AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti




Yüklə 345.19 Kb.
səhifə4/4
tarix22.02.2016
ölçüsü345.19 Kb.
1   2   3   4

1)Cümhuriyyət dönəmi ədəbiyyatının əsasında İstiqlal Savaşı və Atatürk inqilabları dayanmaqdadır. Şeirlər, romanlar, hekayələr bu iki mövzu ilə birbaşa və ya dolayı yollarla əlaqədardır. Milli duyğu və düşüncənin inkişaf etdirilməsinə yönəldilmiş bu səylər Milli ədəbiyyatın davamı olaraq görülməkdədir.
2)Milli ədəbiyyatla başlayan xalqla yaxınlaşma, Anadolununun tanıdılması səyləri də, bu dövrün ədəbiyyatında ana qanunlardan olmuş, artıq ədəbiyyat İstanbulun sərhədlərini tamamilə aşmışdır.

3)Yeni qurulan cümhuriyyətin müxtəlif sahələrdə həyata keçirdiyi inqilabları xalqa tanıtmaq və onların asanlıqla mənimsənilməsini təmin etmək vəzifəsi Cümhuriyyət dönəmi sənətçilərinin üzərinə düşmüşdür. Ədəbiyyatçılar siyasətlə xalq arasında əlaqə yaradan bir körpü rolunu oynamışdır.
4)“Yeni dil və Əski (köhnə) dil” müzakirələrinə 1923-cü ildə Cümhuriyyətin qurulmasıyla son nöqtə qoyulmuşdur.

5)Cumhuriyyətdən əvvəl o qədər də önəm verilməyən Türk xalq ədəbiyyatı və folkloru ön plana çıxmış, yeni əsərlərin yazılmasında Qaracaoğlanın, Yunis Əmrənin yaradıcılq tərzi nümunə alınmışdır.

Cümhuriyyət dönəmi Türkiyə ədəbiyyatında meydana gələn ədəbi cərəyanlar aşağıdakılardır:



Beş Hecaçılar

Beş hecaçılar adlı ədəbi birlik Faruk Nafiz Çamlıbel, Enis Behiç Koryürek, Xalid Fəxri Ozansoy, Yusif Ziya Ortaç və Orxan Seyfi Orxon tərəfindən yaradılmışdır. Bu axının nümayəndələri “Milli dönəm türk ədəbiyyatından” təsirlənmiş və heca vəznini əsərlərində ustalıqla istifadə edilmişdir. Şeir yazmağa I Dünya Müharibəsi və Qurtuluş Savaşı illərində başlamışlar. Əvvəllər əruz vəznindən istifadə etsələr də, sonra illərdə birdəfəlik heca ölçüsünə keçid ediblər. “Beş Hecaçılar” şeirlərində vətən sevgisi, yurdun gözəllikləri, qəhrəmanlıq və igidlik kimi mövzuları ələ almışdır.


Yeddi Məşəlçilər (Yedi Meşaleciler)

Cümhuriyyət illərinin əvvəllərində bir araya gələn yeganə ədəbi birlikdir. Yeni bir ədəbiyyat yaratmaq, Qərb ədəbiyyatındakı yenilikləri izləmək, xüsusi şeir yazmaq üçün bir araya gəlsələr də, ədəbiyyat aləmində “Beş Hecaçıların” sələfləri kimi tanınmışdırlar.Bu sənətçilərin sırasına Sabri Əsad Siyavuşgil, Vasfi Mahir Kocatürk, Yaşar Nabi Nayir, Cövdət Qüdrət, Kənan Hulusi, Müəmmər Lütfü, Ziya Osman Səbanı aid etmək olar. Onların arasında ən tanınmış sənətkar Ziya Osman sayılır.



Qərib ədəbi cərəyanı

1940-cı illərdən sonrakı dönəm türk şeirində silinməz izlər buraxan “Qərib” ədəbi cərəyanının qurucusu Orxan Vəli Kanık sayılır. Müəyyən müddət sonra isə ona Oqtay Rıfat Horozcu və Melih Cevdet Anday tərəfindən dəstək verilir. Bu cərəyanın nümayəndələri şeirdə sadəliyi ön plana çıxarmışdır.Qəribçilərə görə şeir həyata yaxınlaşdığı müddətcə müvəffəqiyyətlidir. Vəzn, qafiyə kimi nəzm şəkllərini şairin əl-qolunu bağlayan gərəksiz ünsürlər hesab etmişdirlər.Qəribçilər şeir sərbəst olmağ və onun həyatın canlılığını əks etdirməli olduğunu müdafiə ediblər.

Şeirlərində məcazlardan,ahəngli sözlərin istifadəsindən qaçınıblar. Onlar həmçinin “Şeir yüksək zümrənin malı olmaqdan çıxarılmalıdır” fikrini də ortaya atıblar. Bu cərəyan təmsilçilərinin yaradıcılığında sürrealistliyin ilkin izləri görülməkdədir. Qəribçilərin şeir anlayışı ədəbiyyat aləmində birmənalı qarşılanmamışdır. Bu fikirlərinə görə onları tənqid edənlərlə yanaşı dəstəkləyənlər də az olmamışdır. Ancaq sonunda şeirin “Qəribçilərin” dedikləri qədər sadə olmadığını müdafiə edənlər haqlı çıxmış və bunun nəticəsində də cərəyan öz təsini yavaş-yavaş itirməyə başlamışdır.
İkinci Yenilər

Qərib ədəbi cərəyanının nüayəndələri ədəbiyyat aləmində başqa adla Birinci Yenilər kimi tanınmaqdadırlar. “Qərib” cərəyanının dağılmasından on il sonra şeirdə poetiklik, həssaslıq, obrazlılıq kimi düşüncələrin inkişafı görülməkdədir. Bu kimi xüsusiyyətlər sonradan “İkinci Yeni” adlanan nəslin doğulmasına zəmin yaratdı. Bu birlik uzun ömürlü olmasa da, Türk şeirinə bir çox yeni ölçülər qazandırdı.

Bu şeirin nümayəndələrindən olan Edip Cansever cərəyanla bağlı fikirlərini fikrini belə izzah edir:"Şiirin değeri okuyucunun çağrışım gücüne bağlı olmalıdır."

Başqa bir dəyərli sənətkar Ece Ayhan isə İkinci Yenidə həyata keçirmək istədiklərini belə ifadə edir:“İkinci cepheyi açmak, akıl dışında da bir anlam olduğunu savunmak, şiirin kuralları konusunda yıkıcı davranmak, anlamsızlığın anlamına doğru gitmek. Bu gerçekleri dil kurallarıyla sınırlayamadığımız için dili aşmak, kelimeleri anlamından kurtarmak, yeni özün sonucu olan yeni biçimi, yeni biçimin de zorunlu sonucu olan yeni özü getirmek.”



Hisarçılar
"Hisarçılar" Cümhuriyyət Dövrü Türk ədəbiyyatı şeir ənənələrinə bağlı olan şair və yazarlar birliyidir. Hisarcılar ilk şeirlərini Çinaraltı jurnalında çap etdirmişdirlər. Bu cərəyan əsasən “Qərib” ədəbi axınına qarşı yaradılmış bir topluluq idi. Daha sonra bu sənətkarlar 1950-ci ildən yayımlanmağa başlayan və 1980-ci ilə qədər müəyyən fasilələrlə 277 nömrəsi çıxarılan “Hisar” jurnalı ətrafında toplandılar .

Mehmed Çinarlı, İlhan Geçer, Mustafa Nəcati Karaer kimi şairlər “Hisarçılar” axınının ilk nümayəndələri sayılır. Daha çox sənətçinin müstəqil olmasını və Yaşayan Dilini müdafiəsinə çalışıblar.Şeir və hekayə janrında Türk ədəbiyyatına yeni nümunələr qazandırıblar.



Nəticə.

Buraxılış işinin əvvəlindən sonunadək az da olsa ümumtürk dillərinin tarixi inkişafıyla bağlı təsəvvür yaratmağa çalışmışam. Nəticə olaraqsa müasir dövrdə türk xalqlarını narahat edən ən əsas məsələlərdən biri “Vahid Türk dili” və türk dilinin Azərbaycanda tədqiqi haqda qısa da olsa məlumat verməyə çalışacağam.

Müasir dövrdə yer üzərində yaşayan 250 milyonadək türk əsilli əhali yeddi respublika və onlarla muxtar vilayətdə məskunlaşdırmışdır. Türk xalqlarının yaşadığı müstəqil respublikalar aşağıdakılardır:

1) Azərbaycan 2) Türkiyə 3) Özbəkistan 4) Türkmənistan 5) Qazaxstan

6) Qırğızıstan 7) Şimali Kipr Türk Cümhuriyyəti

Türk dilli xalqların yaşadığı muxtar dövlətlər isə aşağıdakılardır:

1)Uyğur Sintsiyan Muxtar Vilayəti – Çin xalq respublikasının tərkibində yerləşən bu vilayətin mərkəzi Urumçi sayılır. 16 milyonluq türk əhalisiylə dünyanın ən böyük Türk Muxtar Vilayəti sayılır.

2) Qaqauz Muxtar Respublikası (Maldova)

3)Krım Muxtar Respublikası (Ukrayna)

Aşağıdakı cədvəldə isə Rusiya Federativ Respublikası tərkibində digər türk əsilli xalqların yaşadığı muxtar respublikalar verilməkdədir:



Cədvəl 1.

N-

Adı

Sahəsi (min -km2)

Əhalisi (milyonla)

1

Altay Rüspublikası

92,6

0,2

2

Başqırdıstan Respublikası

143,6

4,1

3

Qaraçay-Çərkəz Respublikası

14,3

0,45

4

Kabarda-Balkar Respublikası

12,5

0,8

5

Saxa Yakutiya Respublikası

3,103,2

1,1

6

Taymır Dolqan-Nen Muxtar Mahalı

862,1

0,55

7

Tatarıstan Respublikası

68,0

3,8

8

Tıva Respublikası

170,5

0,32

9

Xakasiya

61,9

0,6

10

Çuvaş Respublikası

18,3

1,4

Ərazi etibariylə ən böyük türk dövləti Qazaxstan, ən böyük türk muxtar respublikası Saxa Yakutiya MR sayılır. Əhalisinin sayı baxımından ən böyük türk dövləti Türkiyə hesab olunur.

Türk xalqlarının tarixən yayılmış olduğu ərazilərə Çin səddindən başlamış Şimali Çin, Monqolustan, Orta və Mərkəzi Asiya, İranın Şərqi, Azərbaycanın cənub vilayətləri, Türkiyə, Ermənistanın qərb vilayətləri, Xəzərin Volqaboyu sahilləri, Altay dağları, Şərqi Avropanın bir hissəsi (Balkanlar), Orta və Yaxın Şərq, Afrikanın şimalını aid etmək olar.

Dini etiqad baxımından qədim türk xalqları arasında şamanizm, bütpərəstlik, atəşpərəstlik, zərdüştlük, marixeyizm və buddizmin mövcud olmuşdur. Qədim türk dövlətlərindən Xəzərlər və onların Ukraynadakı müasir az sayılı varisləri Karaimlər yəhudi dininə sitaiş etmişdir. IV əsrdən etibarən türklər Xristiyanlığı, IX əsrdən etibarənsə İslamı qəbul ediblər.

Ən azı 1200 illik tarixi olan türk yazı dili Əski Türkcə dövründən XIII əsrədək zaman və ərazi baxımından tək bir qol şəklində inkişaf edib. XIII əsrdən etibarənsə vahid türkcəni təşkil edən ləhcələr siyasi və iqtisadi səbəblər üzündən ayrılaraq Türkcənin qollarını əmələ gətirmişdir. XV-XIX əsrlərdə Türk yazı dili əsas etibariylə Şərq və Qərb türkcəsi adlı iki əsas (ana) qrupdan ibarət olub.

XIX əsrdən qərbi Türküstanın Ruslar, Şərqi Türküstanınsa Çinlilər tərəfindən işğalı türk dillərində mövcud olan ləhcələrin ədəbi dil halına salınmasına səbəb olmuşdur. Xüsusiylə SSr-də 1917-ci il Bolşevik inqilabı sonrası aparılan məqsədyönlü siyasət nəticəsində türk boylarının danışdığı dillərə Tatarca, Özbəkcə, Qazaxca, Qırğızca, Türkməncə və Yeni Uyğurca kimi adlar verilmişdir. Bir qədər sonra isə bu xalqların yazı qrafikasının Kiril əlifbasıyla dəyişdirilməsi onlar arasında vahid ünsiyyət dili olaraq “Ruscanın” inkişafına səbəb olmuşdur.

Urumçidə Çinlilərin uyğurlara, Cənubi Azərbaycanda isə farsların azərbaycanlılara qarşı dillə bağlı təzyiqlərinin davam etməsi bu gün də “Ümum Türk Dilinin Yaradılması” prosesinə öz mənfi təsirini göstərməkdədir.

Doğrudur SSR-nin 1990-cı illərdə dağılmasıyla türk xalqlarının böyük bir qismi azadlığa qovuşsa da, artıq olan olmuşdu. Yetmiş il rus əsarətində yaşayan bu xalqların dilləri arasında böyük uçurumlar görülməkdə idi. Ancaq bütün bu neqativ hallara rəğmən dünya türkoloqları “Vahid türk dilinin” yardılması üçün öz səylərini hələ də, davam etdirirlər.

Türk dünyasının ortaq ədəbi dilinin yaradılması mövsuzunu ilk dəfə Krımlı İsmayıl Qaspıralı 1883-cü ildən Bahçesarayda nəşr etdirdiyi “Tərcüman” qəzetində işıqlandırmışdır. Ondan sonra bu mövzu ətrafında 1880-1900-cü illərdə Şəmsəddin Sami,Nəcib Asım və Mehmed Emin Yurdakul kimi sənətkarlar müzakirələr aparıb.

Müasir dövrdə türkoloqlar tərəfindən “Vahid Türk Dilinin” yaradıla bilməsi üçün bir neçə şərt irəli sürülmüşdür ki, onları aşağıdakı şəkildə sıralamaq olar:

1)İlk olaraq Vahid Türk dilini əks etdirəcək lüğətlər çap olunmalıdır.

2) Türk dillərinin hamısını əhatə edəcək sinonimlər, antonimlər, atalar sözü, məsəllrələ bağlı lüğət və kitablar nəşr olunmalıdır.

3)Yaradılacaq vahid dilin tədrisi üçün hər bir türk dilinə uyğun dərs vəsaiti və tədris proqramı hazırlanmalıdır.

4) Bütün türk ləhcələrinin antalogiyaları hazırlanmalı, önəmli ədəbi mətnlər qarşılıqlı bir şəkildə digər türk ləhcələrinə daxil edilməlidir.

5) Bütün türk dünyasına səslənəcək qəzet, jurnal, televiziya kanalları yaradılmalı, internet resurslarının imkanlarından maksimum səviyyədə istifadə edilməlidir.

6) Vahid dilin yaradılması prosesində qarşıda duran ən önəmli məsələlərdən biri olan “Terminalogiyanı” hər kəs tərəfindən asanlıqla anlaşıla biləcək bir şəklə salmaq lazımdır.

Son dövrlərdə bu məsələylə bağlı qardaş ölkə Türkiyənin həyata keçirdiyi tədbirlər təqdirə layiqdir.Buraya dünya ölkələrində açılan türk lisçeyləri şəbəkəsinin genişlənməsini, Türk Dil Olumpiadalarının keçirilməsini, TRT Avaz kimi türk dünyasına səslənən televiziya kanalının yaradılmasını aid etmək olar. Yuxarıda sadalanan bütün şərtlərlə bərabər Vahid Türk Dilinin yaradıla bilməsi üçün ən əsası bu sahədə bütün türk dünyasını hərəkətə keçirə bilməkdir.

İkinci dəfə müstəqillik əldə etdikdən sonra Türk dilinin tədqiqi və öyrənilməsi Azərbaycanda da geniş yayılmışdır. Müasir türk dili Azərbaycanda iki müxtəlif istiqamətdə tədqiq olunur.

1)Ümumi Türkologiyanın tərkib hissəi kimi.

Bu baxımdan Türkcə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində, Bakı Slavyan Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Elmlər Akademiyasının Nəsimi adına Dilçilik institutunda öyrənilir.

BDU-nun filologiya fakültəsində “Türkologiya” kafedrası vardır.Vaxtiylə Fərhad zeynalovun başçılıq ediyi kafedraya bu gün Akademik Tofiq Hacıyev rəhbərlik edir.

BSU-da (Rektor Kamal Abdullayevin özü Türkoloqdur) Türk dilləri kafedrasına Nuridə Novruzova rəhbərlik edir.

ADPU-da Buludxan Xəlilov və Elman Quliyev kimi mütəxəssislər türkdilləri və ədəbiyyatıyla bağlı araşdırmalar aparırlar.

Nəsimi adına Dilçilik institutunda “Türk xalqlarının dilləri” , Nizami adına Ədəbiyyat İnstitutunda isə “Türk xalqları ədəbiyyatı” şöbələri fəaliyyət göstərir.

Bunlardan əlavə ölkənin digər özəl və dövlət universitetlərindəki dünya ədəbiyyatı kafedralarında türk dili və ədəbiyyatına da yer ayrılmışdır.

2)Türkcə və ədəbiyyatı mənasında türkologiya aşağıdakı mərkəzlərdə öyrədilir:

BDU-nun Şərqşünaslıq fakültəsi 1919-cu ildə açılsa da, Türk dili və ədəbiyyatı 1957-ci ildən proqrama salınmışdır. 1991-ci ilə qədər türk dili “Yaxın və Orta Şərq xalqları dili” kafedrası, türk ədəbiyyatı isə “Yaxın və Orta Şərq xalqları ədəbiyyatı” kafedrasın daxilində yerləşmişdir.

İlk dəfə Türk Filologiyası kafedrası 1991-ci ildə açılmış, o zmandan bu günə qədər də, kafedranın rəhbəri görkəmli Azərbaycan türkoloqlarından Professor Rüfət Rüstəmovdur.

Vaxtiylə bu kafedrada Yusif Ziya Şirvani, Yusif Şirvan, Cabbar Cabbarov, Aslan Eyvazov kimi türkoloqlar çalışmışdır. Hal hazırda isə burada bir neçə elmlər doktoru, professor (R.Rüstəmov, Ə.Rəsulov, J.Əliyeva, A.Yunusov), ona yaxın elmlər namizədi,dossent (Aydan Xəndan, Aynurə Qasımova) və təcrübəli pedaqoqlar (Əli Əlyev, Şamil Alməmmədov, Hüseyin Sadıqov) çalışmaqdadır.

Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Türk Filologiyası şöbəsi vardır. Həmin şöbədə vaxtiylə Həmid Araslı, Əkrəm Cəfər, Əhməd Əhmədov, Qədir İsmayılov kimi görkəmli mütəxəssislər çalışmışdır. Bu gümn şöbəyə Xalidə Quliyeva Qafqazlı rəhbərlik edir. Şöbədə hal hazırada Aydın Abiyev, elmlər namizədləri Sədaqət Qasımlı, Barak Osmanova, Rəşid Quliyev, Elmira Fikrət qızı (Məmmədova) kimi tanınmış türkoloqlar fəaliyyət göstərir.

Əlyazmalar İnstitutunda isə Əlyazmalar Şöbəsi fəaliyyət göstərir ki, bu şöbəyə də rəhbərlik Azadə Musayevaya həvalə olunub.

Türkcənin ikinci istiqamətdə tədqiqi və tədrisi yuxarıda adı çəkilən mərkəzlərlə yanaşı Qafqaz Universiteti və Türk lisçeylərində də həyata keçirilir.

Türk dili və ədəbiyyatıyla bağlı tədqiqatlar, dilçiliklə bağlı əsərlərin təqdimatı məsələlərində Azərbaycanda fəaliyyət göstərən “Atatürk Mərkəzi” böyük rol oynayır. Mərkəzə AMEA-nın müxbir üzvü Nizami Cəfərov rəhbərlik edir.



İstifadə olunmuş ədəbiyyat:

Azərbaycan dilində.

1) Ə.Rəsulov, R.Rüstəmov – “Türk dili” . Bakı-2007

2) F.Zeynalov- “Türkologiyanın Əsasları”. Bakı-1981

3) B.Xəlilov- “Türkologiyaya Giriş” . Bakı 2006

4) A.Yunusov – “Oğuz qrupu Türk dillərində qohumluq terminləri” . Bakı 2010

5) Ə.Muxtarova – “Türk xalqlarının tarixi”. Bakı-2002

6) Z.Göyalp – “Türkçülüyün Əsasları” . Bakı 1991

7) V.slanov, S.Mehdiyeva, S.Əlizadə, A.Əlizadə - “Azərbaycan ədəbi dili tarixi” (XIII-XIV əsrlər) AMEA Nəsimi adına dilçilik institutu. Bakı-2007

8) N.Cəfərov – “Türkologiya tarixinə ümumi bir baxış”. Bakı 2001

9) B.Xəlilov – “Türkologiyanın intibah dövrü”. Bakı 2001

10) B.A.Serebrennikov, N.Z.Hacıyeva – “Türk dillərinin müqayisəli tarixi qramatikası” . Bakı-2002

11) R.Əliyev – “Türk-Şumer dünya görüşü və dil” . Bakı-2005

12) Ə.Dəmirçizadə - “Azərbaycan ədəbi dili ” (tarixi xülasələri XXəsrə qədər). Bakı-1938

Rus dilində.


  1. Н.А.Баскаков – «Введение и изучение тюркских языков». Москва , «Высшая школа» - 1969

2) Н.А.Баскаков- «Тюркские языки» . Москва – 1960

3) Н.К.Дмитриев – «Строй тюркских языков». Москва – 1962

4) К.М.Мусаев – «Лексика тюркских языков в сравнительном освещении» . Москва – 1980

Türk dilində.

1) Prof.Dr. A.B.Ercilasun – “Başlangıçtan Yirminci yüzyıla Türk dili tarihi” . Ankara-2010

2) Prof.Dr. Z.Korkmaz – “Türk dili üzerine araştırmalar III ”. (Türk Dil Kurumu yayınları) Ankara-2010

3) T.Banguoğlu – “Türkçenin Grameri”. (Türk Dil Kurumu yayınları).Ankara-2007

4) Prof.Dr. M.Kaya Bilgegil – “Türkçe dilbilgisi”. Erzurum-2009

5) Prof.Dr. M.Ergin – “Üniversiteler için Türk dili” . İstanbul-2009

6) Prof.Dr. M. Akalın – “Eski türkçenin grameri”. (Türk Dil Kurumu yayınları)

7) Prof.Dr Z.Akalın – “Cümhuriyyet Döneminde Türk Dili” . Ankara-2008



İstifadə olunmuş internet səhifələri.

  1. www.egitimsitem.com

2) www.tarihiturkiyeturkcesi.blogspot.com

3) www.turkoloji.cu.edu.tr

4) www.turkceciler.com

5) www.dilimiz.gen.tr

6) www.bilgicik.com

1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə