AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universtiteti




Yüklə 93.97 Kb.
tarix26.04.2016
ölçüsü93.97 Kb.


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSTİTETİ

FİZİKİ COĞRAFİYA KAFEDRASI
COĞRAFİYA FAKÜLTƏSİ,

III kurs, 956cı qrup tələbəsi,

Süleymanzadə Nurtacın

Materik və okeanların fiziki

Coğrafiyası fənnindən

“ŞƏRQİ ASİYANIN KOMPLEKS FİZİKİ COĞRAFİ SƏCİYYƏSİ” mövzusunda

KURS İŞİ

ELMİ RƏHBƏR:

TƏLƏBƏ: N.Süleymanzadə

BAKI-2011


PLAN:


  1. Geoloji quruluşu və relyefi

  2. İqlimi, iqlim qurşaqları

  3. Çayları və gölləri

  4. Bitki və torpaq örtüyü

5.Fiziki coğrafi vilayətləri

GEOLOJI QURULUŞ VƏ RELYEF:

Şərqi Asiyanın geoloji quruluşu və relyefi:

Şərqi Asiyanın təbii coğrafi sahəsinə- Xarici Asiyanın Sakit okeanla qonşu olan Çinin şərq və şimal-şərq hissəsi, Koreya yarımadası, Yapon adaları, Tayvan və Xaynan adaları daxildir. Göstərilən ərazidə relyefin geoloji inkşaf tarixində müşahidə edilən oxşarlıq, morfostruktur ünsürlərinin eyniliyi, musson iqlimin hakimliyi, torpaq, bitki, heyvanlar aləminin zənginiyi və rəngarəng olması, onların bir təbii coğrafi sahədə birləşdirməyə imkan verir. Şərqi Asiyanın materik daxilində yerləşən hissəsinin strukturunda qədim Çin platforması, Hertsin və Yanşan qırışıqları iştirak edir.

Ərazinin müasir relyefində qədim peneplen səthləri, qırışıq-qayma dağlar, dağarası çökəklər və geniş sahəni tutan allüvial düzənliklər üstünlük təşkil edir.

Bilavasitə Sakit okeanın içərisində yerləşən ada qruplarına gəldikdə, materikdən fərqli olaraq, burada Sakit okean qırışıqlarının hündür və cavan dağları ilə yanaşı , vulkan və zəlzələ hadisələri də geniş yer tutur.

Şərqi Asiyanın geosinklinal zonasında yerləşən bu adalar ümumiyyətlə Asiya qitəsinin ən fəal müasir vulkanizm və seysmik rayonlarından biri hesab olunur.

Cənub şərqi Çinin geoloji quruluşu və relyefi:

Daş kömür, volfram, polimetal, dəmir filizi, yataqları, eləcə də qalay, civə, sürmə, neft kimi faydalı qazıntılarla zəngin olan Cənub- Şərqi Çin ərazisi əsas etibarl ilə alçaq və orta hündürlüyə malik olan qırışıq qayma dağlarından, çökəkliklərdən və geniş sahəni tutan allüvial düzənliklərindən ibarətdir. Qədim cənubi Çin massivini əhatə edən bu ərazi ( Şərqdə Tayvan və Xaynan adaları rayonunda) Asiyanın fəal tektonik sahələri ilə qovuşur. Çin platformasının başqa sahələrindən fərqli olaraq Cənubi Çin massivi uzun müddət çökmə hadisələrinə məruz qalmışdı. Müxtəlif çökəklikləri doldurulmuş dəniz çöküntüləri böyük qalınlığa malik olub, bilavasitə Protorezoy çöküntülərinin üzərini örtür. Çökmə hadisələri və ərazinin inkşafında dəniz rejimi Təbaşir dövrünün axırına qədər davam etmişdir. Mezozozy erasının ikinci yarısından başlamış Yanşan qırışıqlığı Cənub Şərqi Çin ərazisinin müasir formasına düşməsində böyük rol oynamışdır. Şimal- şərqdə Şandun massivi ilə Tayxanşan dağları arasındakı geniş ərazini Böyük Çin ovalığı tutur. Sarı dənizə tərəf getdikcə alçalan bu düzənlik Neogen dövründə əmələ gəlmişdir. Çin platformasının kristallik süxurları üzərində yatan allüvial çöküntülərin qalınlığı burada bir neçə 100 metrə çatır. Tayşan dağları (1545m), Şandun massivi, Xuayyanşan və Dabaşan dağları Böyük Çin ovalığında kristallik süxurların səthə çıxmış sahələridir.

Böyük Çin ovalığı cənubda tektonik çökmə sahəsində yerləşən Yantsızı çayının orta və aşağı axarı düzənliklərinə keçir. Hər tərəfdən dağ sıraları ilə haşiyələnmiş bu düzənlikdə göllük və bataqlıq sahələr də vardır. Neotektonik hərəkətlərə daha çox məruz qalan Cənubi Çin dağları Poleozoy və Mezozoy dövrlərinin əhəng və qumdaşlarından ibarətdir. Neotektonik hərəkətlər dağların bir növ cavanlaşması və nisbi hündürlüyün artması ilə nəticələndiyindən, ərzidə erroziya prosesləri güclənmişdir. Dağ massivi hazırda Sitsyan, yantsızı çayları və onun qolları tərəfindən çox kəsilib parçalanmışdır. Dağların hündürlüyü Nanlin massivində 1922m-ə çatır.

Cənubi Çin massivindən tektonik qırılma vasitəsi ilə ayrılmış Tayvan adasıda (sahəsi 36min km²), dağların hündürlüyü 3950 m-ə çatır.Əsasən kristallik və vulaknik süxürlardan əmələ gəlmiş dağ süxurlarını qərbdə ensiz düzənlik əvəz edir. Xaynan adasının (sahəsi 34000 km²) mərkəzi hissəsini təşkil edən dağlar formaca daha çox cənubi Çin dağlarına oxşardır. Dağların vulkan lavaları ilə örtülmüş şimal yamacları meşə örtüyündən məhrumdur.

Cənubi Çin dağlarının qərbə doğru davamı pilləvari Quyçjou və Yunnan yaylalarından keçir. Poleozoy erasını əəngdaşlarından ibarət olan bu ayaylalar üçün qərbə doğru hündürlüyün artması, çay dərələri ilə çox parçalanması, karst hadisəsinin geniş yayaılması ilə səciyyəvidir. Yunnan yaylasının şimalında yerləşən Sıçuan çökəkliyi və ya Qırmızı hövzə kənardan yüksək dğlarla haşiyələnmiş Sinekliz sahəsidir. Üçüncü dövrə qədər Cənubi Çin massivinin laqun- göl sahəsi olmuş bu çökəklikdə qırmızı rəngli laqun çöküntüləri formalaşmışdır. Qırmızı hövzənin şimalında yerləşən və enlik istiqamətində uzanan Sinlin dağları Kunlun dağlarının şərqə davamı hesab edilir. Bir neçə paralel silsilədən ibarət olan bu dağların hündürlüyü Taybayşan zirvəsində 4107 m-ə çatır. Dağların şimal yamacları dik, cənub yamacları isə az meyllidir. Dağların hndürlüyü çox böyük olmasa da aşırımları çətin keçiləndir.

Şimal şərqi Çin və Koreya yarımadasının geoloji quruluş və relyefi:

Əsas etibarilə, orta dağlıq sahələrdən və dağ arası düzənliklərdən ibarət olan bu ərazi Qədim Çin platformasının Siniy qalxanına aid edilən hissəsində yerləşmişdir.

Burada kristallik özülününü üzərini örən çpkmə süxurların qalınlığı olduqca azdır. Onlar hər yerdə bütöv örtül əmələ gətirə bilməmişdir. Çökmə süxurlar daha çox qalxanın çökdüyü hissələrində toplanmışdır. Dağlarda isə kristallıq özəyin süxurları üzə çıxır. Siney qalxanı sahəsində Təbaşir dövründə baş vermiş tektonik hərəkətlər daha güşlü olmuşdur. Tektonik hərəkətlər vahid ərazidə Şandun, Koreya və Mancuriyadan(Dunbey) ibarət müstəqil massivlərin və bunların arasında tektonik pozulmalarla parçalanmış qırışıqlıqların əmələ gəlməsiylə nəticələnmişdir. Təbaşir dövrünün tektonik hərəkətlərinə xas olan cəhətlərindən biri də onların güclü vulkan püskürmələri ilə müşaiyəy olunmasıdır. Vulkan çöküntüləri Mancuriya və Kreya massivində daha qalındır. Tektonik pozulmalar boyu yerləşən çökəkliklər sonrakı geoloji dövrlərdə lyoss çöküntüləri və eləcə də çayların gətirdiyi allüvial çöküntülərlə dolmuşdur. Lyoss çpküntülərinin gətirdiyi allüvial çöküntülərə dolmuşdur. Lyoss çöküntülərinin ərazinin bəzi hissələrində 10-20 m- dan çoxdur.

RELYEF:Şimal şərqi Çinin ərazisi onun geoloji inkşaf tarixi ilə əlaqədar olaraq mürəkkəb relyefə malikdir. Burada yüksəkliyi 1neçə min metrə çatan sıra dağlarla bərabər onların arasında yerləşən lyoss yaylaları ilə allüvial düzənlik sahələri də vardır. Dağ sistemləri Böyük Xinqan, Kiçik Xinqan və Koreya ilə sərhəddə yerləşən Amnoqanq və.s ibarətdir. Böyük Xinqan dağları( 1900m) cənub qərbdən şimal şərqə doğru uzanmaqla assimmetrik quruluşludur. Qərb yamacları az meylli olub, tədricən alçalıb və Barqa(hündürlüyü 700m) yayalası ilə əvəz olunur. Şərq yamacları dikdir. Onlar birdən birə düzənliyə keçir. Bir neçə paralel silsilələrdən ibarət olan Böyük Xinqan dağları kristallik süxurlardan əmələ gəlmişdir, zirvələri hamarlanmışdır. Dağlar şimala doğru tədricən alçalır cə şimal şərqdə hündürlüyü 1000m-dən çox olmayan İlxuri- Alin dağlarına keçir.

Kiçik Xinqan dağları şimal qərbdə, İlxuri- Alin dağlarından başlanmaqla cənub şərqə doğru tədricən yüksəlir. Hündürlüyünə görə 1150m Böyük Xinqan dağlarından geri qalır. Sunaqari çayının dərin və dar dərəsi Kiçik Xinqan dağlarının şərqi Mancuriya dağlarından ayırır. Sunqari çayı dərəsinin bu iki dağ massivi arasından keçən hissəsində məşhur Sansin şəlalələri yerləşir.

Qədim kristallik süxurlardan eləcə də, vulkan lavalarından ibarət olan Şimali Koreya dağları şərqi Mancuriya dağlarının şərqdə davamını təşkil edir. Bu dağların ən hündür zirvəsi Koreya ilə Çin sərhəddində yerləşən Canbayşan yaylasında Baytouşan(Pektusan) dağıdır. Bu dağ Kaynazoy erasından sönmüş vulkan konusudur. Böyük Xinqan, Kiçik Xinqan və Mancuriya- Koreya dağları arasında yerləşən çökəklikdə geniş ərazini tutan düzənlik yerləşir. Pleystosenə qədər göl çalası olmuş bu düzənlikdə kristallik süxurların üzərini çox da qalın olmayan göl və allüvial çöküntülər örtmüşdür. Dəniz səviyyəsinin hündürlüyü orta hissədə 10-20 m-dir, kənarlara doğru tədricən artaraq 200-300 m-ə çatır. Düzənliyi kənardan haşiyələnən dağ massivləri onu bir neçə yerə bölmüşdür. Sunqari və onun qolu olan Nonni çayı sahilində yerləşən orta Mancuriya düzənlyi kənardan dağ massivləri ilə əhatə olunmuş bir növ qapalı çökəklikdir. Lyaodun körfəzi və Lyaoxi çayı sahilində Cənubi Mnacuriya və ya Mukden düzənliyi yerləşir. Bu düzənliyin qərbə davamı Böyük Çin ovalığına keçir. Orta Mancuriya yüksəkliyinin şərqə davamını Amur çayı və Xanka gölü sahillərini birləşdirən düzənlik təşkil edir. Böyük Xinqan dağlarının cənub qurtaracağında yerləşən Lyaosi və İnşan dağları çay dərələri ilə parçalanmışdır. Sinlin dağlarının şimal şərq davamını təşkil edən Tayxanşan və Utayşan dağları Lyaosi ilə birlikdə Böyük Çin ovalığını Lyoss yaylasından ayırır. Lyoss yaylasının əsasını təşkil edən kristallik və metomorfik süxurlar çox qalın lyoss çöküntüləri ilə örtülmüşdür. Kristallik süxurar ancaq yaylanın dərin çay dərələri ilə kəsilmiş hissələrində üzə çıxır. Yaylanın səthi qobu və yarğanlarla parçalanmış və hündürlüyü 200-300 m-lə 2000-3000 m arasında dəyişilən sahələrdən ibarətdir. Veyxe çayı dərəsi boyunca uzanan sahə Lyoss yaylasının ən dərin çökəkliyi hesab olunur.

Koreya yarımadası:

Təbii şəraitinə görə Yapon adalarıyla şimal şərqi Çin arasında keçid təşkil edir. Koreya yarımadası Çin platformasının qədim massivlərindən biri olub, səthi qızıl, mis filizi, polimetal filizləri, daş kömür, yanar şistlər və volfram filizi yataqları ilə zəngindir. Lyaodun yarımadası və Koreyanın şimalında qırışıqların istiqaməti cənub qərbdən şimal şərqə doğru olduğu üçün müasir dağların istiqamətinə uyğun gəlir. Tektonik hərəkətlər vulkan püskürmələriylə müşayiət olunduğundan Koreya yarımadasından kristallik süxurlarla yanaşı geniş sahəni tutan vulakanik süxurlara da rast gəlinir.

Koreya yarımadası sahəsinin çox hissəsi dağlıqdır. 1500-2000 m hündürlükdə suayrıcı dağlar yarımadanın şərq kənarında yerləşirlər. Koreyanın şimalında dağ silsiləsi 2 istiqamətdə uzanmışdır. 1ci dağ silsiləsinə Mancuriya( Dunbey) ilə sərhəddə yerlşən Çanbayşan yaylasındakı Tumın və Materink dağları aiddir. Cənub qərbdən şimal şərqə doğru uzanan bu dağların ən hündür zirvəzi 2541 m-ə qədər( Kvanmobon) dağı yüksəlir. Layodun yarımadası rayonundakı Amnokkan yaylasında terləşən dağ sıraları çox mürəkkəb oroqrafik xüsusiyyətə malikdir. Burada Buden və sərhəd dağları şimal-qərbdən cənub şərqə doğru, Tenkurey dağları isə cənub qərbdən şimal şərqə doğru uzanmışdır. Yarımadanın şərqdə Yapon dənizi sahililnə paralel uzanan Şərqi Koreya dağları Monson şəhəri ilə Pusan rayonu arasındakı geniş sahəni tutmuşdur. Qərb tərəfə buna paralel uzanan Xokkudayxo silsiləsi alçaq Seul şəhərinə qədər davam edir. Yarımadanın ən böyük düzənlikləri onun qərb sahilində yerləşən Pxenyan və xanqandır. Cənubi Koreya düzənlikləri dalğavarı səthə malik olub, alçaq dağ tirələri ilə çox parçalanmışdır.

Koreyanın cənub hissəsi iqliminə görə Cənubi qafqazın iqliminə çox oxşardır. Burada isti dövr 6-7 ay davam edir. Hava çox rütubəyli olur. Belə şərait bir sıra texniki bitkilərin yetişməsi və ildə iki dəfə məhsul verməsi üçün əlverişlidir.



YAPON ADALARININ GEOLOJİ QURULUŞU VƏ RELYEFİ:

Yapon adalarının yaranması haqqında müxtəlif fikirlər mövcuddur. Bəzi tədqiqatçıların fikrincə, Yapon adaları alp orogenınə aid olub, üçüncü dövrün sonu və dördüncü dövrün əvvəllərində baş vermiş tektonik hərəkətlər nəticəsində Oxot, Yapon və Sarı dənizlərinin yaranması ilə əlaqədar olaraq Asiya qitəsindən ayrılmışdır. Başqa qrup tədqiqatçılar bu adaların materiklə heç bir əlaqəsi olmadan, müstəqil şəkildə yarandığını irəli sürürlər. Bu tədqiqatçılara görə yapon adaları 60 milyon il ərzində Sakit okeanın qərbində, okean dibində baş vermiş qüvvətli orogenik hərəkətlər və vulkan fəaliyyəti nəticəsində əmələ gəlmişdir.

Hazırda adaların şərq- Sakit okean tərəfində dərinliyi 5-7, bəzən də 10 km-ə çatan okean çökəklikləri yerləşir. Adaların materikə çevrilmiş qərb kənarında isə Yapon dənizini çıxmaq şərtilə əsasən 200m dərinliyindəki şelf sahələri geniş yer tutur. Yapon dənizinin mərkəzi hissəsindəki dərinlik 4200 m-ə çatır. Adaların mərkəzi hissəsində hündürlüyü 3000m-dən çox olan dağlıq sahələrin yerləşdiyi nəzərə alınsa. Yapon adaları rayonunda relyef amplitudunun 6-7 km-lə 10-13 km arasında dəyişildiyini görərik. Yapon adalarının relyefi və geoloji quruluşu çox mürəkkəbdir. Adaların səthi əsasən dağlıq olub, qızıl, daş kömür, marqans, dəmir filizi, yanar qaz, neft və polimetal filizləri ilə zəngindir. Qırışıqlıqların yaranmaslna Koledondan başlamış Alp orogeninə qədər 4 dağəmələgəlmə fazası qeyd edilir. əsası Koledon və Hertsin qırışıqlığında qoyulmuş dağ massivləri Yanşan və Alp orogenezi ilə əlaqədar olan tektonik hərəkətlər nəticəsində daha çox parçalanmaya məruz qalmışdır. Bu dövrün tektonik hərəkətləri böyük qraben çökəkliklərinin və tektonik çatlar boyunca yerləşən vulkan püskürmələri zonasının yaranması ilə nəticələnmişdir. Bu növ hərəkətlər Yaponiya adası daxilində demək olar ki, hazırda da davam edir. Yaponiyada fəaliyyətdə olan 150 aktiv vulkandan 40-ı hazırda fəaliyyətdədir. Xokkaydə və Xonsyu adalarının orta hissəsində yerləşən bütün dağ silsilələri vulkanik mənşəlidir. Xonsyu adasını enlik istiqamətdə 2 hissəyə bölən Böyük qraben və ya Fudzi qrabeni Yaponiyada vulkanizmin ən çox yayıldığı sahədir. Fudzi qrabeni və vulkanik zonanın cənub şərq davamını İndzusitito- Bonni- Volkano adaları qrupu təşkil edir. Vulkan fəaliyyətiylə yanaşı Yapon adalarına seysmik hadisələr də səciyyəvidir. Vulkan fəaliyyəti adaların Yapon dənizinə çevrilmiş daxili zonasında, seysmik proseslər isə Sakit okean sahilləri zonasında daha çox baş verir.

Demək olar ki adalarda hər gün iki dəfə hiss edilən zəlzələlər müşahidə olunur. Güclü zəlzələlər ildə 1-2 dəfə, dağıdıcı zəlzələlər 10ildən bir baş verir. 1923-cü ildə Tokioda baş verən zəlzələ nəticəsondə 100mindən çox insan tələf olmuşdur. Adaların sahilində yaşayan əhali quruda müşahidə olunan zəlzələlərdən başqa, dəniz zəlzələlərindən də əziyyət çəkirlər. Axırıncı dəfə Yaponiyada mart ayının 11-i Xonsyu adası yaxınlığında 9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar ölkəyə ziyan vura bilməsə də, zəlzələnin yaratdığı sunami Yaponiyaya böyük zərbə vurdu. Sunami dalğalarının yerlə yeksan etdiyi şəhərlər və infrastruktur obyektləri ümumilikdə ölkəyə bu günədək olan hesablamalara görə, 120 milyard dollardan çox ziyan vurdu, minlərlə insanın həyatına son qoydu. 21000 dən çox insan tələf oldu. Bundan əvvəl ən güclü dəniz zəlzələsi 1946-cı ildə müşahidə olunub.

Yaponiya adalarının geoloji quruluşu da çox mürəkkəbdir. Burada Arxeydən başlamış müasir dövrə qədər olan müxtəlif süxurlar geniş yayılmışdır. Qneys və kristallik şistlərdən ibarət olan qədim Arxey çöküntüləri ərazinin 4%-ini örtür.

Bunlara : Xonsyu adasında Kanto düzənliyinin şiamlında Abukuma dağlarında və Sikoku adasında rast gəlinir. Poleozoy və Mezozoy dövrlərinin çöküntü süxurları adaların ümumi sahəsinin 21%-ni əhatə edir. Bu növ süxurlar Xokkaydo, Xonsyu, Sikoku, Küsü adalarındakı və eləcə də Kiya yarımadasındakı parçalanmış sahələri təşkil edir. Adalarda müxtəlif dövrlərin vulkanpgen çöküntüləri yayılmışdır. Cavan vulkanik çöküntülər vulkan külü və lavalardan ibarət yaylaları əmələ gətirmişdir. Üçüncü dövrün. Qumdaşı, şist və konqlomeratdan ibarət, nisbətən yumşaq və erroziyaya az davamlı çöküntülərinə alçaq dağlıq və təpəlik ərazilərində daha çox rast gəlinir. Allüvial çöküntülər ərazinin 18%-ini təşkil etməklə, daha çox sahil zolaqlarında və bəzən də dağarası çökəkliklərdə yerləşən ensiz düzənliklərdə yayılmışdır.

Xokkaydo adasınakı dağ silsilələri, Şimal Şərq-Cənub Qərb və Şimal Qərb və Cunub Şərq istiqamətində uzanmışdır. Adanın orta hissəsində bu dağ silsilələri birləşərək mərkəzi massivi əmələ gətirir. Massivin hündürlüyü Asaxi dağından 2290 m yə çatır. Adanın ən böyük düzənliyi İsikaridir. O Osima yarımadasını mərkəzi massivdən ayırır. Ossima yarımadasının sahillərində fəaliyyətdə olan Tarumae və Komaqatake vulkanları yerləşir. Xonsyu adasının şimalında yerləşən və bir birinə paralel uzanmış, Deva, Rikuoko və Kitakami dağları Xokkaydo adasındakı mərkəzi massivin cənub davamını təşkil edir. Dağ sıralarının hündürlüyü Rikuoku silsiləsində 2040 m ya çatdığı halda, Cənuba doğru tədricən yüksəlir .Hər Üç Dağ sırası, Tokio şəhəri enliyində birləşir. Bu sahədə silsilə də onlara enlik istiqamətində uzanmış, tektonik çatlar və çökəkliklər vasitəsilə çox parçalanmışdır. Yaponiyanın ən böyük çökəkliyi olan, Fudzi qrabenində tektonik çatlar boyunca Yaponiyanın fəaliyyətdə olan Vulkan Konusları ucalır. Yapon adalarının ən hündür dağı, məşhur Fudziyama vulkanı da burada yerləşmişdir. Çox füsünkar təbiətə malik olan bu rayon öz mineral bulaqları ilə də məşhurdur.

Fudzi Qrabeninin qərbində Yaponiyanın IV dövr buzlaşmasına məruz qalmış, yeganə ərazisi olan Yaponiya Alpları yerləşir. Akaisi, Kiso və Hida silsilələrindən ibarət olan, bu dağlarda, buzlaqla əlaqədər relyef formaları yaxşı saxlanılmışdır. Yapon adalarının cənub-qərb hissəsində, onun orta və şimal hissələrindən fərqli olaraq, dağ sıraları təxminən enlik istiqamətində uzanmışdır. Digər tərəfdən bu dağlar nisbətən alçaq olub, eroziya və tektonik hərəkətlər nəticəsində parçalanmışdır. Bunlara Tuqoku, Kii, Sikoku, Küsü və Sukusi dağları aiddir. Onların zirvələrinin hündürlüyü 2000 m dən çox deyildir. Yaponiyada düzənliklər kiçikdir. Xonsyu adasında, Tokio körfəzi sahilində Kanto düzənliyi yerləşdir. Bunun sahilə yaxın hissəsi dəniz səviyyəsindən bir neçə metr yüksəkdə yerləşdiyi halda, daxilə doğru hündürlük 150-200 m yə qədər artır. Yapon dənizi sahilləri az parçalanmışdır. Burada Etiko düzənliyi vardır. Sakit okean sahilləri çox parçalanmaqla rias tiplidir. Əlverişli buxta və körfəzlər əsasən cənub qərb sahilindədir.




İQLİM VƏ İQLİM QURŞAQLARI

Cənubi Asiyanın iqliminin ümumi səciyyəsi.

Təbii- coğrafi sahə üçün burada musson iqliminin hakim olması da səciyyəvidir. Mülayim, tropik, subtropik iqlim qurşaqlarında yerləşməsi ərazidə temperatur və rütubətliyin şimaldan cənuba və eləcə də şərqdən qərbə(materikin daxili hissələrinə) doğru dəyişilməsində özünü göstərir.

Hələ üçüncü dövrün əvvəllərindən başlayaraq Şərqi Asiyada mülayim- isti və rütubətli iqlimin hakimliyi burada bitki örtüyünün zəngin və növcə rəngarəng olmasına şərait yaratmışdır.

Cənub şərqi Çində kontinental və dəniz hava kütlələrinin fəsillərər görə dəyişildiyi musson iqlimi səciyyəvidir. Qış aylarında bütün ərazi Sibir antisiklonunun təsiri ilə əlaqədar olan kontinental hava kütlələri təsiri altında qalır. Mülayim qurşaqda yerləşən Böyük Çin ovalığının şimal hissəsindən cənuba doğru hərəkət etdikdə kontinentallıq azalır. 0ºlik qış izotermi Cəbəlütariq boğazı ilə eyni enlikdə yerləşən Tsindao şəhərindən keçir. Halbuki Cəbəlütariqdə havanın temperaturu 12º olur. Sibir antisiklonunun yaxın olması bəzən soyuq hava dalğalarının subekvatorial enlikərə qədər gəlməsinə şərait yaradır. Belə ki, Qahirə şəhəri ilə eyni enlikdə yerləşən Şanxayda qışda -10º-yə qədər şaxta müşahidə edilir. Qahirədə isə yanvarın orta temperaturu +12º-dir. Subekvatorial iqlim qurşağında yerləşən Quançjou(kanton) şəhərində də bəzən qar yağmasımüşahidə edilir. Qış aylarında temperatur şimaldan cənuba doğru artır. Belə ki, yanvarın orta teçperaturu Pekində -2º, Xankouda +4º, +5º, Quançjou şəhərində isə +12º, +13º dir. Yaya ayları isti, rütubətli, yağıntılı keçir. Dəniz mussonları sahil zonalarında yaz fəslində, daxili hissəsində isə yaya fəslində müşahidə olunur. Bununla əlaqədar olaraq yağıntılar əsasən yaya aylarında düşür. Bu zaman çaylada daşqınlar baş verir. Dəniz sahillərindən materikin daxilinə doğru hərəkət etdikcə temperaturun artması və yağıntıların azalması müşahidə olunur. Sahil zonasında yayda havanın temperaturu 26º-28º, yağıntıların miqdarı 1500- 2000 mm, Yantsızı çayının orta axarı düzənliyində müvafiq surətdə 28-30º və 1000mm, Pekində isə temperatur 26º, yağıntılar 600-700 mm-dir. Illik yağıntıların 70-80%- yayda. 20-30 %- qışda düşür.

Cənub Şərqi Çin iqliminə xas olan xüsusiyyətlərdən biri də burada payız aylarında tropik siklonların( tayfunların) daxil olmasıdır. Güclü küləklər və leysan yağışları ilə müşayiət olunan bu növ dağıdıcı tayfunlar bəzən təsərrüfata böyük ziyan vurur.



Şimal şərqi Çin və Koreya yarımadasının iqlimi:

Şimal şərqi Çində iqlimin enlik istiqamətində və eləcə də oroqrafik xüsusiyyətlərindən asılı olaraq dəyişilməsi müşahidə edilir. Ərazidə iqlimin yaranmasına rütubətli dəniz hava kütlələrindən çox Arktika və Sibir antisiklonu ilə əlaqədar olan soyuq hava kütlələri təsir göstərir. Təbii vilayətin iqlimi sərt və soyuq kontinental olamasıyla fərqlənir. Demək olar ki, qış ayları 7 aya qədər şimal- qərbdən hərəkət edən saoyuq və şaxtalı küləklərin təsiri altda qalır. Qışı soyuq, şaxtalı və qarsız keçir. Illik yağıntıların yalnız 5%-i qış aylarında düşür. Yanvar ayının orta temperaturu Xayvində -20º, Mukdendə -17º, Tayyuanda -7º-dir. Lyaodun körfəzi sahilində yerləşən İnkou şəhərinin qışı Qrenıandiyanın cənub sahillərinin qışından soyuq keçir. Yaya ayları isti, rütubətli və leysan yağışlı olur. Qış aylarından fərqli olaraq yayda ərazi dənizdən gələn rütubətli küləklərin təsiri altında qalır. Iyul ayının temperaturu 23-28º arasında dəyişir. Qapalaı çökəklikdə yerləşən orta Mancuriya düzənliyində bəzən havanın mütləq maksimum temperaturu 39º-yədək qalxır. Tempeartura müvafiq olaraq yağıntıların miqdarı da dəyişkəndir. Adətən illik yağıntının 70-80%- yay aylarında düşür. Xanka gölünün sahil düzənliyi 800-900 mm, daxildə yerləşən dağətəyi sahələr 600-700 mm, Orta Mancuriya düzənliyi və cənub qərbdə sahələr 300mm yağınt alır. Mərkəzi Asiya səhralarından kotinental tropik hava kütlələri daxil olduğu zaman. Yay aylarında bəzən hadisələr isti və quraq keçir.



Koreya yarımadası:

Cənubi Koreyadan fərqli olaraq onun şimal hissəsi soyuq şaxtalı və küləkli keçir. Şimal qərbdən gələn soyuq küləklər oktyabrdan may ayının birinci yarısına qədər, dənizdən gələn rütubətli küləklər isə may- sentyabr aylarında qeyd edilir. Yanvar ayının temperaturu şimalda dəniz sahillərində -6º,-9º, dağlıq sahələrdə -20º,-30ºPusan şəhərində +2º, çeçjudo adasında isə +5º-dir. Şimali və Mərkəzi Koreyaya qış aylarında çox qar yağır. Yay ayları isti və rütubətli keçir. Dəniz mussonları may ayının ikinci yarısından başlayır. Iyul ayında temperatur şimalda 23ºcənubda isə 25º olur. Bəzən temperaturun +40º-yə qalxması da müşahidə olunur.

Yağıntıların paylanması mövsümi xarakter daşıyır və yarıdan çoxu 3 yay ayı ərzində düşür. Bəzən bir gün müddətində illik yağıntının dörddə bir hissəsinə qədəri düşür. Şimalda yağıntının illik miqdarı 700-900mm olduğu halda, cənubda 1200-1500mm-dir. Koreyanın çayları kiçik olub. Böyük hidroenerji ehtiyatında malikdir. ən böyük çayının uzunluğu 100 km- dən çox deyildir. Naktongin, Xanqan, Tedonqan və Yolutszyan ən iri çayları hesab olunur.

YAPON ADALARININ İQLİMİ:

Yapon adaları mülayim və subtropik qurşaqlarda yerləşir. Adaların iqliminə onun coğrafi mövqeyindən başqa ,Asiya qitəsinə yaxın olması, hər tərəfdən dənizlərlə əhatə olunması, relyef xüsusiyyəti, dəniz cərəyanları və s. böyük təsir göstərir.

Qış aylarında Yapon adaları Şimal Qərdbdən hərəkət edən Sibir Antisiklonu ilə əlaqədar Olan hava kütlələrinin (kontinental mussonların ) təsiri altında qalır. Bu növ hava kütlələri dənizin üzərindən keçərkən bir qədər mülayimləşir və rütübətlə təmin olunduğu üçün, öz xüsusiyyətini dəyişir. Yapon adaları ilə eyni en dairəsində yerləşən Mancuriya və Primorye ölkəsinə nisbətən Yaponiyanin qışı mülayim və rütubətli keçir. Şimal qərb küləkləri adaların daxili hissələrində öz rütubətini ayırdığı üçün, Şərq sahillərə təsir göstərə bilmir. Xonsyu və Küsü adalarının Yapon dənizi sahillərinə yağıntılar ən çox qış aylarında düşür. Daha Şimalda Yerləşən və soyuq və Oya-sivo cərəyanının təsiri altında qalan Xokkaydo adasında Şimal Qərb küləkləri Mülayimləşdirici təsir göstərə bilmir. Bunun səbəbi Şimal-Qərb küləklərinin soyuq cərəyanının yayıldığı sahələrdən keçərkən rütübətlə yaxşı təmin oluna bilməməsidir.

Isti Kuro- Sivo( yapon dilində “göy duzlu su” deməkdir.) cərəyanın təsiri qış aylarında 40º şimal enliklərinə qədər aydın hiss olunur. Yuxarıda göstərilən səbəblər nəticəsində Yapon adalarında qış aylarında havanın temperaturunun şimaldan cənuba doğru kəskin dəyişilməsi aydın surətdə nəzərə çarpır. Yanvar ayının orta temperaturu -10º,-15º, Kanto düzənliyində +2º,+4º, Küsü adasında +5º,+10º, Rükü adalarında isə +15º-dir.

Yay aylarında şimal- qərb küləklərini Sakit okeandan hərəkət edən isti, rütubətli tropik hava kütlələri( Sakit okean mussonu) əvəz edir. Sakit okean mussonları adaların şərq, cənub- şərq sahillərini və dağların şərq yamaclarını əhatə edir, yayda burada yağıntı gətirir. Adaların 36º şimal en dairəsindən cənubda qalan hissələri Sakit okean mussonlarının təsirinə daha çox məruz qalır. Xokkaydo adasının sahillərində yay dumanlı və çiskin yağışlı keçir. Iyul ayının temperaturu Xokkaydo adasında 15º-18º, Xonsyu adasının orta hissələrində 24º-25º, Küsü adasında

26º-27º, Rükü adalarında 28º olur. Yaponiya adaları iqlimi üçün səciyyəvi cəhətlərdən biri də qış və yay aylarında siklonların, tayfun və qüvvətli küləklərin müşahidə edilməsidir. Qış aylarında qütb və tropik hava kütlələrinin cəbhələrinin görüşməsi nəticəsində siklonlar yaranır. Yapon adaları cənub- qərbdən şimal- şərqə doğru hərəkət edən tropik siklonların- tayfunların yolu üzərində yerləşmişdir. Güclü fırtına və leysan yağışları ilə müşayiət olunan tayfunlar aədtən payız fəsli üçün səciyyəvidir.

Yapon adalarında yağıntıların paylanması da müxtəlifdir. Xonsyu adasının orta hissələrinə( Yaponiya Alplarına) ildə 3000mm. Sikoku və Küsü adalarına 2000-2500mm, Xokkaydo adası və Xonsyu adasının şimal hissəsinə 1000mm yağıntı düşür. Ümumiyyətlə Yapon adalarının daxili hissələrinə onun şərq- sakit okean sahillərinə nisbətən az yağıntı düşür. Yağıntıların fəsillər üzrə paylanması xüsusiyyəti də hiss olunur. Adətən Yapon dənizi sahillərinə yağıntı qış aylarında və adətən yağıntı halında düşür. Bütün qərb sahili zonasında və şərq sahilin 36º şimal enliyinə qədər olan hissəsi qışda qarla örtülür. Qar örtüyünün qalınlığı 1-2m arasında dəyişir. Sakit okean sahillərinə yağıntı daha çox yay aylarında düşür. Bu xüsusiyyət Yapon adalarında musson küləklərinin istiqaməti ilə izah olunur.


ÇAYLARI VƏ GÖLLƏRİ

CƏNUB ŞƏRQİ ÇİNİN CAY ŞƏBƏKƏSİ:

Ərazisi sıx çay şəbəkəsinə malikdir. Dünyanın məşhur çayları olan Yantsızı və Xuanxe geniş şəkildə bu vilayətin ərazisini yarıb keçərək şərqdə Şərqi Çin və Sarı dənizə tökülürlər. Yantsızı çayında səviyyə rejimi musson küləklərindən asılıdır. Yaya aylarında çayda suyun səviyyəsi qış aylarındakına nisbətən 20-23 m qalxır. Bu çay Xankou şəhərinə qədər okea gəmilərinin üzməsi üçüçn yararlıdır. Xuanxe çayı Yantsızıdan fərqlə olaraq çox dəyişkən rejimə malikdir. Geniş məsafədə asan yuyulan lyoss çöküntülərinin yayıldığı sahədən axıb keçən Xuanxe çayı, ildə 500 milyon m³ asılı material gətirir. Çay tez-tez öz yatağından çıxaraq ətraf düzənlikləri basır və xalq təsərrüfatına böyük zərər vurur. Xuanxe çayı aşağı axarında bir neçə dəfə öz yatağını dəyişdirmişdir.


  • 1838-1847 ci illərdə Yantsızı çayına

  • 1847-1854 cü illərdə müstəqil olaraq Sarı dənizə

  • 1854-cü ildə müstəqil olaraq Bohayvan körfəzinə tökülür.

Cənub şərqi Çinin hidroqrafik şəbəkəsində suvarma və gəmiçilik kanalları xüsusi mövqe tutr. Uzunluğuna görə dünyada birinci yeri tutan Böyük Çin kanalı Xançjou ilə Pekin şəhərləri arasında 1728 km məsafədə uzanır. Bü, Çinin ərazisində hələ VII ci əsrdən çəkilən böyük kanaldır. ən böyük gölləri qədim tektonik çökmələrdə yerləşən Duntunxu və Poyanxudurdur. Dəniz sahillərində Xunszexu, Tayxu və bir sıra kiçik göllər vardır.

Şimal şərqi Çin və Koreya yarımadasında çay sistemi:

Əsas çayları Sunqari(1500m), Nonni (1200m) və Lyaoxedir. əsasən yağış sularından qidalandığı üçün ən yüksək səviyyə yayda müşahidə edilir. Bəzi çayları qışda donur və qalın buzla örtülür. Yayda leysan yağışları zamanı daşdığından çayların ətrafında geniş ərazini bataqlıq sahələr tutur.



Yapon adaları çay sistemi:

Yapon adaları inkşaf etmiş sıx çay şəbəkəsinə malikdir. Çayların uzunluğu 150-200 km-dən çox deyildir. Buna baxmayaraq Yapon adalarının çayları çox sulu olub, böyük sürətlə axdığından hidroenerji ehtiyatına malikdir. Onların üzərində su elektrik stansiyaları tikilmişdir. Yaponiyanın çayları “ağ kömür” rolunu görür. Onlar ölkənin yanacağa olan ehtiyacını tamamilə ödəyirlər. ən böyük çayları olan: Sinano, Tone, Kisonun uzunluğu 300km-dən çox deyildir. Tektonik, vulkanik və laqun mənşəli gölləri çoxdur.

Yaponiyanın ən böyük tektonik mənşəli gölü- Bivadır.
BİTKİ VƏ TORPAQ ÖRTÜYÜ

Cənub şərqi Çində:

Düzənlik sahələrdə allüvial və lyos çöküntüləri üzərində sarı torpaqlar, Sıçuan çökəkliyinin şimalında qonur, cənubunda isə laterit torpaqlar yayılmışdır. Cənubi Çin dağlarında boz-meşə. Subtropik və podzollaşmış sarı və laterit torpaqlara, Sitszyan çayı hövzəsində isə tropik laterit torpaqlarına rast gəlinir. Cənub şərqi Çin ərazisi zəngin bitki örtüyünə malikdir. Bunun səbəbi onun subtropik və tropik iqlim qurşaqlarında yerləşməsi və eləcə də dördüncü dövr buzlaşmasına məruz qalmasıdır. Ümumiyyətlə, Şərqi Asiya qədim əkinçilik sahəsi olduğundan onun əhalisi sıx olan rayonlarda, təbii bitki və torpaq örtüyü demək olar ki, tamamilə dəyişilmişdir. Hazırda burada 20000 dən çox bitki növü qeydə alınmışdır. Burada həmişəyaşıl ağac növləri və bitki kolları Şimali Amerikadakından 2 dəfə yarım çoxdur. Dördüncü dövr buzlaşmasına məruz qalmaması burada qədim geoloji dövrlərin bitki növlərinin saxlanmasına şərait yaranmışdır. Buna mezozozy erasında geniş yayılmış ayıdöşəyikimilər fəsilələrindən olan bir neçə bitki növü misal ola bilər. Bunlarla yanaşı təbii vilayətdə Avropa, Asiya, Şimali İndoneziya, Birma, Himalay. Yaponiya və Şimali Amerikada olan bir sıra bitki növlərinə də rast gəlinir. Bir sıra kökü meyvəli bitkilərin(yerfındığı), müxtəlif alma, armud. gavalı. şaftalı, ərik, tünq ağacı. Dərman, dərman, dekorotiv və sitrus bitkilərinin ilk vətəni məhz Cənub Şərqi Çin olmuşdur. Vaxtilə sıx subtropik meşə örtüyüynə mailk olan Böyük Çin düzənliyi, Şandun massivi, qırmızı hövzə, Yantsızı və Sitszyan çayının sahilləri hazırda Çinin əsas düzənlik sahələrinə çevrilmişdir. Geniş sahəni tutan bu düzənliklərdə çəltik, darı, qaolyan, yer fındığı. Soya paxlası, çay, qənd qamışı, tunq və tut ağacı, çətənə və.s btkilər yetişdirilən plantasiyalar. Buğda, qarğıdalı, pambıq və tütün zəmiləri nəzəri cəlb edir. Hazırda meşələr təbii vilayətin kiçik bir hissəsində saxlanmışdır. Əsas etibarilə onlara cənubi Çin dağlarında. Quyçjou və Yunnan yaylasında, Qırmızı hövzənin kənar hissələrində, Sinlin dağlarında və Tayvan adasında rast gəlinir. Sinlin dağları Şimali və cənubi Çin bitki örtüyü arasında təbii sərhəd təşkil edir. Dağların şimal yamaclarında yarpağını tökən(göyrüş, ağcaqayın və cökə) və Sibir tayqası üçün səciyyəvi olan ağac növləri yayıldığı halda cənub yamacında həmişəyaşıl subtropik meşələr təşkil edir. Burada 800-1000 m yüksəklikdə palıd, kamfora, bambuk, palma, pandanusdan, ibarət subtropik meşələr, bundan yuxarıda ağcaqayın, şabalıd və iynəyarpaqlılarlabirlikdə qarışıq meşələr. 1500-1800 m hündürlükdə isə meşələri yayılmışdır. Təbii vilayətin cənub sahilləri üçün manqır meşələri səciyyəvidir.



Şm.Şərqi Çində:

Şimal şərqi Çin bitki örtüyünün zəngin olmasıyla Mərkəzi Asiyanın səhra ərazilərindən kəskin fərqlənir. Bitki örtüyü içərisində geniş sahənienli və iynəyarpaqlı ağaclardan ibarət olan meşə massivləri tutur. Böyük Xinqan, Kiçik Xinqan və Koreya- Mancuriyanın nisbətən podzollaşmış boz meşə torpaqları ilə örtülü dağlıq hissələrində daur qara şamı, Sibir küknarı, tozağacı, üvəz, monqol palıdı, ağcaqayın və.s ağaclardan ibarət meşələr geniş yayılmışdır. Enli yarpaqlı meşələr 600-700 m hündürlüyə qədər yayılmışsa da əsas yeri monqol palıdı, cökə ağacı tutur. Qarışıq meşələr 700-800 m-dən küknar və şam ağaclarından ibarət olan iynəyarpaqlı meşələr 1000-1100 m hündürlükdən başlayır. Böyük Xinqan dağlarının açıq və tünd şabalıdı torpaqlarla örtülü cənub- qərb yamacları kolluqlarla, zəif qələviləşmiş və karbonatlı qara torpaqların yayıldığı daxili düzənliklər isə yovşan və ağotlarla örtülüdür. Vaxtilə meşə çöl və çöl landşaft sahələrinin hakim oladuğu daxili düzənliklərdə təbii bitki örtüyü insan fəaliyyətiylə çox dəyişmişdir. Hazırda bu düzənliyin mədəni bitkiləri içərisində qaolyan, darı, buğda, qarğıdalı, çəltik və paxlalı bitkilər əkin sahəsi geniş yer tutur.



Koreya yarımadasında. Koreya yarımadası torpaq və bitki örtüyünə görə Mancuriya( Dunbey) ilə Yaponiya arasında keçid təşkil edir. Yarımadanın zəif podzollaşmış boz-meşə torpaqlarının yayıldığı şimal sahələri Sibir tayqasına bənzər meşələr səciyyəvidir. Lakin burada qarışıq meşələr daha üstündür. Cənuba doğru hərəkət etdikcə subtropik meşələr və həmişəyaşıl koluqlar diqqəti daha çox cəlb edir. Cənubi Koreyada dağ ətəklərinin 400m-ə qədər hündürlükdəki qırmızı torpaqlarla örtülü hisssində geniş sahəni həmişəyaşıl palıd. Yaponiya kameliyası, kamfora və portaqal ağacından ibarət subtropik meşələr tutur. 900m-ə qədər hündürlükdəki sahələrdə onları yarpağını tökən enliyarpaqlı meşələr, 900-1500 m hündürlükdə qarışıq meşələr və 1500-1600 m-dən yüksək sahələrdə isə iynəyarpaqlı meşələr əvəz edir. Enliyarpaqlı ağac növləri içərisində əsas yeri şabalıd, vələs, palıd, ağcaqayın, bambuk cəngəllikləri tutur. Iynəyarpaqlı meşələrdə qara şam və Koreya sidr ağacı geniş yayılmışdır.

Yapon adalarında:

Meşələr Yaponiyanın ən böyük təbii sərvəti hesab olunur. ərazinin 54%-i meşələrlə örtülüdür. Adaların şimaldan cənuba böyük məsafədə uzanması və səthinin dağlıq olması burada üfüqi və şaquli landşaft zonallığına şərait yaradır. Meşə örtüyünün 25%-ni təşkil edən iynəyarpaqlı meşələr Xokkaydo adasında yayılıb. Adanın podzol torpaqları, torf və bataqlıqları olan şimal hissəsi Saxalin şamı, Xokkaydo küknarı, qara şam, qaraçöhrə, toz, ağcaqayın və bambuk pöhrəliklərinin geniş yayıldığı tayqa tipli keçilməz meşələrlə örtülüdür. Xonsyu adasının boz meşə torpaqlarından ibarət olan şimal hissəsində, iynəyarpaqlı meşələri enliyarpaqlı meşələrin üstün olduğu meşələr əvəz edir. Burada palıd, fıstıq, ağcaqayın, qızılağac, göyrüş və.s ağaclarla maqnoliya, vəhşi albalı və vəhşi üzüm kolları da qarışmışdır. 500m-dən yüksəkdə yerləşən sahələrdə enliyarpaq ağacları iynəyarpaqlı meşələr əvəz edir. Dağların yüksək hissələri subalp çəmənlikləri ilə əhatə olunur.

Xonsyu adasının 36-37º şimal enliyindən cənubda yerləşən hissəsində həmişəyaşıl subtropik meşələr yayılmışdır. Palıd, kamfora, sərv, qarağac və.s ağaclardan ibarət olan subtropik meşələri 500-800m yüksəklikdə yarpağını tökən enliyarpaqlı, daha yuxarıda isə enliyarpaqlı meşələr əvəz edir. Küsü adasında dağ ətəklərinə tropik meşələr yayıldığı üçün subtropik meşələrin yuxarı sərhəddi 1000m yüksəklikdən keçir. Rükü adasında tropik meşələr dəniz səviyyəsindən 300-500m yüksəkliyə qədər yayılmlşdır. Yaponiyada mədəni bitkilər içərisində çəltik və tütün əkini sahələri, şəkər qamışı, şəkər çuğunduru, çay plantasiyaları, tut ağacları və sitrus bitkiləri geniş yer tutur. Adaların sahillərini yuyan sular müxtəlif balıq növləi ilə zəngindir. Burada Yaponiyanın məşhur balıq vətəgələri yerləşir.

FİZİKİ COĞRAFİ VİLAYƏTLƏRİ:

Morfostruktur xüsusiyyətləri, iqlimi, torpaq və bitkinin yayılmasında müşahidə edilən bu fərqləri nəzərə alaraq Şərqi Asiya:



  1. Cənub- şərqi Çin

  2. Şimal şərqi Çin və Koreya yarımadası

  3. Yapon adalarından ibarətdir.

Cənub- şərqi Çin.

Sərhədləri və coğrafi mövqeyi:

Cənub şərqi Çin Şərqi Asiyanın təbii coğrafi sahəsinin böyük bir hissəsini əhatə edir. Subekvatorial, subtropik və tropik iqlim qurşaqlarında yerləşir.

Sərhədləri: şərqdə- Bakbo (Tonkin) körfəzi, Cənubi Çin, şərqi Çin və Sarı dənizlərlə

Cənubda- Vyetnam, Laos və Birma

Qərb və şimal- qərbdə Yunnan yaylasının qərb qurtaracağı, Sıçuan Alpları, Sinlin dağları, Lyoss yaylasının şərq qurtaracağı ilə əhatə olunur. Vilayətin şimal sərhəddi Pekin şəhərindən şimalda yerləşən Lyaosi dağlarından keçir. Şərq sahildə yerləşən Tayvan. Xaynan adaları və bir çox kiçik adalar cənub şərqi Çinə daxildir.

Cənub şərqi Çin ərazisi morfostruktur xüsusiyyətlərindən asılı olaraq 9 vilayətə ayrılır. Bunlara:



  1. Böyük Çin ovalığı və Yantsızı çayının aşağı və orta axarı düzənlikləri

  2. Şandun dağ massivi ilə birlikdə Şandun yarımadası

  3. Sinlin dağları

  4. Cənubi Çin dağları

  5. Tayvan adası

  6. Sıçuan çökəkliyi və ya Qırmızı hövzə

  7. Sitszyan çayı hövzəsi və düzənliyi

  8. Xaynan adası

  9. Quyçjou və Yunnan yaylaları daxildir.


Şimal şərqi Çin və Koreya yarımadası.

Sərhədləri və coğrafi mövqeyi:

Bu təbii sahə qərbdə Böyük Xinqan dağlarının qərb yamacları ilə Mərkaəzi Asiyadın ayrılır. Cənubda Böyük Çin ovalığı ilə həmsərhəddir. Şərqdə Xanka gölü və Ussuri çayı axarı boyunca SSRİ-dən ayrılırdı.

Mülayim və subtropik enliklərdə yerləşən bu ərazi Avropanın eyni enlikdə yerləşən sərhədlərindən qışda iqlimin daha sərt olmasıyla fərqlənir.

Şimal sərqi Çin və Koreya yarımadasından ibarət olan fiziki coğrafi sahə morfostruktur xüsusiyyətinə və landşaftına görə 7 fiziki coğrafi vilayətə ayrılır:



  1. Mərkəzi Mancuriya və ya Sunlyao

  2. Böyük Xinqan dağları

  3. Kiçik Xinqan dağları

  4. Lyaosi dağları

  5. Mancuriya- Koreya dağları

  6. lyoss yaylası

  7. Koreya yarımadası daxildir.


Yaponiya sərhədləri və coğrafi mövqeyi:

Yapon adaları Şərqi asiya geosinklinal zonasında, Sakit okeanı əhatə edən vulkanik dairənin bir hissəsinin təşkil edir. 1042 adadan ibarət olan Yapon adalarının ən böyükləri: Xokkaydo, Xonsyu( Xondo). Şikoku və Küsü adalarıdır. Yapon adalarının şimalında adaların davamını Kuril adaları, cənubda isə 98 adadan ibarət olan Puku adaları təşkil edir. Sakit okean tərəfdə İdzusitito – Bonin adaları yerləşir.






Hokkaido adası:


Küsü adası:



Sikoku adası:




ƏDƏBİYYAT SİYAHISI:

  1. M.Müseybov, Çobanzadə “Qitələrin fiziki coğrafiyası”Bakı,1973

  2. Власова Т.В «Физическая география материков» Москва,1976

  3. Рябгиков А.М «Физическая география материков» Москва,1963

  4. Рябгиков А.М «Физическая география материков и оканов»

  5. Арманд и др. « Зарубежная Азия», Москва,1956

  6. Александровская Н.В « Зарубежная Азия», Москва,1962




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə