AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ нур­лана яли­йева sovet döVRÜ azərbaycan əDƏBİyyati




Yüklə 2.78 Mb.
səhifə18/40
tarix21.02.2016
ölçüsü2.78 Mb.
1   ...   14   15   16   17   18   19   20   21   ...   40

1958-1986-cı illərdə Azərbaycanda ədəbiyyat

və incəsənətin vəziyyəti
1958-ci ildə Moskva Azərbaycan partiya təşkilatını millətçilikdə suçladı və İmam Mustafayevi vəzifəsindən azad etdi. Onun əvəzinə rəhbərliyə gətirilən Vəli Axundov on il ərzində Azərbaycana rəhbərlik etdi. O, sərt xəttə meyl etməyən, yumşaq, ixtisasca həkim olan ziyalı bir rəhbər idi. Lakin Moskvadan gələn göstərişləri sözsüz icra edir və respublikanın maraqlarını müdafiə etməkdə iradə göstərmirdi. Millətçiliklə mübarizə pərdəsi altında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatı yad millətlərdən olan kadrlarla dolduruldu. Dövlət aparatının bütün sahələrində ermənilərin mövqeyi gücləndi.

Mətbuata, mədəniyyətə rəhbərlik edən şöbələrə isə, əsasən rus təhsilli, milli hissiyyatlardan uzaq, bəzən isə aşkar kos­mopolit əqidəli adamlar təyin edildilər. Rus dilində yazıb yaradan azərbaycanlı müəlliflər üçün meydanı genişləndirmək, onlar üçün güzəştli şərait yaratmaq təşəbbüsləri özünü göstərməyə başladı. Hətta Azərbaycanın Rusiyanın tərkibinə daxil olmasının 150 illiyi bayram kimi qeyd olundu. Bu kampaniya xalq tərəfindən soyuq qarşılansa da, mətbuatda aparılan səthi və yaltaq moskvapərəst təbliğat, gəncliyin milli hisslərinə qarşı yönəldilmişdi.

Lakin M.Ə.Sabirin və C.Məmmədquluzadənin 100 illik yubileylərinin qeyd edilməsi müsbət hadisələr idi. Bu iki sənət­karın fəaliyyəti milli tərəqqi ideyaları, xalqın şüurunu oyatmaq istəkləri ilə aşılanmışdı. 60-cı illərdə repressiya olunmuş Seyid Hü­seyn, Hüseyn Cavid, Mikayıl Müşfiq, Y.V.Çəmənzəminli, Tağı Şahbazi və başqa yazıçıların irsi bərpa edildi, onların kitabları hazırlanıb çap olundu. Repressiya olunmuş sənətkarların yubi­leyləri keçirildi, onlar haqqında qiymətli monoqrafiya və məqalələr yazıldı. Tarixi ədalətsizliyin aradan qaldırılması xalq və oxucular tərəfindən rəğbətlə qarşılanır, gəncliyin vətəndaşlıq şüurunun sürətli inkişafına təkan verirdi.

Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəlməsi ölkədə böyük iqtisadi və mənəvi dəyişikliklərə səbəb oldu. Onun gərgin əməyi sayəsində Azərbaycan qısa müddətdə aqrar ölkədən iri sənaye respublikasına çevrildi. O, Azərbaycan kəndini sənayeləşdirdi. Ölkədə qüdrətli aqrar-sənaye kompleksi yaratdı.

Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında ədəbiyyatın rolunu yüksək qiymətləndirdiyi qədər, dilin də ictimai həyatımızdakı müstəsna mövqeyinə daima böyük əhəmiyyət verirdi. Öz xalqını və dilini dərindən sevən bu şəxs, rəhbərliyə gəldiyi ilk günlərdən başlayaraq, respublika mədəniyyətinin yük-səlişi, xalqın güzəranının yaxşılaşması uğrunda apardığı müba­rizədə Azərbaycan dilinin fəaliyyət dairəsinin genişlənməsinə və inkişafına xüsusi diqqət yetirmişdir. Məhz Heydər Əliyevin prinsipiallığı və qətiyyəti sayəsində 1978-ci ildə Azərbaycan dili Konstitusiyada dövlət dili kimi təsbit olundu.

Yaradıcılıq ittifaqlarının, xüsusilə Yazıçılar İttifaqının məclislərində H.Əliyev parlaq Azərbaycan türkcəsində çıxışlar etməyə başladı. Onun rəsmi partiya tədbirlərindəki çıxışları ana dilimizin heç vaxt işlənməmiş siyasi üslubunu yaratdı. Bunun özü də tarixi bir xidmət idi.

Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsi ədəbiyyat və incəsənətimizdə milli cərəyanın yüksəlişinə səbəb oldu. O, daim Bəxtiyar Bahabzadə, Xəlil Rza, Məmməd Araz, İsa Hüseynov, Əkrəm Əylisli kimi milli zəminə bağlı və istedadlı sənətkarları himayə edirdi. Belə sənətkarlar isə ədəbiyyatın milli varlığımız, milli dəyərlərimizlə bağlılığı mövzularını uğurla işləyib inkişaf etdirirdilər.

Heydər Əliyevin siyasətinin ayrılmaz bir qanadı onun milli tariximizə və tarix elmimizə qayğısı ilə bağlıdır. Milli keçmişimizi gözəl bilən ulu öndər, milli dövlət üçün milli tarixin və tarixçililk elminin fundamental əhəmiyyətini gözəl bilirdi. Ona görə, 70-ci illərdə Nizami Gəncəvinin və Nəsiminin yubiley­lə­rinin dünya miqyasında qeyd olunması üçün partiya qərarları çıxardı. O zaman bu qərarlar ədəbiyyat elminin tərəqqisinə qüvvətli təsir göstərdi.

N.Nərimanova və Səməd Vurğuna həsr edilən böyük yebiley kampaniyaları da əhəmiyyətli idi. Onların fəaliyyəti və irsi Heydər Əliyev üçün əziz və misilsiz dərəcədə qiymətli idi. Rəhbər hələ o zaman mübahisələr doğuran “26-lar” kimi milli ruhlu filmin çəkilişinə, N.Nərimanovun gözəl obrazının yaradılmasına nail oldu. Səməd Vurğun yaradıcılığını isə, ulu öndər əzbər bilirdi və bədii şəkildə ifa etməyi sevirdi.

Heydər Əliyev hakimiyyətə gələn kimi Bakı erməniləri ilə mübarizəyə başladı. O, erməni məkrini əməli işdən tanıyırdı. Vəzifə pillələrində yüksəldikcə o, Bakıdakı erməni mafiyasının şiddətli müqaviməti ilə rastlaşırdı. Rəhbər gözəl bilir və görürdü ki, erməni millətçiliyinin dünyada çiçəklənməsi Azərbaycanın təbii sərvətləri və iqtisadiyyatındakı erməni basqısı ilə bağlıdır.

1958-1986-cı illər, ümumilikdə Azərbaycan Respublika­sı­nın həyatında iqtisadi və mənəvi-ədəbi tərəqqinin sürətlənməsi ilə seçilir. Belə tərəqqi, ilk növbədə bütün ölkədə gedən inkişafla, xüsusilə iqtisadi həyatda L.Brejnev siyasəti nəticəsində yaranan sürətli artımla bağlı idi. Lakin kənddə pambıqçılığın süni surətdə genişləndirilməsi əl əməyinin geniş tətbiqi və əhalinin sərt inzibati istismarı ilə müşayiət olunurdu.

1982-ci ildə Heydər Əliyev Moskvaya işə aparıldı. Onun əvəzinə ixtisasca tikinti mühəndisi olan Kamran Bağırov Azərbaycanın başçısı seçildi. Xeyirxah, ziyalı bir adam olan K.Bağırov rus təhsilli idi, ədəbiyyatla şəxsən maraqlanmır və ancaq dostlarının məsləhətləri ilə hərəkət edirdi. Dağlıq Qarabağ mü­naqişəsi başlananda o, çətin vəziyyətdə qaldı, çünki Moskva­dan gələn əmrlərə müqavimət göstərə bilmirdi.



1960-1970-ci illərdə ədəbi inkişaf və yenilənmə meylləri
N.Xruşşovun islahatları sona çatmasa da, ölkədə mənəvi, siyasi və ədəbi şüurun inkişafında yeni bir mərhələ açdı. Bu islahatların dalğasında ərsəyə gələn yeni ziyalı nəsli bütün ölkə miqyasında altmışıncılar adı aldı. Bu nəsil ədəbiyyatda və həyatda yeni ümidlərdən, böyük dəyişikliklər arzusundan, sosialist demokratiyasından bəhrələnmə həvəsindən formalaşmışdı. Onlar marksizmi bəşəriyyətin bütün klassik mədəniyyətinin varisi kimi anlayır və belə təbliğ edirdilər. Azərbaycan ədəbiyyatında altmışıncılar nəslinin ilk nümayəndələri İsa Hüseynov, Çingiz Hüseynov, Sabir Əhmədov, İsi Məlikzadə, Əkrəm Əylisli, Məsud Əlioğlu, Yaşar Qarayev və başqaları idi. Bu nəsil üçün sosialist realizmi qəlibləri və ənənələri artıq öz aktual əhəmiyyətini itirmişdi. Müasirlik anlayışı tənqidin leksikonunda yenilikçiliyin, azad yaradıcı düşüncənin sinonimi olmuşdu.

Ümümbəşəri ədəbi-mənəvi dəyərlərə qayıdış dövrün xarakterik fikir tendensiyası idi. Proletar ədəbiyyatını bütün yerdə qalan ədəbiyyat tarixinə qarşı qoymaq meyli aradan çıxdı. Dünya ədəbiyyatı geniş tərcümə olunmağa, onun dəyərləri və böyük simaları öyrənilməyə və mənimsənilməyə başlandı. Ədəbiyyatın əsas mövzusu konret adamlar, onların mənəvi, ruhi aləmi oldu. Lakin sovet yazıçılarına bu barədə yazmaq, demək olar ki, qadağan idi. Yazıçılar mütləq adamların şüurlu əmək həyatını, sosializm quruculuğunda necə iştirak etdiklərini göstərməli idilər.

Lakin şəxsiyyətə pərəstişin tənqidindən sonra bu məh­dudiy­yətlər tamam getməsə də, bir qədər yumşaldı. Ədəbiyyata N. Xruşşovun siyasətini və islahatlarını dəstəkləyən cavan nəsil gəlməyə başladı. Beləliklə, ədəbiyyatda mühafizəkarlarla isla­hatçılar - 60-cı illər ədəbi nəsli arasında mübarizə meydana gəldi. Bu, həm də ümumbəşəri dəyərlərlə kommunist ideologiyası arasın­da üstüörtülü mübarizə idi. Partiya ideoloqları bu müba­rizənin üzə çıxmasını istəmir və onun nəticələrindən qorxurdular. Lakin gah pərdə arxası, gah da aşkar şəkildə bu mübarizə ədəbi pro­sesin əsas məzmununu təşkil etdi və sovet dövründə ədə­biyyatın təzələnməsinin, müasirləşməsinin əsasını qoydu. Ədə­biy­yatın siyasiliyi azaldı, o, partiya nəzarətindən qismən çıxdı.

Altmışıncılar deyəndə Stalinizmin ifşasından sonra ədə­biy­yatda yaranan yeni, nisbətən demokratikləşmiş mühit və onun poe­ziya, nəsr, dramaturgiya, teatr sahəsindəki istedadlı nüma­yən­dələri nəzərdə tutulur. Bu, xüsusi bir ədəbi hərəkat idi və onun üzə çıxması bu illərdə mətbuata qədəm qoyan cavan istedadlarla yaşlı mühafizəkarlar arasında getmiş mübarizə və mübahisələrin nəticəsi olmuşdur. Bu mübahisələr mətbuat və ədəbi tənqiddə əksini tapmış, yeni nəslin yaratdığı istedadlı əsərlər sayəsində ədəbi prosesdə aparıcı qüvvəyə çevrilmişdir.

60-cı il­lər ədə­biy­ya­tı həm də ye­ni demokratik ruhlu, an­tis­ta­li­nist kadr­la­rın öl­kə rəh­bər­li­yin­də ge­niş təm­sil olun­ma­ğa baş­la­ma­sı ilə ər­sə­yə gə­lən bir ha­di­sə idi. Bu il­lər­də bu ədə­bi hə­rə­kat hə­min ye­ni an­tis­ta­li­nist kadr­la­rın öl­kə rəh­bər­li­yin­də ge­niş təm­sil olun­ma­ğa baş­la­ma­sının nəticəsi idi. 60-cı il­lər­də bu ədə­bi hə­rə­kat çox vaxt «ca­van­lar» ter­mi­ni ilə ad­la­nır və qey­ri-rəs­mi şə­kil­də ol­sa da, hi­ma­yə olu­nur­du. Alt­mı­şın­cı­lar hə­rə­ka­tı­nın əsas özə­yi mü­ha­ri­bə­dən son­ra ədə­bi təh­sil al­maq üçün Mosk­va­ya oxu­ma­ğa ge­dib qa­yı­dan kadr­lar - İsa Hü­sey­nov, Çin­giz Hü­sey­nov, Ək­rəm Əy­lis­li, Yu­sif Sə­mə­doğ­lu, Sa­bir Sü­ley­ma­nov və baş­qa yazıçılar idilər.

Mosk­va­da ar­dı­cıl ədə­bi təh­sil alan, dün­ya ədə­biy­ya­tı­nı öy­rə­nən, ədə­bi pe­şə­kar­lıq ba­xı­mın­dan qo­ca­lar­dan bir-iki baş yük­sək olan ca­van na­sir­lər «qo­ca­la­rın» ilk növ­bə­də dil və üs­lu­bu­nu, sə­nət­kar­lıq tə­rə­fi­ni bə­yən­mir­di­lər. Onlar bu­nu açıq de­yir və im­kan ve­ril­dik­cə ya­zır­dı­lar. Ar­tıq qo­ca­lar və ca­van­lar adı ilə ya­ra­nan bu qar­şı­dur­ma­da ye­ni bir ədə­bi nə­sil və ye­ni bir nəsr for­ma­laş­ma­ğa baş­la­dı. Bi­zim ədə­bi tən­qi­din ge­niş iş­lət­di­yi «ye­ni nəsr» an­la­yı­şı da təx­mi­nən bu mə­na­nı da­şı­yır.

Qeyd et­mə­li­yik ki, «ye­ni Azər­bay­can nəs­ri» ter­mi­ni ilk dəfə Ba­kı mət­bua­tın­da yox, Mosk­va ədə­bi mət­bua­tın­da or­ta­ya gə­lib və ora­da ya­şa­yıb rus di­lin­də ya­zan, azər­bay­can­lı alim və tən­qid­çi Svet­la­na Əli­ye­va tə­rə­fin­dən iş­lə­dil­miş­dir. Ay­dın­dır ki, be­lə ter­min Ba­kı ədə­bi mü­hi­tin­də ya­ran­say­dı, mü­ha­fi­zə­kar­la­rın, qo­ca­la­rın eti­ra­zı­na sə­bəb olar­dı. Çün­ki bu ter­min­lə on­lar öz­lə­ri­ni keç­mi­şə aid edil­miş adamlar sa­yar­dı­lar və bun­dan qeyz­lə­nər­di­lər.

60-80-ci il­lər nəs­rin­də ye­ni­lik həm dil-üs­lub və ya­zı mə­də­niy­yə­tin­də, həm də qəh­rə­man kon­sep­si­ya­sın­da öz ək­si­ni ta­pır­dı.

Ey­ni za­man­da, qeyd et­mə­li­yik ki, so­vet döv­rün­də ədə­bi pro­ses də qismən ida­rə olu­nur­du və ədə­biy­yat­da ge­dən bir sı­ra pro­ses­lə­rin kök­lə­ri kom­mu­nist­lə­rin ideo­lo­ji si­ya­sə­ti, par­ti­ya­da­kı iri mə­mur­la­rın möv­qe­lə­ri ki­mi so­si­al şərt­lə­rə ge­dib çı­xır. Məsələn, 1958-1962-ci il­lər­də Azər­bay­can Ya­zı­çı­lar İt­ti­fa­qı­nın səd­ri olan Meh­di Hü­seyn Mosk­va­dan gə­lən mey­lə, Xruş­şov islahatlarına əsas­la­na­raq ca­van ya­zı­çı­la­rı hi­ma­yə edir, on­la­rın əsər­lə­ri­ni oxu­yub re­dak­tə edir, İt­ti­fa­qın jur­na­lın­da çap et­di­rir və özü bu əsər­lər haq­da, mə­sə­lən, İsa Hü­sey­nov haq­qın­da mə­qa­lə­lər ya­zıb tə­rif­lə­yir­di. Süleyman Rə­hi­mov, Əli Və­li­yev ki­mi «qo­ca» na­sir­lər isə bun­dan na­ra­hat olur, bə­zən bu meyl­də öz ədə­bi av­to­ri­tet­lə­ri­nə qar­şı təh­lü­kə gö­rür, öz ti­tul­la­rın­dan, rəs­mi və­zi­fə­lə­rin­dən is­ti­fa­də edə­rək «gənc­ləş­dir­mə» xət­ti­nə qar­şı çı­xır­dı­lar.

Ca­van­lar yaş­lı nə­sil­dən yax­şı və da­ha sə­viy­yə­li yaz­dı­qları­nı gös­tər­mək üçün, ilk növ­bə­də di­lə, üs­lu­ba, bə­dii for­ma və qu­ru­luş mə­sə­lə­lə­ri­nə xü­su­si diq­qət ye­ti­rirdilər. 60-cı il­lər nəs­ri­nin əsas xid­mət­lə­rin­dən bi­ri nəsr di­li­ni ye­ni­dən xalq di­li mən­bə­lə­ri­nə qay­tar­maq cəhd­lə­ri idi. Bu is­ti­qa­mət­də İsa Hü­sey­no­vun, Sa­lam Qə­dir­za­də­nin, İs­ma­yıl Qa­ra­ye­vin, Ək­rəm Əy­lis­li­nin, İsi Mə­lik­za­də­nin nəsr di­li ədə­bi tən­qid və oxu­cu­lar tə­rə­fin­dən də ye­ni bir mər­hə­lə, ye­ni key­fiy­yət­li ha­di­sə ki­mi qar­şı­la­nır­dı. Xüsusilə İsi Mə­lik­za­də və Əkrəm Əylisli 60-cı il­lər­də baş ve­rən bu üs­lu­bi çev­ri­liş­də ən se­çi­lən və ən is­te­dad­lı yaradıcılar idilər.

Rəs­mi bol­şe­vik ideo­lo­gi­ya­sı ya­zı­çı­lar­dan so­sia­lizm qu­ran küt­lə­nin ob­ra­zı­nı və so­sia­list cə­miy­yət qu­ru­cu­lu­ğu­nun epik təs­vi­ri­ni tə­ləb edir­di. Bö­yük ta­ri­xi iş­lə­rin miq­ya­sı iri, epik janr­lar tə­ləb edir­di. Ona gö­rə so­vet ya­zı­çı­la­rı da is­te­da­dları­nın xü­su­siy­yət­lə­rin­dən ası­lı ol­ma­ya­raq, ha­mı­sı ro­man ya­zmağa can atırdı.

1960-cı il­lər nəs­ri­nin isə əsas, apa­rı­cı jan­rı ki­çik po­vest idi. Ki­çik po­vest 60-70-ci il­lər nəs­ri­nə məx­sus olan xü­su­si janr idi. Onun adın­da ki­çik sö­zü­nün ol­ma­sı da tə­sa­dü­fi de­yil­dir. Bu il­lər­də po­vest və ki­çik po­vest ki­mi, jur­nal­lar­da çap olu­nan əsər­lə­rin ço­xu, bö­yük və məh­sul­dar nəsr klas­sik­lə­ri­nin janr öl­çü­lə­ri ilə ya­naş­dıq­da, sa­də­cə iri he­ka­yə­lər idilər. 60-cı il­lər nəs­rin­də he­ka­yə bir janr ki­mi zə­if idi və nəs­rin ax­ta­rış­la­rı­nı əks et­di­rən, dövr üçün apa­rı­cı olan bir janr deyildi. Müa­sir nəs­rin for­ma­laş­dı­ğı 20-30-cu il­lər­də be­lə he­ka­yə jan­rı yox, pyes və ro­man­lar döv­rün apa­rı­cı jan­rı sa­yıl­mış­dır. O za­man­lar bu­nun bir çox sə­bəb­lə­ri var­dı və bun­la­rın ək­sə­riy­yə­ti so­vet ədə­biy­yat ideo­loq­la­rı­nın ya­zı­çı­lar qar­şı­sın­da qoy­du­ğu və­zi­fə­lər­lə bağ­lı idi.

O zaman cavan yazıçılar öz sə­nət­kar­lıq üs­tün­lük­lə­ri­ni, öz bə­dii us­ta­lıq­la­rı­nı gös­tər­mək üçün he­ka­yə və po­vest­lər­dən is­ti­fa­də edir­di­lər. Be­lə əsər­lə­ri, xü­su­si­lə ki­çik po­vest­lə­ri bir-iki ay ər­zin­də ya­zıb or­ta­ya qoy­maq, üzə­rin­də tez bir za­man­da diq­qət­lə iş­lə­yib tək­mil­ləş­dir­mək olur­du. Ki­çik po­ves­tin di­gər üs­tün­lü­yü də var­dı: ba­la­ca həcm­li əsər­də ya­zı­çı öz hə­yat bi­li­yi­nin, hə­yat ma­te­ria­lı­nın dai­rə­sin­dən çıx­mır, sü­ni uy­dur­ma­lar­dan, ya­lan­çı, sət­hi epizm­dən qa­ça bi­lir­di. Bu da qo­ca­lar­la mü­qa­yi­sə­də üs­tün­lük idi: yaş­lı nə­sil so­si­al si­fa­ri­şi ye­ri­nə ye­tir­mək üçün çox za­man pis bil­di­yi əmək möv­zu­sun­da iri löv­hə­lər yaz­ma­lı olur­du və bu hal­da onun əsə­ri­nin bə­dii sət­hi­li­yi üzə çı­xır, onun haq­qın­da bəhs et­di­yi hə­yat ma­te­ria­lı­nı pis bil­di­yi gö­rü­nür­dü. Ca­van­lar isə ki­çik for­ma­dan is­ti­fa­də et­mək­lə yax­şı bil­dik­lə­ri hə­yat fakt­la­rın­dan kə­na­ra çıx­mır və bu­nun­la bə­dii sə­viy­yə­də, nəs­rin key­fiy­yə­tin­də, xa­rak­ter­lə­rin kon­kret­li­yin­də müvəffəqiyyət qazanırdılar.

Bu mə­na­da, ki­çik po­vest jan­rı həm də ca­van­la­rın, 60-cı­lar nəs­li­nin ope­ra­tiv ədə­bi mü­ba­ri­zə apar­maq üçün is­ti­fa­də et­dik­lə­ri bir alət idi. Qo­ca­lar bir ro­man üzə­rin­də üç-beş il iş­lə­di­yi hal­da, gənc­lər zə­rif, mü­kəm­məl üs­lub­da ya­zıl­mış he­ka­yə və ki­çik po­ves­ti üzə çı­xa­rıb çap et­di­rir və təm­sil et­dik­lə­ri ədə­bi hə­rə­ka­ta bu yol­la xal qa­zan­dı­rır­dı­lar. Be­lə­cə, po­vest və ki­çik po­vest, bə­zən isə iri he­ka­yə həc­min­də olan əsərlər ca­van nəs­lin, 60-cı il­lər hə­rə­ka­tı­nın əsas for­ma­sı­na çev­ril­di və 70-80-ci il­lər­də «gənc­ləş­mə» pro­se­si­nin əsas jan­rı ki­mi qal­dı.

Ədə­biy­yat­şü­nas­lıq­da 60-80-ci il­lər nəs­rin­dən da­nı­şan­da, xü­su­si­lə onu mü­ha­fi­zə­kar qo­ca­la­rın bas­qı­sın­dan mü­da­fiə et­mək is­tə­yən­də, ən çox «xır­da» qəh­rə­man­lar ət­ra­fın­da söh­bət­lər get­miş, Y.Qa­ra­yev, A.Hü­sey­nov, El­çin, A.Məm­mə­dov, R.Əliyev, N.Cab­ba­rov və b. tən­qid­çi və alim­lər adi qəh­rə­man­la­rı hi­ma­yə et­miş­lər. Hə­min mü­ba­hi­sə­lər­lə bağlı mühüm bir mə­sə­lə üzə­rin­də xü­su­si da­yan­maq lazımdır: bu, ədə­biy­ya­tın müs­bət qəh­rə­man kon­sep­si­ya­sın­dan im­ti­na et­mə­si məsələsidir. Həmin məsələ dövrün əsas prob­le­mi kimi geniş diskussiyalara səbəb olmuşdur.

Qəh­rə­man prob­le­mi ət­ra­fın­da bü­tün dis­kus­si­ya­la­rın məğ­zi sosialist realizminin tələbləri ilə bağlı olmayan adi surətlərin ədəbiyyatda üstünlük təşkil etməyə başlamasından ibarət idi. Xır­da, adi qəh­rə­man­lar isə cavan yazıçıların əsas yeniliyi, ax­ta­rı­şı idi, mü­qəv­va qəh­rə­man­dan uzaqlaşması idi. Sı­ra­vi qəh­rə­man mə­sə­lə­si ilə bağ­lı ədə­biy­yat­da heç bir fi­kir cə­rə­ya­nı, dok­tri­na yox idi. Sa­də­cə, ca­van­lar müs­bət qəh­rə­man ya­rat­ma­ğı anax­ro­nizm sa­yır­dı­lar, ona gö­rə də yax­şı ta­nı­dıq­la­rı adam­lar haq­da ya­zır­dı­lar. Bunun əsas səbəbi isə sos­rea­liz­min müs­bət qəh­rə­ma­n konsepsiyasından ca­van nəs­rin üz dön­dər­mə­si idi.

Qəh­rə­man prob­le­mi 60-cı il­lər nəs­ri­nin özü­nü­təs­di­qi­nin əsas mə­sə­lə­si idi. Bun­suz on­lar 30-50-ci il­lər nəs­ri ilə mü­qa­yi­sə­də ədə­biy­ya­ta hər han­sı ye­ni­lik gə­tir­dik­lə­ri­ni gös­tə­rə bil­məz­di­lər. Ədə­biy­yat ta­ri­xin­dən də mə­lum­dur ki, tək­cə ədə­bi mər­hə­lə­lər de­yil, ədə­bi cə­rə­yan­lar da bir-bir­lə­rin­dən ye­ni tip­li qəh­rə­man­la­rı ədə­biy­ya­ta gə­tir­mək­lə fərqlənirlər. Bu ba­xım­dan, 60-cı­la­rın çiy­ni­nə çox ağır bir yük dü­şür­dü: öz qəh­rə­ma­nı­nı ta­pıb ədə­biy­ya­ta gə­tir­mək.

La­kin so­vet sis­te­min­də 60-cı il­lə­rin ədə­bi qəh­rə­ma­nı­nı ya­rat­maq hə­lə işin ha­mı­sı de­yil­di; bu qəh­rə­ma­nı ədə­bi fi­kir­də təs­diq­lə­mək, qə­bul et­dir­mək la­zım idi. Bu isə asan mə­sə­lə de­yil­di. N.Xruş­şov islahatların­dan son­ra rəh­bər­li­yə bir çox ca­van və de­mok­ra­tik ruh­lu adam­lar gəl­sə də, apa­rat­da, ədə­bi mü­hit­də, nəş­riy­yat və re­dak­si­ya­lar­da köh­nə fi­kir­li, aşa­ğı sa­vad­lı, ədə­biy­yat haq­da par­ti­ya eh­kam­la­rın­dan sa­va­yı heç nə bil­mə­yən adam­lar da­ha çox idi. İdeo­lo­ji kadr­la­rın bir ço­xu isə göz­lə­mə möv­qe­yin­də idilər, ədə­bi si­ya­sə­tin ye­ni­dən də­yi­şə bi­lə­cə­yin­dən, üs­tə­lik ye­ni rep­re­ssi­ya­lar gə­ti­rə­cə­yin­dən eh­ti­yat edir­dilər.

Be­lə bir şə­ra­it­də ca­van ədə­bi nəs­li, on­la­rın hə­yat hə­qi­qə­ti­nə, so­vet hə­ya­tı­na ob­yek­tiv bax­maq is­tə­yi­ni hi­ma­yə edən rəh­bər par­ti­ya iş­çi­lə­ri öz­lə­ri də çox eh­ti­yat­lı tər­pə­nir­dilər. Ca­van­la­rın mü­dafiə və himayəsi çox qey­ri-rəs­mi xa­rak­ter da­şı­yır, şi­fa­hi rəy ki­mi, yu­xa­rı­dan mü­da­fiə ki­mi ge­dir­di. Am­ma ca­van­la­rın əsər­lə­ri­ni ədə­bi mər­hə­lə ki­mi mü­da­fiə edən ədə­bi tən­qid, de­mək olar ki, yox idi. La­kin bu yox­luq ca­van­lar haq­da yaz­maq is­tə­yən­lə­rin az­lı­ğı de­yil­di. Be­lə adam­lar var idi, la­kin on­la­rın ək­sə­riy­yə­ti döv­lət və par­ti­ya pos­tu ol­ma­yan, rəs­mən yu­xa­rı­dan gə­lən fik­ri hi­ma­yə edən adam­lar ol­ma­dıq­la­rın­dan, ədə­bi mət­bu­at on­la­rı çap et­mə­yə eh­ti­yat edir­di. Mə­sə­lə­nin qə­liz­li­yi on­day­dı ki, qo­ca­la­rı təm­sil edən av­to­ri­tet­lər – Süleyman Rə­hi­mov, Əli Və­li­yev və baş­qa­la­rı rəs­mi par­ti­ya və­zi­fə­si tu­tan, MK üz­vü olan şəxs­lər idilər. On­la­rın rə­yi­nə mü­xa­lif olan fi­kir sa­hib­lə­ri ca­van alim­lər, ya­zı­çı­lar idi. Ona gö­rə ca­van­la­rı mü­da­fiə edən ya­zı­la­rı çap et­dir­mək də çə­tin idi. Par­ti­ya mət­bua­tı be­lə ya­zı­la­rı ya­xı­na qoy­mur, eh­ti­yat­lı möv­qe­də du­ra­raq ən yük­sək sə­viy­yə­də qo­ca­lar və ca­van­lar mə­sə­lə­si­nin ne­cə həll olu­na­ca­ğı­nı göz­lə­yir­di­lər.

60-cı­la­rın rəh­bə­ri və on­lar ara­sın­da ən uğur­lu­su sa­yı­lan İsa Hü­sey­nov qəh­rə­man mə­sə­lə­sin­də ya­zı­çı möv­qe­yi­ni tap­sa da, tən­qid tə­rə­fin­dən çox aman­sız qarşılanırdı. La­kin in­di­yə qə­dər bu ya­zı­çı ədə­bi qəh­rə­man mə­sə­lə­sin­də ca­van nə­sil içə­ri­sin­də ən uğur­lu ya­ra­dı­cı sa­yı­la bi­lər. O, kol­xoz hə­ya­tın­dan – yax­şı bil­di­yi mü­hit­dən bəhs edən ilk əsər­lə­rin­də par­ti­ya­nın şə­rik­siz ha­ki­miy­yə­ti­nin təm­sil­çi­lə­ri­ni qə­bul et­mə­yən, on­la­rı şüb­hə al­tı­na alan qəh­rə­man­lar ya­ra­dır və ib­ti­dai şə­kil­də ol­sa da, şəx­siy­yət azad­lı­ğı prob­le­mi­nə gə­lib çıx­mış­dı.

Sərt tən­qid­lə­rə bax­ma­ya­raq, İsa Hü­sey­nov öz mü­va­zi­nə­ti­ni itir­mə­di. Sta­li­niz­min if­şa­sı, konf­likt­siz­li­yin ara­dan qal­dı­rıl­ma­sı kam­pa­ni­ya­sı bu is­te­dad­lı ya­zı­çı­nın hi­ma­yə olun­ma­sı üçün əsas­lar ver­di və ta­ri­xi ge­di­şat onun is­te­da­dı­na müt­tə­fiq ol­du. Ya­zı­çı­nın rəs­mi və qey­ri-rəs­mi şəxs­lə­rə qar­şı sa­də­lövh «an­ti­av­to­ri­tet» əsər­lə­ri mü­da­fiə olun­du və bu­nun nəs­ri­mi­zin son­ra­kı in­ki­şa­fı üçün mi­sil­siz əhə­miy­yə­ti ortaya çıxdı.

1960-cı il­lə­rin əv­vəl­lə­rin­də İsa Hü­sey­nov öz yeni qəh­rə­man­la­rı­nı öz uşaq­lıq xa­ti­rə­lə­rin­də yenidən tap­dı. Bu xa­ti­rə­lər mü­ha­ri­bə döv­rü­nə aid idi və o za­man so­vet ədə­biy­ya­tın­da mü­ha­ri­bə möv­zu­su­na ye­ni möv­qe­dən ya­naş­ma sa­hə­sin­də ax­ta­rış­lar ge­dir­di. Hə­min ax­ta­rış­la­ra bə­ləd olan ya­zı­çı öz uşaq­lıq döv­rü­nə mü­ra­ci­ət et­di: ora­da mü­ha­ri­bə­nin «küt­lə­vi qəh­rə­man»lıq ob­ra­zın­dan fərq­lə­nən ağır fa­ciə­vi ob­ra­zı mey­da­na çıx­dı. Ya­zı­çı uşaq­lıq­da ta­nı­yıb-bil­di­yi, mü­şa­hi­də et­di­yi ha­di­sə­lə­ri qə­lə­mə al­dı: mü­ha­ri­bə za­ma­nı ar­xa cəb­hə­nin ağ­rı-acı­lı, əx­la­qi ba­xım­dan zid­diy­yət­li mən­zə­rə­si Azərbaycan nəsrinə gəldi. Bəl­kə bu hə­qi­qət­lə­ri ha­mı bi­lir­di, la­kin on­la­rı ədə­bi fak­ta İsa Hü­sey­no­v çe­vir­di və be­lə­cə, həm nəsrin, həm də öz ya­ra­dı­cı­lı­ğı­nın 60-cı illəri üçün qəh­rə­man mə­sə­lə­si­ni həll et­di.

La­kin İsa Hü­sey­nova nis­bə­tən ca­van olan, mü­ha­ri­bə döv­rü xa­ti­rə­lə­ri onun ki­mi par­laq ol­ma­yan digər alt­mı­şın­cı­lar qəh­rə­man prob­le­min­də bö­yük çə­tin­lik­lər qar­şı­sın­da qal­dı­lar. 50-60-cı il­lər­də so­si­al yö­nüm­lü kənd hə­ya­tı­nı İsa Hü­sey­nov, 60-cı il­lər­dən son­ra isə həm də İsi Məlikzadə və Sa­bir Əh­mə­dov təm­sil edir­di. On­lar üçün kənd ide­al bir yer de­yil­, bəl­kə də öl­kə­də­ki so­si­al zid­diy­yət­lə­rin əsas mər­kə­zi idi. 70-ci il­lə­rin əv­vəl­lə­rin­dən İsi Mə­lik­za­də də nəs­rin bu qa­na­dı­na xas olan ya­ra­dı­cı­lıq sü­jet­lə­ri ilə çı­xış et­mə­yə baş­la­yır.

1970-ci illərdə sovet gerçəkliyini tənqid etmək, onun ağrılı konfliktlərini ədəbiyyata gətirmək meylləri genişlənirdi. Bu proses əvvəlcə rus nəsrində, sonra isə milli respublikalarda da artdı. Sosial ziddiyyətlərin və konf­likt­lərin yazılması üçün imkanlar açı­lan ki­mi, əs­lin­də çox ka­sıb, qəd­dar, fak­ti­ki ola­raq si­nif­lə­rə bö­lün­müş so­vet cə­miy­yə­ti­nin müx­tə­lif ey­bə­cər­lik­lə­ri, ya­ra­la­rı, say­sız-he­sab­sız in­san fa­ciə­lə­ri, sərt qu­ru­lu­şun sın­dır­dı­ğı, min­lər­lə bəd­bəxt ta­le­lər ədə­biy­ya­ta gə­lir­di. Bu isə ha­kim so­vet ideo­lo­gi­ya­sı­nın so­sia­liz­min re­al üs­tün­lük­lə­ri haq­qın­da ger­çək­li­yə uy­ğun gəl­mə­yən mif­lə­ri­ni da­ğı­dır, adam­la­rın qu­ru­lu­şun əda­lət­li ol­ma­sı ba­rə­də təb­li­ğa­ta ina­mı­nı sar­sı­dır­dı. Be­lə­cə, so­vet ədə­biy­ya­tın­da öl­kə­də apa­rı­lan ey­bə­cər, ya­lan­çı təb­li­ğat sis­te­mi­nə zidd olan is­ti­qa­mət for­ma­la­şır­dı.

Rəsmi tənqid buna qarşı nə qədər sərt çıxış etsə də, ümumi ədəbi tendensiyanın qarşısını almaq mümkün olmurdu. Ye­ni­dən konf­likt­siz­lik döv­rü­nə qa­yıt­maq müm­kün de­yil­di: ona gö­rə konf­likt­li ədə­biy­ya­tın im­kan­la­rı­nı he­çə en­di­rən «an­ti­meş­şan­lıq» dok­tri­na­sı döv­riy­yə­yə bu­ra­xıl­dı. So­vet hə­ya­tı­nı təs­diq­lə­yən müs­bət qəh­rə­man kon­sep­si­ya­sı­na sığ­ma­yan hə­yat fakt­la­rı və qəh­rə­man­lar meş­şan­lıq tə­za­hür­lə­ri ki­mi təq­dim olu­nur və gu­ya so­vet hə­ya­tı­na yad tə­za­hür­lər ad­lan­dı­rı­lır­dı. Bu ter­min­lə­ri par­ti­ya mət­bua­tın­da ça­lı­şan tən­qid­çi­lər qeydə alır və əsas ol­du-ol­ma­dı ye­ni çap olu­nan ədə­bi əsər­lə­rin təh­li­li­nə tət­biq edir­dilər.

Azər­bay­can ədə­bi tən­qi­di­nin bir cə­hə­ti də 60-70-ci illərdə bö­yük zi­yan vu­rur və ca­van ya­zı­çı­la­rı çaş­dı­rır­dı. Bu, bi­zim tən­qid­də hə­mi­şə ol­muş si­ya­si tə­əs­süb­keş­lik meyli­ idi: 20-ci il­lər­də so­vet ədə­bi təş­ki­lat­la­rı ya­ra­nan vaxt­dan bir qrup is­te­dad­sız in­san­lar N.Nə­ri­ma­nov, C.Cab­bar­lı, S.Vur­ğun, M.İb­ra­hi­mov ki­mi xal­qı­mı­zın ədə­bi ta­ri­xi­nin is­ti­nad sə­ciy­yə­li şəxs­lə­ri­nə böh­tan­lar yağ­dır­mış­dı­lar.


Ədə­biy­yat­da si­ya­si tə­əs­süb­keş­li­yin fərq­li cə­hə­ti o idi ki, im­za­sı ilə bu mey­li təm­sil edən şəxs­lə­rin öz­lə­ri heç bir ədə­bi, ya si­ya­si fik­rin sa­hi­bi de­yil­di­lər. On­lar döv­lə­tin, par­ti­ya məf­ku­rə­si­nin və­kil­lə­ri ki­mi çı­xış edirdi­lər. Yaz­dıq­la­rı məqalələ­rdəki fi­kir­lə­rin əsas məğzi on­la­ra məx­sus de­yil­di. La­kin bu tə­əs­süb­keş­lər rəs­mi döv­lət mət­bua­tın­da çı­xış edə­rək ədə­bi cə­za dəs­tə­si ro­lu­nu oy­na­yır, öz əməl­lə­ri ilə ca­van ya­zı­çı­la­ra, xü­su­si­lə pis tə­sir gös­tə­rir, on­la­rın ədə­bi in­ki­şa­fı­nı lən­gi­dir­di­lər.

1958-ci ildə Moskva Azər­bay­canı millətçilikdə suçlayan­dan sonra tə­əs­süb­keş tən­qid ye­ni­dən daha da çi­çək­lən­mə­yə baş­la­dı. Bu­nun əsas sə­bə­bi biz­də par­ti­ya və döv­lət apa­ra­tın­da sta­li­niz­mə rəğ­bət bəs­lə­yən­lə­rin çox ol­ma­sı idi. On­lar və­zi­fə­lə­ri­ni itir­mək­dən qorx­duq­la­rı üçün sta­li­niz­mi açıq mü­da­fiə et­mir, öz im­za­la­rı ilə heç nə yaz­mır­, ədə­bi mü­hit­də­ki əqidəsiz, üçün­cü, be­şin­ci də­rə­cə­li adam­lar­dan is­ti­fa­də edir­di­lər. On­lar hər bir ye­ni­li­yi düşmən­cəsinə qarşılayır, if­şa edirdilər.

Tə­əs­süb­keş tən­qi­din se­vim­li hə­də­fi ca­van ya­zı­çı­lar idi. Yu­xa­rı­da hi­ma­yə­da­rı ol­ma­yan ca­van­la­rı tənqid et­mək risk­siz idi, çün­ki on­lar öz­lə­ri­ni mü­da­fiə edə bil­mir­di­lər. Ona gö­rə də əksər ca­van ya­zı­çı­la­rın eh­ti­yat­kar­lı­ğı ba­şa­dü­şü­lən idi. Si­ya­si it­ti­ham­lar­la tən­qid olu­nan­la­rı nəş­riy­yat­lar da ya­xı­na qoy­mur, on­la­rın ki­tab­la­rı­nı pla­na sal­maq­dan im­ti­na edir­di­lər. Çap olu­nan ki­tab­lar isə ya­zı­çı­la­rın əsas do­la­nı­şıq mən­bə­yi idi.

60-cı il­lə­rin nəs­rin­də­ki zid­diy­yət­lər, xü­su­si­lə qəh­rə­man, konf­likt ki­mi prob­lem­lə­rin qo­yu­lu­şun­da­kı qey­ri-ar­dı­cıl­lıq tək­cə ya­zı­çı­la­rın sə­nət­kar­lı­ğı ilə bağ­lı mə­sə­lə de­yil­di. Bun­la­rın ço­xu­nu an­la­yıb qiy­mət­lən­dir­mək üçün o za­man­kı ədə­bi mü­hi­ti, bu mü­hi­ti ida­rə edən mər­kəz­ləş­di­ril­miş və par­ti­ya mə­mur­la­rı­nın əlin­də top­lan­mış si­ya­sə­ti nəzərə almaq və araş­dır­maq la­zım gə­lir. Siyasi təəssübkeş tənqidin eh­ti­yat­kar­ möv­qe­yi həm ədə­bi mət­bu­at, həm də par­ti­ya mət­bua­tı tə­rə­fin­dən ciddi qəbul edilir, ədə­biy­ya­tı­mı­zın in­ki­şa­fı­na ağır zər­bə vu­rur, çox­la­rı­nın ədə­bi ta­le­yi­ni sın­dı­rır­dı. Ədə­biy­yat­da ədə­bi nə­sil­lə­rin ol­ma­sı və on­la­rın bir-bi­ri­ni əvəz et­mə­si tə­bii idi. Be­lə olan hal­da ədə­bi tən­qi­din ca­van nəs­lin ədə­bi təc­rü­bə­si­ni təh­lil etməyə və ob­yek­tiv ola­raq qiy­mət­lən­dir­mə­yə qorx­ma­sı çox zi­yan­lı, ədə­bi tə­rəq­qi­yə zidd olan bir hal idi.

Ədə­bi or­qan­la­rın sı­ra­vi iş­çi he­yə­ti kənd­dən gəl­miş, rus­ca pis bi­lən və bə­zən an­ti­rus ov­qat­la­ra meyl­li olan şa­ir və pub­li­sist­lər idi. 1959-cu il­də «Gü­lüs­tan» poe­ma­sı­nı yaz­mış Bəx­ti­yar Va­hab­za­də­nin baş­çı­lı­ğı ilə Söh­rab Ta­hir, Xə­lil Rza, Atif Zey­nal­lı, Məm­məd Araz (İb­ra­him), Sa­bir Rüs­təm­xan­lı ki­mi qə­ləm sa­hib­lə­rin­dən iba­rət və­tən­pər­vər ədə­bi nə­sil for­ma­laş­mış­dı. Cə­nub­da mil­li hə­rə­kat, 1956-cı il­də Azər­bay­can di­li­nin tət­bi­qi ilə bağ­lı qə­rar, Cə­nub­da Şəh­ri­ya­rın «Hey­dər­ba­ba­ya sa­lam» poe­ma­sı­nın mey­da­na çıx­ma­sı Azər­bay­can ədə­bi mü­hi­tin­də mil­li ov­qat­la­rın güc­lən­mə­si­nə sə­bəb ol­muş­du. Gənc ya­zı­çılar so­vet mü­hi­ti­nin qü­sur və ya­ra­la­rı­na, ət­raf­da hökm sü­rən yo­xsul­lu­ğun kök­lə­ri­nə da­ha də­rin­dən nə­zər sal­ma­ğa, bun­la­rın kök­lə­ri­ni ax­tar­ma­ğa çalışırdılar. Hə­min il­lər­də is­tər Mosk­va ədə­bi mü­hi­tin­də, is­tər­sə də Ba­kı­da par­ti­ya möv­qe­lə­rin­dən fərq­lə­nən mü­xa­lif və vic­dan­lı hə­yat an­la­yı­şı və du­yu­mu döv­rün mü­tə­rəq­qi rəm­zi sa­yı­lır­dı.

Sta­li­niz­min if­şa­sın­dan son­ra mə­nə­vi oyan­ma ke­çi­rən ya­ra­dı­cı zi­ya­lı­la­rın ço­xu məi­şət­də bir cür da­nış­ma­ğa, rəs­mən isə ay­rı cür ya­zıb iş­lə­mə­yə məc­bur edi­lir­di. Cə­miy­yə­tin Al­la­hı ki­mi si­ta­yiş ob­yek­ti ol­muş İ.Sta­lin «xalq düş­mə­ni» ad­lan­dı­rıl­dı­ğı hal­da, rəs­mi ideo­lo­gi­ya ədə­biy­yat adam­la­rın­dan par­ti­ya­nın «əsas xət­ti­nə» sa­diq ol­ma­ğı tə­ləb edir­di. Bu ədə­bi mü­hit­də ri­ya­kar­lıq və iki­baş­lı və­ziy­yət ya­ra­dır­dı. 60-cı il­lə­rin son­la­rın­da ar­tıq ədə­bi mü­hit­də - xü­su­si­lə Ya­zı­çı­lar İt­ti­fa­qı­na məx­sus olan or­qan­lar­da, it­ti­fa­qın apa­ra­tın­da iki­li bir və­ziy­yət ya­ran­mış­dı. Ya­ra­dı­cı adam­la­rın, de­mək olar ki, ha­mı­sı bir cür ya­zır, baş­qa cür dü­şü­nürdülər.

Əkrəm Əylisli 1978-1982-ci illərdə «Azərbaycan» jur­nalının baş redaktoru vəzifəsində çalışmış və burada islahatçı, gəncləş­dirici bir ədəbi siyasət yeritmişdir. Yazıçı lirik kənd nəs­rinə xalqın ilkin dəyərlərinin əsası kimi baxır, onları ideallaşdırır və jurnalda bu səciyyəli əsərlərə geniş meydan verməyə çalışırdı. Lakin bu illər artıq kənd nəsrinin tükəndiyi illər idi.

Əkrəm Əylisli ədəbi mübahisələrdən qorxmayan, cəsarətli bir redaktor olmuşdur. Xalqımızın böyük lideri Heydər Əliyev də onun istedadını bəyənir və daim onu himayə edirdi.


1   ...   14   15   16   17   18   19   20   21   ...   40


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə