AZƏrbaycan respublikasinin naziRLƏr kabineti QƏrar




Yüklə 9.11 Kb.
tarix22.02.2016
ölçüsü9.11 Kb.


AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

056

30/03/2005 il

«Azərbaycan Respublikasının vəfat etmiş (həlak olmuş) vətəndaşlarına hərbi ehtiram göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi Qaydaları»nın təsdiq edilməsi barədə

«Azərbaycan Respublikasının vəfat etmiş (həlak olmuş) vətəndaşlarına hərbi ehtiram göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi Qaydaları»nın təsdiq edilməsi barədə 

«Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 19 iyul tarixli 92 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: 

1. «Azərbaycan Respublikasının vəfat etmiş (həlak olmuş) vətəndaşlarına hərbi ehtiram göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi Qaydaları» təsdiq edilsin (əlavə olunur). 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. 

Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 mart tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasının vəfat etmiş (həlak olmuş) vətəndaşlarına hərbi ehtiram göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi

Q A Y D A L A R I

1. Bu Qaydalar «Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 19 iyul tarixli 92 nömrəli Fərmanına əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vəfat etmiş (həlak olmuş) vətəndaşlarına hərbi ehtiram göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydalarını müəyyən edir.

2. Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının dövlət hakimiyyəti ali orqanlarının rəhbərləri, ali hərbi rütbələrə malik olan şəxslər, «Azərbaycan Respublikasının Milli Qəhrəmanı» fəxri adı ilə və «Şah İsmayıl» Azərbaycan Respublikasının ali hərbi ordeni ilə təltif olunmuş şəxslər vəfat etdikdə (həlak olduqda), döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən şəxslər həlak olduqda, onlara müvafiq qanunvericiliklə müəyyən olunmuş qaydada hərbi ehtiram göstərilir.

3. Hərbi ehtiram göstərilən zaman tabut Azərbaycan Respublikasının Dövlət bayrağı ilə örtülür. Cənazə məzara qoyulmamışdan əvvəl Azərbaycan Respublikasının Dövlət bayrağı fəxri qarovulun rəisi tərəfindən götürülür, fəxri qarovul üzvlərinin iştirakı ilə, aypara və səkkizguşəli ulduz təsviri yuxarıda olmaqla, düzbucaqlı üçbucaq şəklində qatlanılır.



4. Dəfn mərasiminin yekununda dəfn komissiyasının rəhbəri, komissiya yaradılmadıqda isə fəxri qarovulun rəisi Azərbaycan Respublikasının Dövlət bayrağını mərhumun ailə üzvlərindən birinə təqdim edir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə