmadan əsas insan hüquq və azadlıqlarına hörmətin dəstəklənməsində və təşviq edilməsində beynəlxalq əməkdaşlığa nail olmaq kimi məqsədləri özündə əks etdirir.

Turizm sahəsində dövlətlərin fəaliyyətinin əlaqələndirilməsinin beynəlxalq – hüquqi mexanizmi məsələləri BMT Baş Məclisinin sənədlərində öz təsbitini tapmışdır. Məhz 1996-cı ilin noyabrında özünün 21-ci sessiyasında BMT Baş Məclisi turizmin dövlətlərin iqtisadi, mədəni, sosial inkişafa və sülh işinə töhfə olduğunu vurğuladı.

Bundan başqa, “turizm sülhün pasportudur” şüarı altında 1967-ci ili “Beynəlxalq turizm ili” elan etdi. Baş Məclis bundan sonrakı fəaliyyətini “Beynəlxalq turizm ili”nin və bununla bağlı digər tədbirlərin keçirilməsinə yönəltdi. Bununla əlaqədar, Bolqarıstan, İran, Rumınya, Kanada, Yunanıstan və digər dövlətlərdə milli və regional səviyyəli komitələr yaradıldı. “Beynəlxalq turizm ili”nin nəticələrini müzakirə edən Baş Məclis bir sıra tədbirlərin keçirilməsini özündə əks etdirən Qətnamə qəbul etdi.

1969-cu il dekabr ayının 5-də isə turizm üzrə hökümətlərarası xarakterə malik beynəlxalq təşkilatların yaradılması üçün Qətnamə qəbul olundu. Bu Qətnamənin davamı və icrası olaraq, 28 sentyabr 1970-ci ildə Ümumdünya Ticarət Təşkilatının Nizamnaməsi qəbul olundu. Baş Məclisin 30-cu sessiyasında isə “Beynəlxalq turizmin inkişaf etməkdə olan ölkələrin iqtisadi inkişafına təsiri” adlı Hesabat, “Turizm sahəsində yeni siyasət və fəaliyyət” başlıqlı məruzə dinlənildi. 19 dekabr 1977-ci il tarixli Qətnaməsi ilə Baş Məclis Ümumdünya Ticarət Təşkilatına inkişaf etməkdə olan ölkələrdə turizmin təşviq edilməsi ilə bağlı öz səylərini fəallaşdırmağı təklif etdi.

Bütün bunlarla yanaşı, Baş Məclis 1981 və 1983-cü illərdə qətnamələr qəbul etdi. Sonuncu Qətnamədə beynəlxalq turizm BMT İnkişafının III Onilliyinin beynəlxalq inkişaf strategiyasının elementi kimi müəyyən edirdi. Turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsində BMT İqtisadi və Sosial Şurası (ECOSOC) 1954-cü il Nyu-Yorkda və 1963-cü il Romada konfrans çağırmışdır. Axrıncı konfransa 2 əsas Komitə fəaliyyət göstərirdi: Formallıqlar üzrə Komitə və İnkişaf üzrə Komitə. Burada BMT-nin 87 üzv-dövləti, 5 ixtisaslaşmış təsisatı, beynəlxalq turizmin inkişafında maraqlı olan 14 qeyri-hökümət təşkilatı iştirak edirdi.

Ümumdünya Turizm Agentlikləri Assosasiyaları Federasiyası həqiqi üzvləri qismində milli turizm assosasiyası və təşkilatları, assosasiya edilmiş üzvlər kimi isə turizm agentləri, mehmanxana, nəqliyyat müəssisələri, tədris müəssisələrini birləşdirən beynəlxalq turizm təşkilatıdır.

Təşkilat 1966-cı ildə dünyanın 80 dövlətini təmsil edən 80 milli turizm təşkilatı və 1400 personalı özündə birləşdirir. Onlara Amerika Turagentlər Cəmiyyəti, Almaniya Səyahətlər Bürosu Assosasiyası, Britaniya Turagentlər Assosasiyası, Şimal ölkələri Turizm Büroları Assosasiyaları İttifaqı, “Tomas Kuk və oğlu” firması və s. aid edilə bilər.

Federasiyanın əsas məqsədləri arasında milli turagentlər assosasiyalarının yaradılması və möhkəmləndirilməsi, onlara hüquqi, maliyyə, peşə, maddi-texniki yardımların göstərilməsi, iqtisadi, hüquqi, sosial və iqtisadi sahələrdə beynəlxalq səviyyədə turizm agentliklərinin bütün kateqoriya peşələrinin nüfuzunun maksimal dərəcədə dəstəklənməsi vacib yerlərdən birini tutur.

Adıçəkilən qurumun Katibliyi Brüsseldə (Belçika) yerləşir. Onun rəsmi dilləri isə ingilis, fransız və ispan dilləridir. Rəhbər orqanları isə hər il çağrılan Baş Assambleya, Direktorlar Şurası və İcraiyyə Komitəsi sayılır.



Ekskursiya xidmətləri və turlar üzrə Beynəlxalq Assosasiya 1953-cü ildə yaradılmış, ekskursiya xidmətləri ilə məşğul olan firma və təşkilatları üzv qismində özündə birləşdirən beynəlxalq turizm təşkilatıdır. Qurumun 84 dövlətdən 60 milyondan çox üzvə malik olan 140 təşkilatı vardır ki, bu da onun fəaliyyətinin daha çox genişmiqyaslı olmasını sübut edir. rəsmi dili ingilis dili olan Beynəlxalq Assosiasiyanın rəhbər orqanları ildə bir dəfə çağırılan Baş Assambleya və Direktorlar Şurasıdır. Katibliyi isə Lissabonda (Portuqaliya) yerləşir.

Beynəlxalq Turizm Alyansı 1919-cu ildə yaradılmış milli avtomobil assosiasiyaları və turistlərin klubları qismində həqiqi üzvləri, fərdi üzvləri və milli federasiyaları birləşdirən, turistlərin assosiasiyalarından ibarət olan beynəlxalq turizm təşkilatıdır (onu da qeyd etmək lazımdır ki, həmin Təşkilat əvvəllər Beynəlxalq Turizm Assosasiaları Cəmiyyəti adlanır).

Onun məqsədi kimi beynəlxalq turizmin bütün növlərinin, ilk növbədə avtoturizmin inkişafını göstərmək olar. Birliyin üzvləri avtoturistlərə göstərilən xidmətlərin təkmilləşdirilməsi problemləri üzrə seminar və müşavirələrin təşkili, gömrük formallıqlarının sadələşdirilməsi, yol və avtoşoselərin abadlığı, hüquqi yardımın göstərilməsi və sığorta ilə məşğul olurlar.



1981-ci ildən Ümumdünya Turizm Təşkilatının üzvü statusunu qazanan Tələbə Turizmi üzrə Beynəlxalq Konfederasiyanın (İSTC) əsas məqsədi isə turizmin inkişafı və tələbə, gənclər və akademik birlik mübadiləsi vasitəsilə beynəlxalq qarşılıqlı anlaşmanı genişləndirməkdir. Onun vəzifələri sırasında inzibati və maliyyə yardımının göstərilməsi, marketinq xidmətlərinin həyata keçirilməsi və s. göstərmək olar. İSTC-nin mənzil-qərargah Amsterdam (Niderland) yerləşir.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (İATA ) 1945-ci il Havanada (Kuba) yaradılmışdır. Qərargahı Monrealdadır (Kanada). 140 ölkədən 240-dan çox təşkilat üzvü vardır. Üçhərfli aeroport kodu və ikihərfli hava yolları kodu verir. Habelə təhlükəli əmtəələrin daşınmasına nəzarət edir.

Bütün bunlarla yanaşı, turizm sahəsində bir çox təşkilatlar – Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İKAO), Beynəlxalq Mehmanxanalar Assosiasiyası (İHA), Turizm və Səyahətlər sahəsində Tədqiqatlar Assosiasiyası (TTRA), Konqreslər və qurultaylar üzrə Beynəlxalq Assosiasiya, Turizm məsələləri üzrə jurnalistlərin və yazıçıların Beynəlxalq Federasiyası, Beynəlxalq kempinqlər və karavaninqlər Federasiyası, Turizm üzrə Beynəlxalq Elmi Ekspertlər Cəmiyyəti, Beynəlxalq Sosial Turizm Bürosu (BİTS), Turizm sahəsində peşə təhsili üzrə Ümumdünya Assosiasiyası (AMFORT), Gənclər turizmi və mübadiləsi üzrə Beynəlxalq Büro (BİTEJ) fəaliyyət göstərirlər.

Beləliklə, turizm sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirən universal təşkilatlar daha geniş spektirli fəaliyyət həyata keçirməklə, ümumilikdə turizmin və onun ayrı-ayrı aspektlərinin inkişafında özünəməxsus rol oynayırlar. Bu isə həm vahid, unifikasiya olunmuş qaydaların yaradılması, həm də müxtəlif tədbirlərin həyata keçirilməsi ilə xarakterizə olunur.


Fəsil II. Regional və Milli turizm təşkilatları
Regional səviyyədə çıxış edən hökümətlərarası təşkilatların funksiyalarına yalnız turizm üzrə beynəlxalq müqavilə layihələrinin hazırlanması deyil, həm də turizm sferasında ümumi siyasətin işlənib hazırlanması, məlumat bazasının formalaşdırılması, elmi tədqiqatların təşkili, turizm fəaliyyəti sahəsində üzv-dövlətlərin milli qanunvericiliklərinin uzlaşdırılması, beynəlxalq turizm fəaliyyətinin ayrı-ayrı problemlərinin müzakirə edilməsi və digər məsələlər aid edilə bilər.

Regional təşkilatlar çərçivəsində beynəlxalq turizm sahəsində əməkdaşlıqdan danışarkən, Müstəqil Dövlətlər Birliyini (MDB) qeyd etmək olar. Həmin təşkilatın Nizamnaməsinin VII hissəsi – “İqtisadi və Sosial əməkdaşlıq” adlı hissə digər sahələrlə yanaşı, turizm və beynəlxalq səyahət sferasında əməkdaşlığın məqsədini müəyyən edir. Bundan əlavə, bu sferada əməkdaşlıq MDB-nin ayrı-ayrı strukturlarında da həyata keçirilmişdir. Belə ki, MDB-nin Parlamentlərarası Assambleyasının mədəniyyət, elm və təhsil məsələləri üzrə Komissiyası 1993-cu ildə azad hərəkət üçün əlverişli şəraitin yaradılması, turizm rəsmiyyətlərinin aradan qaldırılması, konkret tədbirlərin qəbulu, həmçinin bu sahədə normaların unifikasiyası və digər məsələlərə baxdı.

1994-cü ildə isə MDB Parlament Assambleyası Turizm sahəsində MDB-nin iştirakçı – dövlətlərinin əməkdaşlığının əsas prinsipləri haqqında Tövsiyyəedici Qanunvericilik Aktını qəbul etdi. Preambula, 6 hissə, 22 maddədən ibarət olan həmin sahəsə turizm, turist, tur, turizm təşkilatı, turizm ehtiyatları, turist vauçeri kimi terminlərin izahı verilməklə yanaşı, turizm haqqında milli qaunvericilik (maddə 2), turizm sferasında dövlət siyasəti (maddə 3) haqqında müddəalar da mövcuddur.

II fəsil “Turistlərin hüquqları və vəzifələri” adlanır və bu fəsildə turistlərin hüquqları (maddə 5), onların vəzifələri (maddə 6), əlavə güzəşt və hüquqların verilməsi (maddə 7) və digər məsələlər öz təsbitini tapmışdır. 8-ci maddə xarici turistlərin hüquqi vəziyyətinə həsr olunmuşdur. Bu maddənin təhlili zamanı belə nəticəyə gəlmək olur ki, MDB ölkələrinə səyahət edən turistlərə milli rejim prinsipi tətbiq olunur (şübhəsiz ki, onun səyahət etdiyi dövlətin qanunları nəzərə alınmaqla). Bundan əlavə, III fəsil turist təşkilatlarına, IV fəsil turizm vauçerlərinə, V fəsil turist ehtiyatlarına həsr edilmişdir.

1 noyabr 1996-cı ildə Parlamentlərarası Komitənin Bürosu turizm əlaqələrinin inkişafı barədə MDB dövlətlərinin dövlət, parlament və hökümət başçılarına müraciət qəbul etdi. Müraciətdə inteqrasiya proseslərinin dəyişdirilməsinin mühüm vasitəsi kimi təşkilatın üzv-dövlətləri arasında turizm əlaqələrinin bərpası və inkişafı göstərilir.

MDB dövlətlərinin Turizm üzrə Şurasının 1998-ci ilin noyabrında keçirilən Tibilisi iclasında Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan respublikalarının, Rusiya Federasiyası, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna, həmçinin MDB-nin icraçı katibliyinin, Ümumdünya Turizm Təşkilatının Beynəlxalq İqtisadi Komitəsinin “Mir” dövlətlərarası teleradiokompaniyasının və digər təşkilatların iştirakı qəbul edildi.

Regional təşkilatlar çərçivəsində həyata keçirilən əməkdaşlığın digər forması kimi 1989-cu ildə aprel ayının 10-14-də Haaqada (Niderland) keçirilən Turizm üzrə Parlamentlərarası Konfransı göstərmək olar. Nəticədə turizm təşkilatlarında hökümət və parlamentlərin tövsiyyələrini və beynəlxalq əməkdaşlıq vasitəsi kimi dünya ictimaiyyətinin tanıdığı Turizm üzrə Haaqa Bəyannaməsi qəbul olundu. Bəyannamə 10 prinsipdən və ona əlavə konkret nəticə və tövsiyyələrdən ibarətdir.

Avropa İttifaqı (Aİ) çərçivəsində turizm sahəsində əməkdaşlığın həyata keçirilməsində isə onun orqanlarının rolu xüsusilə qeyd edilməlidir. 1990-cı ildə Avropa Parlamentində turizm sahəsində Avropa dövlətlərinin parlamentlərinin fəaliyyətinin əlaqələndirilməsi üçün turizm üzrə qruplar yaradıldı. O, Aİ üzv - dövlətləri arasında turizm inkişafı və bu ölkələrdə çox çevik gömrük, valyuta və digər nəzarətin təmin olunması məqsədilə aktiv fəaliyyəti həyata keçirmək vəzifəsini daşıyır.

Avropa İtisadi Birliyi Şurasının 13 iyun 1990-cu ildə “Hər bir şeyin daxil olduğu, səyahətlər, məzuniyyətlər və səfərlər haqqında” Direktivi də turizm sahəsində əməkdaşlığın müəyyən aspektlərini özündə birləşdirir. Bundan başqa, 13 may 1995-ci ildə AİB-nin Direktivinə əsasən qəbul olunmuş Turagentlər və sifarişçilərin imzaladıqları Nümunəvi Müqavilə də mühüm əhəmiyyət kəsb edir.

Regional təşkilatlar çərçivəsində turizm sahəsində əməkdaşlığın təhlili zamanı, ATƏT (ATƏM) xüsusilə qeyd olunmalıdır. Belə ki, 1975-ci ildə imzalanmış ATƏM-in Helsinki Yekun Aktında fərdi və kollektiv əsaslarla turizmin vəziyyətinin yaxşılaşdırılmasına həsr olunmuş müddəa mövcuddur. Burada turizmin xalqlar arasında qarşılıqlı anlaşmanın inkişafına, digər dövlətlərin tarixi, mədəni həyatı haqqında dolğun məlumatların əldə olunmasına kömək etməsi vurğulanır.



Turizm sahəsində əməkdaşlığın həyata keçirilməsinin digər forması Asiya qitəsində yaradılmış beynəlxalq təşkilat və qurumlar səviyyəsində tədbirlərin və layihələrin həyata keçirilməsi, bir sıra öhdəlikvə səlahiyyətlərin müəyyən olnumasıdır. Belə qurumlardan ən mühümü Ərəb Dövlətləri Liqası (ƏDL) və Ümumi Ərəb Bazarı çərçivəsində yaradılmış Turizm üzrə Ərəb İttifaqıdır. Asiya və Afrika qitəsinin ərəb ölkələrinə gedən səyahətçi və turistlər üçün sərhəd və gömrük rəsmiyyətlərinin sadələşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanması ilə məşğul olan, turizmin maddi bazasının inkişaf əsaslarınıvə siyasətini formalaşdıran İttifaq, həmçinin, ərəb ölkələrinə turist və sayahətçilərin cəlb olunmasına istiqamətlənmiş reklam fəaliyyətinin təkmilləşdirilməsinə də yardım göstərir.

İslam Konfransı Təşkilatının (İKT) Xarici İşlər Nazırliyinin 23-24-cü İslam Konfransında qəbul etdiyi qətnamələrdə turizm müvafir beynəlxalq qurum çərçivəsində əməkdaşlığın prioritet sahəsi kimi müəyyənləşdirilmişdir. Bundan əlavə, İKT üzv-dövlətləri arasında iqtisadi və ticarət əməkdaşlığının gücləndirilməsi haqqında Fəaliyyət Planı qəbul edildi ki, bu da özündə dövlətlərə tövsiyyə qismində yönələn aşağıdakı müddəaları təsbit edir: müxtəlif dillərdə reklam materiallarının mübadiləsi; xüsusi turizm həftələri və sərgilərinin təşkili; sənədli filmlərin istehsalı; turizm qruplarının təşkili; turizm sənayesinə investisiyaların qoyulmasının təşviqi; dövlətlərdə turizm müəssisələri arasında əlaqələrin asandlaşdırılması.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm sahəsində İşçi Qrupu isə 2002-ci ildə Turizm sahəsində fəaliyyət planını qəbul etdi. Həmin sənəddə mövcud fəaliyyətin əsas istiqamətləri göstərilmişdir ki, bunlar da gəlmə və regiondaxili turizmə kömək göstərilməsi, kadrların hazırlanması, məlumat mübadiləsinə müncər edilir.

Mərkəzi Amerikanın Dövlət və Hökümət Başçılarının XXII növbəti görüşündə qəbul edilmiş 2002-ci il San-Xose Bəyannaməsi isə 10 prioritet istiqamət üzrə turizm sahəsində fəaliyyət planından ibarətdir. Həmin istiqamətlərə milli və regional inkişaf strategiyalarında turizmə üstünlük verilməsi, davamlı turizm siyasətinin işlənib hazırlanması, turizm sektorunda investisiyaların təşviqi və s. aiddir.

Karib Dövlətləri Assosasiası (KDA) çərçivəsində dövlət və hökümət başçılarının hər il keçirilən görüşlərində iştirakçı-dövlətlərin inkişafının əsas vasitələri sayılan turizm, ticarət və nəqliyyat üzrə fəaliyyət qrupları qəbul edilir ki, bu da turizmlə bağlı aşağıdakı istiqamətlərin həyata keçirilməsini özündə ifadə edir: turizmin planlaşdırılması; ətraf mühitin davamlılığı; səyahətçilərin təhlükəsizliyi; regional marketinq; turizm sektorunun maliyyələşdirilməsi; insan resusrlarının inkişafı; informasiya və statistika; sahələrarası əlaqələr.

Iqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) 1965-ci ildə qəbul etdiyi turizmə kömək göstərilməsi üzrə hökümətlərin fəaliyyəti haqqındaTövsiyyəsində turizmin inkişafı üzrə tövsiyyə xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi təsbit edilmişdir.

Bütün bunlarla yanaşı Latın Amerikasında turizmin inkişafına Karib İnkişaf Bankı, Mərkəzi Amerika İqtisadi İnteqrasiya Bankı, Mərkəzi Amerika Dövlətləri Təşkilatı, And Birliyi Komissiası, Afrika İnkişaf Bankı, Afrika Mülki Aviasiya üzrə Komissiyası, Latın Amerikası İqtisadi Sistemi, Amerikaarası İnkişaf Bankı, Mülki Aviasiya üzrə Latın Amerikası Komissiyası (turistlərin daşınması sahəsində Latın Amerikası aviasiya müəssisələrinin fəaliyyətini əlaqələndirir) kimi regional təşkilatlar da müəyyən töhfələr vermişlər və indi də bunu davam etdirməkdədirlər.



Regional beynəlxalq təşkilatlar çərçivəsində turizm sahəsində əməkdaşlıqdan danışarkən, müvafiq sferada mövcud olan qeyri-hökümət təşkilatlarını da göstərmək tam yerinə düşərdi. Məsələn, Asiya-Sakit okean Turizm Assosasiyasının (PATA) əsası 1951-ci ildə qoyulmuş, milli hökümət turizm təşkilatları, nəqliyyat və mehmanxana assosasiyaları, turizm firmaları, həmçinin turizm sənayesi ilə bağlı olan digər təşkilatları təmsil edən 34 dövlətdən 2200-dən çox üzvü birləşdirən beynəlxalq qeyri-hökümət turizm təşkilatıdır. Assosasiyanın əsas məqsədi Sakit okean regionunda turizmin inkişafına yardım göstərməkdir.

Onun tədqiqat işi isə turizmin tədqiq olunması üzrə illik konfranslar hesab olunur. Mövcud konfransların nəticələri isə Sakit okean regionu üzrə illik statistik hesabatların nəşr edilməsində öz əksini tapır.

PATA-nın Katibliyi San-Fransiskoda (ABŞ) yerləşsə də, onun Asiya Regionunun xidməti üzrə ofisi Sinqapurda, Sakit Okean regionunda xidmət üzrə ofisi Sidneydə, Amerika-Asiya hissələrinin xidməti üzrə ofisi isə San-Fransiskoda yerləşir. Rəsmi dili ingilis dilidir.

Latın Amerikası Turizm Təşkilatlarının Konfransı (KOTAL) müvafiq regionun 900-dən çox turizm, nəqliyyat, mehmanxana müəssisələri, həmçinin Asiya, Afrika və Avropanın 350-dən yuxarı turizm müəssisələrini özündə birləşdirən regional turizm təşkilatıdır. 1957-ci ildə yaradılan həmin qrumun əsas vəzifəsi Latın Amerikası turizm sənayesinin inkişafı məqsədilə bütün turizm müəssisələrinin və milli assosasiyalarının fəaliyyətini birləşdirməkdir.

KOTAL-ın Katibliyi Buenos-Ayresdə (Argentina) yerləşir. Konfransın rəsmi dilləri isə ispan və ingilis dilləridir. Rəhbər orqanları isə adətən ildə bir dəfə keçirilən Baş Assembleya və Direktorlar Şurası sayılır.



Turizm üzrə Avropa Komissiyası (KET) məqsədi isə dünyanın 26 ölkəsində milli turizm təşkilatlarının maliyyələşdirdiyi dünyanın əsas bazarlarının inkişaf etdirilməsi vasitəsilə Avropada turizmin inkişafına yardın etməkdir. KET-in əsas vəzifələri KİV və istehlakçılarla ictimai əlaqələr qurmaq və inkişaf etdirmək, reklam və nəşriyyat fəaliyyəti, marketinq tədqiqatlarının həyata keçirilməsi, Avropa Turist Qrupu (ETAQ) vasitəsilə turizm sənayesinin müxtəlif sektorlarında peşəkarlarla əlaqələr qurulmasıdır.

Avropa regionunda beynəlxalq turizmin inkişaf etdirilməsi ilə bağlı regional qeyri-hökümət təşkilatlarının fəaliyyətindən danışarkən, qitənin 19 ölkəsinin mehmanxana, restoran və qəhvəxana sənayesinin 35 milli assosasiasını özündə birləşdirən Avropa İttifaqı və Avropa İqtisadi Zonasında assosasiaları Konfederasiyasının (HOTREC) da adını çəkmək yerinə düşərdi. Mənzil qərargahı Brüsseldə (Belçika) yerləşən müvafiq qurumun vəzifələri sırasında Avropa turizm sənayesi sahələri ilə qarşılıqlı fəaliyyətin həyata keçirilməsi, dünya turizm sənayesi sahələri ilə əlaqələrin yaradılması və bütün bunların inkişaf etdirilməsini xüsusilə qeyd etmək lazımdır. Bütövlükdə isə Konfederasiya təsis edildiyi sahə üzrə üzv təşkilatların əməkdaşlığına maksimum səviyyədə yardım edilməsi və Avropa mehmanxana, restoran, qəhvəxana sənayesinin maraqlarının beynəlxalq səviyyədə müdafiə olunması məqsədini özündə təsbit edir.



Avropa Turizm Ticarət Yarmarkaları Assosasiası (ETTFA) sərgi turizminin inkişafına cavabdeh olan beynəlxalq qeyri-hökümət təşkilatı kimi beynəlxalq turizm sərgilərinin fəaliyyətinin tənzimlənməsi mexanizmini təmin edir. 1993-cü ildə təsis edilən beynəlxalq qurum 11 yarmarkanı özündə birləşdirir. Assosasianın əsas məqsədi beynəlxalq turizm yarmarkalarının səmərəli təşkili və keçirilməsinə yardım etməkdir. Mənzil-qərargahı Brüsseldə (Belçika) yerləşən EETFA-nın vəzifələrinə aşağıdakılar aiddir: turizm şirkətlərinin və təşkilatlarının beynəlxalq sərgi-yarmarkalarda uğurlu təmsil olunmasını təmin etmək; üzv-təşkilatların yarmarkalarında vahid standartların tətbiqi; iştirakçılara münasibətdə xidmət keyfiyyətinin təmin olunması; üzv-təşkilatların ümumi mənafeyini təmin etmək; yarmarkaların əsas iştirakçılarına dair məlumatlar bazasını formalaşdırmaq.

1992-ci ildən Ümumdünya Turizm Təşkilatına üzv kimi qəbul edilən Amerika Dövlətlərarası Mehmanxana Assosasiyası (İAHA) Amerika qitəsinin mehmanxana sənayesini beynəlxalq səviyyədə təmsil etməyi özünün əsas məqsədi hesab edir. Adıçəkilən qurumun vəzifələrinə gəldikdə isə onu, aşağıdakılar təşkil edir: regionun mehmanxana şirkətlərinin mənafeyinin beynəlxalq toplantılarda təmsil olunması və qorunması; turizm sənayesi şirkətləri ilə üzv-təşkilatların əməkdaşlığına kömək göstərilməsi; marketinq tədqiqatları, statistika və nəşriyyat fəaliyyəti, o cümlədən regionun mehmanxana sferası üçün personalın hazırlığının təşkili və həyata keçirilməsi.

1951-ci ildən yaradılan Asiya – Sakit okean Turizm Cəmiyyəti də regional əməkdaşlıqda fəal iştirak edir. bu təşkilat çərçivəsində menecment, marketinq, tədqiqat fəaliyyətinin həyata keçirilməsi ilə bağlı çox gərgin işlər gedir. Təşkilatın əsas məqsədi regionda turizm və səyahətlərin inkiçafı üçün nailiyyətlərin əldə edilməsidir.

Avropa Səyahət Komissiyası 1948-ci ildə Norveçdə quruldu. Yaradılmasından bəri praktik məqsədlərə nail olmaq üçün hökumət orqanları və sənayenin bütün payları ilə sıx əməkdaşlıqla işləyən nəticələr yönümlü təşkilatdır. Onun üzvləri otuz səkkiz Avropa ölkəsinin milli turizm təşkilatlarıdır . Komissiyanın birinci missiyası "Avropa Sorğusu" adlandırılan müştərək xalqın diqqətini cəlb etmək üzrə kampaniyanın buraxılışı idi. Regional sərhəddi keçən təşkilatlar və turizm ilə əlaqədar orqanlar birləşmiş üzvlər kimi bilərlər. Avropa Səyahət Komissiyası Avropa İttifaqının təşkilatı və Avropa Komissiyasının heç bir hissəsi deyildir. Bu ittifaq bu gün Dünya Turizm Təşkilatı, Beynəlxalq Ticarət Təşkilatı (BTT) kimi tanınan Rəsmi Səyahət Təşkilatlarının (IUOTO) Beynəlxalq İttifaqı oldu. Onun birinci Baş Assambleyasında, IUOTO Regional Komissiyaların prinsipini qəbul etdi: 19 Avropa ölkəsi təmsil edildi və o ölkələr birinci belə Komissiyanı qurmağı qərara aldı.

Bundan əlavə, digər qeyri-hökümət təşkilatları da – Transmilli Mehmanxana Korporasiyası, Nəqliyyat Korporasiyası və s. müvafiq sferada çox mühüm rol oynayırlar.



Fəsil III. ÜTT-nin tərkibi və fəaliyyəti

Turizmin inkişaf etdirilməsinin digər təşkilati mexanizmi Ümumdünya Turizm Təşkilatıdır. Bu təşkilatın nizamnaməsi 1970-ci ilin sentyabr ayının 27-də Mexikoda qəbul olundu. 1974-cü ildə isə o, Rəsmi Turizm Təşkilatlarının Beynəlxalq İttifaqın üzvü olan rəsmi turizm təşkilatları tərəfindən ratifikasiya olundu. Baş qərargahı Madrid şəhərindədir.

Nizamnamənin ayrılması hissəsi qismində isə Maliyyə Qaydaları çıxış edir. Həmin Qaydalara uyğun olaraq, Təşkilatın maliyyə dövrü 2 illik bir müddəti əhatə edir. Büdcəyə gələn gəlirləri isə Ümumdünya Turizm Təşkilatı Baş Assambleyası tərəfindən müəyyən olunan və hər bir ölkənin iqtisadi inkişaf səviyyəsindən və həmin dövlət üçün beynəlxalq turizmin əhəmiyyətindən asılı olaraq, formalaşdırılan yığımlar, o cümlədən digər daxilolmalar təşkil edir. Təşkilatın nizamnaməsi 3 kateqoriya üzvləri – həqiqi, assosasiya edilmiş və qoşulmuş üzvləri özündə birləşdirir.

Hal-hazırda Ümumdünya Turizm Təşkilatının 145 həqiqi üzvü, 7 assosasiya edilmiş, 300-dən çox qoşulmuş üzvləri vardır. Təşkilatın səlahiyyətini öz orqanları – Baş Assambleya, İcariyyə Şurası, Katiblik, digər köməkçi və işçi orqanlarının fəaliyyəti vasitəsilə həyata keçirilir.

Həqiqi üzvləri təmsil edən nümayəndələrdən ibarət olan Baş Assambleya hər 2 ildə bir dəfə toplanır. Baş Assambleyanın funksiyaları aşağıdakılardır:

- öz prezident və vitse-prezidentinin seçilməsi;

- İcariyyə Şurasının üzvlərinin seçilməsi;

- Baş Katibin təyini; təşkilatın Maliyyə reqlamentinin təsdiqi; fəaliyyətin ümumi proqramının təsdiqi;

- təşkilatın və onun orqanlarının fəaliyyəti barədə hesabatlara baxılması və təsdiq olunması;

- təşkilatın üzvlüyünə qəbul olmaq üçün Ümumdünya Turizm Təşkilatının Nizamnaməsinə uyğun olaraq qəraraların qəbulu və s.

Baş Assambleya altı regional komissiyanı təsdiq etmişdir: Afrika (KAF), Amerika (KAM), Şərqi Asiya və Sakit Okean (KAM), Avropa (KEV), Yaxın Şərq (KME) və Cənubi Asiya (KSA) üzrə komissiyalar. İcariyyə Şurası hər 5 həqiqi üzvə 1 üzv prinsipi ilə Baş Assambleya tərəfindən 4 il müddətinə (tərkibi hər 2 ildən bir növbəlilik əsasında dəyişmək şərti ilə) seçilir. Şübhəsiz ki, bu zaman Afrika, Amerika, Şərqi Asiya və Sakit Okean, Avropa, Yaxın Şərq, Cənubi Asiya regionlarının bərabərhüquqlu coğrafi nümayəndəlik prinsipinə mütləq əməl edilməlidir.

Təşkilatın köməkçi orqanlarına – Proqram və Əlaqələndirmə üzrə texniki Komitə, Büdcə-maliyyə Komitəsi, Ətraf mühit üzrə Komitə, Formallıqların sadələşdirilməsi üzrə Komitə, Statistika üzrə Komitə, qoşulmuş üzvlər kateqoriyasında üzvlüyə baxılması üzrə Yarımkomitə.

Ümumdünya Turizm Təşkilatının Lissabon Konfransında “Tourism: 2020 Vision” adlı araşdırmasında Təşkilat tərəfindən cari yüzillik üçün turizmin ən perspektivli istiqamətləri göstərilmişdir:

- Məcarə turizmi. Turist səyahətlərinin müəyyən məkanlara (məsələn, dənizin dibinə, dağın zirvəsinə, Antarktida və s. kimi uzaq ərazilərə) münasibətdə həyata keçirilməsidir. Müasir dövrdə bir sıra dövlətlər (Avstraliya, Yeni Zelandiya, Rusiya, Böyük Britaniya və s.) tərəfindən Antarktidada turizm bazaları yaradılır.

- Kruiz. Dəniz gəmiləri ilə daha çox həyata keçirilir. əgər 2007-ci ildə 7 milyon kruiz gəmilərində səyahət edirdilərsə, 2009-cu ildə onların sayı 9 milyona çatmışdır.

- Ekoturizm. Ətraf mühitin qorunub saxlanması ilə həyata keçirilir. Belə ki, müəyyən mövzular üzrə qısamüddətli tanışlıq turları və ya milli qoruqları səyahət edənlər, kurortlarda dinclən çoxsaylı insan qrupu üçün turlar təşkil edilir.

- Mədəni-idrak turizmi. Burada turist axının daha çox Avropa, Asiya, Yaxın Şərq ölkələrinə istiqamətləndiyini görmək olar. Kiçik qruplar üçün biliyi artıran turlar və istirahət edən şəxslərin mədəni abidələrə səyahətlərini özündə birləşdirən birgünlük ekskursiyalar təşkil olnurş

- Tematik turizm. Adi istirahət motivlərindən tamamilə fərqlənən hər hansı hadisələrə (məsələn, iqlim xüsusiyyətləri, ərazinin flora və faunası və s.) yüksək marağı nəzərdə tutur.

Ümumdünya Turizm Təşkilatının Baş katibi Françesko Frangialinin verdiyi bəyanatında BMT-nin ixtisaslaşmış qurumu kimi Ümumdünya Turizm Təşkilatının turizm sahəsində 2008-cu il üçün aşağıdakı istiqamətlərin inkişaf etdirilməsi ilə bağlı müddəalar mövcuddur:

- dünyəvi inkişafın sonrakı stimullaşdırılması və mədəniyyətlərarası dialoqların təşviqi üçün turizm və dünyanın böyük dinləri arasında qarşılıqlı əlaqəni möhkəmləndirən imkan və vasitələrin müzakirəsi məqsədilə İspaniyada “Turizm və din” məsələləri üzrə Ümumdünya Sammitinin çağırılması;

- Birləşmiş Krallıqda çağırılan “Turizm və iqlim dəyişikliyi” məsələləri üzrə İkinci Sammitin Dünya Ticarət Bazarı ilə əməkdaşlığnın təşkil edilməsi;

- Tunisdə parlamentarilər və və yerli hakimiyyət orqanlarının iştirakı ilə Qlobal Konfrans keçirilməsi;

- turizmdə qadınların rolunun artırılması;

- dövlət və ya özəl sektorda maliyyə mənbələri, o cümlədən Seulda (Koreya) yerləşən fondun fəaliyyətinə dəstək göstərilməsi, xüsusilə Afrikada yeni layihələrin həyata keçirilməsi ilə tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi vasitəsilə ST-EP Proqramının (davamlı turizm – yoxsulluğun aradan qaldırılmasının təminatı) möhkəmləndirilməsi;

- fövqaladə hadisələrə reaksiya sisteminə daxil olmaq məqsədilə Microsoftla birgə elektron turizm sahəsində təşəbbüsün intensivləşdirilməsi; təhlükəsizliyi yüksəldən və eyni zamanda səyahətçilər üçün maneləri azaldan texnologiyanın tətbiq edilməsinin imkan və vasitələrinin öyrənilməsi; BMT sistemi təsisatlarında həyata keçirilən turizm sahəsində fəaliyyətin əlaqələndirilməsi;

- Monrealda Kanadanın Federal Höküməti və Kvebek əyalətinin hökümət orqanlarının dəstəyindən istifadə edən, o cümlədən yerli cəmiyyətdə davamlı və keyfiyyətli turizmin hərəkətə gətirilməsi və ona yardım göstərilməsi vəzifəsini özündə birləşdirən Turizm mərkəzləri üçün qiymətləndirmənin yüksəldilməsi Mərkəzini yaratmaq;

- idarəetmə orqanlarının yeni qrupunun iştirakı ilə dəyişən şəraitə uyğun olaraq, onun qaydaya salınması çüçün xüsusi təşkilati strukturun möhkəmləndirilməsi; Katibliyin yenidən qurulması.

Ümumiyyətlə, Ümumdünya Turizm Təşkilatının fəaliyyəti daha geniş spektirə malikdir. Bu fəaliyyət özünü həm milli, həm də beynəlxalq turizmin inkişafında biruzə verir.



NƏTİCƏ
Göründüyü kimi Turizm sahibkarlığın müxtəlif formalarını özündə birləşdirən nəhəng sənayedir. Bir çox müəssisələr, təşkilatlar və şirkətlər öz fəaliyyət istiqamətini turizm xidməti sahəsində tapırlar.

Turizm və sosial-mədəni servis xidməti fəaliyyət növü kimi əhalinin asudə vaxtının səmərəli istifadə edilməsinə, ekskursiya, səyahət və turist marşrutlarının təşkilinə, həmçinin turistlərin başqa xidmət növlərindən istifadənin gücləndirilməsinə təkan verir. Turizm xidmətləri bilavasitə turist təşkilatlarının fəaliyyətinin nətijəsidir. Turizm xidməti əməyin spesifik xüsusiyyətlərini və məzmununu müəyyənləşdirən milli iqtisadiyyatın müstəqil sahəsidir. Turizmdə əmək məhsuldarlığının artım sürəti üçün xidmətin səviyyəsinin yüksəldilməsi, əməyin təşkili və stimullaşdırılmasının forma və üsullarının təkmilləşdirilməsi, turizm və sosial-mədəni servis xidmətlərinin təşkilinin yenidən qurulması zəruridir.

Beynəlxalq turizmin təşkil olunmasında müasir səviyyəli informasiya texnologiyasının rolunun aydınlaşdırılması və tətbiqinin öyrənilməsi maraq doğuran məsələlərdəndir. Beynəlxalq turizmin inkişafında informasiya texnologiyasının rolu isə turizmin bir sıra səciyyəvi xüsusiyyətləri ilə daha da əhəmiyyətlidir. Bu, turizm xidmətinin daşınılmaz olması, onun təşkil olunması üçün geniş informasiya-reklam tədbirlərinin aparılmasının vacibliyi və s. ilə izah olununr.

Bütün bu deyilənləri yekunlaşdıraraq, belə bir nəticəyə gəlmək olar ki, regional və beynəlxalq təşkilatlar çərçivəsində turizm sferasında beynəlxalq əməkdaşlıq beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına, müvafiq sahədə universal əməkdaşlığa əsaslanmaqla, özünəməxsus formaya malikdir. Bu spesifiklik isə daha çox turizm sahəsində ixtisaslaşmış qurumların mövcudluğu və fəaliyyəti ilə əlaqədardır.



ƏDƏBİYYAT
1. Məmmədov C.A., Soltanova H.B., Rəhimov S.H. Beynəlxalq turizmin coğrafiyası. Bakı : <>,2002

2. Экономика и организация туризма: международный туризм. Драчева и др. М.:КНОРУС, 2005

3. Rəhimov S.H. Turizm terminlərinin ensiklopedik lüğəti.

4. www.tourism.az



5. www.mct.gov.az




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə