AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ нур­лана яли­йева sovet döVRÜ azərbaycan əDƏBİyyati




Yüklə 2.78 Mb.
səhifə36/40
tarix21.02.2016
ölçüsü2.78 Mb.
1   ...   32   33   34   35   36   37   38   39   40

Anadilli mətn problemi. Klassik irsdə islam
Azərbaycanlılar türkdilli bir xalqdır və buna görə onun istər mifologiyası, istər folkloru, istərsə də yazılı ədəbiyyat tarixi dil problemindən ayrı öyrənilə bilməz. Azərbaycan dilinin, xüsusilə bu dildə yazının tarixi, şübhəsiz ki, bütün baxımlardan ədəbiyyat tarixi elminin əsas və bünövrə problemidir. Bütün xalqların ədəbiyyat tarixləri belə yazılır və ana dilinin şifahi və yazılı üslublarının təşəkkülü məsələsi ilə başlanır. Bu məsələ də birbaşa gedib xalqın tarixi məsələsinə çıxır.

Lakin marksist metodologiya milli şüurun və onun ifadəsi olan xalq dilinin bütün təzahürlərinə qarşı mənfi münasibət göstərir və həmin problemlərin araşdırılmasını lazımlı hesab etmirdi. Ona görə Azərbaycan ədəbiyyatı tarixi, ilk növbədə, ədəbi abidələrin tarixi kimi yazılırdı. Amma bu abidələrin milli və dil mənsubiyyəti maraq predmeti olmurdu.

Belə yanaşmanın nəticəsində anadilli bədii mətnlər məsələsi bir problem kimi ədəbiyyat tarixindən kənar qalırdı. Nəticədə fitnəkar erməni alimləri Moskvada buraxılan ədəbiyyat tarixlərinin birində bizim ədəbiyyatın klassik və qədim dövrünə həsr olunmuş fəsli «Azərbaycan ədəbiyyatı» əvəzinə «Azərbay­can­da ədəbiyyat» kimi vermişdilər. İkinci halda ədəbi faktların milli mənsubiyyəti məsələsi aradan çıxır.

Azərbaycan ədəbiyyatının Azərbaycan dili ilə bağlılığı probleminin ədəbiyyat tarixlərində qoyuluşu sovet vaxtı təhlükəli məsələlərdən sayılırdı və millətçilik ittihamları ilə üzləşə bilərdi. Ona görə bu məsələnin qoyuluşu da ancaq 80-ci illərin sonlarında, SSRİ-nin dağılması artıq aydınlaşandan sonra başlandı.

Məhz bu zamanlarda türk dilində olan ədəbi abidələrə ma­raq artdı, Orxon-Yenisey abidələri, Oğuznamələr, Qazi Bür­ha­nəd­di­nin divanı, «Dastani-Əhməd Hərami» poemasının mətnləri çap olundu. Bu anadilli abidələrin ortaya çıxarılması, geniş oxucu və təd­qiqatçı kütləsinə çatdırılması mühüm əhəmiyyət kəsb edən had­isə idi.

Ədəbiyyat elmi mühitində ədəbiyyat tarixini öyrənmək üçün fundamental əhəmiyyəti olan bir problem aydınlaşmağa baş­la­dı. Bu problem Azərbaycan milli düşüncəsi üçün, ədəbiyyat tari­xi üçün türkdilli mətnlərin üstün bədii-estetik əhəmiyyəti məsə­lə­si idi. Türkdilli bədii mətnlərin ərəb və fars dillərində olan mətn­lərdən üstün dəyəri onların milli dilə və düşüncəyə məx­sus­lu­ğu ilə bağlı idi. Hər bir xalqın ədəbi mədəniyyəti, ilk növbədə, onun doğma dilindən ayrılmazdır.

Qeyd etməliyik ki, türkdilli bədii mətnlərin estetik dəyərinin üstünlüyü prinsipi universal bir məsələ deyildir. Bu üstünlük milli düşüncə çərçivəsi ilə hüdudlanır və başqa xalqların estetik şüuru üçün mütləq deyildir. Yalnız Azərbaycan milli şüuru öz estetik və bədii özəlliyinin təzahürü və faktı kimi ana dilində yaranmış bədii nümunələri özü üçün xüsusi əhəmiyyətli sayır.

Əlbəttə, bu prinsipi ərəb-fars ədəbi mətnlərinə qarşı qoymaq doğru olmazdı. Azərbaycanlı ədib və mütəfəkkirlərin ərəb və fars dillərində yazdıqları əsərlər, Nəsimi, Füzuli, Xətai və başqa klassiklərin farsca divanları da tam mənada xalqımızın ədəbi-este­tik irsidir. İlk növbədə ona görə ki, Orta əsrlərdə ərəb və fars dil­lə­ri milli dillər deyildilər. Onlar bir çox xalqların nüma­yən­də­lə­ri­nin istifadə etdikləri qədim regional ədəbi dillər idilər.

Regional dillər Avropa xalqlarının təcrübəsində də ol­muş­dur. Xristianlığın ilkin dövrlərində bütün xristianlar milli məns­u­biy­yətindən asılı olmayaraq, latın dilində yazıb oxuyurdular. Latın dilindən əvvəl isə Suriya, yəhudi, yunan dilləri də regional dil­lər olmuş və müxtəlif xalqların nümayəndələri öz etnik dil­l­əri­n­də deyil, müəyyən regionda savadlı, elmli adamları birləşdirmək üçün vasitə olan qədim regional dillərdə yazırdılar. Bu dillərin hamısı qədim quldar dövlətlərin ərazisində ümumi ünsiyyəti, ümumi mədəni yaddaşı yaradan dillər olmuşdur. Ədəbi dili olmayan, yazı ənənəsi zəif olan xalqlar tarixən regional dillərdən dünyada yaranan dünyəvi, dini və bədii mədəniyyətləri öyrənmək, mənimsəmək, öz xalqlarına çatdırmaq üçün istifadə etmişlər.

Bu mənada biz ərəb-fars dillərində, xüsusilə fars dilində yaranmış qədim poeziya mədəniyyətinə öz bədii ədəbiyyatımızın ilkin qaynaqlarından biri kimi yanaşmalı və bu məsələdə obyektiv olmağı bacarmalıyıq. Türkcə divan yaradan klassik şairlərimiz farsca da divanlar bağlamaqla, əslində fars ədəbi mədəniyyətinə məhəbbətlərini bildirmişlər.

Lakin ikinci bir qanunauyğunluq da vardır. Bütün xalqlar qədim regional dillərdən faydalanmaqla bədii və yazı mədəniyyətini yaradandan sonra, bir qayda olaraq, öz milli şüurlarının və dövlətçilik maraqlarının təsiri ilə anadilli ədəbi mədəniyyət yaratmaq mərhələsinə keçirlər. Bu, qaçılmaz bir prosesdir: həm ərəb, həm fars, həm də latın dilindən istifadə etmiş bütün xalqlar sonradan öz ana dillərinə əsaslanan ədəbi dillər yaratmaq yoluna gəlib çıxmışlar.

Azərbaycan xalqı da artıq XIII-XIV əsrlərdə öz ana dilində yazılı ədəbi dil yaratmışdır. Həmin ədəbi dilin formalaşma tarixi və prosesi Azərbaycan ədəbiyyatının bünövrəsində duran milli ədəbi mədəniyyət yaratma faktıdır. 80-ci illərin ortalarından elmi-filoloji fikrimiz bu mədəniyyəti öyrənmə istiqamətində uğurlu addımlar atırdı. Bir qədər kortəbii şəkildə olsa da, bədii və elmi təd­qi­qatların əsas istiqaməti anadilli qədim mətnlərin çapına, təbli­ğinə, tədqiqinə, onlara geniş şərhlərin yazılmasına yönəl­dil­mişdi.

Bunun əsas tarixi səbəbi türklüyə və Türkiyəyə dair bədii-elmi mətnlərin araşdırıcısı kimi çıxış etməyin artıq təhlükəsiz ol­ması idi. Sovet dövründə 1937-1938-ci illərdə türkoloq mü­təxəs­sislər terror nəticəsində qırğına verildikdən sonra türklük və Türkiyə mövzusu, faktiki olaraq Azərbaycan alimləri üçün bağlı idi. Bu mövzu ədəbiyyat üçün partiya nəzarətçiləri, DTK kuratorları və senzura tərəfindən bağlı saxlanılırdı.

O biri tərəfdən, ədəbi yaddaşın özü də 1937-ci ildə güllələnən alimlərin günahlarından birinin pantürkizm, Türkiyə və sair olduğunu yaxşı xatırlayırdı. Ona görə bu mövzular sadəcə qadağan olunmuş deyildilər. Onların araşdırılmasına girişməyə görə şəxsi həyatı da itirmək olardı. Pantürkizm və panislamizmlə bağlı elə sosial qorxu yaratmışdılar ki, insanlar evlərində ərəb əlifbası ilə kitablar saxlamağa qorxur, qədim əlyazmaları və ərəb əlifbası ilə çap olunmuş kitabları yandırırdılar. Ona görə də latın əlifbasına keçiddən sonra Azərbaycanda şəxsi kitabxanalarda Qurandan başqa ərəb əlifbası ilə yazılmış kitablar qalmamışdı. Bu isə anadilli kitab çapının 1907-1923-cü illərdə əldə etdiyi nailiyyətlərin məhv edilməsi demək idi.

Bu, sözün həqiqi mənasında Azərbaycan ədəbi və filoloji mədəniyyətinin faciəsi idi. Nəticədə, müharibədən sonra 30 il əvvəl çıxmış adi kitablar üçün arxivlərə öz tutmaq lazım gəlirdi. Buradakı kitab fondları da ciddi siyasi nəzarətə alınmış məxfi, az məxfi, nadir, bir nüsxəli fondlara bölünmüşdü ki, onların hər birinin alınıb oxunmasının öz proseduru var idi.

Azərbaycanda qədim əlyazmaların şəxsi kitabxana sahiblərinin özləri tərəfindən məhv edildiyi halda, onlar Gürcüstan və Ermənistanda daha yaxşı qorunub saxlanmışdı. Azərbaycanın arxiv və fondlarında olmayan nadir əlyazma kitabları, bizim ölkəyə nisbətən erməni kilsəsinin Matenadaran adlı qədim kitab fondunda daha çox hifz olunmuşdu və bizim tədqiqatçılar artıq vəsait xərcləməklə İrəvana gedib orada işləməli olurdular.

Lakin ərəb və fars dillərində kitab və əlyazmaların ən çox hifz olunduğu yer Türkiyə muzeyləri və kitabxanaları idi. Osmanlı dövləti vaxtında bu kitab və cünglər əsrlərlə toplanıb islam-türk mədəniyyətinin və ədəbiyyatının abidələri kimi qorunmuşdu. Lakin Türkiyəyə elmi ezamiyyət almaq sovet vaxtı ancaq xristian xalqların nümayəndələrinə nəsib olurdu. Onlar isə aydındır ki, Türkiyə fondlarında Azərbaycan xalqının qədim irsini deyil, özlərini maraqlandıran məsələləri izləyirdilər.

Demokratik Cümhuriyyətin iflasından sonra Türkiyəyə mühacirət etmiş rus şərqşünaslıq məktəbinə məxsus çoxlu azərbaycanlı alimlər 30-cu illərdən başlayaraq, Türkiyə ədəbiyyatı və dili tarixinə aid böyük tədqiqatlar aparmış, orada müasir metodologiyaya əsaslanan türkoloji elmin formalaşmasına qüvvətli təsir göstərmişdilər.

Atatürkün hakimiyyətindən sonrakı illərdə də türklük şüuru və türk vətənçiliyi ideyaları orada da üstünlük təşkil edirdi. Bunun nəticəsində Türkiyə elmində, xüsusilə ədəbiyyat və dil özrə tədqiqatlarında türk dilində mətnlərə üstün elmi və estetik dəyər verilməsinə başlanmışdı. «Dədə Qorqud», Qazi Bürhanəddin divanı kimi fundamental abidələr orada çap edilmiş, tədqiq və tədris predmeti olmuşdu.

Lakin bütün bu nailiyyətlər Azərbaycan ədəbiyyatı tarixi hazırlanarkən, çox zaman tək-tək alimlərə məlum olsa belə, diqqətdən kənarda qalırdı. Çünki Türkiyə elminə və mənbələrinə müraciət etmək həm qeyri-rəsmi qadağan edilmişdi, həm də çox təhlükəli idi. Nəhayət, SSRİ-nin dağılması ərəfəsində bu məhdudiyyətlər aradan qaldırıldı.

Sovet vaxtı Azərbaycan ədəbiyyat tarixinin doğru işıqlandırılmasına mane olan mühüm amillərdən biri sovet elminin mübariz ateizmə əsaslanması idi. Mübariz ateizm prinsipi tələb edirdi ki, alim tarixi və ədəbi faktları araşdırarkən dini ideologiyanın bütün təzahürlərini mürtəce, istismarçı siniflərin müttəfiqi, xalq üçün tiryək adlandıraraq ifşa etsin. Bu isə Azərbaycan xalqının orta əsrlərdə yaratdığı türkdilli müsəlman mədəniyyətinə münasibətdə eybəcər hallara səbəb olurdu.

Mübariz ateizm prinsipi klassik poeziyanı ümumiyyətlə dini-mədəni hadisə və amil kimi qəbul etmirdi. Nəticədə Orta əsrlər ədəbi mətnlərinə elmi fikrin yolu bağlanmış olurdu. Məlumdur ki, klassik şeir dili və üslubu orta əsrlərdə ilkin olaraq dini üslub kimi, islam ehkamlarını təbliğ edən poetik formalar kimi meydana çıxmışdı. Bu bizim klassik ədəbiyyatın əsas xüsusiyyəti idi və Azərbaycan ədəbiyyatı bu cəhətdən başqa xalqların ədəbi tarixindən çox da fərqlənmirdi. Orta əsrlərdə din həm xristian, həm də müsəlman cəmiyyətlərində hökmran ideologiya idi. Ədəbi, fəlsəfi, etik fikir də həmin dövrdə dini ideologiyanın tərkibində yaşayıb inkişaf edirdi. Mübariz ateizm isə dini mütləq mənfi amil saydığından dini pərdəyə bürünmüş orta əsrin elmini, ədəbi təcrübəsini həqiqətdə olduğu kimi qəbul edib öyrənməkdən imtina edirdi.

Bəs bunun əvəzinə nə baş verirdi? Çox vulqar və qeyri-elmi araşdırmalar və elmi fikirlər ortaya çıxırdı. Sufi ədəbiyyatında sinfi mübarizə, sosial narazılıqlar axtarılırdı. Məlumdur ki, sufi poeziyası Allahı tərənnüm edən bir ədəbiyyatdır. Onun içində sinfi mübarizə, dövrdən narazılıq, hətta dünyəvi fikir və hisslər axtarmaq elmi riyakarlıq idi. yanlış elmi metodologiya alimləri mətnlərin mahiyyəti ilə, onların həqiqi elmi məzmunu ilə məşğul olmaqdan saxlayırdı.

Eyni sözləri hürufiliyə münasibət haqda da demək olar. Orta əsr təriqətləri sırasında cəsarətli ehkamlar irəli sürməsi ilə seçilən, ortodoksal islam tərəfindən təqib və qətllərə məruz qalan bu dini məzhəb də təhrif edilmiş, mistik və irticaçı adlandırılmışdır. Sovet senzurası və bir sıra mühafizəkar alimlər yeddi əsr əvvəl yazılmış Nəsimi şeirlərinin bir qismini guya ifrat dini məzmun daşıdığı üçün senzuraya məruz qoymuş, şairin yüzdən çox ən səmimi dini şeirləri indiyə qədər onun kitablarına salınmamışdır.

Bütün bunlar azmış kimi, hürufiliyi təbliğ edən poeziyaya insanpərvər, humanist, az qala ateist poeziya kimi təhlil verməyə təşəbbüslər edilmişdir. Halbuki hürufilərin öz Allah ehkamı vardı.

Orta əsr müsəlman ədəbi mədəniyyətinə münasibətdə yol verilən vulqar yanlışlıq islam dininin özünə münasibətlə bağlı idi. Marksizm xristian mühitində, xristian tərbiyəsi almış insanlar tərəfindən yaradılmışdı. Ona görə dinə düşmən münasibət bəsləyən marksistlər İslam dininə daha artıq ədavət və nifrətlə yanaşır, xristian psixologiyasından çıxış edərək İslamı qərəzlə mürtəcelikdə ittiham edirdilər.

İslam dininə belə münasibət marksistlərin daim əsas tutduğu tarixilik prinsipinə zidd idi. Bu prinsipdən çıxış edəndə islama da tarixi prosesin doğurduğu bir hadisə kimi qiymət verilməli, bu dinin başqalarından çox da fərqlənməyən ehkamlarına obyektiv və hörmətlə yanaşılmalı idi. Lakin vəziyyət bundan çox-çox uzaq idi.

İslama vulqar münasibət hələ Mədəni İnqilab dövründə özünü göstərirdi. Azərbaycanda ateist təbliğatı xüsusi sərtliyi, qəddarlığı ilə seçilirdi və din xadimlərinə qarşı görünməmiş terrorla müşayiət olunurdu. Bolşevik terrorundan ən çox ziyan çəkmiş təbəqə məhz din xadimləri idi. Din xadimləri güllələnir, məscidlər dinamitlə partladılırdı. Məscidlərdə klublar, kino zalları, anbarlar təşkil edilirdi.

1937-ci il terrorundan sonra Azərbaycanda şərqşünaslıq və onun tərkibində türkologiya sahələri qadağa altına düşdü. Azərbaycanın siyasi və ədəbi tarixinə dair mənbələrin biri də işıq üzü görmürdü. Ədəbiyyat elminin nümayəndələri orta əsr klassiklərinin mətnlərini belə, tərcümə və nəşr etməkdən qorxurdular. Belə təşəbbüslər olduqda belə, nəşriyyat planları Mərkəzi Komitədə müzakirə olunan zaman plandan çıxarılırdı. Bircə misal göstərək. Mahmud Kaşğarinin «Divani lüğatit-türk» əsəri hələ 30-cu illərdə çapa hazırlanmışdır. Həmin əsər 60 ildən çox Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun arxivində qalmış və bu yaxınlarda çap edilmişdir. Bu işi bizdən çox-çox sonra başlayan respublikalarda bu abidə artıq işıq üzü görüb. Bizdə isə abidəni tərcümə edib çapa hazırlayan alim 1937-ci ildə güllələndiyindən heç kəs bu mətnə sahib durmurdu.

Keçən əsrin 80-ci illərinə qədər A.A.Bakıxanovun «Gülüstani-İrəm» əsərindən başqa, Azərbaycan tarixinə dair heç bir ciddi tarixi mənbə tərcümə və çap etdirilməyib. Yalnız mərhum Ziya Bünyadov nüfuzlu bir akademik olandan sonra ərəb tarixçilərinin əsərlərindəki Azərbaycanla bağlı hissələri rus dilinə tərcümə edərək Bakıda çap etdirdi.

Azərbaycan ədəbiyyatı tarixinə məxsus islam ideologiyasını daşıyan saysız-hesabsız mənbələrin çapı üçün, bir qayda olaraq MK-nın rəsmi qərarları çıxmalı idi. Kommunistlər milli azlıqların şüurunu tez bir tarixi vaxtda marksistləşdirmək üçün o qədər tələsirdilər ki, bunun üçün hər cür ikiüzlü saxtakarlıqdan istifadə edir, islama məxsus dini-ədəbi mədəniyyətin çapını, üzə çıxarılıb öyrənilməsini məhdudlaşdırırdılar. Onlar bu xalqları öz dini və milli köklərindən ayırmaq, onları manqurtlaşdırmaq, etnik yaddaşa məxsus hər şeydən təmizləmək istəyirdilər.

Əruza əsaslanan klassik şeir dilinin sadələşməsində və tədricən xəlqiləşməsində şiə müqəddəslərinin faciəsi mövzusunda yazılan anadilli mərsiyə ədəbiyyatı misilsiz rol oynamışdır. Ərəb-fars dillərini bilməyən, çox zaman pis bilən el dərvişləri əruz vəznində  Kərbəla hadisələrini təsvir edən sadə dilli qəsidələr yazır, bunlar mollaxanalarda, təziyə məclislərində geniş xalq kütləsi tərəfindən əzbərlənirdi. Çoxlu ərəb və fars sözlərinin canlı danışıq dilinə daxil olması da bununla əlaqədar olmuşdur.

Lakin rəsmi elmdə kök salmış islama mənfi münasibət ind­i­yə qədər yazılmış mərsiyə ədəbiyyatının və mərsiyə şairlərinin ədə­biyyat və dil tarixində layiqli yer tutmasına imkan verməmişdir. M.Ə.Sabir, Ə.Vahid kimi xalq dilinə əsaslanan əruzda yazmış şairlər mərsiyə ədəbiyyatının dil və üslub ənənələri üzərində yetişmişdilər. Ümid etməyə dəyər ki, bu sahədəki boşluq müstəqillik dövrünün ədəbiyyat tarixlərində doldurulacaq, mərsiyə ədəbiyyatının dili də ədəbi dil tarixində öz layiqli yerini tutacaqdır.

XIX əsrin sonu, XX əsrin əvvəllərində islam maarifçiləri islamın tarixinə, Quranın şərhinə, şiə hərəkatının tarixinə dair bir sıra dövrünə görə maraqlı əsərlər yazmışlar. Bir sıra din xadimləri tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuşlar. Bütün bunlar Azərbaycan maarifçiliyinin müstəqil və qüvvətli bir qanadını təşkil edir. Lakin mövcud ədəbiyyat tarixləri islami maarif hərəkatının böyük tarixini ictimai və ədəbi fikir tariximizdən qovmuşlar. Söhbət Azərbaycan ruhaniliyinin tərəqqipərvər, gözüaçıq və maarifçi nümayəndələrinin filoloji, dini-bədii və publisistik irsindən gedir.

Sovet dövründə təkcə müsəlman ədəbi-filoloji mədəniyyəti yox, həm də ana dilimizdə xristian missionerlərinin zəhmətinin nəticəsi olan «Əhdi-ətiq» və «İncil» mətnləri də filoloji elmi fikrin diqqətindən kənarda qalmışdır. Söhbət 1820-1920-ci illər arasında Azərbaycan dilində ərəb əlifbası ilə buraxılmış onlarla kitabdan gedir. Bircə onu qeyd edək ki, 1922-ci ildə Leypsiqdə Bibliyanın tam mətni ərəb əlifbası ilə tam həcmdə ana dilimizdə çap edilmişdir. Sovet siyasi orqanları onların Azərbaycana gətiril­mə­s­inə, heç olmasa, filoloq və dilçi alimlər tərəfindən araş­dırıl­ma­sı­na da imkan verməmişlər. Bu, sözün həqiqi mənasında mədə­niy­yətə və konkret olaraq dini mədəniyyətə qərəzli, düşmən mü­na­si­bət idi. Sözdə vicdan və əqidə azadlığından danışan bolşe­vik­lər dinə münasibətdə bundan oddan qorxan kimi qorxurdular.

SSRİ-nin dağılması ərəfəsində xristianlığın müqəddəs kitabı olan İncil Beynəlxalq Bibliyanı Tərcümə İnstitutunun nəşri kimi buraxılmış və onun nüsxələri Bakıda ziyalılar arasında yayıla bilmişdir. Bu ilk nəşrdən sonra «İncil»in yeni nəşrləri də buraxılmışdır və Azərbaycanda açıq şəkildə yayılmaqdadır.

Xristianların müqəddəs mətnlərinin kanonik nəşrlərinin Azərbaycan dilində buraxılması böyük mədəni və filoloji hadisə idi. Beynəlxalq Bibliyanı Tərcümə İnstitutunun buraxdığı «Uşaq bibliyası» kitabı da bu qəbildəndir. Bu nəşrlərin bir əhəmiyyəti də Bibliyada olan şəxs, yer adlarının və digər terminlərin kanonik qar­şı­lığının və tərcüməsinin verilməsidir. Şübhəsiz ki, Bibliyadakı şəxs adları üçün Azərbaycan alimləri tərəfindən yazılmış varia­n­tın verilməsi doğru olmazdı. Rəsmi kanonik nəşrlər bu mürəkkəb prob­lemi həll edir.

Müstəqillik dövründə Quranın bir neçə yeni tərcüməsi orta­ya çıxmışdır. Bibliyadakı şəxs, yer adlarına, çoxsaylı dini ter­min­lə­rin bir çoxuna Quranda da təsadüf olunur. Monoteist maarif və yazı tarixində mövcud olan kanoniklik prinsipi tarixən daim gözlənilmiş və savadlı yazı etalonunun ortaya gəlməsinə səbəb olmuşdur. Müstəqil ölkəmizdə vicdan və dini etiqad azadlığının reallığa çevrilməsi istər Quranın, istərsə də monoteizmə məxsus digər dinlərə aid kitabların çapını vacib edir.

Müqəddəs kitabların tərcüməsi Azərbaycan tərcümə mədəniyyətinin ən vacib, ən fundamental sahələrindən biridir. Qabaqcıl Avropa ölkələrinin tərcümə, yazı, orfoqrafiya qaydaları müqəddəs kitabların bu dillərdə nəşri ilə başlanmışdır. Bir qədər gec də olsa, bizdə də müqəddəs kitablar nəşr və tədris olunmağa başlayır. Bir sıra ali məktəblərdə ilahiyyat fakültələri yaradıl­mış­dır. Onlarda keyfiyyətli təhsil verilməsinin əsas şərtlərindən biri həm kanonik, həm də elmi tərcümə və orfoqrafiya prinsiplərinə uy­ğun dərsliklər və kitablardır.

Lazımi elmi və kanonik səviyyəli dini kitabların çapı üçün il­kin mənbə bizim klassik ədəbiyyatımızdır. Qazi Bürhanəddin, Nəsi­mi, Həqiqi, Xətai, Füzuli kimi dahilərə məxsus abidə­lə­ri­miz­də monoteizmin külli miqdarda obraz, ad, termin və anlayışları ana dilimizdə verilmişdir. Kanonik və sabit dini orfoqrafiya yara­dar­kən, ilk növbədə, bu klassiklərin və onlarla başqa türkdilli is­lam alimlərinin təcrübəsindən də istifadə edilməlidir. Bununla ya­na­şı, xristian missionerlərinin özlərinin son iki yüz ildə Azərb­ay­can və başqa türk dillərinə tərcümə etdikləri kitabları da filoloji və tər­cü­mə üslubu baxımından elmi süzgəcdən keçirmək, vacib elmi prob­lem kimi dil və ədəbiyyat alimlərimiz qarşısında durur.

Hazırda klassik ədəbiyyatda islama münasibət problemində iki ifrat yanaşma aşkar seçilir. Bunlardan birincisi, müasir İranda hak­im olan islamçı elmi istiqamətin təsiridir. Bu təsir nədə özünü gös­tərir?

Filoloji baxımdan hər bir din və islam, ilk növbədə, bəşəriy­yə­tin ümumi mədəniyyətinin bünövrəsidir, qısaca desək, mətn mə­də­niyyətidir. Belə yanaşdıqda din – fəlsəfi sistemdir, əxlaq, hü­quq, humanizm və sair nəzəriyyələrinin məcmusudur. İslama və digər dinlərə elmi şəkildə yanaşmaq bu istiqamətdə araşdırma və tədqiqat aparmaq deməkdir.

Müasir İran elmində islama, onun mətnlərinə elmi münasibət alimin öz dini hissiyyatları və Allaha məhəbbəti ilə qarışır. Nəticədə elmi və dini şüur qarışır, sxolastikaya yaxın bir şey ortaya çıxır. Alimin düşüncəsində elmi məntiqlə subyektiv Allah məhəbbəti, qısqanc müsəlmanlıq şüuru qarışır. Belə halda, elmi obyektivlikdən və dərinlikdən, elmi həqiqətin ortaya çıx­ma­sın­dan danışmaq və bunu gözləmək çətindir. Dini qısqanclıq, islama məxsus olan hər şeyin, hər hərəkətin tənqidi süzgəcdən keçiril­mədən tərif və himayə edilməsi, pozitiv və ədalətli bir şey kimi qələmə verilməsi dini mətnlərə münasibətdə absurd itti­ham­la­ra, elmi düşüncənin obyektivliyinin itməsinə gətirib çıxarır.

Məlumdur ki, islam təriqətlərinin hamısı, ilk növbədə, poetik-simvolik formada, bədii düşüncəyə məxsus məntiqlə şərh və təbliğ edilmişdir. Müasir tədqiqatçı üçün bu təriqətlərin mahiyyəti, fikri və ehkami kökləri, siyasi şərtləri maraq doğurur. Elm üçün sufilikdə maraqlı olan nədir?

İlk növbədə maraqlı odur ki, onların Allaha sevgisi hansı arqu­mentlərdən, ehkamlardan irəli gəlirdi, ariflər özləri Allahı necə anlayır və təsəvvür edirdilər? Yəni biz orta əsrlərdə sufiliyə kütləvi meyllik səbəblərini anlamağa çalışmalıyıq. Bundan sonra isə onların yazdıqları əsərlərin fəlsəfi-etik, estetik əhəmiyyətini, müsəl­man mədəniyyətinə verdikləri töhfələri ortaya çıxarıb izah et­məliyik.

Lakin hər hansı alim sufilik haqqında yazarkən öz obyektiv və mömin müsəlmanlıq hisslərindən sərf-nəzər edə bilmirsə, onda onun sufilik haqda əsəri bu təriqətin ortodoksal islama zidd ol­ma­sı­nın izahından uzağa gedə bilmir. Yəni sufiliyə küfrə meyldən, dini şüurun səhvindən başqa heç bir səciyyə verə bilmir. Nəticədə araş­dırmanın elmi mahiyyəti itir.

Dini mətnlər tarixinə belə münasibət müəyyən baxımdan keç­mişə partiyalı münasibətə bənzəyir. Partiyalılıq prinsipi tələb edirdi ki, hər bir dində və bədii əsərdə partiyanın tarix fəlsəfəsinin müddəaları aşkar edilsin. Bu elmdən uzaq, dini ehkamçılığa yaxın bir şey idi.

Elmi və dini şüurun qarışmasından da eyni nəticə alınır: mömin müsəlmanın Allahı necə anlamaq barədə İranda rəsmi qüvvədə olan təsəvvürü vardır. O, istər hürufiləri, istər sufiləri, istər babiləri oxuyub şərh edəndə, ilk növbədə, onların rəsmi Allah konsepsiyasından nə dərəcədə sapdıqlarını aydınlaşdırır. Yəni onun alimliyi sufi, hürufi, babi və s. mətnlərdə küfrün dərəcəsini izah etməkdən ibarət olur. Bu halda, ilk növbədə, islami mətnlərə mədəniyyət kimi, dini-əxlaqi şüurun bir şəkli kimi baxmaq zərurəti kənarda qalır. Elm alimin dini hisslərini üzə çıxaran fəaliyyətə daha çox yaxınlaşır.

Dini mətnlərə münasibətdə müasir elmimizdəki ikinci meyl  söylədiyimiz birinci halın təxminən zəif formasıdır. Son zamanlar sovet ateist şərqşünaslıq məktəbinin formalaşdırdığı bir çox Azərbaycan alimləri dindar olublar: onlar namaz qılır, oruc tutur, təəssübkeş müsəlmanlar kimi davranırlar.

Əlbəttə, elmi şüurla fərdi dini şüur arasındakı sərhəd şüurlu surətdə gözləndiyi halda, alimin dindarlığının heç bir qeyri-elmi nəticələri olmur. Lakin təəssüf ki, bizim bir sıra şərqşünas alimlərimiz, klassik mətn tədqiqatçılarımız da öz dini hisslərini əsərlərində büruzə verməkdə ifrata varırlar. Biz onların adlarını çəkmirik, çünki onlar bizim elmin ən məhsuldar və mötəbər yaradıcılarıdır.

Alim üçün islama qayıdış  dini mədəniyyətin tədqiqindəki qadağaların, bağlı yerlərin aradan getməsidir. İslama qayıdış bu mədəniyyətin xalqımızın qədim dini, ədəbi, hüquqi, fəlsəfi-əxlaqi, elmi irsinin bünövrəsi kimi təqdim edilməsi imkanının və azadlığının yaranmasıdır.

Bu bir şeydir və alimin bir insan kimi, fərd kimi Allaha etiqad etməyə başlaması başqa şeydir. Bu, alimin insan kimi dinə, islama qayıdışıdır. Bu qayıdışın şərqşünaslıq və ədəbiyyat tarixi elmlərinin islama elmi problem kimi qayıdışı ilə heç bir əlaqəsi yoxdur. Bunları qarışdıranda, ilk növbədə elmimiz itirir, sonra isə alimin öz yaradıcılığı itirir.

Azərbaycan şərqşünaslığı və ədəbiyyat tarixçiliyi üçün islama qayıdış, ilk növbədə, islami mənbələrin hamısının alimlərin üzünə açılmasıdır. İslama qayıdış xalqımızın islami yazı mədəniyyətinin, külli miqdarda diqqətdən kənarda qalmış sırf dini mətnlərin tədqiqata cəlb olunması üçün elmi azadlıq imkanının yaranmasıdır. Bizim klassiklərin dini məzmun daşıdığı üçün üzə çıxarılmamış xeyli əsərləri öz çapını gözləyir.

Ədəbi - publisistik fikirdə

erməni aqressivliyi problemi
1905-1920-ci illərdə Azərbaycanda milli şüurun sürətli dirçəlişi məhz 1905-ci il erməni-müsəlman qırğınlarının baş verməsi ilə bağlı idi. O zaman müsəlmanlıq şüuru daha güclü olduğundan erməni-türk qırğınları «erməni-müsəlman» davası kimi adlandı. Belə bir adi fakt onu göstərirdi ki, 1905-ci ildə azərbaycanlıların milli mənlik şüuru onların dini həmrəylik şüuruna nisbətən xeyli zəif idi. Çünki İslam maarifçiliyi cərəyanı Azərbaycanda da qüvvətli idi. Bu cərəyanı ən çox Osmanlı sultanları himayə edir və bu yolla öz imperiyalarını qoruyur, ona yardımçı olan tərəfdarlar tapırdılar.

Təsadüfi deyil ki, hələ 1913-1914-cü illərin türk-italyan və türk-bolqar müharibələrinə Azərbaycandan və Volqaboyunda yaşayan türklərdən çoxlu könüllü döyüşçülər getmişdi. Rus çarları hələ XIX əsrin əvvəllərindən Osmanlı imperiyasına qarşı slavyan xalqlarının həmrəyliyi ideyasından istifadə edirdi. Slavyanofillik rus çarlarının rəsmi siyasəti idi və Osmanlı dövlətini dağıtmağa yönəldilmişdi.

Lakin rus çarlarından fərqli olaraq Osmanlı sultanları türkçü­lük məfkurəsini yaxına buraxmırdılar. Bunun əsas səbəbi sultanların formal olsa da, Məhəmməd peyğəmbərin yaratdığı dövlətin – Xilafətin varisi hesab edilmələri idi. Onlar öz «xəlifə» titullarına xüsusi əhəmiyyət verirdilər və bu, onların xarici siyasətində mühüm yer tuturdu.

Osmanlı sultanlarının türkçülüyə mənfi münasibətinin digər səbəbi ruhaniliyin sultan sarayında çox möhkəm mövqelərə malik olması və ilk növbədə, məhkəmə hakimiyyətini də icra etməsi ilə bağlı idi. Sultanlar özləri belə, bu ruhanilərlə hesablaşırdılar.

Lakin bu vəziyyət Osmanlı imperatorluğunun zəmanədən geri qalması və orta əsr dövlətçilik prinsiplərinə üstünlük verməsi ilə nəticələnirdi. Belə tarixi şərtlər nəticəsində Osmanlı Türkiyəsi XVIII-XIX əsrlərdə ağır hərbi məğlubiyyətlərə düçar oldu. Bunun bir səbəbi hərbi gerilik, o birisi isə sultanların eyni vaxtda üç cəbhədə vuruşması idi ki, bu da imperatorluğun dağılması ilə nəticələnməli idi və nəticələndi. Osmanlılar Rusiya və Avropa ilə vuruşmaqla yanaşı, qonşu müsəlman dövləti olan İran ilə də dil tapa bilmir və fasiləsiz müharibələr aparırdı. Nəticədə XIX əsrin son rübündə Osmanlı dövləti tamam zəiflədi.

Fürsəti anlayan Türkiyə erməniləri Osmanlı dövlətinə qarşı məxfi müharibəyə başladılar. Zahirən müti olan ermənilər o zaman Osmanlı sarayında maliyyəçilər, diplomatlar, həkimlər, tərcüməçilər kimi möhkəm mövqe tuturdular. Onlar Osmanlı dövlətinin bütün sirlərini xristian dövlətlərinə satır, həm Qərbə, həm də rus çarlarına işləyirdilər. Türkiyənin maliyyə və ticarəti, hərbi sənayesi və tikintisi ermənilərin əlində idi. 1895-ci ildə Türkiyə ərazisində Daşnaksütyun partiyası yarandı və öz qarşısına hərbi, siyasi və terror yolu ilə erməni dövləti yaratmaq vəzifəsini qoydu.

Avropa və Rusiya dövlətləri bu xəbəri sevinclə qarşıladılar. Osmanlı imperiyasını dağıtmaq üçün bu dövlətin öz daxilində oyuncaq qurum yaranmışdı. Avropalılar da, rus diplomatları da müsəlmanların qədim nökəri olan ermənilərə nifrət edirdilər: xristian dünyası ermənilərə pul qazanmaq üçün hər şeyə hazır olan əxlaqsız və prinsipsiz kölələr kimi baxırdılar. Çünki erməni üzünü xristian saysa da, istənilən dövlətə və dinə tarixən xidmət et­miş, öz adlarını peşəkar xəyanətkar kimi tanıtmışdılar. Onlar üçün dövlət yaratmaq işinə heç bir Avropa monarxı ciddi yanaş­mır­dı.

Lakin diplomatiyanın ermənilərə münasibəti başqa idi. On­la­ra müxtəlif ölkələrə girmək, burada siyasi təxribat və oyunlarla məş­ğul olmaq üçün adamlar lazım idi. Bütün Şərqə yayılmış, bü­tün saraylarda yuva salmış ermənilər bu işə çox yaxşı yarayırdılar. Av­ropa və Şərqin bütün ordularında tərcüməçi ermənilər vardı.

1905-ci ildə çarizmin fitnəkar siyasəti nəticəsində Qara­bağ­da, o cümlədən Şuşada erməni-müsəlman toqquşmaları başladı və qırğın­larla nəticələndi. Azərbaycanlılar Çar Ordusuna çağırıl­ma­dı­ğından, hərbi iş və odlu silahdan istifadə etməyi bilmirdilər. Ona görə Qarabağ kəndliləri Rusiya silahı ilə silahlanmış er­mə­ni­lər qarşısında əli yalın qaldılar. Ermənilərin 1905-ci ildə Qa­ra­bağ­da azərbaycanlılara qanlı divan tutmasına qədər ölkədə siyasi şüur çox zəif idi. bunun əsas səbəbi millətin siyasi şüurunu for­ma­laş­dı­ran milli dövlət ənənəsinin yoxluğu idi. Azərbaycan xanlıqlar döv­rünü XVIII əsrin ikinci yarısında və XIX əsrin əvvəllərində keç­mişdi. Çarizmin Qafqazı tutması xanlıqlar dövrünün milli döv­lət qurulması ilə tamamlanmasına imkan vermədi. Azərbaycan xan­la­rından milli dövlət yaratmağa ən yaxın olan Fətəli xan da əlli dörd yaşında qəflətən öldü. Beləcə, ərazi və dil baxımından, iqti­sa­di baxımdan dövlət yaratmaq üçün hazır olan xalq bir əsr­dən artıq bir müddətdə Rusiyanın müstəmləkə ucqarı kimi qaldı.

Çarizmin müstəmləkə siyasəti də millətlərin siyasi şüurunun inkişafını ləngitməyə yönəlmişdi. Türk xalqlarının ziyalıları böyük dövlət vəzifələrinə qoyulmurdu. Müsəlmanlar heç hərbi xidmətə də çağırılmırdı: çarizm onlara inanmırdı, o biri tərəfdən isə müstəmləkə xalqlarının nümayəndələrinin silahdan istifadə et­məyi bacarmasını, ilkin hərbi hazırlığa malik olmasını da istə­mir­di.

1905-1906-cı illərin erməni-müsəlman qırğınlarında müsəl­man­ların özlərini müdafiə etməsi kəskin bir problem kimi ortaya çıxdı. Ermənilər xristian olduqlarından çar tərəfindən hərbi qulluğa çağırılır, onlar zabit məktəblərinə də qəbul olunurdular. Ona görə azərbaycanlıları qırmaq lazım gələndə ermənilər kütləvi şəkildə silaha sarılırdı. Bunun əksinə olaraq müsəlmanlar odlu silahı tutmağı belə bilmirdilər. Beləcə müsəlmanların sayca özlə­rin­dən qat-qat az olan ermənilər qarşısında köməksizliyi ortaya çıxırdı. Müsəlmanların hərbi mütəşəkkillik haqqında anlayışları yox idi. Çarizm isə ermənilərə tərəf idi və bütün hallarda onları qoru­yurdu.

Beləliklə, ermənilərlə qonşuluqda yaşayan müsəlmanların qorunması böyük və təzə bir siyasi problem kimi müsəlmanların qarşısına çıxdı. Həyat özü müsəlman ziyalılarını, ruhanilərini və hətta varlı təbəqəni də siyasətlə məşğul olmağa dəvət edirdi.

1905-ci ildə bir sıra ziyalıların iştirakı ilə «Dəfai» təşkilatı yarandı. Bu qurum leqal şəkildə yaradılmışdı və müsəlmanları erməni aqressiyasından qorumaq, onlara rəhbərlik etmək, qırğınların qarşısını almaq niyyəti ilə yaradılmışdı. Təşkilatın adı da dəf etmək, qorumaq mənası verən feldən yaranmışdı. Həmin təşkilat müsəlmanların aşağıdan və çar administrasiyasından asılı olmadan yaratdıqları ilk müsəlman siyasi təşkilatı idi.

1905-ci il erməni-müsəlman qırğınlarından sonra Qafqaz türk­ləri termini daha geniş bir məna aldı və azərbaycanlıların adların­dan biri kimi işlənməyə başladı. bu isə erməni aqressi­ya­sına cavab idi. Qabaqcıl ziyalılar anladılar ki, ermənilərin təzyi­qinə cavab vermək üçün bütün Azərbaycan türkləri birləşməli, yollar və vasitələr axtarmalıdırlar.

Beləcə, milli şüurun bünövrəsi olan milli birlik və həm­rəylik ideyası ortaya çıxdı. Qabaqcıl Azərbaycan ziyalıları özlə­ri­ni xalqlar həbsxanası olan Rusiya dövləti tərkibində ayrıca bir xalq kimi, məxsusi maraqları olan toplum kimi dərk etdi.

Azərbaycan xalqının taleyi məsələsi siyasi publisistikanın və ədəbiyyatın predmetinə çevrildi. Aydın oldu ki, azərb­ay­can­lı­la­rı müsəlman olmaqdan başqa bir əlamət də birləşdirirdi. Bu əla­mət islam ideologiyasında qəbul olunmayan milli əlamət idi. Bu əlamətin ortaya çıxması Azərbaycanda milli şüurun sürətli təşəkkül prosesi demək idi.

Müsəlman icmasının üzvləri etnik mənsubiyyətindən asılı olmayaraq, «ümmət» adlanırdı. Bunun nəticəsində müsəlman aləmində etnik mənşə və əlamətlər ikinci dərəcəli sayılırdı. Lakin ermənilər yalnız etnik baxımdan türk olanları qırdıqlarından türkcə danışan müsəlmanlar düşmənin köməyi ilə özlərini müsəlman türklər kimi və ya türklər kimi dərk etməyə başladılar.

Faktiki olaraq müsəlman həmrəyliyindən türk həmrəyliyinə keçid baş verdi. Azərbaycanlılar özlərini islam ümmətinin üzvü olmaqdan başqa, həm də türk millətinin nümayəndəsi kimi də dərk etməyə başladılar. Ümmətçilikdən millətçiliyə keçid başlandı ki, bu da milli şüurun əsas komponentlərindən idi. Ona görə ki, milli dövlət ancaq milli birlik və həmrəylik ideyaları əsasında qurula bilərdi.

1915-ci ildə Türkiyə erməniləri Sultan Ordusunun dalbadal məğlubiyyətlərindən ürəklənib elə bildilər ki, Türkiyə dövlətinin sonu çatıb. Antanta dövlətlərinin agentləri Türkiyə erməniləri içərisində işləyir, onlara maliyyə yardımı edirdilər. Məqsəd Almaniyanın müttəfiqi olan və Balkanlarda Antanta ordularının əl-qolunu bağlayan Türkiyə imperatorluğunu daxildən dağıtmaq idi.

Ermənilər vaxtın yetişdiyinə inanıb təbəəsi olduqları dövlətin daxilində qiyam qaldırdılar və ermənilərlə müştərək şəhər və kəndlərdə yaşayan silahsız Türkiyə vətəndaşlarını qırmağa başladılar. Ermənilər bununla Türkiyə ərazisində yaratmaq istədikləri dövlət üçün əhalisi xalis ermənilərdən ibarət olan ərazilər hazırlayırdılar. Türkləri qırmaqda məqsəd bu idi.

Lakin erməni millətçiləri və onların başında duran kilsə ya­nıl­mışdı. Türkiyə dövləti öz vətəndaşlarını müdafiə edə bi­lm­ə­yə­cək dərəcədə zəifləməmişdi. Osmanlı dövlətinin təhlükəsizlik qüv­və­ləri cəbhələrdən diqqətini yayındırıb ermənilərlə məşğul ol­ma­lı oldu. Aydın məsələdir ki, Türkiyə öz ərazisində təzə bir döv­lət yaranmasına kənardan baxa bilməzdi. Ermənilərin silahlı və qanlı qiyamı yatırıldı. Lakin Osmanlı dövləti xeyli gecikmişdi. On minlərlə türkiyəli vətəndaş günahsız olaraq qətlə yetirilmişdi. Qanlı vətəndaş müharibəsi nəticəsində hər iki tərəfdən çoxlu vətəndaş həlak oldu. Oyuncaq erməni dövləti qurumu məhv edildi.

Bu hadisələr ermənilərin xəyanətkar və riyakar siyasi sifətini açıb bütün dünyaya göstərdi. Onlar ərazisində yaşadıqları dövlətə qarşı tarixdə görünməmiş xəyanət etmişdilər. Bu xəyanətə layiq cəzalarını da aldılar.

Lakin Osmanlı dövlətinə qarşı qızışdırılan erməni mil­lət­çi­lə­ri, Avropa dövlətləri və diplomatiyası, o cümlədən müsəl­man­la­ra düşmən olan qərb mətbuatı Türkiyə əleyhinə görünməmiş təb­li­ğa­ta və şantaja başladılar. Bütün bunlar ermənilərin Türkiyə döv­lə­ti­ni zəiflətmək sahəsindəki xidmətlərinin əvəzi idi.

O biri tərəfdən Avropa və rus diplomatiyası anti-Türkiyə təb­li­ğatı və diplomatik təzyiq ilə Türkiyə ermənilərinin faciə­sin­də­ki öz səbəbkar və günahkar rollarını pərdələyirdilər. Beləliklə, er­mənilər doğma dövlətlərinə xəyanətlərini, avropalılar isə erməni xal­qını qırğına vermələrini gizlətmək üçün genosid adlı mifi il­dən-ilə şişirdib böyütməyə başladılar.

Osmanlı türkləri ilə sultan təbəəsi olan ermənilər arasındakı əda­vət beynəlxalq miqyas aldı və Türkiyə sərhədlərini adladı. Rusi­yadakı saysız-hesabsız türk xalqları da ermənilərin düşməni sayıl­mağa başladı.

1916-1918-ci illərdə Azərbaycanda milli burjuaziyanın rəh­bər­li­yi ilə burjua inqilabı, milli istiqlal hərəkatı yetişmişdi. Çar sara­yında, sonra isə Moskva bolşeviklərində aydın fikir yaranmışdı, Rusiyanın Qafqazdan və neftlə zəngin olan Bakıdan çıxarılması vaxt məsələsi idi. Hərbi, siyasi və iqtisadi baxımdan müstəqil Azərbaycan dövlətinin yaranması zamanı yetişmişdi.

Lakin rus millətçiləri, o cümlədən hakimiyyəti ələ almış millətçi rus bolşevikləri buna heç cür yol vermək istəmirdilər. Rusiya dövlətinin sabit inkişafı üçün onun Bakı neft sənayesi üzərində nəzarəti vacib idi.

Belə halda, bolşeviklər də başda V.Lenin olmaqla erməni kartından istifadə etmək qərarına gəldilər. Erməni bolşevik, əslində isə qatı terrorçu və daşnak S.Şaumyan Bakıda türklərə qarşı erməni qiyamı hazırlamaq üçün şəhərə göndərildi. S.Şaumyan 1918-ci ilin martında Moskvanın mandatı ilə və onun adından Bakıda Azərbaycan türklərinin gözlənilən istiqlal inqilabına qarşı erməni qiyamı təşkil etdi. Bakıda 47 min adam bir neçə gündə erməni və rus silahlıları tərəfindən qətlə yetirildi.

Amma bu qədər adamın qanlı qətli və qarəti Bakıda Azər­bay­can xalqının müstəqil dövlət qurmaq əzminin qarşısını ala bil­mədi. Sonuncu Rusiya Müəssislər Məclisinin Azərbaycandan olan deputatları 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Cüm­huriyyətini elan etdilər.

Amma ermənilərlə mübarizə hələ yetmiş il də davam etdi. Alma­niyanın Birinci Dünya Müharibəsindəki qələbəsi ölkədə marksistlərin qiyamı nəticəsində əlindən çıxdı. Rusiyanın Azər­bay­ca­na yolu təzədən açıldı. 1920-ci ilin 27 aprel gecəsi XI Qızıl Or­du qatarla sərhəddi keçib qısa bir vaxtda Azərbaycanı işğal etdi. Bolşevik cildinə girmiş ermənilər Demokratik Cümh­ur­iy­y­ə­tin zabit və mülki xidmətçilərini kütləvi surətdə güllələyən bol­şe­vik zabitlərinin tərcüməçisi və bələdçisi oldular. Partiya xətti ilə isə ermənilər şəhərdə hakimiyyəti təzədən ələ aldılar. Ermənilərə qar­şı mübarizənin N.Nərimanov mərhələsi başladı.

Milli dövlətin yaranması üçün milli siyasi təşkilat və par­ti­ya­lar yaranmalı idi. Çünki bunlarda milli həmrəylik hisslərinin bir təzah­ürü olurdu. Erməni-müsəlman davasından sonra 1907-ci ildə çıx­mağa başlayan «Molla Nəsrəddin» jurnalı və orada çalışan bö­yük xalq şairi Mirzə Ələkbər Sabir Azərbaycan xalqının milli şüu­ru­nun, tərəqqi və azadlıq arzularının ən parlaq ifadəçisi oldu.

Məhz erməni-müsəlman qırğını müsəlman azərbaycanlıların ölçü­yəgəlməz dərəcədə zəmanədən geri qaldığını aşkara çıxa­r­mış­dı. Sabir poeziyasında azərbaycanlılar özlərini, ilk dəfə olaraq, güz­güdə olduğu kimi kənardan gördülər, dəhşətə gəldilər. Sabir poeziy­ası milli düşüncədə dəhşətli bir sıçrayış yaratdı. Onun əsərlərində ümumşərq konteksti də güclüdür, lakin sadə dili və üslubu ilə, səmimi ürək yanğısı ilə o, əsl Azərbaycan şairi və vətəndaşı idi. erməni-müsəlman qırğınının təsiri ilə Azərbaycandakı maarifçilik hərəkatı əməlpərvər bir cərəyana və istiqamətə çevrildi. Köməksiz, zavallı vəziyyətdə olan millətə kömək etmək, onu cəhalət qaranlığından maarif və müasirlik işığına çıxarmaq lazım idi. Onlar bütün qüvvələrini mətbuat və milli məktəb quruculuğuna verdilər.

Azərbaycanlılar ya müasir maarif və mədəniyyətə yiyələnəcək, ya da tarixin təpkiləri ilə məhv olub gedəcəkdilər. Qabaqcıl maarifçilər məsələni belə qoyurdular və bunda haqlı idilər. Onların yaratdığı xeyriyyə cəmiyyətlərinin əsas işi müasir məktəblər açmaq, yoxsul təbəqələrə məxsus şagirdləri təhsilə cəlb etmək idi.

1906-cı ilin oktyabr manifesti ilə Rusiyada mətbuata azadlıq verildikdən sonra maarifçilər mətbuatda rəhbər qüvvə oldular. Ölkəyə xidmət etmək, xalq üçün faydalı iş görmək milli və ictimai bir ideala çevrildi.

1911-ci ildə Məmməd Əmin Rəsulzadə Azərbaycan xalqının ilk siyasi partiyasını  Müsavatı yaratdı. Onun yaranması milli və siyasi şüurun tərəqqisində xüsusi bir mərhələ təşkil edirdi. Çar hakimiyyət orqanlarına paralel elə bir siyasi qüvvə meydana çıxdı ki, o da əslində özünü xalqın gələcək taleyinin sahibi kimi cəmiyyətə tanıdır və təqdim edirdi.

1918-ci ildə S.Şaumyanın başçılığı ilə Bakıda müsəl­man­la­rın qırğını, əsas zərbələrdən birini Müsavat Partiyasına vurmuşdu. Par­tiyanın qərargahının yerləşdiyi İsmailiyyə binası ermənilər tərəfindən yandırılmışdı. 1918-ci il qırğınından sonra erməni problemi Müsavat publisistikasında mühüm yerlərdən birini tutdu.

Demokratik Cümhuriyyət sərhəddə Ermənistan Respub­li­ka­sı ilə üzücü müharibə aparmalı olurdu. Bakıda isə erməni mil­lət­çi­lə­ri və burjuaziyası Demokratik Cümhuriyyətin hakimiyyətdən uzaq­laşdırılmasının əsas təşkilatçıları idilər. Ermənilər Mart Qır­ğının­dan sonra pis vəziyyətə düşmüşdülər. Onların Bakıda öz möv­­qelərini möhkəmlətməsi üçün bir yol vardı: Rusiyanın Azər­bay­cana qayıtması. Tarix elə gətirdi ki, ermənilərin istədiyi oldu.

Müsavat publisistikasında Rusiya ilə yanaşı daha iki qüvvə Azər­baycan dövlətçiliyinin qəddar düşməni kimi göstərilirdi: er­mə­nilər və İran dövləti. Bu barədə Mirzə Bala Məmmədzadə 1927-ci ildə «Ermənilər və İran» adlı ayrıca kitabça yazıb çap et­dir­mişdir. Əsərdə ermənilərin İran dövləti ərazisindəki güzəştli mövqeyinin tarixi geniş şərh edilmişdir. Əsərin əsas fikir xətti odur ki, Azərbaycan xalqı nə vaxt öz müstəqil dövlətini qurmağa çalışsa, mütləq ilk növbədə ermənilərin aqressivliyi ilə toqquşacaq. SSRİ-nin dağılması ərəfəsində baş verən hadisələr alimin uzaqgörənliyini təsdiqlədi.

1990-cı ildə Azərbaycan öz müstəqilliyini elan edəndən sonra sərhəddə ermənilərlə xırda toqquşmalar geniş müharibəyə çevrildi. Bu müharibənin arxasında bu dəfə Rusiyadan başqa bütün xristian dövlətləri də dayanırdı. Demokratik Cümhuriyyət kimi Müstəqil Azərbaycan Respublikası da doğulan kimi ermənilərlə üçüncü müharibəni aparmalı oldu.

Təkrarlanan təkcə tarixi hadisələr olmadı: 1988-ci ilin fevralından başlanan açıq ərazi iddiaları yenidən Azərbaycan xalqının siyasi şüurunun yüksəlişini şərtləndirdi. 1988-1990-cı illərdə Azərbaycanda görünməmiş kütləvi xalq hərəkatı, mitinq və tətillər dalğası yarandı. Ermənilərə qarşı mübarizə 80 il sonra birpartiyalı Azərbaycan cəmiyyətində yenidən siyasi bir qurum yarat­dı: Xalq Cəbhəsi. Həmin təşkilat ölkənin əsas siyasi qüvvələrini birləşdirdi. Məhz Xalq Cəbhəsinin təzyiqi və təkidi ilə Azərbaycanın Müstəqilliyinə dair Konstitusiya aktı qəbul olundu.

Erməni problemi müstəqillik ərəfəsində siyasi publisi­sti­ka­nın da aktiv sahəsi oldu. Hamı anlayırdı ki, müstəqilliyin əldə edil­mə­si və qorunması birbaşa erməni amilinin nə dərəcədə baca­rıq­la neytrallaşdırılmasından asılıdır.

Ermənilər Azərbaycana qarşı öz ərazi iddialarını uydurma elmi əsaslarla, ilk növbədə tarixi faktlarla əsaslandırır və Dağlıq Qarabağın bütün dövrlərdə ermənilərə məxsusluğu fikrini bütün dünyada yaymağa çalışırdılar. Belə uydurmaları dəf etmək üçün Azərbaycanın tarixçiləri başda akademik Ziya Bünyadov olmaqla külli miqdarda elmi tədqiqatlar apardılar. Qarabağın tarixinə dair çoxlu tarixi mənbələr çap edildi. Onlarla kitablar buraxıldı. Demək olar ki, Azərbaycanın tarixi coğrafiyası yenidən yaradıldı.

Azərbaycan alimləri sübut etdilər ki, Qafqaz Albaniyası bura­da tarixən yaşayan türk, qafqaz mənşəli, o cümlədən irandilli Mil və Muğan xristianlarının dövləti olub və onun ərazisində iran və türk dillərində danışıblar. Təsadüfi deyil ki, Albaniya dövrünün bütün xristian abidələri fars dilindədir. Ermənilərin qədim erməni dili adlandırdığı qrabar dili də pəhləvi dilinin xris­tian terminləri mənimsənilmiş ləhcəsidir.

Erməni kilsəsinin ana dili sasani dilidir. Ermənilərin öz ad­la­rı­na çıxdıqları qədim abidələr sasani dilindədir. Erməni kilsəsi həqi­qə­tən müstəqil kilsə olsaydı, onların öz «dilləri» olmalı idi. On­la­rın nəinki öz dilləri yoxdur, onların heç xristianlığın ana dil­lə­ri sayılan Suriya, Yunan və Latın dillərində də bir dənə əsərləri yox­dur.

İran ruhaniləri, xüsusilə radikal şiə xadimlər buddist, xris­tian və musəvi əqidəli iranlıların adını da eşitmək istəmirlər. Er­mə­ni­lər də bundan istifadə edir, özlərini iranlılardan fərqli bir xalq, III əsrdən bəri iranlı xalqların öz dillərində yazdıqları xris­tian əqidəli tarixi kitabları və abidələri isə erməni kitabları sa­yır­lar.

1988-1992-ci illərdə erməni faktoru ilə mübarizə Azər­bay­can­da milli şüuru siyasiləşdirən, doğma torpaqları müdafiə et­mə­yə çağıran, milli ordu yaratmağa səsləyən əsas ideoloji qı­cıq­lan­dı­rı­cı­lardan biri idi. Erməni xislətinə nifrət, ərazilərin qaytarılması ide­ya­ları xalqı birləşdirən, mübarizliyə dəvət edən, öz haqq işini bü­tün dünyada sübut edən amillərdən biri oldu.

Lakin 1920-ci ildən fərqli olaraq ermənilərin Azərbaycan döv­lətini dağıtmaq planları baş tutmadı. Düzdür, onlar torpaq­la­rı­mı­zın 20 faizini işğal etdilər. Lakin öz əsas məqsədlərinə nail ola bil­mədilər. Bu dəfə tarix Azərbaycanı xilas edəcək, onun müstəqil döv­lə­tini bütün qəsdlərdən qoruyacaq şəxsiyyəti də yetişdirmişdi. Hə­min rəhbər Heydər Əliyev idi.

Uzun müddət Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev er­mə­ni probleminə yaxşı bələd idi. Nə Avropa dövlətləri, nə Ru­si­ya, nə də erməni hiyləgərliyi onu çaşdıra, yanlış, xalqa zidd qə­rar­lar verməyə məcbur edə bilməzdi. Təəssüf ki, AXC hökuməti çox­lu belə səhvlərə yol verdi və Azərbaycanın bir sıra ərazilərini er­mə­nilərə təslim etdi.

Müvəqqəti olsa da, sülh şəraiti Müstəqil Azərbaycan döv­lə­ti­ni sabitləşdirməyə, onun iqtisadi və siyasi həyatını qaydaya sal­ma­ğa imkan yaratdı. Ordumuz möhkəmləndi. Yeni neft müqa­vi­lə­lə­ri ölkəmizin nüfuzunu möhkəmlətdi, Azərbaycanın iqtisa­diy­ya­tı­nı qaldırmağa imkan verdi.

1   ...   32   33   34   35   36   37   38   39   40


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə