AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ naxçivan döVLƏt universiteti oğlu




Yüklə 176.92 Kb.
tarix14.04.2016
ölçüsü176.92 Kb.


AZƏRBAYCAN RESPUBLİKASI

TƏHSİL NAZİRLİYİ

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ


________________- oğlu


«İdarəçilik formasının xüsusiyyətləri»


İSTİQAMƏT: ______________


BURAXILIŞ İŞİ

Elmi rəhbər: _____________

________ müəllimi

Naxçıvan – 2010
Mövzu:

«İdarəçilik formasının xüsusiyyətləri»
Plan
Giriş


  1. İdarəçilik formasının anlayışı, əlamətləri və xüsusiyyətləri

  2. İdarəçilik formalarının tarixi tipləri

  3. İdarəçilik formasının növləri

  1. Monarxiya və onun növləri;

  2. Respublika və onun növləri.

Nəticə
İstifadə olunuş ədəbiyyat siyahısı



GİRİŞ

Mövzunun aktuallığı: «İdarəçilik formasının xüsusiyyətləri» mövzusu dövlət və hüquq nəzəriyyəsi elmində ən aktual məsələlərdən biridir. Bu isə təsadüfi deyil. Məlum olduğu kimi hazırda dünyada 200-dən çox dövlət vardır və hamısı da təbii olaraq idarəçilik formasına malikdir. İdarəçilik formasının xüsusiyyətləri və növlərinin bütövlükdə dövlətin ümumi hüquq sisteminə və demokratiklik rejiminə təsirini nəzərə alsaq, buraxılış işinin son dərəcə aktual bir mövzunun təhlilinə həsr olunduğunun şahidi ola bilərik.

Tədqiqatın məqsədi: Bu tədqiqatın əsas məqsədi «İdarəçilik formasının xüsusiyyətləri» mövzusunu nəzəri-hüquqi aspektdən araşdırmaq, idarəçilik formasının anlayışı və əlamətlərini təhlil etmək, hüquqi əhəmiyyətindən bəhs etmək və nəzəri baxımdan idarəçilik formaları ilə bağlı bir sıra mülahizələr irəli sürməkdir.

Tədqiqatın obyekti: Hər şeydən əvvəl qeyd edək ki, «İdarəçilik formasının xüsusiyyətləri» mövzusu geniş bir mövzudur və onu bir sıra aspektlərdən yanaşaraq təhlil etmək olar. Belə ki, bu institutu nəzri-hüquqi aspektlə yanaşı, siyasi, tarixi və s. prizmalardan da araşdırmaq mümkündür. Lakin buraxılış işinin tədqiqat obyekti məhz hüquqi baxımdan «İdarəçilik formasının xüsusiyyətləri» mövzusu, onun anlayışı, əlamətləri, hüquqi əhəmiyyəti və növlərinin tədqiq olunmasıdır. Qeyd etmək lazımdır ki, «İdarəçilik formasının xüsusiyyətləri» mövzusunun digər aspektlərdən təhlili ayrıca və xüsusi tədqiqat obyektləri olduğundan bizim bu məsələləri də tədqiqata cəlb etməyimizə nə qarşıya qoyduğumuz məqsəd, nə də ki, buraxılış işinin həcmi imkan verə bilər. Bu baxımdan buraxılış işində vahid sistematik xətt gözlənilərək qarşıya qoyulmuş məqsədə nail olmaq üçün «İdarəçilik formasının xüsusiyyətləri» mövzusu nəzri-hüquqi baxımdan təhlili tədqiqat obyekti olaraq seçilmişdir.

Tədqiqatın predmeti: Bu tədqiqat işinin predmetini «İdarəçilik formasının xüsusiyyətləri» mövzusu, onun anlayışı, əlamətləri, hüquqi əhəmiyyəti və növləri təşkil edir.

Buraxılış işinin strukturu və həcmi: Buraxılış işinin strukturu ardıcıl və sistemli şəkildə qurulmuşdur. Belə ki, buraxılış işi giriş, üç fəsil və nəticə hissələrindən ibarətdir.

Girişdə mövzunun aktuallığından, eləcə də tədqiqatın məqsədi, obyekti, predmeti, buraxılış işinin strukturu və həcmi, onun təcrübi əhəmiyyəti və elmi yeniliyindən danışılır.

I fəsildə İdarəçilik formasının anlayışı, əlamətləri və xüsusiyyətlərindən bəhs olunur.

II fəsil İdarəçilik formalarının tarixi tiplərinə həsr olunmuşdur. Bu fəsildə qədim şərq monarxiyası, qədim Roma monarxiyası, feodal monarxiyaları, Afina Demokratik Respublikası, Sparta Aristokratik Respublikası, Roma Aristokratik Respublikası, sosialist respublika tiplərindən danışlır.

«İdarəçilik formasının növləri» adlı üçüncü fəsil iki paraqrafdan ibarətdir. Bu fəsil daxilində olan birinci paraqrafda monarxiya və onun növlərindən, ikinci paraqrafda isə respublika və onun növlərindən söhbət açılır.

Nəticə hissəsində buraxılış işinin dörd fəslində tədqiq edilən məsələlərə qısa yekun vurulur.

Buraxılış işinin sonunda istifadə olunana ədəbiyyat siyahısı öz əksini tapmışdır.

Mövzunun təcrübi əhəmiyyəti: «İdarəçilik formasının xüsusiyyətləri» mövzusu mühüm təcrübi əhəmiyyətə malikdir. Çünki dövlət və hüquq nəzəriyyəsində bu məsələnin düzgün və hərtərəfli təhlili təcrübədə dövlətlərin hüquq sisteminin normal qurulmasına və demokratiyanın təmin olunmasına gətirib çıxara bilər. Bununla da nəzəriyyə və təcrübədə bu məsələnin araşdırılmasına ehtiyac məhz yuxarıdakı zərurətlərdən qaynaqlanır.

Buraxılış işinin elmi yeniliyi: Buraxılış işinin elmi yenilikləri aşağıdakılardır:

1. Hüquq ədəbiyyatında ayrı-ayrı hüquqşünas alimlərin «İdarəçilik formasının xüsusiyyətləri» mövzusu bağlı mövcud olan fikirləri sistemləşdirilmişdir;

2. «İdarəçilik formasının xüsusiyyətləri» mövzusu ilə bağlı bir sıra mülahizə və təkliflər irəli sürülmüşdür.

Beləliklə, buraxılış işində yuxarıda sadaladığımız elmi yeniliklərlə qarşıya qoyduğumuz məqsədə nail olaraq dövlət və hüquq nəzəriyyəsi elminə fayda verməyə çalışılmışdır.



I FƏSİL

İdarəçilik formasının anlayışı, əlamətləri və xüsusiyyətləri
Hər şeydən əvvəl, qeyd edək ki, dövlət cəmiyyətin elə vahid siyasi təşkilatıdır ki, öz hakimiyyətini ölkənin bütün əhalisinə və ərazisinə şamil edir, bunun üçün xüsusi idarəetmə aparatı vardır, hamı üçün məcburi göstərişlər verir və suverenliyə malikdir.

Dövlət hakimiyyəti öz qarşısında duran vəzifələri yerinə yetirmək üçün başqa tədbirlərlə yanaşı olaraq idarəçilik formaları ali dövlət hakimiyyəti orqanlarının strukturunu, onların təşkili və onlar arasında səlahiyyətlər bölgüsünü özündə təcəssüm etdirir.

Dövlətlərin tipologiyası dövlətin forması anlayışı ilə sıx əlaqədardır. Hər bir konkret dövlət tipinin xüsusiyyətləri onun təşkilatı quruluşunun, dövlət hakimiyyətinin həyata keçirilməsi metodlarının təhlili əsasında müəyyən edilir.

Dövlətin tip və forması arasında dəqiq nisbət yoxdur. Bir tərəfdən, eyni bir dövlət tipi hüdudlarında dövlət hakimiyyətinin təşkili və fəaliyyətinin müxtəlif formaları mövcud ola bilər, digər tərəfdən isə müxtəlif tipli dövlətlər eyni formada təcəssüm edə bilər, istənilən tarixi dövrün konkret dövlət formasının xüsusiyyəti, hər şeydən əvvəl ictimai və dövlət həyatının yetkinlik dərəcəsi ilə, dövlətin qarşıya qoyduğu vəzifə və məqsədlərlə müəyyən olunur. Başqa sözlə, dövlətin forması kateqoriyası bilavasitə onun məzmunundan asılıdır və onunla müəyyən olunur.

Dövlət formasına xalqın mədəni səviyyəsi, onun tarixi, ənənəsi, dini görüşlərinin xarakteri, milli xüsusiyyətləri, məskunlaşmasının təbii şəraiti və başqa amillər mühüm təsir göstərir. Dövləti formasının özünəməxsus xüsusiyyətlərinin, habelə, dövlətin və onun orqanlarının qeyri dövlət təşkilatları ilə (partiyalarla, hökmranlar ittifaqları ilə, ictimai hərəkatlarla, dini və digər təşkilatlarla) qarşılıqlı münasibətlərinin xarakteri də müəyyən edilir.

Dövlətin forması – özündə qarşılıqlı əlaqədə olan üç ünsürü: idarəçilik formasını, dövlət quruluşu formasını və dövlət rejimi formasını birləşdirən mürəkkəb ictimai hadisədir.

Müxtəlif ölkələrdə dövlət formalarının ictimai inkişafla bağlı yeni məzmunla tamamlanan, qarşılıqlı əlaqədə və təsirdə zənginləşən öz xüsusiyyətləri, səciyyəvi əlamətləri vardır. Bununla bərabər, bütün mövcud dövlətlərin, xüsusilə də müasir dövlətlərin formaları ümumi əlamətlərə malikdir. Bu da dövlətin formasının hər bir ünsürünü tərif verməyə imkan verir.

İdarəçilik forması ali dövlət hakimiyyəti orqanlarının strukturunu, onların təşkili və onlar arasında səlahiyyətləri bölgüsü qaydasını özündə təcəssüm etdirir.

Dövlətin idarəçilik forması :

- ali dövlət orqanlarının necə yaradılmasını və onların hansı quruluşa malik olmasını;

- ali və digər dövlət orqanları arasında hansı prinsipin durğunluğunu;

- ali dövlət orqanlarının təşgili vətəndaşların hüquq və azadlıqlarını nə dərəcədə təmin etməyə imkan verdiyini aydınlaşdırmağa imkan verir.

Göstərilən əlamətlərə görə dövlətin idarəçilik formaları monarxiya (təkbaşına, irsi) və respublikaya (kollegial, seçkili) bölünür.



Monarxiya – ali dövlət hakimiyyətlərinin təkbaşına həyata kecirdiyi və bir qayda olaraq , irsən kecdiyi idarəcilik formasıdır.

Respublika ( lat. Respublikası – ictimai iş) – ali dövlət hakimiyyətini əhali tərəfindən müəyyən müddətə seçilən seçkili orqanların həyata keçirdiyi idarəçilik formasıdır.

II FƏSİL

İdarəçilik formalarının tarixi tipləri

İdarəçilik formasının növləri olan monarxiya və respublika uzun tarixi proseslərdən keçərək bu günə qədər gəlib çatmışdır.

İlk olaraq monarxiya idarəçilik formasının tarixi tiplərini (formalarını) fərqləndirək:

1. Monarxiya idarəçilik formasının tarixi tipləri (formaları).

a) Qədim Şərq monarxiyası. Bəşəriyyət tarixində ilk dövlət idarəcilik forması kimi , o. nadir yalnız ona xas olan cəhətlərə malik idi. Şərq dövlətlərinin ictimai həyatında icma quruluşu, patriaxal məişət münasibətləri mühüm rol oynamışdı. Burada quldarlıq kollektiv və ya ailəvi xarakter daşımamışdır və yalnız dövlət qulları bütünlüklə monarxa məxsus idi.

Qədim Şərq ölkələrində (Misirdə , Babilstanda , Çində, Hindistanda və s.) dövlət hakimiyyətinin təşkili şərq deportasiyası (Despotiya-yun . Despoteia –qeyri məhdud hakimiyyət) (şərq iqtisadi istibdadı) adlandırılırdı. Deportasiya dedikdə, elə idarəcilik forması başa düşülür ki, burada despot öz təbəələrinə münasibətdə hərbi-bürokratik aparata arxalanaraq qeyri-məhdud irsi hakimiy­yətindən istifadə edir.

Bununla bərabər, tarixi-hüquqi abidələr despotik idarəçiliyinin xalis formada Qədim Şərqin heç də bütün ölkələrdə və onların uzun inkişafının bütün mərhələsində mövcud olmadığını göstərir. Qədim şumer dövlətlərində hökmdarın hakimiyyəti respublika idarəçiliyinin ünsürləri ilə əhəmiyyətli dərəcədə məhdudlaş­dırılmışdı. Hökmdarlar ağsaqqalar şurası tərəfindən seçilirdi. Hökmdarlar ağsaqqallar şurası tərəfindən seçilirdi. Hökmdarlar ağsaqqallar şurası tərəfindən seçilirdi. Hökmüdarların fəaliyyətinə uyanlar şurası və ya xalq yığıncaqları nəzarət edirdi. Beləliklə, hakimiyyət secgili xarakter daşıyırdı.

Qədim Hindistanda, hətta mərkəzi hakimiyyətin daha çox möhkəmlənməsi dövründə çar məmurları şurası əhəmiyyətli rol oynamışdır ki, bu da ali monarx hakimiyyətinin məhdudluğunu subut edir. Bundan əlavə, qədim Hindistanda monarxiyalarla yanaşı respublika idarəçilik formasında da dövlətlər ( demokratik- “qanlar “ və aristokratik sinqxlər”) mövcud olmuşdur.

Tarix –hüquq elminin bəzi görkəmli nümayəndələri belə nəticə hasil edirlər ki, Şərq despotiyası dedikdə, təbəələrin hakimiyyət özbaşınalığından tam asılı olduğu idarəçilik forması başa düşülməlidir. Həqiqətində, belə quruluş qədim Asiya dövlətlərinin əksəriyyətində mövcud olmuşdur, lakin həmin dövlətlərdə hakimiyyət bir qayda olaraq, təkbaşına hökmdara deyil, çoxsaylı hökmran qruplara məxsus idi. Həqiqi despotiya tarixdə uzun müddət davam edən sabit quruluş kimi deyil, zaman etibarilə çox qısa nadir hal kimi mövcud olmuşdur. Qədim Sərq olkələrinin despotik dövlət idarəcilik forması deyil, onların bəşəriyyət tarixində silinməz iz qoyan təkraredilməz siviliziyası birləşdirir.

b) Qədim Roma monarxiyası. İimperiya formasında (eramızın I-III əsrləri) mövcud olmuşdur. Rorma imperiyasının tarixi iki dövrə bölünür: prinsipat (Prinsipat- prinsipatus- sezarlar hakimiyyəti (princeps- başcı sözündən) dövrü və dominat (Dominat lat. Dominatio- təkhakimiyyətlilik, ali hakimiyyət) dövrü.

Prinsipat zamanı hələ formal respublika idarəçilik formasının ünsürləri və respublikanın əsas orqanları saxlanılır. Xalq yığıncaqları və senat fəaliyyət göstərir. Konsullar, pretorlar və xalq tribunları seçilir, lakin onlar dövlət işlərinin həllində mühüm rol oynamırlar. Bütün əsas funksiyalar imperatorun əlində cəmləşir. Konkret şəraitdən asılı olaraq, o istənilən vəzifəli şəxsin səlahiyyətlərinini icra edir, orduya komandanlıq edir. Mülki işlər üzrə mühakimə edir öz mülahizəsinə görə senatı dəstləşdirir, istənilən hakimiyyət orqanının qərarlarını ləğv edir, vətəndaşları həbs edir və s . İmperator qanunvericilik hakimiyyətinin əsas mənbəyidir, senat isə yalnız məşvərətçi rol oynayır.

Eramızın III əsrində Romada qeyri –məhdud monarxiya (dominat bərqərar olur. Bu dövrdə respublika təsisatları tamamilə yox olur. Dövlətin idarə edilməsi müstəsna olaraq imperotorun əlində cəmləşir. İmperotor özünün ilahi mənşəyə malik olduğunu acıq elan edir. Roma imperiyasında nizam intizam cox saylı inzibati məhkəmə və hərbi aparatın köməyi ilə mühafizə edilirdi.

Roma imperiyasınına, xüsusilə də onun son mərhələsində xas olan dövlət formaları orta əsrlərdə təqlid üçün nümunə olurdu. Onlar Fransanın, Almaniyanın, İspaniyanın və İtaliyanın özünün dövlətçiliyində əhəmiyyətli dərəcədə real əks olunurdu.

Roma imperiyası roma sivilzasiyasının tərkib hissəsidir. Bu dövr bəşəriyyət tarixinə yalnız Kaliqul və Nerovnu deyil, həm də Seneka və Pliniy, Mark Avreliy və Aruley,Korneliy, Tasit və Appian, kimi görkəmli mütəfəkkirləri, alimləri, ədə­biyyatşıları, hüquqşünasları, tarixçiləri vermişdir. Qədim Romanın müsilsiz arxi­­tek­tura əsərləri olan Korizey və Panteon insan təxəyyülünü bugünkü günə qədər heyran edir.

c) Feodal (orta əsrləri ) monarxiyası öz inkişafında ardıcıl olaraq aşağıdakı dövrləri kemişdir:: iki feodal və silki nümayəndəli .

İlk feodal monarxiyası dövlət monarxiyası dövlət idarəçilik forması kimi Avropa xalqlarının quldarlığı tanımayan əksər hissəsində (Frank, Alman, İngilis-sakson dövlətlərində, Kiyev Rus dövlətində) bilavasitə qəbilə icma münasibət­lərindən törəmişdir. İlk feodal dövləti ərazinin pərakəndəliyi və zəif mərkəzi hakimiyyətlə xarakterizə olunur. Feodal hərbi və məmur əyanları bu dövrdə özünüidarəsinin qalıqları ilə yaşamağa məcbur idi. Feodal münasibətləri inkişaf etdikcə icma torpaqları özgəninkiləşdirməyə məruz qaldı və əvvəllər azad olan kəndlilər feodallardan asılı vəziyyətə düdülər.

İlk feodal monarxiyası mərkəzləşdirilmiş xarakter daşıyırdı, praktiki olaraq mərkəzi hakimiyyətlə bağlı deyildir. Feodal öz təsərrüfatını həm torpaq sahibi kimi, həm də öz ərazilərində ali hakimiyyətin daşıyıcısı kimi idarə edirdi. Feodalın idarəsinin konkret icraları onun mühafizəsinə görə təyin edolən və dəyişdirilən xidmətlər idi. Feodalın öz məhkəməsi , polis , qoşunu, vergi toplayanları var idi və onların onların vasitəsi ilə oöz ərazisində şəxsi hakimiyyətini həyata keşirir və xarici hücumlardan müdafiə olunurdu.

Eyni zamanda mərkəzi hakimiyyət aparatı formalasırdı. Həmin aparatın xüsusiyyəti ondan ibarətidi ki , ümumi dövlət hakimiyyəti orqanları iri feodalların xüsusi hakimiyyət ilə qovuşmuşdu. Bu orqanlar kral mülklərinin knyaz votçinalarının hələ tamamilə ayrılmırdı. Kralın, knyazın həm hərbi, həmdə təsər­rüfat xidmətçiləri tabeçilikdəki əhaliyə münasibətdə məhkəmə funksiyalarını yeri­nə yetirirdilər. Dövlət aparatının belə strukturu spesfik feodal prinsipi olan siyasi hakimiyyətin torpaq mülkiyyətçisinə bilavasitə və ayrılmaz məxsusluğunu təmin edirdi.

Hərbci feodal dövlət qurumlarının çoxsaylı, zəif təşkil olunmuş, aralarında möhkəm iqtisadi, hərbi və mədəni əlaqələr olmayan xalqların istilası nəticəsində yaranan ilk feodal imperiyası (məsələn, Böyük Karl, Çingiz xan imperiyaları belə yaranmışdır) ilk feodal dövlətinin bir variantıdır. İmperiyalar vahid hökmdar –kral, böyük knyaz, xəlif və ya xan başçılıq edirdi mərkəzdə hərbi drujina və xalq könüllülərinin qüvvəsinə arxalanan güclü mərkəzi hakimiyyət yaradılır.

Zahiri güçünə baxmayaraq, ilk feodal monarxiyaları keçici dövlət birlikləri idi. Yeni- yeni torpaqların işgalı və bu torpaqlarda məskunlaşan kəndlilərin kölə halına salınması içtimai həyatda feodalizmin formalaşmasına obyektiv imkan yaratdı. Mərkəzi hakimiyyətin rəqibinə cevirilən iri torpaq sahibliyi yaranır. Feodallar dövlət hakimiyyətindən öz iqtisadi mənafeləri üçün istifadə etməkdə daha çox maraqlı idilər. Onlar tədricən kral bayrağı altında hərbi yürüşlərdən kənar edilirlər, belə ki, onlara öz təsərrüfatlarında məşğul olmaq kəndlilərindən alınan sabit kəndliləri hökmdarla bölməmək daha sərfəli idi. Beləcə iri torpaq sahibliyinin inkişafı ilə feodal imperiyasının dayaqları tədricən sarsılır, o ayrı- ayrı tədric olunmuş dövlətlərdə parçalanır.

Silki- nümayəndəli monarxiya - Bu dövlət idarəciliyinin elə bir formasıdır ki, bu zaman monarxın hakimiyyəti silki - nümayəndıli orqanla (məclisə) məhdud edilir. Belə silki-nümayəndəli məclislər əmtəə -pul münasibətlərinin inkişafı və mərkəzləşmiş mönarxiyanın yaranması ilə əlaqədar feodal pərakəndəliyini aradan qalxması nəticəsində yaranır. Bu Fransada Baş ştatlar, İngiltərə parlament, İspaniyada korteslər, Rusiyada Zemstovo məclisi idi.

Silki-nümayəndəli məclislər ruhanilərdən, zədakanlardan və üçüncü təbəqə adlanan təqəbənin (taçirlərin, sənətkarların; orta torpaq sahiblərinin) nümayəndə­lərindən ibarət idi. Bu orqanlar, bir qayda olaraq, qanunvericilik fəaliyyəti ilə, maliyə nəzarətilə məşğul olan məşvərətci orqanlar idi. Silki nümayəndəliyin mərkəzi orqanları ilə yanaşı, yerli silki –nümayəndəli orqanlar yaradıldı. (Fransada əyalət ştatları, Almaniyada ayrı- ayrı torpaqların lantaqları, Rusiyada qub və zem divanxanaları).

Silki nümayəndəli orqanlarla yanaşı, ciddi mərkəzləşmiş, bütünlüklə monarxa tabe olan mərkəzi və yerli icra hakimiyyəti aparatı fəaliyyət göstərirdi.

Kəndli çızışları və başqa feodal dövlətləri ilə tez- tez baş verən müharibə şəraitində təhkimli kəndlilərin çıxışlarını əzmək və xarişi hücumlardan ölkənin müdafiə məsələsini həll etmək üçün monarxın sərəncamında daimi ordu var idi.



2. Respublika idarəçilik formasının tarixi tipləri (formaları).

a) Afina Demokratik Respublikası ( e.ə. V-IV əsrlər). İlk olaraq qeyd edək ki, respublika idarəçilik forması qəti şəkildə Afrika dövlətində formalaş­mışdır. Cəmiyyətin, onun xalqlarının dövlət tarixi respublika idarəçilik formasının bir neçə əsas formasını tanıyır.

Afina Demokratik Respublikasının xüsusiyyətləri və əhəmiyyətli dərəcədə demokratizmi Afina cəmiyyətinin sosial strukturu, azad afinalıları qula çevirməyi tanımayan qul sahibliyinin xarakteri, habelə kollektiv qul sahibliyinin mövcud olması ilə şərtlənmişdi. Respublika dövründə Afinada hakimiyyət orqanlarının dəqiq strukturu və ciddi müəyyən olunmuş funksiyalara malik səmərəli sistem qurulmuşdur. Dövlət orqanları sistemi xalq yığıncağından, beçyüzlər şurasından , seçkili vəzifəli şəxslərdən, andlılar məhkəməsindən, areopaqdan (yun. Areos paqos – Afinada Aresov (Areyev) təpəsi, burada ali cinayət məhkəməsinin iclasları keçirilirdi) – ali siyasi və məhkəmə orqanlardan ibarət idi.

Afinada ali dövlət hakimiyyəti orqanı bütün digər orqanların vəzifəli şəxslərin tabe olduğu xalq yığınçağı idi. Onun işində 20 yaşına çatmış tam hüquqlu afina vətəndaşları ifadə edirdilər. Xalq yığıncağının başlıca funksiyası qanunların qəbulu idi; bununla belə müxtəlif inzibati və məhkəmə fəaliyyəti də həyata keçirilirdi. Xalq yığıncağı müharibə elan edir və sülh bağlayırdı; xarici əlaqələrə baxırdı; hərbi rəisləri (strategləri) və digər vəzifəli şəxsləri seçilirdi; dini işlərə, ərzaq, əmlak müsadirə məsələlərinə baxırdı. Hər bir vətəndaş onu maraqlandıran istənilən məsələ üzrə xalq yığıncağına müraciət edə bilərdi. Məhkəmə orqanı qismində çıxış edərək, xalq yığıncağı dövlətə xəyanətdə və vəzifəli şəxslərin sui- istifadə halla rinda ittihamı təsdiq edirdi,xüsi təhlükə dövlətə xəyanətdə və vəzifəli şəxs lərin sui- istifadə hallarında ittihamı təsiq edir, xüsusi təhkükəli dövləti cina yətlər barəsində işlərisə bilavasitə baxa bilərdi.

Ali icra hakimiyyəti orqanı beşyüzlər şurası idi. O Afina ərazi bölmələrinin (polislərin) nümayəndələrindən təşgil olunmuşdur və dövlətin gündəlik praktiki fəaliyyətinə rəhbərlik edirdi.

Areopaq son dərəcə nüfuzlu dövlət hakimiyyəti orqanı idi. O xalq yığıncağının qərarlarını ləğv edə, beşyüzlər şurasının və vəzifəli şəxslərin fəaliyyətinə nəzarət edə bilirdi. Areopaq polislərin ali vəzifəli şəxsləri olan arxonlardan və ömürlük təyin olunan keçmiş arxonlardan ibarət idi. Efialtin istehsaları (e.ə. 462-ci il) areopaqı ali siyası funksiyarardan məhrum etdi və o sırf məhkəmə orqanına cevirirdi.

Afina respublikasının strukturunda gələcək hakimiyyətlər bölgüsünün ünsürləri görünür; xalq yığıncağı – qanunverici orqan; beşyüzlər şurası – icra hakimiyyəti; areopaq – ali məhkəmə hakimiyyəti.

Afinada respublika idarəçiliyi çox cəhətdən müasir dövlətçiliyin əlamətlərini də müəyyən edən bir sıra demokratik prinsiplər əsasında qurulmuşdur: seçkilik, səlahiyyətlərinin müddətliyi; kollegiallıq; iyeraxiya tabeçiliyinin olması; dövlət funksiyasının yerinə yetirilməsinin əvəzliliyi; hesabat vermə.

Qədim Afinada adları müasir insanın şüurunda quldarlıq, qul köləliyi anlayışı ilə heç bir əlaqədə olmayan antik mədəniyyətin görkəmli xadimləri yaşamış və yaratmışlar. İndi Afina dövlətini çətin ki, Herodotun, Polibiyin və Plutarxın tarixi əsərləri, Homer poemaları, Heraklitin, Sokratın, Plotonun, Anaksaqorun, Demokritin, Aristotelin, Epikürün fəlsəfi baxışları, Pifaqorun riyazi nəticələri, Esxilin, Sofokulun və Evripin faciələri, Aristofanın komedyaları, əzəmətli Parfenon məbədinin tikintisinə rəhbərlik edən Fidinin heykəltaraşlıq işləri olmadan təsəvvür etmək mümkün olsun .



b) Sparta aristokrat respublikası ( e. ə. V-IV əsrlər). Polislərin əhalisinin demokratik hissəsinin idarə etdiyi Afinadan fərqli olaraq, Sparta öz ətrafında əsasən onların aristokratik hissələrini birləşdirirdi. İcma quruluşunun açıq- aşkar qalıqları ilə yanaşı, Sparta çoxsaylı qulları - ilotları itaətdə saxlayan güclü qoşuna malik idi.

Dövlətdə ali hakimiyyət formal olaraq iki çara məxsus idi , faktiki surətdə isə o, aristokratiyanın xeyrinə məhdudlaşmışdı. Çarlar hərbi rəislik edirdilər, müharibə vaxtı məhkəmə hakimiyyəti onlara məxsus olurdu, onlar dini ibadət məsələlərinə baxirdılar.

Qanunvericilik hakimiyyətini ağsaqqallar şurası həyata keçirirdi. Gerusiya iki çardan və aristokratiya nümayəndələrindən ömürlük seçilən 28 şura üzvündən ibarət idi. Ali icra hakimiyyətini görkəmli aristokratlardan hər il seçilən eforlar kollegiyası həyata keçirirdi. Eforlar bütün dövlət orqanlarının və vəzifəli şəxslərin, o cümlədən çarların da fəaliyyəti nə nəzarəti həyata kecirirdilər. Onlar mühüm mülki və cinayət işlərinə baxır, xarici siyasət məsələlərini həll edir, qoşun toplanmasını həyata kecirirdilər. Spartada xalq yığıncağı böyük rol oynayırdı. Qanunvericilik səlahiyyətlərinə o faktiki olaraq malik deyildi. Formal surətdə xalq yığıncağının səlahiyyətlərinə daxil olan vəzifəyə təlim etmə, müharibə və sülh məsələləri başqa dövlət orqanları tərəfindən qabaqcadan həll edilirdi.

c) Roma aristokratik respublikası (e.ə. V-II əsrlər). Roma respublikasında ali dövlət hakimiyyəti senat idi. Senatın üzvləri xüsusi səlahiyyətli şəxslər (senzorlar) tərəfindən, senzorlar da öz növbəsində xalq yığıncağı tərəfindən təlim edilirdilər. Yerli hakimiyyət orqanlarında (senturiyalarda) həll edilən bütün məsələlər əvvəlcədən senatda müzakirə edilirdi. Senat formal olaraq xalq yığıncağının qərarlarına tabe olurdu, lakin sonuncunun qərarları “Romanın mənafe­lərinə” uyğun gəlmədikdə, onlara etibarsız elan edir və ya bu qərarlara görə məsul olan vəzifəli şəxslərə öz vəzifələrindən imtina etməyi təklif edirdi. Diktatura tətbiq etmək senatın müstəsna hüququ idi. Diktatura tətbiq edildikdə respublikanın böyük vəzifəli şəxsləri səlahiyyət müddəti altı ay olan diktatorun tabeçiliyinə keçirdilər. Senat digər mühüm səlahiyyətlərə də malik idi. O xəzinəyə və dövlət əmlakına sərəncam verirdi, müharibə və sülh məsələlərini həll edirdi, qoşun komandalarını və məhkəmə kollegiyalarını təyin edirdi. Roma respublikasının həddindən artıq “aristoqratizmdə” ittiham etmək, görünür, ədalətsizlik olardı. Belə ki, o öz ehtiyatında xalq hakimiyyətinin çoxlu real demokratik institutlarına malik idi. Xalq yıgıncaqları vətəndaşları hər cür hakimiyyər özbaşılandığından mühafizə üçün hakimiyyət özbaşınalığından mühafizə üçün bütün mümkün olanları etmişlər. Senatın hökmran mövqeyinə baxmayaraq, respublikanın dövlət həyatı başlıca olaraq vəzifəli şəxslərin səlahiyyətlərin in müddətliyini onların xalq yığöncağına hesabat verməsini, dövlət təsisatlarının kollegial quruluşunu təmin edirdi.

Roma dövlətçiliyinin xidməti ondan ibarətdir ki, o sonrakı sivilizisiyanın bir sıra ölkələrinin dövlət hakimiyyətinin xarakter və strukturuna böyük təsir göstərmişdir. Lakin roma hüququnun müddəaları daha çox dərəcədə mənimsənil­mişdir. Roma hüquqşünasları ilk dəfə olaraq sivilizasiyalı cəmiyyətin mühüm hüquq insitutunu - mülkiyyət hüququnu dürüst ifadə etmişlər. Onlar hüquq sistemini iki hissəyə, xüsusi hüquqa və ümumi hüquqa bölürdülər. Ümumi hüquqda tam kimi “Roma dövlətinin vəziyyətinə” aid olan, xüsusi hüquqda ayrı –ayrı şəxslər arasındakı münasibətləri nizama salan bütün normalar daxil idi. Hüquq normaları arasındakı belə nisbət müasir hüquqi sistemlərin əksəriyyətində təbii reallıq­dır: sahiblik, alqı-satqı, institutları, mülkiyyətin müxtəlif formaları öz başlanğıclarını roma hüququndan götürürlər-onların tarixi və praktiki dəyərləri də bunlardır.



d) Şəhər respublikaları (feodal respuçlikaları). Dövlət idarəciliyinin belə forması feodal monarxiyaları ilə yanaşı, orta əsrlərdə yaranır, Feodal respublikararı iri şəhərlərin qüdrətinin və müstəqilliyinin möhkəmlənməsi nəticəsində formalaş­mış­dı, Şəhərlərin öz idarəcilik orqanını secmək, qanunlar vermək, vətəndaşlar üzə­rində mühakimə həyata kecirmək hüquqları var idi. Mərkəzi hakimiyyətə (sen­yora) münasibətdə şəhər müəyyən haqq ödəməli və hərbi xidmətə vətəndaşlar ayırmalı idi.

Dövlət idarəciliyinin feodal respublika forması şəhər özünün idarəsinin suverenliyə cevirilməsinin nəticəsi idi. Şəhər idarəçiliyi şəhər şurası aristokratiya nümayəndələrindən və şura tərəfindən secilən şəhər başçısından (mer) ibarət idi.

Mükəmməl şəhər respublikaları İtaliyada – Florensiya, Venetsiya , Genuya, Rusiyada – Novoqrod və Pskov olmuşdur. Azad şəhərlər, habelə, Almaniyada, Fransada, İngiltərədə də yaranmışdır ki, burada əkinçilər deyil, tacir və sənətkarlar əsas rol oynayırdılar.

Şərər respublikalarının dövlət hakimiyyətinin strukturu mürəkkəb deyildir. Məsələn, Venestiya respublikasında ali hakimiyyət və idarəetmə orqanları Böyük şura, senyoriya, senat, qırxlar şurası və onlar şurası idi ki, bunlarda 200-300-ə qədər ən adlı- sanlı şəhərlərdən təşkil edilirdi. Novqrad respublikasında daxili və xarici siyasətin əsas məsələlərini bütün şəhərlilərin iştirak edəcəyi şəhər veçesi (xalq yıgıncağı ) həlledirdi. Lakin onun fəaliyyətinə boyar şurası (agalar şurası) tərəfindən nəzarət edilirdi.

Əksər şəhər respublikalarının daha mühüm cəhəti vətəndaş azadlığının və azad bazar münasibətlərinin tanınması idi. Qramotalarda qeyd edildiyi kimi əgər təhkimli bir il və bir gün şəhər divarları daxilində yaşayırsa və bu dövrdə ağası ona hüququ olduğunu söyləmirsə, onda o həmişəlik azadlıq alırdı.

III FƏSİL

İdarəçilik formasının növləri

İdarəçilik formasının aşağıdakı növləri vardır: a) Monarxiya; b) Respublika.



Monarxiya və onun növləri

Monarxiya – ali dövlət hakimiyyətlərinin təkbaşına həyata kecirdiyi və bir qayda olaraq , irsən kecdiyi idarəcilik formasıdır. O, elə bir idarəetmə formasıdır ki, dövlət başçısı öz dövlət vəzifəsini və xüsusi fəxri titulunu irsən və ömürlük olaraq alır və öz varisinə ötürür (kral, imperator, sultan və s.). Lakin, bəzi ölkələrdə (Malaziya, BƏƏ) bu qaydadan istisnalar da vardır.

Klassik monarxiya idarəcilik formasının əsas əlamətləri:

- Öz hakimiyyətindən ömürlük istifadə edən təkbaşçının (car, kral, imperator, şah) mövcud olması:

- ali hakimiyyət varisliyinin irsi qaydası:

- monarx tərəfindən dövlətin öz mülahizəsinə görə təmsil edilməsi:

- monarxın hüquq məsuliyyətsizliyi:

- monarxiya hüquq məsuliyyətsizliyi:

Monarxiya quldarlıq cəmiyyəti şəraitində yaranmışdır. Feodalizm dövründə o, dövlət idarəciliyinin əsas forması olmuşdur. Burjuaziya cəmiyyətində isə monarxiya idarəciliyinin yalnız ənənəvi, əsasən formal cəhətləri saxlanmışdır.

Dünya dövlətləri sırasında monarxiyaların sayı kifayət qədər çoxdur: əgər Britaniya monarxının genral –qubernatorlarla təmsil olunduğu Britaniya birliyinin üzvülərini də onların sırasında hesab etsək, dünya dövlətlərinin təxminən altında bir hissəsini monarxiyalar təçkil edir. Monarxiyalar arasında Böyük Britaniya, İspaniya, Yaponiya, Tailand kimi böyük ölkələr vardır. Lakin idarəçilik forması monarxiya olan bir neçə yüz min (Afrikada Svazilend), bir neçə on min (karib hövzəsində Sent- Kristofer və Hevic) və bir neçə min (Okiyanda Tuvalu ) əhalisi olan xırda dövlətlər də mövcuddur.

İkinci dünya müharibəsindən sonra Bolqarıstanda, İtaliyada, Rumıniyada və bəzi digər dövlətlərdə, sonralar isə Yunanstanda və Əfqanstanda monarxiya ləğv edilmişdir. Lakin monarxiyanın bərpa olunması hallarında da rast gəlinir (diktator general Frankonun ölümündən sonra İspaniyada). Bu, inkişaf etmiş ölkələrdə siyasi rejimə faktiki olaraq təsir etmir. Böyük Britaniya monarxiyasındakı vəziyyət qonşu Fransa respublikasındakı vəziyyətdən çox az fərqlənir. Lakin bir çox inkişaf etməkdə olan ölkələrdə monarxiya feodal institutu hesab edilməklə demokratiyanın inkişafını məhdudlaşdırır.

Monarxın dövlət başcısı olmasına baxmyaraq, əslində heç də həmişə ali hakimiyyət ona məxsus olmur və ölkənin real olaraq o idarə etmir. Monarxiyada ali hakimiyyət ona məxsus olmur və ölkəni real olaraq o idarə etmir. Monarxiyada ali hakimiyyət çox vaxt dövlət başcısı, parlament, hökumət , bəzən həm də qeyri-formal qurumlar (ailə şurası, ali ruhanilər) tərəfindən həyata keçirilir.

Monarxiya idarəçilik formasının aşağıdakı növləri fərqləndirilə bilər:

a) Mütləq monarxiya elə idarəçilik formasıdır ki, bu zaman ali dövlət hakimiyyəti qanuna görə bütünlüklə bir şəxsə - çara, krala, imperatora məxsusdur. Pyotrun hərbi nizamnaməsinin ifadəsi ilə desək “monarx dünyada öz işləri haqqında heç kimə hesabat verməyən müstəbidir”. Mütləq monarxiya idarəçilik formasının əsas əlaməti monarxın səlahiyyətlərini məhdudlaşdıran heç bir dövlət orqanının olmamasıdır.

Mütləqiyyətin yaranması burjua münasibətlərinin əmələ gəlməsi və feodalizmin və köhnə feodal silklərinin dağılmağa başlaması prosesi ilə əlaqədar olmuşdur. Mütləq monarxiyanın daha mühüm cəhətlərinə silki- nümayəndəli təsisatların tam tənəzülü, monarx hakimiyyətinin hüquqi cəhəddən qeyri-məhdudluğu, onun birbaşa tabeliyində və sərəncaminda daimi oraunun polisin və genuş bürokratik aparatın olması daxildir.

Müstəqilliyin yaranması zamanı mütləqiyyət hakimiyyət mərkəzində və yerlərdə artıq iri feodallara deyil, monarx tərəfimdən təyin edilən və azad edilən məmurlara daxil olan gizli şura ilə əvəz edilir. Mərkəzi bürokratiya feodalları yerlərdə də hakimiyyətin bilavasitə həyata keçirilməsində sıxışdırır.

Müəyyən dövr ərzində dünya tarixi prosesində müsbət rol oynayaraq , mütləq monarxiya öz yerini çox tez daha mütərəqqi dövlətçilik formalarına verdi.

Bununla belə, orta əsrlər monarxiyası dövrü yalnız kəndli müharibələri və sinfi qarşıdurma dövrü deyildir. Bu həm də elmin, texnikanın , incəsənətin, insanın intelektual imkanlarının çiçəklənməsi dövrüdür. Dante Aligeri, Corcone, Leonardo da Vinçi, Kolumb, Kopernik, Mikelancelo, Titsian, Qaliley,Qassendi, Kampanella, Rubens Şekspir, Rembrandt və bəşər mədəniyyətinin digər görkəmli şəxsləri həmin dövrdə yaşamış və yaratmışdır.

Onu da qeyd edək ki, kapitalizməqədərki inkişaf mərhələləri üçün xarakterik olan bu idarəetmə forması indiyə qədər bir neçə olkədə qalmaqdadır. Oman sultanlığında konstitusiya rolunu, qeyd edildiyi kimi Quran yerinə yetirir. Bu ölkədə parlament də yoxdur, hökumət kral tərəfindən təşkil olunur və onun qarşısında məsuliyyət daşıyır. Adə­tən, nazir vəzifəsini kralın oğlu, qardaşı və başqa qohumu tutur. Əksər nazir­lər, habelə əyalətlərin qubernatorları hakim ailənin üzvüləri sırasından təyin edilir.

İran körfəzinin digər əmrliklərində, Bəhreyində, Qatarda, Küveytdə və Sədiyyə Ərəbistanda konstitusiyalar olsa da, onlar demokratik yolla qəbul olunmamış, monarxlar ( BƏƏ-də Əmirlər şurası) tərəfindən bəxş edilmişdir. Digər tərəfdən, onların qüvvəsi tez-tez dayandırılır.

Hazırda mövcud olan mütləq monarxiyaların idarəetmə sistemində ailə şurası və islam dini xüsusi əhəmiyyətə malikdir. Ailə şurası qeyri-formal, lakin cox mühüm təsisatdır. O, hakim ailənin üzvülərindən – kralın yaxın qohumlarından və bir neçə ali üləmadan, Qurana xüsusi hörmət edən bilicilərindən ibarətdir.

Müasir mütləq monarxiyalar öz sosial xarakterinə görə tamamilə feodal dövlətləri deyildir. Hakim sinfin feodal aristokratiyası öz sosial xarakterinə görə tamamilə feodal aristokratiyası bazasında formalaşmasına baxmayaraq, o, kəndlilərin feodal istismarı hesabına deyil, neft sərvətlərinin dövlət istismarı hesabına mövcuddur. Bundan başqa, hakimiyyəti xeyli hissəsi, əsasən iri maliyyə buryuasının əlində cəmləşmişdir.

b) Konstitusiyalı monarxiya – monarx hakimiyyətinin nümayəndəli orqanlarla əhəmiyyətli dərəcədə məhdud edildiyi idarəçilik fomasıdır. Adətən, bu məhdudiyyət parlament tərəfindən təsdiq edilən konstitusiya ilə müəyyən edilir. Monarxın isə konstitusiyanı dəyişdirmək hüququ yoxdur.

Konstitusiyalı monarxiya idarəşilik forması kimi burjua cəmiyyətininin təşəkkül tapdığı dövrdə yaranmışdır. Hazırkı vaxta kimi Avropa və Asiyanın bir sıra ölkələrində o öz əhəmiyyətini formal olaraq itirməmişdir. İngiltərə, Danimarka, İspaniya, Norveç İsverç, Yaponiya və başqa dövlətlərin idarəçilik forması məhz konsitusiyalı monarxiyadır.

Konstitusiyalı monarxiyanın iki növü vardır:

1. Parlamanetli monarxiya;

2. Dualist monarxiya.

Parlamanetli monarxiya. Parlamentli monarxiya aşağıdakı əsas əlamətlərlə xarakterizə olunur:

- hökumət parlamentə seçkilərdə səslərin əksəriyyətini toplayan müəyyən partiyanın ( və yaxud partiyaların ) nümayəndələrindən təşkil olunur;

- daha çox deputat yerinə malik partiyanın lideri dövlət başcısı olur;

- qanunvericilik, icra və məhkəmə hakimiyyəti sahələrində monarxın hakimiyyəti faktiki surətdə olmur, o rəmzi xarakter da daşıyır.;

- qanunvericilik aktları parlanent tərəfindən qəbul edilir və formal olaraq monarx tərəfindən imzalanır;

- Hökumət konstitusiyaya uyğun olaraq monarx qarşısında deyil, parlament qarşısında məsuliyyət daşıyır.

Parlamentli monarxiyada demokratik yolla qəbul olunmuş komstitusiya qüvvədədir, qanunvericilik hakimiyyəti seçkili parlamentə (ən azı onun aşağı palatası seçkilidir) məxsusdur. Monarx hüquqi cəhətdən dövlət başcısı olaraq qalır. Lakin o, ölkənin idarə olunmasında faktiki olaraq iştirak etmir.

Əslində hökuməti kral tərəfindən baş nazir təyin edilmiş və parlamentdə əksəriyyətə makik partiyanın lideri təşkil edir. O başqa şəxsi baş nazir təyin edə bilməz, çünki kabinetin digər tərkibi parlamentə hökümət proqramı təqdim edilərkən enimad votumu qazana bilməyəcəkdir.



Dualist monarxiyada dövlət hakimiyyəti ikili xarakter daşıyır. Hüquqi və faktiki cəhətdən hakimiyyət monarx tərəfindən təşkil edilən hökumətlə parlament arasında bölünür. Dualist monarxiyada hökumət parlamentin partiya tərkibindən asılı olmayaraq formalaşdırılır və parlament qarşısında məsul deyildir. Monarx bu zaman başlıca olaraq feodalların mənafeyini, parlament isə burjuaziyanın və əhalinin digər təbəqələrin mənafeyini təmsil edir. Belə idarəçilik forması Kayzer Almaniyasında ( 1871 -1918) mövcud olmuşdur.

Dualist monarxiyada konstitusiya çox vaxt xalqa monarx tərəfindən bəxş edilir. Parlamentin iştirakı olmadan qanunlar qəbul edilə bilməz. Lakin hökumət (nazirlər şurası) monarxı tərəfindən təyin edilir, yalnız onun qarşısında məsuliyyət daşıyır.



Bəzi olkələrdə monarxiyaların xüsusiyyətləri. Bəzi, xüsusilə kiçik ölkə­lər­də monarxiya feodal və patriaxal institutlar şəraitində mövcuddur. Çox vaxt parlament yalnız qismən və ənənəvi icmalar sistemi çərcivəsində seçilir (kiçik Ton­da dövlətində parlament üzvlərinin əksəriyyəti yerli əyanlar, o cümlədən, kral nazirləridir).

Malayziyada seçkili monarxiya mövcuddur. BƏƏ-də əslində “kollektiv monarx” fəaliyyət göstərir, yəni dövlət başçısının ən mühüm səlahiyyətləri və höku­mətin bəzi funksiyaları fedrasiyanın yeddi əmirliyindən ibarət olan Əmirlər şurasına məxsusdur.



Respublika və onun növləri

Respublika ( lat. Respublikası – ictimai iş) – ali dövlət hakimiyyətini əhali tərəfindən müəyyən müddət seçilən seçkili orqanların həyata keçirdiyi idarəçilik formasıdır.

Respublika elə idarə formasıdır ki, bu idarəçilik formasında malik olan ölkələrdə dövlət başcısı zəruri “əlamətlərə” (müəyyən yaş həddi, həmin ölkələrdə bu dövlətin vətəndaşından doğulma, tam mülki və siyasi hüquqlara malik olma və s.) malik olan vətəndaşlar arasından müəyyən müddətə seçilən prezidentdir. Respublikanın tərif olunmuş başqa formaları da vardır ki, bu zaman prezident vətəndaşlar tərəfindən seçilmir, dövlət çevrilişindən sonra hərbi və ya inqilabi şura tərəfindən elan edilir, və ya dövlət başcısı ömürlük prezident elan edilir və s.



Respublika idarəçilik formasının xüsusiyyələri aşağıdakılardır:

- Təkbaşına və kollegiol dövlət başcısının mövcud olması;

- Dövlət başçısının və ali dövlət hakimiyyətinin digər orqanlarının müəyyən müddətə seçkililiyi;

- Dövlət hakimiyyətinin şəxsi hüquqla deyil, xalqın tapşırığı ilə həyata keçirilməsi ;

- Dövlət başçısının qanunla nəzərdə tutulan hallarda məsuliyyəti;

- Ali dövlət hakimiyyəti qərarının bütün digər dövlət orqanları üçün məcburliyi;

- Dövlət və şəxsiyyətin qarşılıqlı məsuliyyəti.

Respublika idarəçilik formasının aşağıdakı növləri fərqləndirilə bilər:



a) Parlamentli respublika - dövlət idarəçiliyi formasının, dövlət həyatının təşkilində ali rolun parlamentə məxsus olduğu müasir növlərindən biridir. Belə respublikada hökumət parlament üsulu ilə parlamentdə əksər səsə malik partiyanın deputatlarından formalaşdırır. Hökümət öz fəaliyyətinə görə parlament qarşısında kollektiv məsuliyyət daşıyır. O, parlament çoxluğu tərəfindən dəstəkləndikcə hakimiyyətdə qalır. Parlament üzvlərinin əksəriyyətinin etibarını itirdikdə höku­mət ya istefaya çıxır, yada dövlət başcısı vasitəsi ilə parlament üzvlərinin əksəriyyətinin etibarını itirdikdə hökümət ya istefaya çıxır, ya da başcısı vasitəsi ilə parlamentin buraxılmasına və vaxtından əvvəl parlament seçicilərinin təyin olunmasına müvəffəq olur.

Belə respublikalarda, bir qayda olaraq, dövlət başcısı parlament və yaxud xüsusi olaraq yaradılan parlament tərəfindən seçilir. Dövlət başçısının parlament tərəfindən seçilməsi icra hakimiyyəti üzərində parlament nəzarətinin başlıca növüdür. Dövlət başçısının seçilməsi presudurası müasir parlamentli respublika­larda müxtəlifdir. Məsələn, İtaliyada respublika prezidenti hər iki palatanın üzvləri tərəfindən onların birgə iclasında secilir, lakin bu zaman seçkilərdə, hər bir vilayətdən vilayət şurasının seçdiyi üç nümayəndə də iştirak edir.

Federativ dövlətlərdə dövlət başçısının seçilməsində parlamentin iştirakı da fedrasiya üzvlərinin nümayəndələri ilə bölünür. Məsələn, Almaniya Federativ Respublikasında prezident buntestaqın üzvlərindən və eyni sayda, torpaqların landtaqları tərəfindən proporsional əsaslarla seşilən nümayəndələrdən ibarət Federal Məclis tərəfindən secilir. Parlamentli respublikada dövlət başcısının seçkisi ümumi seçki hüququ əsasında da həyata keçirilə bilər. Bu, məsələn, Avustriya üçün səciyyəvidir. Burada prezident əhali tərəfindən altı il müddətinə seçilir.

Dövlət başcısı parlamentli respublikada geniş səlahiyyətlərə malikdir. O, qanunları elan edir, dekretlər verir, parlamemti buraxmaq hüququna malikdir, hökümət başcısını təyin edir, silahlı qüvvələrin baş komandiridir və s.

Hökumət başcısı (baş nazir, şurasının sədri), bir qayda olaraq, prizident tərəfindən təyin edilir.

Parlamentli respublika idarəçilik forması özündə ali dövlət hakimiyyəti orqanının elə strukturunu əks etdirir ki, bu struktur ictimai həyatın demokratizmini, şəxsiyyət azadlığını real təmin edir, insan birgəyaşayışı ücün hüquqi qanunculuğa əsaslanan ədalətli şərait yaradır.


Parlamentli respublika parlamentli respublika, xüsusən onun “təmiz” növü prezidentli respublikalarla müqayisədə çox az yayılmışdır. Bu sıraya Avstriya, Almaniya, Hindistan, İrlandiya, İtaliya, Portaqaliya (1976-cı il konstitusiyasının prezidentin mövqeyinin xeyli zəiflədən islahatlardan sonra), Afrikada Kabo-Verde (1990-cı ildən) Okeaniada Van-nuatu və az sayda digər ölkələr daxildir. Son dövrlər totalitar rejimlər ləğv edildikdən sonra Afrikanın bir çox ölkələri parlamentli respublika yaradılması yolu ilə irəliləməkdə olsalar da, ümumiləşdiril­miş nəticələr çıxarmaq üçün onların təcrübəsi çox azdır.

Adətən, parlamentli resoublikada prezidentin seçilməsinin elə qaydası nəzərdə tutulur ki, o, öz mandatını bilavasitə xalqdan (seçici vətəndaşlardan) almır, özünü birbaşa vətəndaşlar tərəfindən seçilən parlamentə qarşı qoya bilmir. Prezi­den­tin seçilməsinin birbaşa olmayan müxtəlif üsulları tətbiq edilir.

Parlamentli respublikada çox vaxt prezidentə konstitusiyaya görə geniş səlahiyyətlər verilməsinə baxmayaraq, o, bunları yalnız hökumətin təklifi (məsləhəti) üzrə həyata keçirə bilir. Belə respublikada o, idarə etmir, lakin bu, onun dövlətlərdə rolunun cüzi olması demək deyildir. Prezident bəzi dövlətlər əhəmiyyətli məsələləri müstəqil həll edir (İtaliyada o, bəzi vəzifəli şəxsləri təyin edir, AfR-də isə hökumətin aşağı palatanı buraxmaq haqqında xahişini müəyyən hallarda rədd etmək hüququna malikdir). Hökumət partiyasının parlamentdə əksəriyyəti itirilməsi hallarında (məsələn , deputatların digər partiyalara keçməsi nəticəsində) prezident yeni hökumətin təşkilində sərbəstlik nümayiş etdirir.

Qeyd edildiyi kimi parlamentli respublikada hökumət prezident qarşısında deyil, yalnız parlament qarşısında məsuliyyət daşıyır. Parlamentin qəbul etdiyi (səs çoxluğu ilə ) etimatsızlıq votumu hökuməti istefaya getməyə məcbur edə bilər. Düzdür, başqa variant da vardır: prezident hökumətin məsləhəti və razılığı ilə mütləq yeni seçkilər təyin etməklə parlamenti buraxa bilər. Belə hallarda seçkilərin nəticələri hökumət partiyasının xeyrinə olmadıqda isə, hökümət istefaya gedir.



Parlamentli respublikada “səmərələşdirilmiş parlamentizm”. Prezidentli respublika kimi, parlamentli respublika da hazırda parlamentizm “səmərələşdir­məsinə” yönəlmiş təsirə məruz qalır. Lakin bu halda həmin təsirin mahiyyəti etimatsızlıq votumundan istifadə edilməsi imkanının məhdudlaşdırılmasından, sabit hökumət yaradılmasından və nazirlərin tez-tez dəyişdirilməsinin istisna edilməsin­dən ibarətdir (məsələn, İtaliyada son yarım əsrdə 50-dən çox nazirlər şurası dəyişmişdir). Bu məqsədlə parlament üzvləri müxtəlif variantlarda partiya birlikləri yaradırlar).

Parlamentli respublikada daha sabit hökumət yaradılması üçün konstitusiya üsulları da mövcuddur. Ən təsirli üsullardan biri Almaniya konstitusiyasında nəzərdə tutulmuş “konstruktiv etimatsızlıq” votumudur. Birinci, parlamentin aşağı palatası qarşısında məsuliyyəti hökumətin bütün tərkibi deyil, yalnız onun başçısı daşıyır. Ayrı-ayrı nazirlərə etimatsızlıq göstərə bilməz və onlar kansler tərəfindən təyin olunur və vəzifədən azad edilir. İkincisi, bundestaq kanselerə etimatsızlıq votumunu yalnız o halda göstərə bilər ki , bundestaqa təqdim olunmuş qətnamə lahiyəsində iki bənd olsun: fəaliyyətdə olan kanslerə etimatsızlıq və yeni kanslerin seçilməsi haqqında təklif. Belə qətnaməni parlamentdə keçirmək çox çətindir və təcrübədə bir kanselerin digəri ilə əvəz edilməsinə yalnız bir dəfə, 1982-ci ildə rast gəlinmişdir.

“Səmərələşdirilmiş parlamentizm”in tətbiqinin digər nümunəsi Fransadır. Orada bu, 1946-cı il konstitusiyasına görə mövcud olan parlamentli respublikanın yarımprezidentli respublikaya çevrilməsinə gətirib çıxarmışdır. Fransanın prezidenti genral de Qolun rəhbərliyi altında işlənib hazırlanmış 1958-ci il konstitusiyasına müvafiq olaraq, prezidentin hakimiyyəti elə gücləndirilmişdi ki, o, bütün dövlət aparatının həlledici şəxsinə çevrilmişdi. İlk növbədə parlamentin qanunvericilik səlahiyyətləri məhdudlaşdırılmışdır. Hazırda o, ictimai və dövlət həyatının bütün məsələləri üzrə qanunlar qəbul etmək hüququna malik deyildir. Konsti tusiyada onun həll etməli olduğu problemlərinin siyahısı mövcuddur. Bütün qalan məsələlər reqlamentar hakimiyyətinin tətbiq edilməsi əsasında prezident, hökumət və nazirlər tərəfindən həll edilir: icra hakimiyyəti qanunqüvvəli aktlar qəbul edir. Prezident dövlətdə arbitr kimi nəzərdən keçirilir: ona öz arbitrajlığı ilə dövlət institutlarının fəaliyyət göstərməsini təmin etmək vəzifəsi həvalə olunmuşdur. O istənilən məsələni parlamentdən yan keçirməklə referenduma çıxarır və qəbul edilmiş qərarı qanun kimi elan edir. Bununla yanaşı parlamentli respublika ünsürləri saxlanılır. Prezidentin təyin etdiyi hökumət parlamentin aşağı palatasına təqdim edilir. Hökumət öz proqramını palataya elan edir və ənənəyə görə etimad göstərməsini xahiş edir. Parlament hökumətə qarşı tənbeh qətnaməsi qəbul edə bilər ki, bu da hökumətin istefaya getməsinə səbəb olur. Lakin belə qətnamə qəbul edilməsi çətindir: tənbeh qətnaməsi aşağı palata deputatlarının ən azı 1/10 hissəsi tərəfindən müzakirəyə çıxarıla və palatanın tam tərkibi mütləq səs çoxluğu ilə qəbul oluna bilər. Fransanın “səmərələşdirilmiş parlamentizm”i digər ölkələrə də təsir etmişdir. (Afrikanın bəzi fransız dilli ölkələrinə, Şrilankaya və digər dövlətlərə). “Səmərələşdirilmiş parlamentizm” ünsürləri postsovet yarımprezi­dentli respubliklara da xasdır.

Sosialist respublika - dövlət idarəçiliyinin bir sıra ölkələrdə sosialist inqilabi nəticəsində yaranan xüsusi formasıdır və markisizm-leninizm banilərinin təsdiq etdiyi kimi , fəhlə sinfi və onun partiyası başda olmaqla, zəhmətkeşlərin tam hakimiyyətini təmin edən əsl demokratik respublika olmalı idi.

Sovet hüquq elmi sosialist respublikasının aşağıdakı əsas xüsusiyyətlərini ayırırdı:

1. Aparıcı rol dövlət hakimiyyəti aparatının əsasını təşkil edən nümayəndəli orqanlara məxsusdur;

2. Sosialist respublikası ictimai həyata siyasi təsərrüfat və mədəni rəhbərliyi vahid dövlət mexanizmində birləşməli idi, bu da dövlət hakimiyyətinə ictimailəş­dirilmiş istehsal vasitələrinə müstəqil sərəncam verməyə, maddi və mənəvi nemətlərin bölgüsünü tənzimləməyə və ona nəzarət etməyə imkan verərdi;

3. Sosialist respublikalarında ali və yerli orqanlar demokratik mərkəziyyət prinsipinə əsaslanan vahid nümayəndəli sistemdə birləşdirilir;

4. Sosialist dövlət idarəçiliyi şəraitində qanunverici və idarəediçi hakimiy­yətlə işləyən nümayəndəli təsisatlar şəklində birləşdirilir;

5. Sosialist respublikası idarəçilik forması icra-sərəncam orqanlarının qanunverici hakimiyyət orqanlarına hesabat orqanlarına hesabat verməsini və onun nəzarəti altında olmasını nəzarədə tutur;

6. Sosialist respublikası ictimai və dövlət hıyatında fəhlə sinfinin və onun partiyasının rəhbər rolunun təmini üçün zəruri şərait və zəmin yaradır.

K.Marks və F. Engelesin əsərlərində gələcək sosialist respublikasının nəzəri əsaslarının bünövrəsi qoyulmuşdur. Bu nəzəriyyə sonrakı inkişafını V.İ.Leninin əsərlərində tapdı və əməli olaraq Rusiya şəraitində tətbiq edildi.

Sosialist dövlət idarəçilik formasının üç növü fərqləndirilir: Paris komunası, Sovet respublikası və xalq –demokratik (xalq) respublikası. Bunlar lap əvvəldən proletariat diktaturasının dövlət forması kimi çıxış edirlər.

Markisizm bəzi burjua siyasi idarəçilik formalarının proletariat tərəfindən istifadə edilməsinin mümkünlüyü və zəruriliyi haqqında K.Kautskinin, E.Bernşteynin, O.V.Plexanovun və digər nəzəriyyəçilərinin nəticələrini tamamilə inkar etdi. Hələ Paris kommunasına qədər K.Marks və F.Engeles hesab edirdilər ki, protariat diktaturasının dövlət forması burjuaziya respublikasından kökündən fərqlənən demokratik respublika olacaq. Burjuaziya idarəçiliyinin heç bir siyası forması proletariat diktaturası üçün yararlı deyil; buna görə bu formalar köhnə dövlət maşının sındırması nəticəsində yaranan yeniləri ilə əvəz edilməlidir.

Paris kommunası proletariat diktaturasının tarixən ilk forması hesab edilir. Yəni o, ilk inqilabi və fəhlə sinfi hökumətidir. 1871-ci ilin martın 18-dən mayın 28-dək (72 gün) mövcud olmuşdur.Prussiya ilə müharibədə (1870-1871) Fransanın ağır məğlubiyyəti nəticəsində proletariatla burjuaziya arasında sinfi ziddiyyətlərin kəskinləşməsi inqilaba bilavasitə səbəb oldu. Kommunaya 79 nümayəndə seçilmişdir. Mayın 21-də versalçıların 130 minlik ordusu Parisə hücum etdi. Bir həftə davam edən döyüşlər mayın 28-də Paris kommunasının süqutu ilə nəticələndi. 40 minə yaxın kommunar güllələndi. Marks yazırdı: “bütün əvvəlki hökümət formaları öz mahiyyəti etibarilə zülmkar olduğu halda, kommuna son dərəcə çevik siyasi forma idi”. Marks və Engeles buna əsaslanırdılar ki, sosialist respublikası vahid mərkəzləşmiş olmalıdır. Belə ki, dövlət unitarizmi proletariat diktaturasının siyasi və iqtisadi vəzifələrinin həyata keçirilməsnə imkan yaradır.

Paris kommunasının qısa müddətli tarixi təcrübəni marksizm klassikləri dövlət idarəçiliyinin mühüm yeni formasının nümunəsi, gələcək sosialist dövlətinin örnəyi hesab edirdilər.

Əvvəllən; Paris kommunası ümumi və bərabər seçki hüququnu həyata keçirirdi. O, fəhlələrin, qulluqçuların, xırda buryuaziyanın ümumi seçkilər yolu ilə seçilən hakimiyyət orqanı idi. Kommuna deputat imtiyazlarını aradan qaldırırdı, onların geri çağırılması hüququnu müəyyən etdi.

İkincisi, kommuna köhnə dövlət aparatını tamamilə dağıdıb onu yenisi ilə əvəz etdi. Peşəkar ordu və polis əvəzinə silah daşımağa qabil olan vətəndaşlardan ibarət milli qvardiya yaradıldı. Hakimləri kommuna qarşısında məsul olan və dəyişdirilə bilən yeni məhkəmə yaradıldı. Ali hakimiyyət orqanı Kommuna Şurası idi. O, on komissiya ( icra ədliyyə,Hərbi və s) seçmişdi və onlar vasitəsi ilə ali qanunverici, icra və məhkəmə funksiyalarını həyata keçirirdi.

Üçüncuncusu, kommunada dövlət hakimiyyətinin belə strukturu burya parlamentizmini və onunla bağlı hakimiyyətlinin belə strukturu burjua parlamentizmini və onunla bağlı hakimiyyətlər bölgüsü nəzəriyyəsini tamamilə inkar etdi. Marks bunda dövlət idarəçiliyinin proleter formasının əsas üstünlüklərindən birini görürdü. O, kommunanın eyni zamanda həm qanun verən, həm də qanunları icra edən işləyən korporasiya kimi səciyyələnrdirdi.

Sovetlər respublikası – sosialist dövlət idarəçilik formasının Rusiyada yeni tarixi şəraitdə yaranmış növüdür. Sovetlər respublikasının nəzəri əsaslarını V.İ.Lenin işləyib hazırlamışdır. O, 1905 və 1917-ci illər rus inqilabınınb təcrübəsi­ni öyrənərək belə bir nəticəyə gəlir ki, sovetlər respublikası Rusiyada fəhlə sinfi diktaturasının ən məqsədəuyğun dövlət formasıdır. Bununla əlaqədar Lenin yazırdı: “Parlamenli respublika deyil - F.D.S.-dən buna qayıtmaq, geriyə doğru bir addım olardı, aşağıdan yuxarıya ölkənin hər yerində fəhlə, müzdur və kəndli deputatları qurulmalı” (Lenin V. İ. Poln. Sobr. Soç, T.31,115).

Sovetlər respublikasında Lenin hakimiyyəti təşkilinin Paris kommunası ilə eyni tipli formasını görür və onun aşağıdakı əməllərini ayırırdı:

1. Köhnə burjua dövlət aparatının sındırılması və fəhlə kəndlilərinin silahlı qüvvəsi ilə inqilabi naliyyətlərinin müdafiəsini təmin edə biləcək hakimiyyət orqanlarınin yaradılması;

2. Dövlətin idarə edilməsində zəhmətkeş kütlələrin real iştirakının təmin edilməsi, sovetlərin dövlət qüruluşunun siyasi əsasına cevirilməsi, qanunverici və icra orqanları funksiyalarının Sovetlərdə birləşdirilməsi;

3. Dövlət və ictimai həyatın təşkilində rəhbər rol dövlətin daxili və xarici siyasətini müəyyən edən və istiqamətləndirən fəhlə sinfinin partiyasına məxsus olur.

Sovetlər respublikasının Lenin konsepsiyası ciddi sinfi əsasda həyata kecirilirdi. Sovetlər inqilabından sonra açıq sinfi nümayəndəlik prinsipi üzrə fəhlə, kəndli və əsgər deputatları Sovetləri kimi təşkil edilirdi. Oktyabrdan sonrakı dövrün seçki hüququ ölkənin digər sosial təbəqələrinin nümayəndələrinin, o cümlədən ziyalliların seçkidə iştirakını istisna etdi. Həmin dövrdə bərabər seşki hüququ da mövcud deyildi. Sovetlər qurultayına seçkilərdə şəhər əhalisinə üstünlük verilirdi. 25 min şəhər seçisindən 1 deputat və 125 min kənd əhalisindən 1 deputat.

Sovetlərin sinfi tərkibinin konstitusiyada təsbiti həm bütün dərəcədə sovetlərin strukturunda, həm də onlarin fəaliyyət praktikasında əks olunaraq, 1936-cı ilədək mövcud oldu. 1936-cı il Konstitusiyası gizli səsvermə yolu ilə həyata keçirilən, ümumibərabər seçki hüququ müəyyən edirdi. Sovetlərin təçkilati sturukturu dəyişikliklərə məruz qalır. Bütün Sovetlər üçün vahid iş forması (Sovetin sesiyası ) tətbiq edilir. Sovetlərin təşkilati strukturu dəyişikliklərə məruz qalır. İcra-sərəncam orqanlarının Sovetlərə hesabat verməsi və onların nəzarəti altında olması prinsipi formal olaraq təsbit edilir.

1977-ci il Konstitusiyası SSRİ-ni “inkişaf etmiş sosializm” cəmiyyəti, sovet dövlətini isə “ümümxalq dövləti “elan edərək, ictimai həyatın müxtəlif sahələrində Sovetlərə hüquqi cəhətdən daha geniş səlahiyyətlər verdi. Zəhmətkeş deputatları Sovetləri xalq deputatları sovetləri adlandırıldı. Bununla belə, real gercəklikdə Sovet hakimiyyətinin xarakteri heç bir keyfiyyət dəyişikliyinə məruz qalmadı. Özünün daha ilk dövrlərində olduğu kimi, Sovetlər güclü partiya aparatının demokratik əlavəsi olaraq qalırdı.

Xalq demokratik respublikası dövlət idarəçilik forması kimi ikincçi dünya müharibəsindən sonra yaranır. Hakimiyyətin strukturu və xarakterinə görə, o, sovet idarəçilik formasından az fərqlənir. Bəzi xüsusiyyətləri istisna olmaqla, xalq- demokratik (xalq) respublikası dövlət və ictimai həyatın bütün həlqələrinin partokratiyanın əlində cəmləndiyi eyni totolitar dövləti özündə təcəssüm etdirir.

Xalq demokratiyası ölkələrində nümayəndəli orqanların aliliyi, xalq suverenliyi, xalqın dövlət aparatı ilə sıx əlaqəsi təntənəli surətdə elan edilirdi. Həqiqətdə isə bu ölkələrdə dövlət hakimiyyəti partiyanın yuxarı təbəqələri tərəfindən qəsb edilmişdi və bütün sosialist dövlətləri üçün ümumi olan cəmiyyətin antidemokratik idarəçilik prinsipi həyata keçmişdi. Sovet və xalq demokratik idarəçilik formaları parlamentalizmin və hakimiyyətlər bölgüsü prinsipinin mütərəqqi tərəflərini bütünlüklə inkar etmişlər. İstənilən tip dövlətin həmin konkret formalarının xüsusiyyətlərini şərtləndirən mühüm amil sinfi qüvvələrin nisbəti, siniflər mübarizəsi hesab edilirdi. Buna görə də sırf sinfi əlamət üzrə döv­lət idarəciliyinin formalaşmaşdırılması həmişə keçmiş dövlətçiliyin dağıdılması və proletariat diktaturasının tətbiq etdilməsi ilə müşayiət olun­muş­du və sonradan partokratiyanın bölünməz hökmranlığına çevirilmişdi.

Konstitusiya aktlarında və partiya sənədlərində xalq hakimiyyəti kimi elan edilən ali dövlət hakimiyyəti parlamentizmi və hakimiyyətlər bölgüsü olmadığı üçün yeganə mütəşəkkil qüvvənin cəmiyyət üzərində nəzarəti təmin edilən ciddi mərkəziyyət əsasında qurulmuş kütləvi partiyanın hakimiyyəti oldu.

80-90-cu illərdə Azərbaycanda, Polşada, Macarıstanda, Bolqarıstanda, Çexislovakiyada və digər keçmiş sosialist birliyi ölkələrində baş verən mütərəqqi dəyişikliklər həmin ölkələrdə dövlət hakimiyyətinin məzmun və strukyuruna mühüm dəyişikliklər etdi. Bu ölkələrdə real parlamentizm, hakimiyyətlər bölgüsü prinsipləri təsdiq olunmağa başlayır, hakimiyyətlərin “tarazlaşması”nın mexaniz­mi yaradılır ki, buda hakimiyyətdən sui-istifadə yol vermir və hakimiyyət fəaliyyətinin dəqiq hüquqi rejmini təmin edir. Dövlət hakimiyyəti orqanları sistemində dövlətin vətəndaşların qanuni hüquq və mənafelərinin hüquqi müdafiəsini həyata keçirən ədalət mühakiməsi orqanları layiqli yer tutur. Onlar heç bir başqa orqanlardan asılı deyildilər və yalnız qanuna tabedirlər. Dövlət idarəçiliyinin sivilzasiyalı formaları­na keçid totalitar hakimiyyət strukturunun təbii olaraq aradan qalxmasına gətirib çıxarır.



b) Prezidentli respublika - digər idarəçiliyi formasının parlamentalizmlə yanaşı, prezidentin əlində dövlət başcısı və hökumət başçısı səlahiyyətlərinin birləşdirilməsinin nəzərdə tutan müasir növlərdən biridir. Prezidentli respublikada, prezident, bir qayda olaraq, parlamentdən asılı olmadan seçilir, lakin istisnalar da mövcudurdur. (Surinamada parlamentin 2/3 səs çoxluğu ilə; Misirda prezidentin namizədliyinin seçicilərin səsverməsinə yalnız parlament təklif edə bilər).

Prezidentli respublikanın ən səciyyəvi cəhətləri :

- prezidentin seçilməsinin və hökumətin parlamentdənkənar metodu;

- hökümətin parlament qarşısında deyil prezident qarşısında məsuliyyəti;

- dövlət başçısının parlamentli respublikasındakından daha geniş səlahiyyətə malik olması.

Klassik prezidentli respublika Amerka Birləşmiş Ştatlarıdır. Əsasında hakimiyyətlər bölgüsü duran ABŞ konstitusiyasına müvafiq olaraq dəqiq müəyyən olunmuşdur ki, qanunverici hakimiyyət parlamentə, icra hakimiyyəti prezidentə, məhkəmə hakimiyyəti Ali məhkəməyə məxsusdur. ABŞ prezidenti ölkə əhalisi tərəfindən dolayı seçkilər yolu ilə seçicilər kollegiyası vasitəsi ilə seçilir. Seçicilərin sayı parlamentdə hər ştatın nümayəndələrinin sayına uyğun olmalıdır. Hökumət prezident tərəfindən onun partiyasına mənsub şəxslərdən təşkil olunur.

Prezidentli idarəçilik formasının müxtəlif ölkələrdə öz xüsusiyyətləri vardır. Fransada prezident ümumi səsvermə ilə seçilir. Səslərin mütləq çoxluğunu qazanan namizəd seçilmiş hesab edilir. Prezident seçkisinin belə qaydası 1991-ci ildən Rusiya Fedrasiyasında da müəyyən olunmuşdur ki qanunverici hakimiyyət parlamentə, icra hakimiyyəti Ali məhkəməyə məxsusdur. ABŞ prezidenti ölkə əhalisi tərəfindən dolayı seçicilər yolu ilə seçicilər vasitəsi ilə seçilir. Seçicilərin sayı parlamentdə hər ştatın nümayəndələrinin sayına uyğun olmalıdır. Hökumət prezident tərəfindən onun partiyasına mənsub şəxslərdən təşkil olunur.

ABŞ-da və Braziliyada olduğu kimi, prezident nazirləri təyin edir. Bu halda prezidentdənkənar hökumət yoxdur və nazirlərin yalnız məşvərətçi səsə malik olduğu prezident kabineti mövcuddur. Bəzi parlamentli respublikalarda o, baş nazirin rəhbrlyi ilə hökumət fəaliyyət göstərsə də, hökumətin faktiki başcısı prezident olaraq qalır. Bundan başqa, baş nazir , nə də nazirlər parlament qarşısında siyasi məsuliyyət daşımır və onun tərəfindən istefaya göndərilə bilməzlər. Bu o, deməkdir ki, kabinet və ya hökumət parlament seckilərində deyil, prezident seçkilərində qələbə qazanmış partiya (çox az hallarda partiyalar bloku) tərəfindən təşgil olunur. Və prezident hakim partiyanın lideridir. Lakin ölkələrin çoxunda o, seçildikdən sonra öz üzərindən partiya vəzifələrini yerə qoyur və partiyadan yuxarıda dayanan xadim kimi çıxış edir. Prezident hökumət üzvlərini seçməkdə azdır və bunu öz mülahlzəsinə müvafiq olaraqhəyata keçirir . Bir qayda olaraq, nazirlər öz fəaliyyətinə görə yalnız prezident qarşısında məsuliyyət daşıyır və parlamentdə etimatsızlıq votumu yolu ilə istefaya göndərilə bilməzlər. Bəzi konstitusiya prezidentin hökumətin başcısı olduğunun birbaşa müəyyən edir.

Prezidentli respublikada “qəti” hakimiyyət bölgüsü həyata keçirilir: prezident vaxtından əvvəl parlamenti buraxmaq hüququna malik deyildir (inkişaf etmiş ölkələrin təcrübəsində buna rast gəlinir. Məsələn, 1993-cü ildə Perunun prezidenti yeni secigilər təyin etməklə parlamenti yeni seçkilər təyin etməklə parlamenti buraxmış və konstitusiya qüvvəsini dayandırmışdır). Lakin parlament də nazirlərə etimatsızlıq köstərməklə onları vəzifədən kənar edə bilməz. Bu imkanlardan istifadə edilə biləcəyi nadir hallarda isə etimatızlıq votumu hökumətin faktiki başçısına – prezidentinə aid ola bilməz. Hökumətin (nazirlərin) prezident qarşısında məsuliyyəti prezidentli respublikasının başlıca əlamətidir. Belə respublikada parlamentin idarəetməyə nəzarət üzrə müəyyən səlahiyyətlərini (çox vaxt mühüm) olmasına baxmayaraq, o, özünə sərf etməyən nazirləri istefaya göndərmək hüququna malik deyildir.

Prezidentli respublikada hökumətin bir partiya tərəfindən təşkil olunması, parlamentdə isə yerlərin əksəriyyətinin müxalifətçi partiyalara) məxsus olması halı tamamilə mümkündür (onu ayrıca idarəetmə adlandırırlar.) Bu, Venesuelada, Kosta- Rikada və ABŞ-da dəfələrlə baş vermişdir. Lakin Meksikada bunun mümkünlüyünü indiyə qədər təsadüf edilməmişdir, çünki İnstision – inqilabi partiya öz nüfuzuna görə digər partiyalardan xeyli üstündür və həm prezident, həm də parlament seçkilərində həmişə qalib gəlmişdir.

Ayrıca idarəetmə terminin bəzən başqa mənada da işləməlidir: digər idarəetmə formaları -parlamentli respublika və ya parlamentli monarxiya şəraitində parlament çoxluğunun təşkil etdiyi hökumətin tərkibinə müxalifətdən bir neçə nazir daöil edilmişdir. Adətən bundan ümumi milli böhran, müharibə şəraitində müxtəlif siyasi qüvvələrin fəaliyyəti birliyini təmin etmək məqsədilə istifadə edilir.

Hazırda dünyada qlobal demokratikləşmə prosesləri ilə əlaqədar prezidentli respublikanın belə formalarına, demək olar ki, rast gəlinməsə də, gələcəkdə onların meydana gəlməsini istisna etmək olmaz.

Bəzi keçmiş sosialist təmayüllü ölkələrində prezidentli respublika səçiyyəvi xüsusiyyətlərə malik olurdu. Ayrı-ayrı ölkələrdə (Anqola, Benin, Konko, Mozambik) respublika prezidentinin ölkələrdə yeganə hakim partiyanın ali orqanı (qurultayı və mərkəzi həyata keçirilmişdir. Partiyanın qurultayında secilmiş sədri, partiya vəzifəsinə müvafik olaraq, atomatik şəkildə respublika prezidenti olurdu. O, parlamentdə yalnız investitura (təsdiq edilmə, hakimiyyətin təqdim edilməsi) alırdı.

Prezidentli respublikaların müxtəlifliyinə baxmayaraq, onların hamısı üçün səciyyəvi olan budur ki, ya dövlət başçısı və hökümət başçısı bir şəxsin -prezidentin əlində cəmlənir, ya da prezident bilavasitə özü hökumət başçısını təyin edir və kabinetin və ya nazirlər şurasının təşkilində iştirak edir (Fransa, Hindistan). Prezidentə digər mühüm səlahiyyətlər də verilmişdir; bir qayda olaraq, o , ali baş komandan olur, fövqəladə vəziyyət elan edir, qanunları imza etmək yolu ilə təsdiq edir, qanunları imza etmək yolu ilə təsdiq edir, bəzən hökümətdə sədrlik edir, Ali məhkəmə üzvlərini təyin edir, bağışlama hüququnu həyata keçirir.

Sivilizasiyalı ölkələrdə prezidentli respublika güclü icra hakimiyyəti ilə fərqlənir, bununla yanaşı, hakimiyyətlər bölgüsü prinsipi üzrə qanunveriçi və məhkəmə hakimiyyətləri normal fəaliyyət göstərir. Müasir prezidentli respublika­lar­da mövcud olan, səmərəli fəaliyyət göstərən çəkindirmə və tarazlaşdırma mexa­nizmi hakimiyyətinin ahəngdar fəaliyyəti üçün imkan yaradır, icra hakimiy­yəti tərəfindən özbaşınalıqdan yaxud qurtarmağa imkan verir.

Müasir sivilizasiyalı cəmiyyətdə parlamentli və prezidentli idarəçilik formaları arasında prinsipal fərqlər mövcud deyil. Onlar ictimai həyatın daha opti­mal təşkilinin , şəxsiyyətin təminatılı azad inkişafının, onun hüquqlarının və müxtəlif mənafelərinin etibarlı mühafizəsinin təmini üzrə ümumi vəzifə və məqsədlər yaxınlaşdırır.



Prezidentli respublikada parlamentarizm. Yarım prezidentli respublika.

Bir qrup ölkələrdə prezident hakimiyyətinin həddən artıq güçlənməsi ilə yanaşı, bəzi dövlətlərdə (xüsusən Latın Amerikasında, Şiri- Lankada 80-90cı –illərin hüqüqlarında isə Şimali və tropik Afrikada) prezidentin tamhakimiy­yətli­liyinin yumşaldılması meyilləri nəzərə çarpmaqdadır (Afrikada bu, həm kapitalist, həm dəsosialis təmayüllü ölkələrdə totalitar rejimlərin dağılması ilə əlaqədar olmuşdur.) Eyni zamanda, (məsələn bəzi Avropa ölkələrindəməsələn Portaqaliya­da) ardıcıl konstitusiya islahatları nəticəsində prezidentin səlahiyyətləri məhdudlaş­dı­rıl­mışdır. Nəticədə parlamentizm ünsürlər onunla xarakterizə olunur ki, prezi­dentli respublikada nazirlərə (lakin hökümətin faktiki,çox vazt həmdə hüquqi başcısı olan prezidentə yox) etimatsızlıq botumunun mümkünlüyü nəzərdə tutulur, lakin nazirlər eyni zamanda prezident qarşısında da məsuliyyət daşıyırlar (ikiqat məsuliyyət). Düzdür ,prezidentli respublkada belə məsuliyyət müxtəlif dərəcədə olur: nazirlər prezidentin qarşısında məsuliyyət həlledici olaraq qalır.

Yuxarıda prezidentli respublikada ayrı- ayri nazirlərə etimatısızlıq votumu barədə danışıldı,lakin bu hökümətin faktiki başcısına – prezidentə aid deyildir. Bəzi ölkələrdə etimatsızlıq votiumunun konstitusiyada icra hakimiyyıti orqanı kimi xarakterizə olunan nazirlər şurasının tam tərkibinə də bildirməsi mümkündür. Prezident tərəfindən təyin olunmuş hökumərin parlament qarşısında məsuliyyət prezidentli respublikya çevirir.

MDB-nin bəzi dövlətləri yarımprezidentli respublikadır. Belarusun 1996-cı il konstitusiyasına görə hökümət prezidentə hesabat verir və parlament qarşısında məsuliyyət daşıyır. (maddə 106)Ukraynanın 1996-cı il konstitusiyasının 113-cü maddəsinə əsasən , Nazirlər kabineti prezident qarşısında məsuliyyət daşıyır.Ali radanın (birpalatalı parlamentin) nəzarəti altındadır və ona hesabat verir. Postsosialist dövlətlərdə baş nazirlərçox vaxt parlamentin razılığı ilə təyin edilməlidir,lakin prezidenttərəfindən nazirlərin təyin edilməsinə belə razılıq tələb edilmir. Etimadsızlıq votumu göstərilməsi ilə əlaqədar hökumətin bütün tərkibinin məsuliyyəti mümkün olsa da, bu son dərəcədə çətindir. Digər hallarda ikiqat etimatsızlıq votumu tələb olunmu, lakin hökumətin istefaya göndərilməsi və ya parlamentin buraxılması məsələsini həmişə prezident özü həll edir. Müxtəlif postsosialist yarımprezidentli respublikada bu məsələnin həllinin öz xüsusiyyətləri olsada,ayrıca nazirə etimatısızlıq votumunun göstərilməsi mümkün deyildir. (onun göstərilməsi heç bir hüquqi nəticələrə səbəb olmur). Əksinə, Misirdə istefa tələbi yalnız nazirlərə aiddir. Əgər şəxsən baş nazirə və ya bütövlükdə kabinetə etimatsızlıq etimatsızlıqgöstərilmişdirsə, onda prezident bununla razılaşmaya və məsələni yenidən baxmaq üçün parlamentə qaytara bilər. Əgər parlament öz qərarını yenidən təsdiq edərsə, prezident mübahisıli məsələni referenduma –seçicilərin səsverməsinə çxarmaq hüququna malikdir. Səsvermənin nəticəsində hökümətin xeyrinə olduqda parlamentin buraxılmasına parlamentin xeyrinə olduqda isə hökümətin istefasına səbəb olur.

Venesuelada, Misirdə və Uruqvayda olduğu kimi, prezidentli respublikala­rının nümunəsi göstərir ki,onlardan hansından nazirə və bütövlükdə hökumətə etimatsızlıq votumu mümkündürsə, bü son dərəçədə cətin olub, bir qayda olaraq, qəti qərarın prezitent tərəfindən qəbuledilməsi ilə müşayət olunur. Bu vəziyyət bir nazirə etimatsızliq votumunun, ümumiyyətlə, mümkün olmadığı yarımprezi­dentli respublikalarda da eynilə müşahidə olunur. Həriki qrup respublikalarda hökümətə və nazirə etimatsızlıq haqqında məsələ yalnız parlament üzvlərinin müəyyənhissəsi tərəfindən qaldıra bilər: parlamentin tam tərkibinin Peruda 1/20 Kolumbiyada 1/ 10 Belarusda aşağı palatanın 1/3 nissəsi. Bu məsələ yalnız parlamentin tam tərkibinin mütləq , bəzən isə ixtisaslı səs çoxluğu ilə həlledilir.

Prezidentli və yarımprezidentli respublikada hökumətə inzibati baş nazir rəhbərlik edirsə,onda hökümət özü də etimad haqqında məsələ qaldıra bilər. Adətən, bununla o, öz müvqelərini mökəmləndirməyə çalışır və ya əks təqdirdə istefaya gedəcəyi ilə hədələyərək parlamentə hər hansı qanunu qəbul elətdirmək istəyir. Bu qayda da prezidentli və parlamentli respublikanı xeyli yaxınlaşdırır. Nəzərdən keçirilən hadisələr dünya ölkələri- nin konstitusiya hüququnun inkşafında müasir meylləri əks etdirir.



NƏTİCƏ

Dövlət və hüquq nəzəriyyəsi elmində «İdarəçilik formasının xüsusiyyətləri» mövzusu ən aktual məsələlərdən biridir. Hazırda dünyada 200-dən çox dövlət vardır və hamısı da təbii olaraq idarəçilik formasına malikdir. İdarəçilik formasının xüsusiyyətləri və növlərinin bütövlükdə dövlətin ümumi hüquq sisteminə və demokratiklik rejiminə təsirini nəzərə alsaq, buraxılış işinin son dərəcə aktual bir mövzunun təhlilinə həsr olunduğunun şahidi ola bilərik.

Tədqiqatın əsas məqsədi «İdarəçilik formasının xüsusiyyətləri» mövzusunu nəzəri-hüquqi aspektdən araşdırmaq, idarəçilik formasının anlayışı və əlamətlərini təhlil etmək, hüquqi əhəmiyyətindən bəhs etmək və nəzəri baxımdan idarəçilik formaları ilə bağlı bir sıra mülahizələr irəli sürmək olmuşdur.

«İdarəçilik formasının xüsusiyyətləri» mövzusu çoxşaxəli bir mövzudur və onu bir sıra aspektlərdən yanaşaraq təhlil etmək olar. Belə ki, bu institutu nəzri-hüquqi aspektlə yanaşı, siyasi, tarixi və s. prizmalardan da araşdırmaq mümkündür. Lakin buraxılış işinin tədqiqat obyekti məhz hüquqi baxımdan «İdarəçilik formasının xüsusiyyətləri» mövzusu, onun anlayışı, əlamətləri, hüquqi əhəmiyyəti və növlərinin tədqiq olunmasıdır. Qeyd etmək lazımdır ki, «İdarəçilik formasının xüsusiyyətləri» mövzusunun digər aspektlərdən təhlili ayrıca və xüsusi tədqiqat obyektləri olduğundan bizim bu məsələləri də tədqiqata cəlb etməyimizə nə qarşıya qoyduğumuz məqsəd, nə də ki, buraxılış işinin həcmi imkan verə bilər. Bu baxımdan buraxılış işində vahid sistematik xətt gözlənilərək qarşıya qoyulmuş məqsədə nail olmaq üçün «İdarəçilik formasının xüsusiyyətləri» mövzusu nəzri-hüquqi baxımdan təhlili tədqiqat obyekti olaraq seçilmişdir.

Bu tədqiqat işinin predmetini «İdarəçilik formasının xüsusiyyətləri» mövzusu, onun anlayışı, əlamətləri, hüquqi əhəmiyyəti və növləri təşkil edir.

Buraxılış işinin strukturu ardıcıl və sistemli şəkildə qurulmuşdur. Belə ki, buraxılış işi giriş, üç fəsil və nəticə hissələrindən ibarətdir.

Girişdə mövzunun aktuallığından, eləcə də tədqiqatın məqsədi, obyekti, predmeti, buraxılış işinin strukturu və həcmi, onun təcrübi əhəmiyyəti və elmi yeniliyindən danışılır.

I fəsildə İdarəçilik formasının anlayışı, əlamətləri və xüsusiyyətlərindən, II fəsildə qədim şərq monarxiyası, qədim Roma monarxiyası, feodal monarxiyaları, Afina Demokratik Respublikası, Sparta Aristokratik Respublikası, Roma Aristokratik Respublikası, sosialist respublika tiplərindən, üçüncü fəsildə isə monarxiya və onun növlərindən (mütləq və konstitusiyalı monarxiya), həmçinin respublika və onun növlərindən (parlamentli və prezidnetli respublika) bəhs olunmuşdur.

Nəticə hissəsində buraxılış işinin üç fəslində tədqiq edilən məsələlərə qısa yekun vurulmuşdur.

Buraxılış işinin sonunda istifadə olunana ədəbiyyat siyahısı öz əksini tapmışdır.

«İdarəçilik formasının xüsusiyyətləri» mövzusu mühüm təcrübi əhəmiyyətə malikdir. Çünki dövlət və hüquq nəzəriyyəsində bu məsələnin düzgün və hərtərəfli təhlili təcrübədə dövlətlərin hüquq sisteminin normal qurulmasına və demokratiyanın təmin olunmasına gətirib çıxara bilər. Bununla da nəzəriyyə və təcrübədə bu məsələnin araşdırılmasına ehtiyac məhz yuxarıdakı zərurətlərdən qaynaqlanır.

Buraxılış işinin elmi yenilikləri aşağıdakılardır:

1. Hüquq ədəbiyyatında ayrı-ayrı hüquqşünas alimlərin «İdarəçilik formasının xüsusiyyətləri» mövzusu bağlı mövcud olan fikirləri sistemləşdirilmişdir;

2. «İdarəçilik formasının xüsusiyyətləri» mövzusu ilə bağlı bir sıra mülahizə və təkliflər irəli sürülmüşdür.

Beləliklə, buraxılış işində yuxarıda sadaladığımız elmi yeniliklərlə qarşıya qoyduğumuz məqsədə nail olaraq dövlət və hüquq nəzəriyyəsi elminə fayda verməyə çalışılmışdır.

İstifadə olunmuş ədəbiyyat siyahısı

Kиtablar

1. Яsgяrov Z. Konstиtusиya hцququ. Dяrslиk. B.: Bakы Unиversиtetи nяшrиyyatы. 2006.

2. Яsgяrov Z., Nяsиrov E., Иsmayыlov M., Azяrbaycan Respublиkasыnыn Konstиtusиyasы vя hцququnun яsaslarы. Dяrs­lиk. B.: 2005.

3. Яsgяrov Z., Nяsиrov E., Иsmayыlov M., Mяmmяdov X. Azяrbaycanыn dюvlяt vя hцququnun яsaslarы. Dяrs вясаити. B.: 2005.

4. Cяfяrov И. Azяrbaycan Respublиkasы Konstиtusиyasыnыn шяrhи. B.: “Hцquq яdяbиyyatы” nяшrиyyatы. 2001.

5. Cяfяrov И. Azяrbaycan Respublиkasы Konstиtusиyasыnыn шяrhи. B.: “Hцquq яdяbиyyatы” nяшrиyyatы. 2004.

6. Чиrkиn V.Y. Xarиcи юlkяlяrиn konstиtusиya hцququ (ruscadan tяrcцmя edяn Hцseynov Яrшad Hцsц oьlu). B.: “Dиgesta”. 2000.

7. Xarиcи юlkяlяrиn konstиtusиya (dюvlяt) hцququ (tяrcцmя edяn Balayev Иbrahиmxяlиl Nяrи­man oьlu). Dяrslиk. Цmumи hиssя. Ы cиld. B.: ABU. 2001.

8. Mяlиkova M. Dюvlяt vя hцquq nяzяrиyyяsи. B.: 1988.

9. Xəlilov Y.F. Azərbaycan Respublikası Konstitusiyasının Preambulası və ümumi müddəalarının şərhi. Bakı, Qanun, 2006.

10. Xяlиlov Y.F. Hцquq: mцlahиzя vя tяklиflяr. B.: “Nurlan” nяшrиyyatы. 2005.

11. Xropanyuk V.N. Dюvlяt vя hцquq nяzяrиyyяsи. B.: 1998.

12. Mцяllиflяr kollektиvи (Hцquq elmlяrи doktoru, pro­fessor V.V. Lazerevиn elmи redaktorluьu иlя) Цmumи hцquq vя dюvlяt nяzяrиyyяsи. B.: “Qanun” 2006.



M Ü N D Ə R İ C A T

Giriş .................................................................................................................... 3-5

I fəsil

İdarəçilik formasının anlayışı, əlamətləri və xüsusiyyətləri ................................ 6-7



II fəsil

İdarəçilik formalarının tarixi tipləri .................................................................. 8-17



III fəsil

İdarəçilik formasının növləri ........................................................................... 18-38



a) Monarxiya və onun növləri .......................................................................... 18-22

b) Respublika və onun növləri ......................................................................... 22-36

Nəticə ............................................................................................................... 37-39

İstifadə olunmuş ədəbiyyat siyahısı .................................................................. 41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə