AZƏrbaycan respublikasinin naziRLƏr kabineti




Yüklə 29.74 Kb.
tarix27.02.2016
ölçüsü29.74 Kb.

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ




Q Ə R A R


40
Bakı şəhəri, 5 mart 2002-ci il
Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin

səlahiyyəti və vəzifələrinin müəyyən edilməsi haqqında
«Məşğulluq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 9 avqust tarixli 549 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Məşğulluğa kömək göstərən respublika və yerli əlaqələndirmə komitələrinin səlahiyyəti və vəzifələri aşağıdakı kimi müəyyən edilsin:

    1. Respublika əlaqələndirmə komitəsinin səlahiyyəti:

respublika məşğulluq proqramının yerinə yetirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumatlar vermək, lazım gəldikdə məsələni bu orqanın müzakirəsinə təqdim etmək;

öz vəzifələrini yerinə yetirmək üçün nazirliklərdən, komitələrdən, baş idarələrdən və digər orqanlardan məşğulluq məsələlərinə aid lazımi məlumatlar almaq;

məşğulluq sahəsində mövcud qanunvericiliyin təkmilləşdirilməsinə, məşğulluq baxımından üstün inkişaf etdirilən regionların müəyyən olunmasına dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər vermək.

1.2. Respublika əlaqələndirmə komitəsinin vəzifələri:

bazar iqtisadiyyatına keçid dövründə respublika əmək bazarında yaranmış vəziyyəti təhlil etmək, regionların xüsusiyyətlərini nəzərə almaqla məşğulluq probleminin həlli üçün təkliflər hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək;

respublika məşğulluq proqramının layihəsini müzakirə etmək, onların respublika üzrə iqtisadi və sosial inkişaf proqramlarına uyğun tərtib olunmasını təmin etmək.

1.3. Yerli əlaqələndirmə komitələrinin səlahiyyəti:

ərazi məşğulluq proqramlarının yerinə yetirilməsi ilə əlaqədar şəhər, rayon icra hakimiyyəti orqanlarına məlumatlar vermək, lazım gəldikdə məsələni bu orqanların müzakirəsinə təqdim etmək;

öz vəzifələrini yerinə yetirmək üçün müəssisələrdən, idarələrdən və təşkilatlardan məşğulluq məsələlərinə aid lazımi məlumatlar almaq;

məşğulluq sahəsində mövcud qanunvericiliyin təkmilləşdirilməsinə, məşğulluq baxımından üstün inkişaf etdirilən regionların müəyyən olunmasına dair təkliflər hazırlamaq və respublika əlaqələndirmə komitəsinə təqdim etmək.

1.4. Yerli əlaqələndirmə komitələrinin vəzifələri:

məşğulluğun təmin edilməsinə yönəldilmiş tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

bazar iqtisadiyyatına keçid dövründə şəhər, rayon üzrə əmək bazarında yaranmış vəziyyəti təhlil etmək, yerli xüsusiyyətləri nəzərə almaqla məşğulluq probleminin həlli üçün təkliflər hazırlayıb müvafiq şəhər, rayon icra hakimiyyəti orqanlarına təqdim etmək;

ərazi məşğulluq proqramlarının layihələrini müzakirə etmək, onların ərazi üzrə iqtisadi və sosial inkişaf proqramlarına uyğun tərtib olunmasını təmin etmək;

şəhər, rayon ərazisində fəaliyyət göstərən müəssisədə, idarə və təşkilatlarda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinin sayı haqqında şəhər, rayon məşğulluq mərkəzlərinin təkliflərini müzakirə etmək, müvafiq qərar layihəsini şəhər, rayon icra hakimiyyəti orqanlarına təqdim etmək;

işaxtaran və işsiz vətəndaşların peşəyönümünə, peşə hazırlığına və ixtisasartırma kurslarına cəlb edilməsinə və işlə təmin olunmasına köməklik göstərmək;

əhalinin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə ərazi məşğulluq proqramlarına müvafiq olaraq mülkiyyət formasından asılı olmayaraq müəssisələrdə haqqı ödənilən ictimai işlərin təşkil edilməsinə köməklik göstərmək;

əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə yeni iş yerlərinin yaradılması, iş yerlərinin qorunub saxlanması, yerli şəraitə və milli adət və ənənələrə uyğun gələn peşə sahələrinin, sahibkarlığın və fərdi əmək fəaliyyətinin inkişaf etdirilməsi, bu məqsədlər üçün maliyyələşmə mənbələrinin aşkar edilməsi haqqında məsələləri müzakirə edib şəhər, rayon icra hakimiyyətlərinə və respublika əlaqələndirmə komitəsinə təkliflər vermək;

əhalinin məşğulluğu ilə bağlı daxil olan şikayətləri araşdırmaq.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.



Azərbaycan Respublikasının

Baş naziri A.Rasi-zadə


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə