AZƏrbaycan respublikasinin naziRLƏr kabineti




Yüklə 6.27 Kb.
tarix03.04.2016
ölçüsü6.27 Kb.

"Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 205 nömrəli qərarında dəyişiklik edilməsi barədə


AZƏRBAYCAN RESPUBLİKASININ

 NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 47

Bakı şəhəri, 4 aprel 2011-ci il

"Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 205 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin 4-cü abzasına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 205 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 11, maddə 826; 2002-ci il, № 10, maddə 637; 2003-cü il, № 9, maddə 523; 2005-ci il, № 8, maddə 780; 2006-cı il, № 6, maddə 563, № 11, maddə 998; 2007-ci il, № 9, maddə 924; 2008-ci il, № 4, maddə 303, № 10, maddə 939) ilə təsdiq edilmiş "Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri"nin Qeyd" hissəsinin 4-cü bəndi aşağıdakı redaksiyada verilsin:

"Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi 1 akademik saata görə geyimli naturada 3 manat, çılpaq naturada isə 5 manat məbləğində müəyyən olunur.".

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.



Azərbaycan Respublikasının

Baş naziri Artur Rasi-zadə




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə